Məhkəmə qərarları › İş №1(018)-96/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-96/2025

09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-96/2025 09.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Tərcüməçi - X2, Müdafiəçilər - Astara rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və X3 iştirakları ilə, xx xxxx 1995-ci ildə Əfqanıstan İslam Respublikasının Herat şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Əfqanıstan İslam Respublikasının Herat şəhərində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, xx xxx 2000-ci ildə Əfqanıstan İslam Respublikasının Herat şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Əfqanıstan İslam Respublikasının Herat şəhərində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan X3, Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 və X6 qabacadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respubliksasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişlər. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 işləmək üçün Türkiyə Respublikasına qanunsuz olaraq getmək məqsədi ilə, həmyerlisi X6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 aprel 2025-ci il tarixdə, saat 15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Astara rayonu, Armudlu kəndi ərazisində yerləşən 12-ci sərhəd zastavasının 17-ci sahəsindən piyada hərəkət etməklə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçib, 22 aprel 2025-ci il tarixdə, saat 13:45 radələrində Astara rayonu, Şüvi kəndi ərazisində dövlət sərhəd xəttindən 2000 metr aralıda, MTÇ-dən çöldə 140 nömrəli sərhəd nişanından 400 metr solda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilərək saxlanılmışlar. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin səmimi etirafları, şahidlərin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ildə Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasının Tehran şəhərinə gəlmişdir. Tehran şəhərində bir müddət bağban olaraq çalışmış, daha sonra isə 2024-cü ilin sonunda İranın Mazandaran şəhərinə gedərək orada balıqçılıq şirkətlərinin birində mühafizəçi kimi fəaliyyət göstərmişdir. Tutulmazdan təxminən bir həftə əvvəl, Əfqanıstan İslam Respublikasının Herat şəhərindən tanıdığı həmyerlisi və dostu X6 ilə Mazandaran şəhərində görüşmüşdür. Bu görüşdən sonra, onlar daha yaxşı iş tapmaq məqsədilə birlikdə Türkiyə Respublikasının Əskişəhər şəhərində fəhlə kimi çalışan digər dostları Cəlil adlı şəxsin yanına getməyi qərara almışlar. Bu məqsədlə qeyriqanuni yollarla əvvəlcə İran İslam Respublikasından Azərbaycan Respublikasına, daha sonra isə Gürcüstan Respublikasına keçərək Türkiyəyə getmək planını hazırlamışlar. 2025-ci il aprelin 21-də mobil telefonlarında olan “Google Maps” tətbiqi vasitəsilə Azərbaycan Respublikası ilə İran İslam Respublikasİ arasındakı dövlət sərhədinə yaxınlaşmışlar. Ərazidə sakitliyin olmasını gözlədikdən sonra, həmin gün, saat 15 radələrində piyada hərəkət edərək dövlət sərhədini qanunsuz olaraq keçmiş, bir qədər sonra yorulmuş, meşədə gecələməyə qərar vermişlər. 22 aprel 2025-ci il tarixdə səhər saatlarında yuxudan oyandıqdan sonra hərəkətlərini davam etdirmiş, təxminən saat 14:00 radələrində sərhədçilər tərəfindən saxlanılmışlar. Hazırda əməlindən peşman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 4-5 ildir ki, Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına gedib-gəlmişdir. Son 2 ilə yaxındır ki, İran İslam Respublikasının Kərəc şəhərində yaşayır və orada bağbanlıq fəaliyyəti ilə məşğul olmuşdur. Tutulmazdan təxminən bir həftə əvvəl, Əfqanıstan İslam Respublikasının Herat şəhərindən olan həmyerlisi və dostu Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Bu görüşdən sonra, hər ikisi Türkiyə Respublikasının Əskişəhər şəhərində fəhlə kimi çalışan tanışları Cəlil adlı şəxsin yanına getməyi qərara almışlar. Bu məqsədlə, İran İslam Respublikasından Azərbaycan Respublikasına, oradan isə Gürcüstan Respublikasına keçərək Türkiyəyə çatmağı planlamışlar. Səfəri qeyri-rəsmi yollarla həyata keçirmək niyyətində olmuşlar. 2025-ci il aprelin 21-də mobil telefonlarında olan “Google Maps” tətbiqi vasitəsilə Azərbaycan Respublikası ilə İran İslam Respublikasİ arasındakı dövlət sərhədinə yaxınlaşmışlar. Ərazidə sakitliyin olmasını gözlədikdən sonra, həmin gün, saat 15 radələrində piyada hərəkət edərək dövlət sərhədini qanunsuz olaraq keçmiş, bir qədər sonra yorulmuş, meşədə gecələməyə qərar vermişlər. 22 aprel 2025-ci il tarixdə səhər saatlarında yuxudan oyandıqdan sonra hərəkətlərini davam etdirmiş, təxminən saat 14:00 radələrində sərhədçilər tərəfindən saxlanılmışlar. Hazırda əməlindən peşman olmasını bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən N №-li hərbi hissənin əməliyyat-axtarış şöbəsinin rəisi, polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 22 aprel 2025-ci il tarixində daxil olmuş əməliyyat məlumatına əsasən, Şüvi kəndi ərazisində magistral yolun kənarında 2 nəfər naməlum şəxsin müşahidə edildiyi qeydə alınmışdır. Daxil olmuş məlumat əsasında əsgər Şahid2 Şüvi kəndi istiqamətində hərəkət etməsi barədə göstəriş vermişdir. Saat təqribən 13:45 radələrində qeyd olunan əraziyə çatdıqda, orada sərhəd pozucusu görkəmində olan, xarici ölkə vətəndaşlarına bənzər iki nəfər naməlum şəxs aşkar edilərək saxlanılmışdır. İlkin filtrasiya tədbirləri zamanı onların Əfqanıstan İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və X6 olduqları müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin maddi- texniki təminat bölüyünün sürücüsü əsgər Şahid2 Şahid1 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Şahidlər X7 və Şahid4 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyədək istintaq zamanı vermiş olduqları ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən N nömrəli hərbi hissənin 12-ci sərhəd zastavasının rəisi vəzifələrini icra edən baş leytenant X7 ifadəsində göstərmişdir ki, saat 14:40-dan saat 16:00-dək əsgər Şahid4 ilə birlikdə sərhəd zastavasının sol cinahında “GD/NY” xidmətini təşkil etmişdir. Təqribən saat 15:10 radələrində 17-ci sahədə, mühəndis çəpərinin 80–81-ci dirəkləri arasında yerləşən aşağıdan yuxarı 4-cü, 5-ci və 6cı məftillərin kəsildiyi aşkar edilmişdir. Aşkar olunmuş fakt barədə dərhal sərhəd komendantlığının komendantı, mayor Emin Şirinova məruzə edilmiş və sərhəd zastavası “Silaha!” komandasına qaldırılmışdır. Hadisə yerinə həyəcan qrupu cəlb olunmuş və sərhəd pozucularının ehtimal olunan hərəkət istiqamətində axtarış tədbirləri həyata keçirilmişdir. Növbəti gün, yəni 22 aprel 2025-ci il tarixdə, təqribən saat 13:45 radələrində, Əfqanıstan İslam Respublikasının vətəndaşları olan iki nəfərin Təqsirləndirilən şəxs1 və X3 Astara rayonu, Şüvi kəndi ərazisində saxlanılması barədə məlumat əldə edilmişdir. İbtidai istintaq zamanı digər Şahid4 ibtidai istintaq zamanı şahid X4 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: N nömrəli hərbi hissənin komandiri, polkovnik Rauf Abdullayevin 22 aprel 2025-ci il tarixli, 3-38/2-16/1514/25 nömrəli məktubundan və 12-ci sərhəd zastavasinin rəisi vəzifəsini müvəqqəti icra edən baş leytenant Şamil İsmayilovun 22 aprel 2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:10 radələrində 12-ci sərhəd zastavasının 17-ci sahədən dövlət sərhədini İran İslam Respublikasından Azərbaycan Respublikasına pozulma əlamətləri aşkar olunmuşdur. Əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat təqribən 13:45 radələrində Astara rayon Şüvi kəndi ərazisində dövlət sərhəd xəttindən 2000 metr aralıda, MTÇ-dən çöldə 140 №li sərhəd nişanından 400 metr sola 2 nəfər şəxs sərhəd pozucusu qismində saxlanılmışdır. 22 aprel 2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və X1 ərazi N №-li hərbi hissənin Astara rayonu Armudlu kəndi ərazisində yerləşən 12-ci sərhəd zastavasının 17-ci sahəsidir. Qeyd olunan yer 140 nömrəli sərhəd nişanından 400 metr sola, dövlət sərhəd xəttindən 2000 metr aralı, mühəndis texniki çəpərdən çöldə yerləşən ərazidir. Ərazi meşəlik və kolluq relyefə malikdir. Hadisə yeri olan 17-ci sahədə aparılmış baxış zamanı dövlət sərhədinən mühəndis-texniki çəpərinə gedən yoldakı kolluqlarda müəyyən qədər əzilmələr, nəzarət iz zolağındakı müxtəlif sayda ayaq izləri, həmçinin mühəndis texniki çəpərin aşağıdan 3 məftilin kəsildiyi aşkar edildi. Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və X6 əzilmələri və məftillərin kəsimələri, eyni zamanda nəzarət iz zolağındakı ayaq izlərini həmin ərazidən keçən zaman onlar tərəfindən edildiyini etiraf etmişlər. İAMAS-dan daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 və X3 haqqında “Giriş-çıxış və qeydiyyat” İAMAS sitemində məlumat mövcud deyil. DSX-nin ƏABİ-dən daxil olmuş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 və X3 əvvəllər dövlət sərhədini qanunsuz keçməsi, qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə ƏABİ-də məlumatlar mövcud deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosundan daxil olan məktubdan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və X3 beynəlxalq axtarışda olması barədə məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025ci il tarixli tələbnamədən görünür ki, X3 barəsində əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli anket məlumatlarının dəqiqləşdirilməsi haqqında qərardan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşının təvəllüdü, soyadı, adı və atasının adının “xx.xx.2000-ci il təvəllüdlü X6” kimi tanınması və oxunması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-203/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 22 aprel 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-201/2025 saylı qərarından görünür ki, X6 barəsində həbsetmənin əvvəli 22 aprel 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs1 və X3 törətdikləri cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, istintaq protokolları, onların özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə təsdiqini taparaq onların Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən qanunsuz olaraq keçmə cinayətini törətmələri tamamilə sübuta yetirildi. Onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə tövsif edilmişdir və onlar, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 əməllərindən səmimi peşmanlıq hissi keçirmələrini cəzalarını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 və X3 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 və X3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və X3 təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetmişdir. Odur ki məhkəmə, onlara təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və X5 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onları cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 və X6 22 aprel 2025-ci il tarixdən tutulmuşlar. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və X3 tutulduqları və həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzalarının əvvəli 22 aprel 2025-ci il tarixdən hesablanmalı, həmçinin onların barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və X5 təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X6 xarici ölkə vətəndaşları olduqlarından və iş üzrə onların Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq onlara Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözlərinin əlavə edilməsi və həmin hissədə “6 manat” sözlərinin “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində, Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs X3 hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. X6 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X6 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X6 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs X3 hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar