Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-1/2021 16.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 234.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq 1 kağız bükümün içərisində ayrı-ayrılıqda 0,271 qram və 0,353 qram olmaqla, 2 bükümdə ümumilikdə şəxsi istehlak miqdarından artıq miqdarda, 0,624 qram 2 həb metamfetamin psixotrop maddəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “Parliament” markalı siqaret qutusunun içərisində gizlədərək saxlamış, Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına daşımış və xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, bilavasitə tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndlirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrilə elan olunmuş ittiham özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, icarəyə “Kamaz” markalı yük avtomobili götürüb, daş karxanasından rayonlara daş daşımışdır. Daha sonra Samir Sadıqovun yanında sürücü köməkçisi işləməyə başlamışdır. Belə ki, ona məxsus “Mercedes-Benz” markalı, 99FX330/99ZA933 qeydiyyat nişanlı yanacaq maşınını idarə etmişdir. Adətən Bakı şəhərindəki neft bazasından yanacaq doldurub, Naxçıvan MR-nın Ordubad şəhərindəki neft bazasına aparmışdır. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixində yanacaq maşını ilə İran İslam Respublikasından keçməklə, Naxçıvan MR-na yola getmişdir. Samir isə daha sonra təyyarə ilə Naxçıvana gəlmişdir. Samir xx xxxxxx 2020-ci il tarixində Culfa rayonunun həmsərhədi olan İran gömrüyündə onu qarşılamış və onlar birlikdə Naxçıvana gəlmişlər. Həmin gün yanacağı təhvil verib geri qayıtmaq üçün yola çıxmışdır. Həmişə geri qayıdarkən İrandan deyil, Türkiyədən və Gürcüstandan tranzit keçməklə Azərbaycana gəlmişdir. Türkiyədən keçərkən, İğdır bölgəsində qoşqunun təkərlərindən biri boşaldığından təmir etdirmək qərarına gəlmişdir. Təkəri təmir etdirərkən usta söhbət zamanı siqaret falqasına bükülmüş bir ədəd bükülü vermişdir ki, qadınla görüşən zaman atsın. Onun verdiyi içərisində 3 ədəd həb olan siqaret falqasına sarınmış bir bükülünü qəbul etmiş və onun nə olduğunu soruşmuşdur. Həmin usta həblərin psixotrop tərkibli metadon olduğunu qeyd etmişdir. İçərisində həblər olan bükümü siqaret qutusunun içərisinə qoymuşdur ki, keçəcəyi gömrüklərdə onların aşkar edilməsi mümkün olmasın. Daha sonra xx xxxxxx 2020-ci il tarixində təxminən saat 17 radələrində Gürcüstanın gömrük postuna gəlib çatmışdır. Avtomobildən düşüb əvvəlcə gürcü gömrüyünü keçib, daha sonra “Mazımçay” gömrük postunun piyada xəttinə daxil olmuşdur. Pasport qeydiyyatından keçdikdən sonra gömrük əməkdaşının olduğu yerə yaxınlaşmışdır. Cibindəki siqaret qutusunu, alışqanı və pasportu çıxarıb stolun üzərinə qoyaraq, metalaxtaran çərçivədən keçmişdir. Gömrük əməkdaşı siqaret qutusunu açarkən içərisində kağız bükülü olduğunu görmüş, bükülünü açdıqda içərisində həblər olduğunu görmüşdür. Gömrük əməkdaşı bunun nə olduğunu soruşduqda, şəkər dərmanı olduğunu demişdir. Gömrük əməkdaşı selofan paketlərə baxış keçirən zaman psixotrop həblərin aşkar olunduğunu görüb, onları stolun üzərindən götürüb, ağzına qoymuşdur ki, onları udsun, lakin gömrük əməkdaşı müdaxilə etdikdən sonra həbləri çıxarıb, geri qaytarmışdır. Siqaret qutusuna və içərisindəkilərə hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı sözügedən siqaret qutusunun içərisindən bir bükümdə olan üç ədəd kiçik ölçülü bükümdən birinin içərisində həb qırıntıları, digər ikisinin hər birində bir ədəd olmaqla iki həb aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Qeyd olunan həblərin psixotrop maddə olduğunu bilmiş, əvvəllər də narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Himayəsində iki azyaşlı uşaq vardır. Əməlindən peşmandır.Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2016-cı il tarixindən gömrük orqanlarında xidmət edir. Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun baş müfəttişidir. 03 fevral 2020-ci il tarixində, saat 09:00 radələrində postda xidmətə başlamışdır. Xidmətdə olduğu zaman iş bölgüsünə əsasən piyada giriş xəttində vətəndaşların əl yüklərinə gömrük nəzarəti funksiyasını həyata keçirmişdir. Xidmətdə olduğu zaman təxminən saat 17 radələrində Gürcüstan istiqamətindən postun piyada keçidinə daxil olan Təqsirləndirilən şəxs stasionar metal axtaran qurğuya yaxınlaşaraq, cibindən siqaret qutusunu, alışqanı və pasportunu çıxarıb stolun üzərinə qoymuş və “Smiths Heiman” markalı stasionar metal axtaran çərçivədən keçmişdir. Bu zaman Təqsirləndirilən şəxs məxsus siqaret qutusunun qapağını açaraq, içinə baxmışdır. Qutuda siqaret falqasının büküldüyünü gördükdə, onu açmış və içərisində 3 ədəd bükümün olduğunu, həmin bükümlərin içərisində isə həblərin olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs, onunla aparılan şifahi sorğu-sual zamanı həblərin şəkər xəstəliyi üçün olduğunu bildirmiş və qəfil hərəkətlə bükümləri götürərək, ağzına qoymuşdur. Müdaxilə etdikdən sonra Təqsirləndirilən şəxs bükümləri ağzından çıxararaq, stolun üzərinə qoymuşdur. Dərhal hal şahidləri dəvət edərək, onlara hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs məxsus siqaret qutusuna və onun içərisinə baxış keçirilmişdir. Baxış zamanı sözügedən siqaret qutusunun içərisindən bir bükümdə olan üç ədəd kiçik ölçülü bükümdən birinin içərisində həb qırıntıları, digər ikisinin hər birində bir ədəd olmaqla iki həb aşkar olunmuşdur. Aşkar olunmuş 2 ədəd həb və 1 həbin qırıntıları protokol tərtib edilərək, 207583 saylı paketdə qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs şəxsi yoxlama otağına dəvət etmişdir. Şəxsi yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində yoxlama aparılacağı barədə məlumat verilməklə, hüquq və vəzifələri və məsuliyyəti izah etmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, daimi iş yeri yoxdur, fəhləliklə məşğul olur. Ailəsini dolandırmaq üçün “Mazımçay” gömrük postunun qarşısında dayanıb, gedib-gələnlərin əl yüklərini daşımaqla fəhləlik edir və beləliklə də çörək pulu qazanır. Elə bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə orada olarkən, saat təqribən 17 radələrində bir nəfər gömrük işçisi ona və orada fəhləlik edən Kamala yaxınlaşaraq, “Mazımçay” gömrük postunda keçirilən yoxlamada hal şahidi kimi iştirak etməklərini xahiş etmişdir. Gömrük əməkdaşı ilə razılaşdıqdan sonra posta daxil olmuşlar. Gömrük əməkdaşı ona və digər hal şahidi Kamala hal şahidi kimi hüquqlarının və vəzifələrinin nədən ibarət olduğunu izah etmiş və Təqsirləndirilən şəxs məxsus üzərində “X17” yazısı olan siqaret qutusuna və onun içərisindən çıxmış 3 ədəd bükümə keçirilən baxışda iştirak edəcəklərini bildirmişdir. Baxış zamanı sözügedən siqaret qutusunun içərisindən bir bükümdə olan üç ədəd kiçik ölçülü bükümdən birinin içərisində həb qırıntıları, digər ikisinin hər birində bir ədəd olmaqla iki həb aşkar olunmuşdur. Aşkar olunmuş 2 ədəd həb və 1 həbin qırıntıları protokol tərtib edilərək 207583 saylı paketdə qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs şəxsi yoxlama otağına dəvət edilmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oğlu da Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İşin 6-7-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun baş müfəttişi Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “yoxlama və götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus siqaret qutusunun içərisindəki bir kağız bükümdə 3 ədəd bükümün olduğu, həmin bükümlərdən ikisinin içərisində hər birində bir ədəd olmaqla 2 ədəd həb, digər bükümdə isə həb qırıntıları aşkar olunmuş və 207583 saylı paketdə qablaşdırılaraq götürülmüşdür. Həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırılmışdır. İşin 50-53-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxx 2020-ci il tarixli, 71 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «AR DGK Qərb Ərazi Baş Gömrük İdarəsi …34/023/001201№-li iş üzrə maddi sübut… » sözləri yazılmış 01 (bir) ədəd polietilen paketin içərisindəki ;- 02 (iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,271 qram və 0,353 qram, ümumi təmiz çəkisi – 0,624 qram olan maddələr Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan – metamfetamindir; digər 01 (bir) ədəd sellofan bükümdəki cüzi miqdarda olan maddə hissəcikləri isə metamfetamin hissəcikləridir. Həmin metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Qeyd: a) Metamfetaminin təmiz çəkisi–0,271 qr, tədqiqata sərf edildi–0,050 qr,qalıq-0,221; b) Metamfetaminin təmiz çəkisi–0,353 qr, tədqiqata sərf edildi–0,050 qr,qalıq-0,303 qr İşin 97-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş ilkin təmiz çəkisi 0,624 qram hesab olunmaqla, ekspertiza tədqiqatlarına istifadə olunan hissə çıxılmaqla qalmış 0,524 qram metamfetamin psixotrop maddəsi cinayətin predmeti olduğundan habelə, həmin psixotrop maddənin aşkar edildiyi siqaret qutusu cinayətin törədilməsində vasitə olduğundan maddi sübut kimi tanınmışdır. Məhkəmənin yekun qərarına və ya hökmünədək 0,524 qram metamfetamin psixotrop maddəsi Azərbaycan Respublikası DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında, həmin psixotrop maddənin aşkar edildiyi siqaret qutusu isə “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılır. İşin 147-148-ci vərəqədərində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 425 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 150-151-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 442 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müəvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarından həmçinin görünür ki, iş üzrə xx.xx.2020-ci il tarixli “yoxlama və götürmə” haqqında protokol, şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokolları, şahidlərin dindirilməsi protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxx 2020-ci il tarixli, 71 №-li ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən alınmış xx.xx.2020-ci il tarixli, 425 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 Hüquqi şəxsdən alınmış xx.xx.2020-ci il tarixli 442 nömrəli ekspert rəyi, həmçinin iş materiallarında olan digər sənədlər sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 121-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə xx.xx.2020-ci il tarixli, 13 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 41-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 04 fevral 2020-ci il tarixli protokoldan görünür ki, 04 fevral 2020-ci il tarixdə saat 07:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin 93-94-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsininin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İşin 116-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, 20 yanvar küçəsi ev 9 ünvanında yaşayır, himayəsində işləməyən arvadı, 2010cu il təvəllüdlü Abdul və 2012-ci il təvəllüdlü Fərhad adında iki uşaqları vardır. İşin 117-ci vərəqəsində olan və olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət, narazılıq daxil olmamışdır. İşə əlavə olunan xx xxxx 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 489724 №-li nikah haqqında şəhadətnamədən, xx xxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 448157 №-li və xx xxxxxxx 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 752838 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs X11 ilə xx xxxx 2009-cu il tarixdə nikah bağlamış, onların birgə nikahından xx xxx 2010-cu il tarixdə X6 və xx xxxxxxx 2011ci il tarixdə X4 adlı uşaqları doğulmuşdur. İşə əlavə olunan Balakın Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1 (019)-36/2020 saylı qərarından görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrilə məhkəməyə verilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İşə əlavə olunan Balakın Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1 (019)- 36/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 206.2 və 234.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işi üzrə, Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından artıq olduğu təqdirdə şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibini (cinayətlərin ideal məcmusunu) yaratması, yoxsa bu zaman CM-nin 234.1-ci maddəsi üzrə əməlin daha ciddi sayılan CM-nin 206.2-ci maddəsilə əhatə olunması və əməlin yalnız CM-nin 206.2-ci maddəsilə tövstif olunmalı olması və hüquqi-müəyyənlik prinsipi (keyfiyyətli qanun standartları) nöqteyi-nəzərindən Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilən narkotik vasitələrin və psixotrop maddlərin miqdarı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə müəyyən olunmuş siyahılarda göstərilən şəxsi istehlak miqdarından aşağı olduğu təqdirdə şəxsin CM-nin 206.2-ci maddəsilə cinayət məsuliyyətinə, yoxsa İXM-nin 206-cı maddəsilə inzibati məsuliyyətə cəlb olunub-olunmaması məsələsinə aydınlıq gətirilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 234.1-ci maddələri, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarda siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununa münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət göndərilmiş və hazırki cinayət işi üzrə icraat dayandırılmışdır. İşə əlavə olunan Balakın Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1 (019)-1/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs Abbul oğlu xx.xx.2021-ci il tarixdə Salayan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq, həmin tarixdə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 təhvil verilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq 1 kağız bükümün içərisində ayrı-ayrılıqda 0,271 qram və 0,353 qram olmaqla, 2 bükümdə ümumilikdə şəxsi istehlak miqdarından artıq miqdarda, 0,624 qram 2 həb metamfetamin psixotrop maddəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “Parliament” markalı siqaret qutusunun içərisində gizlədərək saxlamış, Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına daşımış və xx.xx.2020-ci il tarixdə, saat 17 radələrində Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsiyə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları» üzrə İİ siyahısına görə psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması,gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» x xxxxxx 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır; 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə münasibətdə tətbiq edilmir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi tutularaq həbsdə saxlandığı 4 ay 28 gün müddət ona qəti olaraq təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun xx xxxx 2021-ci il tarixdən hazırki hökmün çıxarıldığı günədək həbsdə saxlandığı müddət ona təyin olunan cəza müddətinə daxil edilməklə onun cəza çəkməsinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 925 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunduğunun, onun narkomaniyadan məcburi mualicəyə ehtiyacının olduğunun və ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məxcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Salyan Rayon Mərkəzi X9 Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat 94 qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan cəmi 0,624 qram 2 həb metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,524 qram metamfetamin psixotrop maddəsi və «Azərterminalkompleks» Birliyinin anbarında saxlanılan həmin psixotrop maddənin aşkar edildiyi siqaret qutusu məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda Bakı şəhəri Mərkəzi Vəkil bürosunun vəkili X7 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsinə 25 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatı iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, həmin hesabat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, müdafiəçinin təqsirləndirilən şəxsə məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımın hesabatda göstərilən vaxtı ağlabatandır və əsaslıdır. Həmçinin iş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Bakı şəhəri Mərkəzi Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs Abdul oğluna məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri Mərkəzi Vəkil Bürosunun Kapital Bank ASC-nin Cəfər Cabbarlı filialında olan AZ41AİİB******************** hesablaşma hesabına (kod-200048. VÖEN-**********) və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə onu da diqqətə çatdırır ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll etdiyindən Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi həbsdə saxlandığı 4 ay 28 gün müddət ona qəti təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 il 01 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs xx xxxx 2021-ci il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Salyan Rayon Mərkəzi X9 Şəxsinə göndərilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat 94 qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan cəmi 0,624 qram 2 həb metamfetamin psixotrop maddəsinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,524 qram metamfetamin psixotrop maddəsi və «Azərterminalkompleks» Birliyinin anbarında saxlanılan həmin psixotrop maddənin aşkar edildiyi siqaret qutusu məhv edilsin. Bakı şəhəri Mərkəzi Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri Mərkəzi Vəkil Bürosunun Kapital Bank ASC-nin Cəfər Cabbarlı filialında olan AZ41AİİB******************** hesablaşma hesabına (kod-200048. VÖEN-**********) köçürülsün. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zamin Tahirov.
Məhkəmə qərarları › İş №1(019)-1/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-1/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver