Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-94/2024 30.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Astara rayonu Şahağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Astara Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(018)-41/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırda cəza çəkən, Astara rayonu Şahağac kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə, saat 11 radələrində Astara rayonu Şahağacı kəndinə, birgə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs üz və bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpiklə zərbə vuraraq, ona sol göz almasına yayılmış qansızma, sağ almacıq, sol üst göz qapağı, üst dodaq, sol sargı, sağ bud, sağ diz oynağı, hər iki bazu nahiyələrində qançırlar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Astara rayonu Şahağac kəndində yaşayır. Zərərçəkmiş şəxs onun arvadıdır. 1998-ci ildə onunla rəsmi nikaha daxil olmuş, birgə nigahlarından dörd övladları var. İki qız övladları ailə həyati qurmuş və onlardan ayrı yaşayırlar. İki oğlan övladı isə hazırda Bakı şəhərinə işləməklə dolanışıqlarını təmin edirlər. Özü hazırda heç bir yerdə işləmir və narkotik sitifadə etdiyi üçün azadlığın məhdudlaşdırılması cəzası almışdır və hazırda cəzasını çəkir. 25 iyun 2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı Şahağac kənd icra nümayəndəliyinə və bələdiyyəyə getmişdir Bələdiyənin sədri orada olmadığı üçün geri evə qayıtmış, bu zaman yolda arvadı Qönçəgüllə rastlaşmışdır. Qönçəgülə hara getdiyini soruşmuş, Qönçəgül valideynlərinin evinə getdiyini ona bildirmişdir. Qönçəgül ondan icazəsiz evdən getdiyinə görə, onu qaytarmış və birlikdə yaşadıqları evə gəlmişlər. Həmin gün saat 11 radələrinndə yaşadıqları evdə həmin məsələyə görə aralarında mübahisə yaranmış, ondan “niyə özbaşına evdən çıxmısan” deyə soruşmuş, Qönçəgül də «əcəb etmişəm getmişəm» deyə ona kobud cavab vermişdir. Həmin vaxt hirslənərək Qönçəgülün üz və bədənin müxtəlif nahiyələrindən yumruq və təpiklə zərbə vuraraq onu döymüşdür. Hadisə zamanı evlərində kənar şəxs olmamış, ani baş verərəək bitmişdir. Hazırda arvadını döydüyü üçün səmimi peşmanlıq hissi keçirir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında sadələşdirilmiş icraat üzrə toplanmış materiallar, özünün, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. 25 iyun 2024-cü il tarixdə, saat 10 radələrində Mərhəməd kənd icra nümayəndəliyinə getmiş, valideynləri yadına düşdüyü üçün o da evdən çıxıb valideynlərimin evinə getmişdir. Yolda Mərhəmədlə rastlaşmış, Mərhəməd ondan hara getdiyini soruşmuş, ona valideynlərinin evinə getməsini bildirmişdir. Mərhəməd “niyə məndən icazəsiz evdən çıxmısan” deyərək, onu qaytarmış, ona görə də birlikdə yaşadıqları evə gəlmişlər. Saat 11 radələri olan vaxt “niyə özbaşına evdən getmisən” deyə Mərhəməd təkrarən ondan soruşmuş, Mərhəmədə “valideynlərimin evinə gedirdim, səndən icazə almalıyam” deyə cavab vermiş, bu səbəbdən də aralarında baş verən mübahisə zamanı Mərhəməd onun üz və bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə zərbə vuraraq onu döymüşdür. Həmin vaxt evdə onlardan başqa kimsə olmamışdır. Bundan sonra polisə ərizə vermişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını məhkəmədən xahiş edir. Çünki, Mərhəməd azadlıqda qalarsa, yenə də onu döyəcəkdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəyini və digər sənədləri də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 27 iyun 2024-cü il tarixli, 204 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində – sol göz almasına yayılmış qansızma, sağ almacıq, sol üst göz qapağı, üst dodaq, sol sargı, sağ bud, sağ diz oynağı, hər iki bazu nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi. Müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin vermiş olduğu 03 iyul 2024-cü il tarixli tələbnamədən və Astara Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(018)-41/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli, 618 saylı arayışdan görünür ki, Astara Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(018)-41/2024 saylı hökmü 27 may 2024-cü il tarixdə icraata qəbul olunmuş, 30 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qeydiyyata alınmış və 01 iyul 2024-cü il tarixdə ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Hazırda Təqsirləndirilən şəxs hökmlə ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 01 (bir) gününü çəkmiş, üzərində çəkilməmiş 02 (iki) il 09 (doqquz) ay 25 (iyirmi beş) gün cəzası qalmışdır. Cinayət törədildiyi zaman Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət qanunvericiliyinin bu tələbinə əsasən cinayət əməlini törədən vaxt Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadığı üçün onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmuş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Şahağac kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayətlər daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Şahağac kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs hitmayəsində 02 (iki) yetkinlik yaşına çatmayan uşağı var. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətdiyi cinayəti etiraf edərək səmimi peşimançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxsun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm ilə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirməli və bu halda qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökm ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə qəti cəza təyin edərkən cinayət qanunun bu və digər tələblərinin tətbiqini əsaslı hesab edir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinin tələblərinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Astara Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(018)-41/2024 saylı hökmü ilə ona təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi ilə birləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm ilə təyin edilmiş cəzaya Astara Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(018)-41/2024 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 02 (iki) il 09 (doqquz) ay 25 (iyirmi beş) gün azadlığın məhdudlaşdırılması cəzası iki günə bir hesablanmaqla, 01 (bir) il 04 (dörd) ay 27 (iyirmi yeddi) gün olmaqla qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza – 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №1(018)-94/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-94/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver