Məhkəmə qərarları › İş №1(018)-89/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-89/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-89/2023 08.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs Ul Haqın, onun müdafiəçisi Müdafiəçi və tərcüməçi X2 iştirakları ilə xx xxxx 2001-ci il tarixdə Əfqanıstan İslam Respublikasının Bədəxşan şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Əfqanıstan İslam Respublikasının Bədəxşan şəhərində pasport qeydiyyatında olan, 21 mart 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Ul Haqın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasındakə məhkəmə iclas zalında baxaraq MÜƏYYƏNETDİ: Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Ul Haq ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisinə qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən, işləmək məqsədi ilə 19 mart 2023-cü il tarixdə, saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonu ərazisində yerləşən 14-cü sərhəd zastavasının 11-ci sahəsinin xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, 20 mart 2023-cü il tarixdə, saat 01:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən Astara rayonunun Pənsər kəndinin ərazisində saxlanılmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs Haqyar X17 elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Əfqanıstan İslam Respublikasında hakimiyyət dəyişərək silahlı qüvvələrin əlinə keçdikdən sonra orada yaşamaq çətinləşmiş və işsizlik baş almışdır. Bundan sonra 2019-cu ilin təxminən sonlarında Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına qanuni yolla işləmək məqsədilə getmişdir. Orada da işsizlik olduğunu və dolanışığın çətin olduğunu görüb işləmək üçün Azərbaycan Respubliklasına gəlib, işləmək qərarına gəlmişdir. Lakin sərhədlərin bağlı olduğunu bildiyindən qanuni yolla İran İslam Respublikasından Azərbaycan Respsublikasına gələ bilməyəcəyini anlamış, buna görə də “Google Map” proqramı vasitəsilə İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədini müəyyən edib həmin istiqamətdə hərəkət etmişdir. 19 mart 2023-cü il tarixdə İran İslam Respublikası ilə Azərbaycan Respublikası sərhədinə gəlmiş, qarşısına çıxan çayı keçməklə həmin tarixdə, saat 19 radələrində qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. Sərhədi keçdikdən sonra təxminən 5-6 saat Astara rayonu, Pənsər kəndi istiqamətində hərəkət etmişdir. 20 mart 2023-cü il tarixdə saat 01:40-da Astara rayonu, Pənsər kəndi ərazisində polis işçiləri tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra hər şeyi səmimi olaraq etiraf edib dövlət sərhədindən qanunsuz yolla keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına işləmək üçün gəldiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu sərhədçilərə təhvil vermiş, bundan sonra o, dövlət sərhədindən qanunsuz yolla hərəkət etməklə X4 Azərbaycan Respublikasına gəldiyi yeri sərhədçilərə göstərmişdir. O, sərhədi qanunsuz yolla keçməsindən peşmandır, işləyib, ailəsini dolandırmaq üçün bu yola əl atmışdır. Göstərdiklərinin nəzərə alınıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Ul Haqın Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, Astara RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 01:40-da polis nəfəri Asim Məmmədovla birlikdə Astara rayonu, Pensər kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən, bir nəfər şəxsin kənd ərazisində özünü şübhəli apardığını müşahidə edib həmin şəxsin kimliyini dəqiqləşdirmək məqsədilə ona yaxınlaşmışlar. Bu zaman qeyd olunan şəxs qaçaraq ərazidən uzaqlaşmağa çalışdıqda həmin şəxsi yaxalamışlar. Qeyd olunan şəxsi saxladıqdan sonra onun Əfqanıstan İslam Respublikası vətəndaşı Haqyar X19ması müəyyən edilmiş, həmin şəxs İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 19 mart 2023-cü il tarixdə, saat 19 radələrində dövlət sərhədindən qanunsuz yolla keçdiyini səmimi olaraq etiraf etmişdir. Bundan sonra qeyd olunan şəxs, barəsində müvafiq araşdırma aparılması üçün toplanılmış materiallarla birlikdə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçularına təhvil verilmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşı X10 da şahid X9 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdi. Cinayət işi üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 18:10-dan saat 22:00-dək N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının 12-1/6-7-ci sahələrinə “Gözətçi Dəstə/Sərhəd Gözətçisi” sərhəd naryadına sərhəd naryad başçısı əsgər X6 ilə birlikdə təyin edilmişdir. Xidmətdə olduqları zaman tərəflərindən nəzarət iz zolağı və mühəndis texniki çəpər yoxlanılmış, dövlət sərhədinin pozulması hal və əlamətləri aşkar edilməmişdir. Xidmətlərini başa çatdırdıqdan sonra isə sərhəd zastavasına qayıtmışlar. 20 mart 2023-cü il tarixdə xidmət etdiyi sərhəd zastavasına əvvəllər tanımadığı bir nəfər şəxs gətirilmiş və aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Ul Haqdır. Qeyd olunan şəxs 19 mart 2023-cü il tarixdə, saat 19 radələrində sərhəd zastavasının 11-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçmiş, 20 mart 2023-cü il tarixdə, saat 01:40-da Astara RPŞ-nin əməkdaşları tərəfindən Astara rayonu, Pensər kənd ərazisində saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə, saat 18:10-dan saat 22:00-dək 14-cü sərhəd zastavasının 12-1/6-7-ci sahələrində “Gözətçi Dəstə/Sərhəd Gözətçisi” sərhəd naryadında əsgər X6 ilə birlikdə xidmətdə olduqları zaman dövlət sərhədinin pozulması hal və əlamətlərini aşkar etməmiş, diqqətlərini çəkən hansısa bir hadisə ilə rastlaşmamış, ərazidə kənar şəxs görməmişlər. Xidmətlərini bir sahədə təşkil etməyərək xidmətə təyin edildikləri sahələr boyunca hərəkət etməklə həyata keçirmişlər, həmçinin də xidmət vaxtları havanın qaranlıq vaxtına düşdüyündən ola bilər ki, dövlət sərhədindən qanunsuz yolla keçən şəxsi müəyyən edə bilməsinlər. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının hərbi qulluqçuları X6 və X3 da şahid X5 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 21 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ul Haqın məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 mart 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs Ul Haq 20 mart 2023-cü il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 mart 2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 20 mart 2023-cü il tarixdən saat 13:00-dan hesablanmaqla Təqsirləndirilən şəxs Ul Haq haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, N nömrəli hərbi hissə komandiri polkovnik Xalid Əliyevin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının 11-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçdikdən sonra Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Ul Haq polis əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ul Haq xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçdiyi ərazini əli ilə göstərmiş, həmin yer 14-cü sərhəd zastavasının 11-ci sahəsi olmuş, qeyd olunan sahədə maneə çəpərinin ətrafında yerləşən kolluqların əzilməsi aşkar edilmiş, bu vaxt Təqsirləndirilən şəxs Ul Haq əzilmələrin həmin ərazidən keçdiyi zaman onun tərəfindən edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ƏABİ-nin daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ul Haqın “Giriş-Çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (İAMAS) üzrə dövlət sərhədindən rəsmi qaydada hərəkəti qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsinin sənədindən görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Ul X16 Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsi tərəfindən məhdudiyyət tətbiq edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsinin sənədindən görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Ul Haq dövlət sərhədinin N nömrəli hərbi hissəsinin 14-cü sərhəd zastavasının11-ci sahəsindən dövlət sərhədini qaçaq yolla İİR-dan Azərbaycan Respublikası istiqamətində keçməsinə hər hansı bir şəxsin köməklik göstərmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsindən əməliyyat tapşırığına verilmiş sorğuya cavabda göstərilmişdir ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Ul Haq ilə aparılmış filtirasiya tədbirləri zamanı sonuncu, Azərbaycan Respublikasına gəlməkdə məqsədinin işləmək olduğunu bildirmişdir. Beləliklə, göstərlənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Haqyar X18rşı irəli sürülmüş ittiham tam sübuta yetmişdir. Onun əməlində cinayət tərkibi vardır və düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs Ul Haqın cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, təyin ediləcək cəza Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Ul Haq xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-nin 58.3-cü maddəsi). Məhkəmədə Təqsirləndirilən şəxs Ul Haqın cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işi üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Ul Haq Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Ul Haqın cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 20 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Ul Haq barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs Ul Haq əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar