Məhkəmə qərarları › İş №1(019)-10/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-10/2022

10.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-10/2022 10.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1992-ci ildə Balakən rayonu Qazma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1 və 177.2.3-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və qəsdən, qanunsuz olaraq, saxlanc yerinə daxil olmaqla, vahid tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi 01 ədəd gümüşü rəngli kağız bükümdəki şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,410 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində daşıyaraq, Balakən rayonuna gətirmiş və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 27 avqust 2021 -ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 21:45-dən saat 22:15-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq, öz şəxsi istifadəsi üçün saxladığı, 01 ədəd gümüşü rəngli kağız bükümdəki şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,410 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, 24 avqust 2021-ci il tarixdə saat 16 radələrində qəsdən, qanunsuz olaraq, vahid tamah niyyəti ilə, ünvan 1 ünvanında yerləşən X3 məxsus olan və sonuncunun qardaşı Zərərçəkmiş şəxs nəzarət etdiyi evin sahibsiz və nəzarətsiz qaldığına əmin olub, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu niyyətini həyata keçirmək məqsədilə saxlanc yeri olan yaşayış sahəsinə giriş qapısını həmin qapının yanındakı sayğacın içərisində saxlanılan açarı götürüb açmaqla həyətə daxil olmuş, daha sonra evin açıq qapısından daxil olmaqla mətbəx otağından 01 ədəd 100 manat dəyərində soyuducunu, hamam otağından 01 ədəd 50 manat dəyərində hamamın duş dəstini, həmçinin 25 avqust 2021-ci il tarixdə saat 16 radələrində eyni qaydada vahid tamah niyyəti ilə, həmin evə daxil olaraq zirzəmidən 01 ədəd 80 manat dəyərində su mühərrikini, qonaq otağından 01 ədəd 50 manat dəyərində dəmir metaldan kustar üsulla hazırlanmış istilik sobasını, mətbəx otağından 01 ədəd 120 manat dəyərində su qızdırıcı cihazı (pitiminutka), yataq otağından 01 ədəd 20 manat dəyərində paltar asılqanını, 01 ədəd 60 manat dəyərində “Boosch” markalı paltar ütüsünü və 01 ədəd 20 manat dəyərində “Devecioğlu" markalı ütü masasını, bundan başqa 26 avqust 2021 -ci il tarixdə saat 21 radələrində eyni qaydada vahid tamah niyyəti ilə, həmin evə daxil olaraq evin tavan hissəsini sökməklə ümumilikdə 40 manat dəyərində olan 7 ədəd 60 sm, 3 ədəd 70 sm, 7 ədəd 1 metr, 14 ədəd 1 metr 80 sm və 9 ədəd 2 metr 50 sm uzunluqda, hər biri 25 sm enində və 8 mm qalınlığında olan üzəri naxışlı lambirinləri saxlanc yerinə daxil olmaqla, vahid tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 540 (beş yüz qırx) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs sözügedən cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, bilavasitə tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndlirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.3-cü maddələrilə elan olunmuş ittiham özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmamışdır. Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2008-ci ildə Qax rayon sakini Zülfiyə Mirzəyeva ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən dörd azyaşlı övladı vardır. Lakin onun Zülfiyyə ilə rəsmi nikahı olmadığı üçün övladları arvadının soyadını daşıyırlar. Arvadı və övladları onun himayəsindədir və onunla birlikdə yaşayırlar. Təxminən 4 ay bundan əvvəl o, ailəsi ilə birlikdə Bakı şəhərinə işləmək üçün getmişdir. Bakı şəhərində Yasamal rayonu Dərnəgül prospektində fəhlə kimi işlədikdən sonra ailəsini də götürüb təxminən 21 avqust 2021 -ci il tarixdə Balakən rayonu Qazma kəndindəki evinə gəlmişdir. Yaşadığı Balakən rayonu Qazma kəndində yerləşən evinə Bakı şəhərindən qayıtmamışdan əvvəl, yəni 20 avqust 2021-ci il tarixdə saat 10 radələrində 20 yanvar dairəsi adlanan yerdə avtobus gözləyən vaxt yerdən 01 ədəd üzəri parıltılı rəngdə olan kağız büküm tapmışdır. Həmin bükümün içərisinə baxdıqda narkotik vasitə olan heroin olduğunu görmüşdür. O da təxminən 2 ildir ki, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin narkotik vasitəni də görən zaman tanımış və istifadə etmək məqsədilə götürüb, üzərində saxlamışdır. Bundan sonra isə ailəsini də götürüb Balakən rayonuna gəlmişdir. 27.08.2021-ci il tarixdə o, ailəsi ilə birlikdə Balakən şəhəri ərazisində yerləşən H.Əliyev adlı parka gəzmək üçün getmişdir. Ailəsini parka yola salıb özü gəzə-gəzə “Azpetrol” adlanan yanacaqdoldurma məntəqəsinin yaxınlığına getmişdir. Evdən çıxmamışdan əvvəl də özü ilə Bakı şəhərindən tapdığı narkotik vasitə heroini və 01 ədəd sellofan torbada olan əvvəllər aldığı limon duzunu sellofan bükümə qoyub, şalvarının sağ və sol yan ciblərinə qoymuşdur ki, Balakən şəhərində həmin narkotikdən İstifadə etsin. Həmçinin limon duzunu heroinə qatıb üstünə də su əlavə edib şpirislə damarına vurmaq fikri olmuşdur. O, Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Azpetrol” adlanan yanacaqdoldurma məntəqəsinin yanında olduğu zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq, özlərini ona təqdim edib üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək, onu polis şöbəsinə dəvət etmişlər. O da polis ənəkdaşlarına etiraz etməyərək, onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində onu şübhəli şəxs kimi tutmuş, vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə heroin aşkar edilərək elektron tərəzidə çəkilmiş və çəkisi 1.41 qram təşkil etmişdir. Bundan başqa şəxsi axtarış zamanı əynində olan cins şalvarının sol yan cibindən şəffaf rəngli sellofan bükümün içərisində qoyduğu sellofan bükümdə limon duzu aşkar edilərək, heroin ilə birlikdə ağ rəngli zərfə qoyulub, qablaşdırılıb, möhürlənib götürülmüşdür. Sonra polis əməkdaşları üzərində axtarış apardıqları zaman sağ yan cibindən 1 ədəd dəmir 20 qəpiklik pul aşkar etmişlər. Həmin 20 qəpik pul ona geri qaytarılmışdır. Bundan sonra isə üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Maddi vəziyyəti yaxşı olmadığı üçün Bakı şəhərindən qayıtdıqdan sonra, yəni 24 avqust 2021-ci il tarixdə əvvəllər tanıdığı, hal-hazırda həbsdə olan X3 məxsus Balakən şəhəri ərazisində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gəlmişdir. Fikrət İbrahimovun həbsdə olduğunu və yaşadığı evdə başqa kimsənin də olmadığını bilirdi. Buna görə də Fikrət İbrahimovun yaşadığı evə daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. Əvvəllər o, Fikrət İbrahimovun evində olduğu üçün evinin giriş qapısının açarlarını küçədə olan sayğacın içərisində saxladığını bilmişdir. 24 avqust 2021 -ci il tarixdə təxminən saat 16 radələrində Fikrət İbrahimova məxsus evin evinin qarşısına getmişdir, O, evin qarşısına çatıb sayğacın içərisinə baxdıqda açarların yenə də həmin yerdə olduğunu görmüşdür. Daha sonra açarları oradan götürüb giriş qapısını açmış və həyətə daxil olmuşdur. Evin açıq qapısından daxil olduqda otaqda soyuducunun olduğunu görmüşdür. Həmin soyuducunu dartaraq evin giriş qapısına gətirmişdir. Həmçinin evin otağında olan 01 ədəd hamam üçün olan duş alətini və hamamda olan borunu da evin qarşısına çıxarmışdır. Daha sonra isə yoldan keçən hazırda xatırlamadığı şəxsə məxsus maşınla soyuducunu, evin otağında olan 01 ədəd hamam üçün olan duş alətini və hamamda olan borunu Asif adlı şəxsin yaşadığı evə apararaq özünə məxsus olduğunu və metalloloma satdığını demişdir. Asif də onunla razılaşmış və soyuducunu 16 manata Asif adlı şəxsə satmışdır. Bundan sonra yenidən 25 avqust 2021-ci il tarixdə təxminən saat 16 radələrində Fikrət İbrahimova məxsus evə gedərək, evin otaqlarında olan 01 ədəd su motorunu, 01 ədəd qazla işləyən Cevran adlı istilik sobasını, 01 ədəd su qızdırıcısını, 01 ədəd ütünü, 01 ədəd ütü masasını, 01 ədəd paltar asmaq üçün asılqanı götürüb yenidən evin giriş qapısına yığmış və yoldan gedən tanımadığı şəxsə məxsus taksi ilə yenidən Asif adlı şəxsin yaşadığı ünvana apararaq, 01 ədəd su motorunu, 01 ədəd qazla işləyən Ceyran adlı istilik sobasını, 01 ədəd su qızdırıcısını, 01 ədəd paltar asmaq üçün asılqanı xatırladığı qədəri ilə 30-35 manat müqabilində satmışdır. Geriyə qalan 01 ədəd ütünü və 01 ədəd ütü masasını isə Balakən şəhərində yerləşən işlənmiş ev əşyaları alan mağazaya apararaq satmışdır. Həmin mağazanı işlədən şəxs ona ilk olaraq iki manat pul vermiş və geriyə qalan pulu da əşyaları satış qiymətindən asılı olaraq sonra verəcəyini bildirmişdir. Bundan sonra əldə etdiyi pulu xərclədiyi üçün 26 avqust 2021-ci il tarixdə yenidən Fikrət İbrahimova məxsus evə gedərək, evin otağındakı tavanda təxminən 20 kq çəkidə olan lambirinləri sökmüş və evin giriş qapısına yığmışdır. Sonra Balakən şəhəri ərazisinə çıxaraq, üzərində baqaj olan taksi axtarmışdır ki, lambirinləri üzərinə yığaraq, metallolom üçün aparıb satsın. Balakən şəhəri ərazisində yenidən tanımadığı şəxsə məxsus avtomaşını götürüb, Balakən şəhərində yerləşən evdən metalloloma lambirin aparmaq istədiyini bildirdikdə, həmin şəxs onunla razılaşmış və onlar Fikrətin evinə getmişlər. O, həmin lambirinləri maşının üzərindəki baqaj hissəsinə yığdığı zaman kimsə tanımadığı şəxs oraya yaxınlaşaraq nə etdiyini soruşduqda, o, qorxub oradan qaçaraq uzaqlaşmışdır. Fikrət İbrahimova məxsus evdən oğurlamış olduğu əşyaları aparmaq üçün təsadüfən yoldan keçən taksi kimi fəaliyyət göstərən maşınları saxlatmışdır. Buna görə də həmin avtomaşınların kimlərə məxsus olmasını bilməmişdir. Həmin avtomaşınların sahiblərinin də oğurluq etməyindən məlumatları olmamışdır. Çünki həmin şəxslərə o, əşyaların özünə məxsus olduğunu bildirmişdir. Eyni zamanda o, həyətin giriş qapısından daxil olduğu üçün həmin şəxslər onun düzgün dediyinə inanmışlar. Oğurluq etdiyi zaman ona heç kim köməklik göstərməmişdir. Oğurluğu tək halda törətmişdir. Başqa da kimsənin məlumatı olmamışdır. Üzərində narkotik vasitə saxlamağından heç kimin məlumatı olmamışdır. Qeyd etdiklərindən əlavə heç bir cinayət hadisəsi törətməmişdir. Fikrət İbrahimovu xeyli müddətdir ki, tanıyır və normal münasibətləri olmuşdur. Bİr neçə dəfə onun yaşadığı evdə qonaq olmuşdur. Ona polis şöbəsində hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Zərərçəkmiş şəxs nəzarət etdiyi X11 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinə daxil olanda fikirləşmişdir ki, həmin evdə yaşayış olmadığından heç kimin bundan xəbəri olmayacaqdır. Həmçinin ilk daxil olub oğurladığı əşyaları satıb pul əldə etdikdən sonra yenə də evə daxil olaraq, bir neçə əşyaları oğurlayıb sataraq pul əldə etmişdir. Yəni əşyaların pulunu xərclədikdən sonra yenidən gedib oradan oğurluq edib əşyaları sataraq özünə pul qazanmışdır. Həm də ki, əşyaların hamısını birdəfəyə oğurladığı təqdirdə bundan qonşuların və başqa şəxslərin şübhələnə biləcəyini fikirləşmişdir. Ona görə də ayrı-ayrı günlərdə oğurluq etmişdir ki, heç kim onun oğurluq etməsindən şübhələnməsin. 26 avqust 2021-cİ il tarixdə Zərərçəkmiş şəxs nəzarət etdiyi X11 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinin qarşısına gəldiyi zaman onu görüb qaçaraq uzaqlaşıb getmişdir. Həmin vaxt o, artıq evdən oğurlanacaq əşya olmadığı üçün lambirinləri oğurlamışdır. Yəni həmin zaman Ramiz oraya gəlməsəydi belə artıq həmin evə və ya ümumiyyətlə başqa evə daxil olaraq oğurluq etməyi, bir sözlə artıq oğurluq etməyi düşünməmişdir. Həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə heroini Bakı şəhərində 20 yanvar dairəsi adlanan yerdə avtobus gözləyən vaxt yerdən taparaq əldə etmişdir. Konkret olaraq 20 avqust 2021-ci il tarixdə tapıb-tapmadığını deyə bilmir, ola bilsin ki, 18- 19 avqust 2021-ci il tarixlərində tapmışdır. Çünki o, Bakı şəhərindən yaşadığı Balakən rayonu Qazma kəndində yerləşən evinə qayıtdıqdan sonra bir neçə gün evdə xəstə yatmışdır. Ona görə də konkret olaraq tarixi dəqiq deyə bilmir. Həmçinin narkotik vasitəni də səhv etmirsə 20 yanvar metrosunun çıxışından taparaq əldə etmişdir. Lakin dəqiq olaraq hansı çıxışı olduğunu deyə bilmir. Buna görə də hansı rayon ərazisi olmasını dəqiq deyə bilmir. Cinayət əməlləri törətməsini etiraf edib, bu əməllərdən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı könüllü şəkildə tam olaraq ona ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Himayəsində dörd azyaşlı uşaq vardır. İlk dəfədir ki, cinayət əməli törədir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanmasını təmin edir. X1 bir müddət əvvəl narkotiklə bağlı tutulduğu üçün hazırda həbsdədir. Fikrət tək yaşadığı üçün hazırda ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə də o, nəzarət edir. Həmin evi 2021 -ci İlin iyun ayında Balakən rayon sakini Asif adlı şəxsə kirayə vermişdir. Həmin vaxtdan etibarən də o, evə gəlib getməmişdir. 17 avqust 2021-ci il tarixdə Asif adlı şəxslə telefonla danışdıqda Bakı şəhərində olduğunü bildirmişdir. Bundan sonra 22 avqust 2021-ci il tarixdə o, evə baş çəkmək üçün getmişdir. Evin həyətinə və içərisinə baxdıqda bütün əşyalar yerində olmuşdur. 26 avqust 2021 -ci il tarixdə saat təxminən 21 radələrində hazırda xatırlamadığı şəxs ona zəng edərək, Fikrətə məxsus evdən səs gəldiyini bildirmişdir. O da nə olmasına baxmaq üçün evə gəlmişdir. Evin qarşısına çatdığı zaman küçədə VAZ 21074 markalı avtomaşının dayandığını, üzərində olan baqaj hissəyə də lambirin yığıldığını və həyətin giriş qapısının kimsə tərəfindən bağlandığını görmüşdür. O, ilk öncə kirayəçi olan Asifin olacağını düşünmüşdür. Lakin yaxınlaşdıqda tanımadığı şəxsin olduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşıb nə etməsini soruşmaq istədikdə, o, qulağına telefon tutub oradan qaçaraq uzaqlaşmışdır. Bu zaman küçədə dayanan maşının sürücüsünə yaxınlaşıb nə etdikərini soruşduqda, sürücü taksi kimi həmin yerə gəldiyini, özünün də tanımadığı şəxs tərəfindən plastik daşınması üçün dəvət edildiyini bildirmişdir. Bundan sonra o, həmin sürücüylə birlikdə evə daxil olmuş və evin içərisində lambirinlərin söküldüyünü, ətrafın toz olduğunu, eyni zamanda mətbəx otağından 01 ədəd 100 manat dəyərində soyuducunun, 01 ədəd 120 manat dəyərində suqızdırıcı cihazın, hamam otağında olan 01 ədəd 50 manat dəyərində hamamın duş dəstinin, həyətdəki su çəninin yanında olan 01 ədəd 80 manat dəyərində su motorunun, qonaq otağında olan 01 ədəd 50 manat dəyərində dəmir metaldan kustar üsulla hazırlanmış istilik sobasının, yataq otağında olan 01 ədəd 20 manat dəyərində paltar asılqanın, 01 ədəd 60 manat dəyərində Boosch markalı paltar ütüsünün və 01 ədəd 20 manat dəyərində Devecioğlu markalı ütü masasının oğurlandığını bilmişdir. Daha sonra bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş, həmin yerə gəlmiş polis əməkdaşları müvafiq sənədləşmə işlərini aparmışlar. Qardaşı Fikrətə məxsus yaşayış evi faktiki olaraq ona məxsusdur. Çünki qardaşı Fikrət tutulub həbsə getdiyi zaman aralarında razılaşma olmuşdur ki, Fikrətə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik və nəzarət etsin. Eyni zamanda həmin evin içərisində olan əşyalar və ümumilikdə bütün ev, evin həyətyanı sahəsi və içərisində olan əmlakdan istifadə edərək, həmin əmlaka tam sahiblik ona aid olmuşdur. Yəni həmin evi kirayəyə verdiyi üçün oradan götürdüyü xeyir ona aiddir, həmin evə hər hansı bir zərər dəydiyində də həmin zərər ona aid olmalıdır. Onların arasında olan razılaşmaya əsasən Fikrət həbsdən çıxanadək fərdi yaşayış evi tam olaraq onun mülkiyyətinə keçməklə faktiki sahibliyindədir. Həmin evə dəymiş ziyana görə də qardaşı Fikrətin qarşısında cavabdehdir. Buna görə də ünvan 2 ünvanında yerləşən hazırda faktiki olaraq onun sahibliyində olan fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsi ilə bağlı onu zərərçəkmiş şəxs kimi tanımağını xahiş etmişdir. X11 məxsus onun nəzarət etdiyi yaşayış evindən oğurluq edən şəxsin kim olmasını o, bilməmişdir. 26 avqust 2021-ci il tarixdə saat təxminən 21 radələrində nəzarət etdiyi qardaşı Fikrətə məxsus evdən səs gəldiyini bildirdikləri üçün həmin evə getdikdə evin qarşısında VAZ 21074 markalı avtomaşının dayandığını və üzərində olan baqaj hissəyə də lambirinin yığıldığını görmüşdür. Sonradan isə həmin lambirinləri Təqsirləndirilən şəxs yaşayış evinin tavan hissəsindən sökərək götürdüyünü və Abuzər adlı səxsin avtomaşınına yüklədiyini bilmişdir. Lakin həmin vaxt konkret olaraq hansı miqdarda lambirinin oğurlanmasını bilməmişdir. Sonradan bildiyi Ələsgərin oğurlamış olduğu 7 ədəd 60 sm, 3 ədəd 70 sm, 7 ədəd 1 metr, 14 ədəd 1 metr 80 sm və 9 ədəd 2 metr 50 sm uzunluqda, 25 sm enində və 8 mm qalınlığında olan ağ naxışlı lambirinlər təxminən 40 manat dəyərindədir. Hazırda ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən könüllü şəkildə tam olaraq ona ödənilmiş və onunla barışıq əldə edilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Bu halların Təqsirləndirilən şəxs cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq, ailəsini dolandırır, dəmir alqısatqısı ilə məşğul olur. Təxminən 10 ildir ki, Balakən rayon ərazisində dəmir və metallolom üçün köhnə əşyaların alışı ilə məşğul olur. Müxtəlif şəxslərdən dəmir və yararsız halda olan əşyaları alaraq, metalloloma satır. 24 avqust 2021-cİ il tarixdə sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs yaşadığı evə gələrək, köhnəlmiş alt hissəsi də çürümüş vəziyyətdə olan bir ədəd soyuducu və 01 ədəd hamam üçün olan duş dəstini satdığını demişdir. O da metallolom üçün dəmir aldığından həmin soyuducu və duş dəstininin də köhnə, yəni metalloloma yaralı olduğundan Ələsgərlə razılaşaraq, 16 manata almışdır. Həmin vaxt o, Ələsgərdən həmin əşyaların nə olmasını soruşmamışdır. Çünki o, uzun müddətdir ki, dəmir alqı-satqısı etdiyi üçün onun yanına çoxlu sayda şəxslər dəmir və digər metallolom üçün əşyalar gətirib satır. Bir gün sonra, yəni 25 avqust 2021 -ci il tarixdə saat təxminən saat 17-18 radələrində Ələsgər adlı şəxs yenidən yaşadığı evə gəlmiş, həmin vaxt da köhnəlmiş vəziyyətdə olan 01 ədəd su motorunu, 01 ədəd qazla işləyən Ceyran adlı istilik sobasını, 01 ədəd su qızdırıcısını və 01 ədəd paltar asmaq üçün asılqanı gətirib həmin əşyaları da metallolom kimi satmaq istədiyini bildirmişdir, O da Ələsgərlə razılaşıb həmin əşyaları 30-35 manat müqabilində ala biləcəyini demişdir. Ələsgər də onunla razılaşaraq, həmin əşyaları ona satmışdır, Bundan sonra isə oradan çıxıb getmişdir. Sonradan isə Təqsirləndirilən şəxs ona satmış olduğu həmin əşyaların oğurluq olduğunu bilmişdir. Təqsirləndirilən şəxs ona satmış olduğu əşyaları müxtəlif şəxslərə məxsus taksilərlə gətirmişdir. Lakin o, həmin taksilərin kimlərə məxsus olmasına fikir verməmişdir. Onun yanına gün ərzində çoxlu sayda insanlar və müxtəlif maşınlar gəlib-getdiyi üçün həmin şəxslərin kim olmalarına çox hallarda fikir vermir. Həmçinin Təqsirləndirilən şəxs almış olduğu əşyaları metallolom halına saldığı üçün həmin əşyaları təqdim edə bilmir. Çünki həmin əşyalar yaşadığı evin həyətində geniş yer tutduğu üçün o, Ələsgərdən və digər şəxslərdən almış olduğu əşyaları alan kimi metallolom edərək, Bakı şəhərində dəmir alan zavodlara yola salır. Həmçinin də Təqsirləndirilən şəxs ona satmış olduğu əşyaların özünə məxsus olduğunu bildirərək satdığı üçün o, həmin əşyaların oğurluq olmasını düşünməmişdir. Ələsgər kimi bir çox şəxs yaşadığı evə gəlib dəmir və ya əşyalar gətirib metallolom üçün satır, həmin əşyalar da köhnə olduğundan, eyni zamanda həmin əşyaları gətirən şəxslər gətirdiklərinin özlərinə məxsus olduğunu bildirdikləri üçün o, həmin şəxslərin gətirdiyi dəmiri və əşyaları alır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq, ailəsinin dolanmasını təmin edir. Özünə məxsus VAZ 21074 markalı **-BG-*** dövlət nömrə nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. 26 avqust 2021 -ci il tarixdə axşam saat təxminən 21 radələrində idarə etdiyi avtomaşına yancaq doldurmaq məqsədilə Balakən şəhəri ərazisində yerləşən MMOİL yanacaqdoldurma məntəqəsinə gəlmişdir. Həmin vaxt adının sonradan Ələsgər olduğunu bildiyi şəxs ona yaxınlaşaraq, maşının boş olub-olmadığını soruşmuşdur. O da maşının boş olduğunu bildirdikdə, Ələsgər Balakən şəhəri ərazisində yerləşən evdən götürəcək əşyalarının olduğunu söyləmişdir. O da Ələsgərlə razılaşaraq, Balakən şəhəri ərazisində yerləşən Ələsgərin göstərdiyi evin qarşısına getmişdir. Həmin yerə çatdıqda Ələsgər açarla evin giriş qapısını açmış və içəri daxil olmuşdur. Sonra Təqsirləndirilən şəxs evin həyətindən lambirinlər gətirərək, maşının üzərindəki baqaj hissəyə yığmağa başlamışdır. Bir xeyli lambirin yığdıqdan sonra həmin yerə VAZ 21099 markalı avtomaşınla adının sonradan Ramiz olduğunu bildiyi şəxs yaxınlaşaraq, avtomaşını saxlamışdır. Ramiz ondan nə etdiyini soruşduqda, cavabında ev sahibinin evdən lambirinlər götürərək, maşına yüklədiyini bildirmişdir. Ramiz həmin şəxsin kim olduğunu, ev sahibinin özünün olduğunu ona dedikdə o, ev sahibinin içəridə olduğunu bildirmişdir. Elə bu zaman Ələsgər evdən çıxaraq, qaçıb oradan uzaqlaşaraq getmişdir. Bundan sonra isə Ramiz həmin şəxsin oğru olduğunu və evdən oğurluq etdiyini bildirmişdir. O da bir daha həmin şəxsi tanımadığını və onu taksi kimi həmin yerə gətirdiyini demişdir. Bundan sonra isə Ramiz DİN-in 102 xidmətinə zəng edərək, evdən oğurluq olması ilə bağlı məlumat vermişdir. Ələsgərə maşının boş olduğunu bildirdikdə, Ələsgər ona Balakən şəhəri ərazisində yerləşən evdən götürəcək əşyalarının olduğunu bildirmişdir. O da Ələsgərlə razılaşaraq, Balakən şəhəri ərazisində yerləşən onun göstərdiyi evin qarşısına getmişdir. Həmin yerə çatdıqda isə Ələsgər açarla evin giriş qapısını açmış və içəri daxil olmuşdur. Sonra isə evin həyətindən lambirinlər gətirərək, maşının üzərindəki baqaj hissəyə yığmağa başlamışdır. Yəni həmin vaxt Ələsgər evin giriş qapısını açarla açdığı və ona özünə məxsus ev olduğunu bildirdiyi üçün Ələsgərin oğurluq etməsi ilə bağlı şübhələri yaranmamışdır. Həmçinin Ələsgərin əvvəlcədən oğurluq etməsi ilə bağlı onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2 ildir ki, Balakən şəhəri H.Əliyev prospektində yerləşən işlənmiş ev əşyalarının alqı-satqısı mağazasını Zaqatala rayon sakini X14 ilə birlikdə işlədir. Rayon sakinlərindən işlənmiş ev əşyalarını alaraq, daha sonra müəyyən qədər xeyir qalması şərtilə digər vətəndaşlara satışını edirlər. 25 avqust 2021-ci il tarixdə axşam saatlarında sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs işlətdiyi mağazaya gəlmiş, həmin vaxt ondan işlənmiş ev əşyaları olduğunu və köhnə olduğu üçün satmaq üçün gətirmək istədiyini bildirmişdir. O da əşyalara baxaraq alıb-almayacağını demişdir. Həmçinin həmin əşyaların özünə məxsus olub olmadığını soruşmuş, Ələsgər də özünə məxsus olduğunu bildirmişdir. Buna görə də Ələsgərlə razılaşraq əşyalara baxıb ala biləcəyini demişdir. Təxminən bir müddət sonra isə tanımadığı şəxsə məxsus avtomaşınla işlətdiyi mağazanın qarşısına gəlmiş, o, avtomaşına yaxınlaşdıqda soyuducunu aşağı salaraq mağazaya gətirmişdir. Daha sonra o, soyuducuya baxdıqda köhnə olduğu üçün kiməsə sata bilməyəcəyini deyərək, geriyə qaytarmışdır. Həmin vaxt Ələsgər ona bir ədəd ütü və bir ədəd ütü masasını da satmaq istdədiyini bildirərək, bu məqsədlə işlətdiyi mağazaya gətirmişdir. O, həmin əşyalara da baxaraq, köhnə olduqları üçün sata bilməyəcəyini demişdir, Bu zaman Ələsgər ona qalsın deyə sonra gəlib götürəcəyini demişdir. Həmçinin ondan əşyaları gətirmiş olduğu taksiyə vermək üçün 2 manat məbləğində pul istəmişdir. O da Ələsgərə 2 manat pul vermişir. Bundan sonra Ələsgər oradan çıxıb getmişdir. Təxminən bir gün sonra isə Balakən Rayon Polis Şöbəsinin əməkdaşlar gələrək, ona Təqsirləndirilən şəxs fotoşəklini göstərərək, tanıyıb-tanımadığını soruşmuşlar. O da polis əməkdaşlarına bir daha həmin şəxsin mağazaya gəldiyini və bir ədəd ütü ilə bir ədəd ütü masasını mağazada qoyaraq getdiyini bildirmişdir. Bundan sonra isə polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. O, Ələsgərdən əşyaları götürən zaman şəriki olan Taleh mağazada olmamışdır. Sonradan Taleh mağazaya gəldikdə o, həmin əşyaların Ələsgər tərəfindən qoyulduğunu bildirmişdir. 2 İldir ki, Balakən şəhəri H.Əliyev prospektində yerləşən işlənmiş ev əşyalarının alqı satqısı mağazasını Zaqatala rayon sakini X14 ilə birlikdə işlədir. Həmin mağazaya da işlənmiş ev əşyaları satmaq üçün bir çox şəxs gəlib-gedir. Mağazaya gələn şəxslər də mağazada işlənmiş ev əşyalarının alınıb satıldığını bilir. Buna görə də oraya gələn şəxslərin demək olar ki, hamısı özünə məxsus əşyaları satmaq və ya özünə əşya almaq üçün gələnlərdir. Eyni zamanda o, Ələsgərdən də əşyaların kimə məxsus olduğunu soruşduqda özünə məxsus olduğunu bildirmişdir. Sonradan isə Təqsirləndirilən şəxs həmin əşyaları oğurladığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 27 avqust 2021 -ci il tarixdə Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Balakən RPŞ-yə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə həmin gün saat təxminən 21 radələrində Təqsirləndirilən şəxs Balakən şəhəri ərazisində saxlanılaraq RPŞ-yə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə RPŞ-nin rəhbərliyinə tərəfindən raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs də əynindəki şalvarın sağ yan cibindən 1 ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kağız bükümdəkinin narkotik vasitə olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd sellofan torbanın içərisindən üzərində "Kent boringer lemon sait" yazısı olan qablaşdırılmış bükümün içərisinə baxış keçirildikdə, bükümün içərisində ağ kristallik maddələrdən ibarət limon duzuna oxşar maddənin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz saxlanılan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm elektron tərəzidə çəkildikdə kağız bükümlə birlikdə çəkisi 1,41 qram olmuşdur. Daha sonra bir ədəd kağız bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə və 01 ədəd sellofan torbanın içərisindəki 01 ədəd üzərində "Kent boringer lemon salf' yazısı olan kağız büküm bir ədəd ağ rəngli kağız zərfə qoyulub qabılaşdırılaraq, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmişdir. Üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Daha sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş və ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid4 da Şahid5 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan 26 avqust 2021-ci il tarixli baxış və götürülmə keçirilməsi barədə protokoldan görünür ki, 26.08.2021-ci il tarixdə Balakən şəhər sakini Zərərçəkmiş şəxs nəzarət etdiyi X1na məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsi ilə bağlı həmin gün saat saatr 22:10-dan 23:10-dək olan müddət ərzində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, baxış zamanı Zərərçəkmiş şəxs 2 otaqdan ibarət evdə oğurluq olduğunu bildirmişdir. Qeyd olunan yaşayış evi 2 otaq, 1 mətbəx, 1 hamamdan ibarət olmaqla 1 mərtəbəli və 0,3 ha həyətyanı torpaq sahəsində yerləşir. Zərərçəkmiş şəxs nəzarət etdiyi qardaşının evinin yol qapısından içəri daxil olduqda evin böyründə su hovuzunun yanında qoyduğu su motorunun oğurlandığını bildirmişdir. Evin içərisinə daxil olduqda evin mətbəxindən 1 ədəd köhnə rus istehsalı olan soyuducunun oğurlandığını, evin hamamından duş və krant su sisteminin oğurlandığını, evin mətbəxindən 1 ədəd 20 litrlik su qızdırıcısının, evin otağından 1 ədəd ütü və ütü altlığının, 1 ədəd paltar asmaq üçün asılqanın oğurlandığını bildirmişdir. Evin yol qapısının yanında dayanmış VAZ 2107 markalı **-BD-*** dövlət qediyyat nişanlı avtomaşının yük yerinə və başqa hissəsinə qoyulmuş plastikləri göstərmişdir. Baxış axşam vaxtı keçirilmişdir. Fotoşəkillər çəkilmiş və həmin fotoşəkillər baxış protokoluna əlavə olunmuşdur. Baxış zamanı hal şahidləri və iştirakçıların müraciəti və vəsatəti daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 27 avqust 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, 27.08.2021 -ci il tarixdə Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutularaq, həmin gün saat 21:45-dən 21:15-dək olan müddətdə onun üzərində şəxsi axtarış aparılan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində qara rəngli cins şalvar, qara rənli ayaqqabı və ağ rəngli köynək olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs də Bakı şəhərindən tapdığı 1 ədəd gümüşü rəngli bükümü əynində olan cins şalvarın sağ yan cibindən çıxararaq, təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan torba da çıxararaq, təqdim etmişdir. Gümüşü rəngli kağız bükümün içərisinə baxış keçirilən zaman tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 1,41 qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs sol yan cibindən çıxararaq, təqdim etdiyi sellofan torbaya baxış keçirilmiş, həmin sellofan torbada 1 ədəd üzərində "Kent boringer lemon sait" yazısı olan limon duzu olan qablaşdırılmış büküm aşkar edilmişdir. Hər iki maddi sübut 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış, möhürlənib maddi sübut kimi götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs sol yan cibindən 1 ədəd 20 qəpiklik pul aşkar edilmişdir. Şəxsi axtarış Panasonic HD markalı videokamera vasitəsi ilə görüntülənmiş və həmin görüntülər 1 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Tərtib olunmuş protokol iştirakçılara oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmadığından doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 28.08.2021-ci il tarixli 17/634 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd..." sözləri və imzalar yazılmıs zərfin içərisindəki 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi- 1,410 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin zərfin içərisindəki 01 (bir) ədəd polietilen paketdə, təmiz çəkisi- 7,154 qram olan maddə narkotik vasitələrə aid deyildir. Qeyd: 1) Heroinin təmiz çəkisi -1,410 qrram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,360 qram. Ekspertiza tədqiqatının dəyəri 69,10 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 16 oktyabr 2021 -ci il tarixli 1247 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 oktyabr 2021 ci il tarixli 9/6731 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən malların (təqdim edilməyən mallar orta istismar müddəti və orta istismar parametrlərinə uyğun olaraq nəzəri qaydada) istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin avqust ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 412,00(332+80) manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdə saat 21.30-da şübhəli şəxs qismində tutulmuş, Balakən Rayon Məhkəməsinin 29.08.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.3-cü maddələrilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Balakən rayon X9 Hüquqi Şəxsinin 02.09.2021-ci il tarixli 229 nömrəli arayışından görünür ki, Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs Balakən MRX-nın poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 13.09.2021-ci il tarixli, 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarından həmçinin görünür ki, 05.11.2010-cu il tarixdə doğulmuş X6, 14.08.2014-cü il tarixdə doğulmuş X4, 30.09.2015-ci il tarixdə doğulmuş X7 və 11.05.2017-ci il tarixdə doğulmuş X5 olmaqla Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşaq vardır. İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkilişin əks olunduğu 01 ədəd DVD diski sübut növü kimi tanınmış, ibtidai istintaq zamanı əldə edilərək götürülmüş 01 ədəd Boosch markalı ütü, 01 ədəd Devecioğlu markalı ütü masası, 7 ədəd 60 sm, 3 ədəd 70 sm, 7 ədəd 1 metr, 14 ədəd 1 metr 80 sm və 9 ədəd 2 metr 50 sm uzunluqda, 25 sm enində və 8 mm qalınlığında olan üzəri naxışlı lambirinlər maddi sübut kimi tanınaraq saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmış, Təqsirləndirilən şəxs şəxsi axtış zamanı götürülmüş 1,410 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,360 qramı və 1 ədəd üzərində “Kent boringer lemon salt” yazısı olan qablaşdırılmış büküm maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına verilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs Balakən Rayon Məhkəməsinə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 540 manat maddi ziyan ödənilmişdir, ondan heç bir tələb və şikayəti yoxdur. Bu halın nəzərə alınmasını xahiş edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan vaxtda, yerdə, şəraitdə və üsulla qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və qəsdən, qanunsuz olaraq, saxlanc yerinə daxil olmaqla, vahid tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.3-cü maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixtrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində isə oğurluğun, yəni özgənin əmlakını gizli olaraq talamanın yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-ci maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qanun normalarının tələbinə əsasən himayəsində dörd azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun 27 avqust 2021-ci il tarixdən hazırki hökmün çıxarıldığı günədək həbsdə saxlandığı müddət ona təyin olunan cəza müddətinə daxil edilməklə onun cəza çəkməsinin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 16 oktyabr 2021-ci il tarixli, 1247 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacının olmadığının və ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X9 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 119,10 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan 01 ədəd Boosch markalı ütü, 01 ədəd Devecioğlu markalı ütü masası, 7 ədəd 60 sm, 3 ədəd 70 sm, 7 ədəd 1 metr, 14 ədəd 1 metr 80 sm və 9 ədəd 2 metr 50 sm uzunluqda, 25 sm enində və 8 mm qalınlığında olan üzəri naxışlı lambirinlər onların sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs şəxsi axtış zamanı götürülmüş 1,410 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,360 qramı və 1 ədəd üzərində “Kent boringer lemon salt” yazısı olan qablaşdırılmış büküm məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkilişin əks olunduğu 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə onu da diqqətə çatdırır ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll etdiyindən Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablansın; Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X9 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 119,10 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan 01 ədəd Boosch markalı ütü, 01 ədəd Devecioğlu markalı ütü masası, 7 ədəd 60 sm, 3 ədəd 70 sm, 7 ədəd 1 metr, 14 ədəd 1 metr 80 sm və 9 ədəd 2 metr 50 sm uzunluqda, 25 sm enində və 8 mm qalınlığında olan üzəri naxışlı lambirinlər onların sahibi Zərərçəkmiş şəxs qaytarılsın; Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs şəxsi axtış zamanı götürülmüş 1,410 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,360 qramı və 1 ədəd üzərində “Kent boringer lemon salt” yazısı olan qablaşdırılmış büküm məhv edilsin; Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkilişin əks olunduğu 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zamin Tahirov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar