Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-79/2023 02.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Astara rayonu Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, məhkum olunmamış, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla hazırda ünvan 1 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində Astara rayonu Ərçivan qəsəbə sakini Zərərçəkmiş şəxs1 ilə telefonla danışarkən, Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün Zərərçəkmiş şəxs1 cəzalandırmaq qərarına gəlmiş, bu məqsədlə anası X5 məxsus 12 kalibrli, “MR-155” markalı yivsiz ov tüfəngini idarə etdiyi “Vaz-21074” markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərinə qoyub, Zərərçəkmiş şəxs1lə əvvəlcədən görüşmək üçün təyin etdikləri Astara şəhəri, S.Vurğun küçəsində yerləşən “Qaradok” adlanan köhnə hərbi şəhərciyin qarşısına gəlmişdir. Həmin yerə çatdıqdan sonra həmin tarixdə, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sərnişin qismində içərisində olduqları, Zərərçəkmiş şəxs3 idarə etdiyi, X2 məxsus “BMW” markalı, “**-ZL-***” dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görüb, idarə etdiyi avtomobilə qoyduğu yivsiz ov tüfəngini götürərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib, bu zaman insanlar arasında bərqərar olmuş birgəyaşayış normalarına müstəsna sayqısızlıq nümayiş etdirərək, üstünlüyünü göstərmək məqsədilə yerə 5 dəfə atəş açmaqla ətrafdakı insanların rahatlığının pozulmasına səbəb olan, tüfəngdən açılmış atəş nəticəsində qırmaların asfalt örtüklü yoldan sıçrayaraq, Gültəkin Məmmədovaya məxsus “BMW” markalı, “**-ZL-***” dövlət qeydiyyat nişanlı avtomobilin 850 manat məbləğində ziyan vurmaqla zədələnməsi ilə müşayiət olunan və 5 dəqiqə müddətində davam edən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla hazırda ünvan 1 ünvanında yaşayır. Ailəlidir, himayəsində bir azyaşlı uşağı var. Fərdi qaydada Xəzər dənizinin Astara və Lənkəran rayonları ərazisində balıq tutub satmaqla ailəsinin dolanışığını təmin edir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Hər gün Astara şəhər sakini Şahid ilə balıq ovlamaqdan ötrü özlərinə məxsus kiçik qayıqla dənizə gedirlər. 04 yanvar 2023-cü il tarixdə də Aftandillə birlikdə dənizə getmiş və günortadan sonra evlərinə qayıtmışlar. 05 dekabr 2022-ci il tarixdə, saat 01:55-də Şahid ona zəng edərək Rəşad Bağırov, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birləşib birlikdə Aftandilin evinə gələrək, Aftandili avtomobilləri ilə Rəşad Bağırova məxsus evə apardıqlarını, orada Aftandili döydüklərini, ünvanına nalayiq ifadələr işlətdiklərini, Zərərçəkmiş şəxs1 Aftandilə onunla və Elbrus adlı şəxslə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu deyərək, hədə-qorxu yolu ilə Aftandildən 10.000 manat pulu 24 saat müddətinə tələb etdiyini, əks təqdirdə Aftandili butulka üzərində otuzdurub, rüsvay edəcəkləri ilə hədələdiyini, həmçinin bu barədə polisə müraciət edəcəyi təqdirdə Aftandilin oğluna xəsarət yetirəcəyi ilə hədələdiklərini, Avtandil də rüsvay olacağndan qorxduğundan razılaşıb 24 saat müddətində 10 min manat pulu verəcəyinə razılıq verdiyinə görə onu buraxdıqlarını bildirmişdir. Aftandil onunla telefonda danışarkən Aftandilin çox qorxduğunu hiss etmiş və bir neçə dəfə Aftandildən qorxmamasını və bu barədə polisə məlumat verməsini istəmişdir. Aftandilin dediyi şəxslərin hamısını tanımış, lakin həmin şəxslərdən ona ən yaxını Rəşad Bağırov olmuşdur. Buna görə 05 yanvar 2023-cü i tarixdə Rəşad Bağırova zəng etmiş, Rəşad Bağırov telefonu açdıqda, ondan nəyə görə Aftandili evinə apardıqlarını, nəyə görə Aftandildən hədə-qorxu yolu ilə pul tələb edərək butulkada otuzdurmaq istədiklərini və hansı səbəbdən onun adını narkotik vasitələrin satışında hallandırdıqlarını soruşmuşdur. Rəşad Bağırov ona yaxşı etdiklərini, Aftandillə birlikdə narkotik satdığını və həmin səbəbdən də pul verməli olduğunu demişdir. X6 harada olduğunu soruşmuş, lakin Rəşad telefonunu söndürmüşdür. Bir neçə dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng etdiyini görmüş, Asifin zəngini açdıqda Asif onunla kobud danışmışdır. Asif onunla danışarkən öz hərəkətlərinə haqq qazandırmış, buna görə Asifə Aftandildən nahaq yerə pul tələb etdiyini demişdir. Bu zaman Asiflə telefonda mübahisə etməyə başlamış, həmin vaxt Asif onun ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin telefonda Asiflə birlikdə olan Yusif və Anarın da onun ünvanına küçə söyüşləri işlətdiyini eşitmişdir. Əsəbiləşib Asif, Yusif və Anarın dediklərini özlərinə qaytarmış, bu zaman Asif onu Astara şəhəri, M.Cəbiyev küçəsində yerləşən Elməddin adlı şəxsə məxsus mağazanın yanına görüşə çağırmışdır. Məcburiyyət qarşısında qalaraq, onu qorxaq hesab etməsinlər deyə həmin görüşü qəbul etmişdir. Asifin təkidlə görüşmək istədiyini görüb razılaşmış və Asifə Elməddinin mağazasının hərbi şəhərciyə yaxın olduğunu bildirib, hərbi şəhərciyə gəlmələrini istəmişdir. Asif oraya yaxın olduğunu bildirib, iki dəqiqəyə oraya çatacağını demişdir. Bundan sonra evini tərk etmək qərarına gəlmiş, Asifgilin saylarının çox olduğunu bildiyindən, Asifin və yanında olan şəxslərin əvvəllər məhkum olunduqlarını, üzərlərində silah daşıdıqlarını güman etdiyindən, evini tərk edərkən anası X4 adına olan 12 kalibrli, “MR-155” markalı yivsiz ov tüfəngini dəözü ilə götürmüşdür. Evi tərk edib, özünə məxsus “Vaz-21071” markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobilə oturan zaman fikirləşmişdir ki, əgər Asif və yanındakılarla görüşsə, Asifə və dostlarına hər hansı xəsarət yetirməlidir, çünki Asif və dostları onun ünvanına pis söyüşlər söymüşlər. Buna görə də qərara gəlmişdir ki, Asif və dostlarının görüşməyə gələcəkləri yerdə tüfənglə atəş açsın və Asiflə dostları qorxaraq getsinlər. Evi tərk edib avtomobillə yola çıxdıqda Anara məxsus “BMW” markalı avtomobilin S.Vurğun küçəsində irəlilədiyini görmüş və həmin avtomobilin arxası ilə avtomobilini idarə etmişdir. Bundan sonra avtomobili idarə edən Zərərçəkmiş şəxs3 avtomobili bir qədər sağa çəkərək, yol vermiş, buna görə də “BMW” markalı avtomobili ötməyə başlamışdır. Ötmə əməliyyatını həyata keçirən zaman Anarın sağ qabaq oturacaqda oturduğunu görmüş və Asifin arxa oturacaqda oturduğunu bilmişdir. Lakin, arxa oturacaqda Asifdən başqa kimlərin olduğunu görməmişdir. Belə ki, avtomobilini hərbi şəhərciyin giriş qapısının qarşısına tərəf sürmüş, Yusif də onun arxasınca gəlmişdir. Hərbi şəhərciyin qarşısına çatdıqda avtomobili dayandırmış, Zərərçəkmiş şəxs3 idarə etdiyi “BMW” markalı avtomobili təxminən onun avtomobilindən 15 metr məsafədə dayanmışdır. Bir neçə saniyə gözlədikdən sonra avtomobildən düşmüşdür. Asif və yanında olan şəxslər onun ünvanına ağır söyüşlər işlətdiklərindən, onların avtomobildən düşmələrinə imkan verməmiş, onların avtomobildən düşdüyü təqdirdə onlara xəsarət yetirməli olduğundan onların avtomobildən düşmələrini gözləməmişdir. Avtomobilinin arxa oturacağından ov tüfəngini götürüb, atəş açmağa başlamış, özündən asılı olmayaraq beş dəfə tətiyi dalbadal sıxmış, həmçinin əsəbləşdiyindən Asif və dostlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Silahla atəş açan zaman “BMW” markalı avtomobil hərəkət etməyə başlamış, Asif və dostlarının artıq qorxaraq hadisə yerindən uzaqlaşmağa başladıqlarını başa düşmüşdür. Təxminən beş dəqiqə keçdikdən sonra avtomobili ilə yaşadığı evə tərəf qayıtmışdır. Hadisədən sonra Asif, Anar və Yusif yenə ona zəng edərək ünvanına nalayiq ifadələr işlətmişlər. Hadisədən sonra Aftandilə zəng edib, polisə məlumat verməsini istəmiş, fikirləşmişdir ki, Asif, Rəşad Bağırov, Yusif və Anar Aftandilə zərər vura bilərlər. Asif və dostları hamısı cinayətkar aləmdə nüfuza malik şəxslərdir, Asif bir neçə dəfə məhkum olunmuş, Zərərçəkmiş şəxs2 qəsdən adam öldürmə cinayəti ilə məhkum olunmuş, Zərərçəkmiş şəxs3 da bir neçə dəfə məhkum olunmuşdur. Asif və Anarın Rusiya Federasiyasında yaxşı əlaqələrinin olmasını, Asif və dostları onu görüşməyə dəvət edən zaman Asif və dostlarının üzərində silah olacağını güman etmişdir. Buna görə də evdən çıxmazdan əvvəl özünə məxsus ov tüfəngini, özünü müdafiə etmək üçün özü ilə götürmüşdür. Atəş açmazdan öncə avtomobili nişan almamış, onları qorxutmaq üçün və hadisə yerindən uzaqlaşdırmaq üçün atəş açmışdır. Onunla “BMW” markalı avtomobilin arasında təxminən 15 metr məsafə olmuş və patronlardan çıxan qırmalar yerə dəydikdən sonra səpələnərək avtomobilə sıçramışdır. Sırf Asif və yanında olan şəxsləri qorxutmaq üçün tüfəngdən atəş açmışdır. Avtomobildə olan şəxsləri öldürmək və ya həmin şəxslərə xəsarət yetirmək imkanı olmuş, Yusif avtomobili onun avtomobilinin qarşısında dayandırmış, öz avtomobilini bir qədər irəliyə sürüb, “BMW 528” markalı, “**-ZL-***” dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayandırıb, birbaşa avtomobilin içərisinə atəş açaraq avtomobildə olan şəxslərə xəsarət yetirmək imkanı olmuş, həmçinin öz avtomobilindən düşdükdən sonra qaçaraq “BMW 528” markalı, “**-ZL-***” dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, birbaşa avtomobilin içərisinə atəş açmaq imkanı olmuşdur. Lakin, Asif və dostlarını qorxudub, hadisə yerindən uzaqlaşdırmaq məqsədi ilə yerə atəş açmışdır. Həmin vaxt əsəbi olduğundan, özündən asılı olmayaraq beş dəfə əlini tətiyə sıxmış və beş dəfə atəş açmışdır. Tüfəngdən atəş açan zaman ətrafda kiminsə olduğunu görməmiş, ətrafda hündür mərtəbəli yaşayış binaları olmuş, ola bilsin ki, həmin binalarda olanlar hadisəni görmüşlər. Ətrafda yaşayış binalarının sayı çox olduğundan törətdiyi hadisəətrafda olan şəxslərin narahatlığına səbəb olmuşdur. Tüfənglə atəş açdığından ətrafa səs-küy yayılmış, həmçinin uca səslə söyüş söymüşdür. Mübahisə təxminən 5-6 dəqiqə davam etmiş, hadisə 05 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində baş vermişdir. Hadisə Astara şəhəri, S.Vurğun küçəsində yerləşən köhnə hərbi şəhərciyin giriş qapısının qarşısından keçən yolda baş vermişdir. Tüfəng onun anası X5 məxsusdur, tüfəng 12 kalibrli, “MR-155” markalı, ********** nömrəli yivsiz ov silahıdır. Gecə anasına məxsus ov tüfəngini görüşmək üçün getdiyi şəxslərdən qorxduğuna görə götürmüşdür ki, onlardan müdafiə olunsun. Hazırda etdiyi əməldən səmimi peşmandır, himayəsində azyaşlı uşağı vardır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Etdiyi əməldən utanc hissi keçirir. Hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzası təyin olunarsa, bu onun ailəsinə, xüsusən də azyaşlı uşağının yaşayışına çox pis təsir edə bilər. Digər tərəfdən zərərçəkmiş şəslərin hamısına vurulan ziyanı tam olaraq ödəmişdir, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Həyatında ilk dəfə cinayət törətməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, zərəçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün, zərərçəkmiş şəxslərin, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 04 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində tanışları Zərərçəkmiş şəxs2, X11 və Zərərçəkmiş şəxs3 ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olmasının düzgün olmadığını bildirmək üçün Astara şəhər sakini Şahid yaşadığı evdən götürüb, Rəşad Bağırova məxsus evə apararaq orada Aftandilə iradlarını bildirmiş, sonra Şahid yaşadığı evə aparmışlar. Aftandili evində düşürdükdən sonra Yusif onu evinə aparmaq üçün avtomobili Ərçivan qəsəbəsinə tərəf sürmüşdür. Yaşadığı evə çatmamış, Rəşad Bağırov telefonla ona zəng edərək Təqsirləndirilən şəxs telefonla zəng edib Rəşad Bağırovu, onu, Anarı və Yusifi nalayiq ifadələrlə təhqir etdiyini bildirmişdir. Rəşad Bağırov ona Təqsirləndirilən şəxs mobil nömrəsini verib, Təqsirləndirilən şəxs zəng edərək məsələni aydınlaşdırmasını istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs zəng etmiş və Rəşad onların ünvanına nalayiq ifadələr işlədib, Aftandilə hədə-qorxu gəlmələri ilə bağlı onlara iradlarını bildirmişdir. Təqsirləndirilən şəxs onları söydüyünü eşidib, Təqsirləndirilən şəxs Astara şəhərində yerləşən “Sim-sim” adlanan ərazidə görüşmələrini istəmişdir. Rəşad ondan “Sim-sim” adlanan yerin yaxınlığında olan “qaradok” adlanan yerdə görüşməyi istəmişdir. Təqsirləndirilən şəxsla razılaşmış və Yusif dərhal Anara məxsus “BMW” markalı, “99-Zl-528” dövlət qeydiyyat nişanlı avtomobili “qaradok” adlanan əraziyə tərəf sürməyə başlamışdır. Onlar Ərçivan qəsəbəsindən birbaşa Astara şəhərində yerləşən köhnə hərbi şəhərciyin ərazisinə gəlmişlər. Hərbi şəhərciyin ərazisinə gəldikdə Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, “Vaz-21074” markalı avtomobili görmüş, Yusif də Rəşadın arxası ilə avtomobili idarə etmişdir. Şəhərcik istiqamətində bir qədər yol getdikdən sonra Təqsirləndirilən şəxs avtomobili yolun sağ tərəfində saxlamış, Təqsirləndirilən şəxs avtomobilini dayandırdıqdan sonra Yusif avtomobili avtomobilindən təxminən 15 metr irəlidə dayandırmış, sonra Təqsirləndirilən şəxs əlində tüfənglə avtomobilindən düşüb, atəş açmağa başlamış, Təqsirləndirilən şəxs uca səslə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs silahla atəş açdığından ətrafda səs-küy yaranmış və hadisənin baş verdiyi yerdə yaşayış binaları olmuşdur. Həmin səsi ətrafdakı şəxslər də eşitmişlər və narahat olmuşlar. Konkret olaraq hadisəni kimlərin gördüyünü bilmir. Həmin vaxt avtomobildə olan Anar və Yusif Təqsirləndirilən şəxs əlində silah olduğunu bildirmişlər. Rəşadın əlində silah olduğunu eşitdikdə bilmişdir ki, Təqsirləndirilən şəxs arxadan tüfəngdən atəş açır. Bu zaman onlar qorxu hissi keçirmişlər. Yusif dərhal avtomobili idarə edərək hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs avtomobilini onların içərisində olduqları avtomobilin yanında saxlayıb onların avtomobilin içərisinə atəş açmaq imkanı olmuş, onlara xəsarət yetirmək imkanı olmuşdur, lakin bunu etməmişdir. Hadisə yerini tərk etdikdən sonra Yusif avtomobili onun yaşadığı qəsəbəyə sürüb, onu orada düşürmüşdür. Sonra isə Yusif Anarla birlikdə evlərinə getmişdir. Mübahisə təxminən beş dəqiqə davam etmiş, mübahisə 05 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində baş vermişdir. Sonradan bilmişdir ki, patronlardan açılmış qırmalardan bəziləri avtomobilə də təmas etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 04 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində tanışları Zərərçəkmiş şəxs1, X11 və Zərərçəkmiş şəxs3 ilə birlikdə Astara şəhər sakini Şahid yaşadığı evdən götürüb, Rəşad Bağırova məxsus evə apararaq, orada ona qeyri-qanuni işlərlə məşğul olmasını irad kimi bildirmiş, sonra Şahid yaşadığı evə qaytarmışlar. Rəşad Bağırov isə evində qalmışdır. Aftandil avtomobildən düşürdükdən sonra Asifi evinə aparmaq üçün Ərçivan qəsəbəsinə yola düşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs3 avtomobili idarə etmiş, Asifin evinin qarşısında avtomobili saxladıqdan sonra Asif avtomobildən enmək istəyərkən, Rəşad Bağırov telefonla Asifə zəng edərək Təqsirləndirilən şəxs telefonla zəng edib Rəşad Bağırovu və onları nalayiq ifadələrlə təhqir etdiyini bildirmiş və Təqsirləndirilən şəxs telefon nömrəsini Asifə Rəşada zəng etməsi və məsələni aydınlaşdırması üçün vermişdir. Asif Təqsirləndirilən şəxs zəng etdikdə Təqsirləndirilən şəxs qəzəbli olmuş və nalayiq ifadələrlə onları təhqir etməyə başlamışdır. Asif Təqsirləndirilən şəxs onları söydüyünü eşidib, Təqsirləndirilən şəxs görüşməyi təklif etmişdir. Sonra Təqsirləndirilən şəxs Astara şəhəri köhnə hərbi şəhərciyə gəlməyi onlardan istəmişdir. Asif yenidən avtomobilə əyləşmiş, bu vaxt sərnişin qismində avtomobilin arxa oturacağında, Asif sərnişin qismində ön oturacaqda oturmuş, Yusif isə avtomobili idarə etmişdir. Onlar Ərçivan qəsəbəsindən birbaşa Astara şəhərində yerləşən köhnə hərbi şəhərciyin ərazisinə gəlmişlər. Hərbi şəhərciyin ərazisinə gəldikdə Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, “Vaz-21074” markalı avtomobili görmüşlər və Yusif həmin avtomobilin arxası ilə avtomobili idarə etmişdir. Şəhərcik istiqamətində bir qədər yol qət etdikdən sonra Təqsirləndirilən şəxs avtomobili yolun sağ tərəfində saxlamışdır. Bu vaxt Yusif avtomobili idarə edərək Təqsirləndirilən şəxs avtomobilinin təxminən 15 metr qarşısında dayanmışdır. Bu zaman Təqsirləndirilən şəxs avtomobilindən yerə düşdüyünü, əlində tüfəng olduğunu görmüş və Təqsirləndirilən şəxs onların ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Təqsirləndirilən şəxs əlində tüfəng olduğunu görüb, qorxu hissi keçirmiş və dərhal Yusifə avtomobili saxlamadan sürətlə idarə etməsini, Təqsirləndirilən şəxs əlində olan silahla atəş aça biləcəyini demişdir. Bundan sonra Yusif avtomobili idarə etməyə başlamış və bu əsnada Təqsirləndirilən şəxs bir neçə dəfə tüfəngdən atəş açmışdır. Təqsirləndirilən şəxs atəş açdığını görüb, hadisə yerindən uzaqlaşaraq getmişlər. Təqsirləndirilən şəxs silahla atəş açdığından ətrafda səs-küy yaranmış və hadisənin baş verdiyi yerdə yaşayış binaları olmuşdur. Asif və Təqsirləndirilən şəxs telefonda danışarkən bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. Rəşad onları qorxutmaq üçün tüfəngdən atəş açmışdır. Təqsirləndirilən şəxs onların içərisində olduqları avtomobilin içərisinə atəş açmaq, həmçinin onlara xəsarət yetirmək imkanı olmuş, lakin xəsarət yetirməmişdir. Onlar tüfəng səsini eşidən kimi qorxaraq hadisə yerindən uzaqlaşmış, hadisə yerini tərk etdikdən sonra Yusif avtomobili Ərçivan qəsəbəsinə sürüb, Asifi orada avtomobilindən düşürmüş, sonra isə avtomobili yaşadığı evə tərəf sürmüş vəözü avtomobildən düşərək evinə getmişdir. Bundan sonra “BMW” markalı, “99-Zl-528” dövlət qeydiyyat nişanlı avtomobili idarə edib, yaşadığı evə getmişdir. Mübahisə təxminən 5 dəqiqə davam etmiş, mübahisə 05 yanvar 2023-cü il tarixdə, təxminən saat 02 radələrində baş vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 04 yanvar 2023-cü il tarixdə, təxminən saat 22 radələrində tanışları Zərərçəkmiş şəxs1, X11 və Zərərçəkmiş şəxs2 ilə birlikdə Astara şəhər sakini Şahid yaşadığı evdən götürüb, Rəşad Bağırova məxsus evə aparmışlar. Evdə olduqları zaman Şahid öz iradlarını bildirmiş, sonra isə Şahid yaşadığı evə aparmışlar. Həmin vaxt Rəşad Bağırov öz evində qalmışdır. Aftandili evində avtomobildən düşürdükdən sonra Asifi evinə aparmaq üçün Ərçivan qəsəbəsinə yola düşmüşlər. Həmin vaxt avtomobili özü idarə etmişdir. Asifin evinin qarşısında avtomobili saxladıqdan sonra Asif avtomobildən enmək istəyərkən, Rəşad Bağırov telefonla Asifə zəng edərək Təqsirləndirilən şəxs Rəşad Bağırova telefonla zəng edib Rəşadı və onları nalayiq ifadələrlə təhqir etdiyini bildirmiş və Təqsirləndirilən şəxs telefon nömrəsini Asifə Təqsirləndirilən şəxs zəng etməsi və məsələni aydınlaşdırmasıüçün vermişdir. Asif Təqsirləndirilən şəxs zəng etdikdə Təqsirləndirilən şəxs qəzəbli olmuş və nalayiq ifadələrlə onları təhqir etməyə başlamışdır. Asif Təqsirləndirilən şəxs onları söydüyünü eşidib, Təqsirləndirilən şəxs görüşməyi təklif etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Astara şəhəri köhnə hərbi şəhərciyə gəlməyimi onlardan istəmişdir. Asif yenidən avtomobiləəyləşmiş, avtomobili Astara şəhərində yerləşən köhnə hərbi şəhərcik istiqamətində idarə etməyə başlamışdır. Ərçivan qəsəbəsindən birbaşa Astara şəhərində yerləşən köhnə hərbi şəhərciyin ərazisinə gəlmişlər. Hərbi şəhərciyin ərazisinə gəldikdə Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, “VAZ-21074” markalı avtomobili görmüş və avtomobili Rəşadın avtomobilinin arxası ilə sürmüşdür. Şəhərcik istiqamətində bir qədər yol qət etdikdən sonra Təqsirləndirilən şəxs avtomobili yolun sağ tərəfində saxlamış, bu vaxt avtomobili idarə edərək Təqsirləndirilən şəxs avtomobilinin təxminən 15-20 metr qarşısında dayanmışdır. Bu zaman Təqsirləndirilən şəxs avtomobilindən yerə düşdüyünü, əlində tüfəng olduğunu görmüş və Rəşadın onların ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Təqsirləndirilən şəxs əlində tüfəng olduğunu görüb, qorxu hissi keçirmiş və dərhal avtomobili saxlamadan idarə etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs tüfəngdən atəş açmağa başlamış, buna görə də qorxmuşdur. Onlar Təqsirləndirilən şəxs atəş açdığını görüb, hadisə yerindən uzaqlaşaraq getmişlər. Təqsirləndirilən şəxs silahla atəş açdığından ətrafda səs-küy yaranmış və hadisənin baş verdiyi yerdə yaşayış binaları olmuşdur. Təqsirləndirilən şəxs onları qorxutmaq üçün tüfəngdən atəş açmış, Təqsirləndirilən şəxs avtomobilini onların içərisində olduqları avtomobilin yanında saxlayıb onların avtomobilin içərisinə atəş açmasına imkanı olmuş, həmçinin onlara xəsarət yetirmək imkanı olmuş, lakin yetirməmişdir. Tüfəng səsini eşidən kimi hadisə yerindən uzaqlaşmışdır. Mübahisə təxminən beş dəqiqə davam etmiş, mübahisə 05 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində baş vermişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs atəş açdığı zaman ətrafa səpələnən qırmaların avtomobilə dəydiyini bilməmiş, hadisədən sonra görmüşdür ki, qırmalardan bəzisi avtomobilə dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs X1 nümayəndəsi Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram vuraraq, səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini, zərərçəkmişə vurulan ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs X1 nümayəndəsi Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, “BMW” markalı, “**-ZL-***” dövlət qeydiyyat nişanlı avtomobili qohumu X2 məxsusdur. Lakin, həmin avtomobil etibarnamə əsasında Zərərçəkmiş şəxs2 istifadəsinə verilmişdir. Onların hazırda baş vermiş cinayətlə bağlı heç bir əlaqələri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, 04 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı evdə olan zaman Astara rayon sakinləri Zərərçəkmiş şəxs1, X11, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Anarın istifadəsində olan, həmin vaxt Rəşadın idarə etdiyi avtomobillə evinin qarşısına gəlib, onu Rəşad Bağırova məxsus evə aparmışlar. 05 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1, Rəşad Bağırov, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ona zor tətbiq edərək butulka üzərində otuzdurub barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə ondan 10000 manat məbləğində pulu 24 saat ərzində hədə-qorxu ilə tələb etmişlər. Rəşad Bağırova məxsus evdə olduğu zaman Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxsla birlikdə dəniz vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitə gətirdiyini və satdığını, 10000 manat pulu verməli olduğunu demiş və dediklərini Təqsirləndirilən şəxs çatdırmadığı təqdirdə ünvanına nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs1, Rəşad Bağırov, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hədə-qorxu ilə pul tələb etdikdən sonra onu butulka üzərində otuzdurub rüsvay edəcəklərindən qorxub onlara əgər onu buraxarlarsa 24 saat ərzində deyilən 10 min manat pulu catdıracağnı bildirmiş, bundan sonra Asif, Anar və Yusif onu evinə aparmışlar. Evə daxil olduqda ailə üzvləri onu qarşılamışlar və nə baş verdiyini, harada olduğunu soruşmuşlar. Evdə olarkən Zərərçəkmiş şəxs1 ona söydüyü, yəni 10000 manat pul tələb etməsini Təqsirləndirilən şəxs çatdırmayacağı təqdirdə onun və ailə üzvlərinin ünvanına ağır söyüşlər söyməsi yadına düşmüş, həmin söyüşləri həzm edə bilməmiş, buna görə də 05 yanvar 2023-cü il tarixdə, təxminən saat 02 radələrində Təqsirləndirilən şəxs zəng edib, Rəşada onu evindən apardıqlarını, Rəşad Bağırovun evində onu döyərək, hədə-qorxu ilə pul tələb etdiklərini, 10 min manat pul verməyəcəyi halda onu butulka üzərinə otuzdurub rüsvay etmək istədiklərini həmin pulu Təqsirləndirilən şəxs ilə birlikdə verməli olduğunu dediklərini bildirmişdir. Təqsirləndirilən şəxs kimin onu apardığını soruşmuş və o da Asif, Yusif, Anar və Rəşad Bağırovun qeyd etdiyi hərəkətləri etdiyini demişdir. Təqsirləndirilən şəxsla telefonda danışarkən onun ailə üzvləri ağlamış, Rəşad ailə üzvlərinin ağladığını eşidib, ailə üzvlərinin narahat olmamalarını və polisə zəng etməyini istəmişdir. Həmçinin Rəşada demişdir ki, polisə bu barədə məlumat versə, qorxur ki, oğluna nəsə etsinlər. Təqsirləndirilən şəxs qorxmamağını istəyib, sağollaşmışdır. Həmin gün, təxminən saat 07 radələrində Təqsirləndirilən şəxs ona zəng etmiş, lakin Rəşadın telefonuna cavab verməmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Rəşad dənizə getmək üçün onun evinə gəlmiş və birlikdə balıq tutmaq məqsədi ilə dənizə getmişlər. Dənizə gedərkən Təqsirləndirilən şəxs Anara zəng edib, nə istədiklərini soruşmuş, Anar isə Rəşada cavab verə bilməmişdir. Təqsirləndirilən şəxsla söhbət etdikdə Rəşad demişdir ki, gecə Rəşad Bağırovla telefonda danışmış, Rəşad Bağırov onun narkotik vasitə satdığını, həmin səbəbdən də pul verməli olduğunu bildirmiş, bundan sonra Asifgillə görüşmüş, əsəbiləşib, silahdan atəş açmışdır. Baş vermiş hadisəni görməmiş, həmin vaxt evində olmuşdur. Təqsirləndirilən şəxs belə bir hadisə törədəcəyini bildiyi təqdirdə Rəşada Zərərçəkmiş şəxs1, Rəşad Bağırov, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 pul tələb etmələrini deməyəkmiş. Səhər saatlarında Təqsirləndirilən şəxsla dənizə gedən zaman Rəşad ona 05 yanvar 2023-cü il tarixdə saat 02 radələrində“qaradok” adlanan yerin qarşısında Asif, Anar və Yusiflə görüşməsi, qorxutmaq məqsədi ilə anasına məxsus ov tüfəngi ilə atəş açması, həmin şəxslərin də qorxaraq hadisə yerindən qaçdıqlarını demişdir. İş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin PPXB-nin manqa komandiri vəzifəsində işləyir, polis baş serjantıdır. 05 yanvar 2023-cü il tarixdə gecə saatlarında ünvan 2 ünvanında yerləşən yaşadığı evdə olmuş, təxminən saat 02 radələrində evdə olan zaman evin yaxınlığından bir neçə dəfə atəş səsləri eşitmişdir. Evin eyvanına çıxmış və dövlət qeydiyyat nişanını görmədiyi “BMW” markalı avtomobilin S.Vurğun küçəsində yerləşən köhnə hərbi şəhərciyin qarşısından işıqfora tərəf irəlilədiyini görmüşdür. Həmin vaxt hərbi şəhərciyin qarşısında bir nəfər şəxs uca səslə, əlində tüfənglə “BMW” markalı avtomobilə tərəf söyüş söyürmüş. Həmin şəxs 1- 2 dəqiqə də söyüş söyməyə davam etmiş və sonra dövlət qeydiyyat nişanını görmədiyi “VAZ 21074” markalı avtomobilə oturmuşdur. Həmin şəxs avtomobilə oturduqdan sonra avtomobilin işıqlarını yandırmamış, həmin formada hadisə yerindən uzaqlaşmışdır. Dərhal Astara rayon polis şöbəsinin növbətçi hissəsinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məsul növbətçi polis şöbəsinə gəlib, hadisə ilə bağlı raport yazmağını istəmiş, polis şöbəsinə gələrək, baş vermiş hadisə barədə raportla şöbə rəhbərliyinə məlumat vermişdir. Sonra isə növbədə olan polis əməkdaşları ilə birlikdə hadisə yerinə qayıtmışdır. Hadisə yerinə qayıtdıqda hadisə yerinə baxış keçirmişlər və özü də hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Belə ki, hadisə yerindən 5 ədəd giliz və 5 ədəd qırmaların yerləşdiyi konteyner aşkar edilmişdir. Giliz və konteynerlər baxış zamanı götürülmüşdür. Bir neçə saat keçdikdən sonra məlum olmuşdur ki, Astara rayon sakinləri Zərərçəkmiş şəxs1, X11, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qabaqcadan əlbir olub, birləşərək Astara şəhər sakini Şahid zor tətbiq etməklə Aftandildən və dostu Təqsirləndirilən şəxsla birləşib, pul vermələrini tələb etmişlər. Bu barədə məlumat alan Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3la görüşməyə gəlmiş, həmin vaxt Asifgili qorxutmaq məqsədi ilə tüfəngdən atəş açmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. «Baxış keçirilməsi haqqında» 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 03:30-dan 04:20-dək Astara şəhəri S.Vurğun küçəsində hadisə yerinə baxış keçirilmiş, hadisə yeri “Hərbi şəhərcik” deyilən yerin giriş qapısından 30 metr aralıda, beş mərtəbəli binanın qarşısında olan S.Vurğun küçəsidir. Hadisə yerində tüfəngdən atəş açılma nəticəsində 05 ədəd giliz və 05 ədəd patron qırmalarını doldurulmasıüçün nəzərdə tutulmuş konteynerlər yerdə olması aşkar edildi. Gilizlər hamısı bir-birinə yaxın məsafədə yerdə səpələnmişlər, konteynerlər isə bir-birindən təxminən 2 metr fərqli məsafələrdə səpələnmişlər. Baxışda iştirak edən Astara RPŞ-nin PPXB-nin manqa komandiri Fərşid Məmmədli təxminən bir saat əvvəl hadisə yerində atəş səslərinin gəldiyini, ərazidən “BMW” markalı və“VAZ-21074” markalı avtomobillərin uzaqlaşdığını gördüyünü, hadisə barədə Astara RPŞ-yə məlumat verdiyini bildirmişdir. 05 ədəd giliz və 05 ədəd patron qırmalarını doldurulmasıüçün nəzərdə tutulmuş konteynerlər işüzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə hadisə yerindən götürülmüşdür. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir.
2. «Baxış keçirilməsi və götürmə aparılması haqqında» 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Raikal” yivsiz lüləli ov tüfənginə, iki ədəd üzərində “ZUBER” sözləri yazılmış patron qutuya və içərisində olan patronlara, bir ədəd qara rəngli qatara və içərisində olan patronlara baxış keçirilmişdir. Astara rayonu Şahağacı kəndində qeydiyyatda olan, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Raikal” markalı ov tüfəngi 12 kalibirli “MR-155 markalı, ********** nömrəli yivsiz lüləli ov tüfəngidir, üzərində“Raikal” sözləri yazılmışdır. Bir ədəd qara rəngli tüfəng qatarının içərisində 11 ədəd atəş edilməmiş patron vardır. İki ədəd patron qutularından bir ədəd qutuda 12 kalibirli olmaqla 19 ədəd patron, ikinci qutuda 12 kalibrli olmaqla 20 ədəd patron, ümumilikdə iki ədəd qutuda 39 ədəd, patron vardır. Həmin patron qutularının üzərində “ZUBER” sözləri yazılmışdır. Qutuda olan patronlar istifadə edilməmişdir. Təqdim edilmiş bir ədəd “Raikal” markalı ov tüfəngi, bir ədəd içərisində 11 ədəd patron olan qatar, iki ədəd patron qutuları və içərisindəümumilikdə 39 ədəd patron olan patron qutuları mühüm sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, qablaşdırılmış və arayışlar üçün nəzərdə tutulmuş möhürlə möhürlənmişdir. Baxış və götürmə gündüz təbii işıqda keçirilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.
3. «Baxış keçirilməsi haqqında» 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, “BMW” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilə çöldən baxış keçirilmiş, avtomobilin arxa hissəsində atəş nəticəsində səpmə qırma izləri vardır. Həmin qırmalar avtomobilin arxa sağ farasını, üst banını və avtomobilin arxa hissəsinin hər yerini tüfəngdən açılmış atəş nəticəsində qırma izləri vardır. Baxış zamanı “BMW” markalı, **-ZL- *** dövlət qeydiyyat nişanlı avtomobilin digər hissələrində qırma izləri və başqa izlər aşkar edilməmişdir. Hadisə yerinə baxış gündüz təbii işıqda keçirilmiş, mühüm xüsusatlar foto şəkili çəkilərək protokola əlavə edilmişdir.
4. Cinayət işinin materiallarına əlavə edilmiş, Astara rayon polis şöbəsi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli məktubda göstərilmişdir ki, vətəndaş X5 məxsus olan MR-155 markalı, 12 kalibrli, ********** nömrəli yivsiz lüləli ov silahı Astara rayon polis şöbəsində qeydiyyatdadır və X5 “ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün” 30 iyun 2021-ci il tarixdə 1534 saylı şəhadətnamə verilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə ballistik və atəş izləri ekspertizasının 09 mart 2023-cü il tarixli, 3/351 və 3/362 saylı rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah İjevsk mexaniki zavodunda istehsal edilmiş 12 kalibrli, “MP-155 modelli, ********** N-li, daxili çaxmaqlı, təklüləli, yarımavtomatik (özüdolduran) tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, sonradan üzərində əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata tədqiq edilmiş 50 ədəd patron zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində, o cümlədən də tədqiqata təqdim edilmiş“MP-155 modelli, ********** N-li tüfəngdə də döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissələridir - gilizləridir. Həmin gilizlər “MP- 155” modelli, ********** N-li ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 05 ədəd predmet 12 kalibrli, yivsiz odlu ov tüfənglərində istifadə edilən patronların doldurulmasıüçün nəzərdə tutulmuş, atəş komponentinin hissəsidir - polietilen (“konteyner” tipli) tıxacdır. Həmin tıxacların üzərlərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri vardır. Həmin izlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatıüçün azlıq təşkil etdiyindən onların təqdim edilmiş“MP-155” modelli, ********** N-li ov tüfəngindən atılıb-atılmadığını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş BMW markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəciklərin və qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, onun formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən həmin zədələr batıq (giriş) zədələri olmaqla, yivsiz odlu ov tüfəngindən açılan atəşlər nəticəsində, qırmaların təsirindən 2,5 metrdən yuxarı olan məsafədən arxadan-önə doğru istiqamətdə yetirlməyə xarakterik. Həmin zədələr tədqiqata təqdim edilmiş“MP-155 modelli, ********** N-li, təklüləli ov tüfəngindən açılan atəşlər nəticəsində yarana bilər. Zədələrin yayılma radiusu geniş olduğu üçün atəşlərin konkret olaraq necə atəşlərin təsirindən yaranmasını müəyyən etmək mümkün deyil.
6. Cinayət işinin materiallarına əlavə edilmiş avtomobilə dəymiş ziyanla bağlı Astara rayon 6 saylı ATXB-nin ustası Ramil Məmmədovun tərtib etdiyi 05 yanvar 2023-cü il tarixli aktdan görünür ki, “BMW 528” markalı“**-ZL-***” dövlət qeydiyyat nişanlı avtomobilə 850 manat ziyan dəymişdir.
7. Zərərçəkmiş şəxs X1 nümayəndəsi Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə verulmuş teleqramın məzmunundan görünür ki, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 8ci bəndinə əsasən xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi ilə müşaiyət edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Qərarın 9-cu bəndində göstərilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Astara rayonu İHB-nın Ərçivan qəsəbə üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Astara rayonu İHB-nın Şahağac kənd üzrə nümayəndəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 01 (bir) azyaşlı uşağı var. İş materiallarında olan Astara rayonu İHB-nın Şahağac kənd üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM. Maddə 59.2 ). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı zərərçəkmiş şəxslərə könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunu müstəsna hal hesab edir. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, ailəsinin ağır maddi durumda yaşamasını, himayəsində 03 (üç) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 62-ci maddəsi (həmin maddədə müəyyən edilən cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona azadlığın məhdudlaşdırılması növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Astara şəhəri İ.Kaverin küçəsi, ev 42 A, 16 saylı mənzildə ailəsi ilə birgə yaşayır. Hazırda fərdi qaydada Astara və Lənkəran rayonları ərazisində əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara şəhəri İ.Kaverin küçəsi, ev 42 A, 16 saylı mənzili günün müəyyən vaxtı, yəni axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara şəhəri İ.Kaverin küçəsi, ev 42 A, 16 saylı mənzili axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 07 yanvar 2023-cü il tarixli, 4(018)- 5/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli tutulduğu vaxtdan, yəni 05 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu (05 yanvar 2023-cü il tarixdən 02 avqust 2023-cü il tarixədək) 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. İş materiallarında olan «Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında» 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş MR-155 markalı, 12 kalibrli, ********** nömrəli yivsiz lüləli ov silahı, 50 ədəd patron, 05 (beş) ədəd giliz və 05 (beş) ədəd patron qırmalarının doldurulması üçün nəzərdə tutulmuş konteynerlər maddi sübut kimi tanınmış və Astara rayon polis şöbəsinin saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və muvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən istifadə etdiyi yivsiz odlu silah qanuni əsaslarla anası X5 məxsusdur. Belə ki, MR-155 markalı, 12 kalibrli, ********** nömrəli yivsiz lüləli ov silahı Astara rayon polis şöbəsində qeydiyyatdadır və X5 “ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün” 30 iyun 2021-ci il tarixdə 1534 saylı şəhadətnamə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Astara rayon polis şöəbsinin saxlama yerinə təhvil verilmiş saz vəziyyətdə olan MR-155 markalı, 12 kalibrli, ********** nömrəli yivsiz lüləli ov silahı və 50 ədəd patron X5 qaytarılmalıdır. İş üzrə maddi sübut olan və Astara rayon polis şöbəsinin saxlama yerinə təhvil verilmiş 05 (beş) ədəd giliz və 05 (beş) ədəd patron qırmalarının doldurulması üçün nəzərdə tutulmuş konteynerlər yararsız olduğu üçün məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X3, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal azad edilməli, hökm qanuni qüvvəsini alanadək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu (05 yanvar 2023-cü il tarixdən 02 avqust 2023-cü il tarixədək) 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 10 (on ay) 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara şəhəri İ.Kaverin küçəsi, ev 42 A, 16 saylı mənzili axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs haqqında seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Hökm qanuni qüvvəsini alanadək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə maddi sübut olub Astara rayon polis şöbəsinin saxlama yerinə təhvil verilmiş saz vəziyyətdə olan MR-155 markalı, 12 kalibrli, ********** nömrəli yivsiz lüləli ov silahı və 50 (əlli) ədəd patron X5 qaytarılsın. İş üzrə maddi sübut olan və Astara rayon polis şöbəsinin saxlama yerinə təhvil verilmiş 05 (beş) ədəd giliz və 05 (beş) ədəd patron qırmalarının doldurulması üçün nəzərdə tutulmuş konteynerlər məhv edilsin. İş üzrə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X3, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Hökmün icrası Astara rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov