Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-84/2024 23.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi – X9 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi – Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1980-ci ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdə, saat 10:05 radələrində “BD049528” nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Daf” markalı, **-CG-***/**-ZA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Astara rayonu Ərçivan qəsəbəsində yerləşən “Arçun Oil” yanacaqdoldurma məntəqəsindən çıxıb, Astara şəhəri istiqamətində sola tərəf manevr edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, yəni yola bitişik ərazidən (yolun hər hansı tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkət üçün nəzərdə tutulmayan torpaq sahələri, orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara yol verməli olduğu halda bunlara riayət etməyərək diqqətini daim dəyişən yol şəraitindən ayıraraq həmin vaxt yolun hərəkət hissəsinə nəzərən yolu soldan sağa keçmək istəyən piyada, Astara rayonu, Ərçivan qəsəbə sakini X1 yolu keçmək istəməsini nəzərə almadan hərəkətinə davam edib, hərəkət təhlükəsizliyini təmin etməyən manevr yerinə yetirməklə piyada Xatun Hüseynovanı yolun hərəkət hissəsində vurmuşdur. Nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan piyada Xatun Hüseynovanın döş qəfəsinin deformasiyası, qabırğaların çoxsaylı sınıqları (sol İİ-Xİ, sağ İİ-Xİ), hər iki ağciyər və plevranın zədələnməsi, döş boşluğunda qansızma (1800 ml), döş qəfəsinin ön səthində yumşaq toxumalar altına yayılmış qansızma, sağ bud sümüyünun qapalı yerini dəyişən sınığı, sol dirsək, sol əl, sol bud, sol baldır, sağ diz qapağı nahiyylərində sıyrıqlar ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Astara rayon Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, himayəsində iki azyaşlı uşağı var. Fərdi qaydada sürücülük etməklə ailəsinin dolanışığını təmin edir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Sürücülük vəsiqəsi ilə “Daf” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı **-ZF-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomaşını müqavilə və etibarnamə əsasında idarə etmişdir. Həmin yük avtomaşını ilə müqavilə əsasında beynəlxalq yük daşıma ilə məşğul olmuşdur. 19 fevral 2024-cü il tarixdə, saat 09 radələrində idarə etdiyi yük avtomobili ilə yaşadığı Əriçvan qəsəbəsinə gəlmişdir. Ərçivan qəsəbəsində olan yanacaqdoldurma məntəqəsində avtomaşına yanacaq doldurmuş, avtomaşını yol kənarında yük avtomaşınların saxlanılması üçün nəzərdə tutulan yerdə saxlamaq üçün yanacaq doldurduqdan sonra hərəkətə gətirib oradan uzaqlaşmışdır. Avtomaşını təxminən 10-15 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt asfalt yola çıxarkən əvvəlcə qarşısına baxmışdır. Qarşıda maneə olmadığını görüb, asfalt yola çıxmışdır. Asfalt yola çıxarkən sağ yan güzgü ilə hərəkət istiqamətini sağ tərəfinə baxaraq avtomobillərin gəlib-gəlmədiyinə nəzarət etmişdir. Bir neçə metr getdikdən sonra nəsə tıqqıltı səsi eşidib, qarşıya baxdıqda hazırda xatırlamadığı bir nəfərin ona əli ilə işarə etdiyini görüb, ayağı ila əyləci basıb avtomaşını saxlamışdır. Həmin vaxt elə bilmişdir ki, avtomaşında nəsə nasazlıq olmuşdur. Yerə düşüb avtomaşının sol qabaq təkərinə baxdıqda, avtomaşının altında nəsə olduğunu görmüşdür. Avtomaşının altına diqqətlə baxdıqda, orada bir nəfər qadının olduğunu görmüşdür. Bundan sonra orada olan tanımadığı şəxslərin köməkliyi ilə həmin qadını avtomaşının altından çıxarmışlar. Həmin qadını çıxardıqda, onun qohumu, Astara rayonu Ərçivan qəsəbə sakini olan X5 olduğunu bilmişdir. Xatun Hüseynovanın huşu özündə olmamış, lakin nəfəs aldığını görmüşdür. Hadisənin təsirindən həyəcanlandığı üçün orada olan şəxslərə təcili yardım çağırmasını demişdir. Bir qədər sonra ora gələn təcili yardım avtomobili ilə xəsarət alan Xatun Hüseynovanı xəstəxanaya yola salmışlar. Bundan sonra hadisə yerində dayanıb polis işçilərinin gəlməsini gözləmişdir. Bir qədər sonra polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. X5 hadisə nəticəsində aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda vəfat etmişdir. Həmin vaxt avtomaşını təxminən 10-15 km/saat sürətlə idarə etmiş, piyadanı hadisədən əvvəl görməmişdir. Həmin zaman idarə etdiyi avtomaşında heç bir nasazlıq olmamış, avtomaşın saz vəziyyətdə olmuşdur. Hadisə günü spirtli içki və ya hər hansı bir narkotik və psixotrop maddə qəbul etməmiş, ümumiyyətlə spirtli içki və hər hansı bir narkotik və psixotrop maddədən istifadə etmir. Həmin zaman avtomaşınında sərnişin olmamışdır. Baş verən yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən Xatun Hüseynova onun öz qohumu olmuşdur. Heç vaxt istəməzdi ki, idarə etdiyi maşınla törətdiyi yol-nəqliyyat hadisəsi zamanı hər hansı insan ölsün. Belə bir hadisənin onun günahı üzündən baş verməsinə görə peşmanlıq hissi keçirir. Ölən şəxsin yaxın qohumlarından üzr istəmiş, mərhumun yas mərasiminin keçirilməsi və dəfnində yaxın qohumları ilə birlikdə iştirak etmişdir. Mərhumun hüquqi varisi ilə barışmış, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Himayəsində iki azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, mərhum X5 onun arvadıdır. Xatun Hüseynova ilə 1987-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan üç övladları olmuşdur. X7 19 fevral 2024-cü il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Belə ki, həmin gün səhər saatlarında yaşadığı evin yaxınlığındakı çayxanada olarkən hazırda xatırlamadığı bir nəfər şəxs ona həyat yoldaşı Xatunu avtomobil vurduğunu demişdir. Dərhal çayxanadan çıxıb hadisə yerinə getmişdir. Hadisə yerinə çatdıqda görmüşdür ki, mərhum həyat yoldaşı Xatun Hüseynovanı “Daf” markalı, **- CG-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili vurmuş və avtomobil mərhum həyat yoldaşımın üzərinə çıxmışdır. Orada olan tanımadığı şəxslərlə birlikdə mərhum həyat yoldaşını avtomaşının altınldan çıxarıb gələn təcili yardım avtomobili ilə Astara rayon Mərkəzi xəstəxanasına aparmışlar. Yaralı vəziyyətdə olan həyat yoldaşı xəstəxanaya çatan kimi vəfat etmişdir. Həmin hadisənin birbaşa şahidi olmasa da, sonradan bilmişdir ki, mərhum həyat yoldaşı Xatun Hüseynova yolu keçmək istəyərkən həmin vaxt asfalt yola çıxmaq istəyən Təqsirləndirilən şəxs idarə etdiyi “Daf” markalı, **- CG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ehtiyatsızlıqdan onu vurmuşdur. Təqsirləndirilən şəxsla aralarında qohumluq münasibəti var və aralarında hər hansı bir ədavət və düşmənçilik yoxdur. Hazırda hadisəni törədən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tamamilə ödəmişdir. Qeyd olunanların nəzərə alınmasını və Təqsirləndirilən şəxs ən yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin DYPB-nin inspektoru vəzifəsində xidmət edir. 19 fevral 2024-cü il tarixdə, saat 10:15 radələrində Astara rayon polis şöbəsinin inzibati binasında olarkə Növbətçi hissəsindən Astara rayon Ərçivan qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat verilmişdir. Bundan sonra əməliyyat-istintaq qrupunda olan polis sahə rəisi Şahid2la birlikdə dərhal hadisə yerinə gedərək, hadisə yerinin mühafizəsini təşkil etmişlər. Ora çatdıqda “Daf” markalı, **-CG-***/**-ZA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının yolun ortasında hərəkətsiz vəziyyətdə dayandığının, sakinlərin isə ətrafına yığışdığını aşkar etmişlər. Dərhal həmin yerə yaxınlaşaraq, hadisə yerinin mühafizəsini təşkil etmiş və kənar şəxsləri oradan uzaqlaşdırmışlar ki, hadisənin izlərini pozmasınlar. Bundan sonra yük avtomaşının sürücüsü hadisə yerində özünü təqdim edərək, Astara rayon Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs sənədlərini yoxlamış, məlum olmuşdur ki, sürücünün “BD049528” nömrəli sürücülük vəsiqəsi var və etibarnamə əsasında “Daf” markalı, **-CG-***/**-ZA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. Sürücüdən hadisə barədə soruşduqda bildirmişdir ki, həmin gün, yəni 19 fevral 2024-cü il tarixdə saat 10 radələrində idarə etdiyi “Daf” markalı, **-CG-***/**-ZA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə Astara rayonu Ərçivan qəsəbəsində yerləşən «Arçun Oil» yanacaq doldurma məntəqəsini tərk edib sola tərəf manevr edən zaman yolu soldan sağa keçmək istəyən piyada qadını ehtiyatsızlıqdan vuraraq avtomaşının altına salmışdır. Sürücü sonra avtomaşını saxlayaraq qadını oradan ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə çıxarıb xəstəxanaya göndərmişdir. Həmin piyada barədə maraqlandıqda onun Astara rayonu Ərçivan qəsəbə sakini 1964-cü il təvəllüdlü X5 olduğunu, aldığı bədən xəsarətlərindən Astara RMX-yə aparılarkən yolda öldüyünü müəyyən etmişlər. Bir qədər sonra ora Astara rayon polis şöbəsinin əməliyyatistintaq qrupu gələrək hadisə yerini müayinə etmişlər. Hadisə yeri müayinə edildikdən sonra həmin avtomobil duracağa aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir.
1. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Araşdırma zamanı yerini müayinə edərkən müəyyən edilmişdir ki, hadisə Astara rayonu Ərçivan qəsəbəsində yerləşən avtomobil yolunda baş vermişdir. Yol örtüyü düz, yaş, asfalt və beton olmaqla, ümumi eni 7,70 metrdir. Yol ikitərəflidir. Yolun hərəkət hissəsinin sağında və solunda tikililər, ağaclar və elektrik dirəkləri vardır. Hadisə yerində tormoz izi aşkar olunmadı. “Daf” markalı, **-CG-***/**-ZA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını yaxınlıqda yerləşən «Arçun Oil» anacaqdoldurma məntəqəsindən çıxaraq yol çiyni ilə üzü Astara rayon mərkəzi istiqamətdə yol çiyni ilə 10-15 km/saa sürətlə hərəkətdə olarkən həmin vaxt sağ tərəfə diqqət yetirsə də, sol tərəfi nəzarətində saxlamamış və bu zaman yolu soldan sağa keçmək istəyən piyada X3 avtomaşının qabaq tərəfi ilə vurub avtomaşının altına salmışdır. Avtomaşının qabaq hissəsi asfalt yola 7,20 metr çıxmış vəziyyətdə olmuşdur. Avtomaşının qabaq hissəsindən asfalt olyun sol tərəfindəki qurtaracağına qədər məsafə isə 5,10 metrdir. “Daf” markalı, **-CG- ***/**-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomaşınının sürücüsü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmamış və onun həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur.
2. Məhkəmə-tibb ekspertizasının 09 mart 2024-cü il tarixli, 05 saylı rəyindən görünür ki, 1964-cü il təvəllüdlü X4 meyitində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin deformasiyası, qabırğaların çoxsaylı sınıqları (sol İİ-Xİ, sağ İİ-Xİ), hər iki ağciyər və plevranın zədələnməsi, döş boşluğunda qansızma (1800 ml), döş qəfəsinin ön səthində yumşaq toxumalar altına yayılmış qansızma, sağ bud sümüyünun qapalı yerini dəyişən sınığı, sol dirsək, sol əl, sol bud, sol baldır, sağ diz qapağı nahiyylərində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətlərini və həmçinin qərarda göstərilmiş hadisənin baş vermə şəraitni nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 19 fevral 2024-cü il tarixdə hərəkətdə olan yük maşının qabarıq hissələrinin və ya mərhumun bədəninin ön səthi yük maşınının təkərinin altında qalmaqla sıxılması nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaynın əlamətlərinə malikdirlər. X1 ölümünə – döş qəfəsinin küt travması ilə əlaqədar qabırğaların çoxsaylı sınıqları, ağciyərin zədələnməsi, döş boşluğunda qansızma (1800 ml) səbəb olmuşdur.
3. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 22 may 2024-cü il tarixli, 8/1215 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən DAF markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinin tələbləri pozulmuş və həmin qayda pozuntuları ilə baş vermiş qəzanın nəticəsi arasında səbəbli əlaqə mövcud olmuş, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
4. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 19 fevral 2024cü il tarixli, 000267 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur.
5. BD seriyalı, 49528 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C, D1, D, C1E və CE kateqoriyalı avtomobil sürücüsüdür və sürücülük vəsiqəsi ona 01 aprel 2023-cü il tarixdə 10 il müddətinə verilmişdir.
6. Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.
7. Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi tərəfindən verilmiş arayışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində 02 (iki) azyaşlı uşağı var.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmasına dair Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.
9. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ehtiyatsızlıq nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində vurmuş olduğu ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən digər hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunu sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə təyin olunduğuna görə, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törətməməsini nəzərə alaraq onun barəsində istintaq orqanı tərəfindən seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci alınıb Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci alınıb Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov