Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-1/2022 13.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı iştirakı ilə Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi : Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08.09.2021-ci il tarixli 1(107)- 330/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına,Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair Balakən Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 1(019)-14/2021 saylı hökmü və 02 fevral 2021-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilmiş, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Məhkəmə dövlət ittihamçısını dinləyib,işdə olan sənədlərə baxaraq hesab edir ki, cinayət işi məhkəmə hazırlıq iclası üzrə ilkin dinləmələrdən çıxarılıb baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi Balakən rayon prokurorluğundan baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin cinayət işinə Balakən Rayon Məhkəməsində (hakim Zamin Tahirovun sədrliyi ilə) baxılmış , 23 iyul 2021-ci il tarixli hökmə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 18 sentyabr 2020-ci il tarixdən 20 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmış və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Digər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08.09.2021-ci il tarixli 1(107)- 330/2021 nömrəli qərarı ilə dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 tərəfindən verilmiş vəsatət təmin edilmiş, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxılmasına xitam verilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 1(019)-14/2021 saylı hökmü və 02 fevral 2021-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilmiş, cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Cinayət işi Balakən Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası 20 oktyabr 2021-ci il tarixə saat 12:10-a Balakən rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2021-ci il tarixli 1(107)-330/2021 nömrəli hökmündən bəraət almış şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti verildiyindən cinayət işi məhkəmə hazırlıq iclasında baxılmadan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Akif Eyvazovun 14 oktyabr 2021-ci il tarixli məktubuna əsasən Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2022-ci il tarixli 1(102)-255/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2021-ci il tarixli ,1(107)-330/2021 nömrəli qərarı ləğv edilmiş və cinayət işi yeni ilkin apellyasiya baxışına təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.1. təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; 300.1.4. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 300.1.5. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; 300.1.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; 300.1.7. cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2021-ci il tarixli, 1(107)-330/2021 nömrəli qərarının ləğv edilməsini,cinayət işinin yeni ilkin apellyasiya baxışına təyin edilməsini,cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, hazırkı cinayət işinə Balakən Rayon Məhkəməsində baxıla bilməz,cinayət işinə aidiyyəti üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılmalıdır.Odur ki, cinayət işi məhkəmə hazırlıq iclası üzrə ilkin dinləmələrdən çıxarılıb baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299,300,301-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə hazırlıq iclası üzrə ilkin dinləmələrdən çıxarılıb baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərilsin. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-1/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-1/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver