Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-9/2024 01.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiiəçi Müdafiəçi, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1980-ci ildə Astara rayonu Şüvi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" ASC-nin Astara rayon filialı üzrə menecer (filial müdiri) vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şüvi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs lombard təşkilatı "xxxx" ASC-nin Astara rayon filialı üzrə meneceri (filial müdiri) vəzifəsində işləyərkən xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, niyyətini həyata keçirmək üçün zərərçəkmiş şəxs Astara rayon Şahağacı kənd sakini Zərərçəkmiş şəxs3 "xxxx" ASC-nin Astara rayon filialına öhdəliyin icrası kimi girov qoyub kredit götürmək üçün verdiyi ümumi çəkisi 261,21 qram ümumi dəyəri 23619,50 (iyirmi üç min altı yüz on doqquz manat əlli qəpik) manat olan qızıl-zinət əşyalarını həmin filiala girov qoyub kredit götürməklə ödənişləri vaxtında ödəyib qızıl-zinət əşyalarını qaytaracağına dair Zərərçəkmiş şəxs3 inam formalaşdırıb aldatmaqla həmin qızıl-zinət əşyalarının bir hissəsini, yəni dəyəri 2665 manat olan təmiz çəkisi 23,54 qram 750 əyar brilyant kolye, dəyəri 1633 manat olan təmiz çəkisi 13,87 qram 750 əyar brilyant sırğa cütü, dəyəri 229,50 manat olan təmiz çəkisi 2,7 qram 585 əyar qızıl üzük, dəyəri 340 manat olan təmiz çəkisi 4 qram 585 əyar qızıl üzük, dəyəri 255 manat olan təmiz çəkisi 3 qram 583 əyar qızıl sırğa, dəyəri 195,50 manat olan təmiz çəkisi 2,3 qram 583 əyar qızıl boyunbağı və dəyəri 501,50 manat olan təmiz çəkisi 5,9 qram 583 əyar qızıl sırğanı Zərərçəkmiş şəxs3 adından girov qoyub xx.xx.2022-ci il tarixli GL/0xx/xx/327809 saylı kredit və girov müqaviləsi əsasında 3905 manat, bir hissəsini, yəni dəyəri 6196,50 manat olan təmiz çəkisi 72,9 qram 583 əyar qızıl boyunbağı, dəyəri 1990 manat olan təmiz çəkisi 19,9 qram 750 əyar qızıl boyunbağı və dəyəri 1190 manat olan təmiz çəkisi 14 qram 583 əyar qızıl üzüyü tanışı - Şahid3 adından girov qoyub xx.xx.2022-ci il tarixli GL/0xx/xx/342147 saylı kredit və girov müqaviləsi əsasında 6573 manat məbləğində, digər hissəsini isə, yəni dəyəri 5567,50 manat olan təmiz çəkisi 65,5 qram 583 əyar qızıl boyunbağı və kulon, dəyəri 178,50 manat olan təmiz çəkisi 2,1 qram 585 əyar qızıl üzük, dəyəri 306 manat olan təmiz çəkisi 3,6 qram 583 əyar qızıl üzük, dəyəri 909,50 manat olan təmiz çəkisi 10,7 qram 583 əyar qızıl sırğa, dəyəri 1071 manat olan təmiz çəkisi 12,6 qram 583 əyar qızıl boyunbağı, dəyəri 144,50 manat olan təmiz çəkisi 1,7 qram 585 əyar qızıl qolbağ, dəyəri 93,50 manat olan təmiz çəkisi 1,1 qram 585 əyar qızıl sırğa və dəyəri 153 manat olan təmiz çəkisi 1,8 qram 583 əyar qızıl kulonu tanışı-Şahid4 adından girov qoyub xx.xx.2023-cü il tarixli MQ18CF573-23856 saylı kredit və girov müqaviləsi əsasında 5816 MANAT məbləğində pul əldə edib şəxsi ehtiyaclarına xərcləməklə, Zərərçəkmiş şəxs3 ümumi dəyəri 23619,50 manat olan qızıl-zinət əşyalarını qaytaracağını yalandan vəd edərək sonuncunun etibarından sui-istifadə edib aldatmaqla, Zərərçəkmiş şəxs3 xeyli miqdar hesab olunan 23619,50 manat dəyərində əmlakını qulluq mövqeyindən istifadə edərək ələ keçirib dələduzluq etməklə, sonuncuya xeyli miqdarda ziyan vurmuşdur. Bundan başqa o, lombard təşkilatı "xxxx" ASC-nin Astara rayon filialı üzrə meneceri (filial müdiri) vəzifəsində işləyərkən təkrarən xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, niyyətini həyata keçirmək üçün "xxxx" ASC-nin Astara rayon filialına öhdəliyin icrası kimi qızılzinət əşyalarını girov qoyub xx.xx.2022-ci il tarixli GL/0xx/xx/326555 saylı kredit və girov müqaviləsi əsasında "xxxx" ASC-nin Astara rayon filialından kredit götürən Zərərçəkmiş şəxs1 kredit məbləğini birdəfəlik ödəyib girov qoyduğu qızıl-zinət əşyalarını götürmək istəməsi barədə müraciətindən sonra sonuncuya 7000 manat (yeddi min manat) məbləğində pul vəsaitini ödəyib qızıl-zinət əşyalarını təşkilatdan təhvil ala biləcəyini bildirib Zərərçəkmiş şəxs1 7000 manat məbləğində pul vəsaitini 23 iyun 2023-cü il tarixdə "xxxx" ASC-nin Astara rayon filialında öz kabinetində kredit ödənişi edəcəyi adı ilə şəxsən aldıqdan sonra ödəniş qəbzini təqdim edəcəyini yalandan vəd edərək sonuncunun etibarından sui-istifadə edib aldatmaqla, Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab olunan 7000 manat məbləğində pulunu təkrarən qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə ələ keçirmiş, habelə "xxxx" ASC-nin Astara rayon filialı üzrə meneceri (filial müdiri) olaraq vəzifəli şəxs kimi sair şəxsi niyyətlə rəsmi sənəd hesab olunan və kredit məbləğinin ödənilməsi haqqında bilə-bilə yalan məlumatlar daxil edilən tarixi olmayan, "xxxx" ASC-nin Astara rayon filialının möhürü və öz imzası ilə təsdiq edilən arayış tərtib edib verməklə, vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, lombard təşkilatı "xxxx" ASC-nin Astara rayon filialı üzrə meneceri (filial müdiri) vəzifəsində işləyərkən təkrarən özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, niyyətini həyata keçirmək üçün "xxxx" ASC-nin Astara rayon filialına qızıl-zinət əşyalarını girov qoyub xx.xx.2023-cü il tarixli MQxxxxxxx-12713 saylı kredit və girov müqaviləsi əsasında "xxxx" ASCnin Astara rayon filialından kredit götürən Zərərçəkmiş şəxs2 aylıq kredit ödənişini ödəmək istəməsi barədə müraciətindən sonra sonuncudan müqavilə üzrə aylıq ödəniş kimi nəzərdə tutulmuş 861,90 manat (səkkiz yüz altmış bir manat doxsan qəpik) məbləğində pul vəsaitini 15 iyul 2023-cü il tarixdə "xxxx" ASC-nin Astara rayon filialında öz kabinetində kredit ödənişi edəcəyi adı ilə şəxsən aldıqdan sonra ödəniş qəbzini təqdim edəcəyini yalandan vəd edərək sonuncunun etibarından sui-istifadə edib aldatmaqla, Zərərçəkmiş şəxs2 861,90 manat pulunu təkrarən qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, lombard təşkilatı "xxxx" ASC-nin Astara rayon filialının müdiri vəzifəsində işləmişdir. Həmin vaxtda Astara şəhər sakini Zərərçəkmiş şəxs1 kredit əldə etmək məqsədilə müraciət etmiş və Zərərçəkmiş şəxs1 filiala özünə məxsus qızıl-zinət əşyalarını girov qoyaraq 8800 manat məbləğində kredit götürmüşdür. Buna görə də "xxxx" ASC-nin Astara rayon filialı ilə Zərərçəkmiş şəxs1 arasında xx.xx.2022-ci il tarixli GL/0xx/xx/326555 saylı kredit və girov müqaviləsi bağlanmışdır. Səbinənin xəstəliyi ilə əlaqədar ödənişlərdə gecikmələr olmuş, bununla əlaqədar ödənişin üzərinə dəbbə pulu hesablanmışdır. 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs1 kredit ödənişini birdəfəlik edərək qızıl-zinət əşyalarını geri götürmək üçün müraciət etmiş, kredit sisteminə baxaraq vaxtından əvvəl kreditinin ödənilməsi üçün Səbinənin 7000 manat məbləğində birdəfəlik ödəniş etməli olduğunu sonuncuya bildirmişdir. 23 iyun 2023cü il tarixdə Səbinə əri Elçinlə birlikdə filiala gələrək 7000 manat məbləğində pulu ona vermiş, qəbzi sonra götürəcəyini demişdir. Zərərçəkmiş şəxs1 ASC rəhbərliyinin adına ərizə yazdıqdan sonra getmiş, pul isə onda qalmış, həmin pulu Səbinənin adından ödənişi etməmişdir. Ehtiyacı olduğu üçün həmin pulu xərcləmiş, buna görə də ödəniş edə bilməmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1 ödəniş qəbzini istəmiş, lakin ödəniş etmədiyindən qəbzi Səbinəyə verə bilməmişdir. Səbinənin anası Naibə gələrək ödəniş edilməsi ilə bağlı qəbz istəmiş, Naibəyə yalandan ödəniş sisteminin işləmədiyini bildirib qəbz verə bilməyəcəyini demişdir. Bir müddət sonra Naibə zəng edib israrla ödənişin edilməsi ilə bağlı qəbzi istəmiş, ona ödənişlə əlaqədar sənəd verəcəyini deyib, arayış tərtib edib üzərinə imza çəkərək, möhür vurmuş, arayışa Zərərçəkmiş şəxs1 kredit borcunun qalmaması, girov qoyduğu qızıl-zinət əşyalarını təşkilatdan təhvil almaması barədə yalan məlumatlar daxil etmiş, ondan şübhələnməsinlər deyə həmin arayışı Səbinənin anası Naibəyə vermişdir. Daha sonra Zərərçəkmiş şəxs1 inanmadığı üçün "xxxx" ASC-nin qaynar xəttinə zəng edib girov qoyduğu qızıl-zinət əşyalarını istəmiş, həmin vaxt ona kredit ödənişinin edilmədiyi bildirilmişdir. Bundan sonra Səbinə şikayət etmiş, Zərərçəkmiş şəxs1 şikayəti əsasında "xxxx" ASC tərəfindən filialda təftiş aparılmış, fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Hazırda Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəyərək barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs1 ondan şikayəti və tələbi də yoxdur. Həmçinin, Astara şəhər sakini Zərərçəkmiş şəxs2 6 il öncədən etibarən müxəlif vaxtlarda "xxxx" ASC-nin Astara rayon filialından qızıl-zinət əşyalarını girov qoyaraq kredit məbləğləri götürmüşdür. Sonuncu dəfə Zərərçəkmiş şəxs2 ilə 16 mart 2023-cü il tarixli MQxxxxxxx-12713 saylı kredit və girov müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Zərərçəkmiş şəxs2 "xxxx" ASC-nin Astara rayon filialına qızıl-zinət əşyalarını girov qoyaraq 11945 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit öhdəliyi üzrə aylıq ödəniş məbləği 507 ABŞ dolları, yəni 861,9 manat təşkil etmiş, ödənişlər ABŞ dolları ilə olduğu üçün Səidə hər dəfə aylıq ödəniş məbləği qədər pulu ödəməsi üçün şəxsən ona vermişdir. Hər dəfə Səidənin adından ödənişləri edərək qəbzi sonuncuya təqdim etmişdir. 15 iyul 2023-cü il tarixdə Səidə aylıq ödəniş kimi 507 ABŞ dolları, yəni 861,9 manat pulu ona vermiş, pulu Səidədən şəxsən götürmüşdür. Lakin ehtiyacı olduğu üçün həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş, Səidəyə isə 2 gün sonra qəbzi verəcəyini bildirmişdir. Səidənin pulunu xərclədiyi üçün ödəniş edə bilməmiş və Səidə qəbz istəyən zaman sonuncunu inandırmaq üçün ödəniş sisteminin işləmədiyini bildirmişdir. Daha sonra Səidəyə "xxxx" ASC-nin baş ofisindən zəng edərək ödəniş edilmədiyi bildirilmiş, həmin vaxt Səidə ona verdiyi pulun ödənilmədiyini bilmişdir. Hazırda Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödəmiş və barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs2 ondan şikayəti və tələbi də yoxdur. Bundan əlavə, Astara rayonu Şahağacı kənd sakini Zərərçəkmiş şəxs3 sələmçilik fəaliyyəti ilə məşğul olduğu üçün pul qazanmaq istəmiş, bunun üçün Bəhriyə qızıl-zinət əşyalarını özü könüllü olaraq ona vermişdir. Bəhriyə ilə arasında olan razılaşmaya görə sonuncunun ona verdiyi qızıl-zinət əşyalarını girov qoyub kredit götürmüş, əvəzində hər ay Bəhriyəyə 500 manat məbləğində pul verməli olmuş, ödənişləri bitirdikdən sonra isə Bəhriyənin qızıl-zinət əşyalarını geri qaytarmalı olmuşdur. Həmin razılaşma əsasında Bəhriyə ona qızıl-zinət əşyaları vermiş, həmin əşyalardan 100 qramının qəbul edilməsinə dair vərəqə qeyd yazmışdır. Qalan qızılları Bəhriyə öz qohumu Şahid3 vasitəsilə göndərmiş, Bəhriyənin verdiyi qızıl-zinət əşyalarını tanışları Şahid3 və Şahid4 adından girov qoyaraq pul götürmüşdür. Razılaşma əsasında 2022-ci ilin yanvar ayından başlayaraq Zərərçəkmiş şəxs3 təqdim etdiyi "xxxx" kartına 5-6 ay ərzində bəzən 500 manat, bəzən 300 manat, bəzən 200 manat faiz pulu ödəmiş, lakin sonradan imkanı olmadığı üçün Bəhriyəyə faiz pullarını verə bilməmişdir. Bəhriyəyə məxsus qızıl-zinət əşyaları satışa çıxmasın deyə Bəhriyənin, Sultanın və Elvinin adına olan kredit müqavilələrinin ləğv edilməsi, girov qoyulmuş qızıl-zinət əşyalarının Bəhriyənin adından yeni müqavilə kimi rəsmiləşməsi barədə sonuncu ilə razılığa gəlmişdir. Bu razılıqdan sonra Bəhriyə ilə təşkilat arasında xx.xx.2023-cü il tarixli MQxxxxxxx-43754 saylı kredit və girov müqaviləsi bağlanmış, müqavilədə götürülmüş kreditin məbləği 15471 manat kimi qeyd olunmuşdur. Həmin müqavilənin bağlanması üçün isə ümumilikdə 260,7 qram qızıl-zinət əşyaları girov qoyulmuşdur. Müqavilə bağlandıqdan sonra müqavilə üzrə ödənişin böyük hissəsini ödəmək onun üzərinə düşmüş, lakin həmin müqavilə üzrə də ödənişləri edə bilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs3 ondan şikayət etmişdir. Himayəsində 3 nəfər azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olan borcunu tamamilə ödəmişdir. Onların ondan şikayəti və tələbi də yoxdur. Zərərçəkmiş şəxs3 dəyən ziyandan 5000 manatı ona ödəmişdir.Himayəsində azyaşlı uşaqların olmasını, cinayətlə vurduğu ziyanın imkanı daxilində böyük hissəsini ödəməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin etməyi xahiş edir. Azadlıqda qalarsa Bəhriyyəyə olan borcunu ödəyəcəkdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf etməməsi, onun məsuliyyətdən yaxa qurtarması üçün edilmiş cəhddir. Belə ki, ona Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə elan edilmiş ittiham məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxs, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 2021-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs işlədiyi "xxxx" ASC-nin Astara rayon filialına müraciət edərək, kredit götürmək istəmişdir. Belə ki, onkoloji xəstə olan övladının müalicəsi üçün pul lazım olmuş, imkanı olmadığı üçün məcbur qalıb kredit götürmək qərarına gəlmişdir. Müalicə üçün 15000 manat pul lazım olduğundan, 100 qram qızılını girov qoyub kredit götürmək istəmişdir. 2022-ci ilin yanvar ayının 6-da 100 qram qızılı Astara şəhərində "xxxx" ASC-nin Astara rayon filialında Fərmailin ofisində sonuncuya vermiş, Fərmail 100 qram qızılı ondan almasına dair ağ vərəqə öz əli ilə qeyd yazmış və ona vermişdir. Fərmail qızılları götürdükdən sonra sənədləşməni özü həll edəcəyini demiş, buna görə qızılı Fərmailə verib oradan çıxmışdır. Bir neçə gün sonra Fərmail zəng edərək 15000 manat kredit götürmək üçün 100 qram qızılın kifayət etmədiyini, əlavə 160,7 qram da qızıl lazım olduğunu demişdir. Məcbur qalıb yeznəsi Astara şəhər sakini Sultandan 160,7 qram qızılı Fərmailə göndərmişdir. Sultan da həmin qızılları aparıb Fərmailə vermiş, beləcə Fərmailə təmiz çəkisi 260,7 qram qızıl vermişdir. Övladının müalicə həkimləri müalicənin daha mənasız olduğunu demiş, buna görə də kredit götürmək fikrindən daşınmışdır. Fərmaillə əlaqə saxlayıb verdiyi qızıl-zinət əşyalarını götürmək qərarına gəlmiş, Fərmail qızıl-zinət əşyalarını Astaraya gələn kimi ona verəcəyini demişdir. Həmin ilin fevral ayının ortalarında Bakı şəhərindən Astara rayonuna gəlib Fərmailin yanına getmiş, lakin qızıl-zinət əşyaları Fərmaildə olmamışdır. Fərmail pula ehtiyacı olduğu üçün qızıl-zinət əşyalarını Sultanın və Şahid4 adlı şəxslərin adından girov kimi qoyaraq kredit götürdüyünü demiş, daha sonra Fərmail krediti ödəyərək qızılları qaytaracağına dair söz vermiş, Fərmailə inanmışdır. Üstündən xeyli müddət keçsə də, Fərmail onun qızıllarını qaytarmamışdır. 2023-cü ilin iyun ayında yeznəsi Sultan ona Fərmail tərəfindən kredit ödənişləri icra olunmadığı üçün qızıl-zinət əşyalarının satışa çıxacağını demişdir. Həmin vaxt Fərmailin ödənişləri etmədiyini, buna görə də girov qoyulan qızıl-zinət əşyalarının satışa çıxacağını öyrənmişdir. Fərmailin yanına gedib qızıllarını tələb etmiş, Fərmail isə qızılların satışa çıxmasının qarşısını almaq üçün təşkilatla onun arasında kredit və girov müqaviləsi bağlanmasını təklif etmişdir. Belə ki, onunla bağlanmış müqavilə üzrə həmin qızıllar və kredit onun adına sənədləşdiriləcəyi təqdirdə qızıllar satışa çıxmayacaqdı. Məcbur qalıb razılaşmış və "xxxx" ASC-nin Astara rayon filialı ilə arasında xx.xx.2023-cü il tarixli MQxxxxxxx-43754 saylı kredit və girov müqaviləsi bağlanmışdır. Müqavilədə guya onun götürdüyü kreditin məbləği 15471 manat kimi qeyd olunmuş, müqavilə üzrə aylıq ödənişlər 913,52 manat təşkil etmişdir. Məcbur qalıb həmin müqaviləyə imza çəkmiş, lakin Fərmail həmin kredit müqaviləsi üzrə də heç bir ödəniş etməmişdir. Hazırda ona məxsus qızıl-zinət əşyaları girovda qalmış, Fərmail həmin qızılları ona qaytarmamış, onun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ələ keçirmişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ona vurduğu 23619,50 manat zərərdən cəmi 5000 manatını ödəmişdir. Təqsirləndirilən şəxs ona vurduğu zərərə görə 18619,50 manat pulu ödəməmişdir. Ona görə də Təqsirləndirilən şəxs qanuna uyğun ağır cəzalanmasını istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Astara- Bakı marşurutu üzrə taksi fəaliyyəti iə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır dost münasibətləri vardır. 2022-ci ilin əvvəllərində dəqiq yadında qalmayan tarixdə Bakı şəhərində olan zaman qohumu Zərərçəkmiş şəxs3 ona zəng edərək bir ədəd bağlamanı Astara şəhərində Təqsirləndirilən şəxs verməyi xahiş etmişdir. O, Bəhriyədən bağlamanı götürüb, Astara şəhərində, ofisində Təqsirləndirilən şəxs şəxsən vermişdir. Bağlamanın içində qızıl-zinət əşyaları olduğunu bilsə də, bağlamanı açıb baxmamış, buna görə də bağlamada nə qədər qızılzinət əşyaları olduğunu bilməmişdir. Həmin bağlamanı Təqsirləndirilən şəxs verdikdən sonra, sonuncu özü Bəhriyənin kartına pulu yönəldəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin qızıl-zinət əşyalarının onun adından təşkilata girov qoyulmasını və kreditin də onun adına sənədləşməsini xahiş etmiş, Təqsirləndirilən şəxsla dostu olduğuna görə razılaşmışdır. Ofisdə adına rəsmiləşdirilən girov və kredit müqaviləsinə imza çəkmişdir. Həmin müqaviləyə imza çəkəndə müqavilənin şərtlərini oxumamış, buna görə də, müqavilənin bağlanması üçün nə qədər çəkidə qızıl-zinət əşyalarının girov qoyulduğunu və hansı məbləğdə kredit götürüldüyünü, aylıq ödənişlərin nə qədər olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ilə öz aralarında bu barədə razılaşdıqlarını demişdir. Ona maraqlı olmadığı və Fərmailə inandığı üçün həmin kredit müqaviləsi üzrə ödənişin konkret olaraq Bəhriyə yoxsa Fərmail tərəfindən ödəniləcəyini Fərmaildən soruşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs dostu olsa da, Zərərçəkmiş şəxs3 tanımamışdır. 2022-ci ilin təxminən mart-aprel aylarında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb bir nəfər müştərinin kredit götürmək istədiyini, lakin müştərinin özünün burada olmadığını bildirmiş və həmin müştəri tərəfindən girov qoyulan qızıl-zinət əşyaları müqabilində kredit müqaviləsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmçinin ona aylıq ödənişlərin müştərinin özü tərəfindən ödəniləcəyini də demişdir. Fərmail dostu olduğuna görə sonuncu ilə razılaşmış, həmin ərəfədə dəqiq tarixi yadında qalmayan vaxtda "xxxx" ASC-nin Astara rayon filialına Fərmailin yanına gedərək kredit və girov müqaviləsinə imza çəkmişdir. Lakin müqavilənin tarixi yadında qalmamış, müqavilə üzrə götürülən kredit məbləği isə təqribən 5800 manat olmuşdur. Müqaviləyə imza çəkdikdən sonra Fərmail müştərinin gəlib pulu götürəcəyini demiş, lakin müştərinin Zərərçəkmiş şəxs3 olduğunu bilməmişdir. Müqaviləyə imza çəkdikdən sonra oradan çıxmış, sonra olanlardan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs kredit müqaviləsini imzalayan zaman ona Zərərçəkmiş şəxs3 ilə arasında olan razılaşma barədə heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, "xxxx" ASC-nin Astara rayon filialında kredit mütəxəssisi vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs problemləri ilə əlaqədar işdən müvəqqəti kənarlaşdırılmışdır. Filialın müştərisi Zərərçəkmiş şəxs1 filialdan 8800 manat kredit götürmüşdür. Bir neçə ay əvvəl Səbinə müraciət edərək kredit üzrə birdəfəlik ödəniş etmək istədiyini demiş, tarixi xatırlamadığı vaxtda Səbinə kredit məbləğini birdəfəlik ödəmək üçün filiala gələrək 7000 manat pulu Fərmailə vermişdir. Bundan sonra Fərmail Səbinəni onun yanına göndərmiş və ərizə yazılmasına göstəriş vermişdir. Səbinə onun yanında təşkilatın rəhbərəliyinə ərizə yazmış, Səbinədən ərizəni aldıqdan sonra ofisə göndərməsi üçün həmin ərizəni skan edib Fərmailə mail vasitəsilə göndərmişdir. Sonradan bilmişdir ki, X6 Baxşızadə tərəfindən nağd qaydada təqdim olunmuş vəzasiti hesaba daxil etməyərək mənimsəmiş, lakin həmin məblğin ödənilməsi barədə saxta sənəd tərtib etmişdir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, onlar məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, o, kredit əldə etmək məqsədilə "xxxx" ASC-nin Astara rayon filialına müraciət etmiş, özünə məxsus qızıl-zinət əşyalarını girov qoyub 8800 manat məbləğində kredit götürmüşdür. "xxxx" ASC-nin Astara rayon filialı ilə arasında xx.xx.2022-ci il tarixli GL/0xx/xx/326555 saylı kredit və girov müqaviləsi bağlanmışdır. 2022-ci ilin noyabr ayında hamiləliyi ilə əlaqədar Bakı şəhərində xəstəxanada olmuş və buna görə də ödənişləri bir az gecikdirmişdir. Bununla əlaqədar Astara rayonuna gələndə Fərmailin yanına getmiş, sonuncu bir qədər ödəniş etmək lazım olduğunu bildirmişdir. Faiz borcları çox artmasın deyə ay ərzində bir neçə dəfə ödəniş etmiş, bundan sonra ödəmələri gecikdirməmişdir. 2023-cü ilin may ayında krediti birdəfəlik bağlamaq və qızıl-zinət əşyalarını geri götürmək qərarına gəlmiş, bunun üçün anası Şahid1 Fərmailin yanına getmişdir. Fərmail Bünyadov onun anasına qalan kredit məbləğinin 7000 manat olduğunu, 7000 manat məbləğində birdəfəlik ödəniş ediləcəyi təqdirdə kreditin bağlanacağını və girov qoyulan qızılzinət əşyalarını götürə biləcəyini demişdir. Borc pul tapıb 23 iyun 2023-cü il tarixdə əri Şahid2lə birlikdə "xxxx" ASC Astara rayon filialına getmişdir. X7 7000 manat pulu şəxsən ondan nağd şəkildə əlbəəl almış, sonra pula rezin vurub üzərinə kağız qoyaraq onun adını yazmışdır. Ödəniş olunduğu üçün qəbz verilməsini Fərmaildən istəmiş, sonuncu filialda işləyən X1 yanına çağıraraq ona ərizə yazılmasına kömək etməyi tapşırmışdır. Bundan sonra təşkilatın direktoru Qüdrət Babayevin adına ərizə yazmış, həmin ərizədə kredit məbləğini tam ödədiyinə görə adına olan faiz borclarının silinməsini, qızıl-zinət əşyalarını isə geri götürmək istədiyini qeyd etmişdir. Ərizəni imzaladıqdan sonra İsmayıl Nəsirzadəyə verdib Fərmailin yanına qayıtmış və kreditin bağlanması barədə qəbz verməsini istəmişdir. Fərmail isə kompüter sisteminin işləmədiyini, ödənişi özü edərək qəbzi verəcəyini demiş, Fərmailə inanıb qəbz almadan evinə qayıtmışdır. Aradan bir gün keçdikdən sonra anası Naibə Fərmailə zəng edib qəbzi soruşmuş, Fərmail sistemə baxıb xəbər edəcəyini desə də, sonuncu onlara bu barədə heç bir məlumat verməmişdir. Sonra əri Elçin Fərmailə bir neçə dəfə zəng etmiş, lakin Fərmail zəngi açmamış, daha sonra anası zəng etmiş, Fərmail başqa yerdə olduğunu bildirərək, qayıdıb qəbzi verəcəyini demişdir. Həmin gün axşam Fərmail onun anası Naibənin evinə gələrək saxta arayışı vermişdir. Naibə Fərmaildən qəbz istədikdə Fərmail sistemin hələ də işləmədiyini bildirib saxta arayışı vermiş, Fərmail ödənişi ödədiyini və arayışın qanuni olduğunu demişdir. Bundan sonra bir dəfə Fərmailin yanına getmiş, sonuncuya ödəniş edilməsi ilə bağlı heç bir sms gəlmədiyini demiş, Fərmail isə yenə onu aldadaraq bir neçə gündən sonra qızıl-zinət əşyalarının filiala gətiriləcəyini və girov qoyduğu qızıl-zinət əşyalarını götürə biləcəyini demişdir. Bundan sonra bir neçə dəfə Fərmaillə əlaqə saxlayıb qızıl-zinət əşyalarını soruşmuş, sonuncu hər dəfə müxtəlif bəhanələrlə onu yola vermişdir. 24 iyul 2023-cü il tarixdə "xxxx" ASC-nin qaynar xətt mərkəzinə zəng etmiş, operator onun kredit tarixçəsinə baxıb kredit üzrə ödəniş edilmədiyini demiş, həmin vaxt Fərmailin onu aldatdığından tam əmin olmuşdur. Şikayət etdiyi üçün "xxxx" ASC-nin baş ofisindən bir neçə nəfər nümayəndə Astaraya gəlmiş və onu filiala dəvət etmişlər. Filiala gəldikdə Fərmaili görmüş, sonuncudan pulunu geri istəmiş, Fərmail isə xahiş edərək vaxt verməsini istəmişdir. Fərmailə şikayət etdiyini bildirmiş, Fərmail orada öz əli ilə ərizə yazıb ona vermiş və 05 sentyabr 2023-cü il tarixə qədər pulunu qaytaracağını demiş, həmçinin ərizədə Fərmail aldığı pulu xx.xx.2023-cü il tarixdə tam qaytaracağını qeyd etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı- 7000 manat pulu ona tamamilə ödədiyinə görə ondan heç bir şikayəti və tələbi də yoxdur. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, o, 6 il öncədən etibarən müxəlif vaxtlarda Təqsirləndirilən şəxs filial müdiri olduğu "xxxx" ASC-nin Astara rayon filialından kredit götürmüş, hər dəfə kredit götürüb ödənişləri edərək girov qoyduğu qızıl-zinət əşylarını geri almışdır. Sonuncu dəfə 16 mart 2023-cü il tarixdə həmin təşkilatdan kredit götürmüş, 16 mart 2023-cü il tarixli MQxxxxxxx-12713 saylı kredit və girov müqaviləsi əsasında o, "xxxx" ASC-nin Astara rayon filialından qızıl-zinət əşyalarını girov qoyaraq 11945 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kredit öhdəliyi üzrə aylıq ödəniş məbləği 507 ABŞ dolları, yəni 861,9 manat olmuşdur. Həmişəki kimi hər dəfə kredit ödənişlərini şəxsən Fərmailin özünə vermişdir ki, Fərmail ödəniş edib qəbzi versin. Fərmail hər dəfə ödənişi edərək qəbzi ona təqdim etmiş, buna görə də Fərmailə inanmış, sonuncu bu yolla özünə qarşı inam yaratmışdır. 2023-cü ilin iyul ayının 15-də 861,9 AZN pulu Təqsirləndirilən şəxs sonuncunun işlədiyi ofisdə şəxsən əlbəəl vermiş, Fərmail pulu şəxsən özü alaraq ödəniş edəcəyini bildirmiş və qəbzi 2 gündən sonra verəcəyini demişdir. 2 gün sonra, yəni 17 iyul 2023-cü il tarixdə Fərmailin yanına gedib qəbz istəmiş, sonuncu ödəniş sisteminin işləmədiyini bildirərək qəbzi 2 gün sonra verəcəyini demiş, Fərmailə inanmışdır. Bundan bir gün sonra ona "xxxx" ASC-nin baş ofisindən zəng edilmiş və ona ödəniş etmədiyi bildirilmişdir. Bundan sonra ASC-nin Astara rayon filialına gəlmiş, həmin vaxt Fərmailin ondan aldığı 861,9 manat pulu ödəniş etmədiyini, dələduzluq yolu ilə ələ keçirdiyini öyrənmişdir. Fərmail pulunu qısa zaman ərzində qaytaracağını desə də, vədinə əməl etməmişdir. Zərərçəkmiş şəxs2 cinayət işinin ibtidai istintaqı zamanı təqdim etdiyi ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı təşkil edən 861,9 manat pulu ona tamamilə ödədiyinə görə ondan heç bir şikayəti və tələbi də yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, məhkəməəmtəəşünaslıq ekspertizasının 02 noyabr 2023-cü il tarixli 19/951 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus qızıl əşyalarının 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ayrı-ayrılıqda təmiz çəkisi 4 qram olan 585 əyar qızıl üzük 340 manat, təmiz çəkisi 1,1 qram olan 585 əyar qızıl sırğa 93,50 manat, təmiz çəkisi 2,1 qram olan 585 əyar qızıl üzük 178,50 manat, təmiz çəkisi 1,7 qram olan 585 əyar qızıl qolbağ 144,50 manat, təmiz çəkisi 2,7 qram olan 585 əyar qızıl üzük 229,50 manat, təmiz çəkisi 3,6 qram olan 583 əyar qızıl üzük 306 manat, təmiz çəkisi 14 qram olan 583 əyar qızıl üzük 1190 manat, təmiz çəkisi 19,9 qram olan 750 əyar qızıl boyunbağı 1990 manat, təmiz çəkisi 1,8 qram olan 583 əyar qızıl kulon 153 manat, təmiz çəkisi 5,9 qram olan 583 əyar qızıl sırğa 501,50 manat, təmiz çəkisi 10,7 qram olan 583 əyar qızıl sırğa 909,50 manat, təmiz çəkisi 2.3 qram olan 583 əyar qızıl boyunbağı 195,50 manat, təmiz çəkisi 65,5 qram olan 583 əyar qızıl boyunbağı və kulon 5567,50 manat, təmiz çəkisi 72,9 qram olan 583 əyar qızıl boyunbağı 6196,50 manat, təmiz çəkisi 3 qram olan 583 əyar qızıl sırğa 255 manat, təmiz çəkisi 12,6 qram olan 583 əyar qızıl boyunbağı 1071 manatdır. Qeyd edilən qızıl-zinət əşyalarının ümumi dəyəri 19321,50 manat (on doqquz min üç yüz iyirmi bir manat) olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, kompleks məhkəməfiziki-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 noyabr 2023-cü il tarixli 6/5980- 9/8504 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd sarı-gümüşü rəngli metaldan üzərində 01 ədəd açıq-yaşıl rəngli və ağ şəffaf qaşları olan kolye 750 əyarlı qızıla uyğundur, 23,54 qram çəkidədir, rəngli qaş qiymətli qaşlara aid deyil, ağ şəffaf qaşları brilyantdır, 14 ədədinin hər birinin ölçüsü 0,050 karat, 4 ədədinin hər birinin ölçüsü 0,010 karat, 34 ədədinin hər birinin ölçüsü 0,006 karat, 3/3 keyfiyyətlidirlər, qiyməti 2665 manatdır. 01 ədəd sarı-gümüşü rəngli metaldan üzərində 01 ədəd yaşıl rəngli və ağ şəffaf qaşları olan sırğa cütü 750 əyarlı qızıla uyğundur, çəkisi 13,87 qramdır, rəngli qaş qiymətli qaşlara aid deyil, ağ şəffaf qaşları brilyantdır, 2 ədədinin hər birinin ölçüsü 0,035 karat, 48 ədədinin hər birinin ölçüsü 0,005 karat, 3/3 keyfiyyətlidirlər, qiyməti 1633 manatdır. Ümumilikdə tədqiq edilmiş Zərərçəkmiş şəxs3 məxsus brilyant əşyaların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti 4298 manatdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, "xxxx" ASC tərəfindən təqdim olunan Zərərçəkmiş şəxs3 məxsus bank hesablarının çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 hesablara pul vəsaitləri köçürülməsi təsdiqini tapmamış, ümumilikdə Zərərçəkmiş şəxs3 kart hesablarına Astara rayonu ərazisindən Təqsirləndirilən şəxs qeyd etdiyi məbləğdə pul köçürmələri olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, 05 sentyabr 2022-ci il tarixli GL/0xx/xx/326555 saylı kredit və girov müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs1 ilə "xxxx" ASC-nin Astara rayon filialı (Təqsirləndirilən şəxs) arasında bağlanmış müqavilə əsasında Zərərçəkmiş şəxs1 özünə məxsus 146,6 qram çəkidə qızıl-zinət əşyalarını girov qoyaraq, 8800 manat məbləğində kredit götürmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, 16 mart 2023-cü il tarixli MQxxxxxxx-12713 saylı kredit və girov müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs2 ilə "xxxx" ASC-nin Astara rayon filialı (Təqsirləndirilən şəxs) arasında bağlanmış müqavilə əsasında Zərərçəkmiş şəxs2 özünə məxsus 324,09 qram çəkidə qızıl-zinət əşyalarını girov qoyaraq, 11945 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, xx.xx.2022-ci il tarixli GL/0xx/xx/327809 saylı kredit və girov müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs3 ilə "xxxx" ASC-nin Astara rayon filialı (Təqsirləndirilən şəxs) arasında bağlanmış müqavilə əsasında Zərərçəkmiş şəxs3 özünə məxsus 54,8 qram çəkidə qızıl-zinət əşyalarını girov qoyaraq, 3905 manat məbləğində kredit götürmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, 29 dekabr 2022-ci il tarixli GL/0xx/xx/342147 saylı kredit və girov müqaviləsindən görünür ki, Şahid3 ilə "xxxx" ASCnin Astara rayon filialı (Təqsirləndirilən şəxs) arasında bağlanmış müqavilə əsasında 106,8 qram çəkidə qızıl-zinət əşyalarını girov qoyularaq, 6573 manat məbləğində kredit götürülmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, 26 aprel 2023-cü il tarixli MQ18CF573-23856 saylı kredit və girov müqaviləsindən görünür ki, Şahid4 ilə "xxxx" ASC-nin Astara rayon filialı (Təqsirləndirilən şəxs) arasında bağlanmış müqavilə əsasında 99,1 qram çəkidə qızıl-zinət əşyalarını girov qoyularaq, 5816 manat məbləğində kredit götürülmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, 07 avqust 2023-cü il tarixli MQxxxxxxx-43754 saylı kredit və girov müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs3 ilə "xxxx" ASC-nin Astara rayon filialı (Təqsirləndirilən şəxs) arasında yenilənmiş müqavilə əsasında Zərərçəkmiş şəxs3 adından 260,7 qram çəkidə qızıl-zinət əşyaları girov qoyularaq, 15471 manat məbləğində kredit götürülmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Təqsirləndirilən şəxs tərəfindən tərtib edilən, tarix qeyd olunmayan, Təqsirləndirilən şəxs imzası və "xxxx" ASC-nin Astara rayon filialının möhürü ilə təsdiq edilən arayışdan məlum olur ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə 7000 manat ödəməklə kredit öhdəliyini icra etdiyi qeyd edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 təqdim edilən əlyazmadan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 6200 manat məbləğində pul vəsaitini verməyi öhdəsinə götürmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, "xxxx" ASC-nin 28 sentyabr 2023-cü il tarixli arayışından məlum olur ki, Zərərçəkmiş şəxs1 05 sentyabr 2022-ci il tarixli GL/0xx/xx/326555 saylı kredit müqaviləsi üzrə borcu tamamilə ödənilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Zərərçəkmiş şəxs1 21 sentyabr 2023-cü il tarixdə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 7000 manat (yeddi min manat) məbləğində maddi ziyanın tam şəkildə ödənildiyini bildirmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Zərərçəkmiş şəxs2 06 noyabr 2023-cü il tarixdə ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 861,9 manat (səkkiz yüz altmış bir manat doxsan qəpik) məbləğində maddi ziyanın tam şəkildə ödənildiyini bildirmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Zərərçəkmiş şəxs3 16 noyabr 2023-cü il tarixdə ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyandan 5000 manatını (beş min manat) ödədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan kredit müqaviləsinə olan əlavələrdən məlum olur ki, götünür ki, maddi subut kimi tanınmış Zərərçəkmiş şəxs3 məxsus olan maddi sübutlar ümumi çəkisi 261,21 qram olan qızıl-zinət əşyaları hazırda "xxxx" ASC-də kredit öhdəliyinin icrasının təmini məqsədilə girovdadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 28 sentyabr 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan “şühbəli şəxsin tutulması haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdə saat 12:15-də şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 nəfəri azyaşlı olmaqla 3 nəfər uşaq vardır, o, ailəsi ilə birlikdə Astara rayonu, Şüvi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcıüsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “19” may 2023-cü il tarixli 11 nömrəli qərarında qeyd edilir ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar kimi onun əməlini qismən etraf edib,əməllərindən peşman olması, himayəsində 2 nəfəri azyaşlı olmaqla 3 nəfər uşaq olmasını, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 vurduğu ziyanı tamamamilə, Zərərçəkmiş şəxs3 vurduğu ziyanı qismən ödəməsini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bütün bunlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu cəmi 31418,40 manat ziyanın 17619,50 manat hissəsini ödəməkdən boyun qaçırtmasına və Zərərçəkmiş şəxs3 onunla barışmamasına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə və 313-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, ona təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən hesablanmaqla, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. O, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmcinin hesab edir ki, Təqsirləndirilən şəxs həmin cinayət əməllərini lombard təşkilatı "xxxx" ASC-nin Astara rayon filialı üzrə meneceri (filial müdiri) vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə törətməsinə görə onamüəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarınıümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət işinin materiallarında olan “şühbəli şəxsin tutulması haqqında protokol”dan məlum olur ki, Təqsirləndirilən şəxs bu cinayət işi üzrə 19 sentyabr 2023-cü il tarixdən 21 sentyabr 2023-cü il tarixə kimi 02 gün müddətə şühbəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Ona görə də məhkəmə hesab edir ki, ona təyin edilmiş cəzadan 02 gün müddət çıxılmalıdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı, yəni 18619 (on səkkiz min altı yüz on doqquz) manat, 50 (əlli) qəpik məbləğində, mülki iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə maddi subut kimi tanınmış, Zərərçəkmiş şəxs3 məxsus olan ümumi çəkisi 261,21 qram olan qızıl-zinət əşyalarının hazırda "xxxx" ASC-də kredit öhdəliyinin icrasının təmini məqsədilə girovda saxlanılması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü və 313-cü maddələrinin nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 01 (bir) il, 06 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmala 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının dörd günü bir gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Onun bu cinayət işi üzrə 02 (iki) gün müddətə şühbəli şəxs kimi həbsdə saxlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınaraq, üzərində 02 (iki) il 06 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 01 fevral 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı, yəni 18619 (on səkkiz min altı yüz on doqquz) manat 50 (əlli) qəpik məbləğində mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Cinayət işi üzrə maddi subut kimi tanınmış, Zərərçəkmiş şəxs3 məxsus olan ümumi çəkisi 261,21 qram olan qızıl-zinət əşyalarının hazırda "xxxx" ASC-də kredit öhdəliyinin icrasının təmini məqsədilə girovda saxlanılması nəzərə alınsın. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(018)-9/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-9/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver