Məhkəmə qərarları › İş №1(018)-92/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-92/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-92/2024 07.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə İran İslam Respublikasının Ənzəli şəhərində anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, işsiz, İran İslam Respublikasının Həşbər şəhəri, Əsalem qəsəbəsi, Xiyabani şəhid X15 müəllim küçəsi ev 374-də qeydiyyatda olan,barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə; xx xxxxx 2000-ci ildə İran İslam Respublikasında anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işsiz, İran İslam Respublikasının Həşbər şəhəri, Əsalem qəsəbəsi, Xanğa döngəsi, Şalizar küçəsi ev 3-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X8 qanunsuz yol ilə Azərbaycan Respublikasına gəlmək məqsədi ilə İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni X7 rayonununda yerləşən Cənub regional şöbəsinin “Astara” sahil nəzarəti bölməsinin xidməti ərazisindən Xəzər dənizində İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçmiş, 18 aprel 2024-cü il tarixdə saat 07:45-də Cənub Regional şöbəsinin “Dalğa” sahil nəzarəti bölməsinin 21-ci yanalma körpüsündən təxminən 1 kilometr aralı məsafədə saxlanılmışdır. Təqsirləndirilən şəxs2 qanunsuz yol ilə Azərbaycan Respublikasına gəlmək məqsədi ilə İran İslam Respublikası vətəndaşı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni X7 rayonununda yerləşən Cənub regional şöbəsinin “Astara” sahil nəzarəti bölməsinin xidməti ərazisindən Xəzər dənizində İran İslam Respublikasından Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçmiş, 18 aprel 2024-cü il tarixdə saat 07:45-də Cənub Regional şöbəsinin “Dalğa” sahil nəzarəti bölməsinin 21-ci yanalma körpüsündən təxminən 1 kilometr aralı məsafədə saxlanılmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində ifadəsində göstərdi ki, 18 aprel 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 ilə balıq tutmaq üçün dənizə çıxmışlar. Onların məqsədi dənizdə balıq tutmaq olmuşdur. Heç fərqinə varmadan onlar dənizdə Azərbaycan tərəfinə keçmişlər. Həmin ərəfədə idarə etdikləri “Yamaha-85” markalı qayığın mühərriki xarab olub qayıqdan ayrılaraq suya düşmüşdür. Daha sonra qayıqda olan plastik konstiri iki hissəyə bölüb, taxta parçasına bərkidərək avar kimi istifadə etmək istəsələrdə külək onları yenidən Azərbaycan Respublikası istiqamətdə aparmış, 18 aprel 2024-cü il tarixdə səhər saatlarında Xəzər dənizinin sahilində sərhədçilər tərəfindən saxlanılmışlar. İfadəsinə əlavə olaraq bildirmişdir ki, onlar Xəzər dənizinə balıq tutmaq üçün getmişlər. Onlar Azərbaycanda heç kimə narkotik verməmişlər. Hazırda peşaman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 18 aprel 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 ilə balıq tutmaq üçün dənizə çıxmışlar. Onların məqsədi dənizdə balıq tutmaq olmuşdur. Heç fərqinə varmadan onlar dənizdə Azərbaycan tərəfinə keçmişlər. Həmin ərəfədə idarə etdikləri “Yamaha-85” markalı qayığın mühərriki xarab olub qayıqdan ayrılaraq suya düşmüşdür. Daha sonra qayıqda olan plastik konstiri iki hissəyə bölüb, taxta parçasına bərkidərək avar kimi istifadə edib İran istiqamətində hərəkət etmişlər. Lakin külək onları yenidən Azərbaycan Respublikası istiqamətdə aparmış, 18 aprel 2024-cü il tarixdə səhər saatlarında Xəzər dənizinin sahilində sərhədçilər tərəfindən saxlanılmışlar. İfadəsinə əlavə olaraq bildirmişdir ki, onlar Xəzər dənizinə balıq tutmaq üçün getmişlər. Onlar Azərbaycanda heç kimə narkotik verməmişlər. Hazırda peşaman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, 18 aprel 2024-cü il tarixdə saat 07:45-də miçman X11 «Dalğa» sahil nəzarəti bölməsinin sağ cinahında «əraziyə baxış qrupu və üzmə vasitələrinin rəsmiləşdirilməsi» xidmətində olarkən bölmənin 21-ci yanalma körpüsündən 1 (bir) kilometr məsafədə içərisində iki nəfər şəxs olan naməlum üzmə vasitəsinin dənizin sahilinə yan aldığı müşahidə etmiş, miçman Mədət Qasımov dərhal bu barədə bölməyə məruzə etmiş, bundan sonra o həmin əraziyə getmiş, miçman Mədət Qasımovla birlikdə həmin üzmə vasitəsində olan iki nəfər şəxsi saxlamış, saxlanılanlarla söhbət zamanı həmin şəxslərin İran İslam Respublikasının vətəndaşları X8 və Təqsirləndirilən şəxs2 olduğu, həmin şəxslərin İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədini pozaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələr gətirdikləri məlum olmuş, X8 və Təqsirləndirilən şəxs2 onlarla birlikdə içərisində iki nəfər İran İslam Respublikasının vətəndaşları olan başqa bir üzmə vasitəsinin də Aəzərbaycan Respublikasına gələrək onların da narkotik vasitələr gətirdiklərini bildirmiş, 16 aprel 2024-cü il tarixdə gecə saatlarında sərhədçilərin gəmisi Xəzər dənizində onları təqib etdiyi üçün iki ədəd qara rəngli kisələrdə olan narkotik vasitələri Ələt qəsəbəsi istiqamətində Bəndovan burnu tərəfdə dənizə tulladıqlarını bildirmişlər, bundan sonra onlar və İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş içərisində iki nəfər şəxs olan digər üzmə vasitəsinin də gəmidən qaçmaq məqsədilə İran İslam Respublikası istiqamətində hərəkət etdiklərini bilirmişlər, lakin üzmə vasitəsinin mühərriki sıradan çıxıb suya düşdüyü üçün külək onları yenidən Azərbaycan Respublikası istiqamətində gətirmiş, X12 və Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra əraziyə və üzmə vasitəsinə baxış keçirilmiş, lakin əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və yaxud predmet aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X10 şahid X5 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdilər. Cinayət işinə əlavə edilmiş 18 aprel 2024-cü il tarixli ərazi və üzmə vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşları X8 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları ərazi Xəzər dənizində Azərbaycan Respublikasının ərazi sularıdır. Həmin ərazi Neftçala rayonu, Sahiloba kəndinin ərazisində yerləşən “Dalğa” sahil nəzarəti bölməsinin sağ cinahında Xəzər dənizinin sahilində 21-ci yanalma körpüsündən 1 kilometr aralı məsafədə yerləşir. X8 və Təqsirləndirilən şəxs2 saxlanıldığı üzmə vasitəsi “Layner” tipli, plastik gövdəli, mühərriksiz, çöl tərəfi sarı, iç tərəfi ağ, uzunluğu 6 metr, eni 1 metr 85 santimetrdir. Üzmə vasitəsindən 1 ədəd akkumlyator, 1 ədəd boş 20 litrlik konistr, 1 ədəd boş boz rəngli konistr, 1 ədəd 60 litrlik göy rəngli konistr, 2 ədəd əldə düzəltmə avar, 1 ədəd üzərində “small sun zy –e209” yazılmış qara rəngli fanar və açarlar aşkar olundu. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya, predmet aşkar olunmadı. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri öz ifadələri ilə yanaşı şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin tələbnasindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materialında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinimn 4(009)-180/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin tələbnasindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materialında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinimn 4(009)-181/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərədə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərədə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindikləri maddənin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xarici ölkə vətəndaşları olduqlarından və iş üzrə onların Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq onlara Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qöstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 czasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar