Məhkəmə qərarları › İş №1(018)-97/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-97/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-97/2024 20.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1970-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Yardımlı rayonu Anzov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Astara rayonu Maşxan kənd sakini Zərərçəkmiş şəxs əvvəllər Cəmşid Naxçıvanski adına hərbi liseyin işçisi olduğunu bildirib inandıraraq etibarını qazanmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etbarını qazandıqdan sonra Zərərçəkmiş şəxs oğlu Şahid2 həmin liseyə qəbul olunmasına köməklik göstərəcəyini yalandan vəd verib aldatmaqla istifadəsində olan “Kapital Bank” tərəfindən verilmiş “5404 0852 3860 1100” nömrəli debit bank kartına Zərərçəkmiş şəxs tərəfindən Astara rayonu Ərçivan qəsəbəsində yerləşən “Kral” marketdə olan ödəmə terminalından 20 avqust 2022ci il tarixdə, saat 13:03-də göndərilən 1500 (min beş yüz) manat, istifadəsində olan “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən verilmiş debit bank kartına Astara rayonu Ərçivan qəsəbəsində yerləşən “Kral” marketdə olan ödəmə terminalından 06 sentyabr 2022-ci il tarixdə, saat 16:37-də göndərilən 600 (altı yüz) manat, 10 sentyabr 2022-ci il tarixdə istintaqla dəqiq müəyyən edilməyən vaxtda Bakı şəhəri, Nərimanov rayonu ərazisində Zərərçəkmiş şəxs tərəfindən əlbəəl formada verilən 1200 (bir min iki yüz) manat və 2022-ci ilin sentyabr-oktyabr aylarında, istintaqla müəyyən edilməyən tarixdə və vaxtlarda Astara rayonu ərazisində yerləşən ödəmə terminalları vasitəsi ilə hissə-hissə olmaqla, təqdim etdiyi bank kartlarına Zərərçəkmiş şəxs tərəfindən göndərilən, cəmi 700 (yeddi yüz) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Yardımlı rayonu Anzov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, himayəsində 02 (iki) azyaşlı uşağı var. ünvan 2kini Zərərçəkmiş şəxs X4 vasitəsilə tanımış, Zaur Əhmədovu isə uzun müddətdir ki, tanıyır. Zaurla Binə qəsəbəsində qonşuluqda yaşayır. 2022-ci ilin yay aylarında Bakı şəhəri Nərimanov rayonunda çayxanalardan birində oturub çay içən zaman Zaur Əhmədov və Zərərçəkmiş şəxs da ora gəlmiş, Zaur və Təvəkkül onlarla oturmuş və çay içən zaman Zərərçəkmiş şəxs ilə söhbət əsnasında Zərərçəkmiş şəxs ona oğlu Şahid2 Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahan verdiyini və imtahandan kəsildiyini və ona köməklik etmək lazım olduğunu bildirmişdir. Təvəkkülə “mənim tanışım var, ondan soruşaram, alınarsa sənə xəbər edərəm”demiş, daha sonra əlaqə saxlamaq üçün bir-birlərinin nömrəsini götürmüş, lakin onun Zərərçəkmiş şəxs oğlu Şahid2 hərbi liseyə düzəldəcək tanışı olmamışdır. Təvəkkülün pulunu aldadaraq ələ keçirmək məqsədilə ona tanışı olduğunu bildirmiş, bundan sonra Zərərçəkmiş şəxsla telefon əlaqəsi saxlayaraq ilkin olaraq oğlu Nihadı Cəmşid Naxçıvanski adına hərbi liseyə düzəltmək üçün 1500 manat pul istədiklərini bildirmiş, ona göndərdiyi bank kartı hesabına 1500 manat göndərməsini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs onun göndərdiyi kart hesabına 20 avqust 2022-ci il tarixdə 1500 manat pul göndərmişdir. Həmin pulu Bakı şəhəri ərazisində bankomatdan nağdlaşdıraraq əldə etmişdir. Bundan bir neçə gün sonra yenidən Zərərçəkmiş şəxs əlavə xərclər çıxdığını bildirib 600 manat pul istəmiş, Zərərçəkmiş şəxs ona inanaraq 06 sentyabr 2022ci il tarixdə yenidən onun təqdim etdiyi kart hesabına 600 manat pul göndərmiş və həmin pulu Bakı şəhəri ərazisindən nağdlaşdıraraq əldə etmişdir. Zərərçəkmiş şəxs mütəmadi olaraq ona zəng edərək işin nə yerdə qaldığını soruşmuş və Təvəkkülə ona tanışı ilə razılığa gəldiyini və oğlunun hərbi liseyə düzələcəyini bildirmişdir. 2022-ci ilin sentyabr ayında Təvəküllə yenidən əlaqə saxlayaraq oğlu Şahid2 liseyə qəbul etdirmək üçün gedən proses ciddi problem olduğunu və əlavə 1500 manat pulu da götürüb Bakı şəhərinə gəlmələrini istəmiş, Zərərçəkmiş şəxs yenidən ona inanaraq 10 sentyabr 2022-ci il tarixdə Bakı şəhərinə gəlmiş, həmin vaxt tanışı Zaur Əhmədovla birlikdə Bakı şəhər Nərimanov rayonunda çayxanalardan birində əyləşən zaman Zərərçəkmiş şəxs, oğlu Şahid2 və tanışı Şahid1lə birlikdə onların əyləşdiyi masaya gəlmiş və birlikdə əyləşərək Şahid2 liseyə düzəlməsi barədə söhbət etmiş, söhbət əsnasında Zərərçəkmiş şəxs artıq işlərin yekunlaşdığını və ondan istədiyi 1500 manatı tələb etmiş, Təvəkkül isə 1200 manat tapa bildiyini bildirmiş və həmin pulu nağd şəkildə ona vermişdir. Bir qədər sonra isə Təvəkkülə “get uşağın saçını başını hazırla, mən çağıranda gətirərsən liseyə” demiş, daha sonra masadan qalxıb sağollaşaraq bir-birindən uzaqlaşmışlar. Üzərindən bir neçə gün keçdikdən sonra yenidən Zərərçəkmiş şəxs lisey forması və digər kiçik xərclər üçün hissəhissə olmaqla, ümumilikdə 700 manat pul istəmiş və Təvəkkül həmin pulları kart hesabı vasitəsilə ona göndərmişdir. Bundan sonra Təvəkküllə görüşməmiş, zənglərinə də cavab verməmiş, Təvəkküllə “Whatsapp” tətbiqi vasitəsilə mesajlaşmış və ona işinin alınmadığını, pulunu geri qaytaracağını bildirmişdir. Həmin pulları xərclədiyindən Təvəkkülə pulun 800 manatını qaytara bilmiş, tamah məqsədilə Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat pulunu ələ keçirmiş və həmin puldan ona 800 manatını geri qaytarmışdır. Zərərçəkmiş şəxs oğlu Şahid2 C.Naxçıvanski adına hərbi liseyə düzəldəcəyinizi vəd verərkən özünü vəzifəli şəxs kimi təqdim etməmiş, sadəcə olaraq onu inandırmaq üçün əvvəllər hərbiçi olduğunu, hazırda işləmədiyini, onun oğlunu hərbi liseyə düzəltmək üçün tanışlarının olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi bank kart hesabları onun tanışlarının adına olan kart hesabları olmuş, hadisə 2022-ci il tarixdə baş verdiyindən həmin kart hesablarının kimə məxsus olduğunu dəqiq xatırlamır. Zərərçəkmiş şəxs aldadaraq onun pulunu ələ keçirib ona qarşı dələduzluq cinayətini tək törətmişdir. Hazırda Zərərçəkmiş şəxs dəymiş zərəri tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur və zərərçəkmiş şəxs onun cinayət məsuliyyətindən azad olunması üçün məhkəməyə ərizə təqdim etmişlər. Dəymiş ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün, zərərçəkmiş şəxs, şahidlərin ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Astara rayonu Maşxan kəndində ailəsi ilə birlikdə yaşayır. Övladı Nihad təxminən 2022-ci ilin yay aylarında Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmaq üçün Bakı şəhərində imtahan vermiş, həmin vaxt keçid balı 150 bal olsa da o, 135 bal topladığı üçün imtahandan kəsilmişdir. Həmin vaxt oğlu Nihadla birlikdə Bakı şəhərinə Hərbi Liseyə getmiş, çünki Astara rayonunda olarkən qohumları onlara Bakı şəhərində deyil, Naxçıvan Muxtar Respublikasında yerləşən Hərbi Liseyə qəbul olunma ehtimalının olduğunu demişlər. Hərbi Liseyin qarşısında olarkən sonradan adının Namiq Nuriyev olduğunu bildiyi bir nəfər şəxs ona yaxınlaşaraq, oğlu Nihadı Bakı şəhərində yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyə düzəldə biləcəyini, əvvəllər həmin liseyin işçisi olduğunu demişdir. Namik onu inandırdıqdan sonra bunun üçün 1500 manat pul lazım olduğunu bildirmiş, onun təklifi ilə razılaşmış, 20 avqust 2022-ci il tarixdə ona göndərdiyi bank kartına Astara rayonu Kijəbə qəsəbəsində yerləşən mağazada quraşdırılmış «Million» aparatı vasitəsi ilə 1500 manat pul göndərmişdir. Bir müddət sonra Namiq ona zəng edərək, oğlunun sənədlərini imtahan komissiyasına göndərməsi üçün ondan 600 manat pul istəmiş, razı olduqdan sonra Namiq ona xatırlamadığı kart nömrəsi göndərmiş, 06 sentyabr 2022-ci il tarixdə həmin karta Astara rayonu Kijəbə qəsəbəsində yerləşən mağazada quraşdırılmış «Million» apparatı vasitəsi ilə 600 manat pul göndərmişdir. Bir neçə gün sonra Namiq onu görüşmək üçün Bakı şəhərinə çağırmış və həmin vaxt demişdir ki, uşağının işi üçün əlavə 1200 manat pul lazımdır, təxminən 10 sentyabr 2022ci il tarixdə oğlu Nihadla Bakı şəhərinə gedib Nəriman Nərimanov metrosunun yaxınlığında çayxanada onunla görüşmüş, həmin vaxt Namiq demişdir ki, oğlunun işinin düzəlməsində nəsə çətinlik yaranıb, buna görə əlavə 1200 manat pul lazımdır, həmin pulu cibindən çıxarıb ona vermiş, daha sonra Namiq sentyabr-oktyabr ayında hissə-hissə olmaqla ondan 700 manat pul almış, həmin pulları isə ondan gah sənədlərdə çatışmazlıq olduğunu, gah da oğluna artıq hərbi geyim almaq üçün lazım olduğunu bildirmişdir. Həmin pulları Astara rayonu Kijəbə qəsəbəsində yerləşən mağazada quraşdırılmış «Million» aparatı vasitəsi ilə göndərmiş, lakin Namiq onu aldadaraq, ümumilikdə 4000 manat pulunu ələ keçirmişdir. Namikin ona qarşı dələduzluq etdiyini artıq tam başa düşmüş, buna görə də ondan pulunu tələb etməyə başlamışdır. Namik hər dəfə müxtəlif bəhanələr gətirmiş, onun barəsində şikayət edəcəyini ona dedikdən sonra Namiq hissə-hissə olmaqla ona 800 manat pul göndərmiş, qalan 3200 manat pulu isə məhkəmə istintaqı zamanı ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəyən 4000 manat ziyanı tam olaraq ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. 2022-ci ilin yay aylarında Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmaq üçün Bakı şəhərində imtahan vermiş, həmin vaxt keçid balı 150 bal olsa da, 135 bal topladığı üçün imtahandan kəsilmişdir. Həmin vaxt atası Təvəkküllə birlikdə Bakı şəhərinə Hərbi Liseyə getmiş, çünki Astara rayonunda olarkən qohumları onlara Bakı şəhərində deyil, Naxçıvanda yerləşən Hərbi Liseyə qəbul olunma ehtimalının olduğunu demişlər. Hərbi Liseyin qarşısında olarkən Təqsirləndirilən şəxs atası Təvəkkülə yaxınlaşaraq nə səbəbdən burda olduğunu soruşmuş, bundan sonra ona 135 bal topladığı üçün imtahandan kəsildiyini, Naxçıvan MR-da yerləşən hərbi liseyə balının uyğun olubolmadığını soruşmaq üçün gəldiyini demişdir. Təqsirləndirilən şəxs onlara “narahat olmayın, həll olunan məsələdir, birinci hal deyil, sadəcə bir qədər məbləğdə pul lazım olacaq” demiş, həmin vaxt onlarda pul cəhətdən heç bir problem olmadığını, əsas işinin düzəlməsini istədiyini demiş, ondan əlaqə nömrəsini alıb Astara rayonuna qayıtmış, Astara rayonuna qayıtdıqdan 3 gün keçdikdən sonra atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə mobil telefonla danışmış və Namik onlara işin həll olunması üçün 1500 (bir min beş yüz) manat pul lazım olduğunu demişdir. Bundan sonra atası həmin pulu «Milliön» ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs göndərdiyi hesab kartına göndərmişdir. Pulu göndərdikdən bir neçə gün sonra onunla mobil telefonla əlaqə saxlayıb, görüşmək istədiyini və işin gedişatı ilə maraqlanmaq istədiklərini demiş, özü, atası Təvəkkül və qonşuluqda yaşayan Şahid1lə birlikdə Bakı şəhərində getmişlər. Bakı şəhərində yerləşən kafelərin birində Təqsirləndirilən şəxs ilə görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs yanında Zaur adlı şəxs də olmuşdur. Görüş zamanı Təqsirləndirilən şəxs onlara narahat olmamalarını, hər şeyin qaydasında olduğunu və tezliklə işinin həll olunacağını demiş, bundan sonra Astara rayonuna qayıtmışlar. Təsdiq edir ki, Təqsirləndirilən şəxs onun atasından ümumilikdə 4000 (dörd min) manat pul almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. 20 may 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs müxtəlif məzmunda “sənin işini həll edən adam var, gedəcəm onun yanına desə hazırdı sənə deyəcəyəm uşağı götür gəl”, “sənin işin düzəlib” kimi inandırıcı mesajlar, o cümlədən Zərərçəkmiş şəxs aldadaraq pulunu ələ keçirdikdən sonra pulunu qaytarmaq üçün kart atmasını istəməsi barədə səsli mesajlar göndərmişdir.

2. 20 may 2024-cü il tarixli “qəbzə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs 20 avqust 2022-ci il tarixdə, saat 13:03-də 1500 AZN, 06 sentyabr 2022-ci il tarixdə, saat 16:37-də 600 AZN pulu Astara rayon Ərçivan qəsəbəsində yerləşən “Kral” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs təqdim etdiyi Kapital Banka və Beynəlxalq banka aid kart hesablarına köçürmüşdür.

3. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 4000 manat ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş edir.

4. Yardımlı rayon İcra hakimiyyəti başçısının Hamarkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Nuriyev X3 rayon Anzov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, himayəsində 02 (iki) azyaşlı uşağı var.

5. Yardımlı rayon İcra hakimiyyəti başçısının Hamarkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs da dələduzluq cinayətinin üsulu kimi aldatma üsulundan istifadə etmiş, Zərərçəkmiş şəxs əmlakını, yəni 4000 manat pulunu ələ keçirmək niyyəti ilə ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar vermiş, guya oğlunu hərbi liseyə düzəldəcəyini, bunun üçün 4000 manat pul lazım olacağını bildirərək aldatmış, vahid qəsdlə əhatə olunmaqla Zərərçəkmiş şəxs həmin pulu almışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 22 may 2024-cü il tarixli tələbnamədən və «Cinayət işi üzrə icraata xitam verilməsi barədə» Bakı şəhər Xəzər rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqinin 10 avqust 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini «Cinayət işi üzrə icraata xitam verilməsi barədə» 10 avqust 2023-cü il tarixli Qərardan əvvəl, yəni 2022-ci ilin avqust-oktyabr aylarında törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.1,179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə işin qeyd olunan hallarına qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini «Cinayət işi üzrə icraata xitam verilməsi barədə» 10 avqust 2023-cü il tarixli Qərardan əvvəl, yəni 2022-ci ilin avqust-oktyabr aylarında törətdiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsi ona tətbiq oluna bilməz. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və Təqsirləndirilən şəxs haqqında 1(018)- 97/2024 saylı cinayət işinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(018)-97/2024 saylı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar