Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-8/2024 09.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 2000-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Astara rayonu Təngərüd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində Astara rayonu Çayoba kəndində yerləşən “Ümid” restoranında keçirilən toy şənliyi zamanı Zərərçəkmiş şəxs onun atası Şahid4 həmin vaxt ifa olunan musiqini dayandırması ilə bağlı irad bildirib, təkidlə musiqi sifariş verməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, bu zaman insanlar arasında bərqərar olmuş birgəyaşayış normalarına müstəsna sayqısızlıq nümayiş etdirərək, üstünlüyünü göstərmək məqsədilə bir neçə dəfə sonuncunun baş nahiyəsində yumruqla zərbələr vurub, alın, sağ almacıq nahiyəsində sıyrıqlar kimi sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qərəzli hərəkətlərini təxminən 10 (on) dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Astara rayonu Təngərüd kəndində qeydiyyatda olmaqla ailəsi ilə fərdi yaşayış evində yaşayır. Ailəlidir, himayəsində bir azyaşlı uşağı var, ailədə yeganə qazınc gətirən şəxsdir. Fərdi qaydada qaynaq ustası kimi fəaliyyət göstərərək ailəsinin dolanışğını təmin edir. 07 oktyabr 2023-cü il tarixdə Astara rayonu Çayoba kəndində yerləşən “Ümid” restoranında xalası oğlu X1 toy şənliyi olmuşdur. Atası Xəzər ilə birlikdə digər qonaqlardan bir qədər tez, saat 16 radələrində restorana getmiş, saat 17:00-da toy şənliyi başlamış, toya nəzarəti atası Şahid4 etmişdir. Saat 20 radələrində atası Şahid4 Astara rayonu Pəlikəş kənd sakini Zərərçəkmiş şəxs və yanındakıların sərxoş olduğunu görüb, ifa edilən mahnını dayandırmışdır. İlyas da yenidən oynamaq üçün mahnı sifariş verdikdə, atası icazə verməmişdir. Əmisi Şahid2 də atasının yanında olmuş, bununla bağlı İlyasa yaxınlaşıb iradlarını bildirdikdə, İlyas nə qədər istəsə o qədər də oynayacağını bildirmişdir. İlyasın ona və atasına kobud cavab verməsini qəbul etməmiş, ona yaxınlaşaraq İlyasın baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr vurub, onu nalayiq ifadələrlə söymüşdür. Sonra İlyasın sifətinə baxdıqda görmüşdür ki, İlyasın sifətinin alın və sağ göz nahiyəsi qızarmışdır. Həmin vaxt toyda olan şəxslər onlara yaxınlaşıb, mübahisənin daha da genişlənməsinə imkan verməmək üçün onu İlyasdan ayırmışlar. İlyas ondan qorxduğu üçün onu vurmamış, əsəbi soyumadığından İlyası söyməyə davam etmiş, həmin vaxt atası və əmisi onu sakitləşdirməyə çalışmış, atası və əmisinə xətir sakitləşib çölə çıxmışdır. Restoranın həyətində olduğu zaman polis əməkdaşları gəlmiş, polis əməkdaşları onunla sorğu-sual aparıb, ona ictimai qaydalara riayət etməyi tapşırmışlar. Mübahisə 07 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Astara rayonu, Çayoba kəndində yerləşən “Ümid” retoranının içərisində baş vermişdir. İlyasa, onun atasından təkidlə mahnı sifariş verməsinə iradını bildirdikdə, İlyas nə qədər istəsə o qədər də oynayacağını demiş, İlyasın atasına və ona hörmətsizlik etməsini görüb İlyası vurmuşdur. Mübahisəni toyda olan qonaqlardan hansılarının gördüyünü bilmir, yanında atası Şahid4 və əmisi Şahid2 olmuşlar. Mübahisə zamanı yalnız İlyası döymüş, heç kim onu döyməmişdir. Mübahisə təxminən 10 dəqiqə davam etmiş, atası və əmisi onu İlyasdan ayırarkən zalda səs küy yaranmışdır. Mübahisə zamanı qarışıqlıq yarandığından konkret olaraq kimlərin onu ayırdığını xatırlamır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar. İlyasa dəyən zərəri tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Himayəsində azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 07 oktyabr 2023-cü il tarixdə, saat 17:00-da Astara rayonu Çayoba kəndində yerləşən “Ümid” restoranında qohumu Rəmzi İbayevin qızının toy şənliyində olmuşdur. Toyda olarkən əksəriyyət kimi onlar da spirtli içki qəbul etmişlər. Saat 20 radələrində restoranın içərisində rəqs edərkən, musiqinin kəsildiyini görmüş, musiqiçilərə baxdıqda Astara rayonu Təngərüd kənd sakini Şahid4 musiqiçilərin qarşısında dayandığını görmüşdür. Toya Şahid4 nəzarət etmişdir, odur ki musiqi sifarişləri Xəzərə verilmiş və musiqini Xəzər dayandırmışdır. Xəzərə yaxınlaşıb hansı səbəbdən belə etdiyini soruşmuş, Xəzər ona kifayət qədər oynadıqlarını, daha onlar üçün musiqi çalınmayacağını demişdir. Bundan sonra Xəzərin oğlu Təqsirləndirilən şəxs ona yaxınlaşmış və kifayət qədər oynadıqlarını deyib, atası Xəzəri müdafiə etmişdir. İmamverdiyə toyun oynamalı yer olduğunu, qeyri-etik hər hansı hərəkət etmədiklərini dedikdə, İmamverdi onun ünvanına nalayiq ifadələr işlədib, toy sahibi olduğunu və atasına qulaq asmalı olduğunu ona demişdir. İmamverdi ilə mübahisə etmək istəməsə də, İmamverdi onun ünvanına küçə söyüşləri söyməyə başlamışdır. İmamverdinin onu camaatın içərisində söydüyünü görüb, İmamverdiyə iradını bildirmişdir. Bu zaman İmamverdi anidən onun baş nahiyəsinə yumruqla bir neçə dəfə zərbə vurmuşdur. İmamverdinin onun baş nahiyəsinə bir neçə dəfə yumruqla vurmaqla ona alın və sağ göz nahiyəsindən xəsarət yetirmişdir. Həmin vaxt toyda olan şəxslər onlara yaxınlaşıb, İmamverdini ondan ayırmışlar və mübahisənin daha da genişlənməsinə imkan verməmişlər. Mübahisə 07 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində Astara rayonu, Çayoba kəndində yerləşən “Ümid” retoranının içərisində baş vermişdir. Həmin vaxt yanında qardaşı Fuad, həmkəndlisi Şahid3 olmuşlar. Mübahisə təxminən 10 dəqiqə davam etmiş, mübahisə zamanı səs küy yaranmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar. Təqsirləndirilən şəxs ona dəyən zərəri tam olaraq ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 07 oktyabr 2023-cü il tarixdə, saat 17:00-da Astara rayonu Çayoba kəndində yerləşən “Ümid” restoranında qohumu Rəmzi İbayevin qızının toy şənliyində iştirka etmişdir. Qardaşı İlyas, həmkəndlisi Şahid3 toy mərasimində bir masada əyləşmişlər. Spirtli içki qəbul etdiklərindən sərxoş halda olmuşlar. Saat 20 radələrində qardaşı İlyas, həmkəndlisi Tarxan və digər qonaqlar oynayan zaman oğlan evindən qonaq kimi toya dəvət olunan və toya nəzarət edən Astara rayon Təngərüd kənd sakini Şahid4 mahnını saxlatdırmışdır. İlyas Xəzərə yaxınlaşıb, hansı səbəbdən belə etdiyini soruşmuş, Xəzər də İlyasa kifayət qədər oynadıqlarını, daha onlar üçün musiqi çaldırmayacağını demişdir. Bundan sonra Xəzərin oğlu Təqsirləndirilən şəxs İlyasa yaxınlaşmış və İlyasa onların kifayət qədər oynadıqlarını deyib, atası Xəzəri müdafiə etmişdir. İlyas oynamaq istədiyini bildirdikdə, İmamverdi İlyasa qarşı təhqirlər işlətmişdir. İlyas İmamverdiyə niyə təhqir etdiyini soruşduqda İmamverdi əsəbiləşərək İlyasın başına bir neçə dəfə yumruqla zərbələr vurmuşdur. Tarxanla birlikdə mübahisənin daha da genişlənməsinə imkan verməmək üçün dərhal İlyası oradan uzaqlaşdırmışlar. Mübahisə təxminən 10 dəqiqə davam etmiş, Baş vermiş mübahisə restorana gələn qonaqların narahatçılığına səbəb olmuş, mübahisə zamanı səs küy yaranmış, musiqiçilər ifa etməmiş, qonaqların bir hissəsi narahat olub həyətə çıxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Şahid1 ilə oxşar ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 07 oktyabr 2023-cü il tarixdə sinif yoldaşı Şahid5 övladı Kamalın Astara rayonu Çayoba kəndində yerləşən “Ümid” adlı restoranda toy mərasimində iştirak etmişdir. Toya qardaşı Şahid4 nəzarət etmiş, saat 20 radələrində toyda olan zaman qonaq kimi iştirak edən Astara rayon Pəlikeş kənd sakini Zərərçəkmiş şəxs mahnı sifariş vermək istədikdə qardaşı Xəzər icazə verməmişdir. Buna səbəb də İlyasın və yanındakılarının sərxoş vəziyyətdə uzun müddət oynamaları olmuşdur. İlyasın təkidlə təkrar mahnı sifariş vermək istəməsinə qardaşı oğlu İmamverdi iradını bildirmişdir. Lakin, İlyas yenidən oynamaq istəməsini İmamverdiyə bildirmiş və İmamverdi əsəbiləşərək İlyasın başına bir neçə dəfə yumruqla zərbələr vurmuşdur. Dərhal qardaşı Xəzər ilə birlikdə mübahisənin daha da genişlənməsinə imkan verməmək üçün İmamverdini kənara çəkib sakitləşdirmişlər. Mübahisə təxminən 10 dəqiqə davam etmiş, baş vermiş mübahisə restorana gələn qonaqların narahatlığına səbəb olmuş, belə ki, mübahisə zamanı səs küy yaranmış, musiqi dayanmış, qonaqların bir hissəsi narahat olub masalarından durub mübahisə edənləri ayırmaq üçün dalaşanların yanına gəlmiş, bir hissəsi isə həyətə çıxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 Şahid2 ilə oxşar ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, 07 oktyabr 2023-cü il tarixdə Astara rayonu Çayoba kəndində yerləşən «Ümid» restoranında oğlu Kamalın toy şənliyi keçirilmişdir. Toya nəzarət etməyi qohumu Şahid4 tapşırmışdır. Saat 20 radələrində Şahid4 toyda qonaq kimi iştirak edən Astara rayon Pəlikeş kənd sakini Zərərçəkmiş şəxs və yanındakıların sərxoş olduqlarını görüb, qonaqların narahat olmaması üçün mahnını dayandırmışdır. Zərərçəkmiş şəxs mahnının dayandığını görüb, yenidən mahnı sifariş vermək istəmiş, lakin Xəzər musiqiçilərə mahnı çalmalarına icazə verməmişdir. İlyas Xəzərə narazılığını bildirmiş, həmin vaxt Xəzərin oğlu İmamverdi İlyas və Xəzərə yaxınlaşıb İlyasa iradını bildirmişdir. Bundan sonra İmamverdinin yüksək səslə nalayuiq ifadələr işlədərək İlyasın başına yumruqla zərbələr vurduğunu görmüşdür. Dərhal yaxında olan qohumlar araya girib İmamverdini kənara çəkmişlər. Mübahisə təxminən 10 dəqiqə davam etmiş, mübahisə zamanı səs küy yaranmış, qonaqların bir hissəsi narahat olub həyətə çıxmış, lakin o və yaxınları mübahisəni sakitləşdirmiş və toy şənliyi davam etməsini təmin etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəyini və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Astara rayonu, Çayoba kəndində “Ümüd” restoranının böyük zalıdır. Baxış zamanı Təqsirləndirilən şəxs hadisə yeri olan, zalın girişində, şənlik zamanı müsiqiçilərin oturduqları yeri göstərərək, 07 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində atası Şahid4 toy şənliyi zamanı Zərərçəkmiş şəxs və yanındakıların sərxoş olduğunu görüb, ifa edilən mahnını dayandırmasını, İlyasın yenidən oynamaq üçün mahnı sifariş verməsini, atasının icazə vermədiyini, buna görə İlyasa yaxınlaşıb iradlarını bildirməsini, İlyasın onun ünvanına nalayiq ifadələr işlətməsini, İlyasın ona söydüyü söyüşü həzm edə bilməyib, İlyasın başına bir neçə dəfə yumruqla zərbələr vurmasını, həmin vaxt toyda olan şəxslərin yaxınlaşıb, onunla İlyası mübahisənin daha da genişlənməsinə imkan verməmək üçün ayırmalarını, mübahisənin təxminən 10 dəqiqə davam etməsini, mübahisə zamanı səs küy yaranmasını, mübahisənin qonaqların narahatçılığına səbəb olmasını bildirmişdir.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin Lənkəran rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş 11 noyabr 2023-cü il tarixli, 338 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində – alın, sağ almacıq nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində götərilən müddətdə və şəraitdə, yəni 07 oktyabr 2023-cü il tarixdə bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.
3. Astara rayon İcra Hakimiyyəti başçısının Təngərüd kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.
4. Astara rayon İcra Hakimiyyəti başçısının Təngərüd kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində 01 (bir) azyaşlı uşağı var.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını da onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərədə tutulan ağırlaşdırıcı hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları onun törətdiyi cinayəti etiraf edərək səmimi peşimançılıq çəkməsini, himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. İş materiallarında olan 08 oktyabr 2023-cü il tarixli «cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan, qətimkan tədbirinin seçilməsi haqqında 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2023-cü il tarixdə tutulmuş, 10 oktyabr 2023-cü il tarixdə isə azad edilərək, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət (08 oktyabr 2023-cü il tarixdən 10 oktyabr 2023-cü il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan islah işləri cəzasının müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli aylıq qazancından dövlət nəfinə tutulmalar başlandığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət (08 oktyabr 2023-cü il tarixdən 10 oktyabr 2023-cü il tarixədək olan müddət), yəni 02 (iki) gün müddət bir günə dörd gün hesablanmaqla ona təyin olunan islah işləri cəzasından 08 (səkkiz) gün çıxılmaqla, üzərində qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pulun dövlət nəfinə tutulmağa başlandığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov