Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-89/2025 30.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1997-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs “Kərbəla” və “Məşhəd” şəhərlərinə zəvvar turları təşkil edərək müxtəlif şəxsləri ziyarətgahlara apardığını, həmin ziyarətgahlara apara biləcəyini Əmraha da inandıraraq etibarını qazandıqdan sonra sonuncunu və atası Şahid1 ziyarətgahlara apacağını yalandan vəd verib aldadaraq 2024-cü ilin sentyabr ayında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Astara rayonu, Ərçivan qəsəbəsindəki fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs əlbəəl aldığı 2160 (iki min yüz altmış) manat məbləğində pul vəsaitini əvəzsiz ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə verilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Kərbəla və Məşhəd şəhərlərindəki dini ziyarətgahlara adamları aparmaq üçün tur təşkil edərək aparmış, buna görə də 2024-cü ilin sentyabr ayında yaranmış borclarımı ödəmək üçün məcbur qalıb guya tur təşkil etdiyini hər kəsə bildirərək adamları toplamağa başlamış, borclarını da təcili verməli olduğu üçün kimlə razılaşsa dərhal pulu alaraq borclarına verirmiş, belə ki, 2024-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs adlı şəxs ona zəng edərək atası ilə birlikdə ziyarətgaha getmək istədiklərini və aparmağını istəmişdir. O da problem olmadığını, görüşməli olduğunu demiş, ondan sonra elə Əmrahın atasının yaşadığı Ərçivan qəsəbəsindəki yaşayış evinə getmiş, orada həyətdə o Əmrah və atası Şahid1 ilə görüşmüş, həmin vaxt həyətlərində Əmrahın bibisi Kəsirə və oğlu Famil də olmuşdur. Əmrah ona nə vaxt ən tez halda gedəcəyini soruşduqda o, dərhal pulu almaq üçün ən geci 15-20 gün ərzində gedəcəyini demişdir. Hansı ki, real olaraq o qədər müddətə mümkün olmayacağını bilmişdir. Sonra ondan nə qədər məbləğdə pul verəcəklərini soruşmuşlar, o da hər adam üçün 1080 manat olacağını demiş, Əmrah elə yerindəcə çıxarıb ona 2160 manat məbləğində pul vəsaiti vermiş, ondan sonra oradan çıxıb dərhal gedib öz verməli olduğu pullardan vermişdir. Bir sözlə ziyarətgah adı ilə aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Sonra da heç bir şəkildə adam tapa bilməmiş, buna görə də pulu qaytarmaq üçün Əmrahgil kimi aldatmaq üçün başqa şəxslər axtarmışdır. Lakin onu da eləyə bilməmişdir. Hansı ki, Əmrah 15 gün sonra ona hər gün zəng edərək nə vaxt gedəcəyini soruşmuş, o da yalandan vaxt qazanmaq üçün qısa müddətdə həll edəcəyini demiş, hətta bir neçə dəfə biraz da inandırmağı üçün 1 gün əvvəl zəng edərək ertəsi gün gedəcəklərini və çantaları ilə pasportlarını götürərək Astara şəhərində müxtəlif yerlərə gəlmələrini demişdir. Əmrahgil də onun sözünə inanaraq dediyini etsələr də həmin gün o, mobil telefonunu bağlayaraq guya başına iş gəldiyini və ona görə gələ bilmədiyini demişdir. Ondan sonra artıq Əmrahın ona inanmadığını görmüş, buna görə də Əmran ondan pulunu istəmiş, lakin o da pul olmadığından verə bilməmiş, sonra da daha da əlaqə də olmamağı üçün mobil nömrəsini bağlayaraq gizlənməyə başlamışdır. O, Əmrahın özünü və atasını Kərbəla və Məşhəd şəhərlərindəki ziyarətgahlara aparmağı adı ilə 2160 manat məbləğində pul vəsaitini aldadaraq almışdır. O, əvvəllər də Kərbəla və Məşhəd şəhərlərindəki ziyarətgahlara tur təşkil edərək apardığı üçün yenidən eyni formada insanlardan pul alaraq borclarını verəcəyini düşünmüşdür. Lakin turu təşkil edə bilməyəcəyini bilmiş, pulu ələ keçirməkdə məqsədi başqa şəxslərə olan borcundan ödəmək olmuşdur. O, Əmrahdan aldığı puldan 300 manat məbləğində pulu geri qaytarmış, lakin Əmraha söz verdiyi vəddən heç bir şey etməmişdir. O, əvvəllər Kərbəla və Məşhəd şəhərlərinə zəvvarları tur təşkil edərək apardığı üçün Əmraha da guya kömək edəcəyini demiş, lakin həmin işin həll edə bilməyəcəyini bilmiş, pulu ələ keçirməkdə məqsədi başqa şəxslərə olan borcundan ödəmək olmuşdur. O, törətdiyi əməllərdən heç kəsin məlumatı olmamışdır. Hazırda tutduğu əməldən peşmandır, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2024-cü ilin sentyabr ayının əvvəlində o, atası Şahid1 ilə birlikdə Məşəd və Kərbəla şəhərlərindəki ziyarətgahlara getmək istəmiş, buna görə də oraya tur təşkil edən adam axtarmışlar. Onlara da məsləhət kimi Astara rayonunda yaşayan Təqsirləndirilən şəxs məsləhət bilmişlər. O, Sadiqlə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, Sadiq də onların yaşadığı evə gələcəyini demişdir. 2024-cü ilin sentyabr ayının dəqiq xatırlamadığı günündə o, atasının yaşadığı Ərçivan qəsəbəsindəki evində olan zaman Sadiq oraya tək gəlmiş, həmin vaxt evdə o, atası, bibisioğlu Famil və bibisi Kəsirə olmuş, onların həyətdə oturmuşlar, Sadiqə onları nə vaxt ziyarətə apara biləcəyini danışmışlar. Sadiq onlara 15-20 gün içərisində göndərəcəyini demiş, o da nə qədər məbləğdə pul verəcəyini soruşmuşlar. Sadiq də hər adam üçün 1080 manat olacağını demiş, o da atasıyla özü üçün 2160 manat məbləğində pul vermişdir. Ondan sonra da Sadiq çıxıb getmişdir. Təxminən 15 gün sonra Sadiqdən nə vaxt gedəcəklərini soruşduqda qısa müddətə aparacağını demiş, elə hər dəfə onları aldadaraq çantalarını hazırlatdırıb gedəcəklərini vəd vernişdir. Artıq sonradan Sadiqin onu aldatdığını görərək pulunu geri istəmişdir. Lakin Sadiq pulu da geri qaytarmayaraq mobil nömrəsini bağlamışdır. O, Sadiqə özü ilə atasına görə Kərbəla və Məşhəd şəhərlərindəki ziyarətgahlara aparmağı qarşılığında 2160 manat məbləğində pul vəsaiti vermişdir.ona dəymiş ziyandan 300 manat ödəniş edilmişdir. Təqsirləndirilən şəxs barəsində qanunauyğun cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərdi ki, 2024-cü ilin sentyabr ayının əvvəlində o, oğlu Zərərçəkmiş şəxs ilə birlikdə Məşhəd və Kərbəla şəhərlərindəki ziyarətgahlara getmək istəmişlər, buna görə də oraya tur təşkil edən adam axtarmışlar. Onlara da məsləhət kimi Astara rayonunda yaşayan Təqsirləndirilən şəxs məsləhət bilmişlər. Əmrah özü Sadiqlə əlaqə yaradaraq görüşmək istədiyini bildirmiş, Sadiq isə onların ünvana gələcəyini demişdir. 2024-cü ilin sentyabr ayının dəqiq xatırlamadığı günündə o, yaşadığı Ərçivan qəsəbəsindəki evdə olan zaman Sadiq oraya tək gəlmiş, həmin vaxt evdə o, oğlusu Əmrah, bacısıoğlu Famil və bacısı Kəsirə olmuş. Onlar Sadiqlə söhbətləşərək konkret olaraq nə vaxt apara biləcəyini deməsini istəmişlər, Sadiq də konkret gün deməsə də, 15-20 gün içərisində göndərəcəyini demiş, onlar nə qədər məbləğdə pul verəcəklərini soruşmuşlar. Sadiq də hər adam üçün 1080 manat olacağını demiş, Əmrah da onunla özü üçün 2160 manat məbləğində pul vermiş, Sadiq də sağollaşaraq çıxıb getmişdir. Təxminən 15 gün sonra Sadiqdən nə vaxt gedəcəklərini soruşduqda qısa müddətə apacağını demiş, elə hər dəfə onları aldadaraq çantalarını hazırlatdırıb gedəcəklərini vəd vermiş, artıq sonradan bunun onları aldatdığını gördüklərindən pulu geri istəmişlər. Lakin pulu da geri qaytarmamışdır. Əmrah Sadiqə onunla özü üçün Kərbəla və Məşhəd şəhərlərindəki ziyarətgahlara aparmağı qarşılığında 2160 manat məbləğində pul vəsaiti vermişdir. Lakin sonradan nə pulu geri qaytarmış, nə də ki, onları ziyarətə aparmışdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2-1-ci bəndində göstərilmişdir ki, “Cinayətlərin məcmusuna daxil olan cinayətlərə görə islah işləri cəzası təyin edildikdə, cəzalar tamamilə və ya qismən toplanılmaqla qəti cəzanın təyin edilməsi zamanı məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə tutulması müəyyən edilmiş məbləğlərin (faizlərin) toplanılmasına yol verilmir”. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 33 (otuz üç) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə maddi sübut yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara şəhəri, Qum küçəsi, ev 31 ünvanında yerləşən evi gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Astara rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 33 (otuz üç) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə zərərçəlmiş şəxsə geri qalan ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mülki icraat qaydasında müraciət etmək hüququ izah edilsin Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-89/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-89/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver