Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-97/2025 19.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Astara rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi -Astara Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə 02 il 06 müddətinə azadlıqdan məhrumetdə cəzasına məhkum edilmiş, cəzasını çəkmiş,lakin məhkumluğu ödənilməmiş, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla, Astara rayonu, Şiyəkəran kəndində yaşayan,barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və şəraitdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni -1,575 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 26 aprel 2025-ci il tarixdə, saat 16:57-də Astara rayonu, Şahağacı kəndində, dəniz kənarında piyada hərəkətdə olan zaman saxlanılaraq üstünün yoxlanılması zamanı 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi -1,575 qram olan psixotrop maddə metamfetamin əynində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki,uşaqlıqdan ata anasını itirdiyinə görə yaşlı nənəsi ilə yaşamışdır.Bu səbəbdən həyatında çox çətinliklər olmuşdur.Tutulmamışdan təxminən iki -üç ay əvvəl psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. 21 aprel 2025-ci il tarixdə Bakı şəhərində olan zaman tanımadığı şəxsdən 100 manata bir bükümdə psixotrop maddə metamfetamin almış və həmin metamfetamini istifadə etmək üçün üzərində saxlamışdır. 26 aprel 2025-ci il tarixdə saat 16:50 radələrində Astara rayonu, Şahağacı kəndində dəniz kənarında piyada hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmiş, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirərək üzərində hər hansı qanunsuz əşya və predmet, o cümlədən narkotik vasitə varsa təqdim etməsini bildirmişlər. Odur ki, cibində daşıdığı bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini çıxararaq onlara təqdim etmişdir.Sonra ona vəkil təqdim edilmiş və üzərindən aşkar edilmiş maddənin götürülməsi videoçəkilişlə protokollaşdırılmışdır.Polis bölməsində ona qarşı heç bir təziq- təsir göstərilməmişdir. Daha sonra son sözündə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində yaşlı nənəsinin olduğunu və ondan başqa nənəsinə baxanın olmadığını nəzərə alaraq ona nisbətən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, 26 aprel 2025-ci il tarixdə Astara rayon Şahağacı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə məlumat daxil olmuş və bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, daha sonra 26 aprel 2025-ci il tarixdə saat 16 radələrində yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə Astara rayon Şahağacı kəndi istiqamətində getmişlər, Astara Şahağacı kəndində, dəniz kənarından keçən dəmiryolunun yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman görmüş, dərhal ona yaxınlaşaraq onu saxlamış, özülərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra ona üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maaddə saxlamaqda şübhəli olduğunu bildirmişlər, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmiş, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin kütlə psixotrop maddə metamfetamindir, həmin kütləni 21 aprel 2025-ci il tarixdə Bakı şəhərində olan zaman üzdən tanıdğı şəxsdən 100 manata bir bükümdə almışdır, istifadə etmək məqsədilə üzərində saxlayır, heçkəsə satmamışdır. Daha sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd büküm elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, özü və digər iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 Bafəddin oğlu və Şahid2 ifadəsi ondan öncə dindirilən Şahid1 ifadəsinə oxşar olmus və işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmayan Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Elan edilmiş ifadə təqsirləndirilən şəxsin və məhkəmə iclasında dindirilən şahidlərin ifadələrinə oxşar olmuşdur. İş materiallarının tədqiqi; İş materiallarında olan (iş vərəqi 9-11) 26 aprel 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, 26 aprel 2025-ci il tarixdə saat 16:57-də Təqsirləndirilən şəxs Astara rayonu, Şahağacı kəndində dəniz kənarında dəmir yol xəttinin yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılmışdır. Şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırılmış Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə,psixotrop maddı olub-olmaması soruşulduqda o, üzərində “şüşə” adlanan psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofanda psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd alışqan aşkar edilərək götürülmüşdür. ƏQ-nün üzvü Şahid1 suallarına cavab olaraq Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin istifadəçisi olduğunu, üzərindən aşkar edilərək götürülmşüş psixotrop maddə metamfetaminə bənzər kütləni Bakı şəhərindən 100 manat qarşılığında istifadə etmək məqsədilə alıb xx.xx.2025-ci il tarixdə Astara rayonuna gəldiyini, 2 və ya 3 ay olar ki, psixotrop maddə istifadə etdiyini, üzərində aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlənin özünə məxsus olduğunu, Astara rayonu Şahağac kəndində qeydiyyatda olub Şiyəkəran kəndində yaşadığını, sakitlik olduğu üçün istifadə etmək məqsədi ilə psixotrop maddə metamfetaminə bənzər kütləni üzərində daşıyıb Şahağacı kəndində dəniz kənarına gəldiyini, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlədən istifadə etmədiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, digər bir yerdə ona məxsus narkotik vasitə, psixotop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet olmadığını bildirdi. Daha sonra. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin təhqiqat və istintaq orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş 17:05-də dayandırılmışdır. İş materiallarında olan (iş vərəqi 9-11) 26 aprel 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, “Samsung A24” markalı telefon vasitəsilə aparılan videoçəkiliş ilə həyata keçirilmiş və videogorüntünü özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan (iş vərəqi 30-33) xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş, 01 bükümdə ağ rəngli kütlə aşkar edilərək götürülmüşdür. DVD diskə baxış zamanı 07 dəqiqə 38 saniyədən ibarət olan görüntünün 01:26 dəqiqəsində Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş, 01 bükümdə ağ rəngli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs götürülmə zamanı verilən şifahi sualı cavablandıraraq üzərindən aşkar olunan maddənin metamfetamin olduğunu bildirmişdir. Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi istintaq hərəkətinin nəticələri əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparılmış və həmin videoçəkiliş DVD diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan (iş vərəqi 39) xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən məhkəmə kimyəvi ekspertizası üzrə verilmiş xx.xx.2025-ci il tarixli, 19/172 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «tədqiqata təqdim edilmiş üzərində» Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: 1,575 qram olan məddə ağ rəngli kristallardan ibarət matamfetamindir. (ekspertiza tədqiqatından sonra qalıq-1,475 qr.). İş materiallarında olan (iş vərəqi 87-88) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 05 may 2025-ci il tarixli, 248 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir ki, “Təqsirləndirilən şəxs METAMFETAMİNİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburu müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan (iş vərəqi 101) xx.xx.2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan,ümumi çəkisi 1,475 qram psixotrop maddə olan metamfetamin, həmçinin üstü yoxlanılan zaman və aşkar edilmiş bükümə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlər olan 02 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Psixotrop maddə olan metamfetamin iş üzrə saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Üstü yoxlanılan zaman aşkar edilmiş bükümə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlər olan 02 ədəd DVD disk cinayət işinin materialına əlavə edilmşdir. İş materiallarında olan (iş vərəqi 85) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3 ” X5 108 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında (iş vərəqi 14) olan xx.xx.2025-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 53) xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında (iş vərəqi 74-77) olan Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(018)-28/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan (iş vərəqi 90) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə Astara rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 22 yanvar 2025-ci il tarixində Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır.Məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə psixotrop maddə metamfetamin əldə edib özündə saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Təqsirləndirilən şəxs oğuna cəza təyin edərkən, ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3 az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət üzrə cəza çəkib qurtarmış ,lakin məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, hazırki hökmlə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan, Astara Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,475 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə xərcinə aid edilən ekspertiza tədqiqatının dəyəri – 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın.. Maddi sübut kimi tanınmış Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,475 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-97/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-97/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver