Məhkəmə qərarları › İş №1(018)-83/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-83/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-83/2023 06.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi və dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə xx xxxx 2001-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayon məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2mış, barəsində Astara Rayon Məhkəməsinin bu cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 234.1cimaddələri ilə təqsirləndirilməsinə dair cinayət işinəAstara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə 09 fevral 2023-cü il tarixdə, saat 00:30-da Zərərçəkmiş şəxs1 məxsus Astara şəhəri, H.Əliyev prospektində yerləşən bina hesab edilən mağazaya vintaçanla qapıya fiziki müdaxilə edib açmaqla qanunsuz içəriyə daxil olduqdan sonra kassa kimi istifadə olunan masanın siyirtməsindən 150 manat məbləğində pulu götürüb Zərərçəkmiş şəxs1 150 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə 09 fevral 2023-cü il tarixdə, saat 00:45-də Zərərçəkmiş şəxs2 icarəyə götürdüyü Astara şəhəri, H.Əliyev prospekti, 223 ünvanında yerləşən bina hesab edilən mağazaya vintaçanla qapıya fiziki müdaxilə edib açmaqla qanunsuz içəriyə daxil olduqdan sonra kassa kimi istifadə olunan masanın siyirtməsindən 1651 manat məbləğində pulu götürüb Zərərçəkmiş şəxs2 1651 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda -1,047 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 10 mart 2023-cü il tarixdə, saat 08:30-da Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Astara şəhəri, S.Vurğun küçəsində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 1,047 qram olan narkotik vasitə heroin onun əynində olan qara rəngli şalvarın sol yan cibində olan “Prima” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 234.1-cimaddələriilə ona elan olunmuş ittihamda özünü təqsirli bildi və məhkəmə iclasında ifadəsində göstərdiki, o,Lənkəran şəhərində ailəüzvüləri ilə birlikdə yaşayır. 07 fevral 2023-cü il tarixdə əsgər yoldaşı X9 şəhərində yerləşən evinə gəlmişdir. 08 fevral 2023-cü il tarixdə, təxminən saat 23 radələrində o, Mirzə Mustafayev ilə birlikdə Astara şəhər sakini X6 idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə Astara şəhərini gəzmişlər. Həmin vaxt avtomobildə olan adını sonradan bildiyi X12 onlara birlikdə pivə içməyi təklif etmişdir. Onlar razılaşmışlar. Onlar Astara şəhərində yerləşən Ruslan adlı şəxsin kafesində pivə içmişlər. O, pulu olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. O, Mirzəyə tualetə getmək istədiyini deyib, tək kafeni tərk edərək Astara şəhər mərkəzi bazarına tərəf piyada getmişdir. Bazarın qarşısında olan mağazalara diqqətlə baxıb, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 məxsus mağazanı oğurluq etmək üçün seçmişdir. O, həmin mağazanın qapısını üzərində olan vintaçanla asanlıqla açmıç və mağazanın içərisində olan masanın alt siyirtməsindən 150 (bir yüz əlli) manat pulu oğurlayıb, mağazanı tərk etmişdir. Bundan sonra o, Ruslanın kafesinə qayıdarkən, kafeyə çatmağına az qalmış, mağazaların olduğunu görmüşdür. O, həmin mağazalara yaxınlaşdıqda adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 məxsus mağazanınqapısını üzərində gəzdirdiyi vintaçanla asanlıqla açmıç və mağazanın içərisində olan kassasının siyirtməni çəkmiş və kassada olan bütün pulları cəmi 1651 (bir min altı yüz əlli bir) manat pulu götürüb, Ruslanın kafesinə qayıtmışdır. O, Mirzəyə atasının səhhətinin pis olduğunu deyib, 09 fevral 2023-cü il tarixdə, təxminən saat 02 radələrində Bakı şəhərinə getmişdir. O, Bakı şəhəri, Nərimanov rayonunda kirayə ev tutub, orada yaşamış, 07 mart 2023-cü il tarixdə Lənkəran şəhərinə gəlmişdir. O, narkotik vasitə olan heroindən istifadə edir. 10 mart 2023cü il tarixdə, səhər təxminən 07 radələrində Astara şəhərinə gəlmiş, orada mərkəzi bazarının yanında olan binaların yaxınlığında tanımadığı bir nəfər şəxsdən 30 manat dəyərində 1 bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin bükümü siqaret qutusunun içərisinə saldıqdan sonra siqaret qutusunu şalvarının sol yan cibinə salmışdır. O, Astara şəhəri, S.Vurğun küçəsində piyada hərəkətdə olduğu zaman yanında avtomobil dayanmış, avtomobildən düşən mülki geyimli şəxslər dərhal ona yaxınlaşıb, özlərini ona təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Onlara etiraz etməmiş və onlarla Astara RPŞ-nin inzibati binasına gəlmişlər. Polis şöbəsində o, dərhal şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü onun üçün dövlət hesabına müdafiəçi çağırılmışdır. Daha sonra isə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanarkən təhqiqatçı ona üzərimdə narkotik vasitə olduğu təqdirdə təqdim etməyini təklif etmişdir. Həmin təklifdən sonra o, əynində olan şalvarın sol yan cibindən “prima” markalı siqaret qutusunun çıxarmış və siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd büküm elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarışın yekununda protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, o, müdafiəçi və baxışda iştirak edən digər şəxslər protokolu imzalamışlar. Hazırda cinayət törətdiyini dərk edir, əməllərindən peşmandır. 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Bütün bunlara əsasən məhkəmədən ona mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxs, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrəməhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Astara şəhərində anadan olmuş, subaydır, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq dolanır. Astara şəhəri, H.Əliyev prospekti 223 ünvanında yerləşən mağazanı icarə əsasında işlədir. Həmin mağazada qarışıq mallar satır, əsasən də hədiyyəlik əşyalar satır. Mağazadasatıçılar işləyir. Hər gün mağaza bağlanmazdan əvvəl o, mağazaya gedərək kassada olan pulları, yəni ki, gündəlik ticarətdən əldə etdiyi gəliri kassadan götürür. 07 fevral 2023-cü il tarixdə işləri ilə bağlı Bakı şəhərinə getmiş, 09 fevral 2023-cü il tarixdə, təxminən saat 09 radələrində Bakı şəhərində olduğu zaman atası X7 ona zəng edərək mağazadan oğurluq olması barədə ona məlumat vermişdir. Bundan sonra o, mobil telefonu ilə mağazada quraşdırılmış kameralara baxmış və 09 fevral 2023-cü il tarixdə, saat 00:45-də naməlum şəxsin mağazasına daxil olaraq mağazanın kassasından pul oğurlandığını görmüşdür. Onun dostu Şəhriyar 08 fevral 2023-cü il tarixdə, saat 19:30-da ona olan 1160 manat borcunu onun mağazasında qaytarmışdır. Həmin pul da kassada qalmışdır. Atası ona zəng edərək 08 fevral 2023-cü il tarixdə Şəhriyarın qaytardığı 1160 manat puldan başqa kassada 491 manat pulun da olduğunu demişdir. O, kassadan ümumilikdə 1651 manat pulun oğurlandığını müəyyən etmişdir. Onun atası da bununla bağlı DİN-in “102” xidmətizəng mərkəzinə məlumat vermiş, həmçinin Astara RPŞ-yə də oğurluq hadisəsi ilə bağlı ərizə vermişdir. Sonra məlum olmuşdur ki, mağazadan oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir. Ona görə də ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şərbətzadə FəqanFəqan oğlu da Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Cinayət işi üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş X17 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Astara RPŞ-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Astara şəhər sakini X7 09 fevral 2023-cü il tarixdə Astara RPŞ-yə müraciət edərək, 09 fevral 2023-cü il tarixdə, saat 00:45-də naməlum şəxsin oğlu Zərərçəkmiş şəxs2 icarəyə götürdüyü Astara şəhəri, H.Əliyev prospekti 223 ünvanında yerləşən mağazaya qanunsuz daxil olaraq oradan 1651 məbləğində nağd pul oğurladığını göstərmişdir. Həmin güni mağazaya baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, mağazada qarışıq və hədiyyə olunan mallar satılır, mağazanın qapısı və pəncərələri sındırılmamış, mağazadan kassada olan 1651 manat pul oğurlanmış, başqa heç bir əşya oğurlanmamışdır. Mağazada olan təhlükəsizlik videokameralarının görüntülərinə baxış keçirilmiş, daha sonra əl-barmaq izlərinin fraqmentləri götürülmüşdür. Hadisə ilə bağlı Astara RPŞ-də əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. 10 mart 2023-cü il tarixdə polis şöbəsinə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs Astara rayonu ərazisində oğurluq cinayəti törətməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat ilə əlaqədar tərkibinə onun da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu tərəfindən 10 mart 2023-cü il tarixdə keçirilən əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Astara şəhərində olması müəyyən edilmiş, həmin gün saat 08:30-da o, Astara şəhəri Səməd Vurğun küçəsində piyada hərəkətdə olan zaman onlar tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə və 09 fevral 2023-cü il tarixdə oğurluq cinayəti törətməsində şübhələrinin olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, onu Astara RPŞ-də dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və onu Astara RPŞ-yə gətirmişlər. Orada Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş üzərində video çəkilişdən istifadə edilməklə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud saxlanılması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 qutu “Prima” siqareti çıxarmış, daha sonra həmin siqaret qutusunun içindən 1 ədəd sellofan büküm çıxarıb, siqaret qutusu ilə birlikdə masa üzərinə qoyub bildirmişdir ki, həmin bükümün içində heroin vardır. Həmin bükümə baxış zamanı müəyyən edilmişdir ki, bükümün içində spesifik iyə malik olan, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılmışvə edilmiş hərəkətlər barəsində protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə Astara şəhər sakini Zərərçəkmiş şəxs2 mağazasından 1651 manat və Zərərçəkmiş şəxs1 məxsus mağazadan isə 150 (bir yüz əlli)manat pul oğurladığını etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10, X4 və X8 da şahid X17 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsanHüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyayaqarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələridə, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Zərərçəkmiş şəxs1 ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, o,Astara rayonun Ərçivan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Astara şəhəri, H.Əliyev prospektində qadın paltarları, ətirlər satılan mağazanı işlədir. Hər gün səhər 09-da mağazanı açıb, axşam saat 18-də bağlayır. Alverdən əldə etdiyi pulları mağazada olan masanın kassa kimi istifadə etdiyi dolabında saxlayır. yəni həmin dolabı dir. Axşam gündəlik yığılmış pulları özü ilə evə aparır, lakin bəzən pullar mağazada qalır. Mağazanın içində və çölündə təhlükəsizlik kameraları vardır. 08 fevral 2023-cü il tarixdə xəstə olduğundan, axşam saat 17 radələrində tələsik mağazanı bağlayıb evə getmişdir. Həmin vaxt tələsik getdiyindən mağazanın kassasında gündəlik alverin pulu, yəni 150 (bir yüz əlli) manat pul qalmışdır. 09 fevral 2023-cü il tarixdə səhər saat 09 radələrində mağazaya gəldikdə görmüşdür ki, mağazanın qapısı yarı örtülüdür. Qapıya baxdıqda görmüşdür ki, qapının kilidi kilid yuvasından çıxmışdır. O, başa düşmüşdür ki, kimsə mağazaya girib oğurluq etmişdir. Mağazada olan paltarlara, ətirlərə baxdıqda görmüşdür ki, bütün paltarlar və ətirlər yerindədir, lakin kassaya baxdıqda görmüşdür ki, orada saxladığı 150 manat pul yoxdur. Bundan sonra mağazada olan təhlükəsizlik kameralarının videogörüntülərinə baxmış, videogörüntülərə baxarkən görmüşdür ki, 09 fevral 2023-cü il tarixdə saat təxminən 00:30-da bir nəfər şəxs, mağazanın giriş qapısına fiziki müdaxilə edərək qapını açıb içəri daxil olur, kassa kimi istifadə etdiyi dolabın işində olan pulları götürür.O, xəstələnmiş, bir neçə gün mağazanı işlətməmiş və buna görə hüquq-mühafizə orqanlarına müraciət edə bilməmişdir. Lakin 10 mart 2023-cü il tarixdə Astara RPŞ-yə gəlib mağazamda oğurluq hadisəsinin baş verməsi barədə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 150 (bir yüz əlli) manat ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləridə, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarındaolan və məhkəmə iclasında tədqiq edilən 10 mart 2023-cü il tarixli «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarındaolan və məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 fevral 2023-cü il tarixli protokoldan görünürki, hadisə yeri Zərərçəkmiş şəxs2 icarəyə götürdüyü Astara şəhəri, H.Əliyev prospektində yerləşən, hədiyyələr və qarışıq mallar satılan mağazadır. Mağazanın qapı və pəncərələri alüminium materialdan olmaqla, pəncərələrdə barmaqlıqlar yoxdur, lakin mağazanın təhlükəsizlik kamerası vardır. Baxış zamanı Zərərçəkmiş şəxs2 atası Fəqan Şərbətov bildirmişdir ki, mağazanı oğlu Zərərçəkmiş şəxs2 işlədir, 08 fevral 2023-cü il tarixdə, səhər saatlarında oğlu Zərərçəkmiş şəxs2 Bakı şəhərinə getmiş, 09 fevral 2023-cü il tarixdə, saat 08 radələrində o, bir neçə hədiyyəni oğluna məxsus mağazaya aparmaq üçün mağazaya getmiş, mağazaya çatdıqda mağazanın içərisinin qaranlıq olduğunu görmüş, diqqətlə mağazaya baxdıqda mağazanın sağ giriş qapısının açıq olduğunu görmüş, mağazada satıcı Vüsalə Abdullayevanın olduğunu və paltarını dəyişdiyi üçün işıqları yandırmadığını fikirləşmiş, buna görə bir neçə dəfə Vüsaləyə səslənib çağırmış, səs gəlmədiyindən narahat olmuş, mağazanın içərisinə daxil olmuş, mağazada heç kimin olmadığını görmüş, bu səbəbdən çölə çıxmış, çölə çıxdıqda satıcı Vüsalənin mağazaya yaxınlaşdığını görmüş, Vüsaləyə mağazanı tərk edərkən qapını bağlamadığını, mağazanın qapısının açıq olduğunu demiş, Vüsalə ona mağazanı tərk edərkən qapını bağladığını, hətta 3 dəfə də yoxladığını demiş, Vüsalədən kassada pul olub-olmadığını soruşmuş, Vüsalə kassaya baxıb, kassada olan bütün pulların oğurlandığını demiş, o, da DİN-in “102” xidmətinə zəng vurub məlumat vermişdir. Baxış zamanı mağazanın təhlükəsizlik kamerasının videogörüntüləri və əl-barmaq izlərinin fraqmentləri götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən“Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs1 icarəyə götürdüyü Astara şəhəri, H.Əliyev prospektində yerləşən, qadın geyimləri satılan mağazadır. Mağazanın qapı və pəncərələri alüminium materialdan olmaqla, pəncərələrdə barmaqlıqlar yoxdur, mağazanın təhlükəsizlik kameraları vardır. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, mağazada özü satıcı işləyir, 08 fevral 2023-cü il tarixdə həmişəki kimi mağazada olmuş, alver etmiş, yaşadığı evdə xəstə olduğundan, axşam saat 17 radələrində tələsik mağazanı bağlayıb evə getmiş, mağazanın kassasında olan 150 manat pulu götürməmiş, ertəsi gün 09 fevral 2023-cü il tarixdə səhər saat 09 radələrində mağazaya gəldikdə mağazanın qapısının yarı örtülü olduğunu, qapıya baxdıqda kilidinin kilid yuvasından çıxdığını görmüş, mağazada olan paltarlara, ətirlərə baxdıqda hamısının yerində olduğunu müəyyən etmiş, lakin kassaya baxdıqda görmüşdür ki, orada saxladığı 150 manat pul yoxdur. Bundan sonra mağazada olan təhlükəsizlik kameralarının videogörüntülərinə baxmış, videogörüntülərə baxarkən görmüşdür ki, 09 fevral 2023-cü il tarixdə saat təxminən 00:30-da bir nəfər şəxs, əynində zolaqlı papaq, göy rəngli cins şalvar və jilet olmaqla, mağazanın giriş qapısına fiziki müdaxilə edərək qapını açıb içəri daxil olaraq, kassanın işində olan pulları götürmüşdür. Daha sonra Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin gündən sonra xəstələnmiş, bir neçə gün mağazanı işlətməmiş, sağaldıqdan sonra mağazaya gəlmiş, təhlükəsizlik kamerasına baxdıqda görmüşdür ki, təhlükəsizlik aparatının yaddaşı az olduğundan, oğurluq hadisəsinin videogörüntüləri avtomotik olaraq silinmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən“Diskə baxış keçirilməsi haqqında” 09 fevral 2023-cü il tarixli protokoldan görünürki, Astara şəhəri H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs2 mağazasında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisəsi yerinə baxış keçirilərkən mağazanın kamerasından hadisənin videogörüntüləri götürülərək 01 ədəd DVD diskə yazılmış və həmin 01 ədəd “DVD” diskə baxış zamanı müəyyən olunur ki, mağazanın giriş qapısını bayırdan çəkən videokameradan görünür ki, bir nəfər şəxs, əynində zolaqlı papaq, göy rəngli cins şalvar və jilet olmaqla 09 fevral 2023-cü il tarixdə, saat 00:45-də mağazanın qapısına fiziki güc müdaxilə edərək, bir neçə saniyə ərzində, mağazanın qapısını açıb içəri daxil olur; mağazanın daxili kamerasından görünür ki, mağazaya daxil olmuş həmin şəxs mağazada olan, kassa kimi istifadə olunan, üzərində kompüter və kalkulyator olan masanın aşağıdakı dolabını açır, oradan pulları götürür, sonra oradan uzaqlaşır; mağazanın giriş qapısını bayırdan çəkən videokameradan görünür ki, 09 fevral 2023-cü il tarixdə, saat 00:47-də həmin şəxs mağazanı daxil olduğu yolla qapıdan, qapını örtüb tərk edir və yolun digər tərəfinə keçir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Könüllü təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi” haqqında 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd gödəkcə, 01 ədəd cins şalvar, 01 ədəd köynək və 1 cüt ayaqqabın təqdim edərək bildirmişdir ki, 09 fevral 2023-cü il tarixdə, saat 00:45-də Astara şəhəri, H.Əliyev prospektində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus mağazaya qanunsuz daxil olaraq mağazanın kassasından 1651 manat məbləğində pul oğurlamış, həmçinin həmin gün Astara şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs1 məxsus mağazaya qanunsuz daxil olaraq oradan 150 manat məbləğində pul oğurlamış, 09 fevral 2023-cü il tarixdə Astara şəhərini tərk edərək Bakı şəhərinə getmiş, Bakı şəhərində kirayə mənzil tutaraq orada qalmış, oğurluq nəticəsində əldə etdiyi pulları Bakı şəhərində xərcləmiş, həmçinin həmin pullarla özünə 1 ədəd gödəkcə, 1 ədəd cins şalvar, 1 ədəd köynək və 1 cüt ayaqqabı almış, pulların qurtarmasına az qalmış Lənkəran şəhərinə qayıtmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 1 cüt ayaqqabı qara rəngli ayaqqabıdır, üzərində “sport fashion” sözləri yazılmışdır, sayla bağlanan ayaqqabıdır, köynəyin üzərində hər hansı marka yoxdur, köynək qara rəngli olmaqla üzərində bitki yarpaqlarının təsviri vardır, 01 ədəd cins şalvar qara rəngli olmaqla “Denım collection” sözləri yazılmışdır, gödəkcə qara rəngli olmaqla üzərində “Zapa” sözü yazılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd gödəkcə, 1 ədəd cins şalvar, 01 ədəd köynək və 1 cüt ayaqqabı iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılıb Azərbaycan Respublikası DİN-in 85 saylı möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, həmin tarixdə saat 09:10-dan saat 09:25-dək Astara RPŞ-də xidməti otaqlarının birində videoçəkiliş vasitəsi, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ilk öncə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud saxlanılması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 qutu “Prima” siqareti çıxarmış, daha sonra həmin siqaret qutusunun içindən 1 ədəd sellofan büküm çıxarıb, siqaret qutusu ilə birlikdə masa üzərinə qoyub bildirmişdir ki, həmin bükümün içində heroin vardır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan həmin kütlədən başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Həmin bükümə baxış zamanı müəyyən edilmişdir ki, bükümün içində spesifik iyə malik olan, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə heroin olduğunu, narkotik vasitəni öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını, həmin narkotik vasitə olan heroini Astara şəhərində, üzdən tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm götürülərək elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə Astara şəhər sakini Zərərçəkmiş şəxs2 mağazasından 1651 manat pul oğurladığını etiraf etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 mart 2023-cü il tarixli, 19/290 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...» sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,047 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroininin ümumi təmiz çəkisi 1,047 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmişdir, qalıq 0,997 qram təşkil edir. Adı çəkilən Mərkəzin 10 mart 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilənAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 04 aprel 2023-cü il tarixli, 384 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərın qəbulunda yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan protokollardan götünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,047 qram olmuş və tədqiqatdan sonra qalan 0,997 qram olmuş narkotik vasitə heroin və şəxsi axtarış aparılan zamanı qeydə alınmış videoçəkilişlərin köçürüldüyü 01 ədəd və mağazada olan video kameranın 01 ədəd olmaqla, cəmi 02 ədəd “DVD” diskişin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, narkotik vasitə heroin məhkəməyədək saxlanılmasından ötrü Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmiş və 02 ədəd “DVD” diski isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş və Lənkəran şəhər-rayon RİH başçısının Lənkəran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışlarından məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2mışdır. Cinayət işinə əlavə edilmiş və Lənkəran şəhər-rayon RİH başçısının Lənkəran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsində Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statisk İnfrormasiya İdarəsinin 28 mart 2023-cü il tarixli tələbnaməsindən və Lənkəran rayon məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(049)-306/2022 saylı hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(049)-306/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Lənkəran rayon İcra və Probasiya şöbəsinin məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(049)-306/2022 saylı hökmü ilə təytin edilmiş, 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətin residivi nəzərə alınmadan cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 12 mart 2023-cü il tarixli qərarından görünür ki, həbs etmənin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinəəsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesabedilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinəəsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi iləəlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəlləəsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlirki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, ona təyin edilmiş həmin cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən,cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları - cinayət əməlini etiraf etməklə, peşman olmasını, 2-ci Qarabağ mübaribəsinin iştirakçısı olmaqsını, vurduğu ziyanın bir hissəsini ödəməsini, ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilənşəxs Təqsirləndirilən şəxsbarəsində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsindənəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinəəsasən o, cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsindəçəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinəəsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər cəzalarınıümumi rejimli cəza çəkmə müəssisələrindəçəkməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(049)-306/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 2 günü 1 gün hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından Təqsirləndirilən şəxs cəza çəkdiyi vaxtda narkomaniyadan müalicə olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin iş üzrə maddi sübut olub Astara RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq qalan təmizçəkisi 0,997 qram olan narkotik vasitə heroinin məhv edilməsini, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 10 mart 2023-cü il tarixdən hesablanmasını, cəzasının ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini, ekspertizaxərclərin itəşkil edən 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan ilə əlaqədar məhkəmədə mülki iddia qaldırmaq hüququ olması izah edilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Ona təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(049)-306/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 2 günü 1 gün hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsində saxlanılan tədqiqatlara sərf olunandan sonra qalan, təmiz çəkisi 0,997 qram olan narkotik vasitə heroin məhv edilsin və 02 ədəd “DVD” diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan ilə əlaqədar məhkəmədə mülki iddia qaldırmaq hüququ olması izah edilsin. Təqsirləndirilən şəxs 60 (altmış) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar