Məhkəmə qərarları › İş №1(018)-97/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-97/2023

25.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-97/2023 25.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X6, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçin iştirakı ilə, - xx xxxxxx 1995-ci ildə Rusiya Federasiyası Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, məhkum olunmamış, sürücü işləyən, Rusiya Federasiyası, Dağıstan Respublikası Qarabudaqkənd rayonu Manas qəsəbəsi Magistralnı küçəsi 24 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin inzibati binasında yerləşən məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Magomedov X2 İslam Respublikasında olarkən 19 mart 2023-cü il tarixədək olan müddət ərzində istintaqla müəyyən edilməmiş mənbədən əldə etdiyi tərkibində nandrolonun təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram olan, üzərində “Nandrolone Decanoate 25mg” yazısı olan 4 konvolut, hər konvoltda 5 ampula olmaqla, ümumilikdə 20 ampul narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, güclü təsir edən nandrolon ampullarını idarə etdiyi “Volvo” markalı, “A002CM134/BT454634” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinasının sağön hissəsində olan saxlanc yerinindəki tibb çantasının içərisində saxlayaraq, 19 mart 2023-cü il tarixdə saat 19 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Astara” Gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmiş, gömrük baxışı zamanı, qeyd edilən ampulalar gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, Rusiya Federasiyası Dağıstan Respublikası Qarabudaqkənd rayonu Manas qəsəbəsi Magistralnı küçəsi, ev 24 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, himayəsində bir və üç yaşlarında iki qızı var. Səkkiz ildir sürücü işləməklə ailəsinin dolanışığını təmin edir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Ölkələrarası yük daşımaları ilə məşğul olur. İdarə etdiyi “Volvo” markalı, “A002CM134/BT454634” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi “Dağ Trans” şirkətinə məxsusdur və həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Tutulmamışdan təqribən iyirmi gün əvvəl İrandan Rusiyaya yük aparmaq məqsədilə Rusiyadan İrana yola düşmüşdür. İran İslam Respublikasına daxil olduqdan sonra yük götürmək üçün növbə olduğundan təqribən 20 gün İranda qalmalı olmuşdur. QİÇS xəstəliyindən əziyyət çəkir və bədəninin gücdən düşməməsi üçün daimi olaraq “Nandralone” və “Testestrone” adlı dərmanlar qəbul edir. Həmin dərmanları həkim məsləhətm əsasında qəbul etmişdir. Xəstələndikdən sonra imunitetinin aşağı düşməsinin qarşısını almaq üçün üç gündən bir hər iki dərmandan qəbul edir. Həmin dərmanları adətən Rusiya Federasiyasında əldə edib orada istifadə etmişdir. Son müharibə ilə əlaqədar sanksiyalardan dərmanlarda yaranmış qıtlıq nəticəsində tapmaq çətin olmuşdur. Həmin dərmanları Rusiya Federasiyasında tapa bilmədiyi üçün düşünmüşdür ki, İranda olarkən aptekləri axtarıb bu dərmandan tapsın. Bu məqsədlə İranda olarkən İran gömrüyünün yaxınlığında olan bir aptekə getmiş və oradan yuxarıda qeyd etdiyi dərmanlardan tapmışdır. Bundan sonra həmin aptekdən 500 (beş yüz) İran rialına 4 paçka, 40 “Nandralone” və 3 paçka 30 kapsul “Testestrone” adlı dərman almışdır. Bundan sonra İranda qaldığı müddətdə həmin dərmanların xeyli hissəsini istifadə etmiş, yerdə qalanını isə idarə etdiyi yük avtomobilinin kabinasında olan saxlanc yerindəki apteçkaya qoymuşdur. Nəqliyyat vasitəsinə yükü yüklətdikdən sonra 19 mart 2023-cü il tarixdə idarə etdiyi yük maşını ilə Rusiya Federasiyasına getmək məqsədi ilə İran- Azərbaycan dövlət sərhədini keçib, tranzit qaydada Azərbaycan Respublikası “Astara” Gömrük postuna daxil olmuşdur. Bir qədər növbədə gözlədikdən sonra, saat 19 radələrində növbə ona çatmış və nəqliyyat vasitəsini yük maşınlarıüçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində bir gömrük işçisi onunla şifahi sorğu-sual apararaq onun üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və dövriyyəsi məhdudlaşdırılmış, habelə gömrük nəzarətindən gizlədilmiş, yaxud bəyan olunmamış mallar – narkotik vasitələr, silah sursat, qızıl və digər zinət əşyaları, psixotrop və ya güclü təsir edən dərman peraparatları və sair olub-olmadığını soruşmuşdur. Gömrük əməkdaşına üzərində, nəqliyyat vasitəsində heç bir qadağan olunmuş və ya gömrük nəzarətindən gizlədilmiş malların olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşı onun idarə etdiyi yük maşınına gömrük yoxlaması tədbiq etmişdir. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinasının sağ ön hissəsində olan saxlanc yerindən – həmin saxlanc yerinin içərisində olan apteçkanın içərisinə qoyduğu dərman preparatları aşkar edilmişdir. Sonra həmin dərman vasitələrinə baxılmış və bir ədəd karton qutuda üzərində “Nandrolone Decanoate 25mg” yazısı olan 4 (dörd) konvolut, hər konvoltda 5 (beş) ampula olmaqla, ümumilikdə 20 (iyirmi) ampul dərman preparatı, həmçinin 1 (bir) konvolutda üzərində ”Testestrone Enanthate 250 mg” yazısı olan 3 (üç) ampula dərman preparatı olduğu məlum olmuşdur. Daha sonra onun üzərində şəxsi yoxlama aparılmış və idarə etdiyi nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmetləri aşkar edilməmişdir. Yoxlama başa çatdıqdan sonra idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinəsində aşkar edilmiş, üzərində 1 (bir) ədəd karton qutuda üzərində “Nandrolone Decanoate 25mg” yazısı olan 4 (dörd) konvolut, hər konvoltda 5 (beş) ampula olmaqla, ümumilikdə 20 (iyirmi) ampul dərman preparatı, həmçinin 1 (bir) konvolutda üzərində ”Testestrone Enanthate 250 mg” yazısı olan 3 (üç) ampula dərman preparatı onun və hal şahidlərinin iştirakı ilə gömrük işçiləri tərəfindən götürümüş və qablaşdırılaraq möhürlənmişdir. Sonra bu barədə sənədləşmə aparılmış, o da həmin sənədlərlə tanış olub imza etmişdir. Həmin dərman vasitələrinin dövriyyəsinin qadağan olunduğunu və ya məhdudlaşdırıldığını bilməmişdir. Buna görə həmin dərmanları əvvəlcədən gömrük nəzarətinə bəyan etməmişdir. Narkotik vasitələr, psixotrop və ya güclü təsiredici maddələrdən istifadə etmir. Hazırda etdiyi əməldən peşmanlıq hissi keçirir, ümid edir ki, məhkəmə mərhəmət göstərib onun sağalmaz xəstəliyi ilə əlqədar keçirdiyi ağrıları azaltmaq üçün həmin dərmanları alıb üstündə gəzdirməyini nəzərə alacaqdır. Himayəsində olan iki azyaşlı uşağı ailədə yeganə qazanc gətirən şəxs kimi onu gözləyirlər. Həmçinin özünün də QİÇS xəstəsi olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçin cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Astara Gömrük Postunun inspektoru vəzifəsində xidmət edir. 19 mart 2023-ci il tarixdə “Astara” Gömrük postunda, nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün, saat 19 radələrində Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç idarə etdiyi “Volvo” markalı, “A002CM134/BT454634” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Rusiya Federasiyasına yükü müşaiyət edən “088380” saylı CMR-ə və “68” nömrəli invoysa əsasən “kələm” yükü apararkən gömrük nəzarəti zamanı tərəfindən saxlanılmışdır. Onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi şəkildə sorğu-sual aparılmışdır. Sorğu-sual zamanı onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olubolmaması soruşulmuş, o isə öz növbəsində idarə etdiyi nəqliyyat vasitəsində vəüzərində qadağan olunmuş hər hansı predmetin olmadığını bildirmişdir. İlkin gömrük nəzarəti zamanı Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç narahatlıq yaratdığı üçün şübhələnmiş və nəqliyyat vasitəsini ətraflı yoxlamaq qərarına gəlmişdir. İki nəfər hal şahidi çağıraraq hüquq və vəzifələrini izah etmiş, bundan sonra hal şahidlərinin və Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçin iştirakı ilə tərəfindən Maqomedov Maqomed-Gadzhi Maqomedeminoviçin idarə etdiyi “Volvo” markalı, “A002CM134/BT454634” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə ətraflı gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinasının sağ ön hissəsində olan saxlanc yerindən – həmin saxlanc yerinin içərisində olan tibb çantasının (apteçka) içərisindən yazılı, şifahi və ya elektron formada gömrük nəzarətinə bəyan edilməyən dərman preparatları aşkar etmişdir. Sonra həmin dərman vasitələrinə baxılmış və 1 (bir) ədəd karton qutuda üzərində “Nandrolone Decanoate 25mg” yazısı olan 4 (dörd) konvolut, hər konvoltda 5 (beş) ampula olmaqla, ümumilikdə 20 (iyirmi) ampul dərman preparatı, həmçinin 1 (bir) konvolutda üzərində ”Testestrone Enanthate 250 mg” yazısı olan 3 (üç) ampula dərman preparatı olduğu məlum olmuşdur. Sonda araşdırma ilə əlaqədar həmin dərmanlar qablaşdırılaraq möhürlənmiş, yoxlamaya dair protokol tərtib etmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. Cənub Ərazi Baş Gömrük İdarəsinin «Astara» Gömrük postunun əməkdaşları tərəfindən tərtib olunmuş “malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” 19 mart 2023-cü il tarixli protokoldan görünür ki, yoxlama zamanı Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç idarə etdiyi “Volvo” markalı, A002CM134/BT454634” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə tranzit gömrük prosseduru altında qeydiyyatdan keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yükü müşaiyət edən “088380” saylı CMR-ə və “68” nömrəli İnvoysa əsasən “Kələm” yükü apararkən, xx.xx.2023-cü il tarixdə, saat təqribən 19 radələrində “Astara” gömrük postunun yük maşınlarıüçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarəti zamanı sorğu-sual edilərək həmin nəqliyyat vasitəsinə onun və hal şahidlərinin iştirakı ilə yoxlama keçirilmişdir. Yoxlama başlamazdan əvvəl Magomedov X1 Məcəlləsinin 99.2.6 və 99.7-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə gömrük orqanlarına bəyan edilməmiş predmetlərin könüllü olaraq təqdim etməsi təklif edilmiş, lakin o idarə etdiyi yük maşınında heç bir hüquqpozma predmeti olmadığını bildirmişdir. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin kabinasının sağön hissəsində olan saxlanc yerindən – həmin saxlanc yerinin içərisində olan tibb çantasının (apteçka) içərisindən yazılı, şifahi və ya elektron formada gömrük nəzarətinə bəyan edilməyən dərman preparatları aşkar etdim. Sonra həmin dərman vasitələrinə baxıldı və 1 (bir) ədəd karton qutuda üzərində “Nandrolone Decanoate 25mg” yazısı olan 4 (dörd) konvolut, hər konvoltda 5 (beş) ampula olmaqla, ümumilikdə 20 (iyirmi) ampul dərman preparatı, həmçinin 1 (bir) konvolutda üzərində ”Testestrone Enanthate 250 mg” yazısı olan 3 (üç) ampula dərman preparatı olduğu məlum olmuşdur. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçin idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında aşkar edilmiş 1 (bir) ədəd karton qutuda üzərində “Nandrolone Decanoate 25mg” yazısı olan 4 (dörd) konvolut, hər konvoltda 5 (beş) ampula olmaqla, ümumilikdə 20 (iyirmi) ampul dərman preparatı, həmçinin 1 (bir) konvolutda üzərində ”Testestrone Enanthate 250 mg” yazısı olan 3 (üç) ampula dərman preparatı sürücü və hal şahidlərinin iştirakı ilə götürülmüş və araşdırma ilə əlaqədar 203251 nömrəli politelin paketdə qablaşdırılaraq möhürlənmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 mart 2023-cü il tarixli, 6/1687 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 203251 № li DGK-ya məxsus bir ədəd sellofan paketdə qablaşdırılmış, üzərində “Nandrolone Decanoate 25 mg:” yazısı olan 4 (dörd) ədəd konvolut hər konvolutda 5 ampula olmaqla, ümumilikdə 20 ampul dərman preparatı güclü təsir edən maddə nandrolondur və tərkiblərində nandrolonun təsir maddəsinin ümumi miqdarı 0,5 qramdır (bir ədəd ampulada təsir maddəsinin miqdarı 0,025 qramdır). Təqdim olunmuş 1 (bir) ədəd konvolutda üzərində “Testestrone Enanthate 250:” yazısı olan ümumilikdə 3 (üç) ampul dərman pereparatı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə tədiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekusorların siyahıları”-na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş“güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”- na, habelə “zəhərli maddələrin siyahıları”-na daxil deyildir. Nandrolon 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş“güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Qeyd: Nandrolon ampullarının sayı - 20 ampula, tədqiqata sərf edildi - 1 ampula, qalıq 19 ampula qaldı.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli, 1845 saylı narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçdə kannabioiddən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçdə müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxsGadzhə Magomedeminoviç narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçin törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçin təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 24 may 2022-ci il tarixli, 666097 nömrəli və 16 avqust 2019cu il tarixli, 846202 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçin himayəsində 02 (iki) azyaşlı uşağı var. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi tərəfindən verilmiş 11 iyun 2023-cü il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç İİV infeksiyası, bədən səthinin yayılmış psoriazı diaqnozu ilə Müalicə müəssisəsinə köçürülmüşdür. Hazırda müalicə müəssisəndə həmin diaqnozlarla müalicədədir. Hazırda vəziyyətinə görə ciddi yatak rejimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçin vəziyyəti məhkəmədə iştirak etməyə imkan vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçin himayəsində 02 (iki) azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçin ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, İİV infeksiyası, bədən səthinin yayılmış psoriazı diaqnozu ilə ağır xəstəlikdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçin himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, İİV infeksiyası, bədən səthinin yayılmış psoriazı diaqnozu ilə ağır xəstəlikdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunu müstəsna hal hesab edir. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçin himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, İİV infeksiyası, bədən səthinin yayılmış psoriazı diaqnozu ilə ağır xəstəlikdən əziyyət çəkməsini, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona azadlıqdan məhrum etmə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən az cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçə təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçin törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 19 ampula nandrolon ampulları və 02 ampula “testestrone” dərmanı təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 21 mart 2023-cü il tarixli, 4(004)-231/2023 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 mart 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçin həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 19 mart 2023-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Buna görə də məhkəmə Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməməsini qanuni və əsaslı hesab edir. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat pul Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçdən alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X4, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçdən götürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş ona məxsus “İphone 13” markalı, mobil telefon Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçə qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 19 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviç yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 19 ampula nandrolon ampulları və 02 ampula “testestrone” dərmanı məhv edilsin. İş üzrə ekspertiza xərci olan 80 (səksən) manat pul Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçdən alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X4, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçdən götürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş ona məxsus “İphone 13” markalı, mobil telefon Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçə qaytarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxsGadzhı Magomedeminoviçə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar