Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-78/2023 08.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi X1 iştirakları ilə xx.xx.1984-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmayan, müvəqqəti işləməyən, Astara rayonu, Şümrüd kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək avtomobil almaqda ona kömək edəcəyini yalandan vəd verib, 2021-ci oktyabr ayında “Chrysler” markalı avtomobil tapdığını, avtomobilin təmirə ehtiyacı olduğunu bildirərək inamını qazanıb vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs 15 noyabr 2021-ci tarixdə, saat 19:05-də Astara şəhərində yerləşən “Halal” Marketdə quraşdırılmış "xxxx" ödəmə minalı vasitəsilə adına olan “Kapital Bank ASC” tərəfindən verilmiş “4****2846” nömrəli bank kartına göndərdiyi 300 manat pulu, 17 noyabr 2021-ci il tarixdə, saat 17:11-də Lənkəran şəhəri Digah qəsəbəsində yerləşən “BazarStore” super marketində quraşdırılmış “eManat” ödəmə termıinalı vasitəsilə “Kapital Bank ASC” tərəfindən verilən “4****2846” nömrəli bank kartına göndərdiyi 500 manat pulu, 19 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhərində “NZS” adlanan ərazidə Zərərçəkmiş şəxsla görüşüb əlbəəl aldığı 600 manat pulu, Zərərçəkmiş şəxs 23 noyabr 2021-ci il tarixdə, saat 12:21-də Lənkəran şəhəri Digah qəsəbəsində yerləşən “BazarStore” super marketində quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə “Kapital Bank ASC” tərəfindən verilən “4****2846” nömrəli bank kartına göndərdiyi 200 manat pulu, 27 noyabr 2021-ci il tarixdə, saat 10:55-də Lənkəran şəhəri Digah qəsəbəsində yerləşən “BazarStore” super marketində quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə “Kapital Bank ASC” tərəfindən verilən “4****2846” nömrəli bank kartına göndərdiyi 100 manat pulu, 28 noyabr 2021-ci il tarixdə, saat 12:46-da Lənkəran şəhəri Digah qəsəbəsində yerləşən “BazarStore” super marketində quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə “Kapital Bank ASC” tərəfindən verilən “4****2846” nömrəli bank kartına göndərdiyi 100 manat pulu, 29 noyabr 2021-ci il tarixdə, saat 15:28-də Lənkəran şəhəri Digah qəsəbəsində yerləşən “BazarStore” super marketində quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə "Kapital Bank ASC” tərəfindən verilən “4* ***2846” nömrəli bank kartına göndərdiyi 100 manat pulu, 30 noyabr 2021-ci il tarixdə, saat 11:47-də Lənkəran şəhəri Digah qəsəbəsində yerləşən “BazarStore” super marketində quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə “Kapital Bank ASC” tərəfindən verilən “4****2846” nömrəli bank kartına göndərdiyi 100 manat pulu, 04 dekabr 2022-ci il tarixdə, saat 10:08-də Lənkəran şəhəri Digah qəsəbəsində yerləşən “BazarStore” super marketində quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə “Kapital Bank ASC” tərəfindən verilən onun adına olan “4****2846” nömrəli bank kartına göndərdiyi 100 manat pulu, 07 dekabr 2021-ci il tarixdə, saat 08:48-də Lənkəran şəhəri Digah qəsəbəsində yerləşən “BazarStore” super marketində quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə “Kapital Bank ASC” tərəfindən verilən “4****2846” nömrəli bank kartına göndərdiyi 100 manat pulu, 08 dekabr 2021-ci il tarixdə, saat 18:07-də Astara şəhərində yerləşən “Albalı” marketində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə “Kapital Bank ASC” tərəfindən verilən “4****2846” nömrəli bank kartına göndərdiyi 100 manat pulu, 09 dekabr 2021-ci il tarixdə, saat 07:40-da Astara şəhəri Heydər Əliyev prospektində yerləşən Kapital Bankın qarşısında quraşdırılmış “Kapital Bank” ödəmə terminalı vasitəsilə “Kapital Bank ASC” tərəfindən verilən onun adına olan “4****2846” nömrəli bank kartına göndərdiyi 50 manat pulu, 09 dekabr 2021-ci il tarixdə, saat 18:45-də Astara şəhəri Heydər Əliyev prospektində yerləşən Kapital Bankın qarşısında quraşdırılmış “Kapital Bank” ödəmə terminalı vasitəsilə “Kapital Bank ASC” tərəfindən verilən onun adına olan “4****2846” nömrəli bank kartına göndərdiyi 100 manat pulu, 13 dekabr 2021-ci il tarixdə, saat 13:21-də Lənkəran şəhəri Digah qəsəbəsində yerləşən “BazarStore” super marketində quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə “Kapital Bank ASC” tərəfindən verilən onun adına olan “4****2846” nömrəli bank kartına göndərdiyi 50 manat pulu, 14 dekabr 2021-ci il tarixdə, saat 08:29-da Astara şəhəri, N.Nərminov küçəsində yerləşən “Albalı” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə “Kapital Bank ASC” tərəfindən verilən onun adına olan “4****2846” nömrəli bank kartına göndərdiyi 150 manat pulu, 22 dekabr 2021-ci il tarixdə, saat 10:56-da Lənkəran şəhəri Digah qəsəbəsində yerləşən “BazarStore” super marketində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə “Kapital Bank ASC” tərəfindən verilən “4****2846” nömrəli bank kartına göndərdiyi 50 manat pulu, 25 dekabr 2021-ci il tarixdə, saat 16 radələrində Bakı şəhərində “NZS” adlanan ərazidə Zərərçəkmiş şəxsla görüşüb əlbəəl aldığı 300 manat pulu, 30 dekabr 2021-ci il tarixdə, saat 14:42-də Lənkəran şəhəri Digah qəsəbəsində yerləşən “BazarStore” super marketində quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə “Kapital Bank ASC” tərəfindən verilən onun adına olan “4****2846” nömrəli bank kartına göndərdiyi 100 manat pulu, 05 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində Astara rayonu Məçitməhəllə kəndində yerləşən özünün yaşadığı evdə Zərərçəkmiş şəxsla görüşüb əlbəəl aldığı 360 manat pulu, X6 Nəsirovun tapşırığı ilə 08 yanvar 2022-ci il tarixdə, saat 12:17-də Astara şəhəri Nərimanov küçəsində yerləşən Azpetrol YDM-də quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə “Kapital Bank ASC' tərəfindən verilən “4* ***2846” nömrəli bank kartına göndərdiyi 200 manat pulu, 09 yanvar 2022-ci il tarixdə, saat 22:27-də Lənkəran şəhəri Digah qəsəbəsində əşən “BazarStore” super marketində quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə Kapital Bank ASC” tərəfindən verilən "4****2846” nömrəli bank kartına göndərdiyi 40 manat pulu, 15 yanvar 2022-ci il tarixdə, saat 10:24-də Lənkəran şəhəri Digah qəsəbəsində yerləşən “BazarStore” super marketində quraşdırılmış "MilliÖn” ödəmə terminalı vasitəsilə “Kapital Bank 2” tərəfindən verilən ”4* ***2846" nömrəli bank kartına göndərdiyi 100 manat pulu, 19 yanvar 2022-ci il tarixdə, saat 22:27-də Astara şəhərində yerləşən Kapital Bankın qarşısında quraşdırılmış pital Bank” ödəniş terminalı vasitəsilə “Kapital Bank ASC” tərəfindən verilən “4*** *5765” irəli bank kartına göndərdiyi 130 manat pulu, 05 fevral 2022-ci il tarixdə, saat 17:32-də Lənkəran şəhəri Digah qəsəbəsində yerləşən “BazarStore” super marketində quraşdırılmış lliÖn” ödəmə terminalı vasitəsilə “Kapital Bank ASC” tərəfindən verilən “4****2846” nömrəli i kartına göndərdiyi 40 manat pulu, sonuncu dəfə 16 mart 2022-ci il tarixdə, saat 16 radələrində Astara rayonu Məçitməhəllə kəndində yaşadığı evdə Zərərçəkmiş şəxsla görüşüb əlbəəl aldığı 230 manat məbləğində pulu əldə edib vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs məxsus 4200 manat pulu ələ keçirib dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. 2021-ci ilin oktyabr ayında Əsəd ona, maşın istədiyini, o, da Əsədə bir “Crasler” markalı avtomobilin olduğunu, bu maşını ona sata biləcəyini demiş, Əsəd də onunla razılaşmış və Əsədə maşında təmir olunmalı müəyyən hissələrin mövcudluğunu, bunun üçün də bir qədər pul lazım olduğunu bildirmiş, Əsəd də onunla razılaşmışdır. Buna görə də 2021-ci ilin noyabr ayından başlayaraq 2022-ci ilin fevral ayınadək olan müddət ərzində Əsəd ona ödəmə terminalları vasitəsilə pul göndərmiş, o da həmin maşını Bakı şəhərində bir neçə ustaya aparıb təmir etdirmiş, lakin avtomobili tam təmir etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayına kimi onun üçün 3200 manat pul göndərmiş, lakin Əsədin dediyi vaxta kimi maşın hazır olmamış, buna görə də Əsəd maşını istəmədiyini bildirib pulun geri qaytarılmasını tələb etmiş, o da pulu geri qaytara bilmədiyi üçün Əsəd bir neçə dəfə ona zəng etmiş, lakin onda pul olmadığı üçün pulu qayatara bilməmişdir. Onda olan “Crasler” markalı avtomobilin sahibini sadəcə üzdən tanımış, adını soyadını bilməmişdir, maşını sata bilmədiyi üçün bu maşını sahibinə geri qaytarmışdır. Hazırda tutduğu əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tam ödədiyini bildirib, barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə uzun illərdir ki tanışdır. 2021-ci ilin sentyabr ayından Lənkəranda işləməyə başlamışdır deyə işə gedib gəlmək üçün ona maşın lazım olmuş, bu məqsədlə də özünə maşın axtararkən tanışı Təqsirləndirilən şəxs ona maşın tapacağını bildirmiş və bir iki gün sonra zəng edib “Chrysler” markalı bir maşın tapdığını, lakin maşının bir qədər xərci olduğunu bildirmişdir. O, da Amirdən maşının hansı xərclərə ehtiyacı olduğunu soruşmuş, Amir də ona maşında elektrik təmir işlərinin zəruri olduğunu və bunun üçün 600-700 manat lazım olduğunu qeyd etmiş, qalan pulu da hissəhissə ödəyəcəyini bildirmişdir. O, da Amirlə razılaşmışdır. Amirin dediyi “Chrysler” markalı avtomobili görməsə də Amiri uşaqlıqdan tanıdığı üçün inanmış və maşının ona göstərməsinə də ehtiyac duymamışdır. Bundan sonra 15 noyabr 2021-ci il tarixdə ilk dəfə 300 manat pulu Astara şəhərində yerləşən “Halal” Marketdə quraşdırılan "xxxx" ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan Kapital Bank ASC tərəfindən verilmiş “4****2846” nömrəli bank kartına göndərmişdir. Amirlə razılaşmaları belə olmuşdur ki, o, Amirə hissə-hissə pul göndərəcək, Amir də maşını təmir edib tam hazır olduqda ona bildirəcək və o, da gedib maşını alacaqmış, maşının öz dəyəri olan 6500 manat pulu da hissə-hissə ödəyəcəkmiş. Daha sonrakı vaxtlarda Amir hər dəfə ona zəng edib maşının hansısa hissəsinin təmiri üçün pul lazım olduğunu bildirərək pul göndərməsini istəmiş, o da Amirə pul göndərmişdir. Belə ki, 17 noyabr 2021-ci il tarixdə Amirin həmin kartına Lənkəran şəhərində Digah qəsəbəsində yerləşən 'Bazarstore” mağazasında quraşdırılan ödəniş terminallarının biri vasitəsilə 500 manat pulu Amirin kartına göndərmiş, daha sonra 19 noyabr 2021-ci il tarixdə Bakı şəhərində olarkən Amir ona zəng edib maşının təmiri üçün əlavə pul lazım olduğunu bildirdikdə o, “NZS” adlanan yerdə Amirlə zörüşüb əlbəəl 600 manat pul vermişdir. Bundan başqa 23 noyabr 2021-ci il tarixdə Amir ona zəng edib maşının elektrik sistemi üçün müəyyən detalların lazım olduğunu bildirmiş və 250 manat pul .stəmiş, o da 200 manat göndərə biləcəyini dedikdə Amir də cavab olaraq “eybi yox, bir təhər edərəm” - deyə cavab vermiş, bunun ardınca iş yerinin yaxınlığında olan Lənkəran şəhərində Digah qəsəbəsində Bakı-Astara şosesində yerləşən Bazarstore mağazasında quraşdırılmış ödəmə terminallarından biri vasitəsilə Amirin “4****2846” nömrəli kartına əlavə 200 manat göndərmişdir. Eləcə Amir hər dəfə ondan bu adla pul istədikdə uşaqlıq dostları olduğu üçün inandığına görə pul göndərməyə davam etmişdir. Belə ki, 27 noyabr 2021-ci il tarixdə Lənkəran şəhərində Digah qəsəbəsində Bakı Astara şosesində yerləşən Bazarstore mağazasında quraşdırılan ödəmə terminallarından biri vasitəsilə Amirin həmin kartına əlavə 100 manat pul göndərmişdir. Bundan sonra 28, 29 və 30 noyabr 2021-ci il tarixlərində də hər dəfə 100 manat olmaqla toplam 300 manat pul Amirin həmin kartına göndərmiş, habelə 04 dekabr, 07 dekabr və 08 dekabr 2021-ci il tarixlərdə də hər birində 100 manat olmaqla 300 manat pulu Amirin kartına göndərmişdir. Amir hər dəfə ona zəng edib avtomobilin fərqli hissələrinin təmiri üçün pul lazım olduğunu bildirdiyi üçün məhz buna görə pulları göndərmişdir. Daha sonra 09 dekabr 2021-ci il tarixdə Astara şəhərində yerləşən Kapital Bankın qarşısında quraşdırılmış Kapital Bank ödəmə terminalı vasitəsilə 50 manat və 100 manat pulu Amirin kartına göndərmişdir. Bundan başqa 13 dekabr 2021-ci il tarixdə Lənkəran ıhəri Digah qəsəbəsində yerləşən Bazarstore marketdə quraşdırılan ödəmə terminallarından biri vasitəsilə 50 manat pulu Amirin kartına göndərmiş, sabahısı gün, yəni 14 dekabr 2021-ci il tarixdə Amir yenə də ona zəng edib maşının təmiri üçün pul lazım olduğunu bildirmiş, o da Amirin onu aldadacağını ümumiyyətlə düşünmədiyi üçün pulları ona arxayın şəkildə göndərmiş və bu səbəblə 14 dekabr 2021-ci il tarixdə Astara şəhərində yerləşən Albalı marketdə quraşdırılan “eManat" əmə terminalı vasitəsilə Amirin adma olan karta 150 manat pul göndərmişdir. Daha sonra 22 dekabr 2021-ci il tarixdə Amir ona zəng edib maşında bir qədər rəng işlərinə ehtiyac olduğunu və ona görə 50 manat göndərməsini istəmiş, o da Lənkəran şəhərində Digah qəsəbəsində hər zaman pul göndərdiyi Bazarstore mağazasında quraşdırılan ödəmə terminallarından biri vasitəsilə 50 manat pulu Amirin kartına yollamışdır. Bir neçə gün sonra Bakı şəhərində olarkən Əsəd onun Bakıya gəldiyini eşidib ona zəng edərək maşın üçün pul lazım olduğunu dedikdə Amirdən nə qədər istədiyini soruşmuş, Amir də 300 manat lazım olduğunu dedikdən sonra Bakı şəhərində NZS man ərazidə Amirlə görüşüb 300 manat pulu əlbəəl vermişdir. Bir neçə gün sonra 30 dekabr 2021-ci il tarixdə Amir ona zəng edib maşının beynində də bir çipin sıradan çıxdığını, həmin çipdən Gürcüstandan gətirmək üçün 100 manat pul lazım olduğunu dedikdə bir daha 30 dekabr 2021-ci il idə Lənkəran şəhəri Digah qəsəbəsində Bazarstore marketdə quraşdırılmış ödəmə terminallanndan biri vasitəsilə Amirin kartına 100 manat göndərmişdir. Daha sonra 05 yanvar 2022-ci il tarixdə o, şəxsən əlbəəl olaraq Amirin evində ona 360 manat pulu vermiş, Amir bu pulu ondan maşının təmirinə sərf edəcəyi adı ilə almışdır. Üç gün sonra Amir ona zəng edib maşının əlavə pula ehtiyacı olduğunu, həmin gün onda pul olmadığı üçün dostu Etibar Əliyevə zəngək Etibarın onun dayısı oğlu Mais Abdullayevdən 200 manat pul götürməsini və Amirin kartına göndərməsini xahiş etmiş, Etibar da 08 yanvar 2022-ci il tarixdə dayısı oğlu Mais Abdullayevin yanına gedib ondan 200 manat pul alaraq Astara şəhəri Azpetrol YDM-də quraşdırılan “eManat” terminalı vasitəsilə Amirin kartına 200 manat pul göndərmiş və daha sonra çeki gətirib ona vermişdir. Sabahısı gün Amir yenə ona zəng edib maşında bir neçə detala ehtiyac olduğunu maşının hazır olduğunu bir neçə günə gəlib götürə biləcəyini demiş, o da Amirə maşının şəklini atmasını bildirdikdə Amir ona sürpriz olsun deyə maşının tam hazır olduqda fotoşəkilləri göndərəcəyini demiş, o da Amirə inandığı üçün 09 yanvar 2022-ci il tarixdə 40 manat pulu Lənkəran Digah qəsəbəsində Asta-Bakı şosesində yerləşən Bazarstore marketdə quraşdırılan ödəmə allarından biri vasitəsilə Amirin kartına göndərmişdir. Bir neçə gün sonra yəni 15 yanvar i il tarixdə Amir ona zəng edib artıq maşında son təmir işləri getdiyini, bunun üçün də bir lə pula ehtiyac olduğunu və 100 manat göndərməsini bildirmiş və bir neçə gün sonra yenə dəzəng edib başqa hissələr üçün də pul istəyəcəyini əlavə etmiş, o, da heç bir söz deməyib Amirlə traq çox vaxt olduğu kimi yenə də Lənkəran şəhəri Digah qəsəbəsində yerləşən Bazarstore iə quraşdırılan ödəniş terminallarından birindən Amirin kartına 100 manat pul göndərmişdir.Bundan sonra 19 yanvar 2022-ci il tarixdə Amir ona zəng edib maşında çatışmayan detallar üçün təxminən 100-150 manat pula ehtiyac olduğunu bildirdikdə o, Astara şəhərində yerləşən Kapital Bankın qarşısında quraşdırılan ödəmə terminalı vasitəsilə Amirin kartına 130 manat göndərmişdir. Həmçinin, 05 fevral 2022-ci il tarixdə də Amir eyni adla ondan pul istəmiş və o, Lənkəran şəhərində Digah qəsəbəsində yerləşən Bazarstore marketdə quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə Amirin kartına 40 manat pul göndərmişdir. Bir neçə həftə sonra 16 mart 2022-ci ilin tarixdə Amir kəndə gəldiyi zaman onu evinə çağırmış, Amirin evində getdikdə Amir ona artıq maşın hazır olduğunu, bir iki gün sonra gedib maşını sənədləşdirib alacaqlarını deyib son təmir işləri üçün 250 manat pul istəmiş, o da üzərində 230 manat olduğunu dedikdə Amir cavab olaraq -“eybi yox, qalanım özüm qoyaram” deyə bildirdikdə Amirin evində 230 manat pulu əlbəəl şəxsən ona vermişdir. Bundan bir iki gün sonra kənddə Amirin narkotikə qurşandığını eşitdikdə onda artıq şübhə oyanmağa başlamışdır. Daha sonra Amir ondan maşının sənədləşidirilməsi üçün pul istədikdə artıq ona inanmamış və Amirdən ona maşını göstərməsini tələb etmiş, Amir maşının elektrik işi üçün başqa ustaya verdiyini bildirdikdə Amirdə heç maşının olmadığını, Amirin onu aldadıb bu adla pulları alıb ələ keçirdiyini anlamışdır. Amirə son dəfə 16 mart 2022-ci ilin tarixdə o, kəndə gəldiyi zaman onun evində, yəni Astara rayonu Məçitməhəllə kəndində yerləşən evdə 230 manat pulu Amirə əlbəəl vermişdir. Amirə ödəmə terminalları vasitəsilə göndərdiyi pulların qəbzlərini ilkin təhqiqat zamanı təqdim etmişdir. Müraciəti əsasında araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən ona vurduğu zərəri tam olaraq ödədiyinə görə hazırda ona qarşı şikayət və tələbi yoxdur, onun haqqında cinayət işinə xitam verilməsi məhkəmədən xahiş edir. İşdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu zərəri tam olaraq ödədiyinə görə hazırda ona qarşı şikayət və tələbi olmaması, onun haqqında cinayət işinə xitam verilməsi barədə yazdığı ərizəni məhkəməyə təqdim etdi. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Astara rayonu Artupa kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun dostudur. Təqsirləndirilən şəxs onun dayısı oğludur, 2022-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs ona zəng edib Əsədin öz dayısı oğlu Mais Abdullayevdən 200 manat pul götürüb Təqsirləndirilən şəxs kartına göndərməsini xahiş etmiş, o da bu xahişi yerinə yetirmək üçün Əsədin dayısı oğlu Mais Abdullayevin yanma gedib sonuncudan 200 manat pul götürmüş, daha sonra Astara şəhərində yerləşən Azpetrol YDM-də quraşdırılan “eManat” ödəmə terminalı vasitəsilə 200 manat pulu Amirin kartına göndərmiş, bu göndərişin qəbzini də daha sonra gətirib Əsədin özünə təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu var. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara rayonu Suparibağ kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunması göstərilmisdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəmiş, ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73-1.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-78/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-78/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver