Məhkəmə qərarları › İş №1(018)-79/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-79/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-79/2024 06.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi - Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1980-ci ildə Astara rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan 26 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində Astara rayonu Ərçivan qəsəbəsində Zərərçəkmiş şəxs yaşadığı evin həyətində ictimai qaydanı kobud surətdə pozaraq, uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyüb cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozan, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək həmin həyətdən götürdüyü təsərrüfat təyinatlı beli silah qismində istifadə edərək həyətdə olan, Zərərçəkmiş şəxs məxsus “Mercedes” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrini vurub sındıraraq 780 (yeddi yüz səksən) manat dəyərində maddi ziyan vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini davam etdirib, həmin evin qarşısındakı yola çıxaraq əlində olan bellə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən vuraraq, ona sol əlin V daraq sümüyünün sınığı, sağ dirsək, sağ said nahiyyələrində sıyrıqlar, sol əl, döş qəfəsi nahiyyələrində qançırlar, sağ əlin İV barmağı nahiyyəsində əzilmiş yara ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilməyərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Astara rayonu Ərçivan qəsəbəsində yaşayır. Ailəlidir, himayəsində iki azyaşlı uşağı var. Fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs onun əmisidir. Fərhadla əvvəllər aralarında torpaq və ağac kəsmə üstündə mübahisələri olmuş, hətta buna görə barəsində inzibati iş də olmuşdur. 26 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində Astara rayonu Ərçivan qəsəbəsində, yaşadığı evin qarşısından Zərərçəkmiş şəxs öz avtomobili ilə keçərkən yaxınlıqda olan ördəkləri əzəcəyini görüb, ona iradını bildirmişdir. Fərhad da avtomaşının pəncərəsini endirərək onun və ailəsinin ünvanına nalayiq söyüşlər söymüş və avtomaşını sürüb getmişdir. Fərhadın söyüşlərinə əsəbiləşdiyi üçün onun ardınca Fərhadın həyətinə getmiş, Zərərçəkmiş şəxs əlində bellə onu gözləməsini görüb, həyətdən başqa beli götürüb, onun üstünə getmişdir. Həmin vaxt əsəbi olduğu üçün əlindəki bellə həyətdə dayanmış Zərərçəkmiş şəxs «Mercedes» markalı avtomobilinin şüşələrini vurub sındırmışdır. Həmin vaxt avtomobildə Fərhadın uşaqlarının olmasını görməmişdir. Bundan sonra Fərhadın küçəyə çıxdığını görüb, arxasınca küçəyə çıxıb Zərərçəkmiş şəxs üzərinə getmişdir. Həmin vaxt əlindəki bellə Zərərçəkmiş şəxs vurmuş və həmin zərbə onun qoluna dəymişdir. Daha sonra onlar əlbəyaxa olmuşlar. Həmin vaxt hər ikisi yerə yıxılmış və yerdə bir-biriləri ilə tutaşmışlar. Onlar bir-birinin köynəyindən tutmuşlar. Bu zaman qonşulardan Emin X1rı ayırmışdır. Emin və Vaqif onu sakitləşdirərək oradan uzaqlaşdırmışlar. Həmin hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin vaxt həyətdə Fərhadın həyat yoldaşı Şəlalə, iki azyaşlı da övladı olmuşdur. Daha sonra səs-küyə qonşulardan Şahid1, X6 və Fərhadın analığı Şahid4 gəlmişdir. Hazırda özünü Fərhadı vurduğu və hirslənərək avtomobilin şüşəsinə zərbə vurduğu üçün təqsirli bilir. Onun əməli xuliqanlıq deyil, sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməlidir. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən peşmandır. Zərərçəkmiş şəxs avtomobilinə vurmuş olduğu ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunan halları, eləcə də himayəsində 2 nəfər azyaşlı uşağının olmasını nəzərə alınıb, ona mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun cinayət əməlləri məhkəmə istintaqında, cinayət işi üzrə toplanmış materiallar, qismən özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Əriçvan qəsəbəsində yaşayır və evlərinin arasında təxminən 400 metrə yaxın məsafə var. Təqsirləndirilən şəxs onun mərhum qardaşının oğlu olsa da, aralarında isti qohumluq münasibətləri, gəliş-gedişləri yoxdur. Mərhum qardaşının ölümündən sonra da bu münasibətləri daha da soyumuşdur. 26 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində Astara rayonu Ərçivan qəsəbəsində idarə etdiyi «Mercedes» markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə evinə getmiş, həmin vaxt arvadı Şahid3, oğlanları Şahid5 və Şahid6 avtomobildə olmuşdur. Yaşadığı küçə istiqamətində hərəkətdə olan zaman arvadı Şəlalə Təqsirləndirilən şəxs küçədə olduğunu və onlara tərəf tərs-tərs baxıb nəsə dediyini bildirərək ona fikir verməməsini xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ördəklərinin yanından keçərkən ördəklər səs etməyə başlamış, Təqsirləndirilən şəxs bunu bəhanə edərək ona “korsan, görmürsən, oğraş, alçaq” və sair nalayiq söyüşlərlə onun ünvanına söymüşdür. Avtomobili saxlayıb, şüşədən başını çıxarıb niyə onu söydüyünü İbrahimə demiş, Təqsirləndirilən şəxs təkrar onu və ailəsini təhqir edərək, onun avtomobilinin arxa buferinə təpiklə, baqaj hissəsinə isə yumruqla zərbələr vurmuşdur. O da başını pəncərədən çıxarıb İbrahimin söyüşlərinə qarşılıq vermiş və avtomobilini sürərək yoluna davam etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun avtomobilinin arxasınca gəldiyini və ona qarşı pis hərəkətlər edəcəyini bilərək, elə yolda olan zaman polisə zəng edərək bu barədə məlumat vermiş və polisləri hadisə yerinə çağırmışdır. Gözlədiyi kimi Təqsirləndirilən şəxs onun arxasınca gəlmiş, buna görə də avtomobilini həyətinə salmışdır. Təqsirləndirilən şəxs həyətin qapısına çatarkən arvadı Şəlalə İbrahimin qarşısını kəsərək, həyətə girməməsini demişdir. Lakin, İbrahim onun arvadı Şəlaləni əli ilə itələyərək həyətinə basqın etmiş və söyə-söyə onun üstünə gəlmişdir. İbrahimin onu nəyə görə söyməsini, onun üzərinə gəlməsini başa düşə bilməmişdir. Bu zaman özünü qorumaq üçün həyətdə olan kiçik ölçülü beli götürmüş, qorxutmaq və İbrahimi uzaqlaşdırmaq istəmişdir. Həmin vaxt İbrahim həyətdə olan böyük ölçüdə olan beli götürüb ona tərəf gəlmiş, bu zaman həyətdən küçəyə qaçmışdır ki, İbrahim onu vura bilməsin. Həyətlərindən çölə çıxmış, həmin zaman İbrahim əlində olan bellə ona məxsus avtomobilə zərbələr vurmuş və şüşələrini sındırmışdır. Həmin vaxt iki azyaşlı oğlu da avtomobildə olmuşdur. Bu zaman arvadı və uşaqları qışqırıb kömək çağırmışlar. Avtomobilinin şüşələrini sındırandan sonra İbrahim küçəyə çıxıb əlində olan bel ilə onun üzərinə hücum çəkmişdir. İbrahim əlindəki beli onun baş nahiyyəsinə vurmaq istəyəndə, özünü qorumaq üçün əlini qabağa vermiş, nəticədə sol və sağ əllərindən xəsarətlər almışdır. Beli İbrahimin əlindən alıb kənara ataraq onu tutub qucaqlamışdır ki, İbrahim bir daha ona belə zərbə vurmasın. İbrahim ona yumruq zərbələri vurmaq istəsə də, İbrahimi tutduğu üçün onu vura bilməmişdir. Bu zaman səs-küyə gələn qonşuları Şahid1 və Şahid2 gələrək Təqsirləndirilən şəxs ondan ayırıb kənara çəkmişlər. Lakin, Təqsirləndirilən şəxs dartınaraq yenə də ona tərəf gəlməyə çalışmışdır. Sək küyə gələn analığı Şahid4 da gələrək İbrahimi sakitləşdirməyə çalışmışdır. Lakin, İbrahim analığı Nigara da qulaq asmamış, sakitləşmək istəməmişdir. Sonra Emin və Vaqif İbrahimi tutmuş, o isə həyətinə getmişdir. Həyətinə getdikdə görmüşdür ki, İbrahim maşınına zərbələr vuraraq ön və arxa alın şüşəsini və yan şüşələrini vurub sındırmışdır. Bir qədər keçdikdən sonra polis işçiləri də hadisə yerinə gəlmişdir. Həmin hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisə baş verən vaxt həyətdə arvadı Şəlalə, iki azyaşlı övladı Rəvan və Rəffaq isə avtomobilin salonunda olmuşdur. Daha sonra səs-küyə qonşulardan Şahid1, X6 və analığı Şahid4 gəlmiş, onların müdaxiləsindən sonra İbrahim ondan əl çəkmişdir. Hadisə zamanı sol və sağ əllərindən xəsarət almışdır. Belə ki, sol əlində sınıq, sağ əlində, sağ dirsəyində və döş qəfəs nahiyyəsində isə sıyrıq və qançır xəsarətləri olmuşdur. Həmin hadisə zamanı İbrahim onun avtomobilinin şüşələrini sındıraraq ona 780 manat maddi ziyan vurmuşdur. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxs onun avtomobilinə vurduğu ziyanı ödəmişdir. Ona görə də ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs onun qaynı oğludur. İbrahim də Əriçvan qəsəbəsində yaşayır və evlərinin arasında təxminən 400 metr məsafə var. Təqsirləndirilən şəxs mütəmadi olaraq heç bir səbəb olmadan əri Fərhadla mübahisələr etmişdir. 26 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində Astara rayonu Ərçivan qəsəbəsində əri Fərhadın idarə etdiyi «Mercedes» markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə evlərinə getmişlər. Həmin vaxt uşaqları Şahid5 və Şahid6 avtomobildə olmuşdur. Yaşadıqları küçəyə çatıb döngədə olarkən İbrahimin küçədə olduğunu və onlara tərəf tərs-tərs baxıb nəsə dediyini görmüşdür. Əri Fərhaddan xahiş etmişdir ki, İbrahimə fikir verməsin. Həmin vaxt Fərhad idarə etdiyi avtomobillə küçədə İbrahimin ördəklərinin yanından keçərkən ördəklər səs etməyə başlamış, İbrahim Fərhada tərəf qışqıraraq “korsan, görmürsən, oğraş, alçaq” və sair nalayiq sözlər demişdir. Fərhad da avtomobili saxlayıb şüşədən başını çıxarıb niyə onu təhqir etdiyini soruşmuşdur. İbrahim Fərhadı və onları nalayiq söyüşlərlə söyərək, avtomobillərinin arxa tərəfinə təpik və yumruq zərbələri vurmuşdur. X10 bu hərəkətlərinin davam etdiyini görüb başını pəncərədən çıxarıb onun söyüşlərinə qarşılıq verərək avtomobili sürərək yoluna davam etmişdir. Bundan sonra görmüşlər ki, İbrahim onların arxasınca gəlir. Həmin vaxt Fərhad yolda olan zaman polislə əlaqə saxlamış, avtomobili sürərək həyətə daxil olmuş və avtomobildən düşmüşdür. Bu zaman İbrahim onların həyətlərinin qapısına çatmışdır. Özü İbrahimin qarşısını kəsərək, həyətə girməməsini və çıxıb getməsini bildirmiş və xahiş etmişdir. Lakin, İbrahim onu əli ilə itələyərək həyətə girmişdir. Bundan sonra İbrahim uca səslə söyə-söyə Fərhadın üstünə gəlmişdir. Bu zaman Fərhad özünü qorumaq üçün həyətdə olan kiçik ölçülü beli götürmüş, həmin vaxt İbrahim də həyətdə, evin arxasında olan böyük ölçüdə olan beli götürüb Fərhada tərəf gəlmişdir. Bunu görən Fərhad həyətdən küçəyə qaçmış, özünü İbrahimdən qorumaq istəmişdir. İbrahim əlində olan bellə həyətdə olan Fərhadın avtomobilinin şüşələrini sındırmağa başlamış, həmin vaxt iki azyaşlı uşaqları da avtomobilin içərisində olmuşdur. İbrahimin öz hərəkətlərini davam etdirdiyini görüb, hadisənin qarşısını almaq üçün qışqırmağa başlamış və ətrafdakılardan kömək edilməsini istəmişdir. İbrahim avtomobilin şüşələrini vurub sındırdıqdan sonra küçəyə çıxaraq əlində olan bellə Fərhadın üzərinə hücum çəkmişdir. İbrahim avtomobilin yanından kənarlaşan kimi özü avtomobilə tərəf gedib uşaqları maşından götürüb, qonşu Kəmalənin evinə tərəf ötürmüş, özü isə küçəyə çıxmışdır ki, İbrahimin Fərhadı vurmasına mane olsun. Həmin vaxt İbrahim əlindəki beli Fərhada vurmaq istəyəndə Fərhad əlləri ilə belin dəstək hissəsindən tutmuşdur. Fərhad beli İbrahimin əlindən alıb kənara ataraq onu tutub qucaqlamışdır. İbrahim Fərhadı yerə yıxaraq üstünə çıxmış, bu zaman səs-küyə gələn qonşuları Emin və Vaqif onları ayıraraq İbrahimi tutub kənara çəkmişdir. Həmin vaxt səsküyə qaynanası Şahid4 da gəlmişdir. Qonşular İbrahimi ayırdıqdan sonra da, İbrahim dartınaraq Fərhada tərəf getməyə çalışmış, Emin İbrahimi oradan kənarlaşdıraraq evinə tərəf yola salmışdır. Həmin vaxt Fərhadın əllərinin və üst başının qan olduğunu görmüşdür. Həmin hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisə əvvəl həyətdə, sonra isə həyətlərinə gedən ümumi istifadədə olan yolda davam etmişdir. İbrahim avtomobilin şüşələrin sındıran və bellə avtomobilə zərbələr vuran zaman iki azyaşlı övladı Rəvan və Rəffaq avtomobilin salonunda olmuşlar. Daha sonra səs-küyə qonşulardan Şahid1, X6 və qaynanası Şahid4 gəlmişdir. Həmin vaxt İbrahim Fərhadı həyətdən götürdüyü bellə vurmuşdur. İbrahim həyətin qapısına çatarkən özü şəxsən onun qarşısını kəsərək həyətə girməməsini təkid etmiiş, İbrahim isə əli ilə onu itələyərək həyətə girmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşularıdır. 26 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində evdə olarkən küçədən Zərərçəkmiş şəxs həyat yoldaşının və uşaqlarının qışqırıq səslərinin gəldiyini eşitmiş, ciddi bir şeyin baş verdiyini zənn etmiş və onlara kömək etmək üçün küçəyə çıxmışdır. Həmin yerə çatanda görmüşdür ki, Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs yerə yıxıb üzərinə çıxıb ona zərbələr vurur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərindən qaldırıb onları ayırıb kənara çəkmişdir. Daha sonra arvadı Zərərçəkmiş şəxs həyətə aparmışdır. Həmin vaxt digər qonşu Vaqif Məmmədov və Fərhadın analığı Nigar da orada olmuş və Vaqif də ona köməklik edərək onları ayırırmış. Onları ayırıb İbrahimi evinə tərəf yola salıb Fərhadın həyətinə daxil olduqda görmüşdür ki, Fərhadın «Mercedes» markalı avtomobilinin şüşələri sındırılmış vəziyyətdədir. Fərhaddan nə baş verdiyini soruşduqda, Fərhad İbrahimin heç bir səbəb olmadan onunla mübahisə edərək onu nalayiq sözlərlə təhqir etdiyini, həyətdə olan bellə avtomobilini vurub zədələdiyini və onu həmin bel ilə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Həmin vaxt Fərhadın əlləri və üst başın qan içində olmuşdur. Hadisə zamanı küçədə Fərhadın arvadı, iki azyaşlı övladı, digər qonşusu Vaqif Məmmədov və Fərhadın analığı Şahid4 da olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun ögey oğlu, Təqsirləndirilən şəxs isə ögey nəvəsidir. Hər ikisi onun qonşularıdır. 26 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində həyətlərində olarkən Fərhadın həyat yoldaşı Şəlalənin və uşaqlarının qışqırıq səslərini eşitmiş, əvvəlcə elə bilmişdir ki, Fərhadla arvadı arasında ailə daxili söz-söhbətdir. Bir qədər sonra Fərhadın həyətindən şüşə sındırılmasının səsi gəldiyini eşitmiş, dərhal yaşadığı həyətdən Fərhadın həyətinə keçmişdir. Fərhadın həyətinə keçəndə görmüşdür ki, Fərhadın həyətindəki avtomobilinin şüşələri sındırılmış vəziyyətdədir, küçədən isə səs-küy gəlir. Küçəyə çıxdıqda İbrahimin əmisi Fərhadı yerə yıxaraq altına saldığını, qonşuları Eminlə Vaqifin isə onları ayırdığını görmüşdür. O da onlara köməklik edərək İbrahimi Fərhaddan ayırmışdır. Həmin vaxt İbrahim dartınaraq Eminin əlindən çıxıb Fərhada tərəf yenidən hücum çəkmək istəmişdir. Emin İbrahimi oradan kənarlaşdıraraq evinə tərəf yola salmışdır. Həmin vaxt Fərhadın əllərinin və üst başının qan olduğunu görmüşdür. İbrahimi yola saldıqdan sonra Fərhadın həyətinə daxil olduqda onun avtomobilinin şüşələrinin sındırıldığını görmüş, Fərhad avtomobilin şüşələrini İbrahimin bellə vurub sındırdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir:

1. “Baxış keçirilməsi haqqında” 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Astara rayonu Ərçivan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin həyəti və həmin evin qarşısında olan, ictimai yer hesab olunan küçədir.

2. İş materiallarında olan protokoldan götünür ki, Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi 1 (bir) ədəd bel cinayət işinin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, məhkəməyədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir.

3. Məhkəmə-tibbi ekspertizasının 27 oktyabr 2023-cü il tarixli, 320 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol əlin V daraq sümüyünün sınığı, sağ dirsək, sağ said nahiyylərində sıyrıqlar, sol əl, döş qəfəsi nahiyyələrində qançırlar, sağ əlin İV barmağı nahiyyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər.

4. «Avtoservis 907»-dən alınmış 01 noyabr 2023-cü il tarixli, 007112 saylı qüsur aktından görünür ki, X4 məxus “Mercedes Benz C200” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 780 (yeddi yüz səksən) manat məbləğində maddi ziyan dəymişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfatməişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-in 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarının 5-ci bəndində qeyd edilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimaiqaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsüf olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinə qiymət verərkən aşağıdakı ardıcıllığı qeyd etməyi zəruri hesab edir:

1. Zərərçəkmiş şəxs 26 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində Astara rayonu Ərçivan qəsəbəsində idarə etdiyi «Mercedes» markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ailəsi ilə birlikdə, yəni arvadı Şahid3, oğlanları Şahid5 və Şahid6 ilə evi istiqamətdə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olan küçədə guya ona məxsus ördəkləri vuracağını bəhanə gətirərək, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlatdırmış, onu “korsan, görmürsən, oğraş, alçaq” və sair nalayiq söyüşlərlə söymüş, Zərərçəkmiş şəxs və ailəsini arvadı və azyaşlı uşaqlarının yanında təhqir edərək, onun avtomobilinin arxa buferinə təpiklə, baqaj hissəsinə isə yumruqla zərbələr vurmuşdur.

2. Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində öz hərəkətlərini səbəbsiz olaraq, heç bir münasibət olmadan davam etdirərək, lüzum olmadan Astara rayonu Ərçivan qəsəbəsində Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlmiş, uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyməklə, Zərərçəkmiş şəxs məxsus “Mercedes” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrini həmin həyətdən götürdüyü təsərrüfat təyinatlı bellə vuraraq sındırmış və avtomobilə 780 (yeddi yüz səksən) manat dəyərində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs avtomobilin şüşələrini sındıran zaman Zərərçəkmiş şəxs azyaşlı uşaqları – Şahid5 və Rzazadə X7 avtomobilin içərisində olmuş, Təqsirləndirilən şəxs onlara məhəl qoymadan həmin əməlləri törətmişdir.

3. Təqsirləndirilən şəxs avtomobilin şüşələrini sındırdıqdan sonra öz hərəkətlərini davam edərək, Zərərçəkmiş şəxs məxsus evin həyətindən çıxaraq, ümumi istifadədə olan yola çıxmış, əlində olan bellə Zərərçəkmiş şəxs qəsdən vuraraq, ona sol əlin V daraq sümüyünün sınığı, sağ dirsək, sağ said nahiyyələrində sıyrıqlar, sol əl, döş qəfəsi nahiyyələrində qançırlar, sağ əlin İV barmağı nahiyyəsində əzilmiş yara ilə müşayiət olunan xəsarətlər yetirmişdir.

4. Təqsirləndirilən şəxs bu hərəkətləri ətrafda olan qonşuların, yəni Şahid2, Şahid1 və Şahid4 narahatlığına səbəb olmuş, onlar bu səbəbə küçəyə çıxaraq hadisənin şahidləri olmuş və həmin şəxslərin fəal müdaxiləsi nəticəsində Təqsirləndirilən şəxs öz əməllərini davam etdirə bilməmişdir. Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verən məhkəmə hesab edir ki, onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələrinin bütün tərkib əlamətləri mövcud olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etmiş, şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etmiş, nəticədə həm Zərərçəkmiş şəxs, həm də onun azyaşlı uşaqları - Şahid5 və Rzazadə X2 normal həyat və fəaliyyəti üçün təhlükə yaratmış, onların qorxu və narahatçılıq hisslərinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zor tətbiq etmiş, əlinə götürdüyü beldən silah kimi istifadə etməklə onun sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus əmlakı, yəni avtomobili əlinə götürdüyü beldən silah kimi istifadə etməklə zədələmiş, avtomobilin bəzi hissələrini yararsız hala salmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri və əsaslı hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan bu hadisəyə şəxsi münasibətlər zəminindən yanaşmaq hüquqi cəhətdən qeyri-mümkündür, bu hadisə şəxsi münasibətlər zəminində deyil, tam olaraq xuliqanlıq niyyəti ilə həyata keçirilmişdir. Beləliklə, göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır. Düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin 01 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Astara rayon İH-i başçısının Astara rayonu Ərcivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Astara rayon İH-i başçısının Astara rayonu Ərcivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışından görünür ki, Rzayev X3 qəsəbəsində yaşayır, ailəlidir və himayəsində 02 (iki) azyaşlı uşağı var. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində vurmuş olduğu ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlini qismən etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən digər hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini qismən etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona vurduğu ziyanı tamamilə ödəməsini, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində həmin maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası aşağı həddə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən, ona təyin edilmiş həmin cəzalar əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 1(018)-48/2024 saylı hökmündən və Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 1(106)-541/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 aprel 2024-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 26 aprel 2024-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işi üzrə vurulmuş ziyana görə 780 (yeddi yüz səksən) manat pulun və maddi sübut olan 01 (bir) ədəd belin sahibi, Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 26 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar