Məhkəmə qərarları › İş №1(018)-85/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-85/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-85/2024 23.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxx 1975-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara şəhəri, İ.Kaverin küçəsi ev 78-də qeydiyyatda olan və Astara rayonu, Şiyəkəran kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 17 06.2024-cü il tarixdə saat 18:30 radələrində Astara rayonu, Şıyəkəran kənd sakini Təqsirləndirilən şəxs ilə Astara rayonu, Şiyəkəran kəndində müvəqqəti qeydiyyatda olan və Astara rayonu Pensar kəndində müvəqqəti yaşayan Zərərçəkmiş şəxs arasında Astara rayonu, Pensər kənddə ara yolda şəxsi münasibətlər zəmində baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs əlindəki mobil telefonu Zərərçəkmiş şəxs uz nahiyəsinə qəsdən vuraraq sonuncuya sol gözaltı nahiyəsində əzilmiş yara kımı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YUNGUL zərər vurmaya aid olan xəsarət yetirmişdir Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Astara rayonu, Pensər kəndində yaşadığı evə gedən yolda çəpərini və çəpərin girəcəyində olan qapını Astara rayon Pensər kənd sakini İzzətulla Ağayev sökmək isdədiyi üçün aralarında mübahisə yaranmış, onların səsinə gələn Astara rayonu Pensər kəndində yaşayan Zərərçəkmiş şəxs üzərinə hücum çəkməyə başlamaq istədiyini görüb, əsəbləşərək əlindəki mobil telefonu onun üz nahiyəsinə vuraraq ona xəsarət yetirərək, sonra hadisə yerindən uzaqlaşmışdır.Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş və hadisə yerində kənar şəxs olmamışdır. Əməlindən peşmanlıq çəkir və Zərərçəkmiş şəxs ilə barışdığından sonuncunun ondan hər hansı şikayəti yoxdur. O, barəsində olan işinin icraatına xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2024-cu il tarixində əmisi oğlu X1 yaşadığı evin həyətində bağda meyvə yığırmış, saat 18:30 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs oğlü əmisi oğlu İzzətulla Ağayevla çəpər üstə mübahisə etdiyini görüb onlara yaxınlaşmış, Təqsirləndirilən şəxs "qışqırma həyətdə qadın qız var” bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, aralarında mübahisə yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əlindəki mobil telefonu atmış, mobil telefon onun üz nahiyəsinə dəyərək, ona xəsarət yetirmişdir. Sonra Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur, Dəymiş zərər ödənilib, onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzinin xx.xx.2024-cü il tarixli 195 N№-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində sol gözaltı nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2024-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 4 dəfə ayrı-ayrı vaxtlarda məhkum olunmuş, sonuncu dafə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azarbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 06 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan`Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər İƏD üzrə nümayəndəliyindən Astara RPŞ-nə təqdim olunmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materialında olan Astara rayon Mərkəzi xəstəxanasından Astara RPŞ-nə təqdim olunmuş arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Zərərçəkmiş şəxs ərizədə göstərmişdir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur, ona dəymiş zərər ödənilib, onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi ilə razıdır və bunu məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, X2 barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar