Məhkəmə qərarları › İş №1(018)-88/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-88/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-88/2025 30.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim X1 Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə Ağababa oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi X8 iştirakı ilə, xx.xx.1984-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Astara şəhəri Məşədi Əzizbəyov küçəsi, ev 15-də qeydiyyatda olmaqla, Astara şəhəri Səməd Vurğun küçəsi, ev 141-də yaşayan, 02 iyun 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, balıqların qanunsuz tutulması nəticəsində xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydaları”-na əlavə edilmiş “balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblər”in 2-ci maddəsində nəzərdə tutulmuş “hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması tələbini pozaraq, qanunsuz balıq tutmaq məqsədi ilə 28 mart 2025-ci il tarixdə saat 08 radələrindən 29 mart 2025-ci il tarixdə saat 09 radələrinədək olan müddətdə Təngərüd çayının Astara rayonunda Xəzər dənizinə birləşən hissəsində uzunluğu 12 metr, eni 1,10 metr, ağ rəngli torun toxunduğu sap neylon sintetik liflərindən istehsal olunmaqla, sapı 2 qatlı, sapının diametrinin ölçüsü 0,38 mm., dəliklərinin daxili ölçüsü 45x50 mm. olan 1 ədəd balıqovlama vasitəsi olan tordan istifadə edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyriqanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən 1 ədəd kütüm balığına görə ziyanın məbləği 33,00 manat (3x33=99.00 manat), 1 ədəd kefal balığına görə ziyanın məbləği 11,00 manat (1x11=11.00 manat), 1 ədəd şamayı balığına görə ziyanın məbləği 33,00 manat (28x33=924.00 manat) olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 1034 (min otuz dörd) manat ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, işləmədiyi üçün Təngərüd çayının Astara rayonunda Xəzər dənizinə birləşən hissəsində balıq tutmaqla ailəsinə qida əldə etmiş, Təngərüd çayının Astara rayonunda Xəzər dənizinə birləşən hissəsində balıq tutmaq üçün tordan istifadə etmiş, istifadə etdiyi tor vəfat edən babasından qalmışdır. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Təngərüd çayının Astara rayonunda Xəzər dənizinə birləşən hissəsinə gedib rezin materialından olan su keçirməyən paltarıyla suya girib torunu suya bərkitmiş, xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Təngərud çayının Astara rayonunda Xəzər dənizinə birləşən hissəsinə gedib rezin materialından olan su keçirməyən paltarıyla suya girib torunu yığmış, xx.xx.2025-ci il tarixdə saat 09 radələrində sudan çıxarkən bir neçə nəfər yaxınlaşaraq özlərini X10 İdarəsinin X12 Şöbəsinin əməkdaşları kimi təqdim etmiş, balıq ovlamaqa dair rəsmi sənədinin olub-olmamağı barədə maraqlanıldıqda hər hansı bir sənədinin olmadığını bildirmişdir. Polis əməkdaşları onlarla birlikdə Lənkəran XPŞ-nə getməli olduğunu bildirdikdə etiraz etməmiş, polis əməkdaşları ovladığı balıqları və ovda istifadə etdiyi toruyla birlikdə X12 Şöbəsinə gətirmişlər. Yoxlama zamanı polis əməkdaşları ona məxsus uzunluğu 12 metr, eni 1,10 metr, 3 qatlı ağ rəngli sapdan toxunan 1 ədəd torunu, Təngərüd çayının Astara rayonunda Xəzər dənizinə birləşən hissəsində tutduğu balıqları aşkar еtmiş, Lənkəran XPŞdə videokamera vasitəsi ilə baxış zamanı müəyyən olunmuşdur ki, tutduğu balıqlar 3 ədəd kütüm, 1 ədəd kefal və 28 ədəd şamayı balıqlarıdır. Polis əməkdaşları ona məxsus 1 ədəd torunu, icazəsiz tutduğu 3 ədəd kütüm, 1 ədəd kefal və 28 ədəd şamayı balığlarını maddi sübut kimi götürmüş, baxışın nəticəsi olaraq protokol tərtib edilmiş və imza etmişlər. Balıq tutarkən heç kim köməklik etməmiş, balıqları tək özü tutmuş, balıq tutarkən ətrafda başqa şəxslər görməmişdir. Törətmiş olduğu əməldən peşmanlıq hissi keçirdiyini, dəymiş ziyanı tam olaraq ödədiyini, himayəsində az yaşlı uşaqlarının olduğunu bildirib yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs Azərbaycan Respublikası ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioresursların nəzarət qrupunun baş mütəxəssisi vəzifəsində işləyir. 29 mart 2025-ci il tarixdə saat 09 radələrində X10 İdarəsinin X12 Şöbəsinin əməkdaşlarının ekoloji cinayətləri törədənlərə qarşı keçirdiyi tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Astara şəhəri Məşədi Əzizbəyov küçəsi, ev 15-də qeydiyyatda olan Vəliyev X4 çayının Astara rayonunda Xəzər dənizinə birləşən hissəsində 1 ədəd tor adlanan balıqovlama vasitəsi ilə qanunsuz 3 ədəd kütüm, 1 ədəd kefal və 28 ədəd şamayı balıqlarını tutmuş, Təngərüd çayının Astara rayonunda Xəzər dənizinə birləşən hissəsində X10 İdarəsinin X12 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd kütüm balığına görə ziyanın məbləği 33,00 manat olduğundan, (3x33=99.00 manat), 1 ədəd kefal balığına görə ziyanın məbləği 11,00 manat olduğundan, (1x11=11.00 manat), 1 ədəd şamayı balığına görə ziyanın məbləği 33,00 manat olduğundan, (28x33=924.00 manat) ümumilikdə dəymiş ziyan 1034 manat təşkil etməklə Təqsirləndirilən şəxs dövlət balıq ehtiyatlarına 1034 manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam olaraq ödənilmiş, ondan şikayət və tələblərinin olmadığını bildirib barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 İdarəsinin X12 Şöbəsinin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 29 mart 2025-ci il tarixdə saat 09 radələrində X10 İdarəsinin X12 Şöbəsinin əməkdaşı ilə birlikdə Təngərüd çayının Astara rayonunda Xəzər dənizinə birləşən hissəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Astara şəhərində anadan olmuş, Astara şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 15də qeydiyyatda olan Vəliyev X4 çayının Astara rayonunda Xəzər dənizinə birləşən hissəsində qanunsuz balıq tutarkən saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd tor balıqovlama vasitəsi, həmin torla ovladığı 32 ədəd balıqları aşkar edilib götürülərək sənədləşdirilməsi üçün X10 İdarəsinin X12 Şöbəsinə gətirilmiş, X12 Şöbəsində yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus uzunluğu 12 metr., eni 1,10 metr, ilgəklərinin daxili ölçüsü 34x34 mm., olan, 3 qatlı ağ rəngli sapdan toxunan 1 ədəd tor, 3 ədəd kütüm, 1 ədəd kefal və 28 ədəd şamayı balıqları aşkar еdilmiş, Vəliyev X4 çayının Astara rayonunda Xəzər dənizinə birləşən hissəsində uzunluğu 12 metr., eni 1,10 metr, ilgəklərinin daxili ölçüsü 34x34 mm., olan, 3 qatlı ağ rəngli sapdan toxunan 1 ədəd torla 3 ədəd kütüm, 1 ədəd kefal və 28 ədəd şamayı balıqlarını balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutduğunu bildirmiş, Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitəsi olan tora baxış keçirilib müvafiq protokol tərtib edilmiş, iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmış, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X10 İdarəsinin X12 Şöbəsinin polis nəfəri Şahid2 Şahid1 verdiyi ifadəyə uyğun oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət işində mütəxəssis qismində iştirak edənZərərçəkmiş şəxs 04 aprel 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq 1 ədəd tor adlanan balıqovlama vasitəsi ilə ovlanmış balıqlar 3 ədəd kütüm, 1 ədəd kefal və 28 ədəd şamayı balıqlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd kütüm balığına görə ziyanın məbləği 33,00 manat olduğundan, (3x33=99.00 manat), 1 ədəd kefal balığına görə ziyanın məbləği 11,00 manat olduğundan, (1x11=11.00 manat), 1 ədəd şamayı balığına görə ziyanın məbləği 33,00 manat olduğundan, (28x33=924.00 manat) ümumilikdə 1034 manat ziyan vurmuşdur. İş materiallarında olan 08 may 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz balıq ovu etdiyi ərazi Təngərüd çayının Astara rayonunda Xəzər dənizinə birləşən hissəsidir. İş materiallarında olan edilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 aprel 2025-ci il tarixli, 3- 16-16/2-6/1230/2025 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd ağ rəngli torun toxunduğu sap neylon sintetik liflərindən istehsal olunmuş, torun toxunduğu sap 2 qatlıdır, sapın diametrinin ölçüsü 0,38 mm və dəliklərinin daxili ölçüsü 45x50 mm-dir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin qorunması xidmətinin xx.xx.2025-ci il tarixli, 3-14-21/2-250/2025 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi Astara şəhəri Məşədi Əzizbəyov küçəsi, ev 15-də qeydiyyatda olan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün "xxxx" MMC-yə təhvil verilmiş, digər maddi sübut olan 1 ədəd tor balıqovlama vasitəsi isə X12 Şöbəsinin sübutların saxlanc otağına təhvil verilmişdir. 1 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılır. Astara Rayon İcra Hakimiyyəti Başçısının Astara Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx.xx.2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Astara şəhəri Məşədi Əzizbəyov küçəsi, ev 15-də qeydiyyatda olmaqla Astara şəhəri Səməd Vurğun küçəsi, ev 141-də yaşayır, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 247 saylı arayışından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü, Astara şəhəri Məşədi Əzizbəyov küçəsi, ev 15-də qeydiyyatda olan Vəliyev X5 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini etiraf edib səmimi peşimançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, dəymiş ziyanı tam olaraq ödəməsini, himayəsində az yaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd edilənlərə əsasən, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulması ilə əlaqədar məhkəmə onun barəsində islah işləri cəzasının tətbiq edilməsini, hökm qanuni qüvvəyə minib icraya yönələnədək haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı hesab edir. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs balıq və balıqovlama vasitələrinin götürülməsində keçirilən baxış zamanı videogörüntü olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş uzunluğu 12 metr, eni 1,10 metr, ağ rəngli torun toxunduğu sap neylon sintetik liflərindən istehsal olunmaqla, sapı 2 qatlı, sapının diametrinin ölçüsü 0,38 mm., dəliklərinin daxili ölçüsü 45x50 mm. olan 1 ədəd tor adlanan balıqovlama vasitəsi saxlanılması üçün X10 idarəsinin X12 şöbəsinə təhvil verilmiş, həmin balıqovlama vasitəsi ilə tutulmuş 3 ədəd kütüm, 1 ədəd kefal və 28 ədəd şamayı balıqları tez xarab olan ərzaq məhsulları kimi Lənkəran şəhərindəki "xxxx" MMC-yə təhvil verilmişdir. "xxxx" MMC-yə təhvil verilmiş həmin balıqovlama vasitəsi ilə tutulmuş 3 ədəd kütüm, 1 ədəd kefal və 28 ədəd şamayı balıqlarının satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. X10 idarəsinin X12 şöbəsinə təhvil verilmiş uzunluğu 12 metr, eni 1,10 metr, ağ rəngli torun toxunduğu sap neylon sintetik liflərindən istehsal olunmaqla, sapı 2 qatlı, sapının diametrinin ölçüsü 0,38 mm., dəliklərinin daxili ölçüsü 45x50 mm. olan 1 ədəd tor adlanan balıqovlama vasitəsi hökm qanunu qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli aylıq qazancından dövlət nəfinə tutulmalar başlandığı andan hesablanmalıdır. İş üzrə Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 33 (otuz üç) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmağa başlandığı andan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. "xxxx" MMC-yə təhvil verilmiş 03 ədəd kütüm, 01 ədəd kefal və 28 ədəd şamayı balıqlarının satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulsun. İş üzrə maddi sübut kimi tanınan və X10 İdarəsinin X12 şöbəsində saxlanılan uzunluğu 12 metr, eni 1,10 metr, ağ rəngli torun toxunduğu sap neylon sintetik liftlərdən istehsal olunmuş, sapı 2 qatlı, sapının diametrinin ölçüsü 0, 38 mm, dəliklərinin daxili ölçüsü 45X50 mm olan 01 ədəd tor adlanan balıqovlama vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs balıq və balıqovlama vasitələrinin götürülməsində keçirilən baxış zamanı videogörüntü olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs, 89 (səksən doqquz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Astara rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 33 (otuz üç) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar