Məhkəmə qərarları › İş №1(019)-1/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-1/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-1/2025 27.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs2, müdafiəçi–Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -xx xxxxxx 1981-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, İctimai Nəzarət TV youtube kanalında baş muxbir-jurnalist işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, 30 avqust 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə tanışı olan Balakən şəhər sakini Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsinin Balakən rayon Mədəniyyət Mərkəzinə (Balakən rayon Mədəniyyət Mərkəzi) işə düzəldəcəyini yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 02 oktyabr 2021-ci il tarixdə bu məqsədlə Balakən şəhəri R.Səmədov küçəsində yerləşən “Araz Meqa” adlı mağazanın içərisindəki “Milli ün” ödəmə terminalından köçürmə yolu ilə onun adına olan "xxxx" ASC-yə məxsus 4169 7385 7021 3698 nömrəli plastik kart hesabına göndərdiyi 2500 manat pulu qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirərək Zərərçəkmiş şəxs1 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, qəsdən, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə tanışı olan Balakən şəhər sakini Zərərçəkmiş şəxs2 təqaüd düzəldəcəyini yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 09 oktyabr 2021-ci il tarixdə bu məqsədlə Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Jaan” əyləncə mərkəzinin həyətində ona verdiyi 01 ədəd Rusiya istehsalı olan 583 əyarlı, üzəri Sibir briliyant qaşları ilə bəzədilmiş 4,5 qram çəkidə sarı rəngli qızıl metaldan hazırlanmış təxminən 1200 manat dəyərində üzüyü, 01 ədəd İtaliya istehsalı olan 750 əyarlı, üzəri briliyant qaşlarla bəzədilmiş 8,0 qram çəkidə sarı rəngli qızıl metaldan hazırlanmış təxminən 1900 manat dəyərində buynuz formalı boyunbağını, 01 ədəd İtaliya istehsalı olan 750 əyarlı, üzəri briliyant qaşlarla bəzədilmiş 6,5 qram çəkidə sarı və ağ rəngli qızıl metaldan hazırlanmış təxminən 1500 manat dəyərində halqa formalı qolbağı, 01 ədəd üzük və 01 cüt sırğadan ibarət İtaliya istehsalı olan 750 əyarlı, üzəri Sibir briliyant qaşları ilə bəzədilmiş ümumi çəkisi 12,0 qram olan sarı rəngli qızıl metaldan hazırlanmış təxminən 4500 manat dəyərində gül formalı komplekti qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni ümumilikdə 9100 (doqquz min yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işdə olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 2 əri X10, anası X6 və 03 övladı ilə birlikdə yaşayır. O, Zaqatala Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, lakin himayəsində azyaşlı, yəni 31 oktyabr 2019-cu il təvəllüdlü övladı X11 olduğuna görə, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkməsi azyaşlı övladı 14 yaşına çatanadək təxirə salınmışdır. O, ankoloji və şəkərli diabet xəstəsidir və uzun illərdir hər iki xəstəliyi ilə bağlı müalicə alır. Balakən şəhər sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə təxminən 2021-ci ilin sentyabr ayının ortalarında Balakən şəhəri ərazisində yerləşən “Jaan” əyləncə mərkəzində tanış olmuşdur. Həmin hadisədən bir neçə gün sonra o, Mirvari və Jasmin ilə yenidən “Jaan” əyləncə mərkəzində rastlaşmış, həmin vaxt aralarında yaranmış söhbət zamanı o, Zaqatala şəhər sakini olduğunu, hazırda Bakı şəhərində yaşadığını, jurnalist kimi fəaliyyət göstərdiyini və gəzmək üçün Balakən şəhərinə gəldiyini bildirmişdir. Söhbət zamanı Jasmin ali təhsilli olduğunu, hazırda iş axtardığını və Balakən rayon Mədəniyyət Mərkəzində işləmək istədiyini bildirmişdir. O da həmin vaxt Jasminə 2500 manat pul qarşılığında Balakən rayon Mədəniyyət Mərkəzində işə düzəltməyin mümkün olduğunu bildirmiş, Jasmin də onun təklifi ilə razılaşmışdır. Bundan sonra o, Jasminin istifadə etdiyi mobil telefon nömrəsini öz mobil telefonuna qeyd etmiş və onlar sağollaşıb oradan ayrılmışlar. 02 oktyabr 2021-ci il tarixdə xəstəliyi ilə bağlı dərmanlar almaq üçün ona təcili pul lazım olmuş, buna görə o, həmin tarixdə günorta saatlarından sonra Zərərçəkmiş şəxs1 zəng edərək, yalandan sonuncunu Balakən rayon Mədəniyyət Mərkəzinə işə düzəltmək üçün vəzifəli bir tanışı ilə danışdığını demiş və işə düzəlməsi üçün təcili 2500 manat pulu ona göndərməsini bildirmişdir. Daha sonra o, öz adına olan və "xxxx" ASC-yə məxsus olan 4169 7385 7021 3698 nömrəli plastik bank kartının fotoşəkilini “whatsapp” proqramı vasitəsi ilə Jasminə göndərərək 2500 manat pulu həmin kartın hesabına göndərməsini bildirmişdir. Bir qədər sonra Jasmin 2500 manat pulu onun istifadəsində olan həmin plastik bank kartının hesabına göndərmişdir. Bundan sonra o, Jasminə 3-4 ay ərzində işə çıxacağını bildirmiş, əldə etdiyi həmin 2500 manat pulu isə dərmanlarına və şəxsi ehtiyaclarına xərcləmişdir. O, 09 oktyabr 2021-ci il tarixdə Balakən şəhəri ərazisində yerləşən “Jaan” əyləncə mərkəzinin həyətində olarkən yenidən Mirvari və Jasminlə qarşılaşmış, həmin vaxt sonuncuların yanında bir yaşlı kişi olmuşdur. Orada həmin kişinin adının Ramiz olduğu və Mirvarinin əri olduğu ona məlum olmuşdur. Həmin vaxt aralarında olan söhbət zamanı Mirvari özünə təqaüd düzəltmək istədiyini demiş və bunun üçün köməklik etmək imkanının olub-olmamasını soruşmuşdur. O da heç bir problem olmadığını, Mirvariyə də 2500 manat qarşılığında təqaüd düzəldə biləcəyini demişdir. Mirvari isə nağd pulu olmadığını, lakin evdə özünə məxsus qızıl-zinət əşyaları olduğunu və 2500 manat pulun əvəzinə ona qızıl-zinət əşyaları verə biləcəyini demişdir. O da Mirvarinin təklifi ilə razılaşmışdır. Bundan sonra Mirvari əri Ramizlə birlikdə qızıl-zinət əşyalarını gətirmək üçün yaşadıqları evə qayıtmış, o isə Jasminlə birlikdə orada gözləmişdir. Bir neçə dəqiqədən sonra Mirvari əri Ramizlə birlikdə “Jaan” əyləncə mərkəzinin həyətinə gələrək orada 2500 manat pulun əvəzinə ona 01 ədəd brilyant qaşlı qızıl boyunbağı, 01 ədəd brilyant qaşlı qızıl üzük, 01 ədəd brilyant qaşlı qızıl dəst və 01 ədəd brilyant qaşlı qızıl qolbağ vermişdir. Bundan sonra o Mirvariyə 06 ay ərzində təqaüd düzəldəcəyini bildirmişdir. Daha sonra o, həmin qızıl-zinət əşyalarını da tanımadığı bir nəfərə 1700 manata sataraq əldə etdiyi pulları dərmanlarına və şəxsi ehtiyaclarına xərcləmişdir. Mirvari ilə Jasmin isə mütəmadi olaraq ona zəng edib işin nə yerdə olduğunu soruşmuş, o da işin qısa zamanda düzələcəyini demişdir. O, Jasmingilin pullarını işləyib qazandıqca geri qaytarmağı düşünmüşdür. Lakin maddi imkanı zəif olduğuna görə Mirvariyə və Jasminə vurduğu maddi ziyanı ödəyə bilməmişdir. Daha sonra o, 2022-ci ilin iyun ayında Jasminə 800 manat pul qaytarmışdır.Sonradan da o, Jasminə ödənişlər etmiş, qaytarılmamış məbləğ hazırda 600-700 manat təşkil edir, onu da qaytaracaqdır. Mirvarinin qızıllarının dəyərinin 9100 manat olması yalandır. Mirvari həmin qızılları ona 2500 manat əvəzinə vermişdir. O, da gələcəkdə Mirvariyə 2500 manatı qaytaracaqdır. Törətdiyi əməlindən peşimandır, xəstəliyini, ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da, hazırda ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Təxminən 2021-ci ilin sentyabr ayının ortalarında qohumu Zərərçəkmiş şəxs2 ilə birlikdə Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Jaan” əyləncə mərkəzinə getmiş, həmin vaxt Mirvari ilə o, təsadüfən Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Həmin hadisədən bir neçə gün sonra o, yenidən Mirvari ilə birlikdə “Jaan” əyləncə mərkəzinə gedən zaman yenidən Təqsirləndirilən şəxs ilə rastlaşmışlar və həmin vaxt aralarında müxtəlif mövzularda söhbət yaranmışdır. Söhbət zamanı o, Təqsirləndirilən şəxs harada yaşaması və işləməsi barədə suallar vermiş, Təqsirləndirilən şəxs da cavabında Zaqatala şəhər sakini olduğunu, hazırda Bakı şəhərində yaşadığını, orada Heydər Əliyev fondunda yüksək vəzifədə işlədiyini və gəzmək üçün Balakən şəhərinə gəldiyini bildirmişdir. O da həmin vaxt Təqsirləndirilən şəxs sözlərinə inanıb ali təhsilli olduğunu, hazırda iş axtardığını və Balakən rayon Mədəniyyət Mərkəzində vakant yer olarsa, orada işləmək istədiyini bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs onu Balakən rayon Mədəniyyət Mərkəzinə işə düzəltməyin çox asan bir şey olduğunu, bu məsələ ilə ciddi məşğul olacağını bildirmiş və onu qısa bir zamanda Balakən rayon Mədəniyyət Mərkəzində əmək haqqısı yaxşı olan normal bir işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlaqə saxlamaq üçün onun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsini öz mobil telefonuna qeyd etmiş, daha sonra onlar sağollaşıb oradan ayrılmışlar və o, Mirvari ilə birlikdə “Jaan” əyləncə mərkəzindən çıxıb yaşadığı evə getmişdir. 02 oktyabr 2021-ci il tarixdə günorta saatlarından sonra Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefondan onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək, onu Balakən rayon Mədəniyyət Mərkəzinə işə düzəlmək üçün aidiyyəti şəxslə danışdığını, işə düzəlməsi üçün heç bir problem olmadığını, lakin Balakən rayon Mədəniyyət Mərkəzinə işə düzəlmək üçün 2500 manat pul verməli olduğunu və tələb olunan pulu nə qədər tez göndərsə işin bir o qədər tez alınacağını bildirmişdir. O da Təqsirləndirilən şəxs sözlərinə inanıb 2500 manat pulu hansı şəkildə verməli olduğunu soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs öz adına olan və "xxxx" ASC-yə məxsus olan plastik bank kartının fotoşəkilini “whatsapp” proqramı vasitəsi ilə ona göndərərək 2500 manat pulu həmin kartın hesabına göndərməsini bildirmişdir. Bundan sonra o, evdə topladığı puldan 2500 manat pul götürüb Balakən şəhəri R.Səmədov küçəsində yerləşən “Araz Meqa” mağazasına getmiş və 2500 manat pulu həmin mağazanın içərisindəki “Milli ön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus plastik bank kartının hesabına göndərmişdir. Pulu göndərdikdən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs ona zəng edərək pulun hesaba köçdüyünü, 3-4 ay ərzində işin həll olunacağını və onun işə çıxacağını bildirmişdir. O, yenə də Təqsirləndirilən şəxs sözlərinə inanıb gözləmişdir. 09 oktyabr 2021-ci il tarixdə qohumu Mirvari, sonuncunun əri Şahid2 və o, birlikdə “Jaan” əyləncə mərkəzinə gedərkən mərkəzin həyətində yenidən Təqsirləndirilən şəxs ilə rastlaşmışlar. Həmin vaxt aralarında olan söhbət əsnasında qohumu Mirvari özünə təqaüd düzəltmək istədiyini demiş və bu mövzuda köməklik etmək imkanının olub-olmamasını Təqsirləndirilən şəxs soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs eyni ilə ona dediyi sözlərdən istifadə edərək, Mirvariyə təqaüd düzəltməyin çox asan bir şey olduğunu və yüksək vəzifəli bir tanışı vasitəsi ilə 2500 manat pul qarşılığında Mirvariyə təqaüd düzəldə biləcəyini demişdir. Mirvari isə nağd pulu olmadığını, lakin evdə özünə məxsus qızıl-zinət əşyaları olduğunu və pulun əvəzinə qızıl-zinət əşyaları verə biləcəyini Təqsirləndirilən şəxs bildirmiş, Təqsirləndirilən şəxs da Mirvarinin təklifi ilə razılaşmışdır.Bir neçə gündən sonra Mirvari əri Ramiz ilə 01 ədəd brilyant qaşlı qızıl boyunbağını, 01 ədəd brilyant qaşlı qızıl üzüyü, 01 ədəd brilyant qaşlı qızıl dəsti və 01 ədəd brilyant qaşlı qızıl qolbağı Təqsirləndirilən şəxs göstərib 2500 manat pula uyğun olan qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs vermişlər. Mirvari qızıl-zinət əşyalarının bahalı olduğunu bildirsə də, Təqsirləndirilən şəxs ancaq bütün qızıl-zinət əşyalarını verdiyi halda təqaüd düzəldəcəyini Mirvariyə demişdir. Mirvari də gətirdiyi bütün qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs 06 ay ərzində təqaüd düzəldəcəyinə dair Mirvariyə söz vermişdir. Daha sonra onlar birlikdə “Jaan” əyləncə mərkəzinə gedib orada çay içmişlər və bundan sonra oradan sağollaşıb ayrılaraq yaşadıqları evə getmişlər. O, 2022-ci ilin yanvar ayında mütəmadi olaraq mobil telefon vasitəsi ilə əlaqə saxlayıb iş barədə maraqlanmış, Təqsirləndirilən şəxs da hər dəfə onu arxayın edərək, vəd verdiyi kimi 03-04 ay ərzində, yəni 2022-ci ilin yanvar-fevral aylarında işin düzələciyini demişdir. O da Təqsirləndirilən şəxs sözlərinə inanıb gözləmişdir. Lakin 2022-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefondan onun istifadə etdiyi mobil telefona zəng edərək, Balakən rayon Mədəniyyət Mərkəzində bəzi dəyişikliklər olduğunu, buna görə işin düzəlməsinin bir müddət yubanacağını demiş və bir qədər də gözləməsini xahiş etmişdir. O, yenə də Təqsirləndirilən şəxs sözlərinə inanıb gözləmişdir. Lakin həmin söhbətdən bir neçə ay keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs onu işə düzəltmək üçün heç bir addım atmamış və hər dəfə onu müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Buna görə o, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə 2500 manat pulunu ələ keçirdiyini anlamış və sonuncudan pulunu geri qaytarmasını tələb etməyə başlamışdır. Bundan sonra 2022-ci ilin iyun ayında Təqsirləndirilən şəxs ona 800 manat pul qaytarmış, qalan 1700 manat pulu isə ən qısa zaman ərzində ona qaytaracağına söz vermişdir. O, bir neçə ay da gözlədikdən sonra Təqsirləndirilən şəxs pulunu geri qaytarmadığını görüb 04 may 2023-cü il tarixdə sonuncunun barəsində ərizə ilə Balakən rayon Polis Şöbəsinə müraciət etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs onun qohumu Zərərçəkmiş şəxs2 da aldadaraq sonuncunun qızıl-zinət əşyalarını ələ keçirdiyinə görə, qohumu Zərərçəkmiş şəxs2 04 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində ərizə ilə Balakən rayon Polis Şöbəsinə müraciət etmişdir.O, pulunu tələb edir. Təqsirləndirilən şəxs barəsində qanuni hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hazıda ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2021-ci ilin sentyabr ayının ortalarında qohumu Zərərçəkmiş şəxs1 və o, birlikdə Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Jaan” əyləncə mərkəzinə gedən zaman orada təsadüfən Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Həmin hadisədən bir neçə gün sonra o, yenidən Jasminlə birlikdə “Jaan” əyləncə mərkəzinə gedən zaman yenə orada Təqsirləndirilən şəxs ilə rastlaşmışlar və həmin vaxt aralarında yaranmış söhbət zamanı Təqsirləndirilən şəxs onlara Zaqatala şəhər sakini olduğunu, hazırda Bakı şəhərində yaşayaraq Heydər Əliyev fondunda yüksək vəzifədə işlədiyini və gəzmək üçün Balakən şəhərinə gəldiyini bildirmişdir. Həmin vaxt qohumu Jasmin özünə iş axtardığını və Balakən rayon Mədəniyyət Mərkəzində işləmək istədiyini Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs da Jasmini Balakən rayon Mədəniyyət Mərkəzinə işə düzəltməyin sadə bir proses olduğunu, bu məsələ ilə ciddi məşğul olacağını bildirmiş və Jasmini Balakən rayon Mədəniyyət Mərkəzində yaxşı bir işə düzəldəcəyinə dair söz vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs Jasminin istifadə etdiyi mobil telefon nömrəsini öz mobil telefonuna qeyd etmiş, daha sonra onlar sağollaşıb oradan ayrılmışlar və Jasminlə o, “Jaan” əyləncə mərkəzindən çıxıb yaşadıqları evə getmişlər. 09 oktyabr 2021-ci il tarixdə qohumu Jasmin, əri Şahid2 və o, birlikdə “Jaan” əyləncə mərkəzinə gedərkən mərkəzin həyətində yenidən Təqsirləndirilən şəxs ilə rastlaşmışlar. Həmin vaxt aralarında olan söhbət əsnasında o, özünə təqaüd düzəltmək istədiyini demiş və bu mövzuda ona köməklik etmək imkanının olub-olmamasını Təqsirləndirilən şəxs soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ona təqaüd düzəltməyin çox asan bir iş olduğunu və yüksək vəzifəli bir tanışı vasitəsi ilə 2500 manat pul qarşılığında ona təqaüd düzəldə biləcəyini demişdir. O isə nağd pulu olmadığını, lakin evdə özünə məxsus qızıl-zinət əşyaları olduğunu və pulun əvəzinə qızıl-zinət əşyaları verə biləcəyini Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşdıqdan sonra əri Ramiz ilə birlikdə özünə məxsus 01 ədəd Rusiya istehsalı olan 583 əyarlı, üzəri Sibir briliyant qaşları ilə bəzədilmiş 4,5 qram çəkidə sarı rəngli qızıl metaldan hazırlanmış təxminən 1200 manat dəyərində üzüyü, 01 ədəd İtaliya istehsalı olan 750 əyarlı, üzəri briliyant qaşlarla bəzədilmiş 8,0 qram çəkidə sarı rəngli qızıl metaldan hazırlanmış təxminən 1900 manat dəyərində buynuz formalı boyunbağını, 01 ədəd İtaliya istehsalı olan 750 əyarlı, üzəri briliyant qaşlarla bəzdilmiş 6,5 qram çəkidə sarı və ağ rəngli qızıl metaldan hazırlanmış təxminən 1500 manat dəyərində halqa formalı qolbağı, 01 ədəd üzük və 01 cüt sırğadan ibarət İtaliya istehsalı olan 750 əyarlı, üzəri Sibir briliyant qaşları ilə bəzədilmiş ümumi çəkisi 12,0 qram olan sarı rəngli qızıl metaldan hazırlanmış təxminən 4500 manat dəyərində gül formalı komplekti Təqsirləndirilən şəxs göstərmiş və 2500 manat pulun qarşılığında həmin qızıl-zinət əşyalarından istədiyini götürməsini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona məxsus qızıl-zinət əşyalarına baxıb onların ümumi dəyərinin elə təxminən 2500 manat civarında olduğunu bildirmişdir. O isə əksinə, həmin qızıl-zinət əşyalarının bəzilərinin Sibir briliyant qaşları ilə bəzədildiyini, bəzilərinin isə İtaliya istehsalı olan keyfiyyətli qızıl olduğunu, buna görə də onların dəyərli olduğunu bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs orada onu ovsunlayıb həmin qızıl-zinət əşyalarının elə də dəyərli olmadığını, qızıl-zinət əşyalarının hamısını verəcəyi təqdirdə ona təqaüd düzəldəcəyini bildirmişdir. O da məcbur olub 2500 manat pulun qarşılığında özünə məxsus ümumi dəyəri 9100 manat olan, yuxarıda qeyd etdiyi qızıl-zinət əşyalarını orada əri Ramiz və qohumu Jasminin yanında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin qızıl-zinət əşyalarını ondan götürdükdən sonra 06 ay ərzində ona təqaüd düzəldəcəyinə dair söz vermişdir. Bundan sonra onlar “Jaan” əyləncə mərkəzinə gedib birlikdə çay içmişlər, daha sonra oradan sağollaşıb ayrılaraq yaşadıqları evə getmişlər. Bundan sonra o, mütəmadi olaraq mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb təqaüd məsələsi barədə maraqlanmış, Təqsirləndirilən şəxs da hər dəfə onu arxayın edərək 2022-ci ilin mart ayına kimi məsələnin həll olunacağını demiş, o da Təqsirləndirilən şəxs sözlərinə inanıb gözləmişdir. Lakin o, 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb təqaüd məsələsi barədə maraqlanan zaman onu müxtəlif bəhanələrlə aldatmağa və vaxtı uzatmağa başlamışdır. Buna görə o, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüş və sonuncuya verdiyi qızıl-zinət əşyalarını geri qaytarmasını tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqaüd məsələsini həll edə bilmədiyini demiş və verdiyi qızıl-zinət əşyalarını hissə-hissə geri qaytaracağını, qızıl-zinət əşyalarını geri qaytara bilmədiyi halda isə hesablayıb pulunu ona geri qaytaracağını bildirmişdir. Həmin vaxt o, verdiyi qızıl-zinət əşyalarının ümumi dəyərinin təxminən 9100 manat civarında olduğunu Təqsirləndirilən şəxs bildirmişdir. Sevnc Qocayeva da etiraz etmədən qızıl-zinət əşyalarını geri qaytara bilmədiyi halda ona 9100 manat pul verəcəyini bildirmişdir. Buna görə o, bir neçə ay səbr edib gözləmiş, lakin Təqsirləndirilən şəxs hər dəfə onu müxtəlif bəhanələrlə aldadaraq verdiyi qızıl-zinət əşyalarını geri qaytarmamış, nə də qızıl-zinət əşyalarının dəyəri olan 9100 manat pulu ona verməmişdir. 2023-cü ilin aprel ayının ortalarında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun qohumu Zərərçəkmiş şəxs1 da işə düzəltmək üçün heç bir addım atmamış, işə düzəltmək adı ilə Jasmindən aldığı 2500 manat pulun 800 manatını geri qaytarmış, qalan 1700 manat pulunu isə geri qaytarmamışdır. Buna görə Jasminlə o, 04 may 2023-cü il tarixdə Balakən rayon Polis Şöbəsinə gələrək ərizə ilə Təqsirləndirilən şəxs barəsində müraciət etmişlər. O, ziyanını tələb edir, təqsirləndirilən şəxs barəsində qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun rəsmi nikahlı arvadıdır. Təxminən 2021-ci ilin sentyabr ayının ortalarında aralarında olan söhbət əsnasında arvadı Jasmin Sevinc adlı bir qadınla tanış olduğunu və həmin qadının vasitəsi ilə Balakən rayon Mədəniyyət Mərkəzində işə düzələcəyini bildirmişdir. 02 oktyabr 2021-ci il tarixdə təxminən günorta saatlarında yaşadıqları evdə olan zaman arvadı Jasminin mobil telefonuna zəng gəlmiş, həmin vaxt zəng edən şəxsin Sevinc adlı qadın olduğunu Jasmin ona bildirmişdir. Telefon danışığı zamanı Sevinc adlı qadın Jasmini Balakən rayon Mədəniyyət Mərkəzinə işə düzəltmək üçün aidiyyəti şəxslə danışdığını, Jasminin işə düzəlməsi üçün heç bir problem olmadığını, lakin işə düzəlmək üçün 2500 manat pul verməli olduğunu və pulu tez göndərsə işin tez düzələciyini Jasminə bildirmişdir. Arvadı Jasmin həmin vaxt 2500 manat pulu hansı şəkildə verməli olduğunu Sevinc adlı qadından soruşmuş, Sevinc adlı qadın da öz adına olan plastik bank kartının fotoşəkilini “whatsapp” proqramı vasitəsi ilə Jasminə göndərərək 2500 manat pulu həmin kartın hesabına göndərməsini bildirmişdir. Bundan sonra Jasmin evdə topladığı puldan 2500 manat pul götürmüş və onlar birlikdə Balakən şəhəri R.Səmədov küçəsində yerləşən “Araz Meqa” mağazasına getmişlər. Orada Jasmin 2500 manat pulu həmin mağazanın içərisindəki “Milli ön” ödəmə terminalı vasitəsi ilə Sevinc adlı qadının adına olan bank kartının hesabına göndərmişdir. Bir neçə dəqiqədən sonra Sevinc adlı qadın Jasminə zəng edərək pulun hesaba köçdüyünü və Jasminin 3-4 ay ərzində işə çıxacağını bildirmişdir. Bundan sonra arvadı Jasmin mütəmadi olaraq mobil telefon vasitəsilə Sevinc adlı qadınla əlaqə saxlayıb iş barədə maraqlanmış, Sevinc adlı qadın da hər dəfə Jasmini arxayın edərək 2022-ci ilin yanvar-fevral aylarında işin düzələciyini demişdir. Lakin həmin söhbətlərin üzərindən aylar keçməsinə baxmayaraq Sevinc adlı qadın Jasmini Balakən rayon Mədəniyyət Mərkəzinə işə düzəltmək üçün heç bir addım atmamış və müxtəlif bəhanələrlə Jasmini aldatmağa başlamışdır. Buna görə Jasmin dəfələrlə Sevinc adlı qadına zəng edərək işə düzəlmək üçün verdiyi 2500 manat pulu geri qaytarmasını tələb etməyə başlamışdır. Bundan sonra 2022-ci ilin yay aylarında, dəqiq yadında qalmayan tarixdə Sevinc adlı qadın onun arvadı Jasminə 800 manat pul qaytarmış, qalan 1700 manat pulu isə qısa müddət ərzində qaytaracağına dair söz vermişdir. Lakin Sevinc adlı qadın qalan 1700 manat pulu geri qaytarmadığına görə Jasmin 04 may 2023-cü il tarixdə Sevinc adlı qadının barəsində Balakən rayon Polis Şöbəsinə şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Sevinc adlı qadın həm də onun qohumu Zərərçəkmiş şəxs2 da təqaüd düzəltmək adı ilə aldadaraq Mirvarinin qızıl-zinət əşyalarını ələ keçirmiş və buna görə Mirvari də 04 may 2023-cü il tarixdə Jasminlə birlikdə polis şöbəsinə gedərək Sevinc adlı qadından şikayətçi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun qohumu, Zərərçəkmiş şəxs2 isə onun arvadıdır. O, 09 oktyabr 2021-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs2 və qohumu Zərərçəkmiş şəxs1 ilə birlikdə Balakən şəhəri ərazisində yerləşən “Jaan” əyləncə mərkəzinə gedərkən, əyləncə mərkəzinin həyətində sonradan adının Sevinc, soyadının Qocayeva olduğunu bildiyi orta yaşlı bir qadınla rastlaşmışlar. Həmin vaxt arvadı Mirvari və qohumu Jasmin həmin qadınla, yəni Təqsirləndirilən şəxs ilə salamlaşıb hal-əhval tutmuşlar və söhbət etməyə başlamışlar. Orada arvadı Mirvari həmin qadının adının Sevinc, soyadının Qocayeva olduğunu ona demişdir. Söhbət əsnasında arvadı Mirvari özünə təqaüd düzəltmək istədiyini Təqsirləndirilən şəxs demiş və bu məsələdə kömək etmək imkanının olub-olmadığını, yəni təqaüd düzəltmək imkanın olubolmadığını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs təqaüd düzəltmək üçün adamı olduğunu, lakin təqaüd düzəltmək üçün 2500 manat pul lazım olduğunu demişdir. Arvadı Mirvari isə nağd pulu olmadığını, lakin pulun əvəzinə qızıl-zinət əşyaları verə biləcəyini Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs da Mirvarinin təklifi ilə razılaşmışdır. Bundan sonra arvadı Mirvari və o, yaşadıqları evə qayıtmışlar, Mirvari pulun əvəzinə Təqsirləndirilən şəxs vermək üçün evdən özünə məxsus 01 ədəd brilyant qaşlı qızıl boyunbağı, 01 ədəd brilyant qaşlı qızıl üzük, 01 ədəd brilyant qaşlı qızıl dəst və 01 ədəd brilyant qaşlı qızıl qolbağ götürmüş və yenidən “Jaan” əyləncə mərkəzinin həyətinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs təqaüd düzəltmək müqabilində arvadı Mirvaridən həmin qızıl-zinət əşyalarının hamısını almışdır. Arvadı Mirvari həmin qızıl-zinət əşyalarının bahalı olduğunu desə də, Təqsirləndirilən şəxs ancaq bu şərtlə, yəni bütün qızıl-zinət əşyalarını verəcəyi təqdirdə təqaüd düzəldəcəyini bildirmişdir. Mirvari də razılaşaraq 2500 manat pulun əvəzində özünə məxsus olan həmin qızıl-zinət əşyalarının hamısını Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs 06 ay müddətində arvadı Mirvariyə təqaüd düzəldəcəyinə dair vəd vermişdir. Daha sonra onlar “Jaan” əyləncə mərkəzində çay içib oradan ayrılmışlar. Həmin vaxtdan sonra arvadı Mirvari mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb işin nə yerdə olduğunu maraqlanmış, Sevinc də telefon danışıqları zamanı hər dəfə arvadı Mirvarini arxayın edərək təqaüd düzəldəcəyinə vəd vermişdir. Lakin həmin vaxtdan 06 ay keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs onun arvadı Mirvariyə təqaüd düzəltmək üçün heç bir addım atmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs onları aldatdığından şübhələnməyə başlamışlar və arvadı Mirvari Təqsirləndirilən şəxs zəng edib verdiyi qızılzinyət əşyalarını geri qaytarmasını xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs arvadı Mirvariyə təqaüd düzəldə bilmədiyini demiş və qızıl-zinyət əşyalarını hissə-hissə geri qaytaracağına dair söz vermişdir. Lakin bundan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr edərək arvadı Mirvarinin qızıl-zinyət əşyalarını geri qaytarmaqdan boyun qaçırmışdır. Buna görə arvadı Mirvari 04 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində ərizə ilə Balakən RPŞ-nə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun qohumu Zərərçəkmiş şəxs1 da işə düzəltmək adı ilə aldadıb 2500 manat pulunu ələ keçirmiş, sonrdan Jasminin 800 manat pulunu geri qaytarmış, lakin 1700 manat pulunu ələ keçirərək geri qaytarmamışdır. Təqsirləndirilən şəxsin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs bu işlə bağlı tanıyır , onları uzaq qohumu Yatsı tanış etmişdir. Onun səhhətində yaranmış problemlə əlaqədar başında güclü ağrıları vardır . Yatsı ona Təqsirləndirilən şəxs adında 1 nəfər şəxsin pul müqabilində xəstəliyə görə sosial müavinət düzəltdiyini bildirmişdir. O, Yatsıdan “ sən onun kiməsə sosial müavinət düzəltdiyinə əminsənmi” deyə soruşmuş, Yatsi isə Sevincin onun iş yoldaşı Zərərçəkmiş şəxs2 müavinət düzəltdiyini bildirmişdir. O, şəxsən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımamışdır. Təxminən 2021-ci ilin noyabr ayında Yatsı, Mirvarı, o və sonradan da Təqsirləndirilən şəxs bu işi danışmaq üçün Balakən rayonunda yerləşən “ 5+ plus” adında kafeyə yaxınlaşaraq görüşmüşlər, çay içmişlər. Orada olduqları müddətdə Mirvari xanım Yatsıya əminliklə Təqsirləndirilən şəxs ona və eləcə də bir neçə nəfərə sosial müavinət düzəltdiyini deyərək bildirmişdir. O, da öz qohumu Yatsıya görə həmin xanıma güvənmiş, razı olmuşdur. Sevinc bu işi ona 3 (üç) min manat müqabilində düzəldəcəyini bildimişdir. O, pulu borc tapıb 1 aydan sonra dekabr ayında görüşüb Təqsirləndirilən şəxs vermişdir. Orada o,Yatsı və Sevinc olmuşdur. Bu işi düz 1( bir) il gözlədikdən sonra işin alınmayacağını gördükdə pulunu geri tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs ondan aldığı pulu Zərərçəkmiş şəxs2 verdiyini bildirmişdir, sonradan pulu ona hissə-hissə Mirvarinin bilərzik, üzük və digər qızıl əşyasını sataraq vermişdir. Sevinc ona bu vaxta kimi 1300 manat verib, 1700 manat qalıbdır. Sevinc hər ay pulu onun kartına ataraq az-az ödəyir. Odur ki, Təqsirləndirilən şəxs şikayəti yoxdur. Onun barəsində dövlət orqanlarına da şikayət etməmişdir və şikayətr eütmək fikri yoxdur. İşin 175-179-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə-əmtəəşunaslıq ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 9/7150 nömrəli rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında, qızıl-zinət əşyaları alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: Sıra Malların adı və markalanma göstəriciləri Ümumi Bir qramının Ümumi №-si miqdarı qiyməti dəyəri (qram) (manatla) (manatla) 1 01 ədəd Rusiya istehsalı olan 583 əyarlı, üzəri Sibir 4,5 80 360 briliyant qaşları ilə bəzdilmiş sarı rəngli qızıl metaldan hazırlanmış üzük 2 01 ədəd İtaliya istehsalı olan 750 əyarlı, üzəri briliyant 8 100 800 qaşlarla bəzdilmiş sarı rəngli qızıl metaldan hazırlanmış buynuz formalı boyunbağı 3 01 ədəd İtaliya istehsalı olan 750 əyarlı, üzəri briliyant 6,5 100 650 qaşlarla bəzdilmiş sarı və ağ rəngli qızıl metaldan hazırlanmış halqa formalı qolbağ 4 01 ədəd üzük və 01 cüt sırğadan ibarət İtaliya istehsalı 12 100 1200 olan 750 əyarlı, üzəri Sibir briliyant qaşları ilə bəzdilmiş sarı rəngli qızıl metaldan hazırlanmış gül formalı komplekt Cəmi: 3010,0 Ekspertiza təyini haqqında qərarda göstərilən 4 adda qızıl-zinət əşyalarının 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3010,0 manat müəyyən edilir. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Qeyd: qızıl-zinət əşyalarının üzərində olan qaşların istehsal yeri, keyfiyyəti və s. aydın olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İşin 80-81,152-174-cü vərəqələrində olan,habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(033)-14/2023 nömrəli hökmünün surətindən görünür ki, Qocayeva X5 Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 iki il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 05 ( beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilərək , himayəsində olan xx.xx.2019-cü il təvəllüdlü X12 adlı övladı 14 yaşına çatanadək ona hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməsi təxirə salınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2025-ci il tarixli Qərarından görünür ki, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin təmin, zərərçəkmiş şəxslər X3 və X2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilərək , Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2019-cü il təvəllüdlü X12 adlı övladı 14 yaşına çatanadək ona hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməsinin təxirə salınması hissəsinin hökmdən xaric edilməklə dəyişdirilməsi, Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 2 (iki) il 05 ( beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının əvvəlinin 08 mart 2025-ci il tarixdən hesablanması,cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün qalan hissədə dəyişdirilmədən saxlanması,qərarın elan olunduğu andan qüvvəyə minməsi qərara alınmışdır. İşin 183-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Zaqatala rayon İHB-nın Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 12/2-1368/2023 nömrəli arayışdan görünür ki, Qocayeva X5 şəhəri, A.Həmidov küçəsi, d.4,ev 5-də yaşayır, himayəsində anası, 1999-cu ildə anadan olmuş oğlu Elçin və 2019-cü ildə anadan olmuş oğlu Davud vardır. İşin 184-cü vərəqəsində olan Zaqatala bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 419 nömrəli xəsaiyyətnamə Təqsirləndirilən şəxs barəsində Zaqatala bələdiyyəsinə yazılı və şifahi şikayət daxil olmadığı qeyd edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər – Şahid1, Şahid2, Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Zərərçəkmiş şəxs2 qızılının dəyərinin 2500 manat olması barədə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi dəlillər ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan ekspert rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs verdiyi qızıl-zinət əşyalarının dəyəri üzərlərindəki qaşlar nəzərə alınmadan 3010 manat təşkil edir. Zərərçəkmiş şəxsin ifadəsindən aydın olur ki, həmin qızıl-zinət əşyalarının üzərlərindəki qaşlar brilliant qaşlar olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı haqlı olaraq verilmiş ittihamda zərərçəkmişin göstərdiyi 9100 manat məbləği əsas götürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs bu dəlillərini məsuliyyətdən yayınmağa hesablanmış, özünü müdafiə məqsədilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinin təkrar törədilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində, xeyli miqdarda törədilməsinə görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Təqsirləndirilən şəxs CM-nin 178.2.2 -ci maddəsi ilə ittiham elan edilmişdir ki, o, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməllərini təkrar törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Hazırkı işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 2500 manat pulunu və Zərərçəkmiş şəxs2 9100 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirtmişdir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Sözügedən maddənin tələbinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi dələduzluq cinayəti ayrılıqda Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin, Zərərçəkmiş şəxs2 qarşı törətdiyi cinayət əməli isə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibini yaradır. Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə, üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər, iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Qanunvericiliyin bu tələbinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi dələduzluq cinayəti ayrılıqda böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət Məcəlləsinin 75.1-75.1.4-cü maddələrinə əsasən cinayət törətdiyi gündən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Hazırkı işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 2500 manat pulunu 02 oktyabr 2022-ci ildə dələduzluq yolu ilə ələ keçirtmişdir. Bu cinayətin törədildiyi vaxtdan isə iki ildən artıq müddət keçmişdir. Göründüyü kimi həmin cinayət əməlinə görə məsuliyyətə cəlbetmə müddəti keçmişdir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Maddədə cinayət məsuliyyətindən azad olunmuş şəxs dedikdə, təkrarlığın yaranması üçün şəxsin əvvəlki cinayətə görə cinayət məsuliyyətindən azad edilməməsi, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməməsi tələb olunur. Hər bir halda təkrarlığın olub-olmamasının qiymətləndirilməsi üçün məhz ayrıca olaraq birinci əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçib-keçməməsi və müvafiq olaraq şəxsin cinayət məsuliyyətindən azad edilib-edilməməsi nəzərə alınmalıdır. Hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə sübutetmə prosesinin və kifayət qədər toplanması mümkün olmayan sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunan şəxslərin hüquqlarına zərər vura biləcək qəsdlərin qarşısının alınmasına xidmət edir. Beləliklə, Məcəllənin 75-ci maddəsinin müddəaları onu göstərir ki, şəxs törədilmiş əmələ görə qanunla müəyyən olunmuş müddətin keçməsi səbəbindən məsuliyyətdən azad olunur və onun həmin əmələ görə məsuliyyətə cəlb edilməsi istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bir daha vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə,həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrıayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi dələduzluq cinayətinə görə cəlbetmə müddəti keçmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı törətdiyi dələduzluq əməlinə görə isə cəlbetmə müddəti keçməmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın məbləği xeyli miqdar təşkil etdiyindən həmin əməl CM-nin 178.2.4-cü maddəsinin tərkibini yaradır. Həmin əməl az ağır cinayət hesab olunur və bu əməlin törədildiyi vaxtdan 7 il keçdikdə cəlb etmə müddəti keçir.Həmin müddət isə keçməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyi cinayət əməllərinə görə cəza təyin edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2 və 44.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda-təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 44-cü bəndinə görə CPM-in 39.1.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə icraatı materialları məhkəmənin müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığının olub-olmaması məsələsini araşdırdığını əks etdirməli, o cümlədən razılığın verilməsi haqqında ərizə cinayət işinə əlavə edilməli, məhkəmə iclas protokolunda isə müvafiq qeyd aparılmalıdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilsə də,məhkəmə yekun məhkəmə aktının qəbul edilməsi üçün məhkəmə müşavirəyə gedənə kimi həmin hissədə işin ictaatına xitam verilməsi barədə məhkəməyə ərizə vermədiyindən qanunvericiliyin qeyd edilən tələblərinə görə bu epizod üzrə onun barəsində cəza təyin edilmədən ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan CM-nin 178.2.2-ci maddəsi xaric edilməyəcəyi halda ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə bir cəza təyin ediləcəyini, törədilmiş cinayətlərdən biri üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi və CM-nin 178.2.2-ci maddəsi xaric edilmədiyi halda təqsirləndirilən şəxsə cinayətlərin məcmuyu üzrə cəza təyin edilməli olmasını, bu qaydada cəza təyin edilməsinin cəza təyin etmənin ümumi prinsiplərinə uyğun olmamasını, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla ona CM-nin 178.2.4-cü maddəsi ilə cəza təyin ediləcəyini, belə olan halda cəza təyin edilmədən ittiham hökmü çıxarılmasının heç bir önəm daşımayacağını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham ona verilmiş ümumi ittihamdan xaric edilməli, Zərərçəkmiş şəxs1 qarşı cinayət əməlini törətməsi də nəzərə alınmaqla CM-nin 178.2.4-cü maddəsi ilə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, vurulmuş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,eyni zamanda onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə və azadlığın məhdudlaşdırılması cəza növlərinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri təyin olunmuş , Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2025-ci il tarixli Qərarına əsasən icrasının təxirə salınmasına aid hissədə dəyişdirilmiş 02 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən onun xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin edilən azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu 08 mart 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, CPM-inin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan,o,tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət . Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi ziyan qismən ödənmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 izah olunur ki, dəymiş ziyanın ödənməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 41 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat , 29 aprel 2025-ci il tarixdən isə 11 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 251 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham ona verilmiş ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2(iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri təyin olunmuş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 aprel 2025-ci il tarixli Qərarına əsasən icrasının təxirə salınmasına aid hissədə dəyişdirilmiş 02 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin edilən azadlıqdan məhrumetmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 28( iyirmi səkkiz ) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 izah olunur ki, dəymiş ziyanın ödənməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 251 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar