Məhkəmə qərarları › İş №1(018)-9/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-9/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-9/2023 16.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X4 iclas katibliyi və dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs3, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi anası X1, Təqsirləndirilən şəxs2 onun qanuni nümayəndəsi atası X7 müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə

1. xx xxxxxx 2005-ci ildə Astara rayonunda anadan olmuş, AR vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Astara Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Astara rayonun Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1

2. xx xxxx 2006-cı ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2

3. xx xxxx 1999-cu ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq

M Ü Ə Y Y Ə N E T D İ:

Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək bu məqsədlə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, qabaqcadan aralarında olmuş cinayətkar razılaşmaya uyğun olaraq 28 avqust 2022-ci il tarixdə, təxminən saat 22 radələrində qrup üzvü Təqsirləndirilən şəxs3 Astara şəhəri, Z.Bünyadov küçəsində yerləşən yeni tikilməkdə olan yaşayış binasının nəzarətçisi X5 yaxınlaşaraq sonuncu ilə söhbət edib diqqətini yayındırmaqla qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə oğurlanacaq əmlakı daşımaq məqsədilə hadisə yerindən bir qədər aralıda saxladığı VAZ 2103 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə gözləməklə cinayətin törədilməsində bilavasitə iştirak edib şərait yaratmalarından arxayın olaraq sözü gedən binanın arxa tərəfindən binaya quraşdırılmış dəmir dirək vasitəsilə binanın ikinci mərtəbəsinə qalxıb, orada yerləşən otağa qanunsuz daxil olaraq oradan qiyməti 190 manat olan 01 ədəd “Worksite” markalı elektrik kəsici (perforator), qiyməti 60 manat olan “Daewoo DAD-950” markalı elektrik deşici (drel), hər birinin qiyməti 90 manat olmaqla ümumi qiyməti 180 manat olan 02 ədəd mikseri, hər birinin qiyməti 140 manat olmaqla ümumi qiyməti 280 manat olan bir ədəd “UralZid UUŞM- 230-2500” markalı elektrik deşici (drel) və bir ədəd markası olmayan elektrik deşicisini(drel), hər birinin qiyməti 70 manat olmaqla ümumi qiyməti 140 manat olan 02 ədəd 35 metr uzunluğunda uzadıcı naqili, hər birinin qiyməti 80 manat olmaqla ümumi qiyməti 240 manat olan 02 ədəd üzərində “Katasan Sutut” yazıları olan 15 litrlik və 01 ədəd üzərində “Elegans Fasad” yazıları olan 15 litrlik divar boyalarını, qiyməti 40 manat olan tikinti alətlərini yerləşdirmək üçün nəzərdə tutulmuş çantanı və hər rulonunun qiyməti 20 manat olmaqla ümumi qiyməti 60 manat olan 03 rulon divar kağızlarını vahid niyyətlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1190 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək bu məqsədlə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, qabaqcadan aralarında olmuş cinayətkar razılaşmaya uyğun olaraq oğurlanacaq əmlakı avtomobili ilə daşımaq məqsədi ilə 28 avqust 2022-ci il tarixdə, təxminən saat 22 radələrində hadisə yerindən bir qədər aralıda idarə etdiyi VAZ 2103 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandırmış, həmin vaxt onunla eyni niyyətlə hərəkət edən qrup üzvü Təqsirləndirilən şəxs1 digər qrup üzvü Təqsirləndirilən şəxs3 binanın nəzarətçisi X5 yaxınlaşıb onunla söhbət edərək diqqətini yayındırıb cinayətin törədilməsində bilavasitə iştirak etməklə şərait yaratmasından arxayın olaraq, Astara şəhəri, Z.Bünyadov küçəsində yerləşən yeni tikilməkdə olan yaşayış binasının arxa tərəfindən binaya quraşdırılmış dəmir dirək vasitəsiylə binanın ikinci mərtəbəsinə qalxıb, orada yerləşən otağa qanunsuz daxil olaraq oradan qiyməti 190 manat olan 01 ədəd “Worksite” markalı elektrik kəsicisini(perforator), qiyməti 60 manat olan 01 ədəd “Daewoo DAD-950” markalı elektrik deşicisini(drel), hər birinin qiyməti 90 manat olmaqla ümumi qiyməti 180 manat olan 02 ədəd mikseri, hər birinin qiyməti 140 manat olmaqla ümumi qiyməti 280 manat olan 01 ədəd “UralZid UUŞM-230-2500” markalı elektrik deşicisini(drel) və bir ədəd markası olmayan elektrik deşicisini(drel), hər birinin qiyməti 70 manat olmaqla ümumi qiyməti 140 manat olan 02 ədəd 35 metr uzunluğunda uzadıcı naqili, hər birinin qiyməti 80 manat olmaqla ümumi qiyməti 240 manat olan 02 ədəd üzərində “Katasan Sutut” yazıları olan 15 litrlik və 01 ədəd üzərində “Elegans Fasad” yazıları olan 15 litrlik divar boyalarını, qiyməti 40 manat olan tikinti alətlərini yerləşdirmək üçün nəzərdə tutulmuş çantanı və hər rulonunun qiyməti 20 manat olmaqla ümumi qiyməti 60 manat olan 03 rulon divar kağızlarını vahid niyyətlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1190 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək bu məqsədlə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib, qabaqcadan aralarında olmuş cinayətkar razılaşmaya uyğun olaraq 28 avqust 2022-ci il tarixdə, saat 22 radələrində Astara şəhəri, Z.Bünyadov küçəsində yerləşən yeni tikilməkdə olan binanın nəzarətçisi X5 yaxınlaşıb, onunla söhbət edərək diqqətini yayındırmış, həmin vaxt onunla eyni niyyətlə hərəkət edən qrup üzvü Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2103 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisə yerindən bir qədər aralıda dayandırmasından arxayın olan Təqsirləndirilən şəxs1 binanın arxa tərəfindən binaya quraşdırılmış dəmir dirək vasitəsilə binanın ikinci mərtəbəsinə qalxıb, orada yerləşən otağa qanunsuz daxil olaraq oradan qiyməti 190 manat olan 01 ədəd “Worksite” markalı elektrik kəsicisini(perforator), qiyməti 60 manat olan 01 ədəd “Daewoo DAD-950” markalı elektrik deşicisini(drel), hər birinin qiyməti 90 manat olmaqla ümumi qiyməti 180 manat olan 02 ədəd mikseri, hər birinin qiyməti 140 manat olmaqla ümumi qiyməti 280 manat olan 01 ədəd “UralZid UUŞM-230-2500” markalı elektrik deşicisini(drel) və bir ədəd markası olmayan elektrik deşicisini(drel), hər birinin qiyməti 70 manat olmaqla ümumi qiyməti 140 manat olan 02 ədəd 35 metr uzunluğunda uzadıcı naqili, hər birinin qiyməti 80 manat olmaqla ümumi qiyməti 240 manat olan 02 ədəd üzərində “Katasan Sutut” yazıları olan 15 litrlik və 01 ədəd üzərində “Elegans Fasad” yazıları olan 15 litrlik divar boyalarını, qiyməti 40 manat olan tikinti alətlərini yerləşdirmək üçün nəzərdə tutulmuş çantanı və hər rulonunun qiyməti 20 manat olmaqla ümumi qiyməti 60 manat olan 03 rulon divar kağızlarını vahid niyyətlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1190 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 məhkəmə iclasında qanuni nümayəndəsi olan anası X1 iştirakı ilə dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə tamamilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, valideyinləri ilə birlikdə Astara rayonun Ərçivan qəsəbəsində yaşayır. İki ildən çoxdur ki, Astara şəhəri Sahil deyilən ərazidə yaşayış binasının tikintisində fəhlə işləyir. Pula ehtiyacı olduğu üçün həmin tikintidən oğurluq etmək qərarına gəlmişdir. Bu işdə ona köməklik göstərmələri üçün həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 kömək istəmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs2 atasına məxsus olan VAZ-2103 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomaşını hərdən idarə etdiyini, oğurlayacağı əşyaları daşımaqda ona maşın lazım olduğu üçün Təqsirləndirilən şəxs2 istifadə etməyi düşünmüşdür. Oğurluq edəcəyi tikinti binasında nəzarətçinin başını söhbətlə qatmaq üçün Təqsirləndirilən şəxs3 istifadə etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 köməkliyi ilə tikintidən asanlıqla oğurluq edəcəyini düşünmüşdür. 26 avqust 2022-ci il tarixdə saat 22 radələrində Azada və Füzuliyə zəng edərək onlarla Ərçivan kəndində yol kənarında görüşmüşlər. Azad VAZ-2103 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomaşınla olmuşdur. Azada və Füzuliyə Astara şəhəri, Sahil deyilən ərazidə işlədiyi tikintidən oğurluq etmək istədiyini bildirmiş, həmin oğurladığı əşyaların Azadın idarə etdiyi avtomaşınla Ərçivan şəhərinə gətirməkdə ona köməklik göstərməyi, Füzuliyə isə nəzarətçinin başını qatmağı xahiş etmişdir. Azad və Füzuli ilk əvvəl onunla razılaşmamış, oğurluq etməkdən qorxmuşlar, bu işdə heç bir problem olmadığını bildirərək onları razı salmışdır. Oğurladığı əşyalardan Azada və Füzuliyə verəcəyini bildirmişdir. Azad və Füzuli ilə Sahil deyilən əraziyə gəlmişlər. Yarımtikili olan binaya çatmamış Füzuli avtomaşından düşmüş, Azad isə onu yarımtikili olan binanın arxa tərəfinə aparmış, Azada 10 dəqiqədən sonra gəlməyi bildirmiş, Füzuli də nəzarətçinin yanına gedib onun söhbət edərək başını qatmışdır. Həmin binanın arxa hissəsindən binanın 4-cü mərtəbəsinə qalxaraq orada pilləkəndə olan iki paçka kafeli götürüb həyətə düşmüşdür. Azad təxminən 5 dəqiqədən sonra həmin yerə qayıtmış, avtomaşını binanın tinində saxlamışdır. O, 2 paçka kafeli gətirib Azadın idarə etdiyi avtomaşının “baqajına” qoymuşdur. Azadla birlikdə avtomaşınla oradan hərəkət edib Astara şəhərində olan bulvardan, fantan deyilən ərazidən Füzulini də götürüb Ərçivan qəsəbəsinə gəlmişlər. Həmkəndlisi Füzuli həmin iki paçka kafeli görüb bəyənmiş və həmin kafelləri Füzuliyə satmışdır. Füzulinin evinə gələrək həmin kafelləri onun həyətinə qoymuşlar. Azada 10 manat da benzin üçün pul vermişdir. Sonra hərə öz evinə getmişdir. O, Azada və Füzuliyə yenidən həmin binadan oğurluq edəcəklərini bildirmişdir. 28 avqust 2022-ci il tarixdə saat 22 radələrində mobil telefon vasitəsi ilə Azada və Füzuliyə zəng edərək onlarla Ərçivan kəndində görüşmşüşdür. Azad atasına məxsus VAZ-2103 markalı avtomaşınla olmuşdur. Sahil ərazisindən binadan oğurluq etmək üçün Azad və Füzuliyə bildirmiş, həmin tikintidə çox oğurluqların olduğunu deyib bu işdə heç bir təhlükə olmadığını bildirmişdir. Füzuli həm nəzarətçinin başını sözlə qataçaqdı, həm də oğurlayacağı əşyaları satmaqda onlara köməklik edəcəyini bildirmişdir. Təxminən gecə saat 23 radələrində Azadın idarə etdiyi avtomaşınla o, Füzuli və Azadla Astara şəhəri, Sahil deyilən ərazidə yerləşən yarımtikili yaşayış binasına gəlmiş, tikinti olan binanın yanında Füzuli ilə birlikdə avtomaşından düşmüşlər. Azad avtomaşını sürüb oradan uzaqlaşmış, Füzuli nəzarətçiyə yaxnlaşaraq onunla görüşüb söhbət etməyə başlamış, özü isə binanın arxa hissəsinə keçərək ikinci mərtəbədə olan otağa binaya quraşdırılmış dəmir dirəklə qalxaraq daxil olmuş, otaqda olan bir ədəd pereparatrı, bir ədəd direli, iki ədəd mikseli, iki ədəd laqonda, iki ədəd traynik, üç ədəd emusiya, 3 rlon oboy və bir ədəd açar qoyulan sumkanı oğurlayıb, tək hissə-hissə həyətə düşürtmüşdür. Azad avtomaşını binanın arxa hissəsində saxlamış, oğurluq əşyaları avtomaşınının bağacına qoymuşlar. Azadla Ərçivan qəsəbəsinə yola düşmüş, Astara şəhərində fantan deyilən ərazidə Füzulini də götürmüşlər. Ərçivan qəsəbəsinə çatanda həmin əşyaların harada saxlayacaqlarını fikirləşmişlər. Azad həmin əşyaları onların həyətində olan qarajda saxlamağı məsləhət bilmişdir. Azadla razılaşmışlar. Lakin Füzuli onlarla Azadgilə getməyərək yol kənarında düşərək evə getmişdir. Füzuli oğurladıqları bir ədəd direli özü ilə aparmışdır. Həmin əşyaların içərisindən bir ədəd laqonda, bir ədəd pereparatr və bir ədəd də uzadıcını özü ilə götürərək evə getmişdir. Özü ilə götürdüyü bir ədəd laqondanı 29 avqust 2022-ci il tarixdə saat 01 radələrində həmkəndlisi Cəmşidə nisyə olaraq 5 manata satmışdır. Azada avtomaşını həyətə sürərək oğurladıqları əşyaları “qaraja” yığmışdır. Azadgilin həyətində qalan əşyaları satıb pulunu üç yerə bərarbər qaydada böləcəklərmiş. Hazırda əməlindən çox peşman olmuşdur. Zərərçəkmiş şəxsə vurduqları zərəri tamamilə ona ödəmişlər. Zərərçəkmiş şəxsin onlardan şikayəti və tələbi də yoxdur. Bunları nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 məhkəmə iclasında qanuni nümayəndəsi olan atası X7 iştirakı ilə dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə tamamilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, valideyinləri ilə birlikdə Astara rayonun Ərçivan qəsəbəsində yaşayır. Sürücülük hüququ olmasa da, hərdənbir atası Xalidin avtomaşınını götürüb rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olaraq pul qazanır. 26 avqust 2022-ci il tarixdə saat 21 radələrində atası Xalidə məxsus olan VAZ-2103 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomaşınla Astara şəhərində olarkən, həmkəndlisi Təqsirləndirilən şəxs1 ona zəng edərək onunla vacib işi olduğunu, onu gəlib Ərçivan qəsəbəsindən götürməyini xahiş etmişdir. Bir qədər sonra Ərçivan qəsəbəsinə gəlmiş, Təqsirləndirilən şəxs1 ilə görüşmüş, həmin vaxtı həmkəndlisi Təqsirləndirilən şəxs3 də orada olmuşdur. İltifat ona və Füzuliyə Astara şəhəri, Sahil deyilən ərazidə işlədiyi tikintidən oğurluq etmək istidəyini, həmin oğurladığı əşyaların onun idarə etdiyim avtomaşınla Ərçivan qəsəbəsinə gətirməkdə köməklik göstərməyi xahiş etmişdir. İltifat həmçinin Füzulidən nəzarətçinin başını qatmağı xahiş etmişdir. Əvvəlcə tərəddüd etsə də, lakin sonradan İltifatla razılaşmışlar. İltifat bu işdə heç bir problem olmadığını bildirərək onları razı salmışdır. Oğurladığı əşyalardan onlara da verəcəyini bildirmişdir. Həmin gün təxminən saat 22 radələrində atası Xalidə məxsus olan VAZ-2103 markalı, ** BJ *** dövlət nömrə nişanlı avtomaşınla İltifat və Füzuli ilə bilrikdə Sahil deyilən əraziyə gəlmişlər. Füzulini binaya çatmamış, İltifatı isə yarımtikili olan binanın yan hissəsində düşürmüşdür. İltifat ona 10 dəqiqədən sonra gəlməyi bildirərək binanın arxa hissəsinə getmişdir. Füzuli isə nəzarətçinin yanına gedib söhbətlə onun başını qatmışdır. Özü orada qalmayıb avtomaşınla şəhər bulvaraına gələrək orada gözləmişdir. Təxminən 5 dəqiqədən sonra həmin binanın yan tərəfimə gələrək avtomaşını orada saxlamışdır. İltifat 2 paçka kafeli gətirib onun idarə etdiyi avtomaşının “baqajına” qoymuşdur. Avtomaşınla oradan hərəkət edib Bulvarda, fantan deyilən ərazidən Füzulini də avtomaşına götürüb Ərçivan qəsəbəsinə gəlmişlər. Füzuli həmin iki paçka kafeli görüb bəyənmiş və həmin kafelləri 50 manata Füzuliyə satmışlar. Füzuli maaşını alıb 50 manat pulu verəcəyini demişdir. Füzulinin evinə gələrək həmin kafelləri Füzulinin həyətinə qoymuşlar. İltifat ona benzinpulu olaraq 10 manat pul vermişdir. İltifat onlara bir də həmin yerdən oğurluq edəcəklərini bildirmişdir. 28 avqust 2022-ci il tarixdə saat 22 radələrində İltifat ona mobil telefon vasitəsi ilə zəng etmiş və Ərçivan qəsəbəsində görüşmüşlər. Həmin vaxtı Füzuli də orada olmuş. Atası Xalidə məxsus VAZ-2103 markalı avtomaşınla olmuşdur. İltifat Sahil ərazisindən binadan oğurluq etmək üçün onlara bildirmişdir. İltifat həmin tikintidə çox oğurluqların olduğunu deyib bu işdə heç bir təhlükə olmadığını bildirmişdir. Füzuli həm nəzarətçinin başını qataçaqdı, həm də oğurlayacaqları əşyaları satmaqda köməklik edəcəyini bildirmişdi. Təxminən həmin günü, gecə saat 23 radələrində Füzuli və İltifatla birlikdə Astara şəhəri, Sahil deyilən ərazidə yerləşən yarımtikili yaşayış binasının yanına gəlmişlər. Tikinti olan binanın yanında Füzuli və İltifat avtomaşından düşmüş, Füzuli nəzarətçi ilə görüşüb söhbət etməyə başlamış, İltifat binanın arxa hissəsinə keçmişdir. O, isə avtomaşını sürüb oradan uzaqlaşmışdır. Bir qədər sonra yenidən binanın tininə qayıtmış, avtomaşını binanın arxa hissəsində saxlamış, İltifat oğurluq əşyaları avtomaşınının “baqajına” qoymuş və Ərçivan qəsəbəsinə getməyi bildirmişdir. Bulvar ərazisində, fantan deyilən yerdə Füzulini də götürmüşlər. Ərçivan qəsəbəsinə çatanda həmin əşyaların harada saxlayacaqları barədə fikirləşmişlər. Bu zaman o, həmin əşyaları onun həyətində olan “qarajda” saxlamağı məsləhət görmüşdür. İltifat və Füzuli onunla razılaşmışdır. Lakin Füzuli onlarla həyətə getməmişdir. Yol kənarında kənddə düşərək evə getmişdir. Füzuli oğurladıqları bir ədəd direli özü ilə aparmışdır. Həmin əşyaların içərisindən İltifat bir ədəd laqonda, bir ədəd pereparatr və bir ədəd də uzadıcı götürərək evə getmişdir. Avtomaşını həyətə sürmüş və oğurladıqları digər əşyaları iki ədəd miksel, bir ədəd laqonda, bir ədəd traynik, 3 ədəd emusiya, 3 rulon oboy və bir ədəd sumkanı özü tək “qaraja” yığmışdır. 1-2 günə həmin əşyaları satıb pulunu üç yerə bərarbər böləcəklərmiş. Sonradan onlara məlum olmuşdur ki, İltifat özü ilə götürdüyü bir ədəd laqondanı həmkəndlisi Cəmşidə nisyə olaraq 5 manata satmışdır. Hazırda əməlindən çox peşman olmuşdur. Zərərçəkmiş şəxsə vurduqları zərəri tamamilə ona ödəmişlər. Zərərçəkmiş şəxsin onlardan şikayəti və tələbi də yoxdur. Bunları nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Astara rayonun Ərçivan qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, onlarla eyni qəsəbədə yaşayırlar. 28 avqust 2022ci il tarixdə axşam saat 23 radələrində o, Təqsirləndirilən şəxs1 kənddə yol kənarında görüşüb hal-əhval tutmuşlar. İltifat söhbət əsnasında pula ehtiyacı olduğunu, buna görə özünə məxsus olan 1 ədəd peraparatr və iki paket kafeli satacağını bildirmişdir. İltifatdan həmin malların onun özünə məxsus olduğunu dəqiq soruşduqda onun Astara rayon Sahil deyilən ərazidə tikintidə işlədiyini və bu malların ona məxsus olmasını bildirmişdir. İki paket kafel və bir ədəd direli İltifatdan 50 manata almağa razılaşmışlar. Həmin 50 manatı İltifata maaşı alan zaman verəcəyini bildirmişdir. İltifat həmin əşyaları gətirib həyətilərinə qoyacağını bildirmişdir. 29 avqust 2022-ci il tarixdə gecə saat 01 radələrində evə qayıdanda bir ədəd direli və iki paket kafeli həyətlərində, qapının ağzında görmüşdür. İltifatın həmin əşyaları necə həyətə gətirdiyini bilməmişdir. İltifatdan almış olduğu bir ədəd direli və iki paket kafelin oğurluq olmasını bilməmişdir. İltifat həmin əşyaların ona məxsus olduğunu söyləmişdir. Həmçinin 26 avqust 2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Ərçivan qəsəbəsindən Azadın atası Xalidə məxsus VAZ-2103 markalı avtomaşını ilə Astara şəhərinə gəlmişlər. O, bulvar ərazisində avtomaşından düşmüş, bir qədər sonra Azad onu gəlib avtomaşınla götürmüş, həmin vaxtı avtomaşında İltifat da olmuşdur. İltifat özünə məxsus kafelin olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin kafeli bəyənib 50 manata almış, kafelin pulunu maaşda verəcəyini bildirmişdir. Azadın idarə etdiyi avtomaşınla aparıb həmin kafeli evlərinə qoymuşlar. Lakin həmin kafelin oğurluq olduğunu bilməmişdir. Həmin vaxtı Sahil deyilən ərazidə tikintisi aparılan binanın nəzarətçisinə yaxınlaşıb onunla söhbət edərək İltifatın həmin binadan oğurluq etməsinə şərait yaratmamışdır. 28 avqust 2022-ci il tarixdə təxminən saat 23 radələrində Azadın atası Xalidə məxsus VAZ-2103 markalı avtomaşınla İltifat və Azadla bir daha Sahil deyilən əraziyə gəlmişlər. Avtomaşını Azad idarə etmişdir. Bulvarda avtomaşından yerə düşmüşdür. Bir qədər sonra Azad onu gəlib avtomaşınla götürmüşdür. Həmin vaxtı İltifat da avtomaşında olmuşdur. İltifat özünə məxsus tikinti əşyalarının olduğunu bildirmişdir. İltifatdan bir ədəd direli almışdır. Kafel ilə birlikdə ona 50 manat verəcəyini demişdir. İltifat da onunla razılaşmışdır. Göstərdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 işin məhkəmə baxışı zamanı özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməməsi, onun tərəfindən törədilmiş cinayət əməlinə görə məsuliyyətdən yaxa qurtarmaq məqsədilə uydurulmuşdur. İşin ibtidai istintaqı və məhkəmə baxışı zamanı araşdırılan sübutlarla onun həmin maddələr ilə nəzərdə tutulan cinayəti törətməsi kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Astara rayonun Ərçivan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Kafel, metlax ustasıdır. İki ildir ki, Astara şəhəri, “Sahil” deyilən ərazidə özəl binanın tikintisində usta işləyir. Özünə məxsus olan tikinti ləvazimatlarını həmin binada olan otağa qoyur. Həmin otaq ümumi istifadədə olan otaq olmaqla binanın ikinci mərtəbəsində yerləşir. Paltarları dəyişmək, tikinti ləvazitamlarını qoymaq üçün həmin otaqdan ümumi işçilər istifadə edirlər. 28 avqust 2022-ci il tarixdə saat 19 radələrində tikinti ləvazimatlarını həmin otağa qoyub evə getmişdir. 29 avqust 2022-ci il tarixdən 09 radələrində işə gəlib otağa keçəndə ona məxsus olan ləvazitamları yerində görməmişdir. Başa düşmüşdür ki, 28 avqust 2022-ci il tarixdən 29 avqust 2022-ci il tarixinə keçən gecə naməlum şəxs və ya şəxslər tikinti ləvazitmatları saxlanılan otağa girərək ona məxsus olan qiyməti 190 manat olan bir ədəd peraparatır, qiyməti 60 manat olan bir ədəd direl, bir ədədinin qiyməti 90 manat olan, iki ədəd ümumi dəyəri 180 manat olan miksel, bir ədədinin qiyməti 140 manat manat olan iki ədəd ümumi dəyəri 280 manat olan laqonda, bir ədədinin qiyməti 70 manat olan iki ədəd ümumi dəyəri 140 manat olan 35 metirlik traynik, bir ədədinin qiyməti 80 manat olan iki ədəd ümumi dəyəri 160 manat olan 25 litirlik emusiya və bir ədəd içindəki ləvazimatlarla birlikdə ümumi dəyəri 40 manat olan sumkanı, qiyməti 80 manat olan bir ədəd 25 litirlik emusiya, birinin qiyməti 20 manat olan ümumilikdə qiyməti 60 manat olan 3 rlon aboy və bir paçkasının qiyməti 20 manat olan ümumi qiyməti 40 manat olan iki paçka kafelin oğurlamışlar. Bu barədə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edib məlumat vermiş, bir necə dəqiqədən sonra polis əməkdaşları həmin yerə gələrək lazımı tədbirlər görmüşlər. Sonra məlum olmuşdur ki, ona məxsus olan həmin əşyaları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birlikdə oğurlamışlar. Sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ona vurduqları ziyanı tamamilə ödəməklə ondan üzr istəyib, onunla barışmışlar. Ona görə də onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi də yoxdur, onlara yüngül cəza verilməsini xahiş edir. Cinayət işi üzrə şahid qismində dindirilmiş X13 da məhkəmə iclasında əsasən Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verməklə onuun göstərdiyi xüsusatları bir daha da təsdiq etdi. Cinayət işinin ibtidai istintaqında şahid qismində tanınaraq dindirilmiş X8 məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə şahid X3 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş şahid X3 ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında şahid qismində tanınaraq dindirilmiş X3 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, o, 2022-ci ilin mart ayından Astara şəhəri, “Sahil” deyilən ərazidə özəl binanın tikintisində gecə mühafisəcisi işləyir. Binada işləyən ustalar özlərinə məxsus olan tikinti ləvazimatlarını həmin binada olan otaqlardan birinə qoyurlar. Otaq binanın ikinci mərtəbəsində yerləşir. Həmin otaq ümumi istifadədə olan otaqdın və otağın qapısı açarla bağlanır, otağın pəncərəsi yoxur. İstifadəyə yarasızdır. 26 avqust 2022-ci il tarixdə və 28 avqust 2022-ci il tarixdə saat 18 radələrində həmin binada mühafizəçi kimi işə gəlmişdir. Hər gün səhər saat 08:00-a kimi işdə olmuşdur. Həmin gecə heç bir səs-küy eşitməmiş, binanın ətrafında şübhəli şəxs və ya şəxslər görməmişdir. Zərərçəkmiş şəxs əşyalarını oğurlayan şəxs və ya şəxslər barəsində heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun həmkəndliləridir, onların tanıyır. Təqsirləndirilən şəxs1 həmin tikintidə fəhlə işləmişdir. 26 avqust 2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs3 piyada onun nəzarətçi dayandığı butkanın yanına gəlmiş, onunla söhbət etməyə başlamış, bu zaman həmkəndlisi Xalidin VAZ-2103 markalı avtomaşını həmin tikinti aparılan binanın tinində dayanmış, təxminən 1-2 dəqiqə sonra çıxıb getmişdir. Füzuli də 5-10 dəqiqə onunla söhbət edib sağollaşıb oradan bulvar istiqamətinə getmişdir. Füzuli gələndə də Bulvar istiqamətindən ona tərəf yaxınlaşmışdır. Həmin vaxtı orada İltifatı görməmiş, İltifatın binaya nə vaxtı, hansı formada girməsindən xəbəri olmamışdır. Sonra ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsi baş verən zaman Azad onları maşınla gətirmiş, bir qədər aralıda Füzuli və İltifat maşından düşmüş, İltifat binaya daxil olmuş, Füzuli də onun fikrini yayındırmaq üçün ona yaxınlaşaraq söhbət etmişdir. Bundan başqa 28 avqust 2022ci il tarixdə saat 22 radələrində bir daha Füzuli onun nəzarətçi dayandığı butkanın yanına gəlmiş, həmin vaxtı Füzuli piyada ona yaxınlaşmış, söhbət etməyə başlamışdır. Bu zaman bir daha həmkəndlisi Xalidin VAZ-2103 markalı avtomaşını həmin tikinti aparılan binanın tinində dayanmış,təxminən 1-2 dəqiqə sonra ordan getmişdir. Füzuli də 5-10 dəqiqə onunla söhbət edib sağollaşıb oradan bulvar istiqamətinə getmişdir. Füzuli gələndə də Bulvar istiqamətindən yaxınlaşmışdır. Həmin vaxtı onların arasında İltifatı görməmişdir. Onun binaya nə vaxt, hansı formada girməsindən xəbəri olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 29 avqust 2022-ci il tarixli hadisə yerinə baxışın aparılması haqqında protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Astara şəhəri Z.Bünyadov küçəsində yerləşən, nömrəsi olmayan, yeni inşa edilməkdə olan binadır. Həmin binanın pəncərələri, binaya giriş qapısı qoyulmasa da, binanın otaqlarının qapıları qoyulmuşdur. Bina mühavizəçi tərəfindən qorunur. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2005-cı ildə Astara şəhərində, Təqsirləndirilən şəxs2 isə xx xxxx 2006-cı ildə Astara rayonun Ərçivan qəsəbəsində anadan olmuşlar. Onlar cinayət əməlinin törədərkən və Təqsirləndirilən şəxs2 isə hal-hazırda da yetkinlik yaşına çatmamışlar. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 31 avqust 2022-ci il tarixli “Götürmə aparılması və baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd perforator və 1 ədəd elektrik uzadıcısı hal şahidlərinin iştirakları ilə götürülmüşdür. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 31 avqust 2022-ci il tarixli “Götürmə aparılması və baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Xanoğlan oğlunun təqdim etdiyi 2 ədəd mikser, 1 ədəd laqonda, 1 ədəd uzadıcı, 15 litr həcmində 3 ədəd divar boyası, 3 rulon divar kağızı, 1 ədəd tikinti ləvazimatları daşımaq üçün nəzərdə tutulmuş çanta hal şahidlərinin iştirakları ilə götürülmüşdür. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 31 avqust 2022-ci il tarixli “Götürmə aparılması və baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 təqdim etdiyi 2 paçka kafel və 1 ədəd drel hal şahidlərinin iştirakları ilə götürülmüşdür. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 31 avqust 2022-ci il tarixli “Götürmə aparılması və baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Şahid təqdim etdiyi 1 ədəd yaşıl rəngli laqonda hal şahidlərinin iştirakları ilə götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsinin məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 15 sentyabr 2022-ci il tarixli, 19/918 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş ekspertiza təyin edilməsi haqqında qərarda qeyd edilən, İran istehsalı olan bir qutu(içərisində 4 ədəd 60sm x 60sm olan metlax) 1,44 kvadrat metr metlaxın 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 20,16(1 kvadrat metr x14 metr) manat, 2 qutunun isə 40,32(2 x 20,16m) manat müəyyən edilir. Ekspertiza təyin edilməsi haqqında qərarda qeyd edilən malların 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 680,00 manat müəyyən edilir. Adı çəkilən Mərkəzin 15 sentyabr 2022-ci il tarixli ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 100 (bir yüz) manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Astara RİH başçısının Astara rayonu Ərcivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və xasiyyətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Astara rayonu Ərcivan qəsəbəsində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə həmin qəsəbədə yaşamaqla müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statisk İnfrormasiya İdarəsinin tələbnamə-arayışından məlum olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvəllər məhkum edilməmişlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statisk İnfrormasiya İdarəsinin 12 sentyabr 2022-ci il tarixli tələbnaməarayışından və Astara Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs1 Astara Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 7(106)-7/2023 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 Astara Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 07 (yeddi) gün hissəsi dəyişdirilərək, 04 (dörd) ay, 03 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, azadlıqdan mçəhrumetmənin əvvəli 19 yanvar 2023-cü il tarixdən hesablanmşdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, 18.4.4-cü maddəsinə əsasən qəsdən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Göründüyü kimi yetkinlik yaşına çatmadığına görə Təqsirləndirilən şəxs1 cinayətin residivi nəzərə alınmadan cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 01 sentyabr 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs1 01 sentyabr 2022-ci il tarixdə saat 10:15-də şübhəli şəxs qismində tutulmuş, 02 sentyabr 2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Astara Rayon Məhkəməsinin 03 sentyabr 2022-ci il tarixli qərarı ilə onun haqqında “ev dustaqlığı” qətimkan tədbiri seçilərək şübhəli şəxs kimi saxlandığı Astara RPŞ-in MSY-dən azad edilmişdir. Cinayət işinə əlavə edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 02 sentyabr 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs3 oğlu 02 sentyabr 2022-ci il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 03 sentyabr 2022-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs3 barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 03 sentyabr 2022-ci il tarixdə həbsdən azad edilmişdir. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs3, yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə ilə birlikdə əvvəlcədən sövdələşib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olub bir qrup şəxs halında razılaşaraq 28 avqust 2022-ci il tarixdə, təxminən saat 22 radələrində qrup üzvü Təqsirləndirilən şəxs3 Astara şəhəri, Z.Bünyadov küçəsində yerləşən yeni tikilməkdə olan yaşayış binasının nəzarətçisi X5 yaxınlaşaraq sonuncu ilə söhbət edib diqqətini yayındırmaqla qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə oğurlanacaq əmlakı daşımaq məqsədilə hadisə yerindən bir qədər aralıda saxladığı VAZ 2103 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə gözləməklə cinayətin törədilməsində bilavasitə iştirak edib şərait yaratmalarından arxayın olaraq sözü gedən binanın arxa tərəfindən binaya quraşdırılmış dəmir dirək vasitəsilə binanın ikinci mərtəbəsinə qalxıb, orada yerləşən otağa qanunsuz daxil olaraq oradan qiyməti 190 manat olan 01 ədəd “Worksite” markalı elektrik kəsici (perforator), qiyməti 60 manat olan “Daewoo DAD-950” markalı elektrik deşici (drel), hər birinin qiyməti 90 manat olmaqla ümumi qiyməti 180 manat olan 02 ədəd mikseri, hər birinin qiyməti 140 manat olmaqla ümumi qiyməti 280 manat olan bir ədəd “UralZid UUŞM-230-2500” markalı elektrik deşici (drel) və bir ədəd markası olmayan elektrik deşicisini(drel), hər birinin qiyməti 70 manat olmaqla ümumi qiyməti 140 manat olan 02 ədəd 35 metr uzunluğunda uzadıcı naqili, hər birinin qiyməti 80 manat olmaqla ümumi qiyməti 240 manat olan 02 ədəd üzərində “Katasan Sutut” yazıları olan 15 litrlik və 01 ədəd üzərində “Elegans Fasad” yazıları olan 15 litrlik divar boyalarını, qiyməti 40 manat olan tikinti alətlərini yerləşdirmək üçün nəzərdə tutulmuş çantanı və hər rulonunun qiyməti 20 manat olmaqla ümumi qiyməti 60 manat olan 03 rulon divar kağızlarını vahid niyyətlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1190 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmələri tam təsdiq edilir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 istisna olmaqla yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlini etiraf etməklə, peşman olmalarını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən və Təqsirləndirilən şəxs2 hal-hazırda da yetyinlik yaşına çatmamasını, onların hər üçünün yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilmələrini, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəyib onunla barışmalarını, zərərçəkmiş şəxsin onlardan şikayəti və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirmələrini, ailələrinin ağır maddi durumda yaşamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən və Təqsirləndirilən şəxs2 hal-hazırda da yetyinlik yaşına çatmamalarını, zərərçəkmiş şəxsə dəymiş zərərin tamamilə ödəmələrini, onunla barışmalarını həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, habelə onlara təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, onlara təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailələrinin həyat şəraitinə təsiri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 85.5.1-ci maddəsinə əsasən o, cəzasını ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar üçün ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Şirvan Apelyasiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 7(106)-7/2023 saylı hökmü ilə təyin edilmiş 04 (dörd) ay, 03 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cəza ilə birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 01 sentyabr 2022-ci il tarixdən 19 yanvar 2023-cü il tarixə kimi ev dustaqlığında, 19 yanvar 2023-cü il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalıdır. AzərbaycanRespublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və Astara rayonu Ərcivan qəsəbəsində qeydiyyatda olmaqla, orada yaşayırlar. Onlardan, Təqsirləndirilən şəxs3 Astara və Lənkəran rayonlarının ərazisində fəhləlik etməklə dolanır, Təqsirləndirilən şəxs2 isə Lənkəran şəhərində təşkil edilən sınaq imtahanlarında iştirak edir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadıqları Astara rayonu Ərcivan qəsəbəsində yerləşən fərdi yaşayış evlərini günün müəyyən vaxtı, yəni axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işinin materiallarında olan protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs3 02 (iki) gün müddətə cinayət törədilməsində şübhəli şəxs qismində həbsdə saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 şübhəli şəxs kimi tutulduğu 02 sentyabr 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixədək 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddət çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ona tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Təqsirləndirilən şəxs1 barəsidə seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməli, xx.xx.2023-cü il tarixdən azadlıqdan məhrum etmə yerində cəza çəkməsi nəzərə alınmalıdır. Ekspertiza xərclərini təşkil edən 100 (bir yüz) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus tikinti ləvazimatlarının ona təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Şirvan Apelyasiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 7(106)-7/2023 saylı qərarı ilə təyin edilmiş 04 (dörd) ay, 03 (üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilib, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Şübhəli şəxs kimi tutulduğu və ev dustaqlığında olduğu müddətlər cəzaçəkmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs1 cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu 01 sentyabr 2022-ci il tarixdən hesablanmaqla cəzasını ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar üçün ümumi reyimli tərbiyə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin, onun xx.xx.2023-cü il tarixdən həbsdə olması nəzərə alınsın. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Ərcivan qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Astara rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 bu cinayət işi üzrə 02 sentyabr 2022-ci il tarixdən 03 sentyabr 2022-ci il tarixdək 02 (iki) gün şühbəli şəxs qismində həbsdə olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs3 təyin olunmuş 03 (üç) il müddətə azadlığın mədudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Ərcivan qəsəbəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Astara rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada 100 (bir yüz) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ona tamamilə ödənilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus tikinti ləvazimatlarının ona təhvil verilməsi nəzərə alınsın. Hökmün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə əlaqədar hissəsinin icrasıAstara rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, müəyyən edilmiş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar