Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-92/2023 23.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiiəçi Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxx 1978-ci ildə Astara rayonu Şümrüd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Astara rayonu Şümrüd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində bu cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə xx xxx 1987-ci ildə Masallı rayonu Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Viləş kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində bu cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 2022-ci ilin noyabr ayının əvvəllərində, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda Astara rayonu Şümrüd kəndində, həmin kənd sakini Zərərçəkmiş şəxs2 sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 məxsus 4300 (dörd min üç yüz) manat qiymətində beş baş dana alıb, pulunu 25 noyabr 2022-ci il tarixədək verəcəyi barədə yalan vəd verib aldadaraq ümumilikdə 4300 manat qiymətində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 2022-ci ilin noyabr ayının əvvəllərində, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda Astara rayonu Şümrüd kəndində, həmin kənd sakini Zərərçəkmiş şəxs2 920 (doqquz yüz iyirmi) manat qiymətində beş baş qoyun, 1200 (bir min iki yüz) manat qiymətində bir baş dana və bir baş buzov alıb, pulunu 25 noyabr 2022-ci il tarixədək verəcəyi barədə yalan vəd verib aldadaraq ümumilikdə 2120 (iki min yüz iyirmi) manat qiymətində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 09 noyabr 2022-ci il tarixdə, istintaqla müəyyən edilməmiş vaxtda Astara rayonu Şümrüd kəndində, həmin kənd sakini Zərərçəkmiş şəxs3 3200(üç min iki yüz) manat qiymətində iki baş buzov və dörd baş inək alıb, pulunu 1 ay ərzində verəcəyi barədə yalan vəd verib aldadaraq ümumilikdə 3200 manat qiymətində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əl keçirib Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 09 noyabr 2022-ci il tarixdə, istintaqla dəqiq müəyyən edilməmiş vaxtda Astara rayonu Şümrüd kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs4 ümumilikdə 2300(iki min üç yüz) manat qiymətində bir baş inək və doqquz baş qoyun alıb pulunu 1 ay ərzində verəcəyi barədə yalan vəd verib aldadaraq ümumilikdə 2300 manat qiymətində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əl keçirib Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 11 noyabr 2022-ci il tarixdə, istintaqla müəyyən edilməmiş vaxtda Astara rayonu Şümrüd kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs5 ümumilikdə 4100(dörd min yüz) manat qiymətində 3 baş inək və 11 baş keçi alıb pulunu 1 ay ərzində verəcəyi barədə yalan vəd verib aldadaraq ümumilikdə 4100 manat qiymətində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs5 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 15 noyabr 2022-ci il tarixdə, istintaqla müəyyən edilməmiş vaxtda Astara rayonu Pəlikəş kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs6 ümumilikdə 3200(üç min iki yüz) manat qiymətində 4 baş inək alıb, pulunu 05 dekabr 2022-ci il tarixədək verəcəyi barədə yalan vəd verib aldadaraq ümumilikdə 3200 manat qiymətində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs6 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 19 noyabr 2022-ci il tarixdə, istintaqla müəyyən edilməmiş vaxtda Astara rayonu Şümrüd kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs7 ümumilikdə 5900(beş min doqquz yüz) manat qiymətində 8 baş inək alıb pulunu 2022-ci ilin noyabr ayının sonunda verəcəyi barədə yalan vəd verib aldadaraq ümumilikdə 5900 manat qiymətində özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, tanışı Masallı rayonu Viləş kənd sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə 15 noyabr 2022-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində həmin qəsəbə sakini Zərərçəkmiş şəxs8 3000(üç min) manat qiymətində 20 baş qoyun alıb öz cinayətkar niyyətini gizlətmək üçün aldığı qoyunların pulunu verməklə etibarını qazandıqdan sonra təkrar Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 2022-ci ilin noyabr ayının sonlarında, istintaqla müəyyən edilməmiş tarixdə və vaxtda Astara rayonu Ərçivan qəsəbəsində Zərərçəkmiş şəxs8 ümumilikdə 1970(bir min doqquz yüz yetmiş) manat qiymətində 2 baş inək alıb pulunu 2022-ci ilin dekabr ayının əvvəllərində verəcəyi barədə yalan vəd verib aldadaraq ümumilikdə 1970 manat qiymətində əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs8 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, Astara rayonu Şəmətük kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs9 2022-ci ilin noyabr ayının sonlarında, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda ümumilikdə 2500(iki min beş yüz) manat qiymətində 3 baş inək alıb pulunu 15 gün ərzində verəcəyi barədə yalan vəd verib aldadaraq ümumilikdə 2500 manat qiymətində əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs9 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, Masallı rayonu Viləş kənd sakini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Astara rayonu Ərçivan qəsəbəsində həmin qəsəbə sakini Zərərçəkmiş şəxs8 aralarında olan etibarlı münasibətdən istifadə edərək 2022-ci ilin noyabr ayının sonlarında, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda 1300 (bir min üç yüz) manat qiymətində 1 baş inək alıb pulunu 2022-ci ilin dekabr ayının əvvəllərində verəcəyi barədə yalan vəd verib aldadaraq ümumilikdə 1300 manat qiymətində əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs8 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Astara rayonu Şümrüd kənd sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə 15 noyabr 2022-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində həmin qəsəbə sakini Zərərçəkmiş şəxs8 3000(üç min) manat qiymətində 20 baş qoyun alıb öz cinayətkar niyyətini gizlətmək üçün aldığı qoyunların pulunu şəxsən verməklə etibarını qazandıqdan sonra Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, 2022-ci ilin noyabr ayının sonlarında, istintaqla müəyyən edilməmiş tarixdə və vaxtda Astara rayonu Ərçivan qəsəbəsində Zərərçəkmiş şəxs8 ümumilikdə 1970(bir min doqquz yüz yetmiş) manat qiymətində 2 baş inək alıb pulunu 2022-ci ilin dekabr ayının əvvəllərində verəcəyi barədə yalan vəd verib aldadaraq ümumilikdə 1970 manat qiymətində əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs8 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib bu məqsədlə, Astara rayonu Şümrüd kənd sakini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Astara rayonu Ərçivan qəsəbəsində həmin qəsəbə sakini Zərərçəkmiş şəxs8 aralarında olan etibarlı münasibətdən istifadə edərək 2022-ci ilin noyabr ayının sonlarında, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə və vaxtda 1300(bir min üç yüz) manat qiymətində 1 baş inək alıb pulunu 2022-ci ilin dekabr ayının əvvəllərində verəcəyi barədə yalan vəd verib aldadaraq ümumilikdə 1300 manat qiymətində əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs8 həmin məbləğdə ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər məhkəmənin 26 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 3 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02 sentyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azadlığa çıxmışdır. 2018-ci ilin may ayında arvadı Gülçöhrə Əliyeva ondan boşanmış və onun aliment borcu yaranmışdır. 2022-ci ilin sentyabr ayında kiçik qardaşı Şahid2 övladının ad qoyma mərasimində Famid ilə söhbət etmişdir ki, yaşadıqları Şümrüd kəndindən mal-qara alıb, Masallı rayonunda satsınlar və pul qazansınlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 da söhbətə qoşulmuş və ona köməklik etmək istədiyini bildirmişdir. O, Aslanla razılaşıb, Aslanı da özü ilə Astara rayonuna aparacağını və pul qazanacağını demişdir. Belə ki, ilk dəfə 2022-ci ilin noyabr ayının əvvəllərində Şümrüd kənd sakinləri Camal, Nəbi və digər şəxslərdən iribuynuzlu və xırdabuynuzlu heyvanlar almışdır. İlk öncə həmin ticarətdən qismən də olsa xeyir götürmüş və sonra yenə də həmin şəxslərdən və digər həmkəndlilərindən nisyə heyvan almağa başlamışdır. Lakin növbəti dəfələrdə aldığı heyvanları nisyə satmış və xeyir götürə bilməmişdir. Zərərçəkmiş şəxs6 3200 manat dəyərində 4 baş inək nisyə almış, alarkən də vəd vermişdir ki, 1 baş inəyin pulunu aldıqdan bir gün sonra, qalan 3 baş inəyin pulunu isə 05 dekabr 2022-ci il tarixədək qaytaracaqdır. Zərərçəkmiş şəxs6 inək aldıqdan sonra inəkləri qardaşı Famidin evinin həyətinə aparmış, həmin inəklərdən 1 baş inək boğaz inək olduğundan aldığı günün növbəti günü 750 manata satmış və Zərərçəkmiş şəxs6 700 manat pul göndərmişdir. 3 baş inək isə bir neçə gün satılmamış və həyətində qalmışdır. Sonradan həmin 3 baş inəyi tanımadığı Masallı rayon sakinlərinə satmış, lakin pulunu tam ala bilməmişdir. Zərərçəkmiş şəxs6 4 baş inəyi özü almış, Fəttahla danışığı özü aparmış və Fəttaha pulunu qaytaracağına vəd vermişdir. Zərərçəkmiş şəxs7 ümumilikdə 8 baş dananı 5900 manata alıb, ona 1000 manat pul vermiş, lakin sonradan heyvanları nisyə sataraq ziyana getmişdir. Başqa şəxslərə də borcu olduğundan Zərərçəkmiş şəxs7 aldığı heyvanların pulunu bəzi borclarını vermişdir. Mirvahabdan 09 noyabr 2022-ci il tarixdə 3200 manat dəyərində 6 baş inək nisyə almış və pulunu 1 aya qaytaracağına vəd vermişdir. Zərərçəkmiş şəxs4 isə 2300 manat dəyərində 1 baş inək və 9 baş qoyun nisyə almışdır. Mirvahaba və Əşrəfə pullarını 1 aya qaytaracağımı vəd vermişdir. Həmin gün Mirvahabdan aldığı 1 baş buzovu həmkəndlisi Camal Musayevə 150 manata satmışdır. Qalan heyvanların bir qismini nəğd, bir qismini isə nisyə satmışdır. Əşrəfdən aldığı 1 baş inəyi Aslan satmış, 9 baş qoyunu isə Anara nisyə satmışdır. Rusifdən 6420 manat məbləğində 5 baş dana, 1 baş inək və balasını, 5 baş qoyunu nisyə almışdır. Rusifdən aldığı heyvanların hamısını Aslanın həyətinə gətirmiş, həmin gün 4 baş dananı qardaşı Famidin həyətində nisyə olaraq özü satmışdır. Sonradan Rusifdən aldığı digər heyvanları da satmış, lakin nisyə satmış və pulunu ala bilməmişdir. Zərərçəkmiş şəxs5 nisyə olaaq 2 baş boğaz inək, 1 baş dana və 11 baş keçi almış və bütün heyvanları qardaşı Famidin həyətinə aparmışdır. Əmrulladan aldığı inək və keçirləri də Masalı rayon sakinlərinə satmış, lakin adlarını bilmir. Zərərçəkmiş şəxs9 2 baş boğaz inək və 1 baş inəyi ümumilikdə 2500 manata almış və heyvanları Masallı rayonuna qardaşının həyətinə aparmışdır. Elşaddan aldığı inəkləri kimlərə satdığını xatırlamır. X5 2022-ci il noyabr ayında Masallı rayonun Viləş kəndində 6 baş inək satmış və İlhamdan 1800 manat məbləğində pul almışdır. Lakin İlhama satdığı inəkləri kimdən aldığını xatırlamır. Ehtiyyacı olduğundan heyvanları ucuz qiymətə satmışdır. Zərərçəkmiş şəxs8 2022-ci ilin noyabr ayının son günlərində 2 baş inəyi Təqsirləndirilən şəxs2la ona 1970 manata satmış, bir neçə gün keçdikdən sonra 1 baş boğaz inəyi yenə də Təqsirləndirilən şəxs2la ona 1300 manata satmış, 2022-ci ilin dekabr ayının əvvəllərində mal-qaranın pulunu, yəni 3270 manat pulu qaytaracağına vəd vermişlər. Dadaşdan ilk aldıqları 2 baş inəyi Masallı rayonunda adını xatırlamadığı şəxsə nisyə satmış. Dadaşdan aldıqları bütün inəklərin hamısını Aslan özü satmış və pulunu da özü götürmüşdür. Həmin pulu Aslan özü xərcləmiş, bir manat da ona pul verməmişdir. Əvvəllər Camaldan, Nəbidən və başqa şəxslərdən heyvan alıb, pullarını vermişdir. Həmin heyvanlara görə borclu qalmış, belə ki, alverdə xeyir götürə bilməmiş, baha qiymətə aldığı heyvanları Masallı rayonunda ucuz qiymətə satmışdır. Buna görə də yenə də mal-qara ticarəti ilə məşğul olmuş ki, borclarını, ən əsası da aliment borcunu versin. Lakin borclarımı qaytara bilməmiş və aliment məsələsini də həll edə bilməmişdir. Aslan əvvəllər onunla fəhlə kimi Astara rayonuna gəlib, köməklik etmişdir. Aslan Dadaşdan alınan inəklərin hamısını özü sataraq pulunu xərcləmişdir. Bəzən Astara rayonuna Anarın avtomobili ilə gedirmiş və bunun qarşılığında Anara pul verirmiş, həmçinin Aslana da əvvəllər ona köməklik etdiyi üçün pul vermişdir. Hal-hazırda zərərçəkmiş şəxslərə vurduğu ziyanın bir hissəsini ödəmişdir. Aliment borcu olmasına baxmayaraq himayəsində 4 nəfər azyaşlı uşaq vardır. Bütün bunları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi üzvüləri ilə birlikdə Masallı rayonu Viləş kəndində yaşayır. Astara rayonu Şümrüd kənd sakini Təqsirləndirilən şəxs1 ilə qardaşı Ruslanın evində qaldığından Fuadla münasibəti yaranmışdır. 2022-ci ilin noyabr ayının əvvəllərində Fuad ona mal-qara alveri ilə məşğul olmaq istədiyini bildirmişdir. Bir müddət keçdikdən sonra Fuad ona zəng edib, Astara rayonunun dağ kəndlərindən birindən keçi aldığını bildirərək ondan “Qazel” markalı yük avtomobili tapıb, həmin yük avtomobili ilə birlikdə Astara rayonuna gəlib, köməklik etməyini istəmiş və bunun qarşılığında müəyyən məvacib verəcəyini demişdir. Masallı rayonunda “Qazel” markalı yük avtomobili tapıb, Astara rayonunda, adını bilmədiyi bir kəndə getmiş və Fuadın oradan 13 baş keçi almışdır. Fuadla köməkləşib, keçiləri Masallı rayonuna gətirmişlər. Fuad keçiləri Masallı rayonunda 1100 manata satmışdır. İkinci dəfə Fuad ona yaşadığı kənddə qoyun satıldığını, qoyun alverindən başının çıxmadığını demiş və birlikdə Şümrüd kəndinə gedib, qoyun almaqda köməklik göstərməyini ondan istəmişdir. Fuad oradan nəğd şəkildə tanımadığı bir şəxsdən 5 baş qoyun almışdır. Daha doğrusu Fuadın pulu olmamış, o, qohumlarının birindən xahiş etmişdir və mal-qara aldıqları şəxsin bank kartına pul göndərmişlər. Yəni ki, 5 baş qoyunun pulunu o vermişdir. Həmin vaxt o, “Qazel” markalı yük avtomobilini tapmışdır. Yolla bir qədər irəliyərkən kimsə yolda Fuada 19 baş nisyə qoyun vermiş, Fuad qoyunların hamısını satmış və aldığı şəxslərin pulunu vermişdir. Üçüncü dəfə də Fuad ondan birlikdə Astara rayonuna getməyini istəmişdir. Qaynı Anar, Təqsirləndirilən şəxs1 və Fuadın qardaşı Famidlə birlikdə Astara rayonuna yola düşmüşlər. Fuad Astara rayonundan təxminən 20 baş qoyunu nisyə almış, onlar həmin heyvanları “Qazel” markalı yük avtomobili ilə Masallı rayonuna aparmışlar. Dördüncü dəfə Fuad onunla birlikdə Sım kəndinə getməyini istəmiş, Anar, azyaşlı oğlu və Fuadla birlikdə Sım kəndinə getmişlər. Fuad oradan 3 baş inəyi 2 baş balası ilə birlikdə nisyə almış, onlar həmin inəkləri “Qazel” markalı yük avtomobili ilə Masallı rayonuna aparmışlar. 2022-ci ilin noyabr ayının sonlarında Fuadla Astara rayonun Ərçivan qəsəbəsinə getmişlər. Orada o, qəsəbə sakini Zərərçəkmiş şəxs8 2 baş inək almış və onlar inəkləri Masallı rayonuna aparmışlar. Sonra o, Fuadla yenə də Dadaşın mağazasına getmişlər və o, Dadaşdan 1 baş inək almış və onlar geriyə qayıtmışlar. Həmin 1 baş inəyi də o satmışdır. Sonra o, şəxsən İpək yolunda Dadaşa 3000 manat pul vermişdir. Dadaş ona Fuada inanmadığını demiş və buna görə də pulu verməyini ondan istəmişdir. Həmin səbəbdən də pulu şəxsən özü Dadaşa vermişdir. Dadaş 2 baş inəyi Təqsirləndirilən şəxs1 satarkən Fuada inanmadığını, ona inandığını demiş, o da Dadaşdan narahat olmamasını istəmiş və pulunu verəcəklərini demişdir. Dadaşdan 3 baş inəyi 3270 manata o almış və pulunu da qaytaracağına söz vermişdir. İmkansızlıqdan pulu vaxtında qaytara bilməmiş, lakin iş üzrə araşdırma gedişində pulu tam həcmdə Zərərçəkmiş şəxs8 ödəmişdir. Zərərçəkmiş şəxs8 hal-hazırda ondan heç bir tələb və şikayəti yoxdur. Himayəsində azyaşlı uşaqların olmasını, həmçinin ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin etməyi məhkəmədən xahiş edir və bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1-ci və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs2 cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, o, Astara rayonun Ərçivan qəsəbəsində yaşayır, mal-qara saxlamaqla məşğul olur. Ərçivan qəsəbəsində ət dükanı var, özünə məxsus mal-qaradan kəsib dükanda satır. 15 noyabr 2022-ci il tarixdə tanışı, Camal ona demişdir ki, Astara rayonu, Şümrüd kənd sakini Təqsirləndirilən şəxs1, onun tanışıTəqsirləndirilən şəxs2 malqara alveri ilə məşğul olurlar və onlara mal-qara sata bilər. onunla razılaşmışdır. Bundan sonra Camal Təqsirləndirilən şəxs2 zəng etmiş və təxminən 2-3 saat keçdikdən sonra Təqsirləndirilən şəxs2, onun qohumu Şahid1 və Təqsirləndirilən şəxs1 Astara rayonu Ərçivan qəsəbəsində yerləşən işlədiyi ət mağazasına gəlmişlər. Bundan sonra Aslan, Anar və Fuad həyətinə gəlmişlər və şəxsi təsərrüfatında olan heyvanlara baxmışlar. Qoyunlara baxdıqdan sonra qoyunları almaq istədiklərini demişlər. Fuad 30-40 baş qoyun almaq istəmiş, lakin o, 20 baş qoyun sata biləcəyini demişdir. Fuad onunla razılaşmış, o, qoyunların içərisindən 20 baş qoyun seçmiş, onların qiymətinin 3200 manat olduğunu demiş, Fuad razılaşmışdır. Camal ondan xahiş etmişdir ki, müəyyən müddət ərzində qoyunları Aslangilə nisyə versin. O, Camala maksimum 10 gün vaxt verəcəyini, 200 manatı isə həmin gün istədiyini demişdir. Fuad onun təklifi ilə razılaşmış, ona 200 manat pul vermişdir. Sonra qoyunları “Qazel “ markalı yük avtomobilinin yük yerinə yükləmişlər. 25 noyabr 2022-ci il tarixdə Bakı şəhərinə gedərkən “İpək yolu”nda Fuad və Aslanla birlikdə gəlmiş, ona 3000 manat pul sayıb ona vermişdir. Həmçinin Aslan ona demiıdir ki, - “mən kişiyəm, dediyim vaxtda pulu qaytarıram, nə vaxt səndən nisyə heyvan almaq istəsəm, ver, dediyim vaxtda pulunu verəcəyəm”. Aslan bu sözləri dedikdən sonra o, tam şəkildə Aslana inanmışdır. Sonra isə yoluna davam edib, Bakı şəhərinə getmişdir. Təxminən 3-4 gün keçdikdən sonra Fuad ona zəng etmiş, ondan nisyə mal-qara istəmiş, sonra Aslan Fuaddan telefonu alıb, onunla danışmışdır. Aslan ondan nisyə mal-qara satmağını xahiş etmişdir. Təxminən 30 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və yük avtomobili ilə onun işlədiyi mağazaya gəlmişdir. O, Təqsirləndirilən şəxs2 2 baş inəyi 1970 manata nisyə olaraq satmışdır. Sonra Təqsirləndirilən şəxs2 Fuadla birlikdə inəkləri avtomobilə yükləyib, getmişlər. Həmin gün Təqsirləndirilən şəxs1 yenə də mal-qara istəmişdir. O, Təqsirləndirilən şəxs1 Şəmətük kəndində Zərərçəkmiş şəxs9 3 baş inək olduğunu demiş, onları telefon vasitəsi ilə calaşdırmışdır. Sonra isə eşitmişdir ki, Təqsirləndirilən şəxs1 Elşaddan 2500 manat dəyərində 2 baş inək və 1 baş düyə almışdır. 2022-ci ilin noyabr ayının son günlərində, Aslan və Fuad heyvan almaq üçün Astara rayonuna gəldiklərini, lakin ala bilmədiklərini demişlər və ondan köməklik göstərməyini istəmişlər. O, Aslana inanmış, növbəti gün, təxminən saat 10 radələrində həmkəndlisindən aldığı 1 baş boğaz inəyi 1300 manata Aslana nisyə satmışdır. O, Aslanla razılaşdıqdan sonra Aslan Fuadla birlikdə inəyi götürüb Masallı rayonuna getmişlər. Sonra Aslandan pulunu istəmiş, Aslan 1300 manat pulu ona verməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanı tamamilə ödəmişlər. Ona görə də onlardan heç bir şikayəti və tələbi də yoxdur. Ona görə də onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Astara rayonun Şümrüd kəndində yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, İİ Qarabağ müharibəsi qazisidir. Təsərrüfatla məşğul olur, təsərrüfatının genişləndirilməsi üçün Dövlət tərəfindən ona pulsuz 5 baş inək verilmişdir. Bir müddət inəkləri saxladıqdan sonra inəkləri satıb özünə avtomobil almaq istəmişdir. Odur ki, yaxınlarına, həmçinin qardaşı Zərərçəkmiş şəxs2 özünə məxsus 5 baş inəkləri satmaqda köməklik göstərmələrini xahiş etmişdir. 2022-ci ilin noyabr ayının əvvəllərində Astara rayonu, Şümrüd kənd sakini Təqsirləndirilən şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 evinə gələrək həmin 5 baş inəkləri nisyə olaraq almaq istəmişdir. Qardaşı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 tanışı Şahid2 qardaşıolduğunu bildiyindən Fuadla razılaşmışdır. Qardaşı Zərərçəkmiş şəxs2 ona məxsus 5 baş inəkləri Təqsirləndirilən şəxs1 4300 manata nisyə olaraq satmışdır. Təqsirləndirilən şəxs1 4300 manat pulu 25 noyabr 2022-ci il tarixdə ona verəcəyini vəd vermişdir. 25 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 4300 manat pulu verməmişdir. Ona görə də onun cəzalanmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 da əsasən Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Astara rayonun Şümrüd kəndində yaşayır, Lənkəran regional Meşə Təsərrüfatında fəhlə işləyir. Əvvəllər təsərrüfatı olmuş, təsərrüfatında iribuynuzlu mal-qara saxlamışdır. X15 üçün Bakı şəhəri Ramana qəsəbəsində ev tikir. Pula ehtiyacı olduğundan 2022-ci ilin noyabr ayında təsərrüfatında olan inəkləri satmaq qərarına gəlmişdir. 09 noyabr 2022-ci il tarixdə evdə olduğu zaman həmkəndlisi Təqsirləndirilən şəxs1 telefonla zəng vurub bildirmişdir ki, inəklərini almaq istəyir, lakin pulu yoxdur və bir ay ərzində inəkləri satıb pulunu verəcəkdir. Təqsirləndirilən şəxs1 ilə razılaşmış və buna görə 6 baş mal-qaranı, yəni 2 baş buzovu və 4 baş inəyi baha qiymətə 3200 manat nisyə satmışdır. İnəkləri iplə bağlayıb Düriyyə kəndinə tərəf aparmış, yolda 6 baş mal-qaranı Fuada vermişdir. Təqsirləndirilən şəxs1 sonradan adını bildiyi Şahid1 ilə birlikdə inəkləri aparmışlar. Bir ay keçdikdən sonra Fuad onun pulunu vermədiyindən Fuada telefonla zəng vurmağa başlamış, lakin Fuad onun zənglərinə cavab verməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanın ödəməmişdir. Ona görə də onun cəzalanmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, Astara rayonun Şümrüd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Ailəsinə məxsus təsərrüfatda inək və qoyun saxlayırlar. Pula ehtiyacı olduğundan 2022-ci ilin noyabr ayında ailəsinə məxsus olan 1 baş inəyi və 9 baş qoyunları satmaq qərarına gəlmişdir. 09 noyabr 2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs1 bir nəfər sonradan adını bildiyi Şahid1 ilə onun yaşadığı evə gəlib, inəklərini və qoyunları nisyə almaq istəməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 1 baş inəyi və 9 baş qoyunları Təqsirləndirilən şəxs1 2300 manata nisyə olaraq satmışdır. Aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2300 manat 1 ay ərzində ona verməyi vəd vermişdir. Təqsirləndirilən şəxs1 həmin gün Şümrüd kənd sakini Zərərçəkmiş şəxs3 6 baş malqaranı nisyə olaraq almışdır. Bir ay keçdikdən sonra Fuad onun pulunu verməmiş, o da Fuada telefonla zəng vurmağa başlamışdır. Lakin Fuad onun zənglərinə cavab verməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanı ödəməmişdir. Ona görə də onun cəzalanmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, Astara rayonun Şümrüd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təsərrüfatla məşğul olur. Təsərrüfatında inək, keçi və qoyun saxlayır. 11 noyabr 2022-ci il tarixdə evdə olduğu zaman həmkəndlisi Təqsirləndirilən şəxs1 və adını sonradan bildiyi Şahid1 onun yaşadığı evə gələrək, nisyə olaraq, pulunu 1 ay ərzində ödəmək şərti ilə mal-qara almaq istədiklərini bildirmişlər. Həmin vaxt pula ehtiyacı olduğundan, Təqsirləndirilən şəxs1 tanıdığından, ona nisyə olaraq mal-qara satmaq qərarına gəlmişdir. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2 baş boğaz inəyi 2000 manata, 1 baş inəyi 600 manata, 11 baş keçini 1500 manata nisyə olaraq satmışdır. Sonra onlar 3 baş inəyi və 11 baş keçini iplə bağlayıb aparmışlar. Təqsirləndirilən şəxs1 vəd verdiyi vaxtda pulu ona qaytarmamış və ümumilikdə ona 4100 manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanı ödəməmişdir. Ona görə də onun cəzalanmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Astara rayon Şümrüd kəndində yaşayır. 18 noyabr 2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, nisyə olaraq, pulunu noyabr ayının sonunda ödəmək şərti ilə inəklər almaq istəyir. Bundan sonra müxtəlif adamlardan aldığı 8 baş inəyi Təqsirləndirilən şəxs1 5900 manata nisyə olaraq satmışdır. 25 noyabr 2022-ci il tarixdə Masallı rayonuna gedib orada Təqsirləndirilən şəxs1lə görüşmüş, Təqsirləndirilən şəxs1 ona 1000 manat pul vermiş və demişdir ki, qalan 4900 manat pulu 30 noyabr 2022-ci il tarixdə ona verəcəkdir. 30 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 zəng vurub pulun qalan hissəsini istəmiş, o, pul verməmiş və demişdir ki, mal-qaranı satıb, lakin pulunu ala bilmir. Hal-hazırda Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanın 3500 manatını ödəmiş, qalan hissəsini ödəməmişdir. Ona görə də onun cəzalanmasını tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Astara rayon Şəmətük kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, təsərrüfatla məşğul olur. Təsərrüfatında inək, qoyun və mandarin ağacları vardır. 2022-ci il noyabr ayının sonunda tanışları Zərərçəkmiş şəxs2, Şahid6, Zərərçəkmiş şəxs7 və adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gəlmişlər. Onlardan Təqsirləndirilən şəxs1 demişdir ki, bir neçə baş inək almaq istəyir, lakin pulunu 15 gün sonra verəcəkdir. Həmin vaxt onun pula ehtiyacı olmuş, lakin Təqsirləndirilən şəxs1 inanmamışdır, bu vaxt Zərərçəkmiş şəxs2 ona Fuadı tanıdığını bildirib, onu inandırmışdır ki, mal-qaranı ona nisyə olaraq satsın. Razılaşdıqdan sonra 2 baş boğaz inəyi və 1 baş inəyi 2500 manata Təqsirləndirilən şəxs1 nisyə olaraq satmışdır. Razılaşmadan sonra Təqsirləndirilən şəxs1 inəkləri iplə bağlayıb aparmışdır. Mal-qaranı satdıqdan 15 gün sonra Təqsirləndirilən şəxs1 ona 2500 manat verməmişdir. Ona cəmi 2500 manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanı ödəməmişdir. Ona görə də onun cəzalanmasını tələb edir. Cinayət işi üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Astara rayonun Düriyyə kəndində yaşayır, Astara Elektrik şəbəkəsində nəzarətçi-mühəndis vəzifəsində işləyir. Astara rayonun Pəlikəş kənd sakini Zərərçəkmiş şəxs6 tanıyır. 15 noyabr 2022-ci il tarixdə günorta vaxtı Zərərçəkmiş şəxs6 onu evinə dəvət etmiş və demişdir ki, mal-qara almış, lakin sata bilmir, müştəri tapmaqda köməklik etməyini xahiş etmişdir. O, da Təqsirləndirilən şəxs1 zəng edib Fəttahda mal-qara olduğunu və satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 gələcəyini ona demiş, daha sonra Zərərçəkmiş şəxs6 ona zəng edib mal-qara alanların gəldiklərini bildirmişdir. Daha sonra Fəttah X1 mal-qara satmasından xəbəri olmamışdır. Hadisədən bir neçə gün sonra Zərərçəkmiş şəxs6 görüb bu barədə soruşduqda Zərərçəkmiş şəxs6 demişdir ki, “mal-qaranı satdım”. Daha sonra Zərərçəkmiş şəxs6 ona zəng vuraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onu aldatmış və satdığı mal-qaranın pulunu vermir. O, da bir az səbirli olmağı Təqsirləndirilən şəxs1 gəlib, satdığı inəklərin pulunu verəcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə gün sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs1 bir neçə Şümrüd və Pəlikəş kənd sakinlərinin etibarından istifadə edib, mal-qaranı alıb, pulunu sonra verəcəyinə vəd verib, lakin vədinə əməl etməyib həmin şəxsləri aldatmışdır. Cinayət işi üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 09 noyabr 2022-ci il tarixdə Astara rayonu Pəlikəş kənd sakini Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Şahid1 ilə yaşadığı evə gələrək, mal-qara ticarəti ilə məşğul olduğunu bildirib, nisyə mal-qara almaq istədiyini bildirmişdir. Həmin vaxtı şəxsi təsərrüfatında olan 9 baş inəkdən 3 inəyin hər birini 850 manatdan olmaqla cəmi 2550 manata Təqsirləndirilən şəxs1 nisyə olaraq satmışdır. Təqsirləndirilən şəxs1 həmin pulu 15 gündən sonra verəcəyini vəd vermişdir. 15 noyabr 2022-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbə sakini Zərərçəkmiş şəxs8 onun iştirakı ilə Təqsirləndirilən şəxs1 3200 manata 20 baş qoyunu nisyə olaraq satmış, həmin vaxtı Təqsirləndirilən şəxs1 Dadaşa 200 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 ona olan borcunu sonra ona qaytarmışdır. Onun Təqsirləndirilən şəxs1 heç bir şikayəti olmamaışdır. Cinayət işi üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı rayonunda yaşayır. Astara rayonu Şümrüd kənd sakini Təqsirləndirilən şəxs1 tanıyır. 2022-ci ilin yay aylarında yeznəsi Təqsirləndirilən şəxs2 qardaşı Ruslan Eyvazov evində Təqsirləndirilən şəxs1lə tanış olmuşdur. 2022-ci ilin oktyabr ayında yaşadığı kənddə olan zaman, Təqsirləndirilən şəxs1 ona Astara rayonunun dağ kəndlərindən birinə gedib, oradan mal-qara alacağını bildirib, taksi kimi Astara rayonuna aparmağını istəmişdir. Fuadla razılaşmış, bundan sonra idarə etdiyi “VAZ 21074” markalı, “**-XJ-***” dövlət qeydiyyat nişanlı avtomobillə təxminən saat 20 radələrində yeznəsi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birlikdə Astara rayonuna yola düşmüşlər. Astara rayonu, Pəlikəş kəndinə çatdıqda Nəbi adlı şəxs Zərərçəkmiş şəxs2la birlikdə Fuadı yolda gözləmişlər. Bundan sonra Fuad, Nəbi və Rusiflə birlikdə dağa qalxmış, bir müddət keçdikdən sonra Fuad, Nəbi və Rusif 10 başa yaxın qoyunla dağdan düşüb gəlmişlər. Bir müddət keçdikdən sonra həmin yerə “Qazel” markalı yük avtomobili gəlmiş, Fuad qoyunları Aslanla birlikdə yük avtomobilinə yükləmiş və özü yük avtomobili ilə Masallı rayonuna yola düşmüşdür. Fuad yola düşməzdən əvvəl Fuaddan 40 manat taksi pulunu almış və bundan sonra o, Aslanla birlikdə idarə etdiyi avtomobillə Masallı rayonunda yerləşən yaşadığı evə getmişdir. Həmin hadisədən təxminən 15 gün keçdikdən sonra Fuad ona zəng edərək Nəbiyə pul verməli olduğunu bildirib, avtomobili ilə Astara rayonuna aparmasını ondan istəmişdir. Fuadla razılaşmış, təxminən saat 20 radələrində Fuadla birlikdə idarə etdiyi avtomobillə Astara rayonunda kəndlərindən birində yerləşən kafedə Nəbi ilə görüşmüş, Fuad Nəbiyə bir miqdar pul vermişdir. Sonra Masallı rayonuna qayıtmışlar. Fuad pulunun olmadığını, pulunu sonra verəcəyini demişdir. Həmin hadisədən iki gün sonra Fuad da ona 50 manat pul vermişdir. Həmin gündən təxminən 5 gün keçdikdən sonra, səhər saatlarında Fuad ona zəng edərək yaşadığı kənddə mal-qara almaq üçün onu avtomobillə Astara rayonunda yerləşən evinə aparmağını demişdir. İdarə etdiyi avtomobillə Fuadla birlikdə Fuadın yaşadığı evə getmişdir. Sonra Fuad bir neçə həmkəndlisinin evinə gedib, oradan iribuynuzlu və xırdabuynuzlu mal-qara almışdır. Fuad mal-qaranı aldıqdan sonra heyvanları aldığı şəxslər Fuada kömək edərək heyvanları asfalt yola aparmışlar. Bir müddət keçdikdən sonra “Qazel” markalı yük avtomobili gəlmiş və Fuad mal-qaranı avtomobilin yük yerinə yükləmişdir. Fuadın qardaşı Şahid2 yük avtomobili ilə Astara rayonuna gəlmişdir. Fuad mal-qaranı avtomobilə yüklədikdən sonra yük avtomobili Masallı rayonuna yola düşmüşdür. Sonra Fuad onun avtomobilinə oturmuş və birlikdə Masallı rayonuna getmişlər. Bundan sonra Fuad qardaşı Famidlə birlikdə heyvanları avtomobildən boşaltmışlar. O, Fuaddan pulunu istədikdə, Fuad pulunu heyvanları satdıqdan sonra verəcəyini demişdir. 1 həftədən sonra Fuaddan 60 manat pul almışdır. O, Fuadın heyvanları kimlərə satdığını bilmir, Fuad onun yanında kiməsə heyvan satmamışdır. O, taksi kimi Fuadı Astara rayonuna aparıb, gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və Şahid5 da əsasən Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdilər. Cinayət işi üzrə Zərərçəkmiş şəxs6 məhkəmə baxış iclasının yeri və vaxtı barədə qabaqcadan, lazımı qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cinayət işinə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Zərərçəkmiş şəxs6 ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəmə iclasında elan edilməklə tədqiq edilən ifadəsindən məlum olur ki, oğlu ifadəsində göstərdi ki, o, Astara rayonu Pəlikəş kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. Pula ehtiyacı olmasına görə ona məxsus olan mal-qaradan satmaq istəmişdir. 15 noyabr 2022ci il tarixdə adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs2, Şahid1 və Astara rayonu Şümrüd kənd sakini Təqsirləndirilən şəxs1 avtomobillə onlara gəlmiş, Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb, onun qohumu olduğunu, inək almaq istədiyini demişdir. Onları tövləyə aparmış həmin vaxtı tövlədə 3 başı boğaz, 1 başı düyə və 1 başı buzov olmaqla 5 baş inək heyvanı olmuşdur. Aralarındakı razılığa əsasən 3 baş boğaz və 1 baş düyə olmaqla 4 baş inəyi Təqsirləndirilən şəxs1 3200 manata nisyə olaraq satmışdır. Təqsirləndirilən şəxs1 ona böyük bizneslə məşğul olduqlarını dediyinə görə ona inanmışdır. Aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 1 baş inəyin pulunu növbəti gün göndərəcəyini, qalan 3 baş inəyin pulunu isə 20 gün ərzində qaytaracağını demişdir. Təqsirləndirilən şəxs1 17 noyabr 2022-ci il tarixdə ona cəmi 700 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs1 hazırda ona 2500 manat pul verməlidir. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəməyə ünvanladığı ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs1 ona vurduğu ziyandan 700 manatını ödəmiş qalan hissəsini ödəməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1nın törətdiyi əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs2nın törətdiyi əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs2 adına tərtib etdiyi 25 fevral 2023-ci il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs1 adına tərtib etdiyi 27 fevral 2023-ci il tarixli tələbnamə-arayışdan, Oğuz Rayon Məhkəməsinin 26 iyul 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Oğuz Rayon Məhkəməsinin 26 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzasının əvvəli 02 mart 2016-cı il tarixdən hesablanmaqla 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əvvəlki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına görə məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, əməlində cinayətlərin residivi olmadığına görə, Təqsirləndirilən şəxs1 cinayətin residivinə görə cəza təyin edilməməlidir. Astara Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1(018)-07/2023 nömrəli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəlinin 25 yanvar 2023-cü il tarixdən hesablanmaqla 01 (bir) ay, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apeliyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli 1(106)-374/2023 nömrəli qərarından məlum olur ki, Astara Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1(018)- 07/2023 nömrəli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təyin 01 (bir) ay, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 haqqında üç ay müddətinə“həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 haqqında üç ay müddətinə“həbs” qətimkan tədbiriseçilmişdir. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Pəlikeş kənd ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və “doğum haqqında şəhadətnamələrin” surətindən görünür ki, Əliyev X6 rayonu Şümrüd kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Pəlikeş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Təqsirləndirilən şəxs1 barədə verdiyi xasiyyətnamədə o, mənfi xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Masallı RİH başçısının Masallı rayonu Viləş kənd ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və “doğum haqqında şəhadətnamələrin” surətindən görünür ki, Eyvazov X7 rayonu Viləş kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Himayəsində 2 nəfəri azyaşlı olmaqla, 4 nəfər uşaq vardır. Cinayət işinin materiallarında olan Masallı RİH başçısının Masallı rayonu Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Təqsirləndirilən şəxs2 barədə verdiyi xasiyyətnamədə o, mənfi xarakterizə olunmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1nın barəsində cəzanı yüngülləşdirən hallar onların əməlləriniini etraf edib, əməllərindən peşman olmaları, Təqsirləndirilən şəxs1nın təqsirindən dəyən ziyanın bir hissəsini, Təqsirləndirilən şəxs2 təqsirindən dəyən ziyanın tamamilə ödəməsi, Təqsirləndirilən şəxs2 himayəsində 2 nəfəri azyaşlı olmaqla, 4 nəfər uşaq olmasıdır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs1 barəsində hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə vurduğu ziyanın bir hissəsini ödəməsinə, qalan hissəsini ödəməkdən boyun qaçırtmasına və zərərçəkmiş şəxslərin onunla barışmamasına görə, ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Şirvan Apeliyasiya Məhkəməsinin 31 may 2023cü il tarixli 1(106)-374/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 Astara Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1(018)-07/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) ay, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Astara Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1(018)-07/2023 saylı hökmünə əsasən ona təyin edilmiş 01 (bir) ay, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməməsini, onun cəzasının əvvəlinin 25 yanvar 2023-cü il tarixdən hesablanmasını əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlləriniini etraf edib, əməllərindən peşman olmasını, təqsirindən dəyən ziyanın tamamilə ödəməsini, himayəsində 2 nəfəri azyaşlı olmaqla, 4 nəfər uşaq olmasını yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Eyvazov X7 və Lənkəran rayonlarının kəndlərində fəhləlik etməklə, Masallı rayonu Viləş kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Masallı və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Masallı rayonu Viləş kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 28 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, onun barəsində 30 yanvar 2023-cü il tarixdə “həbs” qətimkan qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu 28 yanvar 2023-cü il tarixdən hal-hazıra kimi 04 (dörd) ay 25 (iyirmi beş) gün həbsdə olması müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin, 09 (doqquz) ay 20 (iyirmi) günün çıxılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanla bağlı mülki iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, məhkum edilsin. Təqsirləndirilən şəxs1 Şirvan Apeliyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli 1(106)-374/2023 nömrəli qərarına əsasən ona CM-in 306.1-ci maddəsi ilə təyin edilmiş 1 ay 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 «həbsdə» saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzanın əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın. Şirvan Apeliyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli 1(106)-374/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 Astara Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1(018)-07/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) ay, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlığın mədudlaşdırılması cəzasına, məhkum edilsin. Təqsirləndirilən şəxs2 bu cinayət işi üzrə 28 yanvar 2023-cü il tarixdən halhazıradək həbsdə olduğu 04 (dörd) ay 25 (iyirmi beş) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təyin olunmuş 03 (üç) il müddətə azadlığın mədudlaşdırılması cəzasından 09 (doqquz) ay, 20 (iyirmi) gün çıxılmaqla, üzərində 02 (iki) il 02 (iki) ay, 10 (on) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Masallı və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Masallı rayonu Viləş kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Masallı rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək,“başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs2 dərhal həbsdən azad edilsin. Cinayət işi üzrə zərərçəkmiş şəxslərə onlara dəymiş maddi ziyanla bağlı Təqsirləndirilən şəxs1 qarşı mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökmün Təqsirləndirilən şəxs2 ilə bağlı hissəsinin icrası Masallı rayonu İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Mübariz Məmmədov