Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-96/2024 10.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Astara Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs oğunun iştirakları ilə, xx xxxx 1980-ci ildə Astara rayonu Miki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində ikisi yetkinlik yaşına çatmayan, dördü azyaşlı olmaqla 06 (altı) uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Astara rayonu Miki kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə, saat 17 radələrində Astara rayonu Miki kəndində yerləşən yaşadığı evin həyətində qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs2 müraciəti əsasında, yəni onların həyətində qanunsuz olaraq gizlətdiyi 16 kalibrli “İJK” modelli, “B19599” nömrəli təklüləli ov tüfəngi ilə bağlı həmin vaxt araşdırma ilə əlaqədar olaraq həmin yerə gəlmiş Astara rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Zərərçəkmiş şəxs1 və TH-nin polis nəfəri Şahid2 onu nizam-intizama dəvət edib sakitləşdirmək istəməklərinə baxmayaraq, qərəzli hərəkətlərinə davam edib Zərərçəkmiş şəxs2 vurmaq istəyərkən ona mene olan, xidməti vəzifəsini yerinə yetirən və baş verəcəyi hadisənin qarşısını alan hakimiyyət nümayəndəsi hesab olunan polis sahə rəisi Zərərçəkmiş şəxs1 əlindəki bıçaqla bir dəfə vuraraq, Zərərçəkmiş şəxs1 sağ bazu nahiyyəsində sıyrıqlar və cızıqlarla müşayiət olunan, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, habelə həmin zaman Zərərçəkmiş şəxs1 əynindəki gündəlik geyim forması olan uzunqol köynəyi cıraraq ona 35 (otuz beş) manat məbləğində maddi ziyan vurmaqla, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittihamda göstərilmişdir ki, “Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Astara rayonu Miki kəndində yerləşən yaşadığı evin həyətində qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs2ın həyətdə qanunsuz olaraq gizlətdiyi 16 kalibrli “İJK” modelli, “B19599” nömrəli təklüləli ov tüfənginin yerini həmin vaxt araşdırma ilə əlaqədar olaraq gəlmiş Astara RPŞ-nin əməkdaşlarına göstərməsini bəhanə edərək alkoqol sərxoşluğu vəziyyətində ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib həmin vaxt üzərində olan soyuq silah hesab edilməyən bir ədəd bıçağı əlində nümayiş etdirərək Zərərçəkmiş şəxs2 zor tətbiq edəcəyi ilə hədələyərkən səs-küyə hadisə yerinə qayıdan Astara RPŞ-nin İTB-nin polis sahə rəisi Zərərçəkmiş şəxs1 və RPŞ-nin TH-nin polis nəfəri Şahid2 nizam-intizama dəvət edib sakitləşdirmək istəməyinə baxmayaraq, qərəzli hərəkətlərinə davam edib Zərərçəkmiş şəxs2 vurmaq istəyərkən meneə olan ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi hesab olunan polis sahə rəisi Zərərçəkmiş şəxs1 əlindəki bıçaqla bir dəfə vuraraq sonuncuya sağ bazu nahiyyəsində sıyrıqlar-cızıqlar ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, habelə həmin zaman Zərərçəkmiş şəxs1 əynindəki gündəlik geyim forması olan uzunqol köynəyi cıraraq ona 35 (otuz beş) manat məbləğində maddi ziyan vurmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir”. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 315-ci maddəsinə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə cinayət əməli sübuta yetirildiyi halda, onun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) nəzərdə tutulmuş əməli törətməsi təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdi ki, Astara rayon Miki kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Himayəsində ikisi yetkinlik yaşına çatmayan, dördü azyaşlı olmaqla altı uşağı var. Ümumilikdə dörd həyat yoldaşı olsa da, onların biri ilə rəsmi nikah bağlamışdır. Birinci həyat yoldaşı X4 ilə aralarında tez-tez ailə daxili münaqişələri olduğuna görə Nuranə işləmək üçün Bakı şəhərinə getmişdir. Nuranəni əmiləri də onların ailədaxili sözsöhbətlərinə müdaxilə etmişlər. Nuranə onun barəsində polisə şikayət etmişdir. Onu şikayəti ilə bağlı Astara rayon polis şöbəsinin polis sahə rəisi Zərərçəkmiş şəxs1 onunla telefonla əlaqə saxlayaraq, izahat verməsi üçün rayon polis şöbəsinə çağırmış, lakin Bakı şəhərində olduğu üçün izahat verməyə gələ bilməmişdir. 17 aprel 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhərindən yaşadığı Astara rayonu Miki kəndində olan evinə gəlmişdir. Evinə gəldikdən bir qədər sonra dostu Şahid3 evinə gəlmişdir. Onunla görüşüb həyətdə bir qədər söhbət edib çay içmişlər. Saat 12 radələrində həyətindən axan çayın kənarında Hafizlə birlikdə nahar etmiş, həmin vaxt bir qədər spirtli içki içmişlər. Çayın kənarında yemək yedikdən sonra qızı Baharla şəkil çəkdirdikdən sonra evə gələn içməli suyun rezin borusunda yaranmış nasazlığı düzəltmək üçün küçədə yerləşən dağlıq hissəyə qalxmışdır. Həmin vaxt özünə məxsus olan bir ədəd açılıb qatlanan formalı bıçaq onun üzərində olmuş və o həmin bıçaqla suyun rezin borunu kəsmişdir. Həmin bıçaq onun özünə məxsus olmaqla, təxminən 17 il bundan əvvəl Bakı şəhərində “8 km bazarı”ndan tanımadığı şəxsdən xatırlamdığı qiymətə almış və evdə məişət-təsərrüfat işlərini görmək üçün hər zaman cibində gəzdirmişdir. Həmin bıçaqla suyun rezin borusunu düzəldərkən aşağıdan, yəni həyətindən həyat yoldaşı Şahid1 və həmin həyat yoldaşından olan qızları Baharla Eldanənin qışqırıq səslərini eşitmişdir. Həmin vaxt elə düşünmüşdür ki, həyətinə gələn birinci həyat yoldaşı və onun əmiləridir. Kənardan həyətinə baxanda görmüşdür ki, Astara rayon polis şöbəsinin polis əməkdaşları onların həyətə gəlmişdir. Onların onu aparmaq üçün gəldiklərini bildiyi üçün onların yanına getməyib, kənarda gözləmişdir ki, çıxıb getsinlər. Həmin vaxt görmüşdür ki, həyat yoldaşı Könül polislərə həyətdə ov tüfəngini saxladığı yeri onlara göstərmiş, bundan sonra polislər tüfəngi oradan götürüb çıxıb getmişlər. Könülün bu hərəkətinə əsəbiləşdiyi üçün həyətə tərəf gedib Könülün üzərinə qışqırmışdır ki, nəyə görə tüfəngin yerini polislərə demişdir. Həmin vaxt sərxoş olmuş və Könülün hərəkətinə bərk əsəbiləşmişdir. Bu zaman Könül qışqırmağa başlamış, onların səsinə həmin polis əməkdaşları, yəni Zərərçəkmiş şəxs1la Şahid2 geri qayıtmışlar. Könülün üzərinə getmək istəmiş, bu zaman polislər araya girib bıçağı onun əlindən almaq istəmişlər. Lakin, sərxoş və əsəbi olduğu üçün bıçağı onlara vermək istəməmişdir. Polis əməkdaşı Zərərçəkmiş şəxs1 onu nizam intizama dəvət etmiş, lakin içkili olduğu üçün polis əməkdaşının sözlərinə əhəmiyyət verməmiş və ona müqavimət göstərməyə başlamışdır. Həmin vaxt əlində olan bıçaqla Zərərçəkmiş şəxs1 sağ qolunu kəsmişdir. Daha sonra polis əməkdaşları onunla əlbəyaxa olaraq onu yıxaraq əlindəki bıçağı almış və onu Astara rayon polis şöbəsinə gətirmişlər. Arvadı Zərərçəkmiş şəxs2 qarşı hər hansı bir hərəkət etməmişdir. Polis əməkdaşı Zərərçəkmiş şəxs1 qarşı etdiyi əməllərdən peşmanlıq hissi keçirir, ondan üzr isətəyərək bağışlanmasını isətmişdir. Bir daha belə bir əməllərə yol verməyəcəyinə söz verir. İlk dəfə belə bir əməl etməsini, himayəsində altı azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq, on mümkün qədər yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin İctimai-Təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində işləyir. 14 aprel 2024-cü il tarixdə, saat 20 radələrində Astara rayonu Miki kəndində yaşayan X4 DİN-in “102” xidməti zəng mərkəzinə, əri Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlməsi, bıçaqla və evində saxladığı ov tüfəngi ilə onu öldürməklə hədələməsi barədə məlumat vermişdir. Həmin gün şöbədə olan əməliyyat-istintaq qrupunun üzvləri hadisə yerinə getmişdir. Miki kəndi onun xidmət etdiyi ərazi olduğundan materialın icrası ona tapşırılmışdır. 15 aprel 2024-cü il tarixdə, saat 11 radələrində mobil telefonu ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib, izahat verməsindən ötrü onu polis şöbəsinə dəvət etmişdir. Telefon danışığı zamanı Etibar ona Bakı şəhərində olduğunu, növbəti gün gəlib izahat verəcəyini demişdir. Danışığa əsasən Etibar 16 aprel 2024-cü il tarixdə, səhər saatlarında izahat verməkdən ötrü şöbədə olmalı imiş. Nahar fasiləsinə qədər Etibarı gözləsə də, sonuncu şöbəyə gəlməmişdir. Ona görə də təxminən dörd dəfə Etibarın mobil nömrəsinə zəng etmiş, lakin telefon zənglərinə cavab verməmişdir. 17 aprel 2024-cü il tarixdə, saat 15 radələrində Nuranə Abidova ona zəng edərək Etibarın evə gəldiyini və onun qorxusundan evinə gedə bilmədiyini demişdir. Vətəndaşın təhlükədə qaldığını görüb, şöbənin əməkdaşı Şahid2 da götürüb, dərhal şöbənin inzibati binasını tərk edərək, avtomobillə Miki kəndinə getmişdir. Saat 16 radələrində Etibarın evinin qarşısına çatmış, avtomobili saxlamış və düşüb onun həyətinə getmişdir. Həmin vaxt Etibarın digər arvadı Şahid1 çay tərəfdə onları görüb qorxudan qışqırmışdır. Maya elə bilmişdir ki, onun əri Etibarı aparmağa gəlmişlər. Mayadan Etibarın harada olduğunu soruşduqda, çay kənarında olduğunu demişdir. Etibarı çağıra-çağıra çaya tərəf irəliləmişdir. Çay kənarına çatdıqda yerdə süfrə açıldığını, Şahid3 tək süfrə başında oturduğunu, süfrədə spirtli içki olduğunu görmüşdür. Hafizdən Etibarın harada olduğunu soruşmuş, Etibarın polislərin gəldiyini bilib, bıçağı da götürərək meşəyə qaçdığını demişdir. Etibarın qaçdığını bilib, yenidən onun həyətinə qayıtmışdır ki, evdə tüfəng olub-olmadığını öyrənsin. Evin həyətində Etibarın digər arvadı Zərərçəkmiş şəxs2 evdə tüfəng olub-olmadığını soruşmuş, Könül də ona evdə tüfəng olduğunu, Etibarın tüfəngi yıxılmış dəmir ağacının dibində gizlətdiyini demişdir. Ətrafa baxıb, aşmış dəmir ağacını görmüş və ağaca yaxınlaşıb, yarpaqların arasına baxdıqda həqiqətən də yarpaqların arasında bir ədəd ov tüfənginin olduğunu görmüşdür. Etibarın ailə üzvlərindən tüfəngin sənədlərini istədikdə, onlar tüfəngin sənədlərinin olmadığını demişlər. Ona görə də həmin tüfəngi götürərək oradan getmişlər. Həyətdən çıxıb oradan bir qədər uzaqlaşaraq avtomobilə yaxınlaşan zaman Etibarın həyətindən səs-küy gəldiyini eşitmiş, həmin vaxt həyətdəki qadınların qışqıraraq kömək çağırdıqlarının şahidi olmuşdur. Dərhal Şahid2lə birlikdə qaçaraq Etibarın həyətinə geri qayıtmışlar. Həyətə çatdıqda görmüşdür ki, Etibar əlində bıçaq tutub həyat yoldaşı Könülü uca səslə nalayiq sözlərlə təhqir edir. Həmin vaxt onlar Etibarı sakitləşdirərək nizam intizama dəvət etmiş, lakin Etibar onların sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etmişdir. Bir daha Etibarı nizamintizama dəvət etmiş, lakin Etibar onun qanuni tələblərini yerinə yetirməmişdir. Bu zaman Etibarın əlindəki bıçaqla Könülü vurmaq ehtimalının olmasını nəzərə alaraq, onların yanına gəlmiş, Könülü kənara çəkmişdir ki, Etibar onu vurmasın. Bundan sonra Etibara əlindəki bıçağı ona təhvil verməsini tələb etmiş və onun əlindəki bıçağı almağa çalışmışdır. Həmin vaxt Etibar əlindəki bıçaqla onun sağ qolunu kəsmişdir. Bundan sonra Şahid2 ağac parçası ilə Etibarı vurmuşdur ki, əlindəki bıçağı atsın. Etibarla əlbəyaxa olub onun əlindəki bıçağı alaraq yerə yıxmışdır. Həmin vaxt əynində olan köynəyinin yaxası da cırılmışdır. Etibarı üzü üstə qolunu arxaya buraraq yerdə uzatmışdır. Hadisə 17 aprel 2024-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs Astara rayonu Miki kəndində yerləşən yaşadığı evin həyətində baş vermiş, orada özü, şöbənin əməkdaşı Şahid2, Etibarın həyat yoldaşları Şahid1, Zərərçəkmiş şəxs2, qızları Bahar və Eldanə orada olmuşdur. Həmin hadisə zamanı Etibar əlindəki bıçaqla onun sağ qolunun dirsək nahiyyəsini kəsmişdir. Bundan başqa Etibar onun əynində olan polis formasının köynəyinin yaxası cırmışdır. Hazırda Təqsirləndirilən şəxs ondan üzr istəyərək barışmışdır. Ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilən Şahid2 Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında dindirilən ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Astara rayonu Miki kəndində ailəmlə birlikdə yaşayır. 2008-ci ildə Astara rayonu Miki kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin ildən bəri birlikdə yaşayırlar və bir uşaqları var. Etibar onunla yaşaya-yaşaya ondan başqa üç qadınla da yaşamış və onlardan da uşaqları var. Etibarın nigahdan olan arvadı Nuranə Abidova 2023-cü ilin dekabr ayından Bakı şəhərində qalıb orada yaşayır. Etibarla Nuranənin arası nəyəsə görə dəymiş və ona görə də Etibar 13 aprel 2024-cü il tarixdə Nuranə ilə görüşmək üçün Bakı şəhərinə getmişdir. Nuranə isə ondan şikayət etmişdir. 17 aprel 2024-cü il tarixdə səhər saatlarında Etibar Bakı şəhərindən kəndə qayıtmışdır. Etibar üçün nahar yeməyi hazırlamış, o da çay kənarında dostu Şahid3lə birlikdə yemək yemişdir. Saat 16-17 radələrində evdə olarkən həyətə polis əmkdaşlarının gəldiyini görüb həyətə çıxmışdır. Həmin vaxt Maya da həyətdə olmuşdur. X5 yerini soruşmuş və o da Etibarın çay kənarında olmadığını demişdir. Bundan sonra polis əməkdaşı Zərərçəkmiş şəxs1 çaya tərəf getmişdir. Digər polis əməkdaşı Rauf isə həyətdə qalmışdır. Maya həyətdə qışqıraraq Etibarı çağırsa da, gəlməmişdir. Kamran müəllim geri qayıtdıqda Etibarın həyətdə tüfəngi olub-olmadığını soruşmuş, həmin vaxt həyətdə tüfəngin yerini onlara göstərmişdir. Etibar tüfəngi aşmış dəmir ağacının dibində gizlətmişdir. O da həmin yeri polislərə göstərdikdən sonra Kamran müəllim gedib tüfəngi oradan götürmüşdür. Tüfəngi götürdükdən sonra onun sənədlərinin olub-olmadığını soruşmuş, o da tüfəngin heç bir sənədinin olmadığını onlara bildirmişdir. Kamran müəllim tüfəngi də götürüb digər polis əməkdaşı Raufla birlikdə həyətdən getmişdir. Onlar həyətdən uzaqlaşan kimi Etibar çay tərəfdən uca səslə onun ünvanına nalayiq sözlərlə deyə-deyə onun üzərinə gəlmişdir. Həmin vaxt Etibarın əlində bıçaq da olmuşdur. Qorxusundan möhkəm qışqırmağa başlamışdır. Etibar nəyə görə tüfəngin yerini polislərə dediyini ona irad bildirmiş, bu zaman polislər qaça-qaça həyətə gələrək Etibarı sakitləşdirməyə çalışmışlar. Etibar isə sakitləşməyərək onun üzərinə hücum çəkib bıçaqla onu vurmaq istəmişdir. Bu zaman polis əməkdaşı Kamran araya girərək Etibarın onu vurmasının qarşısını alıb bıçağı əlindən almağa çalışmışdır. Bu zaman Etibar əlindəki bıçaqla Kamran müəllimin sağ qol nahiyyəsini kəsmişdir. Bundan sonra onlar əlbəyaxa olmuşlar. Polis əməkdaşları Etibarı zərərsizləşdirərək kənarda olan ağac parçası ilə onu vurub yerə yıxmışlar və bıçağı əlindən almışlar. Kamran müllimlə Rauf adlı polis Etibarı zərərsizləşdirdikdən sonra onu tutub aparmışlar. İş üzrə şahid qismində dindirilən Şahid1 şahid Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs əməli düzgün olmayaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə tövsif edilmişdir. Belə ki, ona həmin maddə ilə, (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) qanunsuz və əsassız olaraq ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət tərkiblərini fərqləndirən əsas əlamət onlardan birinin ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına, digərinin isə idarəetmə qaydası əleyhinə olan cinayətlər kateqoriyasına aid olmaları, başqa sözlə qəsdin yönəldiyi ictimai münasibətlərin ayrı-ayrı olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır: - birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; - ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; - üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İbtidai istintaq orqanının gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə, saat 17 radələrində Astara rayonu Miki kəndində yerləşən yaşadığı evin həyətində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi və özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib, özündə olan bir ədəd bıçağı silah qismində istifadə etməklə Astara rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Zərərçəkmiş şəxs1 sağ dirsək nahiyyəsindən xəsarət yetirmiş, sonuncunun əynində olan köynəyinin zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə ibtidai istintaq oraqının gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit edilmiş cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Cinayət mühakimə icraatı həyata keçirlərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (maddə 33.2). Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayətprosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Qeyd edilən normaların tələblərindən çıxış edərək, aşağıda təsvir edilənlərə əsasən müəyyən olunur ki, ibtidai istintaq orqanı tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmamış, ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmuş işin faktiki hallarına uyğun olmayan əməlin tövsifində və eyni zamanda təqsirlilik məsələsində səhvə yol verilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən olundu ki, 17 aprel 2024-cü il tarixdə, saat 17 radələrində Astara rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Zərərçəkmiş şəxs1 və TH-nin polis nəfəri Şahid2 Təqsirləndirilən şəxs məxsus Astara rayonu Miki kəndində yerləşən yaşadığı evin həyətinə onun qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs2 müraciəti əsasında, yəni onların həyətində qanunsuz olaraq gizlətdiyi 16 kalibrli “İJK” modelli, “B19599” nömrəli təklüləli ov tüfəngi ilə bağlı araşdırma ilə əlaqədar olaraq gəlmişlər. Həmin ov silahını Zərərçəkmiş şəxs2 göstərdiyi yerdən götürərək gedən zaman Təqsirləndirilən şəxs əlində olan bıçaqla arvadı Zərərçəkmiş şəxs2 yaxınlaşan zaman Zərərçəkmiş şəxs1 onu nizam-intizama dəvət edib sakitləşdirmək istəmiş, lakin Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirmiş, xidməti vəzifəsini yerinə yetirən və baş verəcəyi hadisənin qarşısını almaq istəyən hakimiyyət nümayəndəsi hesab olunan polis sahə rəisi Zərərçəkmiş şəxs1 əlindəki bıçaqla bir dəfə vuraraq, Zərərçəkmiş şəxs1 sağ bazu nahiyyəsində sıyrıqlar və cızıqlarla müşayiət olunan, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, habelə həmin vaxt Zərərçəkmiş şəxs1 əynindəki gündəlik geyim forması olan uzunqol köynəyi cıraraq ona 35 (otuz beş) manat məbləğində maddi ziyan vurmuşdur. Göründüyü kimi, burada qəsdin yönəldiyi obyekt ictimai qaydalarla bağlı yaranan münasibətlər deyil, idarəetmə qaydaları ilə bağlı yaranan münasibətlərdir. İş üzrə təqsirləndirilən, zərərçəkmiş və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən də görünür ki, tərəflər arasında hadisənin baş verməsinə səbəb Təqsirləndirilən şəxs polis əməkdaşı Zərərçəkmiş şəxs1 xidməti vəzifəsini yerinə yetirən zaman ona zor tətbiq etməklə müqavimət göstərməsidir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə istintaqı zamanı öz təsdiqini tapan xəsarətlərin xuliqanlıq niyyəti ilə deyil, polis əməkdaşı Zərərçəkmiş şəxs1 xidməti vəzifəsini yerinə yetirərkən ona mane olması ilə bağlı Təqsirləndirilən şəxs vurmuş olduğu xəsarətlərdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının cinayət hadisəsinin ictimai qaydanın pozulması, təqsirləndirilən şəxsin cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərin üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən xuliqanlıq hərəkətləri etməsi ilə bağlı gəldiyi nəticə sübutların tam, hərtərəfli, obyektiv araşdırılmasına və işin müəyyən olunmuş işin faktiki hallarına əsaslanmır. Odur ki, təqsirləndirilən şəxsin əməlində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsinin müəyyən olunmadığı, əksinə olaraq istər təqsirləndirilən şəxsin, istər zərərçəkmiş şəxslərin, istərsə də şahid qismində dindirilmiş şəxslərin ifadələrindən baş vermiş cinayət hadisəsinin hakimiyyət nümayəndəsi olan Astara rayon polis şöbəsinin əməkdaşına qarşı onun xidməti vəzifəsini yerinə yetirərkən sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərməsi zəminində yarandığı özünü göstərir. Məhkəmə oxşar işlər üzrə hüquqi yanaşma üzrə Ali Məhkəmənin formalaşdırdığı vahid məhkəmə təcrübəsi kontekstindən çıxış edərək, qeyd edilən hallar üzrə daha geniş hüquqi izah verilməsini məqəsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221,3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazımınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Lakin, hazırki iş üzrə müəyyən olunur ki, təqsirləndirilən şəxsə qarşı əsassız olaraq xuliqanlıq cinayətini törətməsi barədə ittiham irəli sürülmüş, ibtidai istintaq orqanı tərəfindən işin mühüm əhəmiyyətli faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, faktiki hallara müvafiq olmayan hüquqi nəticəyə gəlinərək əməlin hüquqi tövsifi üzrə səhv nəticəyə gəlinmiş, maddi və prosessual normaların tələblərinə, onların təfsiri üzrə Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumlarının hüquqi mövqelərinə uyğun olmayan ittihamın verilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının “təqsirsizlik prezumpsiyası”ndan bəhs edən 63-cü maddəsinə əsasən isə “hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir”. İnsan hüquqlarının və X2 Haqqında Konvensiyanın “ədalətli məhkəmə araşdırması hüququ”ndan və “qanunsuz cəzalandırılmamaq”dan bəhs edən müddəalarına əsasən “cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir” (mad.6). “Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz” (mad 7). Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyində də birbaşa göstərilir ki, «cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür» (CPM, mad. 21.3). Beləliklə, ibtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin, «sübutların kifayət etməsi»ni düzgün qiymətləndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılmasından, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (mad. 144); Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir (mad. 145.1). Qanunun bu tələbləri pozularaq, iş üzrə toplanmış sübutlar Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 221.3-cü maddəsi ilə ittiham verilmişdir. Halbu ki, bunun üçün qanunda nəzərdə tutulmuş, qeyd edilən əsaslar olmamışdır. Məhkəmə bir məsələni də qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 315ci maddəsinə, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etməyə tövsif edilməsini qanunu və əsaslı hesab edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 315-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Onun həmin əməli, yəni Astara rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Zərərçəkmiş şəxs1 xidməti vəzifəsini yerinə yetirən zaman əlindəki bıçaqla bir dəfə vuraraq, Zərərçəkmiş şəxs1 sağ bazu nahiyyəsində sıyrıqlar və cızıqlarla müşayiət olunan, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, habelə həmin zaman Zərərçəkmiş şəxs1 əynindəki gündəlik geyim forması olan uzunqol köynəyi cırması iş üzrə tərtib olunmuş 17 və 18 aprel 2024-cü il tarixli protokollar, ekspertiza rəyləri, zərərçəkmiş və şahid ifadələri ilə təsdiq olunmuşdur:
1. Məhkəmə-tibbi ekspertizasının 20 aprel 2024-cü il tarixli, 134 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində – sağ bazu nahiyyəsində sıyrıqlar-cızıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti kənarlı və ya uclu alətin təsirindən törənmişlər, müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.
2. Məhkəmə-tibbi kriminalistik ekspertizasının 13 iyun 2024-cü il tarixli, 242/MTKŞ- 2024 saylı rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus uzunqol köynəyin ön səthinin sağ sərbəst kənarında, yuxarıdan 3-cü və 4-cü düymələrin kənarında olmaqla iki ədəd dəlib keçən zədə var. Bu zədələr cırılmış zədələrdir, küt yaranma mexanizminə malikdir, paltarın həmin hissəsinin dartılması nəticəsində törənməyə uyğun gəlir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə, deşici-kəsici xassəyə malik soyuq slah hesab edilən ümumi təyintalı qatlanan ov bıçaqlarının analoqu üzrə hazırlanmışdır. Lakin, bıçağın fiksatoru, tiyəni tərpənməz saxlamadığına, tiyəsi qatlandığına və hərəkətli olduğuna görə soyuq silahların tələblərinə cavab vermir və hazırda soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir, istifadə üçün yararlıdır.
3. Astara rayon polis şöbəsinin maliyyə hissəsinin rəisi tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikası DİN-in böyük, orta, kiçik rəis və sıravi heyətlərinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi norması»nda nəzərdə tutulan gündəlik geyim forması üçün uzunqol köynəyin 17 aprel 2024-cü il tarixə orta bazar qiyməti 35 (otuz beş) manatdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş əməlin tərkibi vardır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş Astara Rayon İcra Hakimiyyəti Başçısının Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundun görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində ikisi yetkinlik yaşına çatmayan, dördü azyaşlı olmaqla 06 (altı) uşağı var. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs nümayəndəliyin Miki kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13cü maddələrinə əsasən X3 himayəsində 04 (dörd) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş zərərin ödənilməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Astara rayonu Miki kəndində qeydiyyatda olmaqla, həmin kənddə fərdi yaşayış evində yaşayır, Astara və Lənkəran rayonları ərazisində fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara rayonu Miki kəndində yerləşən və qeydiyyatda olduğu fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli «cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərardan və Astara Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 4(018)-26/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 aprel 2024-cü il tarixdə isə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəlinin 17 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı olduğu 04 (dörd) ay 24 (iyrmi dörd) gün (17 aprel 2024-cü il tarixdən 10 sentyabr 2024-cü il tarixədək olan müddət) müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara rayonu Miki kəndində yerləşən fərdi yaşayış evini gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X1, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclası zalından dərhal həbsdən azad edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Məhkəmə ibtibai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmasına səbəb və əsas kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ona qarşı xuliqanlıq cinayət əməlini törətməsini götürmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, hadisə zamanı Təqsirləndirilən şəxs birgə yaşadığı və birgə yaşayışlarından bir uşaqları olan Zərərçəkmiş şəxs2 hər-hansı bir xəsarət yetirməmiş, yalnız evlərində olan ov tüfənginin yerini polis əməkdaşlarına dediyi üçün onunla mübahisə etmiş və mübahisənin qarşısı polis əməkdaşı tərəfindən alınmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı hərəkətlərində hərhansı bir cinayət əməlinin tərkibi mövcud deyil və aralarında şəxsi, yəni ailə-məişət zəminində mübahisə yaranmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.5-ci maddəsinə əsasən zərər çəkmiş şəxs qismində tanındıqdan sonra şəxsin zərər çəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı üçün hazırki cinayət prosesi üzrə onun zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Astara rayon polis şöbəsində saxlanılan bir ədəd bıçaq və yararsız halda olan bir ədəd uzunqol köynək məhv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 04 (dörd) ay 24 (iyirmi dörd) gün (17 aprel 2024-cü il tarixdən 10 sentyabr 2024-cü il tarixədək olan müddət) müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 09 (doqquz) ay 18 (on səkkiz) gün çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Miki kəndində yerləşən fərdi yaşayış evini gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Astara rayon polis şöbəsində saxlanılan bir ədəd bıçaq və yararsız halda olan bir ədəd uzunqol köynək məhv edilsin. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə (Az MEM VÖEN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba) keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində iştirakına xitam verilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov