Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-94/2025 16.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1991-ci ildə Astara rayonu, Kijəbə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsməklə xüsusilə külli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 2024-cü ilin sentyabr ayında istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə və vaxtlarda Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən, atası Şahid1 və ailə üzvlərinə məxsus pay torpaq sahəsində meşə fonduna daxil olmayan diametrləri 5 sm olan 2 ədəd, 7 sm olan 1 ədəd, 8 sm olan 5 ədəd, 9 sm olan 2 ədəd, 10 sm olan 4 ədəd, 12 sm olan 4 ədəd, 15 sm olan 2 ədəd, 16 sm olan 2 ədəd olmaqla cəmi 22 ədəd kökü üstə yaş halda azat cinsindən olan, diametrləri 6 sm olan 2 ədəd, 8 sm olan 2 ədəd, 10 sm olan 1 ədəd, 11 sm olan 3 ədəd, 12 sm olan 4 ədəd, 13 sm olan 5 ədəd, 14 sm olan 7 ədəd, 15 sm olan 1 ədəd, 16 sm olan 6 ədəd, 17 sm olan 1 ədəd, 18 sm olan 3 ədəd, 19 sm olan 1 ədəd, 20 sm olan 6 ədəd və 21 sm olan 1 ədəd olmaqla cəmi 43 ədəd kökü üstə yaş halda palıd cinsindən olan, diametrləri 5 sm olan 1 ədəd, 6 sm olan 1 ədəd, 8 sm olan 1 ədəd, 9 sm olan 2 ədəd, 10 sm olan 1 ədəd olmaqla cəmi 6 ədəd kökü üstə yaş halda dəmirağacı cinsindən olan və diametrləri 6 sm olan 4 ədəd, 8 sm olan 1 ədəd, 9 sm olan 1 ədəd, 11 sm olan 1 ədəd, 12 sm olan 1 ədəd, 14 sm olan 1 ədəd, 16 sm olan 1 ədəd və 20 sm olan 2 ədəd olmaqla cəmi 12 ədəd kökü üstə yaş halda birgöz cinsindən olmaqla ümumilikdə 83 ədəd ağacları balta və əl mişarı ilə vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz kəsməklə təbiətə xüsusilə külli miqdarda, yəni 73.110 (yetmiş üç min bir yüz on) manat məbləğində ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 259.4-cü maddəsi ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, yalnız kənd təsərrüfatı ilə məşğul olur. Astara rayon, Aqrar İslahat Komissiyasının 30 noyabr 1999-cu il tarixli qərarı ilə Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,33 hektar pay torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə atası Təqsirləndirilən şəxs verilmişdir. Həmin torpaq sahəsinin verilməsi ilə əlaqədar torpağa mülkiyyət hüququna dair dövlət aktında torpaq sahəsində onun və ailə üzvlərinin də payının olması göstərilmişdir. Həmin torpaq sahəsi keçmiş dəfnə bağının ərazisi olmuş, buna görə də rəhmətlik babası Pilağa Ağayev aqronom olduğuna görə dəfnə yapraqlarını icazə əsasında dərib satmış, bununla bağlı heç bir problem olmamışdır. Dəfnə bitkisinin arasında təbii şəkildə pöhrə vurub böyümüş ümumilikdə 40-50 ədəd, müxtəlif cinsli, yəni meşə əzgili, qaragilə, palıd, nazik liqosur dedikləri ağaclar bitmişdir. O, 8 il müddətində Rusiya Federasiyasında və Türkiyə Cümhuriyyətində yaşadığına görə 2024-cü ilin əvvəllərində Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən yaşadığı evə gələn zaman nəzarətsiz və baxımsız qaldığı üçün qeyd etdiyi ağaclar böyümüş, özünə gəlir qazanmaq məqsədi ilə həmin torpaq sahəsində sitrus meyvə ağacları əkməyə qərara gəlmiş, lakin oradakı ağaclar onun işinə mane olacağından təmizləməyə başlamış, bu məqsədlə dəfnə kollarını kökündən çıxarıb atmış, həmçinin dəfnə kollarının arasında təbii şəkildə bitmiş təxminən 40-50 ədəd müxtəlif cinsli ağacları mişarla, balta ilə, digər kəsici alətlərlə kəsib təmizləmişdir. Torpaq sahəsini dəfnə kollarından və kolların arasında bitmiş müxtəlif cinsli ağaclardan təmizlədikdən sonra orada sitrus ağacları əkmiş, 2024-cü ilin dekabr ayının əvvəlində, hazırda dəqiq xatırlamadığı günündə, təxminən saat 12-13 radələrində meyvə ağacları əkdiyi bağda işləyən zaman bir neçə şəxs yanına gələrək meşə idarəsindən gəldiklərini demişlər. Həmin vaxt adını bilmədiyi bir şəxs torpaq sahəsinə baxış keçirib hansı ağacların kəsilməsini müəyyən etməyə çalışmış, mobil telefonla çəkiliş etmiş, sonra ondan həmin şəxslərdən biri 500 manat məbləğində pul vəsaiti istəyərək bu işi həll edə biləcəklərini demişlər, lakin o, həmin şəxslərə pul verməyəcini bildirib atası Təqsirləndirilən şəxs zəng edərək bağ sahəsinə çağırmışdır. Təxminən 5-6 dəqiqə sonra atası Mahir həmin yerə gəlmiş, torpaq sahəsinə gəlmiş şəxslərə kim olmasını, hansı səbəbdən gəldiklərini soruşmuş, sənədləri gətirəcəyini bildirmişdir. Sonradan bağ sahəsinə gəlmiş şəxslər oradan uzaqlaşıb getmişlər. Bununla bağlı o, dərhal Astara rayon prokurorluğuna gedib şikayət etmiş, təxminən 1-2 saat sonra o, Astara rayon prokurorluğunda olan zaman atası Mahir ona zəng edərək həmin yerə 2 nəfər meşə idarəsinin əməkdaşlarının gəldiklərini bildirmiş, bu səbəbdən də o, bağ sahələrinə getmiş, həmin şəxslər kəsilmiş ağacları sayıb ölçülərini götürdükdən sonra izahat yazmalı olduğunu bildirmişlər. O da gələn şəxslərin bu təklifi ilə izahat yazmış, bağ sahəsində olan ağacları kəsdiyini, lakin bağ sahəsinin özlərinə məxsus olmasına görə ağacların kəsilməsi ilə bağlı hər hansı icazə alınmasına ehtiyac olmadığını düşündüyünü bildirmişdir. 2025-ci ilin mart ayının əvvəllərində evdə olmadığı vaxt əvvəllər bağ sahəsinə gəlib baxış keçirmiş bir cavan və bir yaşlı kişi gəlib yenə baxış keçirmişlər. O, ağacları 2024-cü ilin sentyabr ayında müxtəlif günlər ərzində tək başına kəsmişdir. Həmin ağacların şəxsi mülkiyyətlərində olan torpaq sahəsində bitməsinə görə, həmçinin araşdırmasına görə kəsilməsində problem olmadığını bildiyinə görə qərarnaməyə əsasən tərtib edilmiş aktla razı olmamış, qeyri-qanuni iş gördüyünü düşünməmişdir. Əlavə olaraq da heç bir yerdə işləmədiyinə görə özünü və ailəni dolandırmaq üçün, pis-pis qanunsuz işlərə getməmək üçün, halal çörək yemək üçün həmin torpaq sahəsində olan təbii şəkildə bitmiş ağacların bir hissəsini kəsib orada sitrus ağacları əkmişdir. Həmin ağaclar atası Şahid1 xüsusi mülkiyyətində olan torpaq sahəsində bitdiyinə görə ağacların kəsilib götürülməsi ilə bağlı hər hansı dövlət orqanına müraciət etməyi və icazə almağı düşünməmiş və ehtiyac görməmişdir. O, qeyd olunan ağacları kəsən zaman heç kim yanında olmamışdır. Yəni ağacları tək kəsmiş və heç kəsə məlumat verməmişdir. O, ağacları kəsən zaman ətrafda heç kəs olmadığı üçün kimlərinsə gördüyünü düşünməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs 1 saylı X6 Mərkəzinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Astara rayonu, Təngərüd kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparıcı məsləhətçimüfəttiş vəzifəsində işləyir. Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, o, iş yoldaşı Şahid2 ilə birlikdə Astara rayonu, Kijəbə qəsəbəsində ərazini gəzən zaman əvvəllər “Dəfnə bağı” adlanan ərazidə “Qırmızı Kitaba” düşən ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini bilmişlər. Onunla Əbülfət oraya getdikdə elə Təqsirləndirilən şəxs həmin yerdə yaşadığını bilmişlər. Onlar Xəyyamla birlikdə həyətə daxil olmuş, ağacların kəsildiyi yerə getmiş, onların yanında həmin vaxt Xəyyamın atası Şahid1 olmuş, onlar kəsilmiş ağaclara baxdıqda Xəyyam oranı özü kəsdiyini və yerində sitrus ağacları əkdiyini bildirmişdir. Onlar da Xəyyama kəsməyinin qanunsuz olduğunu, əvvəlcədən aidiyyatı üzrə müraciət edərək icazənin olub-olmadığını öyrənməli olduğunu bildirmişlər, sonuncu və atası Mahir onlara aqressiv münasibət göstərərək düz etdiklərini demişlər. Onlar da ağaclara baxış keçirməyə başlamışlar, baxış keçirən zaman torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu bilmişlər. Əlavə olaraq da baxış zamanı diametrləri 05, 08, 09, 10, 12, 15, 16 sm olmaqla cəmi 22 ədəd azat cinsli, 06, 08, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 19, 20 və 21 sm olmaqla cəmi 43 ədəd palıd cinsli, 05, 06, 08, 09 və 10 sm olmaqla cəmi 06 ədəd dəmirağac cinsli, 06, 08, 09, 11, 12, 14, 16 və 20 sm olmaqla cəmi 12 ədəd birgöz cinsli ağacların kəsilməsi müəyyən edilmişdir. Ümumilikdə yaş halda kökdən 83 ədəd ağacın kəsilməsi müəyyən edilmişdir. Bununla bağlı elə orada akt tərtib olunmuş, həmin kəsilmiş ağacların dəyərinin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyi lazım olduğu üçün hazırlanmış akt 1 saylı Lənkəran X6 Mərkəzinə göndərilmiş, oradan alınmış cavabda Azat və Dəmirağac cinsli ağacların təbii şəkildə bitdiyi, “Qırmızı Kitaba” düşdüyü üçün ümumi vurulan ziyanın 20 dəfə artıldığı göstərilmişdir. Bir sözlə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarına əsasən Azat və Dəmirağac ağaclarının kəsilməsi ilə təbiətə dəymiş ziyan 65200 manat olduğu, digər ağacları üçün də 7910 manat olduğu göstərilmişdir. Yekun olaraq Təqsirləndirilən şəxs ağacları kəsməsi nəticəsində təbiətə xüsusilə külli miqdarda, yəni 73110 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. O, ağacların kəsilməyinin faktiki şahidi olmasa da ərazidə baxış keçirən zaman Təqsirləndirilən şəxs özü orada naringi ağacları əkən zaman qeyd olunan ağacların maneçilik törətdiyini bildirərək kəsdiyini demişdir. Təqsirləndirilən şəxs ağacları özünün bildirdiyinə əsasən 2024-cü ilin sentyabr ayında kəsmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Təqaüdçüdür. Astara rayon, Aqrar İslahat Komissiyasının 30 noyabr 1999-cu il tarixli qərarı ilə Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,33 hektar pay torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ona verilmiş, həmin torpaq sahəsinin verilməsi ilə əlaqədar torpağa mülkiyyət hüququna dair dövlət aktında torpaq sahəsində onun, arvadı X2, oğlanları Ramil Ağayev və Təqsirləndirilən şəxs, qızı Səmiyyə Ağayevanın da payının olması göstərilmişdir. Həmin torpaq sahəsi keçmiş dəfnə bağının ərazisi olmuş, buna görə də rəhmətlik atası Pilağa Ağayev aqronom olduğuna görə dəfnə yapraqlarını icazə əsasında dərib satmışdır, bununla bağlı heç bir problem olmamışdır. Dəfnə bitkisinin arasında təbii şəkildə alça ağacları, tikanlı kollar, palıd ağacları, yabanı əzgil kolları bitmişdir. Təxminən 4-5 ay bundan əvvəl o, Bakı şəhərində olan zaman oğlu Təqsirləndirilən şəxs ona zəng edərək tanımadığı şəxslərin onlara məxsus olan torpaq sahəsində işləyən zaman bağ sahəsində olan ağacları kəsməsinə görə ondan məsələni yerində həll etmək üçün 500 (beş yüz) manat pul istədiklərini bildirmişdir. O da yolda olduğunu, təxminən 1 saata Astara rayonuna çatacağını bildirmişdir. Bir saat sonra həmin torpaq sahəsinə gəldikdən sonra tanımadığı bir cavan oğlan və bir yaşlı kişinin orada olmasını görüb onlara “siz kimsiz, haradan gəlmisiz, nə istəyirsiz, buraya qanunsuz gəlmisiniz, vəsiqənizi təqdim edin, pul istəyirsiz 500 manat” sözlərini dedikdə ona heç bir cavab verməyib oradan uzaqlaşıb getmişlər. O, oraya gəldikdən sonra Xəyyamın həmin torpaq sahəsində olan dəfnə kollarını, kolların arasında yabanı şəkildə bitmiş kola və ağacları təmizləyib sitrus ağaclarını əkməsini görmüş, Xəyyama torpaq sahəsinin təmizləyərkən onunla hansı səbəbdən məsləhət etmədiyini soruşmuşdur. Xəyyam isə torpaq sahəsinin özlərinə məxsus olmasını, bununla bağlı mobil telefonda qərara baxdığını, bu səbəbdən də onunla məsləhətləşmədiyini bildirmişdir. Xatırladığına görə səhəri gün ekologiya işçiləri olan formada olan iki şəxs, Xəyyamdan pul istəyən əynində xidməti forma olmayan bir şəxs yenidən ona məxsus olan torpaq sahəsinə gəlib baxış keçirmişlər. Lakin, bir gün əvvəl oraya gəlmiş yaşlı bir kişi oraya gəlməmişdir. O, Xəyyamdan pul istəyən şəxsin fotoşəkilini mobil telefonla çəkmək istədikdə üzünü yana çevirmiş, bu səbəbdən də üzünü çəkə bilməmişdir. Ekologiya işçilərinə ona məxsus torpaq sahəsinə qanunsuz daxil olduqlarını dedikdə oradan çıxıb getmişlər. Təxminən 2 saat sonra həmin ekologiya işçiləri Kijəbə qəsəbə icra nümayəndəliyinin əməkdaşı və polis əməkdaşları birlikdə yenidən ona məxsus torpaq sahəsinə gəlmişlər, o, torpaq sahəsinin xüsusi mülkiyyətində olması ilə bağlı aktı ekologiya əməkdaşlarına təqdim etmiş, aktın fotoşəkilini mobil telefonla çəkmişlər. Həmçinin, ekologiya işçiləri bağ sahəsinə baxış keçirib fotoşəkillər çəkmiş, bundan sonra oğlu Təqsirləndirilən şəxs izahatını alınması üçün Kijəbə qəsəbəsində yerləşən icra nümayəndəliyinin inzibati binasına dəvət etmişlər. Həmin ağacları və kolları oğlu Təqsirləndirilən şəxs kəsmişdir. Lakin, ağac və kolların bitdiyi torpaq sahəsi şəxsi mülkiyyətlərində olduğuna görə bununla bağlı hər hansı dövlət orqanına müraciət etməyin lazım olmasını bilməmişdir. Həmçinin, Xəyyam həmin ağacların və kolların Qırmızı kitaba düşməsini bilməmiş, bununla bağlı onunla məsləhətləşməmişdir. Təqsirləndirilən şəxs heç bir yerdə işləmədiyinə görə öz gələcək yaşayışını təmin etmək üçün bağ salmaq məqsədilə həmin ağac və kolları təmizləyib yerində sitrus ağacları əkmişdir. Həmin torpaq sahəsi dəfnə sahəsi olduğuna görə ekologiyaya və meşə massivinə heç bir aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs 500 manat rüşvət versəydi ağac kəsməsi qanuni hesab olunarmış, bu barədə akt tərtib olunmazmış. Əlavə olaraqda bütün Kijəbə qəsəbəsi ərazisində olan pay torpaq sahələri təmizlənib sitrus meyvə ağacları əkildiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Astara rayonu, Təngərüd kəndində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, iş yoldaşı Nümayəndə ilə birlikdə Astara rayonu, Kijəbə qəsəbəsində ərazini gəzən zaman əvvəllər “Dəfnə bağı”adlanan ərazidə “Qırmızı Kitaba” düşən ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsildiyini bilmişlər. Onunla Mirzağa oraya getdikdə elə Təqsirləndirilən şəxs həmin yerdə yaşadığını bilmiş, onlar Xəyyamla birlikdə həyətə daxil olmuş, ağacların kəsildiyi yerə getmişlər. Onların yanında həmin vaxt Xəyyamın atası Şahid1 olmuşdur. Onlar kəsilmiş ağaclara baxdıqda Xəyyam oranı özü kəsdiyini, yerində sitrus ağacları əkdiyini bildirmişdir. Onlar da Xəyyama kəsməyinin qanunsuz olduğunu və əvvəlcədən aidiyyatı üzrə müraciət edərək icazənin olubolmadığını öyrənməli olduğunu bildirmiş, lakin sonuncu və atası Mahir onlara aqressiv münasibət göstərərək düz etdiklərini demişlər. Onlar da ağaclara baxış keçirməyə başlamış, baxış keçirən zaman torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu bilmişlər. Əlavə olaraq da baxış zamanı diametrləri 05, 08, 09, 10, 12, 15, 16 sm olmaqla cəmi 22 ədəd azat cinsli, 06, 08, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 və 19, 20 və 21 sm olmaqla cəmi 43 ədəd palıd cinsli, 05, 06, 08, 09 və 10 sm olmaqla cəmi 06 ədəd dəmirağac cinsli, 06, 08, 09, 11, 12, 14, 16 və 20 sm olmaqla cəmi 12 ədəd birgöz cinsli ağacların kəsilməsi müəyyən edilmiş, ümumilikdə yaş halda kökdən 83 ədəd ağacın kəsilməsi müəyyən edilmişdir. Bununla da bağlı elə orada akt tərtib olunmuş, həmin kəsilmiş ağacların dəyərinin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyi lazım olduğu üçün hazırlanmış akt 1 saylı Lənkəran X6 Mərkəzinə göndərilmiş, oradan alınmış cavabda Azat və Dəmirağac cinsli ağacların təbii şəkildə bitdiyi, “Qırmızı Kitaba” düşdüyü üçün ümumi vurulan ziyan 20 dəfə artılırdığı göstərilmişdir. Bir sözlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarına əsasən Azat və Dəmirağac ağaclarının kəsilməsi ilə təbiətə dəymiş ziyan 65200 manat olduğu və digər ağacları üçün də 7910 manat olduğu gösətrilmiş, yekun da Təqsirləndirilən şəxs ağacları kəsməsi nəticəsində təbiətə xüsusilə külli miqdarda, yəni 73110 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. O, ağac kəsilməyinin faktiki şahidi olmasa da ərazidə baxış keçirən zaman Təqsirləndirilən şəxs özü orada naringi ağacları əkən zaman ona qeyd olunan ağacların maneçilik törətdiyini bildirərək kəsdiyini demişdir. Təqsirləndirilən şəxs ağacları özünün bildirdiyinə əsasən 2024-cü ilin sentyabr ayında kəsmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olmuşdur. Təqsirləndirilən şəxs qeyd etdiyi xüsasat tamamilə yanlış olmuş, o və orada yanımda olan Mirzağa orada sadəcə baxış keçirtmişlər. Xəyyam və atası Mahirlə qeyri-prosessual formada heç bir danışığa girməmişlər, sadəcə ata-bala onlara yalandan böhtan ataraq özlərinin əməlini ört-basdır etmək istəmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 04 aprel 2025-ci il tarixli qərarından görünür ki, Cinayət təqibindən kənar icraatlar idarəsində toplanmış 62C-25 saylı material üzrə faka görə Azərbaycan Respublikası CM-nin 259.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Astara rayon polis şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 11 dekabr 2024-cü il tarixli, 88546 nömrəli aktdan və həmin akta əsasən təbiətə dəymiş ziyanın hesablanması cədvəlindən və mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsməklə vurduğu ziyanın dəyəri 73.110 manat təşkil edir. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Astara rayonu Kijəbə qəsəbəsi ərazisində diametrləri müxtəlif olan 22 ədəd azad cinsindən olan, müxtəlif diametrli 43 ədəd palıd cinsindən olan, müxtəlif diametrli 6 ədəd dəmirağac cinsindən olan və 11 ədəd müxtəlif diametrli birgöz cinsli ağacların yaş halda kökdən kəsildiyi müəyyən edilmişdir. Astara rayonu Kijəbə Bələdiyyəsinin 10 dekabr 2024-cü il tarixli, 19 saylı məktubundan görünür ki, Astara rayonu Kijəbə qəsəbəsi, dəfnə bağı adlanan ərazidə kəsilmiş ağaclar qəsəbə sakini Şahid1 pay torpaq sahəsinin daxilindədir. Baxış keçirilməsi haqqında 17 mart 2025-ci il tarixli protokoldan görünür ki, 5 sm olan 2 ədəd, 7 sm olan 1 ədəd, 8 sm olan 5 ədəd, 9 sm olan 2 ədəd, 10 sm olan 4 ədəd, 12 sm olan 4 ədəd, 15 sm olan 2 ədəd, 16 sm olan 2 ədəd olmaqla cəmi 22 ədəd kökü üstə yaş halda azat cinsindən olan, diametrləri 6 sm olan 2 ədəd, 8 sm olan 2 ədəd, 10 sm olan 1 ədəd, 11 sm olan 3 ədəd, 12 sm olan 4 ədəd, 13 sm olan 5 ədəd, 14 sm olan 7 ədəd, 15 sm olan 1 ədəd, 16 sm olan 6 ədəd, 17 sm olan 1 ədəd, 18 sm olan 3 ədəd, 19 sm olan 1 ədəd, 20 sm olan 6 ədəd və 21 sm olan 1 ədəd olmaqla cəmi 43 ədəd kökü üstə yaş halda palıd cinsindən olan, diametrləri 5 sm olan 1 ədəd, 6 sm olan 1 ədəd, 8 sm olan 1 ədəd, 9 sm olan 2 ədəd, 10 sm olan 1 ədəd olmaqla cəmi 6 ədəd kökü üstə yaş halda dəmirağacı cinsindən olan və diametrləri 6 sm olan 4 ədəd, 8 sm olan 1 ədəd, 9 sm olan 1 ədəd, 11 sm olan 1 ədəd, 12 sm olan 1 ədəd, 14 sm olan 1 ədəd, 16 sm olan 1 ədəd və 20 sm olan 2 ədəd olmaqla cəmi 12 ədəd kökü üstə yaş halda birgöz cinsindən olmaqla ümumilikdə 83 ədəd ağacların yaş halda kökündən kəsildiyi müəyyən olunmuşdur. JN-573 KOD 80102018 nömrəli torpağa mülkiyyət hüququna dair Aktdan görünür ki, Astara rayon, Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə verilmiş çizgidə göstərilən sərhəd daxilində 0.33 ha torpaq sahəsi Şahid1 və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılmışdır. JN-360A KOD 80102018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Astara rayon, Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə 0.15 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi Şahid1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 11 aprel 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 259.4-cü maddəsi ilə başlanılmış ********* saylı cinayət işi istintaq aparılması üçün icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş 06 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməsinə dair məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Qətimkan tədbiri seçmək barədə 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 25 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 259.4-cü maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 259.4-cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs elan olunan ittihamla o, 2024-cü ilin sentyabr ayında istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə atasına məxsus pay torpaq sahəsində vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz ağac kəsməklə təbiətə xüsusilə külli miqdarda, yəni 73.110 (yetmiş üç min bir yüz on) manat məbləğində ziyan vurduğu üçün onun əməli Azərbaycan Respublikası CM-in 259.4cü maddəsi ilə tövsüf olunmuşdur. CM-in 259.4-cü maddəsinə əsasən həmin Məcəllənin 259.1 – 259.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 259.1-ci maddəsinə görə isə ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyəti yaradır. Lakin, məhkəmə qeyd edir ki, CM-nin 259.4-cü maddəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 29 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə 259cu maddə üzrə əlavə edilmiş, həmçinin, həmin Qanunla 259-cu maddənin “Qeyd” hissəsinin 1-ci və 2-ci bəndləri yeni redaksiyada verilərək həmin Məcəllənin 259-cu və 260-cı maddələrinin müddəalarının kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) hallarına şamil edilmədiyi, həmin Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.1-2-ci və 260.4-cü maddələrində isə “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşüldüyü qeyd edilmişdir. Cinayət işinin araşdırılan materialları ilə isə müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən qanunsuz ağackəsmə məhz 2024-cü ilin sentyabr ayında törədilmiş və sözügedən vaxt CM-in 259.4-cü maddəsi qüvvədə olmamışdır. Cinayət qanunvericiliyinə görə isə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun isə geriyə qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ittiham elan edilən CM-in 259.4-cü maddəsi əməl törədilərkən qüvvədə olmadığından, CM-ə əlavə edildikdən sonra isə dispozisiyasına görə təqsirləndirilən şəxsin əməlinin tərkibini yaratsa da, şəxsə təyin ediləcək cəzanı ağırlaşdırdığından təqsirləndirilən şəxs tərəfindən törədilən əməl həmin vaxt qüvvədə olan cinayət qanununa görə yəni, cinayət Məcəlləsinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanunu qəbul edilənədək qüvvədə olan 259.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 29 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanunu qəbul edilənədək qüvvədə olan 259.2.4-cü maddəsinə görə meşələrdə və ya xüsusi mühafizə olunana təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) külli miqdarda ziyan vurmaqla törədildikdə yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin həmin tarixə qüvvədə olan Qeyd hissəsinə görə isə bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. Bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli Qərarında qeyd edilir ki, kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin öz atasına məxsus, özünün də payının olduğu pay torpaq sahəsində ağackəsmə etdiyinə görə özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, JN-573 KOD 80102018 nömrəli torpağa mülkiyyət hüququna dair Akt ilə Astara rayon, Aqrar İslahat Komissiyasının 30 noyabr 1999-cu il tarixli qərarı əsasında Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 0,33 hektar pay torpaq sahəsi təqsirləndirilən şəxsin atası və onun ailə üzvlərinin kənd təsərrüfatı məqsədi ilə mülkiyyətinə verilmiş və mülkiyyətin dövlət qeydiyyatına alınmasına əsas verən sənəd olsa da, torpaq sahəsinin təyinatı kənd təsərrüfatı məhsulları istehsalı üçün müəyyən edilmişdir. Qanunvericiliyə əsasən Cinayət Məcəlləsinin 259-cu maddəsinin müddəaları kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) hallarına şamil edilmir. Təqsirləndirilən isə ağacların kəsilməsini kənd təsərrüfatı məqsədi ilə ona verilmiş kənd təsərrüfatı təyinatlı pay torpağında (xüsusi mülkiyyətinə keçirib- keçirməməsindən asılı olmayaraq) kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilməyən, hətta adları “Qırmızı kitaba” düşən ağaclar barəsində törətmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.4-cü maddəsindən, həmin Məcəllənin 29 noyabr 2024-cü il tarixli dəyişikliyədək qüvvədə olan 259.2.4-cü maddəsinə tövsif olunduqdan sonra qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz; 10.2-ci maddəsinə görə İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır; 10.4-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs illərdir ailə üzvləri ilə birlikdə istifadələrində olan, dövlət tərəfindən verilən sənədlə gözlənilən xüsusi mülkiyyət hüququ əsasında istifadələrində olan torpaqda ağac kəsərkən həmin ağacların kəsilməsi qadağan edilən ağaclara aid olmasına dair xüsusi biliyinin olmamasını, torpaq hətta xüsusi mülkiyyətdə olsa belə təyinatı kənd təsərrüfatıdırsa orada yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsinə (götürülməsinə) icazə verilməsi kimi qanun normasını bilməməsini cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş cinayətin ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə az ağır ekoloji cinayət olmasını, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmadığını, işləmədiyini, maddi vəziyyətinin çətin olduğunu, ailəsinə məxsus pay torpağında maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün gəlir əldə etmək və ailəsini dolandırmaq üçün sitrus meyvələri əkdiyini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun cəmiyyətdən təcrid edilmədən də mümkündür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsinin mümkün olması, təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün onun cəmiyyətdən tam təcrid edilməsinə ehtiyac olmaması qənaətinə gəlir. Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi ilə cəzanın məqsədləri təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29 noyabr 2024-cü il tarixli dəyişikliyədək qüvvədə olan 259.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun üzərində davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Astara və Lənkəran rayonlarının inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə gətməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, dəymiş zərərin ödənilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözlərinin əlavə edilməsi və həmin hissədə “6 manat” sözlərinin “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.4-cü maddəsindən həmin Məcəllənin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanunu qəbul edilənədək qüvvədə olan 259.2.4-cü maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 noyabr 2024-cü il tarixli dəyişikliyədək qüvvədə olan 259.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №1(018)-94/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-94/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver