Məhkəmə qərarları › İş №1(018)-90/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-90/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-90/2025 15.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - mülki iddiaçı – Zərərçəkmiş şəxs, Müdafiəçi – Astara rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - mülki cavabdeh - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Astara rayonu, Qapıçıməhəllə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində, Astara rayon Qapıçıməhəllə kəndində birgə yaşadıqları evdə Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında ailə münaqişəsi zəmnində mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpik zərbələri, həmçinin sol qoluna təpik zərbəsi vuraraq dirsək sümüyünün sınığı, sağ əl, boyun, sol kürək, üst dodaq, hər iki bazu, sol said nahiyyələrində qançırlar kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş yekun protokol üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 uşaq atasıdır, arvadı Zərərçəkmiş şəxs ilə aralarında teztez mübahisələr baş verir, hazırki mübahisənin asas səbəbi isə digər qadinla olan telefon danışığının həyat yoldaşı tərəfindən eşidilməsi olduğunu bildirmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə işlə bağlı getmiş, xx.xx.2025-ci il tarixdə Bakı şəhərindən təxminən saat 20:00 radələrində qayıdıb yaşadığı evə gəlmiş, evə gəldikdən sonra arvadı ona şam yeməyi hazirlamış, yeməyini yedikdən sonra saat təxminən 22:00 radələrində evdən çıxaraq getmiş, gecə təxminən saat 01:45 radələrində arvadı Zərərçəkmiş şəxs ona zəng etmiş, lakin zənginə cavab verməmiş, saat 02:00 radələrində evə gəldikdən sonra, həyətdə başqa qadınla telefonla danışmış, bu zaman arvadı Zərərçəkmiş şəxs ona evlərindəki pilləkəndən qulaq asmış, onun danışıqlarını eşitmiş, beləliklə aralarında mübahisə yaranmış, mübahisə edə-edə evə girmiş, evdə mübahisələri davam etmiş, mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sakitləşmədiyindən və onu təhqir etdiyindən onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmiş, bilmədən Şəbnəmin sol qolunu zədələdiyini bildirmişdir. Hazırda əməlindən peşmandır, ailəsinin dağılmasını istəmir, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Mülki iddianı qəbul etmir, əməliyyat xərci barəsində xəstəxanadan hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs ilə aralarında tez-tez mübahisələr baş verir, mübahisələrin əsas səbəbi əri Təqsirləndirilən şəxs tez-tez digər qadınlarla münasibətlərinin olmasıdır. xx.xx.2025-ci il tarixdə əri Təqsirləndirilən şəxs Bakı şəhərinə işlə bağlı getmiş, xx.xx.2025-ci il tarixdə əri Təqsirləndirilən şəxs Bakı şəhərindən təxminən saat 20:00 radələrində qayıtmış, yaşadıqları evə gəlmiş, evə gəldikdən sonra ərinə şam yeməyi hazırlamış, yeməyini yedikdən sonra saat təxminən 22:00 radələrində evdən çıxaraq getmiş, təxminən saat 01:45 radələrində əri Təqsirləndirilən şəxs zəng etmiş, lakin əri zənginə cavab verməmiş, saat 02:00 radələrində həyətdən Təqsirləndirilən şəxs danışıq səslərini eşitmiş, otaqdan çıxaraq pilləkanın yanında əri Təqsirləndirilən şəxs başqa qadınla danışığına qulaq asmağa başlamış, əri Təqsirləndirilən şəxs onun danışığına qulaq asdığını görmüş, zəngi sonlandırmış, bu zaman əri Təqsirləndirilən şəxs "Get başqa qadınlarla küçədə danış demiş, Təqsirləndirilən şəxs isə ona "Mən sənə deməmişəm ki, sənin bu evdə səsin çıxmasın” demiş və bunu dedikdən sonra evə girmiş, mübahisə evdə davam etmiş, Təqsirləndirilən şəxs onun bədəninin müxtəlif nahiyyələrinə üzünə başına belinə qarın boşluğuna yumruq və təpik zərbələri endirmiş, sol qol nahiyyəsinə təpik zərbəsi vurmuş, zərbələrin təsirindən ağız boşluğu, dodaqları qanamağa başlamışdır. Daha sonra isə həyətdə olan qayınatısıgilə məxsus evə getmiş və valideynlərinə zəng edib çağırmışdır. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, əri Təqsirləndirilən şəxs ona yetirdiyi xəsarətlərə görə əməliyyat olunmuşdur, çoxlu müalicə kursu keçmişdir. Həmdə onunla əlaqədar mənəvi iztirablar keçirmiş, ailəsi dağılmışdır. Sağlamlığına dəymiş xəsarətin bərpasına 2700 manat pul xərcləmişdir. Həmçinin səhhətilə əlaqədar əmək fəaliyyətini də bir müddət itirmişdir. Evdə uşaqlarla məşğul olaraq uşaqlarının və özünün maddi tələbatını təmin edirdi. Anası tərəfindən sağlamlığının bərpası məqsədi ilə kredit götürülmüş və ona sərf edilmişdir. Hazırda Təqsirləndirilən şəxs boşanmaqla bağlı da məhkəmədə iddia qaldırmışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Mülki iddiasının təmin edilərək ona dəymiş maddi ziyan olaraq 2700 manatın, mənəvi ziyan kimi 2000 manatın ödənilməsini və Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət vermiş şəxsin ərizəsi əsasında cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat işinin açılması barədə 30 may 2025-ci il tarixli qərardan görünür ki, Astara rayonu Qapıçıməhəllə kəndində yaşayan Zərərçəkmiş şəxs ərizəsi əsasında Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 Lənkəran rayonlararası “MTE və PA Birliyi”nin Zona Mərkəzinin 31 may 2025-ci il tarixli, 128 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində - sol dirsək sümüyünün sınığı, sağ əl, boyun, sol kürək, üst dodaq, hər iki bazu, sol said nahiyyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 6-12 saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat aşkar edilməmişdir. Astara rayon İcra Hakimiyyəti Başçısının X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 03 iyun 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Qapıçıməhəllə kəndində yaşayır, ailə tərkibi arvadı Zərərçəkmiş şəxs, X7 və X3 ibarətdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qəsdən sağlanlığına yetirdiyi az ağır zərər nəticəsində vurduğu maddi ziyana görə 2700 manat, mənəvi ziyana görə 2000 manat olmaqla, ümumilikdə 4700 manat məbləğində pulun, 67 manat ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hadisənin baş vermə mexanizmini tam təfərrüatı ilə təsvir edən ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını CM-in 58.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, özünün şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsinin mümkün olması, təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün onun cəmiyyətdən tam təcrid edilməsinə zərurət olmadığı qənaətinə gəlir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağılrlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə alır və hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Astara, Lənkəran rayonlarının inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, hazırki halda məhkəmə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə həmin cəzanın məqsədlərini təmin etmək baxımından yetərli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası ilə əlaqədar mülkiprosessual qanunvericiliyin tələblərinə müvafiq araşdırma apararaq və zərərçəkmiş şəxs-mülki iddiaçı tərəfindən təqdim olunmuş sübutlara ayrı-ayrılıqda qiymət verərək, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiası baxılmadan saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yetirmiş olduğu xəsarətlər nəticəsində zərəçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs sağlamlığının uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurulmuşdur. Lakin, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs tərəfindən mülki iddia verilərək sağlamlığına dəymiş maddi ziyanın 2700 manat təşkil etməsi, ona dəymiş mənəvi zərərin isə 2000 manat təşkil etməsi barədə kifayət qədər sübut təqdim edilməmiş, təqdim etdiyi yeganə sübut isə anası X2 ilə "xxxx" MMC arasında bağlanmış 02 iyun 2025-ci il tarixli kredit və girov müqaviləsi olmuşdur ki, həmin müqavilə ilə X1 özünə məxsus daşınar əmlakı girov qoymaqla 870 manat məbləğində borc götürdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Həmin Məcəllənin 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Plenum Qərarında məhkəmələrə izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 72-ci bəndinin 2-ci hissəsində göstərilmişdir ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri əlavə araşdırmalar aparılmalı olduğundan, bu araşdırmalar isə məhkəmə baxışının uzanmasına səbəb olacağından, həmçinin mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək məqsədilə mülki iddia baxılmadan saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözlərinin “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar yekun protokolun qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 88 (səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan edildiyi (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar