Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-99/2025 05.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi Qafarov Elvin Namik oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 və barəsində şikayət verilən şəxs X4 iştirakı ilə, X2 xüsusi ittiham qaydasında Astara Rayon Məhkəməsinə vermiş olduğu şikayətə iş materialları ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmədə xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 bildirdi ki, verdiyi xüsusi ittiham qaydasında şikayətdən imtina edir və şikayəti ona əlavə edilmiş sənədlərin ona qaytarılmasını xahiş etdi. X3 xüsusi ittiham qaydasında şikayətində göstərmişdi ki, X10 ilə nikahımızı 18.08 1998-ci il tarixdə 48 nömrəli akt ilə Astara rayon Qeydiyyat şöbəsində qeydə aldırmaqla evlənmişlər Ər-arvad olaraq xx.xx.2025-ci il tarixə kimi bir birgə nikahdan xx.xx.2000-cı il tarixdə təsərrüfatda yaşamışıq X5, xx.xx.2003-ccü il tarixdə X8 və xx.xx.2014-cü il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Uşaqlardan Nərgiz və Baba yetkinlik yaşına çatmışdır. Ər-arvad kimi yaşadıqları müddətdə əri Natiq Babayev səbəbsiz olaraq onu döymüş və incitmişdir. Ailə dağılmasın deyə əzablara dözmüş. Dəfələrlə döymüş sonra səhvinı başa düşmüş və barışmışdır.Natiq Babayev ilə 30 ilə yaxın müddətdir ki, ər-arvad olaraq yaşamışlar. O, bir arvad kimi ona sadiq olmuş. Buna baxmayaraq Natiq Babayev 19 iyul 2025-ci il tarixdə saat 15:13 radələrində Astara şəhəri, Heydər Əliyev prospektində "Kapital Bankın" Astara filialının yanında üzbəüz yerləşən işlədiyi geyim mağazasına gələrək səbəbsiz olaraq "ona küçə qadını, adlarını sadalayaraq onlarla görüşürsən deyərək üstünə hücum edib boyun və bədənimin bütün nahiyələrinə yumruq və təpik vuraraq onu döyməyə başlamışdır Həmin vaxt küçədə 30-50 nəfər şəxs olardı. X1 ictimai yerdə çoxlu kütlənin yanında şərəf və ləyaqətimi ləkələyən, ayrı-aryı kişi adlarını çəkərək guya onlarla görüşmüşəm deyərək, onu əxlaqsız qadın aldandırmışdır.X11 şərəf və ləyaqətəimi alçatdığına görə və onu nüfuzdan saldığına görə ərizə ilə Astara rayon Polis şöbəsinə müraciət etmişd, 05/2-B-11079 (11) 25 nömrəli xx.xx.2025-ci il tarixli məktubları ilə tövsiyə olunmuşdur ki, bu barədə məhkəməyə müraciət etsin. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-bir ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər məhkəmə tərəfindən müdafiə olunmalıdır. Odur ki, şərəf və ləyaqətimi nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq üçün məhkəməyə müraciət etməli olmuş. Cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulması hər kəsin mənəvi dəyər olan şərəfi və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi dayışır. ünvan 1 ünvanda qeydiyyatda olan X11 ictimai yerdə şərəf və ləyaqətimi alçatdığına və nüfuzdan saldığına görə hesab edir ki, o, cinayət əməli törətmişdir. O, xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməli və tənbeh olunmalıdır.ünvan 2 ünvanda qeydiyyatda olan X11 ictimai yerdə xeyli kütlənin qarşısında, mağazanın qabağında nəlayiq ifadələrlə şərəf və ləyaqətini alçatdığına görə və təhqir etdiyi üçün barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasıdna Cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində şikayət verilən şəxs X11 xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin ona qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayəiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalniz zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.8-ci maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunanlara əsasən və xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina etməsini nəzərə alaraq məhkəmə belə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayəti məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında vermiş olduğu şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduqdan sonra 20 (iyirmi) gün müddətində Astara rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-99/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-99/2025
05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver