Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-1/2024 23.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Qazma Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1960-cı il tarixdə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 259.2.4-cı maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz olaraq, külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Belə ki, o, Balakən rayonu Qazma Bələdiyyəsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda bunları etməyərək, 11 may 2022-ci il tarixdə Qazma Bələdiyyəsinə məxsus olan torpaq sahəsindəki, həmin Bələdiyyənin mülkiyyətində olan ağacları, qəsdən, tamah niyyəti ilə, qanunsuz olaraq kəsmək qərarına gəlmiş, bu məqsədlə 02 ədəd 18 sm diametrində hər biri 180 manat olmaqla 360 manat dəyərində, 01 ədəd 20 sm diametrində 180 manat dəyərində, 02 ədəd 24 sm diametrində hər biri 200 manat olmaqla 400 manat dəyərində, 01 ədəd 26 sm diametrində 250 manat dəyərində, 02 ədəd 28 sm diametrində hər biri 250 manat olmaqla 500 manat dəyərində, 02 ədəd 30 sm diametrində hər biri 300 manat olmaqla 600 manat dəyərində, 03 ədəd 32 sm diametrində hər biri 300 manat olmaqla 900 manat dəyərində, 01 ədəd 34 sm diametrində 350 manat dəyərində, 04 ədəd 36 sm diametrində hər biri 350 manat olmaqla 1400 manat dəyərində, 01 ədəd 40 sm diametrində 400 manat dəyərində, 02 ədəd 42 sm diametrində hər biri 500 manat olmaqla 1000 manat dəyərində, 02 ədəd 44 sm diametrində hər biri 600 manat olmaqla 1200 manat dəyərində, 01 ədəd 48 sm diametrində 800 manat dəyərində qələmə qovaq ağaclarını kəsməklə Balakən rayonu Qazma Bələdiyyəsinə külli miqdarda, yəni 8340 (səkkiz min üç yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qəsdən, tamah niyyəti ilə, qanunsuz olaraq ağac kəsmə cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində həmin ağacları özünün əkdiyini və onlara qulluq etdiyini, ağacların böyüdükdən sonra əkin sahəsinə kölgə salmaqla ziyan vurduğu üçün kəsdiyini və Şahid1 bağışladığını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsilə elan olunmuş ittiham üzrə isə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəliklər keçirməmişdir. 2022-ci il may ayının 11-də ona və ailəsinə məxsus pay torpaq sahəsindən özü əkdiyi 24 ədəd çinar, yəni qələmə qovaq ağaclarını kəsdirərək tanışı Tülü kəndindən olan Şahid1 pay vermişdir. Həmin ağaclar yararsız ağaclar olduğundan, eyni zamanda həmin torpaq sahəsində fındıq bağı da salındığından və həmin qələmə qovaq ağacları da fındıq bağına kölgə salaraq ziyan vurduğu üçün, həmçinin qonşuluqdakı şəxslərə məxsus fındıq bağlarına kölgə saldığı üçün qonşuların narazılığına səbəb olduğundan o, həmin ağacları kəsmək qərarına gəlmişdir. Bu məqsədlə tanışı Şahid1 də işi ilə əlaqədar ehtiyacı olduğundan Vüsalla əlaqə saxlamış və ona lazım olduğu üçün həmin ağacları kəsdirmişdir. Lakin o, ağacları kəsdirdiyi şəxsləri tanımır, o, həmin şəxslərə gördükləri iş qarşılığında ümumilikdə 24 manat pul ödəyərək ağacları kəsdirmişdir. O, həmin ağacları kəsdirərkən ailə üzvlərinin də razılığı olmuşdur. Həmçinin torpaq sahəsinin ona və ailəsinə məxsus olması barədə dövlət aktı var, həmin dövlət aktının surətini də istintaqa təqdim etmişdir. Qələmə qovaq ağaclarını təxminən 20 il əvvəl özü əkmişdir, torpaq sahəsi ona və ailəsinə məxsus olmasaydı o, həmin ağacları oraya əkə bilməzdi. O, həmin özünə məxsus olan sahədən 24 ədəd qələmə qovaq ağacını tanımadığı şəxslərə pul verərək kəsdirmiş və daha sonra da tanışı Şahid1 pay vermişdir. Yəni Vüsal özü tara işi ilə məşğul olduğunu, yəni taxta çəkdirib Bakı şəhərinə satdığını, həmçinin taxtadan yeşik də düzəldərək satdığını bildirdiyi üçün Vüsala həmin ağacları pay vermiş, pay dedikdə isə əslində həmin ağaclar müqabilində Vüsal ona 50 ədəd yonca presi (ot tayı) verməli olmuşdur. Lakin hal-hazıradək Vüsal həmin ot presini də ona verməmişdir. O da Vüsaldan başqa hər hansı bir maddi qarşılıq istəməmişdir. Həmin 24 ədəd qələmə qovaq ağaclarını kəsdirdiyi şəxslərin kim olmasını bilmir, həmin ağacların kəsilməsində 2 nəfər tanımadığı şəxs iştirak etmişdir. Həmin ağacları daşıyan şəxslər isə Vüsal və onunla gəlmiş şəxs olmuşdur. Lakin Şahid1lə birlikdə ağacları daşıyan şəxsin də kim olmasını o, bilmir. O, qeyd olunan maddə üzrə verilmiş ittihamla özünü qismən təqsirli bilir. Çünki həmin ağacları o, kəsmiş, lakin Bələdiyyə mülkiyyətində olduğunu bilmədən kəsmişdir. O, həmin ağacların özünə məxsus pay torpaq sahəsində olduğunu düşünərək kəsmişdir. Həmin 24 ədəd qələmə qovaq ağaclarını kəsdiyi ərazinin halhazıradək ona və ailəsinə məxsus olmasını düşünmüşdür. Çünki həmin ağacların yerləşdiyi ərazi ona məxsus pay torpaq sahəsinin kənarında yerləşmişdir. O, qeyd olunan ərazinin özünə məxsus olmasını düşünərək pay torpaq sahəsi ilə bağlı dövlət aktının surətini istintaqa təqdim etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin əməkdaşları onun iştirakı ilə ağacları kəsidiyi əraziyə GPS cihazı vasitəsilə baxış keçirərək nəticəsi barədə istintaqa məlumat veriləciyini bildirmişlər. Tərəfindən kəsilmiş 24 (iyirmi dörd) ədəd müxtəlif diametrli qələmə qovaq ağaclarının kəsildiyi yerin Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətinə aid kolluq ərazi olduğunu bilmişdir. Həmin 24 ədəd qələmə qovaq ağaclarını təxminən 20 il əvvəl özü əkmişdir, lakin həmin ağacların onun tərəfindən əkilməsini hazırda kim isə təsdiq edə bilməz, çünki uzun müddət keçdiyindən və həmin zaman yaxınlıqda yaşayan qonşular da olmadığından bunu xatırlayan olmaz. Buna görə də ağacların onun tərəfindən əkilməsini hazırda kiminsə xatırlayacağını inanmır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Qazma Bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, həmin ağaclar islahat dövründən sonra Təqsirləndirilən şəxs tərəfindən əkilmişdir. İslahat dövründə torpaq sahələri bölünən vaxt o da orada iştirak etmişdir. Ağacların əkildiyi torpaq sahəsi Təqsirləndirilən şəxs təhvil verilmişdir. Məhərrəm də həmin ərazidə ağaclar əkmiş və onlara qulluq etmişdlir. Zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Qazma Bələdiyyəsinin nümayəndəsi Nümayəndə ibtidai istintaqda verdiyi ifadəsində isə göstərmişdir ki, o, rəsmi olaraq Balakən rayon Qazma Bələdiyyəsinin vergi müfəttişi vəzifəsində xidmət aparır. Cəlilov X2 sakinidir. Hazırda xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs ağac kəsməsi ilə bağlı araşdırma aparılmış, həmçinin onun bildiyi qədəri ilə Təqsirləndirilən şəxs özü dediyinə görə kəsmiş olduğu 24 ədəd qələmə qovaq ağaclarını özünə məxsus pay torpaq sahəsindən kəsmişdir. Lakin Bələdiyyə olaraq Təqsirləndirilən şəxs qeyd etdiyi yerdə pay torpaq sahəsi olsa da, ağac kəsdiyi yerin konkret olaraq bələdiyyə və ya pay torpaq sahəsi olmasını bilməmişlər. Həmçinin Təqsirləndirilən şəxs pay torpaq sahəsi Bələdiyyə torpaq sahəsi ilə həmsərhəd olduğundan həmin ağacların kəsildiyi ərazinin mülkiyyətçisinin dəqiq müəyyən edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən qeyd edilən əraziyə GPS aləti vasitəsilə koordianatlar vurmalı olmuşdur. Hazırda isə ona məlum olmuşdur ki, 2022-ci ilin sentyabr ayında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən qeyd edilən əraziyə GPS aləti vasitəsilə koordianatlar vurulmuş və Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş 24 ədəd qələmə qovaq ağaclarının olduğu ərazinin Qazma Bələdiyyəsinin mülkiyyətində olması müəyyən edilmiş, eyni zamanda 24 ədəd qələmə qovaq ağaclarının kəsilməsi nəticəsində Bələdiyyəyə 8340 manat məbləğində maddi ziyan dəyməsini bilmişdir. Həmin kəsilmiş ağacların diametrlərini isə bilmir. Təqsirləndirilən şəxs həmin ağacları kəsməsi ilə bağlı Bələdiyyəyə heç bir müraciət etməmişdir. Çünki Təqsirləndirilən şəxs həmin ağacların özünə məxsus pay torpaq sahəsinə düşdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadəyə istinadən verdiyi ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsi nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə YPX-nin əməkdaşları tərəfindən saxlanmış maşının yük yerində olan materialla bağlı yükün sahibi Şahid1 tərəfindən təqdim olunan sənədlərə əsasən Şahid1 həmin materialların hazırlanması üçün ağacların Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs məxsus pay torpaq sahəsindən kəsildiyini bildirmişdir. Onun xidməti ərazisi Balakən rayonu olduğu üçün qeyd olunan ərazidə tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ərazidən 24 ədəd müxtəlif diametrli qələmə-qovaq növündən olan kök üstə yaş ağaclar kəsilmişdir. Həmin ağacların diametrlərini dəqiq xatırlamasa da araşdırma zamanı tərəfindən həmin əraziyə baxış keçirilmiş və 17 iyun tarixində tərtib etdiyi aktda ağacların diametrlərini qeyd etmişdir. Təqsirləndirilən şəxs araşdırma zamanı həmin ağacların özü tərəfindən əkildiyini, ağacların yerləşdiyi ərazinin özünün pay torpağı olduğunu və həmin ağacları may ayının ortalarında kəsərək Şahid1 adlı şəxsə pay verdiyini bildirmişdir. Ancaq ağacların kəsildiyi ərazi Təqsirləndirilən şəxs məxsus pay torpağının kənarında olduğu üçün mülkiyyətin tam dəqiqləşdirilməsi məqsədilə Balakən rayon Qazma Bələdiyyəsinə sorğu göndərilmişdir. Lakin Balakən rayon Qazma Bələdiyyəsindən mülkiyyətlə bağlı konkret olaraq məlumat verilməmişdir. Araşdırma yekunlaşdıqdan sonra isə material aidiyyəti üzrə araşdırmanın davam etdirilməsindən ötrü göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid1 məhkəmə iclasına gəlməmiş və Balakən Rayon Məhkəməsinin müvafiq qərarı ilə Şahid1 məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmış vəhəmin qərar icra edilməsi üçün Balakən Rayon Polis Şöbəsinə göndərilmişdir. Lakin Şahid1 məcburi gətirilməsi barədə məhkəmə qərarı icra olunmamış və həmin şahid məhkəməyə məcburi gətirilməmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Şahid1 verilən ittihamın həlli üçün yeganə və həlledici şahid deyildir. Həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin şahidin ibtidai istintaqda verdiyi ifadəsi ilə tanış olmuş və bu ifadəyə hər hansı etiraz bildirməmiş, eyni zamanda həmin ifadənin təkzib edilməsi üçün hər hansı vəsatətlər verməmiş, onun dindirilməsi zamanı eyni şərtlər daxilində öz şahidlərinin çağrılıb dindirilməsini xahiş etməmiş, bu şahidin ifadəsində göstərdiyi halların təkzibi ilə bağlı hər hansı sübutlar təqdim etməmişlər. Həmçinin məhkəmədə ittiham və müdafiə tərəflərinin iştirakı ilə iş üzrə ittihamın həlli üçün ifadələri əsas hesab edilə biləcək şahid dindirilmiş, tərəflərə ona müvafiq sualların verilməsi, ifadəsində göstərdiyi halların tədqiq edilməsi üçün hərtərəfli şərait yaradılmış, həmin ifadəyə işdə olan digər sübutlarla müqayisəli şəkildə hüquqi qiymətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual tədbirlər həyata keçirilmişdir. İş üzrə təqsirləndirilən şəxs və onun müdafiəçisi də bu konteksdə həmin şəxsin ifadəsi və işdə olan digər mötəbər sübutlarla tanış olmuşlar. Həmçinin təqsirləndirilən şəxsin və onun müdafiəçisinin vəsatəti əsasında müdafiə tərəfinin şahidləri məhkəmədə dindirilmişlər. Bu xüsusda ittiham və müdafiə tərəfləri Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsinin məhkəmədə elan olunmasına və tədqiq olunmasına razılığını bildirmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. «Məhkəmə hökmü haqqında»Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 № qərarının 9-cu bəndinə əsasən CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Həmin Qərarın 10-cu bəndinə əsasən təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Yenə də həmin qərarın 12-ci bəndinə əsasən şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-in 327, 329-cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir. Həmin hüquqi problemi İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyasının (bundan sonra – “Avropa Konvensiyası”) 6-cı maddəsinin 1-ci hissəsinin və 3- cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı olan məsələ kimi səciyyələndirən Avropa Məhkəməsinə görə, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır (“Əl-Xavaya və X4rşı” [BP] (Al-Khawaja and Tahery v. the United Kingdom [GC]), №№ 26766/05 və 22228/06, 2011-ci il 15 dekabr tarixli; “Əfəndiyev Azərbaycana qarşı” (Efendiyev v. Azerbaijan), № 27304/07, 2014-cü il 18 dekabr tarixli; “Şaçaşvili Almaniyaya qarşı” [BP] (Schatschaschwili v. Germany [GC]), № 9154/10, 2015-ci il 15 dekabr tarixli və s. qərarlar). İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir. İkinci meyarməhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər. Lakin “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaçaşvili” qərarlarında (bax yuxarıda) bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər. Beləliklə, üçüncü meyar-təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarın icra edilməməsi səbəblərinin məhkəmə tərəfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlərə zəruri həssaslıqla yanaşılması, şahidin alternativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitələrdən istifadə etmək imkanlarının nəzərdən keçirilməsi, o cümlədən CPM-in 51-2-ci maddəsində nəzərdə tutulmuş videokonfrans əlaqə sistemi və yaxud məhkəmə tapşırığı kimi vasitələrdən istifadə etməyə cəhdlər edilməsi və s.). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə iclasında dindirilməyən şahidin əvvəlki icraatda verdiyi ifadəsi ilə ittiham hökmünün əsaslandırılması məsələsi bu üç meyarın məcmusu əsasında təhlil edilməlidir. Lakin təhlil olunan vəziyyət birinci meyara cavab vermədikdə, yəni şahidin məhkəmə iclasında iştirak etməməsi bunu həqiqətən istisna edən (ibtidai istintaqda verilmiş ifadənin elan edilməsinə bəraət qazandıran) üzrlü səbəbdən irəli gəlmədikdə və yaxud bu cür səbəbin mövcudluğunun araşdırıldığını və mötəbərliliklə müəyyən edildiyini məhkəmə qərarlarından görmək mümkün olmadıqda, belə vəziyyət (ikinci və üçüncü meyarlara cavab verib-verməməsindən, o cümlədən ifadənin ittihamın həllində oynadığı roldan asılı olmayaraq) özü-özlüyündə təqsirləndirilən şəxsin ona qarşı ifadə vermiş şahidi dindirmək hüququnu və nəticə etibarı ilə müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarını pozur, bununla da məsələnin ikinci və üçüncü meyarlar əsasında araşdırılmasını lüzumsuz edir. Məhkəmə, iş üzrə Şahid1 məhkəməyə gəlməsinin təmin edilməsi üçün müvafiq tədbirlərin görüldüyünü, onun iş üzrə yeganə şahid olmadığını və ifadəsinin həlledici sübut olmadığını, həmçinin müdafiə tərəfinə eyni şərtlər daxilində öz şahidlərinin çağrılıb dindirilməsi üçün bütün prosessual təmintların verildiyini, müdafiə tərəfinin belə vəsatətlə məhkəməyə müraciət etdiyini və müdafiə tərəfinin iki şahidinin məhkəmə iclasında dindirildiyini və ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq və yuxarıda göstərilən qanun normalarına istinad edərək, hazırki iş üzrə Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını və dəqiq edilməsini zəruri hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus Mersedes benz markalı **-RD-*** dövlət nömrə nişanlı yük avtomobilini və həmin avtomobilə qoşulmuş Krone markalı **-ZE-*** dövlət nömrə nişanlı qoşqunu idarə edərək ailəsinin dolanmasını təmin edir. Həmçinin ayrı-ayrı şəxslərə məxsus ağacları alıb həmin ağaclardan yeşiklər düzəltdirərək Bakıya aparıb ayr-ayrı sexlərə satır. Tanışı Təqsirləndirilən şəxs 2022-ci il may ayının ortalarında ona Qazma kəndindəki özünə məxsus torpaq sahəsindəki çinar ağaclarını kəsmək istədiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs tanıdığından kəsəcəyi ağacları almaq istəmiş, Məhərrəm də həmin ağacları istifadə etməyəcəyindən ona pay verməyə razılaşmışdır. Daha sonra onlar Məhərrəmin həmin ağacları ona pay verməsi ilə bağlı sənəd tərtib edərək imzalamışlar. O, həmin ağacların odun parçalarını yaşadığı evin həyətində taxta halına saldırıb daha sonra da həmin taxtadan yeşiklər düzəltdirmişdir. Təxminən 15 və ya 16 iyun tarixlərində həmin yeşikləri və yeşik düzəltmək üçün nəzərdə tutulmuş taxta materialını özünə məxsus Mersedes benz markalı **-RD-*** dövlət nömrə nişanlı yük avtomobilinə və həmin avtomobilə qoşulmuş Krone markalı **-ZE-*** dövlət nömrə nişanlı qoşquya yükləyərək satmaq məqsədilə Bakı şəhərinə apararkən onu Şəki şəhəri ərazisində yerləşən DYP postunda saxlamışlar. O, həmin vaxtı sənədləri təqdim etmiş, lakin ağacların kəsilməsi ilə bağlı müvafiq araşdırma aparılmalı olduğunu bildirmişlər. Materiallarla birlikdə Mersedes benz markalı **-RD-*** dövlət nömrə nişanlı yük avtomobili və həmin avtomobilə qoşulmuş Krone markalı **-ZE-*** dövlət nömrə nişanlı qoşqu iki gün Şəki şəhərində yerləşən DYP postunda qalmışdır. Daha sonra Mersedes benz markalı **- RD-*** dövlət nömrə nişanlı yük avtomobili və həmin avtomobilə qoşulmuş Krone markalı **- ZE-*** dövlət nömrə nişanlı qoşqunu 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə aparmış, bir neçə gün orada qaldıqdan sonra onu çağırıb maşını ona təhvil vermiş, maşındakı materialları isə Şəki Reginal MTM-nin anbarına təhvil vermişlər. Həmçinin o, Təqsirləndirilən şəxs həmin odun materialı əvəzində 50 ədəd yonca bağlaması (ot tayı) verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona bildirdiyinə görə o, özünə və ailəsinə məxsus torpaq sahəsindən kəsdirdiyi 24 ədəd çinar ağaclarından hazırlanmış materialı ona vermişdir. Lakin həmin ağacların kəsildiyi ərazinin kimə məxsus olmasını o, bilməmişdir. Həmçinin də o, Təqsirləndirilən şəxs ona verdiyi ağac materialını Məhərrəmin göstərdiyi həyətyanı sahəsindən özünə məxsus Mersedes benz markalı **- RD-*** dövlət nömrə nişanlı yük avtomobili və həmin avtomobilə qoşulmuş Krone markalı **- ZE-*** dövlət nömrə nişanlı qoşqu ilə yaşadığı evə taxta düzəltdirmək üçün aparmışdır. Həmin vaxt ağac materialının maşına yüklənməsində də Məhərrəmin həmkəndlisi olan bir nəfər şəxsi günəmuzd olaraq ona kömək üçün dəvət etmişdir. Lakin həmin şəxsin kim olmasını bilmir, çünki həmin zaman soraqlayaraq kənd ərazisindən günəmuzd kimi işləyən bir şəxs tapmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla ərazi üzrə qonşudur. Torpaq payı veriləndən sonra Məhərrəm çinar ağaclarını əkmişdir. Fındıq ağaclarına kölgə saldığına görə onların xahişi ilə Məhərrəm həmin çinar ağaclarını kəsmişdir. Torpaq verilən vaxt gəlib xəritə ilə torpağı ölçüb veriblər. O, bələdiyyənin həmin torpaq sahəsinə ağac əkməsini görməmişdir. Torpaq paylanan vaxt o, orada olmuşdur. Xəritə ilə göstərib metrə ilə ölçürdülər. Sərhəddini bellə qazdılar. Ağaclar sonradan əkilmişdir. Torpaq göstərilən ili dəqiq xatırlamır, lakin islahat vaxtı olmuşdur. Xəritə əlində olan şəxs göstəriş vermiş, bellə iz edib sonra ip tutmuşlar. Məhərrəm ağacları əkəndə görmüşdür. Məhərrəm qələmləri əkdiyi yer Məhərrəmə verilən torpağın daxilində idi. Bələdiyyə ora heç nə əkməmişdir. Ora boş sahə, sucuklu yalan qozlu sahə idi. Orada torpaq ayıran lövhə olmamışdır. Amma o, sonradan eşitmişdir ki, bələdiyyə torpağı həmin yerdən başlayır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Məhərrəmlə həmin yerdə qonşuluqda yaşayır. Həmin ağacları bələdiyyə yox, Məhərrəm əkmişdir. Məhərrəm həmin ağacları əkəndə görmüşdür. Həmin ərazinin bələdiyyə ərazisi olduğuna cavab verə bilməz. İndi torpaq sahələrini kömpüterlə ölçürlər. Kompüter ölçüləri daha doğrudur. Torpaq sahəsi verilən zaman hazırki zərərçəkmiş şəxsin nümayəndəsi və Zaqataladan nümayəndələr iştirak etmişlər. Torpaq sahəsini torpaq ölçənlə metrələyib ölçüb verirdilər. Məhərrəmə də torpaq sahəsini elə göstəriblər. Torpaq veriləndə iştirak etməmiş, amma bu barədə məlumatı olmuşdur. Həmin ağaclar islahatdan sonra əkilmişdir. Məhərrəm ora kanal çəkib. Həmin ağaclar çinar ağaclarıdır, qulluğa ehtiyacı olmayıb, özü böyüyür. Məhərrəmin həmin ağaclara qulluq göstərməsini görməmişdir. İş materiallarında olan 07 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:00-dan 11:45-dək olan müddət ərzində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 24 ədəd çinar ağacının kəsildiyi yer Balakən rayonu Qazma kəndində yerləşən, deməsinə görə Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinin yolun kənarına düşən hissəsi olmuşdur. Torpaq sahəsinin aşağı hissəsində olan yolun sol tərəfində kanal yerləşmiş və kəsilmiş çinar ağacları kanaldan sol tərəfdə olmuşdur. Baxış iştirakçısı Təqsirləndirilən şəxs ağacların kəsildiyi yerə baxış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs ağacların kəsildiyi sahə, eyni zamanda həmin sahədə yerləşən kanal dövlət aktı ilə ona və ailəsinə verilən pay torpaq sahəsinə düşdüyünü bildirmişdir. Həmçinin kəsilən çinar ağaclarını da özü kəsdiyini bildirmişdir. Təqsirləndirilən şəxs kəsilən ağacların yerini bir-bir göstərmiş və 24 ədəd çinar ağacını 11 may 2022-ci il tarixdə kəsdirərək tanışı Şahid1 pay verdiyini qeyd etmişdir. Kəsilən çinar ağaclarının yerləşdiyi istiqamətdə yolun kənarında kanal olduğundan ağacların yerləşdiyi kanalın sol tərəfini tamamilə kol-kos basdığından ağaclara yaxınlaşmaq və diametrlərini faktiki ölçmək mümkün olmamışdır. Kəsilmiş çinar ağaclarının əksəriyyətində yeni pöhrələr əmələ gəlmişdir. Buna görə də kəsilmiş çinar ağaclarının çoxunun kötük hissələrini görmək qeyri-mümkün olmuşdur. Həmçinin mütəxəssis Şahid2 həmin ağaclara yaxınlaşdıqda onların yeni pöhrələrini zədələyə biləcəyini bildirmişdir. Bundan başqa, mütəxəssis Şahid2 hadisə yerinə baxış keçirmiş və kəsilən 24 ədəd çinar ağaclarının diametrlərini tərtib etdiyi aktda qeyd etdiyini bildirmişdir. Həmçinin mütəxəssis Şahid2 24 ədəd çinar ağaclarının diametrlərinin 18-48 sm arasında dəyişdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi 17 iyun 2022ci il tarixli 68475 №-li aktdan və həmin akt əsasında hesablanmış ziyanın hesablanması cədvəlindən görünür ki, 17 iyun 2022-ci il tarixli akta əsasən Təqsirləndirilən şəxs tərəfindən 24 ədəd ağac kəsilməsi nəticəsində dəymiş ziyanın məbləği 8340 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, xx.xx.2022-ci ildə saat 12:40-dan 13:35-dək olan müddət ərzində keçirilmiş baxış Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə yol patrul xidmətinin 717 saylı YPX postunun əməkdaşları tərəfindən saxlanılmış Mersedes Benz 25442 markalı **- RD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və həmin yük avtomobilinə qoşulmuş krone markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı qoşqunun yük yerində qələmə qovaq kökünə aid ağaclardan hazırlanmış yeşik və yeşik hazırlanması üçün istifadə edilən eyni cinsli yeşik taxtasının yoxlanıldığı Şəki regional X6 anbarına keçirilmişdir. Anbar təxminən 25710 metr ölçüdə olmaqla daşdan ibarət olmuşdur. Tavan hissəsi şiferdən olmaqla giriş qapısı taxtadan bir taylıdır. Həmin qapıdan anbara daxil olduqda qələmə qovaq cinsinə aid ağac kökündən hazırlanmış 3500 ədəd yeşik və hər birində 100 ədəd yeşik hazırlanması üçün taxta olan 790 ədəd bağlamadan ibarət material olması aşkar edilmişdir. Baxış zamanı həmin yeşik və yeşik hazırlanması üçün nəzərdə tutulan taxtanın keyfiyyətini itirməsi və yararsız hala düşməsi ilə bağlı heç bir hal müəyyən edilməmişdir. Baxışda iştirak edən Şəki regional X6 baş mütəxəssisi X14 qeyd olunan yeşik və yeşikdən hazırlanması üçün nəzərdə tutulan taxtanın xx.xx.2022-ci il tarixdə mərkəzin anbarına təhvil verildiyini və hazırda onlarda saxlandığını bildirmişdir. X15 anbarda 160500 ədəd uzunluğu 0,59 m, eni 0,042 m, qalınlığı 0,004 m 7000 ədəd uzunluğu 0,36 m, eni 0,036 m, qalınlığı 0,01 m ümumi emal edilmiş işlik materialın 11,85 kub metr təşkil etdiyini bildirmişdir. Baxış günün işıqlı vaxtı aydın hava şəraitində keçirilmişdir. Baxışda iştirakçılar tərəfindən heç bir vəsatət və şikayət daxil olmamışdır. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2022-ci il tarixli 5 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan maddi sübut kimi tanıma haqqında 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə maddi sübut qismində tanınmış və hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şəki regional X6 anbarına təhvil verilmiş 3500 ədəd yeşik və hər birində 100 ədəd olmaqla yeşik hazırlanması üçün taxta olan 790 ədəd bağlamadan ibarət qovaq materialı müvafiq tədbirlər görülməklə (havalandırılması, yağış və digər sülardan mühafizə olunması, maddi sübutun keyfiyyətinin itirilməsi və yararsız hala düşməsinin qarşısının alınması məqsədilə digər zəruri tədbirlər görülməklə) saxlanması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şəki regional X7 həvalə edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 avqust 2022-ci il tarixli 9/5960 saylı rəyindən görünür ki, AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 68475 №-li akt və ona əlavə edilmiş "Hesablama Cədvəli"nə əsasən Qazma kənd sakini Təqsirləndirilən şəxs tərəfindən köküstə yaş olmaqla müxtəlif diametrli ümumilikdə 24 ədəd qələmə qovaq ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 2022-ci ilin may ayına 8340,00 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən alınmış xx.xx.2022-ci il tarixli **********35 nömrəli məktubdan görünür ki, 24 (iyirmi dörd) ədəd müxtəlif diametrli qələmə qovaq ağaclarının kəsildiyi yer Balakən rayon Qazma Bələdiyyəsinin mülkiyyətinə aid kolluq ərazidə yerləşir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin 03 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdə Qazma Bələdiyyəsinə məxsus torpaq sahəsindən kəsmiş olduğu 24 ədəd qələmə qovaq ağaclarından hazırlanmış 3500 ədəd yeşik və hər birində 100 ədəd olmaqla yeşik hazırlanması üçün taxta olan 790 ədəd bağlamadan ibarət qovaq materialı maddi sübut kimi tanınmışAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şəki regional X6 anbarında saxlanması nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədlliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2023-cü il tarixli 7/489-9/2049 nömrəli ekspert rəyində göstərilmişdir ki, QEYD: Qərardadda qoyulmuş “Təqsirləndirilən şəxs Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair 1(019)- 19/2023 nömrəli cinayət işi üzrə ittihamın predmetini təşkil edən köküstə yaş 18 sm diametrində göstərilən 02 ədəd, 20 sm diametrində göstərilən 01 ədəd, 24 sm diametrində göstərilən 02 ədəd, 26 sm diametrində göstərilən 01 ədəd, 28 sm diametrinde göstərilən 02 ədəd, 30 sm diametrində göstərilən 02 ədəd, 32 sm diametrində göstərilən 03 ədəd, 34 sm diametrində göstərilən 01 ədəd, 36 sm diametrində göstərilən 04 ədəd, 40 sm diametrində göstərilən 01 ədəd, 42 sm diametrində göstərilən 02 ədəd, 44 sm diametrində göstərilən 02 ədəd, 48 sm diametrinde gösterilən 01 ədəd qələmə qovaq ağaclarının qiyməti müəyyən edilsin ?” sualı Balakən Rayon Məhkəməsi 1 (019)-19/2023 saylı mülki iş materialı(01 cild, səhifə 99-102) 24 avqust 2022-ci il tarixli məhkəmə ekspert rəyində cavablandırılmışdır. Tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsi 1(019)-19/2023 saylı mülki iş materialında olan (01 cild, səhifə 6) AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 68475 №-li aktına əsasən cəmi 24 (iyirmi dörd) ədəd olmaqla qələmə qovaq ağacların 2022-ci ilin may ayının ortalarında köküstə yaş vəziyyətdə kəsilməsi müəyyən olunmuşdur; tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsi 1(019)-19/2023 saylı mülki iş materialında olan (01 cild, səhifə 6) AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 68475 №-li aktında kəsilmiş ağacların yaşı, inkişaf həddi, vegetasiya dövrünün başa çatıb-çatmaması, yabanı-halda bitməsi, yoxsa sonradan əkilməsi, onlara qulluq olunub-olunmaması barədə heç bir məlumat verilmədiyindən qərardadda qoyulmuş “Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair 1(019)-19/2023 nömrəli cinayət işi üzrə ittihamın predmetini təşkil edən köküstə yaş 18 sm diametrində göstərilən 02 ədəd, 20 sm diametrində göstərilən 01 ədəd, 24 sm diametrində göstərilən 02 ədəd, 26 sm diametrində göstərilən 01 ədəd, 20 sm diametrində göstərilən 01 ədəd, 24 sm diametrində göstərilən 02 ədəd, 26 sm 'iametrində göstərilən 01 ədəd, 28 sm diametrinde göstərilən 02 ədəd, 30 sm diametrində östərilən 02 ədəd, 32 sm diametrində göstərilən 03 ədəd, 34 sm diametrində göstərilən 01 dəd, 36 sm diametrində göstərilən 04 ədəd, 40 sm diametrində göstərilən 01 ədəd, 42 sm diametrində göstərilən 02 ədəd, 44 sm diametrində göstərilən 02 ədəd, 48 sm diametrində gösterilən 01 ədəd qələmə qovaq ağaclarının yaşı, inkişaf həddi, vegetasiya dövrünün başa çatıb-çatmaması, yabanı halda bitməsi, yoxsa sonradan əkilməsi, onlara qulluq olunubolunmaması ?” sualı üzrə tədqiqat işləri aparılmadı. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan 03 oktyabr 2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və ittiham tərəfinin şahidlərinin ifadələrini, baxış keçirilməsi barədə protokolları, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 iyun 2022-ci il tarixli 68475 №-li aktını və həmin akt əsasında hesablanmış ziyanın hesablanması cədvəlini, maddi sübutu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 avqust 2022-ci il tarixli 9/5960 nömrəli rəyini, məhkəmə bioloji, məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 7/489-9/2049 nömrəli rəyini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən daxil olmuş 12.09. 2022-cü il tarixli **********35 nömrəli məktubu, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2022-ci il tarixli 5 saylı arayışı, Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin 03 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərarını, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan sair sənədləri işin hallarını birbiri ilə əlaqəli şəkildə zidiyyət olmadan təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə işdəki mötəbər sübutlarla təsdiq olunmadığı üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi və özünü qismən təqsirli bilməsi barədə ibtidai istintaqda verdiyi ifadəsi üzrə xüsusatı özünümüdafiə kimi qiymətləndirir və əsassız hesab edir. Məhkəmə eyni zamanda məhkəmə iclasında dindirilmiş müdafiə tərəfinin şahidləri Şahid3 və Şahid5 ifadələrini də işdəki mötəbər sübutlarla müqayisəli şəkildə qiymətləndirərək, Təqsirləndirilən şəxs CM-nin 259.2.4-cü maddəsilə verilmiş ittiham üzrə təqsirli olmaması barədə xüsusat üzrə mötəbər sübut kimi qəbul etmir. Bu konteksdə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair» 29 noyabr 2022-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə ittihamın predmetini təşkil edən ağacların kəsilməsi imperativ qaydada səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilərdi ki, Təqsirləndirilən şəxs da ağacların kəsilməsi zamanı belə qərarı almamışdır. Bu da Təqsirləndirilən şəxs əməlində CM-nin 259.2.4-cü maddəsinin tərkib əlamətlərinin olduğuna dəlalət edir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz olaraq, külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Həmin maddənin Qeyd hissəsinə əsasən; 1. Bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.2. Bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair» 29 noyabr 2022-ci il tarixli qərarında göstərilir ki, 1. Kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz; 2. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər; 3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57, 83.0.6 və 85.4-cü maddələri ilə müəyyən olunmuş tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir; 4. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9cu maddələrinin mənasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri və digər sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, işin faktoloji hallarına və qanun normasının tələbinə əsasən ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs kriminal meyilli şəxslərdən fərqləndirmək və antisosial yönümün psixikasında model davranışa çevrilməməsini göstərmək üçün ağlabatan əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət əməli törədir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsinin sanksiyasında yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyinatında nəzərə alır ki, işdə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal olmaqla, onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından əvvəl cərimə, və azadlığın məhdudlaşdırılması növündə cəzalar nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs 63 yaşında olmaqla əvvəllər hər hansı cinayət əməli törətməmişdir. Bu hal Təqsirləndirilən şəxs törətdiyi CM-nin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş az ağır cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olmadığına, psixologiyasında dominantlıq təşkil edərək, model davranışa çevrilmədiyinə, həmçinin onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özünə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, cəzasını yüngülləşdirən halın olduğu, cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl digər cəzaların nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə ekoloji təhlükəsizliyin mühafizəsi ilə bağlı ictimai münasibətlərin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası,xüsusi prevensiyanın (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. X1 cərimə cəzasının təyin edilməsi də onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəliliyinə, şəxsiyyətinə, ədalət və humanizm prinsiplərinə adekvat olmamaqla cəzanın məqsədlərinə uyğun deyildir və əsassızdır. Bu xüsusda onu da nəzərə almaq lazımdır ki, aylıq gəlirinin (qazancının) müəyyən olunmadığı şəraitdə Təqsirləndirilən şəxs yeddi min manatdan doqquz min manatadək cərimə cəzasanın təyin edilməsi də onun əməlinə mütənasib olmamaqla və onun üçün maddi ağır maddi məhrumiyyətlər yaratmaqla ədalətsiz cəza olardı. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğunluğu nöteyinəzərindən ədalətli cəzadır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, ədalət və humanizm prinsiplərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X13 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şəki regional X6 anbarında saxlanılan Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsinə məxsus torpaq sahəsindən kəsmiş olduğu 24 ədəd qələmə qovaq ağaclarından hazırlanmış 3500 (üç min beş yüz) ədəd yeşik və hər birində 100 (yüz) ədəd olmaqla yeşik hazırlanması üçün taxta olan 790 (yeddi yüz doxsan) ədəd bağlamadan ibarət qovaq materialı Balakən rayonu Qazma Bələdiyyəsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs Balakən rayonu Qazma Bələdiyyəsinə vurulan ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X11 tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X13 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şəki regional X6 anbarında saxlanılan Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdə Balakən rayonu Qazma Bələdiyyəsinə məxsus torpaq sahəsindən kəsmiş olduğu 24 ədəd qələmə qovaq ağaclarından hazırlanmış 3500 (üç min beş yüz) ədəd yeşik və hər birində 100 (yüz) ədəd olmaqla yeşik hazırlanması üçün taxta olan 790 (yeddi yüz doxsan) ədəd bağlamadan ibarət qovaq materialı Balakən rayonu Qazma Bələdiyyəsinə qaytarılsın. Zərərçəkmiş şəxs Balakən rayonu Qazma Bələdiyyəsinə vurulan ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-1/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-1/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver