Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-98/2025 17.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə Məmmədsəfa oğlunun və müdafiəçi X5 iştirakları ilə, xx xxxx 2002-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİ Qarabağ müharibəsində iştirakına görə “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Astara rayonu, Ojakəran kəndində qeydiyyatda olan, Astara rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(018)-36/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin təhülkəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsində yerləşdirilməsi ilə əvəz olunması haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən, haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 12 aprel 2025-ci il tarixdə, saat 19 radələrində Astara rayonu, Siyakü kəndində yerləşən “Qismət” restoranında keçirilən toy şənliyi zamanı həmkəndlisi Zərərçəkmiş şəxs izləyib, onun arxasıyca düşərək, restoranın ikinci mərtəbəsində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, üstünlüyünü göstərmək məqsədilə silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə sonuncunun bud və boyun nahiyələrinin hər birinə 2 dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs boyun, sağ sağrı nahiyələrində kəsilmiş yaralar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər yetirməklə qərəzli hərəkətlərini bir neçə dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə törətmişdir. Məhkəmə ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş, lakin psixi vəziyyətinə görə məhkəmə iclasında iştirak edə bilməyən Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, anlaqsız vəziyyətdə cinayət törətmiş шяхс Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, İİ Qarabağ müharibəsi iştirakçısıdır, Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır, əvvəllər münasibətləri normal olub. müharibədən qayıtdıqdan sonra onda psixi pozuntular yaranmış, təxminən bir il əvvəl Zərərçəkmiş şəxs onun barəsində qızlarla gəzdiyini demiş, buna görə o, qəzəblənərək küçədə Elməddini döymüş, həmin vaxtdan sonra aralarında heç bir mübahisə baş verməmiş, sonralar isə Şahmira adlı bir qadın onun beynində canlanaraq Elməddinin qadınların qeyrətini söydüyünü bildirmiş, psixi pozuntuları olduğuna görə həmin qadına inanmış, baxmayaraq ki, onu şəxsən tanımır, bu səbəbdən Şahmiranın dediklərindən sonra Elməddinə qarşı qəzəb hissi artmış, 12 aprel 2025-ci il tarixində Astara rayonunun Siyakü kəndində yerləşən Qismət şadlıq sarayında xalası oğlunun toyunda Elməddini görəndə, beynində onun qadınları təhqir etməsi yenidən canlanmış və bu səbəbdən onun arxasınca düşmüş, həmin vaxt evdən götürdüyü, qara qulplu bir mətbəx bıçağı da üzərində olmuş, adətən özünü qorumaq məqsədilə bıçaq gəzdirirmiş, Elməddin masaya əyləşmək istəyəndə gödəkçəsinin iç cibindən bıçağı çıxararaq Elməddinin bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurmuş, ətrafdakılar müdaxilə edərək onları ayırmış və bıçağı onun əlindən alaraq oradan uzaqlaşdırmışlar, daha sonra şadlıq sarayının həyətinə düşərək özü hadisə barədə DİN-in 102 xidmətinə zəng vurub məlumat vermiş, Elməddini bıçaqladığını demiş, mübahisə Astara rayon Siyakü kəndində yerləşən Qismət şadlıq sarayıın ikinci mərtəbəsində baş vermiş, mübahisə zamanı hadisə yerində şadlıq sarayının ikinci mərtəbəsindəki masalarda əyləşən şəxslər olmuş, Zərərçəkmiş şəxs zərbələr vuraraq xəsarət yetirdiyi bıçaq mətbəx bıçağı olmuş, həmin bıçağı evdən götürmüş və adətən axşamlar çölə çıxanda küçə itlərindən qorunmaq üçün özü ilə gəzdirirmiş, Zərərçəkmiş şəxsla mübahisə edən zaman gödəkçəsinin iç cibində saxlayaraq gəzdirdiyi mətbəx bıçağını çıxararaq onun bədən nahiyəsinə bir neçə dəfə bıçaqla zərbə vurmuş, Elməddinə bıçaqla zərbələr vurarkən hansı nahiyəsinə və neçə zərbə vurduğunu dəqiq xatırlamırmış, həmçinin Elməddinə bıçaq zərbəsi vurduqdan sonra o uzaqlaşmış və ətrafdakı şəxslər də onları ayırmış, Zərərçəkmiş şəxs xəsarət yetirərək ziyan vurmaq məqsədilə onu bıçaqla vurmuş, mübahisə təxminən 1-2 dəqiqə davam etmiş və restoranın ikinci mərtəbəsində olan masalarda əyləşən qonaqların bir neçəsi yerlərindən qalxıb bir qismi onu uzaqlaşdırırmış, bir qismi də sadəcə baxırmış, məhkəmə-tibbi ekspertizasının 17 aprel 2025-ci il tarixli, 87 nömrəli tibbi ekspertiza rəyi ilə razıdır, heç bir etirazı yoxdur, göstərilən xəsarətləri bıçaqla Zərərçəkmiş şəxs özü yetirmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Astara rayonu, Ojakəran kəndində yaşayır, subaydır və rəsmi olaraq heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, əvvəllər münasibətləri yaxşı olmuş, Elvan müharibəyə gedib qayıtdıqdan sonra beynində psixi pozuntular yaranmış və bu səbəbdən qeyri-iradi hərəkətlər etməyə başlamış, onu görəndə tez-tez onu və ailə üzvlərini söymüş, lakin bu hərəkətlərinə fikir vermirmiş, təxminən bir il əvvəl küçə ilə gedərkən Elvan onu görüb barəsində pis sözlər danışdığını deyib üz və ağız nahiyələrinə yumruqla vuraraq ona xəsarət yetirmiş, Elvan müharibə iştirakçısı olduğundan və müharibədən sonra psixi pozuntuları yarandığından bu hərəkətləri dərk etmədən etdiyini düşünüb ondan şikayət etməmiş, həmin vaxtdan sonra aralarında heç bir mübahisə yaşanmamış, 12 aprel 2025-ci ildə Astara rayonunun Siyakü kəndində yerləşən Qismət şadlıq sarayında dostu Kamilin toyuna dəvət olunmuş, toyda ikinci mərtəbədə tanışları ilə birgə masada əyləşərək yemək yemiş, saat 19 radələrində masadan qalxaraq aşağı düşmüş, tualetə dəydikdən sonra yenidən masasına doğru oynaya-oynaya qalxmış, masasına yaxınlaşanda arxadan kiminsə gəldiyini hiss edib çevrilmiş və Elvanın ona əli ilə zərbələr vurduğunu görmüş, zərbələrdən yayınmağa çalışmış, lakin Elvan dayanmamış, ətrafdakı şəxslər onları ayırdıqdan sonra Elvanın onu bıçaqla vurduğunu anlayıb boyun nahiyəsində istilik hiss etmiş, yanındakı şəxslər qanaxmanı dayandırmaq üçün salfetka ilə müdaxilə etməyə çalışmış, daha sonra həyətə düşmüşlər və hadisə yerinə polis əməkdaşları gəlmiş, onu Astara Rayon Mərkəzi Xəstəxanasına aparmış, orada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmış, mübahisə Astara rayonunun Siyakü kəndində yerləşən Qismət şadlıq sarayının ikinci mərtəbəsində baş vermiş, mübahisə zamanı hadisə yerində şadlıq sarayının ikinci mərtəbəsindəki masalarda əyləşmiş şəxslər olmuş, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsindən qayıtdıqdan sonra kantuziya almış, psixi problemlər yaşamış və ehtimal ki, bu səbəbdən anidən ona xəsarət yetirmiş, çünki aralarında hər hansı qərəzli münasibət olmamış, mübahisə zamanı heç kimi vurmamış, sadəcə Elvanın vurduğu zərbələrdən yayınmağa çalışmış, mübahisə təxminən 1 dəqiqə davam etmiş, mübahisə restoranın ikinci mərtəbəsində baş verdiyi üçün səs-küy yaratmış və bu səbəbdən bəzi qonaqlar narahat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 2000-ci ildə Astara rayonunda anadan olmuş, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, Astara rayonunun Ojakəran kənd sakini Təqsirləndirilən şəxs tanıyır, əmisi oğludur, aralarında heç vaxt qərəzli münasibət olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs hərbi xidmətdə olarkən İİ Qarabağ müharibəsində onun beynində psixi pozuntular yaranmış, hərbidən qayıtdıqdan sonra davranışları dəyişmiş və bəzən özü-özünə danışmağa başlamış, Zərərçəkmiş şəxs da tanıyırmış, onunla da heç bir qərəzli münasibət olmamış, əksinə, dostluq münasibətləri olmuşdur. 12 aprel 2025-ci il tarixdə tanışı X1 Astara rayonunun Siyakü kəndində yerləşən “Qismət” restoranında toy mərasimi keçirilmiş, həmin toya dəvətli olmuş və saat 18 radələrində məclisə getmiş, toy davam etdiyi vaxt həmkəndliləri ilə birlikdə restoranın ikinci mərtəbəsindəki masalardan birində əyləşmiş, dostu Zərərçəkmiş şəxs da onunla eyni masada əyləşmiş, təxminən bir saat sonra Elməddinlə birlikdə tualetə getmək üçün aşağı düşmüş, sonra birlikdə geri qayıtmışlar, saat 19 radələrində ikinci mərtəbəyə qalxaraq əyləşdikləri masaya tərəf getmişlər, Elməddin ondan bir qədər irəlidə, oynaya-oynaya masaya yaxınlaşan zaman Təqsirləndirilən şəxs anidən sürətlə Elməddinin üzərinə hücum edərək əlindəki bıçaqla onu vurmağa başlamış, dərhal müdaxilə edərək Elvanın qollarından tutub uzaqlaşdırmağa çalışmış, Elvanın dayanmamaq istədiyini görüb çətinliklə qollarını tutmuş, həmin vaxt onlarla eyni masada əyləşən tanışı Dadaşov X6 əlindən bıçağı alaraq yaxınlıqdakı digər masanın üzərinə atmış, daha sonra özü və bir neçə nəfər Elvanı oradan uzaqlaşdırmış, sonra birlikdə həyətə enmiş və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə etmiş, mübahisə 12 aprel 2025-ci il tarixdə, saat 19 radələrində Astara rayonu, Siyakü kəndində yerləşən “Qismət” restoranının ikinci mərtəbəsində baş vermiş, mübahisnin baş verməsinin səbəbini bilmir, lakin Təqsirləndirilən şəxs heç bir səbəb olmadan rəqs edə-edə masaya yaxınlaşan Zərərçəkmiş şəxs üzərinə hücum edib onu ardıcıl zərbələrlə vurduğunu görmüş və onları ayırmış, mübahisə zamanı orada Şahid4, o cümlədən toy məclisinə gələn qonaqlar olmuş, mübahisə təxminən 1-2 dəqiqə davam etmiş, baş vermiş mübahisə restorana gələn qonaqların narahatçılığına səbəb olmuş, belə ki, mübahisə zamanı restoranın ikinci mərtəbəsində səs küy yaranmışdır. Bundan başqa, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. İşdə olan qərardan görünür ki, 13 aprel 2025-ci il tarixdə fakta görə Astara RPŞ İB-də Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2025-ci il tarixdə saat 23:45-də şübhəli şəxsi qismində tutulmuşdur. 14 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham verilmiş və barəsində həmin tarixdə Astara rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 23 iyun 2025-ci il tarixdəanlaqsız vəziyyətdə cinayət törətmiş şəxsTəqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmışdır. 25 iyun 2025-ci il tarixdə Astara Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. 25 iyun 2025-ci il tarixdə Astara Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qismində şəxsin xüsusi tibb müəssisəsinə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsində) yerləşdirilməsi haqqında qərar qəbul edilmişdir Cinayət işi materiallarına əlavə olunmuş 12 aprel 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Astara rayonu, Siyakü kəndində yerləşir, hadisə həmin kənddə yerləşən “Qismət” şadlıq sarayının ikinci mərtəbəsində, qonaqlar üçün nəzərdə tutulan masaların yanında baş vermişdir. Hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yeri təqdim etmiş, hadisə baş verən zaman orada toya dəvət almış şəxslərin olduğunu bildirmişdir. Bundan başqa hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirən zaman istifadə etdiyi bıçaq Zərərçəkmiş şəxs əyləşdiyi masanın yanındakı masanın üzərindən aşkar olunaraq götürülmüşdür. Hadisə yerinə baxış zamanı hadisənin baş vermə anını qeydə alan, restoranın salonunda quraşdırılmış kameranın olması müşahidə edilmiş və həmin kamera görüntüləri əldə edilərək 1 ədəd DVD diskdə protokola əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin 17 aprel 2025-ci il tarixli 87 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində - boyun, sağ sağrı nahiyələrində kəsilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni iti kənarlı və ya uclu alətlə, ola bilsin ki bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə- xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1449 nömrəli rəyinə əsasən, “Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, ona ittiham olunan əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruri olmuşdur. Cinayət işinin istintaqı üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs cinayəti törədərkən anlaqlı olub-olmamasını, yəni ictimai təhlükəli əməli törədərkən onun faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olub olmamasını, habelə hazırki psixi vəziyyətini və sair halları müəyyən etməkdən ötrü 29 may 2025-ci il tarixli qərarla tərəfimdən kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir. Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 77 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “Paranoid şizofreaniya» xəstəliyindən əziyyət çəkmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsindəanlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra da «Paranoid şizofreniya» xəstəliyindən əziyyət çəkmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırki psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı fərdi-psixi xüsusiyyətlərində şübhəlilik, özünə qapalılıq, inadkarlıq, inamsızlıq, ünsiyyətə meylli olmamaq və s. aşkar olunur.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd olunan hadisə zamanı emosional vəziyyəti onda müəyyən edilən psixi patologiya ilə şərtləşdiyindən, öz hərəkətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə zamanı keçirdiyi psixiemosional vəziyyəti, onda müəyyən edilən psixi patologiya ilə əlaqədar olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs hazırkı fərdi-psixi xüsusiyyətlərində şübhəlilik, özünə qapalılıq, inadkarlıq, inamsızlıq, ünsiyyətə meylli olmamaq və s. aşkar olunur.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd olunan hadisə zamanı emosional vəziyyəti onda müəyyən edilən psixi patologiya ilə şərtləşdiyindən, öz hərəkətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə zamanı keçirdiyi psixi-emosional vəziyyəti, onda müəyyən edilən psixi patologiya ilə əlaqədar olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs оna qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur, lakin Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman, ona qədər вя щазырда да “Paranoid şizofreniya” formasında psixi xəstəlikdən əziyyət çəkdiyinə эörə öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmadığına, yəni anlaqsız hesab edildiyinə və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyünə görə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar vardır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cц maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədərkən anlaqsız olmaqla öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını və barəsində məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməli olmasını sübuta yetirilmiş hesab edərək, belə nəticəyə gəlir ki, cinayət məsuliyyətindən və cəzadan azad edilməklə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli 8 saylı qərarının 14-cü maddəsində məhkəmələrə tövsiyə olunmuşdur ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Мящкямя ъinayət işindəki ekspertiza rəylərinə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin olunmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olub, Astara RPŞ-də saxlanılan bir ədəd bıçaq qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 55 (əlli beş) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM–in 348.2, 470, 477.1, 477.2.1-477.2.4 və 477.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad olunsun və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş psixiatriya stasionarına yerləşdirilmə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X10 həvalə edilsin. İş üzrə maddi sübut olan Astara RPŞ-də saxlanılan bir ədəd bıçaq qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 55 (əlli beş) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-98/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-98/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver