Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-84/2023 12.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və dövlət ittihamçısı - Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991 -ci ildə Astara rayonu, Balaca Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Astara rayonu, Balaca Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyədək icraat zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməhım mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda -0,454 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 08 mart 2023- cü il tarixdə, saat 15:10-da Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Astara rayonu, Balaca Şahağacı kəndi ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 02 ədəd qızılı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0.236 qram və -0,218 qram olmaqla ümumi təmiz çəkisi -0,454 qram olan narkotik vasitə heroin onun əynində olan boz rəngli gödəkcənin sağ yan cibindəki sellofan bağlamanın içərisindən aşkar edilərək götürülmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində olan sənədlərdən mılum olur ki, o, Astara RPŞ-in Təhqiqat bölməsində xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü ildə cinayət işi başlanmış(Astara RPŞ-in təhqiqat bölməsinin təhqiqatçı Elnur Məmmədov), xx.xx.2023–cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş(Astara RPŞin İstintaq bölməsinin müstəntiqi Ərəstun Mahmudzadə), iş üzrə tərtib edilmiş ittiham aktı xx.xx.2023cü il tarixdə rayon prokuroru tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün Astara rayon məhkəməsinə göndərilmişdir. Cinayət işi 11.05.23-də Astara rayon Məhkəməsinə daxil olmuş, hazırlıq iclasının keçirilməsi 24.05.23-cü il tərixə təyin edilmiş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət işi üzrə hazırlıq iclasının vaxtı və yeri haqda məlumat verilməsinə baxmayaraq o, hazırlıq iclasına gəlməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbsli axtarış elan edilmiş və bu haqda qərar icra üçün Astara RPŞ-ə göndərilmiş, həmin qərar əsasında xx.xx.2023-cü il tarixdə Astara RPŞ-də 280401 saylı axtarış işi açılmışdır.Qərarın icrası ilə əlaqədar rayon məhkəməsinə Astara RPŞ-in xx.xx.2023-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə CM-in 234.1-1-ci maddəsi ilə Lənkəran Şəhər-Rayon PŞ-in əməkdaşları tərəfindən yaxalandığı və Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib Ədliyyə Nazirliyinin 1 saylı İstintaq Təcridxanasına yerləşdirildiyi göstərilmişdir. Barəsində Astara RPŞ İstintaq Bölməsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan başqa cinayəti törətdiyinə görə xx.xx.2023-cü ildə Lənkəran ŞRPŞ-in əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub həmin tarixdən ƏN-in 1 saylı İstintaq Təcridxanasında saxlandığı halda, Astara RPŞ-in müstəntiqi X5 RPŞ-nə daxil olmuş xx.xx.2023-cü il tarixli 272 saylı ekspertiza rəyinin Təqsirləndirilən şəxs elan olunması haqda xx.xx.2023-cü il tarixə, cinayət işinin istintaqının qurtarmasının Təqsirləndirilən şəxs elan olunması haqda xx.xx.2023-cü il tarixə və cinayət işinin materiallarının tanış olmasından ötrü Təqsirləndirilən şəxs Astara şəhərində elan olunması barədə xx.xx.2023-cü il tarixə prototokollar tərtib etmişdir. Hansı ki, həmin tarixlərdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı İstintaq təcridxanasında olmuş, Astara RPŞ-in MSY-nə etap olunmamış, yaxud müstəntiq X3 Təcridxanasına getməmişdir. Bundan sonra müstəntiq Ə.Mahmudzadə cinayət işi üzrə istintaqın tamamlanması qənaətinə gəlib xx.xx.2023-də iş üzrə ittiham aktı tərtib edərək Astara rayon prokuroruna təqdim etmiş, rayon prokuroru tərəfindən ittiham aktı xx.xx.2023-də təsdiq edilərək cinayət işi baxılmasından ötrü Astara rayon məhkəməsinə göndərilmişdir. Astara RPŞ-in müstəntiqi Ərəstun Mahmudzadə tərəfindən Astara şəhərində həmin prototokollar tərtib edilməklə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozuntusuna yol verilmişdir. Həmin pozuntular mümkün qədər aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir (CPM-in 303.3.1 mad.). Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı şifahi vəsatət verərək cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini və müstəntiqin barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Vəsatətini dövlət ittihamçısı belə əsaslandırdı ki, Astara RPŞ-in müstəntiqi Ərəstun Mahmudzadə tərəfindən Astara şəhərində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli 272saylı ekspertiza rəyinin elan olunması, xx.xx.2023-cü il tarixdə cinayət işinin istintaqının qurtarmasının elan olunması və onun xx.xx.2023-cü il tarixə cinayət işinin materialları ilə tanış edilməsi barədə prototokollar Azərbaycan Respublikası CPM-nin 268-270, 284-288-ci maddələrin tələblərinin kobud pozuntusu ilə tərtib edildiyindən həmin sənədlərin hər hansı hüquqi qüvvəsi yoxdur və onlara qanuni sənəd kimi istinad oluna bilməz. Odur ki, qeyd edilən pozuntuların mümkün qədər aradan qaldırılması üçün CPM-in 303.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməlsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin iş üzrə ibtidai istintaq aparmış müstəntiq haqqında xüsusi qərar çıxarılmalıdır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatətin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs məhkəmədən haqqında olan cinayət işi üzrə hər hansı vəsatəti olmadığını, haqqında olan cinayət işi üzrə qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, müdafiəçini dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək belə hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda yol verdiyi nöqsanlara görə ibtidai istintaqı aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Sadalanan prosessual qanunvericilik normalarını əsas götürən məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Beləliklə, barəsində Astara RPŞ İstintaq Bölməsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan başqa cinayəti törətdiyinə görə xx.xx.2023-cü ildə Lənkəran ŞRPŞ-in əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub həmin tarixdən ƏN-in 1 saylı İstintaq Təcridxanasında saxlandığı halda, Astara RPŞ-in müstəntiqi X5 RPŞ-nə daxil olmuş xx.xx.2023-cü il tarixli 272 saylı ekspertiza rəyinin Təqsirləndirilən şəxs elan olunması haqda xx.xx.2023-cü il tarixə, cinayət işinin istintaqının qurtarmasının Təqsirləndirilən şəxs elan olunması haqda xx.xx.2023-cü il tarixə və cinayət işinin materiallarının tanış olmasından ötrü Təqsirləndirilən şəxs Astara şəhərində elan olunması barədə xx.xx.2023-cü il tarixə prototokollar tərtib etmişdir. Hansı ki, həmin tarixlərdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı İstintaq təcridxanasında olmuş, Astara RPŞ-in MSY-nə etap olunmamış, yaxud müstəntiq X3 Təcridxanasına getməmişdir. Bundan sonra müstəntiq Ə.Mahmudzadə cinayət işi üzrə istintaqın tamamlanması qənaətinə gəlib xx.xx.2023-də iş üzrə ittiham aktı tərtib edərək Astara rayon prokuroruna təqdim etmiş, rayon prokuroru tərəfindən ittiham aktı xx.xx.2023-də təsdiq edilərək cinayət işi baxılmasından ötrü Astara rayon məhkəməsinə göndərilmişdir. Astara RPŞ-in müstəntiqi Ərəstun Mahmudzadə tərəfindən Astara şəhərində həmin prototokollar tərtib edilməklə təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozuntusuna yol verilmişdir. Həmin pozuntular mümkün qədər aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir (CPM-in 303.3.1 mad.). Yuxarıda sadalanan prosessual sənədlər-Astara RPŞ-in müstəntiqi Ə. Mahmudzadə tərəfindən Astara şəhərində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli 272saylı ekspertiza rəyinin elan olunması, xx.xx.2023-cü il tarixdə cinayət işinin istintaqının qurtarmasının elan olunması və onun xx.xx.2023-cü il tarixə cinayət işinin materialları ilə tanış edilməsi barədə prototokollar Azərbaycan Respublikası CPM-nin 268-270, 284-288-ci maddələrin tələblərinin kobud pozuntusu ilə tərtib edildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs müdafiə hüququ kobudcasına pozulmuş, müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 290.2 və 290.2.12-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin Məcəllənin müddəalarına uyğun olaraq ibtidai istintaqın aparılma qaydalarına riayət edilməsini yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənməlidir və bu zaman kobud qanun pozuntularını aşkar etdikdə, həmin Məcəllənin 290.3 və 290.3.3-cü maddələrinə uyğun olaraq, əlavə ibtidai istintaq aparılması üçün cinayət işini öz göstərişləri ilə müstəntiqə qaytarmalıdır. Lakin müvafiq halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin Məcəllənin müddəalarına uyğun olaraq ibtidai istintaqın aparılma qaydalarına riayət edilməsini yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini araşdırmamış, kobud qanun pozuntularına əhəmiyyət verməmişdir. Həmin Məcəllənin 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. Həmin Məcəllənin 303.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3,303.3.1 və 303.3.8-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kobud qanun pozuntusudur və buna yol verildikdə, cinayət işinin baxılmasına xitam verilməlidir və o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmin Məcəllənin 303.2-ci maddəsinə görə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3.8-cı maddəsinə əsasən, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və 296.3.1-ci maddələrinin pozulması kobud qanun pozuntularıdır və bu pozuntulara yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə görə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxs barəsində xüsusi qərar çıxarmalıdır. Bundan başqa məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri məhkəmə hazırlıq iclasının keçirildiyi vaxta kimi uzadılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.2 və 306-cı maddələrinin tələblərini əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və onun həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay olmaqla, yəni 12 avqust 2023-cü il tarixədək uzadılmalıdır. Sadalanan xüsusatlara məcmu halında qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan kobud prosessual pozuntunun müəyyən edilməsi ilə bağlı, cinayət işinin baxılmasına xitam verilməli, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı və yol verdiyi nöqsanlara görə ibtidai istintaqı aparmış müstəntiq Ərəstun Mahmudzadə barəsində isə xüsusi qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300.1.5, 303, 306, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Yol verdiyi nöqsanlara görə ibtidai istintaqı aparmış müstəntiq X1 barəsində xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və onun həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay olmaqla, yəni 12 avqust 2023-cü il tarixədək uzadılsın. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-84/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-84/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver