Məhkəmə qərarları › İş №1(018)-91/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-91/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-91/2024 22.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X15 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - X8 və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1983-cü ildə Lənkəran rayonu Zövlə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, himayəsində biri yetkinlik yaşına çatmayan olmaqla 02 (iki) uşağı olan, məhkum olunmamış, Lənkəran rayonu Zövlə kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Astara rayonu, Ərçivan qəsəbə sakini X10 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən, Xocasən bələdiyyəsinin mülkiyyətində olan ümumi sahəsi 0,04 ha torpaq sahəsini göstərib, həmin torpaq sahəsinin özünə məxsus olduğuna inandırıb, etibarını qazandıqdan sonra həmin torpaq sahəsini Vüsal Baxşiyevə satacağını yalandan vəd verib, aldadaraq 11 sentyabr 2023-cü il tarixdə, istintaqla dəqiq müəyyən edilməmiş vaxtda Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində Vüsal Baxşiyev tərəfindən əlbəəl formada verdiyi 8.000 (səkkiz min) manat məbləğində pulu, torpaq sahəsinə çıxarış hazırlamaq, torpaq sahəsində tikinti və kommunal işlər görməyi yalandan vəd verərək, Vüsal Baxşiyevin tanışı Şahid1 12 sentyabr 2023-cü il tarixdə, istintaqla dəqiq müəyyən edilməmiş vaxtda Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində əlbəəl formada verdiyi 150 (yüz əlli) manat, 14 sentyabr 2023-cü il tarixdə, saat 17:02-də Vüsal Baxşiyev tərəfindən Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən “Halal” marketdə olan “MilliÖn” ödəmə terminalından istifadəsində olan 5213-6751-1534-4328 saylı “AzərTürkBank”-ın debit kartına göndərilən 550 (beş yüz əlli) manat, 14 sentyabr 2023-cü il tarixdə istintaqla dəqiq müəyyən edilməmiş vaxtda 5213-6751-1534-4328 saylı “AzərTürkBank”-ın debit kartına göndərilən 50 (əlli) manat, 16 sentyabr 2023-cü il tarixdə, istintaqla dəqiq müəyyən edilməmiş vaxtda Şahid1 tərəfindən Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində əlbəəl formada verilmiş 1800 (min səkkiz yüz) manat, 23 sentyabr 2023-cü il tarixdə, saat 18:26-da Vüsal Baxşiyev tərəfindən Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən Fədək marketdə olan “MilliÖn” ödəmə terminalından “41697388****4310” saylı “Kapital Bank” tərəfindən verilmiş debit kartına göndərilən 100 (yüz) manat, 26 sentyabr 2023-cü il tarixdə, saat 17:02-də Vüsal Baxşiyev tərəfindən Astara şəhəri, H.Əliyev prospektində yerləşən “Nar Mobile” mağazasından istifadəsində olan 5213-6751-1534-4328 saylı “AzərTürkBank”-ın debit kartına göndərilən 1200 (min iki yüz) manat və 30 sentyabr 2023-cü il tarixdə, saat 13:36da Vüsal Baxşiyev tərəfindən Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən “Fədək” marketdən sonuncu bank kartına göndərilən 1000 (min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxs Vüsal Baxşiyevə ümumilikdə 12850 (on iki min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Lənkəran rayonu Zövlə kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Yaşadığı evin yaxınlığındakı 0,04 ha torpaq sahəsi olmuş, 2005-ci il tarixdə torpaq sahəsini rəhmətə gedən əmlakçı Hacıquludan almış, əvvəldən münasibəti olduğu Şahid1 ilə 2023-cü ilin sentyabr ayının əvvəllərində bir yerdə olan zaman həmin torpaq sahəsini satdığını bildirmişdir. İbrahim ona Astara rayonunda yaşayan dostu X8 almaq üçün torpaq sahəsi axtardığını, razılaşarlarsa elə onun torpağını almaq istədiklərini bildirmişdir. Torpaq sahəsi Binəqədi rayonu Sulutəpə qəsəbəsində olmuş, İbrahimə guya torpaq sahəsinin bələdiyyə sənədinin, qiymətləşdirmə sənədinin və digər lazım olunan sənədlərin olduğunu və bu sənədlər əsasında gələcəkdə rəsmi müraciət eləyərək çıxarış ala biləcəyini, torpaq sahəsinin qiymətini İbrahimə 9000 manat demişdir. İbrahim Vüsalla danışdıqdan sonra gəlib torpaq sahəsinə baxacağını bildirmişdir. 11 sentybar 2023-cü il tarixdə əvvəllər tanımadığı, adını orada bildiyi X12 və onun yanında olan Şahid2 İbrahimin yanına gəlmiş, əvvəlcə gedib onun torpaq sahəsinə baxmış və oranı bəyənmişlər. Sonra İbrahim ona zəng vurub yanlarına getməyini, o vaxta kimi də İbrahim özü üçün aldığı torpaq sahəsində olacaqlarını demişdir. Çox keçmədən yanlarına getmiş, orada Vüsalla tanış olmuş, yenidən onun torpaq sahəsinə qayıtmışlar. Torpaq sahəsində olan zaman Vüsala torpağın istifadəsi üçün bələdiyyə sənədinin, qiymətləşdirmə sənədinin və alqı-satqı müqaviləsinin olduğunu, bu sənədlər əsasında ödəniş edəcəyi təqdirdə çıxarış alıb vercəyini bildirmişdir. Vüsal da razılıq vermiş, biraz söhbətləşdikdən sonra qiymət danışmaq üçün Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən çay evinə getmişlər və orada Vüsalla razılaşmışdır. Vüsala 1000 manat ucuz qiymətə satdığını bildirmiş, sonuncu onunla 8000 manat qarşılığında razılaşmış, pulu yanlarında olan İbrahimə vermiş, İbrahim də pulu ona vermiş, pulu saymadan cibinə qoymuşdur. Torpağın əvvəlki sahibi olan X5 yanına çağırmış, 400 manat məbləğində pul vermiş, Vüsalın adına etibarnamə verməyini və digər sənədləri gətirməyi bildirmiş, Vüsalın da şəxsiyyət vəsiqəsini etibarnamə verməsi üçün vermiş, daha sonra Vüsalgillə sağollaşmış və saat 15 radələrində görüşüb sənədləri verəcəyini dümişdir. Onlar təxminən saat 15 radələrində görüşmüşlər, Vüsala verdiyi etibarnaməni, bağ-bostan sənədinin surətini və rus dilində çap olunmuş bəzi sənədləri təqdim etmiş, həmin sənədlərin içərisində nə alqı-satqı müqaviləsi, nə də ki, bələdiyyə sənədi olmuşdur. Vüsal ondan bələdiyyə sənədinin və alqı-satqı müqaviləsinin harda olduğunu soruşduqda Vüsala 12 gün sonra torpaq sahəsi üçün çıxarış alacağı üçün qeyd olunan sənədləri özündə saxladığını bildirmişdir. Sonra Vüsalgillə sağollaşmış, öz işlərini həll etmək üçün getmişdir. Həmin gün, yəni 11 sentyabr 2023-cü il tarixdə Vüsala zəng edərək qaz və işıq xəttlərinin çəkilməsinin lazım olduğunu demiş, Vüsal da nə lazımdısa həll etməyini, qiymətinin deməyini istəmiş, o da bu işlərin görülməsindən ötrü 750 manat pul lazım olduğunu demiş, 12 sentyabr 2023-cü il tarixdə Vüsaldan ona ilkin olaraq 150 manat pul göndərməyini istəmiş, biraz keçdikdən sonra İbrahim ona zəng vurub, Vüsaldan istədiyi 150 manat pulun onda olduğunu bildirmiş, hazırda xatırlamadığı bank kartının fotoşəkilini İbrahimə göndərmiş, sonuncu pulu onun atdığı karta göndərmişdir. 14 sentyabr 2023-cü il tarixdə Vüsala zəng vurub qalan 600 manatı göndərməyini istəmiş, özünə məxsus “AzərTürkBank”-a aid olan 5213-6751-1534-4328 nömrəli plastik kartın fotoşəkilini istifadəsində olan ***-***-**-** mobil nömrəsinin “WhatsApp” mobil tətbiqindən göndərmiş, Vüsal da pulu göndərdiyi bank kartına köçürtmüş, qəbzin fotoşəkilini ona göndərmiş, göndərilən puldan 5 manat 50 qəpik məbləğində komissiya faizi tutulmuşdur. Ancaq torpaq sahəsində hər hansı bir tikili olmadığına görə oraya qaz və işıq xəttləri çəkdirə bilməmiş, ancaq bunu Vüsala bildirməmişdir. Vüsal ondan torpaq sahəsinin hasarının hörülməsini, həyətdə sanitar qovşaqla yanaşı anbarın düzəldilməsini xahiş etmiş, o da pul verəcəyi təqdirdə elətdirəcəyini, bunun üçün 1800 manat pul gərəkdiyini bildirmişdir. Vüsal da həmin pulu vurmaq üçün ondan kart istədikdə, “AzərTürkBank”a aid olan bank kartına göndərməyini bildirmiş, lakin Vüsal Astara rayonundakı ödəmə terminalında həmin bankın adını tapa bilmədiyini bildirmiş, ona görə də İbrahimə zəng vurub Vüsalın göndərəcəyi pulu sonuncuun kartına köçürülməsini, pulu nağdlaşdırıb ona verməyini istəmişdir. Vüsal da 18 sentyabr 2023-cü il tarixdə 1800 manat məbləğindəki pulu İbrahimin “Kapital bank” kartına Astara rayonu ərazisindəki ödəmə terminalından göndərmiş, İbrahim pulu nağdlaşdırdıqdan sonra özünə məxsus Binəqədi rayonunda olan həyətində onu gözlədiyini bildirmiş, o da gedib 1800 manat məbləğindəki pulu götürmüş, həmin pulla heç bir iş görməmişdir. 23 sentyabr 2023-cü il tarixdə Vüsala zəng vurub sənədləri həll edən şəxsə pul verməli olduğunu demiş, ancaq hazırda Ağdam rayonunda olduğundan sənədləri düzəldən şəxsə 100 manat da pul göndərilməli olsa da oradan göndərə bilməyəciyini demiş, həmin pulu göndərməyini xahiş etmiş, Vüsal da onun göndərdiyi “Kapital Bank”-a aid olan bank kartına 100 manat pul göndərmişdir. Vüsal mütəmadi olaraq ondan çıxarış nə zaman hazır olacağını soruşmuş, o isə hər dəfə müxtəlif bəhanələr gətirmiş, Vüsal ondan torpaq sahəsinə hasar hördürməyini istəmiş, hasar hördürməyi üçün də 1250 manat pul lazım olduğunu demiş, Vüsal üzərində 1200 manat pul olduğunu demiş, o da problem olmadığını 1200 manat pulu göndərməyini, qalan 50 manatı da öz cibindən qoyacağımı bildirmiş, daha sonra əvvəl göndərdiyi özünə məxsus olan “AzərTürkBank”-a aid bank kartına göndərməyini istəmiş, Vüsal da 26 sentyabr 2023cü il tarixdə Astara şəhər ərazisindəki ödəmə terminalından 1200 manat məbləğindəki pulu “AzərTürkBank”-a aid olan 5213-6751-1534-4328 nömrəli plastik kartına göndərmiş, puldan 12 manat kommisiya faizi tutulmüş, ancaq göndərilən puldan yenə heç bir iş görməmişdir. Vüsal ondan işlərin hansı yerdə olduğunu soruşduqda vaxt qazanmaq üçün yoldaşının xəstə olduğuna görə başının qarışıq olduğunu demiş, 30 sentyabr 2023-cü il tarixində əlaqə saxlayan zaman Vüsala yoldaşının əməliyyat olunmalı olduğunu, əməliyyatı üçün pulunun əskik olduğunu, buna görə də 1000 manat borca pul istəmiş, Vüsal da pulunun olmadığını, ancaq 800 manat pul alacağı olduğunu, pulu alacağı təqdirdə göndərəcəyini demiş, daha sonra ona zəng edib 1000 manat məbləğindəki pulu tapdığını bildirmiş, o da Vüsala həmişəki karta, yəni “AzərTürkBank” kartına göndərməyini istəmiş, 1000 manat məbləğindəki pulu “AzərTürkBank”-a aid olan 5213-6751-1534-4328 nömrəli plastik kartına göndərmiş, həmin puldan 10 manat komissiya faizi tutulmuş, Vüsala 1000 manat pulu ya geri qaytacağını, ya da ki, gələcəkdə görüləcək işlərdən çıxacağını demişdir. Vüsal ertəsi gün, yəni 01 oktyabr 2023-cü il tarixdə zəng vurmuş, artıq həm çıxarışın, həm də vəd verdiyi işləri yekunlaşdırmağını istəmiş, eyni zamanda 1000 manat məbləğindəki pulu da işlərə xərcləməyini istəmiş, o da yalandan həyət üçün çöl qapısının qiymətinin 400 manat olduğunu, borc kimi verdiyi puldan giriş qapısını alacağını bildirmiş, Vüsal da razılaşmışdır. Vüsal yenə günaşırı onunla əlaqə saxlayaraq işlərin nə vaxt yekunlaşacağını və çıxarışı nə vaxt hazır olacağını soruşduqda, az müddət qaldığını bildirərək müddət qazanmış, artıq başqa bəhanə tapmadığından 2023-cü ilin oktyabr ayının dəqiq xatırlmadığı günündə Vüsalın adı qeyd olunan Xocasən qəsəbə İƏD üzrə nümayəndəsinin imzası olmayan sənəd hazırlamış, fotoşəkilini Vüsala göndərməsindən ötrü İbrahimə göndərmiş, sənədi guya nə vaxtsa rəsmi sənəd həmin sənəd formasında olacağı üçün düzəltmişdir. Vüsal da bir müddət sonra inanmadığına görə Astara şəhər Notariat ofisinə gedərək onda olan sənədlərin torpaq sahəsi üzərində hansı hüququn yaratdığını maraqlanmış, notariat ofisində Vüsala bu sənədlərin torpaq sahəsi üçün heç bir hüquq müəyyənedici qüvvəsi olmadığını bildirmişlər. Vüsal artıq aldadıldığını başa düşmüş, ona zəng vurub niyə aldatdığını soruşmuş, artıq çıxış yolunun olmadığından heç bir şeyi yalan demədiyini, guya yaxın günlərdə çıxarışın və pulunu aldığı işlərin tam hazır olacağını bildirmişdir. Bir müddət keçdikdən sonra Vüsala hazırladığı torpaqların alqı-satqısına dair akt və Binəqədi rayon Xocasən bələdiyyəsinin qərarının surətinin fotoşəklini göndərmiş, inanmasından ötrü həmin sənədləri hazırlamış, Vüsal ondan göndərdiyi sənədlərin əslini istədikdə bir həftəyə sənədlərin əslini gətirəcəyini demiş, daha sonra Vüsala guya sənədlər üçün 900 manat da pul lazım olduğunu dedikdə Vüsal borc kimi verdiyi puldan 600 manat qaldığını, həmin 600 manatla da sənədləri həll etməyini istəmişdir. Artıq Vüsal aldadıldığını bildiyi üçün əlaqəsini kəsmiş, göndərdiyi 4850 manat məbləğindəki pulları da öz ehtiyacları üçün xərclədiyindən Vüsala heç bir vəsait qaytarmamış, nə də ki, həmin puldan söz verib etməli olduğu işlərdən heç birini etməmişdir. Ümumilikdə 12850 manat məbləğində pulu Vüsaldan almışdır. Etdiyi əməlin cinayət olduğunu bilir, lakin pula ehtiyacı olduğu üçün məcbur qalıb bu yola əl atmışdır. X6 aldadaraq aldığı pulların hamısını öz işlərinə xərcləmişdir. X2 dəymiş zərərin yarısını ödəmiş, digər hissəsinin ödənilməsi ilə bağlı Vüsalla razılığa gəlmişdir. X8 ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əmələ görə peşmandır. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün, zərərçəkmiş şəxs, şahidlərin ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X12 ifadəsində göstərdi ki, Astara rayonu Ərçivan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Ailəsi üçün həyətyanı torpaq sahəsi almaq fikrinə düşmüş və bunun üçün 13000 manat pul toplamışdır. Torpaq sahəsi alıb ev tikmək istəmiş, əvvəlcə torpağı Astara şəhərindən almaq fikrində olumş, 2023-cü ilin sentyabr ayının əvvəlində yaxşı tanıdığı həmkəndlisi Şahid1 ilə əlaqə saxlayan zaman belə bir fikrinin olduğunu bildirmişdir. İbrahim də ona Bakıdan torpaq sahəsi almaq istəyib-istəmədiyimi soruşmuş, o da əgər qiyməti uyğun olarsa razılaşacağını bildirmişdir. Təxminən 1-2 gün sonra İbrahim zəng vurub torpaq sahəsi tapdığını, ümumi sahəsinin 0.04 ha dan çox olduğunu, ancaq 0.04 ha olan hissəsinin satıldığını bildirmiş, torpaq sahəsini kim satdığını soruşduqda, İbrahim ona həmin yeri tanışı olan Təqsirləndirilən şəxs adlı şəxsin satdığını və qiymətinin 9000 manat olduğunu demişdir. İbrahimdən torpağın hansı sənədləri olduğunu soruşmuş, sonuncu da Daşqının dediyinə əsasən torpaqdan istifadə etmək üçün bələdiyyə sənədinin, qiymətləşdirmə sənədinin, digər lazımı sənədlərin olduğunu, bu sənədlər əsasında çıxarış ala biləcəyini demişdir. Bundan sonra dostu Şahid2 ilə birlikdə 11 sentyabr 2023-cü il tarixdə Bakı şəhərinə yola düşmüş, gedib İbrahimlə görüşmüşlər, əvvəlcə almaq istədiyi torpaq sahəsinə getmişlər, oranı bəyənmiş, daha sonra da İbrahim onunla Raufu özünə aldığı torpaq sahəsinə aparmış, orada olan zaman İbrahim torpağın sahibi Daşqına zəng vurduqdan sonra sonuncu olduqları yerə gəlmiş, orada Daşqınla tanış olmuş, almaq istədiyi torpaq sahəsinə yenidən qayıtmışlar. Daşqınla torpaq sahəsində olan zaman hansı sənədlərin olduğunu soruşmuş, Daşqın da torpağın istifadəsi üçün bələdiyyə sənədinin, qiymətləşdirmə sənədinin, alqı-satqı müqaviləsinin olduğunu, bu sənədlər əsasında ödəniş edib çıxarış almağa köməklik edəcəyini bildirmişdir. Onlar Abşeron rayonu Hökməli qəsəbəsində olan çay evinə getmiş, orada Daşqınla razılaşmış, Daşqın 1000 manat ucuz qiymətə satmış, buna görə də 8000 manat məbləğində razılaşmışdır. Pulu yanında olan İbrahimə vermiş, sonuncu da pulu Daşqına vermiş, Daşqın da pulu cibinə qoymuşdur. Sonra ondan şəxsiyyət vəsiqəsini götürmüş, verdiyi puldan nə qədərsə çıxarıb onlara yaxınlaşan əsalı bir oğlana verərək, saat 15 radələrinə kimi lazımı sənədəri həll eləyib gətirməyi tapşırmışdır. Daha sonra Daşqın onlara getməklərini və saat 15 radələrində görüşəcəklərini bildirmişdir. Onlar İbrahimin torpaq sahəsində görüşmüşlər, Daşqın ona etibarnamə ilə yanaşı bağ-bostan sənədi adlanan sənəd, rus dilində yazılmış torpaq sənədi vermiş, həmin sənədlərin içərisində nə alqı-satqı müqaviləsi, nə də ki hər hansısa bir bələdiyyə sənədi olmuş, bələdiyyə sənədinin və alqı-satqı müqaviləsinin harda olduğunu soruşduqda 12 gün sonra çıxarış alacağı üçün qeyd olunan sənədləri özündə saxladığını bildirmişdir. Sonra etibarnamədə qeyd olunan ada baxdıqda X4 adı qeyd olunduğunu görmüş, həmin adamın kim olduğunu soruşmuş, Daşqın ona torpağın sahibinin olduğunu və adından etibarnamə verildiyini bildirmişdir. Həmin gün, yəni 11 sentyabr 2023-cü il tarixdə Astara rayonunda olan zaman Daşqın ona zəng edərək qaz, işıq xətlərinin çəkilməsinin lazım olduğunu demiş, o da nə lazımdısa həll etməyini və xərcinin nə qədər olacağını deməsini istəmiş, Daşqın bu işlərin görülməsindən ötrü 750 manat pul lazım olduğunu demişdir. Ertəsi gün, yəni 12 sentyabr 2023-cü il tarixdə Daşqın ilkin olaraq 150 manat pul göndərməyini istəmiş, biraz keçdikdən sonra İbrahim ona zəng vurub, Daşqına 150 manat pul verəcək imkanı olduğunu demiş, o da İbrahimdən Daşqına 150 manat verməsini istəmiş, sonra İbrahimin göndərdiyi Şahid1 adına olan “Kapital Bank”-a aid kart hesabına Astara şəhər ərazisindəki ödəmə terminalından 150 manat pul göndərmişdir. Daşqın 14 sentyabr 2023-cü il tarixdə zəng vurub qalan 600 manatı göndərməyini istəmiş, öz adının qeyd edildiyi “AzərTürkBank”-a aid olan 5213-6751-1534- 4328 nömrəli plastik kartın fotoşəkilini göndərmiş, o da 550 və 50 manat pulu ayrıayrılıqda Astara rayonu, Ərçivan qəsəbəsi ərazisindəki ödəmə terminalından göndərmiş, göndərdiyi 550 manat məbləğindəki pulun qəbzini Daşqına atmış, lakin 50 manat məbləğində göndərdiyi pulun qəbzini itirdiyindən göndərə bilməmiş, ona görə də qəbzi təqdim edə bilməmişdir. Həmin qəbzdə 5 manat 50 qəpik məbləğində komissiya faizinin tutlmasını görmüşdür. Daşqın daha sonra torpaq sahəsinin hasarının hörülməsi, su xəttinin çəkilməsi və həyətdə sanitar qovşaqla yanaşı anbarın düzəldilməsi üçün 1800 manat pul lazım olduğunu bildirmiş, həmin pulu vurmaq üçün Daşqından kart istədikdə, öz kartının “AzərTürkBank”-a aid olan bank kartı olduğunu və o kartdan ödəmə komissiyası tutulduğuna görə başqa kart göndərəcəyini demişdir. Sonra İbrahim ona zəng vurmuş, Daşqına göndərilməli olan 1800 manat məbləğindəki pulu əvvəl fotoşəkilini göndərdiyi “Kapital Bank”-a aid kart hesabına göndərməyini istəmiş, 16 sentyabr 2023-cü il tarixdə Astara şəhəri ərazisindəki ödəmə terminalından 1800 manat məbləğindəki pulu köçürmüşdür. Mütəmadi olaraq Daşqınla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, işlərin nə yerdə olduğunu soruşmuş, Daşqın da işlərin qaydasında getdiyini bildirmişdir. 23 sentyabr 2023-cü il tarixdə Daşqın yenə onunla əlaqə saxlamış, sənədləri həll edən şəxsə pul verməli olduğunu, ancaq hazırda Ağdam rayonunda olduğunu, sənədləri düzəldən şəxsə 100 manat da pul göndərilməli olduğunu, həmin pulu da göndərməyini xahiş etmiş, elə Daşqının göndərdiyi “Kapital Bank”-a aid olan bank kartına 100 manat pul köçürtmüş, ancaq kartın üzərində qeyd edilən şəxsin adını isə xatırlamamışdır. Daşqından çıxarışın nə zaman hazır olacağını soruşduqda hasar hörüldükdən sonra çıxarışın hazır olacağını və hasarın hörülməsi üçün də 1250 manat pul lazım olduğunu demiş, üzərində 1200 manat olduğunu bildirdikdə Daşqın da problem olmadığını, 50 manatı öz cibindən qoyacağını demişdir. 26 sentyabr 2023-cü il tarixdə Astara şəhər ərazisindəki ödəmə terminalından 1200 manat pulu Təqsirləndirilən şəxs məxsus “AzərTürkBank”-a aid olan 5213-6751-1534-4328 nömrəli plastik kartına göndərmiş, göndərdiyi puldan 12 manat komissiya faizi tutulmuşdur. Daşqından işlərin hansı yerdə olduğunu soruşduqda, yoldaşının xəstə olduğuna görə başının qarışıq olduğunu, yaxın günlərdə torpaq sahəmlə bağlı olan hər bir işi yekunlaşdırıb xəbər edəcəyini bildirmişdir. Daşqınla 30 sentyabr 2023cü il tarixində əlaqə saxlayan zaman yoldaşının əməliyyatı üçün pulunun əskik olduğunu, bir günlük 1000 manat borca pul lazım olduğunu demiş, o da həqiqətən ehtiyacı olduğunu düşündüyündən istədiyi məbləği göndərəcəyini, ancaq hazırda pulunun olmadığını, lakin 800 manat pul alacağı olduğunu, pulu alacağı təqdirdə göndərəcəyini demiş, 200 manat da pul tapmış, Daşqına məlumat vermiş, Daşqın da ondan özünə məxsus bank kartına göndərməyini istəmişdir. Astara rayonu, Ərçivan qəsəbəsi ərazisindəki ödəmə terminalından 1000 manat pulu Təqsirləndirilən şəxs məxsus “AzərTürkBank”-a aid olan 5213-6751-1534-4328 nömrəli plastik kartına göndərmiş, puldan 10 manat komissiya faizi tutulmuşdur. 01 oktyabr 2024-cü il tarixdə Daşqına zəng vurmuş, artıq işləri yekunlaşdırmasını istəmiş, eyni zamanda 1000 manatı qaytarmamasını, gələcəkdə görüləcək işləri həmin pulla həll etməsini istəmiş, Daşqın da həyət üçün çöl qapısının qiymətinin 400 manat olduğunu, borc kimi verdiyi puldan alacağını bildirmişdir. Daşqınla mütəmadi olaraq əlaqə saxlayaraq işlərin nə vaxt bitəcəyini və çıxarışın nə vaxt hazır olacağını soruşmuş, Daşqın da hər dəfə az müddət qaldığını bildirmişdir. İbrahim ona 2023-cü ilin oktyabr ayında Daşqının göndərdiyi Xocasən qəsəbə İƏD üzrə nümayəndəsinin adını qeyd olunduğu, ancaq imzasının olmadığı, adı qeyd olunan sənədin fotoşəkilini göndərmiş, həmin sənədin kopyasını çıxartmışdır. Ancaq Daşqının hər dəfə müxtəlif bəhanələr gətirdiyinə görə narahatçılıq hissi keçirtdiyindən Astara şəhər Notariat ofisinə getmiş, orada sənədləri təqdim etdikdə bu sənədlərin torpaq sahəsi üçün heç bir hüquq müəyyənedici qüvvəsi olmadığını bildirmişlər. Artıq aldadıldığını başa düşmüş, Daşqına zəng vurub, niyə aldatdığını soruşmuş, Daşqın da heç bir şeyi yalan demədiyini, yaxın günlərdə verdiyi hər bir vədin tam yerinə yetirəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra Daşqın torpaqların alqı-satqısına dair akt və Binəqədi rayon Xocasən bələdiyyəsinin adına torpaq sahəsi verildiyini təsdiq edən qərarının surətinin fotoşəklini göndərmiş. göndərdiyi sənədlərdə adı qeyd olunmuş, sənədlərin əslini istəmiş, Daşqın da bir həftəyə sənədlərin əslini götürüb gətirəcəyini demişdir. Daşqın sənədlər üçün 900 manat da pul lazım olduğunu demiş, o da borc kimi verdiyi puldan 600 manat qaldığını, həmin 600 manatla da sənədləri həll etməsini istəmiş. ancaq yenə də Daşqın yalandan bəhanələr gətirmiş, heç bir sənəddə verməmişdir. Ümumilikdə, 12850 manat məbləğində pulu Daşqına vermiş, ilkin olaraq 11 sentyabr 2023-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsini Daşqından almaq üçün razılaşmış, həmin tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən çay evində 8000 manat məbləğində pulu əlbəəl vermiş, sonra isə 2023-cü ilin sentyabr ayı ərzində hissə-hissə olmaqla, ümumilikdə 4850 manat pulu Astara rayonu ərazisindəki ödəmə terminallarından Daşqının istifadəsinə olan ***-***-**-** mobil nömrəsinin “WhatsApp” mobil tətbiqindən göndərdiyi bank kartlarına göndərmişdir. Aldığı torpaq sahəsi üçün çıxarış düzəltmək, qaz, işıq, su xəttlərini çəkmək, hasar hördürmək, həyətə giriş qapısı qoydurmaq, sanitar qovşaq və anbar tikdirmək üçün Daşqın ondan hissə-hissə olmaqla 4850 manat pulu aldadaraq almışdır. Daşqın heç bir iş görməmiş, mütəmadi olaraq hər bir işin həll edilməsi ilə bağlı vədlər verərək aldatmışdır. Hazırda Təqsirləndirilən şəxs ona dəyən ziyandan 5700 manatını ödəmiş, qalan hissəsi ilə bağlı Daşqınla razılığa gəlmişdir. Ona görə də Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Astara rayonu Ərçivan qəsəbəsində yaşayır, Vüsal Baxşiyev onun dostu və iş yoldaşıdır. Vüsal ona 2023-cü ilin sentyabr ayının əvvələrində torpaq sahəsi almaq istədiyini, bunun üçün də 13000 manat pulu olduğunu bildirmişdir. İlk əvvəl Vüsal torpağı Astara şəhərində almaq istədiyini demiş, daha sonra Vüsal Astara rayonu Ərçivan qəsəbəsindən olan və hazırda Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Şahid1 ilə də məsləhətləşəcəyini bildirmişdir. İbrahim Vüsalla telefon vasitəsilə ilə danışan zaman Bakı şəhərindən torpaq almağı təklif etmiş, Vüsal da cavab olaraq qiyməti uyğun olduğu təqdirdə alacağını demişdir. Vüsal Bakı şəhərindən İbrahimin torpaq sahəsi tapdığını, həmin torpaq sahəsini İbrahimin tanışı olan Təqsirləndirilən şəxs satdığını, ümumi sahəsi 0,04 ha dan çox olduğunu, lakin 0,04 ha olan hissəsini satdığını və qiymətinin 9000 manat olduğunu demiş, o da Vüsaldan torpaq sahəsi üçün lazım olan sənədlərin olub-olmadığını soruşmuş, Vüsal da ona hər bir sənədin qaydasında olduğunu demişdir. Vüsalla birlikdə 11 sentyabr 2023cü il tarixdə Bakı şəhərinə yola düşmüşlər, Bakı şəhərinə çatmış və gedib İbrahimlə görüşmüşlər. İbrahim əvvəlcə onları Vüsala təklif olunan torpaq sahəsinə aparmış, torpaq sahəsi Binəqədi rayonu, Sulutəpə qəsəbəsində olmuş, Vüsal torpaq sahəsini bəyənmiş, daha sonra elə Sulutəpə qəsəbəsində yerləşən İbrahimin torpaq sahəsinə getmişlər. İbrahim Daşqına zəng edib gözlədiklərini demiş, çox keçmədən Daşqın gəlmiş, Daşqınla tanış olmuş və yenidən Vüsalın istədiyi torpaq sahəsinə qayıtmışlar. Daşqın Vüsala torpağın istifadəsi üçün bələdiyyə sənədinin, qiymətləşdirmə sənədinin, alqı-satqı müqaviləsinin olduğunu və bu sənədlər əsasında ödəniş edib çıxarış almağa köməklik edəcəyini bildirmişdir. Onlar Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən çay evinə getmiş, orada Vüsal Daşqınla qiymət danışan zaman Daşqın Vüsala 1000 manat ucuz qiymətə satacağını, yəni 8000 manat məbləğində pul verməli olduğunu bildirmiş, həmin vaxt Vüsal da cibindən 8000 manat pulu çıxartmış, yanında olan İbrahimə vermiş, sonuncu da pulu Daşqına vermişdir. Daşqın pulu cibinə qoymuş, pulu götürdükdən sonra mobil telefonu ilə tanımadıqları bir şəxsə zəng etmiş, gözlədiyini demiş, çox keçmədən əsalı bir oğlan gəlmiş, Daşqın Vüsaldan şəxsiyyət vəsiqəsini götürmüş, Vüsalın verdiyi puldan nə qədərsə çıxarıb həmin əsalı oğlana verərək gedib bütün sənədləri həll etməyi tapşırmışdır. Onlar Daşqınla saat 15 radələrində İbrahimin həyətində görüşmüş, Daşqın Vüsala etibarnamə ilə yanaşı bağ-bostan sənədi adlanan sənəd, rus dilində yazılmış torpaq sənədi vermiş, sənədlərin içərisində nə alqı-satqı müqaviləsi, nə də ki, hər hansısa bir bələdiyyə sənədi olmuş, Vüsal Daşqından bələdiyyə sənədinin və alqı-satqı müqaviləsinin harda olduğunu soruşduqda 12 gün sonra Vüsala çıxarış alacağı üçün qeyd olunan sənədləri özündə saxladığını bildirmiş, Vüsal etibarnamədə qeyd olunan ada baxdıqda X4 adı qeyd olunduğunu görmüş, həmin adamın kim olduğunu soruşduqda, Daşqın Vüsala torpağın sahibinin olduğunu və onun adından etibarnamə verildiyini bildirmiş, ancaq onlar İbrahimi tanımamışlar. Vüsalla birlikdə işlədiyindən bütün proseslər onun yanında olmuş, Vüsal Daşqınla əlaqə saxlayan zaman sonuncu torpaq sahəsi üçün çıxarış almaq, qaz, işıq, su xəttlərini çəkmək, hasar hördürmək, həyətə giriş qapısı qoydurmaq, sanitar qovşaq və anbar tikdirməkdən ötrü hissə-hissə olmaqla, ümumilikdə 4850 manat məbləğdə pulu Vüsalı aldadaraq almışdır. Vüsal həmin pulları müxtəlif vaxtlarda Astara rayonu ərazisindəki ödəmə terminallarından Daşqının atdığı bank kartı hesablarına göndərmişdir. Daşqın verdiyi vədləri yerinə yetirməmiş, yəni satdığı torpaq sahəsi heç olmamış, əlavə olaraqda aldığı 4850 manat qarşılığında da heç bir iş görməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində dindirilmiş, məhkəmə istintaqında isə ifadələri tədqiq edilmiş iş üzrə şahidlər Şahid1 və X1 da ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, tanıdığı və həmkəndlisi olan X12 2023-cü ilin sentyabr ayının əvvəlində zəng edib ev tikmək üçün özünə torpaq sahəsi axtardığını, yaşadığı ərazidən satılan torpaq sahəsinin olub-olmadığını soruşmuşdur. Həmin vaxtı özünə ev tikdiyindən, tikinti üçün icazə almaqda ona kömək edən Təqsirləndirilən şəxs zəng etmiş, torpaq sahəsi lazım olduğunu bildirmişdir. Daşqın da hazırda Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən özünə məxsus 0,045 ha sahəsi olan torpaq sahəsini satdığını, həmin torpaq sahəsinin istifadə etmək üçün bələdiyyə sənədinin, qiymətləşdirmə sənədinin və digər lazımı sənədlərin olduğunu və bu sənədlər əsasında lazımı ödənişləri edərək çıxarış ala biləcəyini və qiymətinin 10000 manat olduğunu bildirmiş, ancaq 9000 manat məbləğindəki pula sata biləcəyini demişdir. Buna görə də Vüsala zəng edib Daşqının dediklərini olduğu kimi demiş və Vüsal həmin torpağı almaq istədiyini bildirmişdir. Vüsal 11 sentyabr 2023-cü il tarixdə dostu Şahid2 ilə Bakı şəhərinə gəlmiş, əvvəlcə onları Vüsala təklif olunan torpaq sahəsinə aparmış, Vüsal torpaq sahəsini bəyənmiş, daha sonra elə Sulutəpə qəsəbəsində yerləşən özünə məxsus torpaq sahəsinə getmişlər. Həmin vaxt Daşqına zəng edərək gözlədiklərini demiş, çox keçmədən Daşqın gəlmiş, Vüsal orada Daşqınla tanış olmuş, yenidən Vüsala məsləhət gördükləri torpaq sahəsinə qayıtmışlar. Daşqın Vüsala torpağın istifadəsi üçün bələdiyyə sənədinin, qiymətləndirmə sənədinin və alqı-satqı müqaviləsinin olduğunu və bu sənədlər əsasında ödəniş edib çıxarış almağa köməklik edəcəyini bildirmişdir. Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən çay evinə getmiş, orada Vüsal Daşqınla qiymət danışan zaman Daşqın Vüsala 1000 manat ucuz qiymətə satacağını, yəni 8000 manat məbləğində pul verməli olduğunu bildirmiş, Vüsal da cibindən 8000 manat pulu çıxartmış ona vermiş, o da pulu Daşqına vermiş, Daşqın pulu cibinə qoymuşdur. Daşqın pulu götürdükdən sonra mobil telefonu ilə tanımadıqları bir şəxsə zəng edərək gözlədiyini demiş, çox keçmədən əsalı bir oğlan yaxınlaşmış, Daşqın Vüsaldan şəxsiyyət vəsiqəsini götürmüş, Vüsalın verdiyi puldan nə qədərsə çıxarıb həmin əsalı oğlana verərək gedib bütün sənədləri həll edib gətirməyi tapşırmışdır. Daşqın sonra getməli olduğunu və saat 15 radələrində görüşüb bütün sənədlərini verəcəyini demişdir. Onlar Daşqınla saat 15 radələrində onun həyətində görüşmüş, Daşqın Vüsala etibarnamə ilə yanaşı bağ-bostan sənədi adlanan sənəd, rus dilində yazılmış torpaq sənədi vermiş, sənədlərin içərisində nə alqı-satqı müqaviləsi, nə də ki, bələdiyyə sənədi olmuş, Vüsal etibarnamədə qeyd olunan ada baxdıqda X4 adı qeyd olunduğunu görmüş, həmin adamın kim olduğunu soruşduqda, Daşqın Vüsala torpağın əvvəlki sahibinin olduğunu, həmin torpaq sahəsini vaxtilə ondan aldığını və İbrahimin adından etibarnamə verildiyini bildirmiş, ancaq heç biri İbrahimi tanımamışdırlar. Vüsal digər sənədləri istədikdə Daşqın 12 gün müddətində hazır olacağını bildirmişdir. 12 sentyabr 2023-cü il tarixdə torpaq sahəsində olan zaman Daşqın da onun yanında olmuş, Daşqın Vüsal üçün qaz və işıq xəttlərinin çəkdirəcəyini, işlərin xərcinin də 750 manat olduğunu demiş, Daşqın Vüsaldan 150 manat pul göndərməyini istəmiş, onda da 150 manat pul olduğundan həmin pulu Abşeron rayonu, Hökməli qəsəbəsindəki yaşadığı evin həyətində Daşqına vermiş, sonra da Vüsala istifadəsində olmuş hazırda xatırlamadığı “Kapital Bank” kartının fotoşəkilini göndərmiş, Vüsal da ona 150 manat pulu göndərmişdir. Daşqın Vüsal üçün torpaq sahəsinə çıxarış alacağını, torpaq sahəsində anbar, sanitar qovşaq tikdirəcəyini və hasar hördürəcəyini sözünü vermiş və bu işlər üçün də 1800 manat pul lazım olduğunu demişdir. Daşqın Vüsala öz bank kartından ödəniş komissiyası tutacağını demiş və ona görə də yenə onun bank kartının fotoşəkilini göndərərək pulu ora vurmasını istəmiş, Vüsal da 1800 manat məbləğində pulu bank kartına göndərən kimi pulu nağdlaşdırmış, Daşqına zəng vurub pulun onda olduğunu və həyətində gözlədiyini bildirmiş, Daşqın da gəlib pulu götürmüşdür. Ondan sonra işi ilə əlaqədar olaraq avropaya yük apardığından arabir Vüsal ilə danışmışdır. Vüsal ona 30 sentyabr 2023-cü il tarixdə zəng edib, Daşqının yoldaşının təcili əməliyyat olmalı olduğunu deyib 1000 manat borca pul istədiyini bildirmiş, o da Vüsala necə məsləhət bilirsə elə etməyini demiş, Vüsal da onsuz Daşqının yenə iş görəcəyini deyib pulu göndərəciyini bildirmişdir. O artıq Vüsalın Daşqına ümumilikdə 4850 manat məbləğindəki pul göndərdiyini bilmişdir. Daşqın 2023-cü ilin oktyabr ayının dəqiq xatırlamadığı günündə Xocasən qəsəbə İƏD üzrə nümayəndəsinin adını qeyd olunduğu, ancaq imzasının olmadığı və Vüsalın adı qeyd olunan sənədin fotoşəkilini göndərmiş, o da həmin fotoşəkili Vüsala göndərmiş. ondan sonra qeyd etdiyi kimi ölkə xaricində olduğundan gedib Vüsalın torpaq sahəsində iş gedibgetmədiyinə baxa bilməmişdir. Vüsal mənə zəng vurub gedib torpaq sahəsinə baxmağımı istəmiş, o da 20 günə Azərbaycan Respublikasına qayıdacağımı, qayıdan kimi gedib baxacağını bildirmiş, təxminən 2023-cü ilin dekabr ayının dəqiq xatırlamadığı günündə Azərbaycan Respublikasına qayıtmış, gedib torpaq sahəsinə baxmış, torpaq sahəsində heç bir iş görülmədiyini görmüş, yığıb Vüsala bununla bağlı məlumat vermiş, sonradan Daşqının Vüsala satdığı yer Xocasən Bələdiyyəsinin mülkiyyətində olduğunu, həmin torpaq sahəsindən istifadə etmək hüququ nə Daşqına, nə də ki, etibarnamədə adı qeyd olunan İbrahimə məxsus olduğunu bilmişdir. İş üzrə ibtidai araşdırma mərhələsində şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, Xocasən bələdiyyəsində bələdiyyə mülkiyyətinin idarə edilməsi və təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləyir. Xocasən Bələdiyyəsinin sədri 18 yanvar 2020-ci ildən bəri Nigar Məmmədovadır. Xocasən Bələdiyyəsinin yuridiksiyası Binəqədi rayonun Xocasən, 28 May və Sulutəpə qəsəbələri kimi ərazilərini əhatə edir. Bələdiyyə qanunvericiliyinə edilmiş dəyişikliklərdə 2007-ci ildən bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilə bilməməsi öz əksini tapmışdır. Əlavə olaraq da qeyd olunan torpaq sahələrinin ayrılması yalnız hərraclar vasitəsi ilə mümkün olduğu qeyd olunmuşdur. Buna görə də X10 məxsus Sulutəpə qəsəbəsi ərazisində torpaq sahəsi olmamış, ümumiyyətlə ərazidə olan torpaq sahələrinin çıxarışı olmadığına görə əvvəldən bu ərazidə yaşamış müəyyən şəxslər heç bir hüquq müəyyənedici qüvvəsi olmayan sənədləri əsas gətirərək başqa şəxslərə torpaq sahəsi satmaq adı ilə aldatmışdır. Belə ki, Sulutəpə qəsəbəsindəki ümumi sahəsi 0,04 ha və koordinatları 40.423129 və 49.737334 olan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş, ona görə də nə satıla bilər, nə də ki, istifadəyə verilə bilər. Xocasən bələdiyyəsinin adından tərtib olunmuş həmin sənəd Bələdiyyəyə məxsus olmamış, X8 Xocasən Bələdiyyəsinə rəsmi müraciəti olmamış, nə də ki, Vüsal Baxşiyevin adı Xocasən Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Həmin sənədi də kimin hazırladığını bilməmiş, hazırda bələdiyyənin sədri 2020-ci ildən bugünədək Nigar Məmmədova olmuş, Z.Məsimov adı qeyd edilən şəxs Zəfər Məsimov olmuş və 2007-ci ildə bu bələdiyyənin sədri vəzifəsində işləmişdir. Həmçinin sənəddə göstərilən möhür də bələdiyyəyə məxsus olmamışdır. Ona görə ki, heç bir bələdiyyə möhüründə gerbin əksi təsvir olunmur. O, işlədiyi müddət ərzində ərazidə yaşayan torpaq alqı-satqısı ilə məşğul olan şəxslər bu kimi sənədlərdən istifadə edərək torpaq satmaq adı ilə başqa şəxsləri aldatdıqlarını və barələrində qanuni tədbir görüldüyünü eşitmişdir. Layihə Xocasən Bələdiyyəsi tərəfindən hazırlanmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. 12 mart 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi” haqqında protokoldan görünür ki, mobil telefon qara rənglidir, mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrə vardır. Mobil telefonun “WhatsApp” mobil tətbiqinə baxış zamanı ismariclər siyahısında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin qeydiyyata salındığını və adının da “daşqın cin hokmeli polis” qeyd olunduğu müəyyən olundu. Baxış zamanı müəyyən edilmişdir ki, telefondakı “WhatsApp” ani mesajlaşma tətbiqi ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan 5213-6751-1534-4328 saylı “AzərTürkBank”-a məxsus olan bank kartının fotoşəkilini, 4169-7388-0300-4310 saylı bank kartının rəqəmlərini yazılı şəkildə göndərməsi, Vüsal Baxşiyevin onun istəyinə əsasən 550, 100, 1200, 1000 manat məbləğində göndərdiyi pulların qəbzlərinin fotoşəkilini göndərməsi, Təqsirləndirilən şəxs Vüsal Baxşiyevin torpaq sahəsində ustaların işləyərək daş hörgüsü etdiyini əks etdirən, Vüsalın istəyinə uyğun olaraq həyət üçün giriş qapısınının videoçəkilişini edərək göndərməsi aşkar edilmişdir. İsmariclərdə olan səs yazılarının içərisində olan 15 sentyabr 2024-cü il tarixdə, saat 11:45-də göndərilən 56 saniyəlik səs rolikində Təqsirləndirilən şəxs Vüsala bildirmişdir ki, “bilə, salam aleykum, vəziyyət, deməli hesabladım sənin o dediyin zaborzad ora bura hamısı bir yerdə 1300 manat pul eləyir. Usta pulu, musta pulu, daşla. 1000 dənə daş gedir, 1000 dənə daşdan bir yüz dənə daş artıq qalacaq. Bilə, şeydi bilə suyu da danışmışam 250 manat. 1500 göndərsən, sabaha zada 1500 göndər mənim kartıma, bazar günü, 1-ci gün hamsını onların həll eləyim. Onların hamısını həll eləyim, hasarı da həll eləyim, suyu da həll eləyim, hasarı, suyu həll eləyim, inşallah, Allahın köməyi ilə qalır bir dənə darvaza, darvazanın da 2-3 günə tapsam bir dənə 250 manata babat şəkilin çəkib ataram tapsam onu da qoyarıq ora hasardan sonra”.15 sentyabr 2024cü il tarixdə, saat 12:39-da göndərilən 39 saniyəlik səs rolikində Daşqın Vüsala bildirmişdir ki, “bildime bilə, problem yoxdur, onu eləyərəm. Tualet zad tiksəm onda 1500 zad az eləyər, sən bir 1700-1800 göndər, nə qalsa axırda haqq-hesab eləyərik sənin artığın mən də qalacaq göndərəcəm sənə. Bir də söz deyirəm sənin darvazavı o tərəfdən qoyum, yoxsa bu tərəfdən qoyum, sən darvazanı ortadan istəyirsən, hardan istəyirsən məncə ortadan qoymayaq ki, evi bu yanda tiksək o yanda qoyaq sabah ikinci bir ev də tikmək olsun lazım olsa orda iki dənə ev böyür-böyürə düşür, nətər deyirsən sən darvazanı bu yandan qoyaq, yoxsa bu yandan qoyaq. Onu bir dənə mənə deyərsəm”. 22 sentyabr 2024-cü il tarixdə, saat 16:20-də göndərilən 17 saniyəlik səs rolikində Daşqın Vüsala bildirmişdir ki, “onu çəkiblər uje, hamsını ölçüblər, biçiblər, çəkiblər. Onlar uje mənə orda kodları aldığım günün səhəri gəlib hamsını çəkiblər, şey eləyiblər uje sənədlər 2-ci, 3-cü günə kimi hazır olmalıdı”. 26 sentyabr 2024-cü il tarixdə, saat 11:47-də göndərilən 16 saniyəlik səs rolikində Daşqın Vüsala bildirmişdir ki, “bilə 1250 manat at, 1250 manat at, 1250 manat at, elə bil ki, 50 manat artıq atırsan orda mən şey –şüy alıram da 1-2 dənə armatur-marmatur alıram, 50 manat artıq at fəhlə pulu verəcəm, 1250 manat”. 26 sentyabr 2024-cü il tarixdə, saat 12:00-da göndərilən 18 saniyəlik səs rolikində Daşqın Vüsala bildirmişdir ki, “eybi yox eybi yox bilə eybi yox mən orda indi şey olsa 20-30 manat məndə pulun var da 1800 manatın içində rasxod çıxsa ordan haqq-hesabı yazıram da ordan haqq-hesab eləyərik yaxşı mən uje çatıram uje ora sən şey elə mən uje çıxardım onlara verim”. 26 sentyabr 2024-cü il tarixdə, saat 12:03-də göndərilən 07 saniyəlik səs rolikində Daşqın Vüsala bildirmişdir ki, “gəldi bilə 1188 manat, 1188 manat gəldi”. 29 sentyabr 2024cü il tarixdə, saat 16:31-də göndərilən 13 saniyəlik səs rolikində Daşqın Vüsala bildirmişdir ki, “hə hə bilə hə narahat olma mənim qardaşım o, uje şeyi verəcəm, daşı axşam daş gəlsin sabaha uje başlıyaq daşları düzməyə narahat olma”. 30 sentyabr 2024-cü il tarixdə, saat 10:59-da göndərilən 1 dəqiqə 09 saniyəlik səs rolikində Daşqın Vüsala bildirmişdir ki, “olsa elə mən də elə inanırsan ki, cibimdə yəni şəxsi pulumdan maaşı hələ almamışam şəxsi pulumdan hardasa bir 180-170 manatım var. Yəni problem deyil, sənin bütün hər şeyini and olsun Allaha, bax and olsun Allaha bütün daşına kimi, sementinə kimi hamısını onlara almışam hamısını, yəni onlar üstümdə qalsaydı onları verərdim. Hamsını eləmişəm dünən də şeyə 300 manat bu sənədə görə vermişəm, sənin orda sənədə görə 300 manat da artıq aldılar, nəysə o mənim işimdi, sənin deyil, orda vermişəm, 60 manat dünənləri şeyə vermişəm traktora vermişəm, yəni sənin pulundan qalmayıb, var-yoxuna nəhlət deyirəm sənin pulundan nə var ölçüb-biçib hamsını almışam ki, sabah işə başlayanda şey olmasın, eyy əsgiyimiz çıxmasın. 3-ə kimi olsa elə at, elə olsa hamısını atarsan elə bir dəfəlik rahat mən də şey eləyərəm elə. Çünki onu bilirəm ki, elə şeyi ucuz qiymətə almaq olmur. Bir dənə də düşsəydi ucuz qiymətə İbo üçün alardıq, ona lazımdı bir dənə”. 30 sentyabr 2024-cü il tarixdə, saat 11:23-də göndərilən 45 saniyəlik səs rolikində Daşqın Vüsala bildirmişdir ki, “inanırsan ki, bilə indi o qədər başım qarışıqdı ki, ona dedim ki, saat 2 2-yə kimi mən sənə hə-yoxunu deyərəm həll edərsən Allah qoysa inanırsan vallah bu dəqiqə bilmirdime belə olar. İndi işdəydim zəng elədilər ki, bəs dayanma gəl evdəkiləri aparmalısan balnisaya zobu partlayır əməliyyat olunmalıdı. 3000 pul istəyirlər, evdə də 1000 manat pul var 2000-i bilmirəm indi 1 saatın içində hardan tapım ki, gedim onu həll eləyim. İndi torpağım var dedim onu qoyum satdığa təcili o da ki, ucuz qiymətə. Bu yandan maşındı dəyər-dəyməzə vermək istəmirəm 2 dənə 1 dənə BMW, 1 dənə o biri maşınım var. Baxım da indi neynirəm də evdəkiləri aparım sən saat 2-yə kimi mən demişəm onlara 3-ə kimi ataram sizə, atarsan mən ataram, problem deyil qapını saxlayarlar”. 30 sentyabr 2024-cü il tarixdə, saat 11:25-də göndərilən 38 saniyəlik səs rolikində Daşqın Vüsala bildirmişdir ki, “ə yoxe bilə mənim orda torpağım var, 3 sot yarım torpağım var onu biri var sotu orda 3000-di üç sot yarımdı hasarın içində onun bu dəqiqə biri var dedim elə gəl elə 4000-ə verim sənə getsin o günləri istəyirdi deyirdi 4000 pulum var qalanı da 1-2 ilə verərəm bəlkə ona verdim indi baxarıq mənə 2000 pul lazımdı uzaqbaşı 1-ci gün mənim alacağım var, 1-ci gün maaşımı alacam 3000 nə qədər pul çıxaracam ordan indi əməliyyata lazımdı bu dəqiqə ona görə”. 25 noyabr 2024-cü il tarixdə, saat 09:08-də göndərilən 26 saniyəlik səs rolikində Daşqın Vüsala bildirmişdir ki, “salam, salam bilə nə var nə yox. Bilə Allahaqqı dünən qayıdaydım, maşını verdim aformut eləyə bilmədim axşam üstü eləyəcəm. Bugün səhər saat durmuşam, zəng eləmişəm onlara, deyib saat 1də gəl götür. Götürüb gətirib verəcəm sənə, hörmətsizlik eləməmişəm mən sənə qarşı sən də indi nə istəyirsən elə qardaş, amma mən bugünləri sənədləri götürüb sənə verəcəm özün bilərsən”

2. 01 may 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşir və torpağın koordinatları 40.423129 və 49.737334-dür. Ətrafın bir hissəsi yaşayış evi ilə, digər hissəsi isə yolla sərhəd olması, həmin yerdə hər hansısa tikinti işləri aparılmaması, daş hasar hörülməməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Xocasən Bələdiyyəsinin nümayəndəsi Şahid3 torpaq sahəsinin Binəqədi rayonu, Xocasən bələdiyyəsinin balansında olması və qanuna əsasən fiziki və ya hüquqi şəxslərin istifadəsinə, mülkiyyətinə və icarəsinə verilə bilməməsini bildirmişdir.

3. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 5700 manat hissəsini ödəmişdir. Geri qalan ödənilməmiş 7100 manatın iki ay ərzində ona ödəniləcəyi ilə bağlı razılıq əldə etmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir.

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.

5. Lənkəran rayon İcra hakimiyyəti başçısının Zövlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Sadıqov X11 rayon Zövlə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, himayəsində 12 aprel 2009-cu il təvəllüdlü Sona və 09 mart 2005-ci il təvəllüdlü Hüseyn adlı uşaqları var.

6. Lənkəran rayon İcra hakimiyyəti başçısının Zövlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs da dələduzluq cinayətinin üsulu kimi aldatma üsulundan istifadə etmiş, Zərərçəkmiş şəxs əmlakını, yəni 12850 manat pulunu ələ keçirmək niyyəti ilə ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar vermiş, Xocasən bələdiyyəsinin mülkiyyətində olan ümumi sahəsi 0,04 ha torpaq sahəsini Zərərçəkmiş şəxs göstərib, həmin torpaq sahəsinin özünə məxsus olduğuna inandırmış, bundan başqa saxta sənədlər də tərtib edərək, həmin sənədləri də göstəriməklə, eyni zamanda həmin torpaq sahəsində guya hasar çəkməsi, qaz, işıq və digər kommunal xətlərin çəkilməsi adı ilə aldadıb, vahid qəsdlə əhatə olunmaqla Zərərçəkmiş şəxs həmin pulu almışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.14cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Lənkəran rayonu Zövlə kəndində yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Lənkəran rayonu Zövlə kəndində fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Lənkəran rayonu Zövlə kəndində olan fərdi yaşayış evini gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. İş materiallarında olan 09 iyun 2024-cü il tarixli «axtarışda olan şəxsin tutulması haqqında» protokoldan və «Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında» 10 iyun 2024-cü il tarixli, 4(018)-37/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 09 iyun 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddətin (09 iyun 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək) 02 (iki) ay 13 (on üç) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs həbsdən dərhal azad edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı (09 iyun 2024-cü il tarixdən 20 avqust 2024-cü il tarixədək) 02 (iki) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 26 (iyirmi altı) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Lənkəran rayonu Zövlə kəndində yerləşən və yaşadığı fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilsin, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Lənkəran şəhər Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar