Məhkəmə qərarları › İş №1(018)-9/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-9/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-9/2025 04.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxx 1991-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru vəzifəsində işləyən, Bakı şəhəri, Yasamal rayonu, Bəsdi Bağırova küçəsi, ev 9, mənzil 60-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi qeyrisinin təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində qeyrisinin təhriki ilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs sədrinin 01 iyun 2023-cü il tarixli 1000/358Ş nömrəli əmri ilə X12 İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru vəzifəsində işləyərkən “Zərərçəkmiş şəxs Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi Haqqında” Əsasnaməyə əsasən gömrük nəzarətini və rəsmiləşdirilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada aparmaq, gömrük sərhədindən keçirilən mallar, o cümlədən sərnişinlər tərəfindən keçirilən müşayiət olunan və olunmayan baqaj üzərində gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək, gömrük prosedurlarına uyğun olaraq gömrük ödənişlərini tam həcmdə vaxtında almaq, bəyan olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında göstərilən koduna uyğunluğuna və malın təsvirinin tam və düzgün göstərilməsinə nəzarəti həyata keçirmək, malların gömrük dəyərinin düzgün müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq tədbirləri həyata keçirmək, gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlanılmasını həyata keçirmək, gömrük hüquq pozuntularının müəyyən edilməsi, qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmək, gömrük hüquqpozmaları üzrə protokollar tərtib etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri üzrə təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özü üçün saxta nüfuz qazanmaq, özünə müraciət edən şəxsin isə daha az rüsum ödəməsinə nail olmaq üçün kommersiya məqsədi ilə ölkəyə idxal olunan mobil telefon cihazlarına dair ümumi əsaslarla gömrük bəyannamələri verilib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən dəyərinin 15 faizi miqdarında idxal rüsumu və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 173 və Gömrük Məcəlləsinin 228-ci maddəsinə əsasən 18 faiz əlavə dəyər vergisinə cəlb edilməli olduğu halda həmin tələblərə zidd olaraq ölkəyə istintaqa məlum olmayan tarixlərdə və şəraitdə keçirilmiş mobil telefon cihazlarının fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi nəzərə alınıb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 155-ci maddəsinin tələblərində göstərilən güzəştli şərtlərlə keçirilə bilən mallar kimi sadələşdirilmiş qaydada Gömrük Komitəsinin “X5 Sistemi”ndə (VAİS) bəyan etməklə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Mobil cihazların qeydiyyat sistemi”ndə qeydiyyata alınması imkanını təmin edərək ölkə ərazisində istifadəsini mümkün etmək üçün öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, yəni cinayətdən xəbərsiz istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxslərdən alınmış mobil telefon cihazlarının marka, model və İMEİ kodlarının 06 iyul 2023-cü il tarixdən 30 iyul 2023-cü il tarixədək olan müddətdə ona göndərilməsinə əsasən qeyd edilən ərəfədə ünvan 2 ünvanında yerləşən Astara Gömrük İdarəsinin dövlət sərhəddindən buraxılış məntəqəsində növbəli iş rejimində xidmətdə olarkən Gömrük orqanları tərəfindən dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatının aparılmasında istifadə olunan “X5 Sistemi” (VAİS) adlanan informasiya resursunda özünün xidməti kompüterində olan hesabından istifadə etməklə eyni ərəfələrdə sərhədi keçən cinayətdən xəbərsiz ayrı-ayrı yük avtomobili sürücüləri tərəfindən bəyan edilmədiyi və faktiki olaraq həmin vaxt sərhəddən keçirilmədiyi halda o cümlədən, Rusiya Federasiyasının vətəndaşı Gadzhi Kazavatovun adına dəyəri 600 ABŞ dolları göstərilmiş “İphone 12” markalı, **********13387 / **********91714 İMEİ kodlu mobil telefon cihazına dair 06 iyul 2023-cü il tarixli **********553 nömrəli bəyannaməni daxil edib 336,60 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Sultan Labazanovun adına dəyəri 780 ABŞ dolları göstərilmiş işlənmiş “İphone 14 (128 gb)” markalı, **********61074 / **********03908 İMEİ kodlu mobil telefon cihazına dair 06 iyul 2023-cü il tarixli **********556 nömrəli bəyannaməni daxil edib 437,58 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Gadzhımurad Nustapaevun adına dəyəri 670 ABŞ dolları göstərilmiş “İphone 13 (128 gb)” markalı, **********67961 / **********45851 İMEİ kodlu mobil telefon cihazına dair 06 iyul 2023-cü il tarixli **********316 nömrəli bəyannaməni daxil edib 375,87 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Gasanbek Gadzhibatyrovun adına dəyəri 1.105 ABŞ dolları göstərilmiş cinayətdən xəbərsiz Şahid5 adına olan Kapital Bank ASC-yə məxsus 5239-15**-****-8348 nömrəli ödəniş kartı vasitəsilə 210,11 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro max (128 gb)” markalı, **********86644 / **********43270 İMEİ kodlu mobil telefon cihazına dair 15 iyul 2023-cü il tarixli **********383 nömrəli bəyannaməni daxil edib 409,80 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Ramıs Mırzakhanovun adına dəyəri 1.105 ABŞ dolları göstərilmiş cinayətdən xəbərsiz Şahid5 adına olan Kapital Bank ASC-yə məxsus 5239- 15**-****-8348 nömrəli ödəniş kartı vasitəsilə 210,11 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro max (128 gb)” markalı, **********09404 / **********82821 İMEİ kodlu mobil telefon cihazına dair 15 iyul 2023-cü il tarixli **********647 nömrəli bəyannaməni daxil edib 409,80 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Shamıl İbragımovun adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş cinayətdən xəbərsiz Şahid5 adına olan Kapital Bank ASC-yə məxsus 5239- 15**-****-8348 nömrəli ödəniş kartı vasitəsilə 146,38 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro (128 gb)” markalı, **********85304 / **********64053 İMEİ kodlu mobil telefon cihazına dair 16 iyul 2023-cü il tarixli **********014 nömrəli bəyannaməni daxil edib 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Magomedgadzhı Garumovun adına dəyəri 1.105 ABŞ dolları göstərilmiş cinayətdən xəbərsiz Şahid5 adına olan Kapital Bank ASC-yə məxsus 5239-15**-****-8348 nömrəli ödəniş kartı vasitəsilə 210,11 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro Max (128 gb)” markalı, **********33276 / **********36820 İMEİ kodlu mobil telefon cihazına dair 16 iyul 2023-cü il tarixli **********029 nömrəli bəyannaməni daxil edib 409,80 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Magomedalı Guseenovun adına dəyəri 1.058 ABŞ dolları göstərilmiş cinayətdən xəbərsiz Şahid5 adına olan Kapital Bank ASC-yə məxsus 5239-15**-****-8348 nömrəli ödəniş kartı vasitəsilə 210,11 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro Max (128 gb)” markalı, **********53292 / **********75067 İMEİ kodlu mobil telefon cihazına dair 18 iyul 2023-cü il tarixli **********523 nömrəli bəyannaməni daxil edib 411,96 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Magomedsaıgıd Mutaevin adına dəyəri 316 ABŞ dolları göstərilmiş “Galaxy A53, 8RAM (128 gb)” markalı, **********01185 / **********01182 İMEİ kodlu mobil telefon cihazına dair 18 iyul 2023-cü il tarixli **********796 nömrəli bəyannaməni daxil edib 177,276 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Magomedgadzhı Mustafaevin adına dəyəri 953 ABŞ dolları göstərilmiş cinayətdən xəbərsiz Şahid5 adına olan Kapital Bank ASC-yə məxsus 5239-15**-****-8348 nömrəli ödəniş kartı vasitəsilə 117,86 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro (128 gb)” markalı, **********66673 / **********06424 İMEİ kodlu mobil telefon cihazına dair 19 iyul 2023-cü il tarixli **********319 nömrəli bəyannaməni daxil edib 416,773 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Zakarıa Shıkhshaıdovun adına dəyəri 1.058 ABŞ dolları göstərilmiş cinayətdən xəbərsiz Şahid4 adına olan Kapital Bank ASC-yə məxsus 5239-15**-****-6699 nömrəli ödəniş kartı vasitəsilə 181,58 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro Max (128 gb)” markalı, **********35630 / **********15517 İMEİ kodlu mobil telefon cihazına dair 21 iyul 2023-cü il tarixli **********644 nömrəli bəyannaməni daxil edib 411,96 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Gadzhımurat Abusaıdovun adına dəyəri 953 ABŞ dolları göstərilmiş cinayətdən xəbərsiz Şahid4 adına olan Kapital Bank ASC-yə məxsus 5239-15**-****-6699 nömrəli ödəniş kartı vasitəsilə 117,86 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro (128 gb)” markalı, **********80517 / **********94987 İMEİ kodlu mobil telefon cihazına dair 22 iyul 2023-cü il tarixli **********740 nömrəli bəyannaməni daxil edib 416,773 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Shakhrudın Kasukhroevin adına dəyəri 1.058 ABŞ dolları göstərilmiş cinayətdən xəbərsiz Şahid4 adına olan Kapital Bank ASC-yə məxsus 5239-15**-****-6699 nömrəli ödəniş kartı vasitəsilə 181,58 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro Max (128 gb)” markalı, **********78944 / **********70360 İMEİ kodlu mobil telefon cihazına dair 25 iyul 2023-cü il tarixli **********174 nömrəli bəyannaməni daxil edib 411,96 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Alımpasha Babatovun adına dəyəri 953 ABŞ dolları göstərilmiş cinayətdən xəbərsiz X7 adına olan Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsus 4127-20**-****-2007 nömrəli ödəniş kartı vasitəsilə 117,86 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro (128 gb)” markalı, **********19505 / **********78449 İMEİ kodlu mobil telefon cihazına dair 27 iyul 2023-cü il tarixli **********467 nömrəli bəyannaməni daxil edib 416,773 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Magomed Khalımbekovun adına dəyəri 1.058 ABŞ dolları göstərilmiş cinayətdən xəbərsiz Şahid4 adına olan Kapital Bank ASC-yə məxsus 5239-15**-****-6699 nömrəli ödəniş kartı vasitəsilə 181,58 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro Max (128 gb)” markalı, **********25530 / **********47650 İMEİ kodlu mobil telefon cihazına dair 30 iyul 2023-cü il tarixli **********466 nömrəli bəyannaməni daxil edib 411,96 manat, eyni niyyətlə, İran İslam Respublikasının vətəndaşı Hasan Deıhamın adına dəyəri 1.058 ABŞ dolları göstərilmiş cinayətdən xəbərsiz Şahid4 adına olan Kapital Bank ASC-yə məxsus 5239- 15**-****-6699 nömrəli ödəniş kartı vasitəsilə 181,58 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro Max (128 gb)” markalı, **********75428 / **********22800 İMEİ kodlu mobil telefon cihazına dair 30 iyul 2023-cü il tarixli **********075 nömrəli bəyannaməni daxil edib 411,96 manat, ümumilikdə göstərilən qaydada 16 (on altı) ədəd mobil telefon cihazları haqqında bilə-bilə yalan məlumatları informasiya resursu hesab edilən “X5 Sistemi”nə (VAİS) elektron formada daxil edib təsdiq etməklə bəyan edilməsinə və 2.038,19 manat məbləğdə pul vəsaitinin aidiyyatı üzrə büdcəyə ödənilərək 6.281,46 manat məbləğdə pul vəsaitinin aidiyyatı üzrə büdcəyə ödəməkdən yayınmasına nail olaraq vahid niyyətlə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə gömrük prosedurlarına uyğun olaraq gömrük ödənişlərinin tam həcmdə vaxtında ödənilməsi, malların gömrük dəyərinin düzgün müəyyən olunması, gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması sahəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, eyni vəzifədə işləyərkən təkrarən özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özü üçün saxta nüfuz qazanmaq, özünə müraciət edən şəxsin isə daha az rüsum ödəməsinə nail olmaq üçün kommersiya məqsədi ilə ölkəyə idxal olunan mobil telefon cihazlarına dair ümumi əsaslarla gömrük bəyannamələri verilib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən dəyərinin 15 faizi miqdarında idxal rüsumu və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 173 və Gömrük Məcəlləsinin 228-ci maddəsinə əsasən 18 faiz əlavə dəyər vergisinə cəlb edilməli olduğu halda həmin tələblərə zidd olaraq ölkəyə istintaqa məlum olmayan tarixlərdə və şəraitdə keçirilmiş mobil telefon cihazlarının fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi nəzərə alınıb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 155-ci maddəsinin tələblərində göstərilən güzəştli şərtlərlə keçirilə bilən mallar kimi sadələşdirilmiş qaydada Gömrük Komitəsinin “X5 Sistemi”ndə (VAİS) bəyan etməklə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Mobil cihazların qeydiyyat sistemi”ndə qeydiyyata alınması imkanını təmin edərək ölkə ərazisində istifadəsini mümkün edilməsinə dair köməklik göstərilməsi ilə bağlı X12 İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru vəzifəsində işləyən Şahid1 09 iyul 2023-cü il tarixdən 31 iyul 2023-cü il tarixədək olan müddətdə özünə etdiyi müraciətlə əlaqədar onunla razılaşmaqla sövdələşib, təhriki ilə təkrarən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, yəni sonuncu tərəfindən mobil telefon cihazlarının marka, model və İMEİ kodlarının eyni ərəfələrdə ona göndərilməsinə əsasən 09 iyul 2023-cü il tarixdən 31 iyul 2023-cü il tarixədək ünvan 2 ünvanında yerləşən Astara Gömrük İdarəsinin dövlət sərhəddindən buraxılış məntəqəsində növbəli iş rejimində xidmətdə olarkən Gömrük orqanları tərəfindən dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatının aparılmasında istifadə olunan “X5 Sistemi” (VAİS) adlanan informasiya resursunda özünün xidməti kompüterində olan hesabından istifadə etməklə eyni ərəfələrdə sərhədi keçən cinayətdən xəbərsiz ayrı-ayrı yük avtomobili sürücüləri tərəfindən bəyan edilmədiyi və faktiki olaraq həmin vaxt sərhəddən keçirilmədiyi halda o cümlədən, Rusiya Federasiyasının vətəndaşı Zagir Magamedovun adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid2 adına olan "xxxx" ASC-yə məxsus 4169-73**-****-4220 nömrəli ödəniş kartı vasitəsilə 146,38 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro (128 gb)” markalı, **********49997 / **********95143 İMEİ kodlu mobil telefon cihazına dair 09 iyul 2023-cü il tarixli **********930 nömrəli bəyannaməni daxil edib 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Maqomedrashid Quseynovun adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid2 adına olan "xxxx" ASC-yə məxsus 4169-73**-****-4220 nömrəli ödəniş kartı vasitəsilə 146,38 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro (128 gb)” markalı, **********95010 / **********22921 İMEİ kodlu mobil telefon cihazına dair 09 iyul 2023-cü il tarixli **********053 nömrəli bəyannaməni daxil edib 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X1 adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid2 adına olan "xxxx" ASC-yə məxsus 4169-73**-****-4220 nömrəli ödəniş kartı vasitəsilə 146,38 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro (128 gb)” markalı, **********11233 / **********55915 İMEİ kodlu mobil telefon cihazına dair 09 iyul 2023-cü il tarixli **********102 nömrəli bəyannaməni daxil edib 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X2 adına dəyəri 1.105 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid2 adına olan "xxxx" ASC-yə məxsus 4169-73**-****-4220 nömrəli ödəniş kartı vasitəsilə 210,11 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro (128 gb)” markalı, **********53848 / **********71846 İMEİ kodlu mobil telefon cihazına dair 09 iyul 2023-cü il tarixli **********398 nömrəli bəyannaməni daxil edib 409,80 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Mugarram İnivovun adına dəyəri 1.105 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid2 adına olan "xxxx" ASC-yə məxsus 4169- 73**-****-4220 nömrəli ödəniş kartı vasitəsilə 210,11 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro max (128 gb)” markalı, **********87155 / **********42244 İMEİ kodlu mobil telefon cihazına dair 09 iyul 2023-cü il tarixli **********537 nömrəli bəyannaməni daxil edib 409,80 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı X3 adına dəyəri 1.105 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid2 adına olan "xxxx" ASC-yə məxsus 4169-73**-****-4220 nömrəli ödəniş kartı vasitəsilə 210,11 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro max (128 gb)” markalı, **********80580 / **********48258 İMEİ kodlu mobil telefon cihazına dair 12 iyul 2023-cü il tarixli **********710 nömrəli bəyannaməni daxil edib 409,80 manat, eyni niyyətlə, Azərbaycan Respublikasının vətəndaşı X9 adına dəyəri 1.105 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid2 adına olan "xxxx" ASC-yə məxsus 4169-73**-****-4220 nömrəli ödəniş kartı vasitəsilə 210,11 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro max (128 gb)” markalı, **********32330 / **********97655 İMEİ kodlu mobil telefon cihazına dair 12 iyul 2023-cü il tarixli **********871 nömrəli bəyannaməni daxil edib 409,80 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Magomedsalam Khizrievin adına dəyəri 1.000 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid2 adına olan "xxxx" ASC-yə məxsus 4169-73**-****-4220 nömrəli ödəniş kartı vasitəsilə 146,38 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 Pro (128 gb)” markalı, **********47019 / **********65038 İMEİ kodlu mobil telefon cihazına dair 12 iyul 2023-cü il tarixli **********889 nömrəli bəyannaməni daxil edib 414,62 manat, eyni niyyətlə, Rusiya Federasiyasının vətəndaşı Magomedmurad Magomedovun adına dəyəri 1.058 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid2 adına olan "xxxx" ASC-yə məxsus 4169-73**-****-4220 nömrəli ödəniş kartı vasitəsilə 181,58 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro (256 gb)” markalı, **********16038 / **********75170 İMEİ kodlu mobil telefon cihazına dair 19 iyul 2023-cü il tarixli **********154 nömrəli bəyannaməni daxil edib 411,96 manat, eyni niyyətlə, İran İslam Respublikasının vətəndaşı Mohsen İlkhaninin adına dəyəri 1.058 ABŞ dolları göstərilmiş və cinayətdən xəbərsiz Şahid2 adına olan "xxxx" ASC-yə məxsus 4169- 73**-****-5165 nömrəli ödəniş kartı vasitəsilə 181,58 manat dəyərində gömrük rüsumu ödənilmiş “İphone 14 pro max (128 gb)” markalı, **********12554 / **********04548 İMEİ kodlu mobil telefon cihazına dair 31 iyul 2023-cü il tarixli **********389 nömrəli bəyannaməni daxil edib 411,96 manat, ümumilikdə göstərilən qaydada 10 (on) ədəd mobil telefon cihazları haqqında bilə-bilə yalan məlumatları informasiya resursu hesab edilən “X5 Sistemi”nə (VAİS) elektron formada daxil edib təsdiq etməklə bəyan edilməsinə və Şahid1 tərəfindən 1.789,12 manat məbləğdə pul vəsaitinin aidiyyatı üzrə büdcəyə ödəməsinə, 4.121,60 manat məbləğdə pul vəsaitinin aidiyyatı üzrə büdcəyə ödəməkdən yayınmasına nail olaraq Şahid1 təhriki ilə təkrarən vahid niyyətlə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Şahid1 təhriki ilə gömrük prosedurlarına uyğun olaraq gömrük ödənişlərinin tam həcmdə vaxtında ödənilməsi, malların gömrük dəyərinin düzgün müəyyən olunması, gömrük prosedurları və əməliyyatları üzrə şəffaflığın və obyektivliyin təmin edilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması sahəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə verilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından indiyədək Zərərçəkmiş şəxs Astara Gömrük İdarəsinin 1-ci bölməsinin inspektoru vəzifəsinə işləyir. Xidməti vəzifələrinə gömrük nəzarətini və rəsmiləşdirilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada aparmaq,gömrük sərhədindən keçirilən mallar, o cümlədən sərnişinlər tərəfindən keçirilən müşayiət olunan və olunmayan baqaj üzərində gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək,gömrük prosedurlarına uyğun olaraq gömrük ödənişlərini tam həcmdə vaxtında almaq, bəyan olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında göstərilən koduna uyğunluğuna və malın təsvirinin tam və düzgün göstərilməsinə nəzarəti həyata keçirmək, malların gömrük dəyərinin düzgün müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq tədbirləri həyata keçirmək, gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlanılmasını həyata keçirmək, gömrük hüquq pozuntularının müəyyən edilməsi, qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmək, gömrük hüquqpozmaları üzrə protokollar tərtib etmək və sair daxildir. Xidməti yeri Astara şəhərində yerləşən Astara Gömrük İdarəsidir. X10 Məntəqəsi də İdarə ilə eyni yerdə yerləşdir. İş zamanı bütün gömrük əməkdaşları kimi onun da “VAİS” kartı vardır və həmin kart “X5 Sistemi”nin kartıdır. Həmin kart vasitəsilə müvafiq əməliyyatları təsdiq edirlər. Həmin kartların fərdi parolları vardır və həmin parollar vasitəsilə sistemə giriş edilərək əməliyyatlar aparılır. Sərhədi keçən şəxslər tərəfindən hər hansı mal bəyan edildikdə və ya bəyan edilməsinə dair müraciəti daxil olduqda o, həmin bəyannamələri özünə məxsus VAİS kartı vasitəsilə təsdiq edir.İş yoldaşı Şahid1 2023-cü ilin iyul ayında dəqiq xatırlamadığı tarixlərdə bir neçə dəfə ondan xahiş edərək Astara Gömrük İdarəsində işdə öz növbəsində olarkən tanışlarının sərhəddən keçmələri zamanı üzərlərində olacaq bir neçə mobil telefon cihazlarına dair bəyannamələri təsdiq etməyini bildirmişdir. O,Şahid1 xahişinə əsasən Astara Gömrük İdarəsində xidməti növbəsində olarkən ayrı-ayrı əcnəbi şəxslərin adlarına olan mobil telefon cihazlarına dair müvafiq bəyannamələri özünə məxsus “VAİS” hesabı vasitəsilə təsdiq etmişdir. Həmin mobil telefon cihazlarının həqiqətən sərhəddən keçirildiyini düşünmüş və Şahid1 xahişinə əsasən həmin sürücülərdən mobil telefon cihazları barədə heç nə soruşmamış, onlardan mobil telefon cihazlarını həqiqətən özləri ilə keçirib-keçirməmələrini fiziki olaraq yoxlamamışdır. Şahid1 bunu hansı məqsədlə istəməsini bilməmiş, sonuncunun tanışlarının olduğunu düşünmüşdür. O, bunu hər hansı maddi və sair nemət qarşılığında etməmişdir. Xidməti zamanı Şahid1 tərəfindən dəqiq nə qədər mobil telefon cihazı barədə xahiş edilməsini xatırlamır. Ümumilikdə o, 2023-cü ilin yay ayları ərzində cəmi 26 mobil telefon cihazı barədə sadələşdirilmiş növdə gömrük bəyannaməsi təsdiq etmiş, həmin bəyannamələr üzrə ödənilmiş dövlət rüsumlarının isə kim tərəfindən ödənilməsini bilmir. O, Şahid1 xahişi əsasında təsdiq etmiş olduğu bəyannamələr üzrə gömrük rüsumlarının Şahid1 tanışlarına məxsus ödəniş kartları iləsonuncunun özü tərəfindən ödənilməsindən məlumatlı olmadığını bildirmişdir. Həmçinintərəfindən təsdiq edilmiş digər bəyannamələrdən 06-nın Şahid5 adına olan Kapital Bank ASC-yə məxsus 523915******8348 nömrəli, 05-nin isə Şahid4 adına olan Kapital Bank ASC-yə məxsus523915******6699 nömrəli ödəniş kartları ilə ödənilməsi barədə bildirmişdir ki, həmin şəxsləri tanımır və həmin bəyannamələri təsdiq edən zaman hansısa qanunsuzluğa yol verməmişdir. O, yalnız həmin bəyannamələri doğru olduğunu bilib özünə məxsus “VAİS” kartı ilə təsdiq etmişdir. Tərəfindən təsdiq edilmiş 16 ədəd bəyannamə üzrə isə qeyd etmişdir ki, həmin bəyannamələr qanuni olmuş, hər hansı saxtakarlığa yol verilməmiş, mobil telefon cihazları faktiki olaraq adlarına bəyan olunmuş şəxslər tərəfindən keçirilmişdir. Şahid1 xahişi əsasında təsdiq etdiyi bəyannamələri “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 18 yanvar 2013-cü il tarixli Qərarının 7-ci bəndinin tələblərini əsas götürüb təsdiq etdiyini bildirmişdir. Bunda başqa özünün təsdiq etmiş olduğu 16 ədəd bəyannamələr üzrə heç bir qanunsuz hərəkətlərə yol verdmədiyini bildirmişdir. İttiham üzrə vurulmuş 10.403,06 manat ziyanı ödədiyini, lakin həmin ziyanın ödənilməsini özünün təqsirli bilinməsi kimi qiymətləndirilməməsini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə təqdim etdiyi arayışdan görünür ki, iş üzrə Dövlət Gömrük Komitəsinə dəymiş ziyan tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, hazırda ondan şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin sentyabr ayından Zərərçəkmiş şəxs Astara Gömrük İdarəsinin 1-ci bölməsinin inspektoru vəzifəsində işləyir. Xidməti vəzifələrinə ölkənin idxal giriş xəttinə gələn nəqliyyat vasitələrinin yoxlanılması və bu zaman aşkar olunmuş malların həcmi və növü ilə bağlı mövcud qanunvericiliyin tələblərinə riayət edilib-edilməməsinin yoxlanılması, bəzi mallara dair gömrük bəyannamələrinin təsdiq edilməsi və sair daxildir. Xidməti fəaliyyəti növbəlidir. Xidməti yeri isə Astara şəhərində yerləşən Astara Gömrük İdarəsidir. X10 Məntəqəsi də İdarə ilə eyni yerdə yerləşir. İş zamanı idarənin digər inspektorları kimi onun özünün də “VAİS” kartı vardır və həmin kart “X5 Sistemi”nin kartıdır. Həmin kartlar vasitəsilə sistemə daxil olaraq müvafiq əməliyyatları təsdiq edirlər. Həmin kartlara dair hər bir əməkdaşın fərdi parolları vardır və həmin parollar vasitəsilə sistemə giriş edilərək əməliyyatlar aparılır. Sərhədi keçən şəxslər tərəfindən hər hansı mal bəyan edildikdə və ya bəyan edilməsinə dair müraciəti daxil olduqda o, həmin bəyannamələri özünə məxsus “VAİS” kartı vasitəsilə həmin sistemdən təsdiq edir. Qeyd etdiyi sistem vasitəsilə təsdiq edilmiş bəyannamələr qanuni hesab edilir və rəsmi sənəd kimi tanınır. Xidmət zamanı sərhədi keçən zaman hər hansı malı təqdim edən şəxsdən həmin malı kommersiya və ya qeyrikommersiya məqsədilə keçirib-keçirməməsi aydınlaşdırılır. Bu çox hallarda həmin şəxslə aparılan sorğu-sualla müəyyənləşdirilir. Mobil telefon cihazlarına dair də bu qayda tətbiq edilir. Əgər şəxsin keçirdiyi malın kommersiya məqsədi daşımasına dair şübhələr olduqda bu barədə məruzə olunur. Lakin şəxs onu özünün şəxsi istifadəsi üçün keçirməsini bildirdikdə və hansısa şübhələr olmadıqda bu zaman sadələşdirilmiş qaydada bəyannamə tərtib etdirilir və daha sonra təsdiq olunur. Mobil telefon cihazları şəxsi istifadə, yəni qeyri-kommersiya məqsədilə keçirildiyi zaman mövcud qaydalara əsasən dəyəri 800 ABŞ dollarınadək olduqda hər hansı rüsum tətbiq edilmir, lakin 800 ABŞ dollarından yuxarıda olduqda həmin qiymətin artıq hissəsinin təxminən 33-35 faizi miqdarında rüsum hesablanır.Bu zaman güzəştli şərtlər üçün nəzərdə tutulmuş sadələşdirilmiş gömrük bəyannaməsi tərtib edilərək təsdiq olunur. Həmin rüsumu “VAİS” sistemi avtomatik olaraq özü hesablayır, yəni inspektor tərəfindən hansısa hesablamanın aparılmasına ehtiyac olmur. Buna əsasən də iş növbəsində olan zaman sərhədi keçən şəxslərin bəyan etdiyi mobil telefon cihazları göstərilən qaydada rəsmiləşdirilir. Hesablanmış rüsumlar bəyannamə vermiş şəxslər tərəfindən istənilən poçt məntəqələrində, həm də internet üzərindən ödəniş kartları vasitəsilə müvafiq portallarda ödənilə bilər. Onunbilməsinə görə rüsum “MilliÖn” və bu kimi digər ödəmə terminallarında ödənilə bilmir. Bundan başqa Astara Gömrük İdarəsinin X6 24 saat fasiləsiz fəaliyyət göstərən poçt məntəqəsi də vardır. Həmin mobil telefon cihazlarına dair bəyannamələr üzrə hesablanmış dövlət rüsumları ödənilmədikdə isə mobil telefon cihazları bir ay sonra ölkə ərazisində bağlanır və işləmir.Ümumiyyətlə mobil telefon cihazları ölkəyə gömrük nəzarətindən kənar keçirildikdə də cəmi bir ay ərzində ölkədə istifadəsi mümkün olur, daha sonra bağlanır. Buna səbəbhəmin mobil telefon cihazına dair gömrük bəyannaməsinin olmaması və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin elektron sistemi həmin mobil telefon cihazını qeydiyyatdan keçirməyə icazə verməməsidir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli əlavəsinin 9-cu bəndinə əsasən fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı kağız üzərində və ya elektron formada gömrük orqanlarında bəyan edilməli olduğundan 2023-cü ilin əvvəlində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi internet üzərindən vətəndaşların nəzərinə çatdırmışdır ki, cari ilin fevral ayının 15-dən etibarən fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaqdır. Bu məlumat bildirildikdən sonra mobil telefon alqı-satqısı ilə məşğul olan sahibkarlar müxtəlif yollarla ölkəyə keçirilmiş və gömrük bəyannaməsi tərtib edilməyən, yəni bəyan edilməyən mobil telefon cihazlarını sata bilmədiklərindən, maddi ziyana düşməmələri üçün onları saxta yolla bəyan etdirməyin yollarını axtarmağa çalışmışlar. Həmin mobil telefon cihazları bir şəxsə məxsus olduğundan və həmin şəxsin sonradan mobil telefon cihazlarını bəyan etdirməsi halında ondan daha çox rüsum alındığından bu sahibkarlara sərf etməmişdir. Belə ki, hər bir şəxs gömrük sərhədindən keçən zaman özü ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 155-ci maddəsinin tələblərinə əsasən hər təqvim ayı ərzində bir dəfə, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar keçirə bilər. Belə ki, şəxs özü ilə 800 ABŞ dollarının ekvivalenti məbləğində şəxsi istifadə üçün ayda bir dəfə mobil telefon cihazı keçirdikdə bu zaman ondan hər hansı rüsum tutulmur, 800 ABŞ dollarından artıq olduqda isə həmin məbləğin artıq hissəsinin təxminən 33 faiz miqdarında rüsum tutulur. Lakin həmin şəxsə mobil telefon cihazını şəxsi məqsədlə deyil, satmaq məqsədilə gətirdikdə bu zaman isə 800 ABŞ dollarının ekvivalenti məbləğində olsa bilə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən dəyərinin 15 faizi miqdarında idxal rüsumu və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 173 və Gömrük Məcəlləsinin 228-ci maddəsinə əsasən 18 faiz əlavə dəyər vergisinə cəlb edilməlidir. Buna əsasən hər hansı şəxs tərəfindən ölkəyə kommersiya məqsədilə mobil telefon cihazı gətirildikdə güzəştli şərtlərlə sadələşdirilmiş bəyannamə deyil, ümumi əsaslarla gömrük bəyannamələri sənədləşdirilməlidir. Onun tərəfindən 2023-cü ilin iyul və avqust ayları ərzində mobil telefon cihazlarına dair 17 ədəd sadələşdirilmiş gömrük bəyannamələri tərtib edilmişdir. Həmin bəyannamələrdən 15-i əcnəbi vətəndaşların adlarına, 2-i isə Azərbaycan Respublikası vətəndaşlarının adlarına tərtib edilib təsdiq edilmişdir. Azərbaycan Respublikası vətəndaşlarının adlarına tərtib edilmiş 2 bəyannamə onların özləri tərəfindən bəyan edilmiş və fiziki olaraq üzərlərində sərhəddən keçirtdikləri mobil telefon cihazları olmuşdur. Əcnəbi vətəndaşların adlarına yazılmış mobil telefon cihazlarında isə 14-ü onlar tərəfindən faktiki olaraq ölkəyə keçirilməmiş və bəyan edilməmiş mobil telefon cihazları olmuşdur. Əcnəbi vətəndaşlardan birinin adına bəyan edilmiş mobil telefon cihazı haqqında isə dəqiq məlumatı yoxdur, xatırlamır. Tərəfindən təsdiq edilmiş həmin 14 gömrük bəyannamələri üzrə bildirmişdir ki, həmin bəyannamədə göstərilmiş mobil telefon cihazları tanışı Şahid3 tərəfindən Azərbaycan Respublikasının ərazisində əldə edilmiş mobil telefon cihazları olmuşdur. Belə ki, Şahid3 mobil telefon cihazlarının alqı-satqısı ilə məşğuldur. Hazırda hər hansı rəsmi ünvanda iş yeri yoxdur, səyyar olaraq işləyir. 2023-cü ilin yay aylarında Şahid3la həmişəki kimi tanışı kimi görüşüb söhbətləşən zaman ondan bəyan edilməmiş mobil telefonların ölkədə sayının çox olubolmaması ilə maraqlanmışdır. X11 və Nəqliyyat Nazirliyi tərəfindən qeydiyyat qaydaları sərtləşdirildikdən sonra bəyan edilməmiş formada olan mobil telefonların “28 May” metrosunun ərazisində yerləşən mobil telefon mağazalarının qarşısında səyyar olaraq dəyərindən ucuz satıldığını demiş, o, sonuncuya həmin telefonları ucuz qiymətə ala bilərsə onu qanuni qaydada bəyan etdirə biləcəyini, daha sonra qeydiyyatdan keçirib sata biləcəyini demişdir. Bu zaman ona əldə edəcəyi gəliri yarıbayarı bölməyi təklif etmişdir. Sonuncu onunla razılaşmışdır. Əslində onun məqsədi mobil telefon cihazlarını sərhəddən keçən əcnəbilərin adlarına onların məlumatı olmadan bəyannamə tərtib edib təsdiq etmək olmuşdur. Elə həmin aylar ərəfəsində Şahid3 tərəfindən tanımadığı şəxslərdən “qara bazar”dan bəyan edilməmiş mobil telefonları ucuz qiymətə alıb mobil telefon vasitəsilə və ya görüşən zaman onların İMEİ kodları və markalarını ona deməsinə əsasən o, həmin mobil telefon cihazlarını növbədəolarkən sərhədi keçən ayrı-ayrı əcnəbi şəxslərin adına onların məlumatı olmadan sərhəd keçmələri zamanı təqdim etdikləri pasportları əsasında özü bəyannamə tərtib edib “VAİS” sistemində özünə məxsus hesabında təsdiq edərək müvafiq sistemdə görünməsinə nail olmuşdur.Şahid3 tərəfindən alınmış və ona İMEİ kodları göndərilmiş mobil telefon cihazlarına dair bəyannaməni o, özü tərtib edən zaman “VAİS” sistemində dəyəri 800 ABŞ dollarınadək müəyyən olunduqda bu barədə hər hansı gömrük rüsumunun ödənilməsi tələb olunmadığından onlara dair hər hansı gömrük rüsumu ödənilməmişdir. Lakin bəzi mobil telefon cihazlarının dəyəri 800 ABŞ dollarından yuxarı olduğu üçün və “VAİS” sistemi buna dair özü avtomatik olaraq gömrük rüsumu hesabladığından həmin bəyannamələr üzrə müvafiq ödənişlərin ödənilməsi zərurəti yaranmışdır. Bu zaman isə adına saxta olaraq mobil telefon cihazı bəyannaməsi yazılmış və təsdiq edilmiş şəxsin bu barədə heç bir məlumatı olmadığı üçün ödənişi özü etməli olmuşdur. Bu ödənişin poçt məntəqəsində və ya özünə məxsus ödəniş kartı vasitəsilə internet üzərindən ödəməyinin gələcəkdə onun ifşa olunmağı ilə nəticələnə biləcəyini nəzərə alaraq o, bunun üçün qohumu Şahid2 adına olan Kapital Bank ASC-yə məxsus 416973******5165 nömrəli ödəniş kartından istifadə etmişdir. Belə ki, onun qanuni ödənişlər həyata keçirməyi üçün lazım olması ilə əlaqədar Şahid2 həmin ərəfələrdə etdiyi xahişi əsasında sonuncu həmin ödəniş kartını istifadə üçün ona vermişdir. Həmin kart onun özündə olmuş və həmin kart vasitəsilə özünün təsdiq etmiş olduğu və rüsum hesablanmış 9 bəyannamənin ödənişlərini özünə məxsus mobil telefon cihazi ilə internet üzərindən hökümət ödəniş portalından etmişdir. Adlarına yazılmış bəyannamələr və onların ödənişləri barədə sürücülərin, yəni həmin ərəfədə sərhədi keçən şəxslərin heç birinin məlumatı olmamışdır. Bundan başqa həmçinin eyni ərəfələrdə Astara gömrük idarəsinin əməkdaşı Təqsirləndirilən şəxs xahiş edərək özündə bəyan edilməmiş mobil telefon cihazlarının olması və onu sərhədi keçən ayrı-ayrı vətəndaşların adlarına məlumatları olmadan yazmaqla təsdiq etməsini xahiş etmişdir. Onun xahişi əsasında Təqsirləndirilən şəxs tərəfindən ona göndərmiş olduğu mobil telefon cihazlarının İMEİ və markaları üzrə 10 ədəd mobil telefon cihazına dair saxta bəyannamə tərtib edilmiş və həmin bəyannamələr üzrə ödənişlər onun tərəfindən tanışıŞahid2 adına olan Kapital Bank ASC-yə məxsus 416973******5165 və 416973******4220 nömrəli ödəniş kartları vasitəsilə ödənilmişdir. Təqsirləndirilən şəxs həmin mobil telefon cihazlarının faktiki olaraq həmin vaxt sərhəddən keçirilmədiyini bilmiş, onun xahişi əsasında həmin mobil telefonlara dair bəyannamələri yazıb təsdiq etmişdir. Bu barədə sürücülərin heç birinin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş bəzi bəyannamələrin rəsmiləşdirildiyi tarixlərdə o, əmək məzuniyyətində olmuş və ödənişlərin bir qismini Türkiyədə olan zaman oradan ödəmişdir. Belə ki, bəyannamə rəsmiləşdirilən zaman bu barədə Təqsirləndirilən şəxs ona məlumat vermiş və onun bildirdiyi bəyannamə nömrəsinə əsasən o, rüsumu ödəmişdir. O, yuxarıda qeyd etdiyi şəxslərə etdiyi xahişləri əsasında onlar tərəfindən tərtib edilmiş saxta bəyannamələrə görə onlara hər hansı maddi və ya sair nemət verməmiş, iş yoldaşı kimi xahişi əsasında həmin əməkdaşlar göstərilən qanunsuz hərəkətləri etmişlər. Həmçinin bildirmişdir ki, əgər gömrük inspektoru tərəfindən hər hansı mobil telefon cihazının məhz kommersiya, yəni gəlir əldə etmək məqsədilə sərhəddən keçirilməsi barədə məlumatı olduqda bu barədə sadələşdirilmiş gömrük bəyannaməsi tərtib etmək səlahiyyəti yoxdur və bunun üçün ümumi əsaslarla gömrük bəyannaməsi tərtib etməklə ümumi əsaslarla gömrük rüsumu tutulmalıdır. Yəni faktiki olaraq onun və yuxarıda qeyd etdiyi gömrük əməkdaşları tərəfindən təsdiq edilmiş bəyannamələrdə göstərilmiş mobil telefon cihazlarının kommersiya məqsədli olduğunu bildiklərindən, onlar faktiki olaraq ölkəyə həmin vaxt keçirilmiş olsa belə, yenə də sadələşdirilmiş gömrük bəyannaməsi deyil, ümumi əsaslarla güzəştsiz gömrük bəyannamələri tərtib edilib ümumi əsaslarla rüsum ödənilməli olmuşdur. Faktiki olaraq həmin mobil telefon cihazlarının kommersiya məqsədli olmasını o və yuxarıda qeyd etdiyi digər gömrük əməkdaşları bilmiş, buna baxmayaraq rüsumun aşağı göstərilməsi üçün güzəştli şərtlərlə olan sadələşdirilmiş gömrük bəyannamələri rəsmiləşdirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Astara Gömrük İdarəsinin əməkdaşı Şahid1 tanıyır, belə ki, onlar qohumdurlar, avtomobil ustası olduğu üçün sonuncu arabir avtomobilini təmir etməkdən ötrü onun işlədiyi yerə gətirir. Münasibətləri normaldır, hər hansı ədavəti yoxdur. 2023-cü ilin iyul ayında dəqiq xatırlamadığı tarixdə Şahid1 öz avtomobilini düzəltmək üçün onun yanına gələn zaman ondan istifadəsində ödəniş kartının olub-olmamasını soruşmuşdur. O, ödəniş kartının olduğunu bildirən zaman sonuncu həmin kartı ödəniş ödəməsi üçün istəmiş, karta pul gələcəyi və hansısa rüsum ödəniləcəyini bildirmişdir. O, Şahid1 tanıdığı üçün hansısa qanunsuz bir ödəniş olmadığını düşünmüş və istifadəsində olan Kapital Bank ASC-yə məxsus 4169-7388-5013-5165 nömrəli, bir neçə gün sonra isə sonuncun əlavə başqa kart istəməsi ilə əlaqədar eyni banka məxsus 4169- 7377-0906-4220 nömrəli ödəniş kartını ona vermişdir. 2023-cü ilin iyul-avqust ayları ərzində həmin kartlar vasitəsilə mütəmadi ödənişlər olmuş, hər bir ödəniş zamanı təsdiq kodu onun mobil telefon nömrəsinə gəldiyi üçün Şahid1 onun istifadəsində olan telefon nömrəsinə zəng edərək kodu istəmiş və o, kodu dedikdən sonra ödəniş icra olunmuşdur. Beləliklə həmin aylar ərzində adına olan 4169-7388-5013-5165 və 4169-7377-0906-4220 nömrəli kartlar vasitəsilə ödənilən gömrük ödənişləri Şahid1 tərəfindən ödənilmişdir. O, həmin vaxt bu ödənişlərin təyinatını bilməmiş, lakin sonradan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə bu məsələ ilə bağlı ifadə vermək üçün dəvət edilən zaman Şahid1 zəng etmiş və Qaradağ rayonu, Lökbatan rayonu ərazisində onunla görüşmüş və bu məsələni ona demişdir. Sonuncu məsələni ona deyərək ödənişlərin mobil telefon cihazlarına da gömrük işçiləri tərəfindən yazılmış olan bəyannamələrlə bağlı olduğunu, həmin mobil telefonları sərhədi keçən ayrı-ayrı sürücülərin adlarına yazdıqlarını və sürücülərin izahatlarının alınması zamanı məsələnin üstünün açıldığını, yəni onların mobil telefonlardan məlumatlarının olmamasının bilindiyini demişdir. Şahid1 ona ödənişlərin onun kartları vasitəsilə ödənildiyi üçün onun da məsuliyyət daşıdığı, ona görə onun öyrətdiyi formada ifadə verməzsə onun da tutulacağını demişdir. Buna görə də o, qorxduğundan ilkin ifadəsini Şahid1 onu başa saldığı kimi gəlib vermişdir. Şahid1 ona ödənişlə bağlı xaricdə yaşayan onun özünün tanışı olan Səməd adlı şəxsin adını ifadəsində bildirib onun xahişi ilə kartı ona göndərməyini deməsini bildirmişdir. Həmin Səməd adlı şəxslə danışmaq ehtiyacı olsa isə sonuncunu təlimatlandırdığını, onun da başqa şəxsin adını çəkəcəyi və beləliklə istintaqı aldatmaqla məsələnin öz həllini tapacağını, ona problem yaranmayacağını demişdir. Həmçinin mobil telefonunda danışıqlarını silməyini, onu tanımamasını bildirməyini demişdir. Buna görə də ilkin ifadəsini Şahid1 dediyi kimi vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, onun adına olan Kapital Bank ASC-yə məxsus 523915******6699 nömrəli plastik ödəniş kartı vasitəsilə mobil telefon cihazlarına dair ödənilmiş gömrük rüsumları barədə məlumatı vardır. Belə ki, o, həmin ödənişləri Şahid5 ondan xahişinə əsasən ödəmişdir. O, sonuncunu təxminən 3 ildir ki, tanıyır və münasibətləri işlə bağlı olmuşdur. Belə ki, hər ikisi ayaqqabı və çanta satışı ilə məşğuldur və bu alverlə bağlı bir-birilərini tanımışlar. Bu faktla bağlı istintaqa ifadə verməyi üçün dəvət edilən zaman Şahid5 ondan sonuncunun adını çəkməməyini, Türkiyə Respublikasının vətəndaşı Cengiz adlı şəxsin xahişi ilə həmin ödənişləri etməyini ifadəsində deməyini xahiş etmiş, bu məsələdə hansısa gömrük xidməti əməkdaşının günahı olduğunu, lakin özü məsələsini həll etdiyini, hər hansı problem olmacayağını ona demişdir. Həmçinin Şahid5 ona bildirmişdir ki, əgər Cengizə zəng olunarsa onu məsələdən xəbərdar etdiyini, lazımı cavabı verəcəyini ona söyləmişdir. O, Şahid5 xahişi ilə ilkin ifadəsini həmin cür vermişdir. Lakin daha sonra səmimi ifadə verərək qeyd etmişdir ki, göstərilən bəyannamələr üzrə gömrük rüsumlarını Şahid5 ondan etdiyi xahişə əsasən ödəmiş və gömrük bəyannamələrinin nömrələrini Şahid5 özü onamobil telefon vasitəsilə göndərmişdir. O, həmin mobil telefon cihazlarını görməmiş və kimin tərəfindən ölkəyə keçirilməsini və hansı üsulla bəyan edildiyini bilməmişdir. Şahid qismində dindirilmiş Şahid5 elan olunmuş ifadəsində bildirmişdir ki, onun adına olan Kapital Bank ASC-yə məxsus 523915******8348nömrəli plastik ödəniş kartı özünün istifadəsində olmuşdur. Həmin ödəniş kartı ilə mobil telefon cihazlarına dair olan bəyannamələr üzrə ödənilmiş gömrük rüsumlarından məlumatı vardır. Həmin ödənişləri ondan ilkin olaraq Mehemmed adlı Türkiyə Respublikasının vətəndaşı xahiş etmişdir. Mehemmed Türkiyədə alverlə məşğul olan şəxsdir və münasibətləri işi ilə, yəni ticarətlə bağlı yaranmışdır. Belə ki, göstərilən ödənişlərin edildiyi ərəfədə Mehemmed xahiş edərək Azərbaycan Banklarına məxsus kart vasitəsilə gömrük rüsumu ödənilməli olmasını, bunu ondan da Cengiz adlı türk vətəndaşının xahiş etdiyini, özündə kart olmadığı üçün onun ödəyə bilib-bilməyəcəyini soruşmuş və müqabilində Türk pulu ilə ödəniş məbləğini ona verəcəyini söyləmişdir. O, bunun qanuni rüsum olmasını düşünüb həmin ödənişləri ödəməyə razılıq vermişdir. Elə həmin ərəfələrdə Cengiz ona gömrük bəyannamələrini kağız variantında təqdim etmiş və o, həmin bəyannamələrin nömrələri əsasında müvafiq ödənişləri ödəmişdir. Cengizin özünü isə kuryer kimi əvvəldən tanımışdır. Birinci dəfə ona kağız variantında Cengizin təqdim etdiyi 04 bəyannamənin ödənişini, daha sonra 02 bəyannamələrin ödənişini ödəmişdir. Ödənişi ödədikdən sonra Cengiz özü ona ödədiyi rüsumun əvəzində eyni dəyərdə Türk lirəsi vermişdir. Onun bunda heç bir qazancı olmamışdır. O, ödənişlərin mobil telefon cihazlarına dair olmasını həmin vaxt bilməmişdir. Daha sonra eyni xarakterli rüsum ödənişi ilə bağlı Cengiz bir neçə dəfə də ondan xahiş etmiş və həmin ərəfədə onun kartında pul vəsaiti olmamışdır. Bu vaxt tanışı Şahid4 Türkiyədə kiməsə pul verməli olduğundan bu onun yadına düşmüş və sonuncuyahəmin rüsumu ödəməsini, əvəzində ona veriləcək türk lirəsini Şahid4 verməli olduğu yerə aparıb verə biləcəyini demişdir. Buna əsasən də daha 05 ödəniş Şahid4 məxsus kart vasitəsilə ödənilmişdir. Bu məsələdə nə onun, nə də Şahid4 hər hansı qazancı olmamışdır. Bunu xahiş əsasında etmişdir. O, Təqsirləndirilən şəxs və Astara Gömrük İdarəsinin hər hansı əməkdaşını tanımır və adlarına bəyannamə yazılmış şəxslər və mobil telefon cihazları barədə heç bir məlumatı yoxdur. O, istintaq orqanı tərəfindən bu məsələ ilə çağırılan zaman Cengizə zəng edib həmin ödənişlərlə bağlı problem olduğunu, ona təqdim etdiyi bəyannamələri haradan əldə etməyini soruşmuş, bu zaman sonuncu ondan da bir azərbaycanlı müştərinin bunu xahiş etdiyini, adını xatırlamadığını, həmin şəxsin xahişinə əsasən bunu etdiyini demişdir. Şahid qismində dindirilmiş Şahid3 elan olunmuş ifadəsində göstərmişdir ki, o, “28 May” metrostansiyasının yaxınlığında yerləşən “Bakcell” adlı mobil telefon mağazasında satıcı kimi işləyir. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Həmin nömrəni uzun müddətdir ki, işlədir. Şahid1 tanıyır. Belə ki, onlar əsgər yoldaşı olmuş və münasibətləri vardır. Aralarında hər hansı ədavət və düşmənçilikləri yoxdur. 2023-cü ilin yay aylarında Şahid1 ilə görüşüb sonuncu ilə söhbət zamanı mövzu təsadüfən mobil telefonlardan düşmüş və yeni qaydalara əsasən mobil telefonların artıq İMEİ kodları vasitəsilə bəyan edilməli olduğunu müzakirə etmişlər. Bu zaman elə söhbət əsnasında “28 May” metrosunun qarşısında bir çox bəyan edilməmiş mobil telefon cihazlarının satışda olduğunu, onların bəyan edilməmiş olduğu üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin portallarında qeydiyyatının mümkün olmadığı, buna görə də dəyərindən ucuz qiymətə satıldığını demişdir. Söhbət zamanı Şahid1 bəyan edilməmiş mobil telefon cihazlarını bəyan edə biləcəyini dediyi üçün onlar belə razılaşmışlar ki, o, işlədiyi ərazidən həmin tipli mobil telefon cihazlarını satan şəxslərdən onları alıb İMEİ kodlarını Şahid1 bildirməklə sonuncu tərəfindən həmin mobil telefonlara bəyannamə yazılıb təsdiq etməsi ilə onların Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin portallarında qeydiyyatının edilməsi mümkün olsun və daha sonra onları real olduqları qiymətə satıb gəlir əldə etsinlər. Razılığa əsasən əldə olunmuş gəlir iki yerə bölünməli olmuşdur. Bu razılığa əsasən o, “28 May” metrosunun qarşısında bəyan olunmamış mobil telefonları tanımadığı şəxslərdən sazlığını yoxladıqdan sonra qeyri rəsmi olaraq nağd qaydada alıb daha sonra Şahid1 İMEİ kodlarını və markasının şəklini göndərmişdir. Lakin Şahid1 tərəfindən həmin mobil telefon cihazlarının necə bəyan edilməsini o, bilməmişdir. 2023-cü ilin iyun və iyul ayları ərzində onlarla mobil telefon cihazını bu yolla sataraq Şahid1 ilə birlikdə gəlir əldə etmişlər. Qeyd etdiyi mobil telefonların gömrük ödənişlərinin hamısını Şahid1 özü ödəmişdir. Onu da qeyd etmişdir ki, bu hadisə yalnız 2023-cü ilin iyun və iyul ayları ərzində baş vermişdir. Əvvəllər və sonralar bu kimi hadisə baş verməmişdir Мящкямя, Азярбайъан Республикасы Ъинайят-Просессуал Мяъяллясинин 124-ъц маддясинин тялябляриня уйьун олараг тягсирляндирилян вя шащид ифадяляри иля йанашы, истинтаг вя мящкямя щярякятляринин протоколларыны вя диэяр сянядляри дя сцбут кими гябул едир: “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 18 yanvar 2013-cü il tarixli Qərarının 6.1-ci bəndində göstərilmişdir ki, Gömrük sərhəd buraxılış məntəqələrində mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarəti bir-birini tamamlayan üç əsas mərhələdə həyata keçirilir: 6.1.1. malları və nəqliyyat vasitələrini gömrük orqanına təqdim edən şəxs tərəfindən məlumatlandırma (bundan sonra - məlumatlandırma) və gömrük orqanları tərəfindən qeydiyyat (bundan sonra - qeydiyyat); 6.1.2. sənədli nəzarət; 6.1.3. çatdırılmaya nəzarət. Həmin Qərarın 7.1-ci bəndində göstərilmişdir ki, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçmə məqsədlərindən asılı olaraq gömrük sərhəd buraxılış məntəqələrində gömrük nəzarəti mərhələləri daxilində gömrük hərəkətlərinin biri və ya bir neçəsi həyata keçirilir. 7.3-cü bənddə isə göstərilmişdir ki, “Gömrük nəzarəti mərhələsində gömrük hərəkətlərinin yerinə yetirilməsində bir və ya bir neçə gömrük əməkdaşı iştirak edə bilər”. Zərərçəkmiş şəxs Astara Gömrük İdarəsi haqqında əsasnamənin 5.13.1-ci bəndində göstərilmişdir ki, idarənin inspektorları gömrük nəzarətini və rəsmiləşdirilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada aparır; 5.13.2. gömrük sərhədindən keçirilən mallar, o cümlədən sərnişinlər tərəfindən keçirilən müşayiət olunan və olunmayan baqaj üzərində gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirir. İşdə olan Dövlət Gömrük Komitəsindən daxil olmuş içərisində gömrük rəsmiləşdirilməsinə dair məlumatlarınolduğu "xxxx" diskə baxış keçirilməsi haqqında 04yanvar 2024-cü il tarixli protokoldan görünür ki, diskin içərisində “VAİS”-dən çıxarılmış adlarına mobil telefon cihazları bəyan edilmiş şəxslərə dair, həmçinin bəyan edilmiş mobil telefon cihazlarının markaları, İMEİ kodları, dəyəri, ödənilmiş gömrük rüsumunun məbləği, bəyan tarixləri və bəyannamələri təsdiq etmiş gömrük əməkdaşlarına dair məlumatlar olan siyahının olması müşahidə edilir. İşdə olan məlumatlardan görünür ki, 26 bəyannamə üzrə təsdiq olunmuş mobil telefon cihazlarından 25-i Rusiya Federasiyası və İran İslam Respublikasının vətəndaşlarının adlarına bəyan edilərək Təqsirləndirilən şəxs tərəfindən təsdiq olunmuşdur. Həmçinin məlumatlara əsasən həmin mobil telefon cihazlarından 25-i “İphone” markalı mobil telefon cihazının müxtəlif modellərinə məxsus olmuşdur. Bundan başqa görünür ki, 26 bəyannamədən 22-si üzrə müxtəlif məbləğlərdə gömrük rüsumları hesablanmış və ödənilmişdir İşdə olan Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş ödəniş məlumatlarının əks oldunduğu siyahıya baxış keçirilməsi haqqında 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, siyahıda ümumilikdə 104 bəyannamə üzrə ödənilmiş dövlət rüsumlarının hansı tarixlərdə və hansı üsulla ödənilməsinə, həmçinin ödənişi həyata keçirmiş cihazın müvafiq İP adreslərinə dair məlumatlar vardır. Siyahını təhlil etdikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş rüsum ödənilməsi tələb olunan 22 bəyannamə üzrə gömrük rüsumlarından hər hansı poçt məntəqəsində ödənilməmiş, onların 21-i Kapital Bank ASC-yə, 01-i Abb-yə məxsus məxsus ödəniş kartları vasitəsilə ödənilmişdir. İşdə olan Kapital Bank ASC-yə məxsus ödəniş kartları üzrə bank məlumatları olan "xxxx" diskə baxış keçirilməsi haqqında 05yanvar 2024-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 02 ədəd “çıxarışlar” və “qəbzlər” adlı qovluqlar, 01 ədəd isə “plastik kart hesabları” adlı Excel formatında faylın olması görünür. “Çıxarışlar” faylına daxil olduqda görünür ki, içərisində 18 bank kartına dair çıxarış məlumatlarının olması müşahidə edilir. Həmin çıxarış məlumatlarının təhlili və cinayət işi materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş ödənişli 22 ədəd bəyannamələr üzrə gömrük rüsumlardan 21-i Kapital Bank ASC-yə məxsus ödəniş kartları vasitəsilə ödənilmişdir. Müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş gömrük bəyannamələri üzrə rüsumlar əksərən eyni şəxslərə məxsus ödəniş kartları vasitəsilə ödənilmişdir. Həmçinin baxış zamanı müəyyən olundu ki, Şahid2 adına olan 416973******5165 və 416973******4220 nömrəli ödəniş kartları vasitəsilə Şahid1 təsdiq etdiyi 09, X8 təsdiq etdiyi 02 və Təqsirləndirilən şəxs təsdiq etdiyi 10 bəyannamə üzrə ödənişlər edilmişdir. Mövcud siyahıda olan İP adresləri təhlil etdikdə görünür ki, bəzi ödənişlər istifadəçi internet serverindən ayrılmadan bir neçə ödənişi eyni vaxtda icra etmişdir. Cinayət işi üzrə içərisində "xxxx" MMC-dən daxil olmuş içərisində danışıq məlumatları olan "xxxx" diskə baxış keçirilməsi haqqında 04mart 2024-cü il tarixli protokoldan görünür ki,Şahid1 istifadəsində olan mobil telefon nömrəsinə dair məlumatların mövcud olduğu “**********94 - Şahid1.txt” adlı fayla daxil olunaraq sonuncunun təsdiq etmiş olduğu ödənişli bəyannamələr üzrə rüsumların ödənildiyi kartların sahiblərinə məxsus mobil telefon nömrələri ilə hər hansı danışıq və əlaqənin olub-olmaması yoxlanıldı. Cinayət işi materiallarından görünür ki, ödənişlərin əksəriyyətinin həyata keçirildiyi kartların sahibi Şahid2 adına olan ***-***-**-**, 055(070,077)-632-87-87 saylı mobil telefon nömrələri ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında aşağıdakı kimi danışıq məlumatları mövcuddur. Təhlil cədvəlindən görünür ki, Şahid2 adına olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında mütəmadi danışıq həyata keçirilmiş və bu onların bir-birilərini tanımasına dəlalət edir. Həmçinin təhlildən də göründüyü kimi onlar arasında 2023-cü ilin yanvar ayında 01, fevral ayında 03, mart ayında 01, aprel ayında 01, may ayında 01 danışıq həyata keçirilsə də, iş üzrə qanunsuz hərəkətlərin baş verdiyi iyun ayında 22, iyul ayında isə 54 danışıq həyata keçirilmişdir. İş materiallarında olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 11mart 2024-cü il tarixli ictimaiyyətə açıqlanan məlumatda göstərilmişdir ki, 2023-cü ilin fevral ayının 15-dən etibarən gömrük orqanlarında bəyan edilməyən mobil telefon cihazlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacağı barədə qabaqcadan xəbərdarlıq edilmişdir. İşdə olan Cinayət işi materiallarına əlavə edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlillər şöbəsinin 10 iyun 2024-cü il rəyindən görünür ki,17.911,2 manat dəyərində 10 ədəd mobil telefon cihazının ölkə ərazisinə kommersiya məqsədilə gətirildiyi nəzərə alınarsa, qanunvericiliyə əsasən həmin mobil cihazlar üçün 5.910,72 manat gömrük rüsumu ödənilməli olduğu halda, cəmi 1.789,12manat gömrük rüsumu ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlillər şöbəsinin 21avqust 2024-cü il rəyindən görünür ki, 25.211 manat dəyərində 16 ədəd mobil telefon cihazının ölkə ərazisinə kommersiya məqsədilə gətirildiyi nəzərə alınarsa, qanunvericiliyə əsasən həmin mobil cihazlar üçün 8.319,65 manat gömrük rüsumu ödənilməli olduğu halda, cəmi 2.038,19manat gömrük rüsumu ödənilmişdir. İşdə olan Zərərçəkmiş şəxs sədrinin01iyun 2023-cü il tarixli, 1000/358Ş nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsin inspektoru vəzifəsinə təyin edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs Astara Gömrük İdarəsitərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 02fevral 2024-cü il tarixli, 1463 nömrəli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada qeydiyyatda olmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İşdə olan qəbzdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Astara Gömrük İdarəsinin hesabına 10.403,06 manat pul ödənilmişdir. İşdə olan “Zərərçəkmiş şəxs Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzi Haqqında” Əsasnaməyə əsasən Təqsirləndirilən şəxs vəzifə öhdəliklərinəgömrük nəzarətini və rəsmiləşdirilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada aparmaq,gömrük sərhədindən keçirilən mallar, o cümlədən sərnişinlər tərəfindən keçirilən müşayiət olunan və olunmayan baqaj üzərində gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək,gömrük prosedurlarına uyğun olaraq gömrük ödənişlərini tam həcmdə vaxtında almaq, bəyan olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında göstərilən koduna uyğunluğuna və malın təsvirinin tam və düzgün göstərilməsinə nəzarəti həyata keçirmək, malların gömrük dəyərinin düzgün müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq tədbirləri həyata keçirmək, gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlanılmasını həyata keçirmək, gömrük hüquq pozuntularının müəyyən edilməsi, qarşısının alınması və profilaktikası üzrə tədbirlər görmək, gömrük hüquqpozmaları üzrə protokollar tərtib etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətlər daxildir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi və barəsində bəraət hökmünün çıxarılması barədə ifadəsində göstərdiyi hallarla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bu xüsusda qeyd etdikləri cinayət məsuliyyətindən yaxa qurtulmaq məqsədi daşıyır. Belə ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təsdiq edilmiş 26 bəyannamə üzrə mobil telefon cihazlarından 25-i Rusiya Federasiyası və İran İslam Respublikasının vətəndaşlarıdır. Həmin şəxslərin əksəriyyətinin transit olaraq Azərbaycan Respublikasının ərazisindən keçməklə digər ölkələrə getməyi nəzərə alınsa, həmin şəxslərin özləri sərhəddən keçirmiş olduğu mobil telefonların gömrük orqanlarına bəyan edilməsi anlaşılan deyildir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təsdiq etmiş olduğu 16 ədəd bəyannamələr real olaraq mobil telefonları görmüş və həmin mobil telefonlar adlarına bəyan edilmiş sürücülər tərəfindən həqiqətən bəyan edilərək keçirilmişdir. Məhkmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, adına gömrük rüsumu ödənilmiş mobil telefonları görməmiş, həmin telefonları adları çəkilən sürücülərdən gömrükdən bəyan edilərək keçirilmələri xahiş etməmişdir. Şahid4 ifadəsində bildirmişdir ki, Şahid5 ondan etdiyi xahişə əsasən ödəmiş və gömrük bəyannamələrinin nömrələrini Şahid5 özü ona mobil telefon vasitəsilə göndərmişdir. O, həmin mobil telefon cihazlarını görməmiş və kimin tərəfindən ölkəyə keçirilməsini və hansı üsulla bəyan edildiyini bilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, onun adına olan Kapital Bank ASC-yə məxsus 523915******8348nömrəli plastik ödəniş kartı özünün istifadəsində olmuşdur. Həmin ödəniş kartı ilə mobil telefon cihazlarına dair olan bəyannamələr üzrə ödənilmiş gömrük rüsumlarından məlumatı vardır. Həmin ödənişləri ondan ilkin olaraq Mehemmed adlı Türkiyə Respublikasının vətəndaşı xahiş etmişdir. Mehemmed Türkiyədə alverlə məşğul olan şəxsdir və münasibətləri işi ilə, yəni ticarətlə bağlı yaranmışdır. Belə ki, göstərilən ödənişlərin edildiyi ərəfədə Mehemmed xahiş edərək Azərbaycan Banklarına məxsus kart vasitəsilə gömrük rüsumu ödənilməli olmasını, bunu ondan da Cengiz adlı türk vətəndaşının xahiş etdiyini, özündə kart olmadığı üçün onun ödəyə bilib-bilməyəcəyini soruşmuş və müqabilində Türk pulu ilə ödəniş məbləğini ona verəcəyini söyləmişdir. O, bunun qanuni rüsum olmasını düşünüb həmin ödənişləri ödəməyə razılıq vermişdir. Elə həmin ərəfələrdə Cengiz ona gömrük bəyannamələrini kağız variantında təqdim etmiş və o, həmin bəyannamələrin nömrələri əsasında müvafiq ödənişləri ödəmişdir. Beləliklə Təqsirləndirilən şəxs özü tərəfindən təsdiq edilmiş 16 bəyannamə üzrə mobil telefonları özünün şəxsən görməsi, həqiqətən həmin mobil telefonların adlarına qeydə alınmış sürücülər tərəfindən gömrük orqanlarına bəyan edilərək ölkə ərazisinə keçirilmələri yuxarıda qeyd edilən sübutlarla öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Zərərçəkmiş şəxs Astara Gömrük İdarəsi tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İşdə olan qəbzdən görünür ki, iş üzrə dəymiş ziyan tam olaraq ödənilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30 yanvar 2019-cu il təvəllüdlü İlqar adlı bir azyaşlı övladı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dəymiş ziyanı tam olaraq ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, müsbət xarakterizə olunması, himayəsində az yaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrinin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2-1-ci bəndində göstərilmişdir ki, “Cinayətlərin məcmusuna daxil olan cinayətlərə görə islah işləri cəzası təyin edildikdə, cəzalar tamamilə və ya qismən toplanılmaqla qəti cəzanın təyin edilməsi zamanı məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə tutulması müəyyən edilmiş məbləğlərin (faizlərin) toplanılmasına yol verilmir”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü islah işləri cəzasına əlavə cəza kimi təyin edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və sübut əhəmiyyəti kəsb etməklə üzərində cinayətin əlamətlərini əks etdirdiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorundan daxil olmuş içərisində telefon danışıqları məlumatlarının mövcud olunduğu 01 ədəd "xxxx" disk, “VAİS” sistemindən çıxarılmış içərisində təsdiq edilmiş gömrük bəyannamələrinə dair məlumatlarının olduğu 01 ədəd "xxxx" disk, Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş ödəniş məlumatlarının əks oldunduğu siyahı, Kapital Bank ASC-dən daxil olmuş içərisində bank çıxarışlarının mövcud olduğu 02 ədəd "xxxx" disk, Azərbaycan Beynəlxalq Bankı ASC-dən daxil olmuş içərisində bank çıxarışlar, həmçinin gömrük bəyannamələri iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, və 313-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi nəzərə alınmaqla 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi nəzərə alınmaqla 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla ona qəti olaraq 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutmalar aparıldığı vaxtdan hesab edilsin. Cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisinin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və sübut əhəmiyyəti kəsb etməklə üzərində cinayətin əlamətlərini əks etdirdiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorundan daxil olmuş içərisində telefon danışıqları məlumatlarının mövcud olunduğu 01 ədəd "xxxx" disk, “VAİS” sistemindən çıxarılmış içərisində təsdiq edilmiş gömrük bəyannamələrinə dair məlumatlarının olduğu 01 ədəd "xxxx" disk, Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş ödəniş məlumatlarının əks oldunduğu siyahı, Kapital Bank ASC-dən daxil olmuş içərisində bank çıxarışlarının mövcud olduğu 02 ədəd "xxxx" disk, Azərbaycan Beynəlxalq Bankı ASC-dən daxil olmuş içərisində bank çıxarışlar, həmçinin gömrük bəyannamələri iş materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar