Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-80/2024 09.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə xx xxxx 1992-ci ildə Naxçıvan MR, Ordubad rayonu, Sabir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Ordubad rayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla müvəqqəti qeydiyyat əsasında ünvan 1 ünvanında yaşayan, 08 aprel 2024-cü il tarixdə tərəfimdən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Astara rayonu, Kijəbə qəsəbə sakini Zərərçəkmiş şəxs hərbi sahədə işləyən yüksək vəzifəli şəxslərlə əlaqəsinin olduğunu bildirib, etibarını qazandıqdan sonra oğlu Ruslan Qasımova hərbi xidmətə çağırışdan möhlət hüququ alacağını yalandan vəd verib aldatmaqla istifadəsində olan, “Leobank” tərəfindən verilmiş “4098-5844-6880-9536” nömrəli debit bank kartına Ruslan Qasımov tərəfindən Bakı şəhəri, Nərimanov rayonunda yerləşən ödəmə terminalından 05 yanvar 2023-cü il tarixdə, saat 13:14-də göndərilən 500 (beş yüz) manat, Zərərçəkmiş şəxs tərəfindən Astara şəhəri, R.Məmmədov küçəsində yerləşən “Soliton” mağazasında olan “MilliÖn” ödəmə terminalından 06 yanvar 2023-cü il tarixdə, saat 14:29-da göndərilən 500 (beş yüz) manat, 12 yanvar 2023-cü il tarixdə istintaqla dəqiq müəyyən olunmayan vaxtda Bakı şəhəri, Nərimanov rayonu ərazisində əlbəəl formada verilən 3.000 (üç min) manat, sonuncunun qardaşı oğlu Şahid1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən ödəmə terminalından 19 fevral 2023-cü il tarixdə, istintaqla dəqiq müəyyən olmayan vaxtda həmin bank kartına göndərilən 500(beş yüz) manat və Zərərçəkmiş şəxs tərəfindən Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən “Kral” marketdə olan ödəmə terminalından 26 fevral 2023-cü il tarixdə, saat 19:20-də həmin bank kartına göndərilən 500 (beş yüz) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2015-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Briqadasında kadrlar şöbəsinin zabit vəzifəsində gizir rütbəsi ilə xidmətə başlamış, həmin vəzifədə 2021-ci ilin sonlarına kimi xidmət etmiş, işlədiyi müddət ərzində hərbi sahədə yaranmış əlaqələrindən istifadə edərək bir çox tanışlarının hərbi xidmətlə bağlı problemlərini həll etmiş, ona görə də ətrafında olan insanlar hərbi problemləri olan kimi onunla məsləhətləşərək kömək istəmişlər. 2023-cü ilin yanvar ayının 5-də tanışı Seyidağa onunla əlaqə saxlayaraq hərbi xidmətlə bağlı tanışının işi olduğunu, ondan kömək etməyini istəmiş, o da işlədiyi hərbi vəzifəsindən çıxsa da əlaqələri olduğundan kömək edə biləcəyini demiş, daha sonra Narimanov rayonunda yerləşən çay evlərinin birində Seyidağa ilə görüşmüş, Seyidağanın yanında iki nəfər tanımadığı şəxs olmuş, onların adlarının Sahil və Ruslan Qasimov olduqlarını yəni, ata-bala olduqlarını bilmiş, Seyidağa ona Sahillə dost olduğunu, sonuncunun oğlu Ruslanın bu ay, yəni 2023-cü ilin yanvar ayı ərzində hərbi xidmətə aparılacağını və Ruslanın hərbi xidmətinə 3 il möhlət hüququ alınmasına köməklik göstərilməyini istəmişdir. O da Seyidağaya mümkün olduğunu, hərbi xidmətdə işlədiyi dövrlərdə əlaqələri olan yüksək rütbəli şəxslərin köməyi ilə həll edə biləcəyini, işin müqabilində 5000 manat pul alacağını demiş, Sahil əvvəlcə maddi imkanın aşağı olduğunu bildirərək razılaşmasa da, sonradan razılaşmışdır. Sahilgillə sağollaşmış, pulu göndərdikdən sonra həll edəcəyini bildirmişdir. 05 yanvar 2004-cü il tarixdə Sahilin oğlu Ruslan ödəmə terminalı vasitəsi ilə onun son 8 rəqəmi "68809536" "Leobank bank kartına 500 (beş yüz) manat pul göndərmiş, 06 yanvar 2024-cü il tarixdə Sahil “4098-5844-6880-9536” nömrəli "Leobank” kartına 500 (beş yüz) manat məbləğində pul göndərmiş, 12 yanvar 2023-cü il tarixdə, təxminən saat 13 radələrində Sahillə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən kafelərin birində görüşüb 3.000 (üç min) manat məbləğində pul almış, həmin vaxt yanlarında Seyidağa və Ruslan da olmuş, Sahil nə vaxt bu işi həll edəcəyini soruşduqda, o, Sahilə pulu tam verdikdən sonra həll edəcəyini demiş, əslində isə işi həll edə bilməyəciyini bilsə də, bunu Sahilə deməmiş, demək istəməməyində də məqsədi Sahildən birazda artıq pul ələ keçirmək olmuşdur. 24 yanvar 2023-cü il tarixdə Sahil ona zəng vuraraq oğlu Ruslanı xidmətə apardıqlarını, niyə belə olduğunu, aralarındakı danışığın belə olmadığını soruşmuş, o da vaxt qazanmaq üçün narahat olmamasını, pulu tam verdikdən sonra hərbi xidmətdən azad elətdirəcəyini, biraz səbrli olmasını demişdir. Sahilin qardaşıoğlu adını sonradan bildiyi Radik onunla əlaqə saxlayaraq pulu hara göndərməli olduğunu demiş, daha sonra 19 fevral 2024-cü il tarixdə istifadəsində olan bank kartına 500 manat pul göndərmiş, qalan 500 manat məbləğindəki pulu da Sahil 26 fevral 2023-cü il tarixdə yenə "Leobank" bank hesabına göndərmiş, artıq 5000 (beş min) manat pulu tam ələ keçirtmiş, rahat şəkildə Sahilə yalan müddətlər göstərərək vaxt qazanmış, hər dəfəsində həll edəcəyini, Ruslanın yaxın müddətdə geri qaytaracağını desə də, əslində belə bir niyyəti olmamış, daha sonra Sahil onun barəsində aidiyyatı qurumlara şikayət etdiyini bildikdə Sahilə aldığı pulları geri qaytarmaq istəsə də, maddi cəhətdən vəziyyəti yaxşı olmadığından qaytara bilməmişdir. Ümumiyyətlə indiyə kimi nə Sahilə aldığı puldan geri qaytarmış, nə də ki Sahilin oğlu Ruslan üçün hərbi xidmətlə bağlı xeyrinə bir iş görmüşdür. O, Sahilin oğlu Ruslanı hərbi xidmətdən möhlət hüququ aldırmağa köməklik edəcəyi adı ilə 2023-cü ilin yanvar və fevral ayları ərzində müxtəlif vaxtlarda 500, 500, 3000, 500, 500, yəni ümumilikdə 5000 manat pulu aldadaraq ələ keçirmişdir. O, Seyidağaya heç bir miqdarda pul verməmiş, Sahilə qarşı etdiyi əməllərdən nə məlumatı olmuş, nə də ki, əlbirliyi olmuşdur. Seyidağa üçün hərbi xidmətdə işlədiyi müddətdə bir neçə dəfə pul müqabilində işlər gördüyündən Seyidağanın ona etibarı tam olmuşdur və ona görə də güvənib Sahillə tanış etmişdir. Hazırda tutduğu əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs Şakir oğluna vurduğu maddi ziyanı tam ödədiyini bildirib, barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Şakir oğlu ifadəsində göstərmişdi ki, Ruslan Qasımov onun oğludur, 2002-ci il təvəllüdlüdür, Ruslanın böyrəklərində problemlər olduğundan bir müddət əsgərlikdən saxlamaq istəmiş, Ruslan ona dostu Nurlanın əmisinin əlaqələrinin yaxşı olduğunu, hərbi xidmətə getməsini gecikdirə biləcəyini demiş, o da Nurlanın əmisi ilə görüşmək üçün Bakı şəhərinə getmiş, 05 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən çay evində Nurlanın əmisi X2 ilə görüşmüş, həmin vaxt oğlu Ruslan və Nurlan da orada olmuş, Seyidağa özü ilə Təqsirləndirilən şəxs gətirmiş, Seyidağa ona Nemanın hərbçi olduğunu, köməklik edəcəyini bildirmiş, Nemana oğlu Ruslanın xəstə olduğunu və müalicə etmək istədiyini deyib, hərbi xidmətə getməsini gecikdirməyə köməklik etməsini xahiş etmişdir. Yəni, Nemandan oğlunun 3 il hərbi xidmətə gec getmək məsələsini həll etməsini istəmiş, Neman belə işlərin sırf onun işi olduğunu, əvvəllər çoxlu şəxslərin işini həll etdiyini, dövlət idarələrində yaxşı tanışlarının olduğunu, Ruslanın da işini həll edəcəyini, Ruslanı 3 il ərzində hərbi xidmətə aparmayacaqlarını, 3 il müddətə Ruslanın çağırışını gecikdirəcəyini bildirib, bunun müqabilində ondan 5.000 (beş min) manat məbləğində pul istəmiş, Nemana o qədər pulunun olmadığını, kasıb adam olduğunu deyib, həmin məbləği aşağı salmasını xahiş etmiş, lakin Neman işin 5.000 manatdan aşağı həll olunmayacağını demiş, o da məcbur qalıb, Nemanla razılaşmış və ayrılmışlar. Həmin gün oğlu Ruslana 500 manat pul verib həmin pulu Nemana göndərməsini istəmiş, Ruslan Nemandan kart hesabını öyrəndikdən sonra həmin 500 manat pulu Nemanın hesabına Bakı şəhərindəki ödəmə terminalından göndərmiş, 06 yanvar 2023-cü il tarixdə o, Nemanın bank hesabına 500 manat pul göndərmiş, daha sonra 12 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonunda başqa çay evində Təqsirləndirilən şəxs ilə görüşmüş, həmin vaxt oğlu Ruslan və Seyidağa da yanlarında olmuş, 3.000 manat pulu Ruslanın və Seyidağanın yanında Nemana vermiş, Neman 3000 manat pulu ondan alarkən uzağı bir ay ərzində Ruslana əsgərlikdən möhlət hüququ alacağını bildirmiş, sonra Neman pulun qalığını istəmiş, o da göndərəcəyini demiş, həmin ərəfələrdə Ruslanı hərbi xidmətə aparacaqlarından Nemana zəng edib, Ruslanı hərbi xidmətə aparacaqlarını demiş, Neman isə ona Ruslanın işini danışdığını, hərbi xidmətə getsə belə xidmətdən azad edəcəklərini demiş, 24 yanvar 2023-cü il tarixdə oğlu Ruslanı hərbi xidmətə aparmışlar. Nemanla telefonla danışıb Ruslanı hərbi xidmətə apardıqlarını demiş, Neman da ona pulu tam verdikdən sonra Ruslanı xidmət etdiyi yerdən buraxacaqlarını bildirdiyindən Nemana inanmış, daha sonra qardaşı oğlu Radiq onun xahişi ilə Bakı şəhərində Meyvəli bazarından Nemanın kartına 500 manat pul göndərmiş, sonuncu dəfə isə 26 fevral 2023-cü il tarixdə Nemanın kartına 500 manat pulu Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən “Kral” marketdə olan ödəmə terminalından göndərmişdir. Beləliklə Nemana 5000 manat pul göndərmişdir. Bundan sonra Nemanla telefonla danışmış, Neman ona sənədləri düzəldib, icazə kağızını alacağını demiş, təxminən bir aydan çox vaxt keçmiş, Nemana zəng edib, iş barədə maraqlanmış, Neman ondan narahat olmamağını istəyib, tezliklə bu işi həll edəcəyini demiş, sonra o, Nemana zəng etsə də zənglərə cavab verməmişdir. O, artıq başa düşmüşdür ki, Neman onu aldadaraq pulunu ələ keçirmişdir. 05 yanvar 2023-cü il tarixdə, saat 13:14-də oğlu Ruslan ünvan 2 ünvanında yerləşən mağazadan ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs son 8 rəqəmi “68809536” olan “Leobank” bank kartına 500 (beş yüz) manat pul göndərmiş, Həmin gün, saat 14:29-da mən Astara şəhərində yerləşən “Soliton” mağazasında olan “MilliÖn” elektron ödəmə sistemi ilə Nemana məxsus 4098 5844 6880 9536 nömrəli “Leobank” kartına 500 (beş yüz) manat məbləğində pul göndərmiş, 12 yanvar 2023-cü il tarixdə, təxminən saat 13 radələrində Nemanla Bakı şəhəri, Nərimanov rayonunda yerləşən kafelərin birində görüşüb 3.000 (üç min) manat məbləğində pul vermiş, həmin vaxt Ruslan və Seyidağa da yanında olmuş, 18 fevral 2023-cü il tarixdə qardaşı oğlu Radiq Qasımovdan xahiş etmişdir ki, Nemanın kartına 500 manat pul göndərsin və 19 fevral 2023cü il tarixdə, dəqiq bilmədiyi vaxtda qardaşı oğlu Radiq Nemanın kartına 500 manat pul göndərmiş, 26 fevral 2023-cü il tarixdə, saat 19:20-də Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən “kral” marketdə olan “Milliön” ödəmə terminalından Nemanın “Leobank” bank hesabına sonuncu 500 (beş yüz) manat pulu göndərmişdir. Neman ona oğlunun hərbi xidmətə getməsini 3 il gecikdirəcəyini vəd vermişdir. O, ərizəni şəxsən özü yazmamış, ərizəni yazan borc sözünü səhvən yazmış, o, Nemanı tanımamışdır ki, ona borca pul da versin. O, pulu Nemana oğlu Ruslanın hərbi xidmətə aparılmasını gecikdirməsi üçün vermişdir. Seyidağa onunla nə pul məsələsini danışmış, nə də ki, oğlunun hərbi xidmətdən saxlamağa söz vermişdir. Seyidağa yalnız onu Nemanla tanış etmiş, pulları da Nemana göndərmişdir. Yəni Seyidağaya heç bir məbləğdə pul verməmişdir. İibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisidir. Əmisi oğlu Nurlan Qasımov hərbi xidmətə çağırış zamanı əmisi Sahil onu göndərməmək üçün hərbi xidmətdən möhlət hüququ almaq istəmiş, sonradan bilmişdir ki, əmisi Sahil oğlu Ruslanın dostu Nurlan adlı şəxsin vasitəsi ilə adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə görüşmüş və ona möhlət hüququ alması üçün 5000 manat qarşlığında razılaşmışdır. Əmisindən Ruslanın işinin hansı vəziyyətdə olduğunu soruşduqda əmisi 4000 manat pul verdiyini, 1000 manat pul da verməli olduğunu, Ruslanın işi də tam həllini tapdığını demiş, ancaq Ruslan 24 yanvar 2023cü il tarixdə hərbi xidmətə göndərilmiş, Sahil Nemana zəng vurub niyə belə hal baş verdiyini soruşmuş, Neman da pulun qalan 1000 manat məbləğini verdikdən sonra Ruslanı hərbi hissədən təxris ediləcəyini bildirmişdir. O, 18 fevral 2023-cü il tarixdə Bakı şəhərinə gedən zaman əmisi Sahil ona zəng vurub Nemanın bank kartına 500 manat pul vurulmalı olduğunu, ancaq pulunun olmadığını, ondan pulu vurmağını istəmiş, o da problem olmadığını demiş, Neman istifadəsində olan ***-***-**-** mobil nömrəsinin “WhatsApp” mobil tətbiqi hesabına özünə məxsus 4098-5844- 6880-9536 saylı bank kartının fotoşəkilini göndərmiş, Nemana Bakı şəhərinə çatandan sonra göndərəcəyini demiş, Bakı şəhərinin giriş hissəsində olan meyvəli bazarına çatmış, Astaradan apardığı yükləri boşaltmış, həmin vaxt Neman tez-tez ona zəng vurub pulu təcili vurmağını, guya ki, Ruslanın xahişini etdiyi adamın pulu gözlədiyini demiş, ona səbrli olmağını, işini bitirən kimi göndərəcəyini demiş, 19 fevral 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyanın yaxınlığındakı “Oba” marketin içərisində olan ödəmə terminalından Nemanın ona göndərdiyi bank kartına 500 manat məbləğində pulu köçürtmüş, ancaq terminalda problem olduğundan qəbz çıxmamış, Nemana zəng vurub pulu göndərdiyini demiş, Neman da pulun çatdığını bildirmiş, sonradan Sahil Nemana 500 manat məbləğində yenə pul vurduğunu bilmişdir. X6 5000 manat məbləğində pul vermişdir. Ancaq Neman aldığı pulun qarşılığında nə verdiyi vədi yerinə yetirmiş, nə də ki, pulu geri qaytarmışdır. Neman Sahilin ümumilikdə 5000 manat məbləğində pulunu guya əmisioğlu Ruslanı hərbi xidmətdən möhlət hüququ alacağı adı ilə aldadaraq ələ keçirmişdir. Neman nə verdiyi vədi yerinə yetirmiş, nə də ki, pulu geri qaytarmışdır. İibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır və onlara qarşı heç bir qərəzli münasibəti yoxdur. Sahili dostu X3 atası kimi tanımış, Nemanı isə hazırda həbsdə olan əmisi X1 dostu kimi tanımışdır. Ruslan hərbi xidmətə çağırış zamanı böyrəklərində olan problemlərə görə xidmətə getməmək üçün işini həll edəcək adam axtarmış, həmin vaxt Ruslan ondan kömək istəmiş, o da əmisi Seyidağaya Ruslanın problemini demiş, Seyidağa da dostu Neman ilə əlaqə saxlayaraq bu işi həll edib-edə bilməyəcəyini soruşmuş, Neman da problem olmadığını bildirmiş, o, dərhal Ruslana və sonuncu da atası Sahilə məlumat vermişdir. O, Ruslan, atası Sahil, əmisi Seyidağa və Neman 05 yanvar 2023cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonundakı çayxanaların birində görüşmüş, Sahil orada Nemana oğlu Ruslanın xəstə olduğunu, müalicə etmək istədiyini deyib hərbi xidmətə getməsini gecikdirməyə köməklik etməsini xahiş etmiş, yəni X7 3 il hərbi xidmətə gec getmək məsələsini həll etməsini istəmiş, Neman da belə işlərin məhz işi olduğunu, əvvəllər çoxlu şəxslərin işini həll etdiyini, dövlət idarələrində yaxşı tanışlarının olduğunu, Ruslanın da işini həll edəcəyini, Ruslanı 3 il ərzində hərbi xidmətə aparmayacaqlarını, 3 il müddətə Ruslanın çağırışını gecikdirəcəyini bildirib, bunun müqabilində ondan 5.000 (beş min) manat məbləğində pul istəmiş, Sahil Neman ilə razılaşmış və sağollaşıb getmişlər. Həmin gün Ruslan ona Nemana 500 manat məbləğində pul vəsaitini göndərdiyini demiş, Ruslan yaşadığı yerdə avtoyuma məntəqəsində işlədiyindən münasibəti çox yaxşı olmuş, ona görə də mütəmadi olaraq əlaqə saxlamış, Ruslan onunla danışan zaman artıq 4000 manat məbləğindəki pulu Nemana verdiklərini demiş, Lakin 24 yanvar 2023-cü il tarixdə Ruslan hərbi xidmətə aparıldığını eşitmiş, buna səbəb də guya Nemanın pulu tam məbləğdə almadığına görə işi həll etməməsi olmuş, lakin Neman Sahili aldadaraq pulu tam aldıqdan sonra Ruslanı hərbi xidmətə yarasız edərək evinə geri qaytartdıracağını demiş, ancaq Neman qalan 1000 manat məbləğindəki pulu aldıqdan sonra, yəni ümumilikdə 5000 manat pulu tam aldıqdan sonra heç bir iş görməmişdir. Nə pulu geri qaytarmış, nə də ki, Ruslana söz verdiyi vədi yerinə yetirmiş, Ruslan da hərbi xidmətinə davam etmişdir. Neman Sahilin ümumilikdə 5000 manat məbləğində pulunu guya Ruslanı hərbi xidmətdən möhlət hüququ alacağı adı ilə aldadaraq ələ keçirmişdir. Neman nə verdiyi vədi yerinə yetirmiş, nə də ki, pulu geri qaytarmışdır. X8 ancaq tanış edən zaman orada olmuşdur. Daha sonrakı proseslərdə Neman özü Sahil ilə əlaqədə olmuş, yəni, X8n etdiyi heç bir işə qarışmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növü kimi qəbul edir: İşdə olan Naxçıvan MR Ordubad rayon İcra Hakimiyyəti başçısının Sabirkənd kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunması göstərilmisdir. Zərərçəkmiş şəxs Şakir oğlunun ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəmiş, onunla barışmış və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs da dələduzluq cinayətinin üsulu kimi aldatma üsulundan istifadə etmiş, Zərərçəkmiş şəxs əmlakını, yəni 5000 manat pulunu ələ keçirmək niyyəti ilə ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar vermiş, guya oğlunu hərbi xidmətdən möhlət hüququ alacağını, bunun üçün 5000 manat pul lazım olacağını bildirərək aldatmış, vahid qəsdlə əhatə olunmaqla Təqsirləndirilən şəxs həmin pulu almışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamədən və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1 (003)-184/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilmiş və həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə barəsində olan cinayət təqbinə xitam verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini «Cinayət işi üzrə icraata xitam verilməsi barədə» 12 sentyabr 2024-cü il tarixli Qərardan əvvəl, yəni 2023-cü ilin yanvar-fevral aylarında törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.1,179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə işin qeyd olunan hallarına qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini «Cinayət işi üzrə icraata xitam verilməsi barədə» 12 sentyabr 2024-cü il tarixli Qərardan əvvəl, yəni 2023-cü ilin yanvar-fevral aylarında törətdiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsi ona tətbiq oluna bilməz. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və Təqsirləndirilən şəxs haqqında 1(018)-80/2024 saylı cinayət işinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-80/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-80/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver