Məhkəmə qərarları › İş №1(019)-10/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-10/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-10/2023 11.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri- Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi4 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə xx.xx.1974-cü il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 2 ünvanda daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə və xx.xx.1974-cü il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1 və 234.2-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 17 aprel 2022-ci il tarixdə günortadan sonra Balakən şəhəri “Qabaqçöl avtovağzalı” adlanan ərazidə Balakən şəhəri T.Musayev küçəsi ev 13 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 vasitəsilə tanımadığı Təqsirləndirilən şəxs3 50 (əlli) manat pul müqabilində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusuna doldurulmuş təmiz çəkisi 12,50 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı alaraq əldə edib həmin narkotik vasitənin bir hissəsini, yəni 5,32 qramını bir ədəd salfet kağızına büküb sol ayağındakı corabın içinə, digər hissəsini, yəni 7,18 qramını isə 01 ədəd kibrit qutusunda əynindəki gödəkçəsinin sağ yan cibinə qoymaqla daşıyaraq şəxsi istehlakı məqsədi ilə üzərində saxlamışdır. 17 aprel 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Layıcov X4 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 19:45-dən 20:20dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istehlakı məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,18 qram olan və 01 ədəd salfet kağızı bükümündə təmiz çəkisi 5,32 qram olan, ümumi təmiz çəkiləri 12,50 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuanalar müvafiq olaraq əynindəki gödəkçəsinin sağ yan cibindən və sol ayağındakı corabın içindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə tanışı olan Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 öz istifadəsindən ötrü narkotik vasitə əldə etmək üçün ona verdiyi 50 manat pulun müqabilində Balakən rayonu Qullar kənd sakini olan tanışı Təqsirləndirilən şəxs3 Balakən şəhəri «Qabaqçöl avtovağzalı» adlı ərazisində həmin gün günortadan sonra qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd kibrit qutusunda 12,50 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 vermək məqsədi ilə alıb əldə edərək daşıyıb üzərində saxlamış, həmin narkotik vasitəni 17 aprel 2022-ci il tarixdə günortadan sonra Balakən şəhəri «Qabaqçöl avtovağzalı» adlı ərazisində Təqsirləndirilən şəxs1 vermişdir. 17 aprel 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Balakən şəhəri Ə.Əfəndiyev küçəsi ev 27 ünvanında qeydiyyatda olan və yaşayan Layıcov X4 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 19:45-dən 20:20-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq 50 manat pul müqabilində alıb Təqsirləndirilən şəxs1 verdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 12,50 qram çəkidə qurudulmuş marixuana onun üzərindən aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma, saxlama və qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma, saxlama və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, 2021-ci ilin may ayının ortalarında Balakən rayonu Qullar kəndinin yanındakı meşəlik ərazidən tapdığı yabanı halda bitmiş 01 (bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən 01 (bir) ədəd toxumu yığıb yaşadığı Balakən rayonu Qullar kəndində yerləşən evinə gətirib 2021-ci ilin may ayında həmin toxumu Balakən rayonu Qullar kəndində yerləşən evinin həyətyanı torpaq sahəsinin bağ tərəfində bir ədəd dibçəkdə əkərək həmin toxumdan cücərmiş 01 (bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 2021-ci ilin iyul ayında həmin 01 (bir) ədəd çətənə (kannabis) bitkisinin üzərindən yararlı hissələrini toplayıb qurutmaqla qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə ümumi təmiz çəkisi 42,99 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib bir ədəd sellofan torbaya doldurub üzərində daşıyaraq saxlamış, 17 aprel 2022-ci il tarixdə günortadan sonra üzərində saxladığı həmin marixuananın 12,50 qramını bir ədəd kibrit qutusuna doldurub Balakən şəhərində “Qabaqçöl avtovağzalı” adlandırılan ərazidə Balakən şəhəri T.Musayev küçəsi ev 13 ünvanında qeydiyyatda olan və yaşayan tanışı Təqsirləndirilən şəxs2 50 (əlli) manata satmış, qalan hissəsini, yəni çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda- 30,49 qram olan bir ədəd sellofan torbadakı kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı isə satış məqsədi olmadan qəsdən, qanunsuz olaraq əynindəki gödəkçəsinin sol içəri yan cibinə qoymaqla daşıyaraq şəxsi istehlakı məqsədi ilə üzərində saxlamışdır. 17 aprel 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Balakən şəhəri Ə.Əfəndiyev küçəsi ev 27 ünvanında qeydiyyatda olan və yaşayan Layıcov X4 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 19:45-dən 20:20-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən onun Təqsirləndirilən şəxs2 50 manat pul müqabilində satdığı 12,50 qram çəkidə qurudulmuş marixuana Təqsirləndirilən şəxs1 üzərindən, tədbirlərin davamı olaraq 17 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 Balakən RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 23:00-dan 23:30-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istehlakı məqsədi ilə əldə edib daşıyaraq bir ədəd sellofan torbada üzərində saxladığı təmiz çəkisi 30,49 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuana əynindəki gödəkçəsinin sol içəri yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2010-cu ildə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilmişdir. Psixi xəstəliklər keçirməmişdir. Balakən şəhəri Ə.Əfəndiyev küçəsi ev 27 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 3-4 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Balakən şəhər sakini olan Təqsirləndirilən şəxs2 tanıyır və onunla aralarında normal münasibətləri vardır. Ceyhun hazırda Balakən şəhəri ərazisində yerləşən «Qabaqçöl vağzalı» adlanan ərazidə çayxana işlədir. xx.xx.2022-ci il tarixdə günorta saatlarından sonra yaşadığı evdən çıxıb Ceyhunun işlətdiyi çayxanaya tərəf getmişdir. Narkotik vasitənin vaxtı çatdığından özünü narahat hiss etmiş, çayxanaya getməkdə də məqsədi Ceyhundan ona narkotik vasitə tapmasını xahiş etmək olmuşdur. Əvvəllər Ceyhundan narkotik vasitə istəməsə də, normal münasibətləri olduğundan və çayxana işlətdiyindən, tanışlarının çox olduğunu hesab etdiyindən ondan belə bir xahişi etmək qərarına gəlmişdir. Çayxanada Ceyhunla söhbət əsnasında ondan özünə çəkmək üçün narkotik vasitə təşkil etməsini xahiş etmişdir. Ceyhun da onunla razılaşaraq bir ədəd kibrit qutusunda ona narkotik vasitə olan qurudulmuş marixuana tapacağına söz vermiş və əvəzində ondan 50 manat pul istəmişdir. Ceyhunla razılaşmış və ona 50 manat pulu vermişdir. Ceyhun pulu götürdükdən sonra ona yarım saatdan yaxınlaşmağını bildirmiş, lakin narkotik vasitəni necə və kimdən əldə edəcəyini ona bildirməmiş, o da bu barədə maraqlanmamışdır. Ceyhunla razılaşdıqdan sonra çayxanadan çıxıb bir müddət rayon ərazisində gəzmişdir. Təxminən yarım saat sonra Ceyhunun yanına gedəndə çayxananın çöl tərəfində Ceyhun ona yaxınlaşıb 01 ədəd kibrit qutusunda qurudulmuş marixuananı vermişdir. Ceyhundan ayrıldıqdan sonra həmin 01 ədəd kibrit qutusu ağzına qədər dolu olduğundan onun üzərindən bir hissəsini salfet kağızının üzərinə boşaldıb özü istifadə etmək məqsədi ilə büküb sol ayağına geydiyi corabının içinə qoymuşdur. 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı isə əynindəki gödəkçənin sağ yan cibinə qoyub saxlamışdır. Həmin gün bir müddət sonra şəhər ərazisində olduğu zaman 2 nəfər mülki paltarda olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək polis şöbəsinə dəvət etmişlər. Onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçı üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulduğunu bildirmiş və ona təqdim olunmuş vəkillər siyahısından dövlət hesabına hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlayarkən təhqiqatçı ona üzərində hər hansı narkotik vasitə və ya qanunsuz saxladığı əşya varsa təqdim etməyini təklif etmişdir. Ceyhunun ona verdiyi və əynindəki gödəkçənin sağ yan cibində bir ədəd kibrit qutusunda və sol ayağındakı corabın içində bir ədəd salfet kağızı bükümündə gizlədib saxladığı narkotik vasitə olan qurudulmuş marixuanaları çıxarıb təqdim etmişdir. Təqdim etdiyi içərisində narkotik vasitə-qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusu təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən çəkisi 10,25 qram təşkil etmişdir. Corabının içindən çıxarıb təqdim etdiyi bir ədəd salfet kağızı bükümündə olan narkotik vasitə-qurudulmuş marixuana salfet kağızı ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə çəkisi 7,04 qram təşkil etmişdir. Həm kibrit qutusu, həm də salfet kağızı bükümü içərilərindəki narkotik vasitə ilə birlikdə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış polis əməkdaşı tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1 iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM X18 tərəfindən verilmiş ekspert rəyi ilə tanış olduğum zaman ona məlum olmuşdur ki, üzərindən 01 ədəd kibrit qutusunda aşkarlanmış kütlə təmiz çəkisi 7,18 qram olan və salfet kağızı bükümündə aşkarlanmış kütlə isə təmiz çəkisi 5,32 qram olan, ümumi təmiz çəkiləri 12,50 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmçinin ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs3 üzərindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 30,49 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmçinin üzərindəki salfet kağızı bükümündəki, 01 ədəd kibrit qutusundakı və Təqsirləndirilən şəxs3 üzərindən aşkarlanmış bir ədəd sellofan bükümdəki narkotik vasitə-qurudulmuş marixuanaların tərkiblərinə görə eyni olduqları da ona aydın olmuşdur. Ekspert rəyi ona mahiyyəti üzrə izah olunmuşdur, aydındır, ekspert rəyi ilə razıdır. Təqsirləndirilən şəxs2 yanına çayxanaya gedib ondan narkotik vasitə-qurudulmuş marixuana tapmağını xahiş etdiyi zaman Ceyhun ona 50 manat pula narkotik vasitəni tapa biləcəyini dediyinə görə o da Ceyhuna əvvəlcədən çıxarıb 50 manat pulu vermişdir. Həmin pulun müqabilində də Ceyhun ona 01 ədəd kibrit qutusunda narkotik vasitəni alıb gətirmişdir. Sonradan Ceyhuna pul verməmişdir. Təqsirləndirilən şəxs2 50 manat pul müqabilində narkotik vasitəni kimdən alıb ona gətirəcəyi barədə məlumatı olmamışdır. Ceyhun ona narkotik vasitəni kimdən əldə edəcəyini deməmişdir. Sadəcə 50 manat müqabilində təşkil edəcəyini demişdir. Nə pulu verdiyi zaman, nə dəki Ceyhun ona 01 ədəd kibrit qutusunda narkotik vasitəni təqdim etdiyi zaman həmin narkotiki kimdən əldə etdiyini deməmişdir. Özü də Ceyhundan bu barədə soruşmamışdır. Ceyhundan ilk dəfə narkotik vasitə almışdır. Əvvəllər ondan heç vaxt narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs2 50 manat pul müqabilində özünün dediyinə görə başqa tanımadığı şəxsdən alıb ona 01 ədəd kibrit qutusunda narkotik vasitə-qurudulmuş marixuana vermişdir. Təqsirləndirilən şəxs2 ona verdiyi 50 manat pul müqabilində tanımadığı şəxsdən bir ədəd kibrit qutusunda aldığı narkotik vasitəqurudulmuş marixuananı ona verdikdən sonra Ceyhundan ayrılmışdır. İkisi birlikdə həmin narkotik vasitədən istifadə etməmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan heç kimə pay verməmişdir. Özü də istifadə etməmişdir. Hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə saxlamır. Üzərində narkotik vasitə daşıyıb saxlamağı barədə heç kimin məlumatı olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək məqsədi ilə saxlamışdır. Himayəsində 2 azyaşlı uşağı vardır. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Balakən şəhəri T.Musayev küçəsi ev 13 ünvanında 3 azyaşlı oğlu və atası ilə birlikdə yaşayır. Həyat yoldaşı 2018-ci ildə vəfat etmişdir. Bir neçə ildir ki, aradabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2022-ci ilin yanvar ayından etibarən Balakən şəhəri ərazisində yerləşən “Qabaqçöl vağzalı” adlanan ərazidəki çayxananı icarəyə götürüb işlədir. 1993-cü ildə Qarabağ döyüşlərində iştirak etdiyi zaman döyüş yoldaşı olan Qullar kənd sakini Təqsirləndirilən şəxs3 ilə uzun illərdir ki, yaxın tanışlıq münasibətləri davam edir. xx.xx.2022-ci il tarixdə günortadan sonra çayxanada olan zaman tanışı Təqsirləndirilən şəxs1 yanına gəlmişdir. Söhbət zamanı özü çəkmək üçün narkotik vasitə təşkil etməyini ondan xahiş etmişdir. Fərhada 50 manat pul müqabilində bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana təşkil edəcəyini bildirmişdir. Sonradan da həmin narkotik vasitənin yarısının pulunu, yəni pulu olsa 25 manatı verib narkotikin yarısını özünə götürəcəyini demişdir. Fərhad da onunla razılaşmışdır. Fərhada yarım saat gözləməyini deyib, Təqsirləndirilən şəxs3 zəng edib ondan özü üçün bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana istəmiş və gətirib gəlməyini xahiş etmişdir. Bir müddət sonra Yaşar gəldikdə ara yola girib Fərhadın verdiyi 50 manatı verib ondan bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Yaşardan narkotik vasitəni aldığı zaman ona həmin narkotik vasitəni hər hansı başqa bir şəxsdən ötrü aldığını deməmişdir. Narkotik vasitəni öz istifadəsi üçün aldığını bildirmişdir. Yaşar ondan pul götürmək istəməsə də, ona 50 manat pulu verib 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Yaşardan ayrıldıqdan sonra çayxananın qarşısında Fərhadla görüşüb ona həmin 01 ədəd kibrit qutusundakı narkotik vasitə-qurudulmuş marixuananı vermişdir. Sonra da Fərhad ayrılıb çıxıb evinə getmişdir. Axşam radələrində 2 nəfər polis əməkdaşı çayxanaya gəlib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı ona narkotik vasitə satmaqda şübhəli olduğunu bildirərək, təqdim edilmiş siyahıdan dövlət hesabına hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi3 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya və ya narkotik vasitə aşkarlanmamışdır. Şəxsi axtarış polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır. Protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi3 iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM X18 tərəfindən verilmiş ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərindən 01 ədəd kibrit qutusunda aşkarlanmış kütlə təmiz çəkisi 7,18 qram olan və salfet kağızı bükümündə aşkarlanmış kütlə isə təmiz çəkisi 5,32 qram olan, ümumi təmiz çəkiləri 12,50 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmçinin ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş kütlə 01 ədəd sellofan bükümdə təmiz çəkisi 30,49 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspert rəyi ona mahiyyəti üzrə izah olunmuşdur, aydındır, ekspert rəyi ilə razıdır. Tanışı olan Təqsirləndirilən şəxs1 özünə narkotik vasitə tapmağı ondan xahiş etdiyinə görə Fərhadın verdiyi 50 manat pulu Yaşara verib ondan 01 ədəd kibrit qutusunda narkotik vasitə alıb aldığı kimi də üzərindən götürüb istifadə etməyərək, Fərhada vermişdir. Məqsədi Fərhada kömək etmək olmuşdur. Başqa heç bir məqsədi olmamışdır. İlk dəfə Yaşardan narkotik vasitə almışdır. Əvvəllər Yaşardan və ya başqa bir şəxsdən narkotik vasitə almamışdır. Yaşara narkotik vasitəni öz istifadəsi üçün aldığını bildirmişdir. Başqa bir şəxs üçün aldığını deməmişdir. Yaşar əvvəl pulu ondan götürmək istəməmiş, lakin kreditinin olduğunu bilərək özü ona 50 manat pulu vermişdir. Fərhada narkotik vasitəni Yaşardan aldığını deməmişdir. Nə əvvəldən, nə də sonradan Fərhad ona verdiyi narkotik vasitəni aldığı şəxsin kim olduğunu bilməmişdir. Bu barədə Fərhada deməmişdir. Həmin narkotik vasitədən Fərhadla birlikdə və ya təklikdə istifadə etməmişdir. Himayəsində 3 azyaşlı uşaq vardır. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamış və psixi xəstəliklər keçirməmişdir. Balakən rayonu Qullar kəndində ailəsi ilə birlikdə yaşayır. 1993cü ildə 1-ci Qarabağ uğrundan gedən döyüşdə iştirak etdiyi vaxt Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Həmin vaxtdan etibarən də uzun illərdir ki, birbirini tanıyırlar və aralarında normal münasibətləri vardır. Özü arada narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2021-ci ilin may ayının ortalarında Balakən rayonu Qullar kəndinin yanındakı meşəlik ərazidə olan vaxt orada özü-özünə bitən 1 ədəd narkotik bitkisini görüb onun üzərində olan 1 ədəd toxumu götürüb evə gətirmişdir. Evinin yanında olan bağ sahəsinə gedib həmin 1 ədəd toxumu 1 ədəd dibçəkdə əkib qulluq etmişdir. Bir qədər keçəndən sonra həmin toxum cücərmiş və o vaxtaşırı gedib həmin bitkiyə qulluq etməyə başlamışdır. 2021-ci ilin iyul ayında həmin əkdiyi 1 ədəd narkotik bitkisinin üstündə olan narkotiki yığaraq sellofan torbanın üzərində sərib qurutmuş, daha sonra isə qurumuş olan narkotiki 1 ədəd sellofan torbaya bükərək üzərində gəzdirməyə başlamışdır. Həmin sellofan torbada olan narkotikdən bu günə kimi də istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə evdə olan vaxt Ceyhun ona zəng edərək, çəkmək üçün 1 kibrit qutusu dolu narkotik təşkil etməyini xahiş edib, əvəzində ona 50 manat verəcəyini demişdir. Əvvəlcə Ceyhuna narkotik vermək istəməsə də, daha sonra ona narkotik verəcəyini demişdir. Üzərində saxladığı sellofan bükümdə olan narkotikdən bir qismini 1 ədəd kibrit qutusuna doldurub özünə məxsus olan Mersedes markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Ceyhunun olduğu yerə, yəni Balakən şəhəri ərazisində yerləşən “Qabaqçöl Vağzalı” adlanan ərazinin yaxınlığındakı ara yola getmişdir. Orada Ceyhun ilə görüşüb ona 1 ədəd kibrit qutusu ilə dolu olan narkotiki vermiş, Ceyhun da əvəzində 50 manat pulu ona vermişdir. Pulu götürüb əynində olan cins şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra da oradan çıxıb evə getmişdir. Evə gedəndə sellofan torbada saxladığı narkotik əynində olan cins gödəkçəsinin sol içəri yan cibində olmuşdur. Evdə olan vaxtı çöldən onu çağıran səslər eşidib yola tərəf çıxmışdır. Yola çıxanda yolda onu 4-5 nəfər polis əməkdaşlarının gözlədiyini görmüşdür. Polislər ona özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. O da onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində şübhəli şəxs kimi tutularaq, vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi2 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan öncə ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmaması barədə sual verildikdə üzərində olan cins gödəkçəsinin sol içəri yan cibindən 1 ədəd sellofan torbada saxladığı narkotiki, həmçinin əynində olan cins şalvarının sağ yan cibindən Ceyhuna satdığı narkotikdən əldə etdiyi 1 ədəd 50 manat pulu çıxarıb təqdim etmişdir. Həmin sellofan torbada olan narkotik sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 34,07 qram təşkil etmişdir. Həmin sellofan torba 1 ədəd kağız zərfdə, 50 manatlıq pul əskinası isə ayrıca bir ədəd kağız zərfdə qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirən zaman başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır. Protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi2 iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM X18 tərəfindən verilmiş ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərindən 01 ədəd kibrit qutusunda aşkarlanmış kütlə təmiz çəkisi 7,18 qram olan və salfet kağızı bükümündə aşkarlanmış kütlə təmiz çəkisi 5,32 qram olan, ümumi təmiz çəkiləri 12,50 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmçinin ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, üzərindən aşkar olunmuş kütlə 01 ədəd sellofan bükümdə təmiz çəkisi 30,49 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanmış salfet kağızı bükümündəki, 01 ədəd kibrit qutusundakı və onun üzərindən aşkarlanmış bir ədəd sellofan bükümdəki narkotik vasitəqurudulmuş marixuanaların tərkiblərinə görə eyni olduqları da ona aydın olmuşdur. Ekspert rəyi ona mahiyyəti üzrə izah olunmuşdur, aydındır, ekspert rəyi ilə razıdır. Ceyhunu çoxdan tanıyır. Ceyhunun da arada narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bilmişdir. Ceyhun birinci dəfə idi ki, narkotik vasitə üçün ona müraciət etmişdi. Onun arada narkotik vasitədən istifadə etməsi barədə Ceyhunun da məlumatı olmuşdur. Ona görə də onda narkotik vasitə-qurudulmuş marixuana ola biləcəyini fikirləşdiyinə görə Ceyhun ona müraciət etmişdir. Ceyhun ondan 01 ədəd kibrit qutusunda narkotik vasitə-qurudulmuş marixuana istəyərək, bunun müqabilində ona 50 manat pul təklif etdikdə əvvəlcə Ceyhundan pul götürmək istəməmiş, lakin Ceyhun onun banka kredit borcunun olduğunu bildiyinə görə pulu verməkdə israr etmişdir. Pula ehtiyacı olduğuna görə Ceyhunun verdiyi 50 manat pul müqabilində 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı Ceyhuna satmışdır. Təqsirləndirilən şəxs2 ondan aldığı narkotik vasitəni özü istifadə etmək üçün aldığını ona bildirmişdir. Ceyhunun ondan aldığı narkotik vasitəni hər hansı başqa bir şəxsə verəcəyi ilə bağlı heç bir məlumatı olmamışdır. Bu barədə ona Ceyhun heç nə deməmişdir. Əvvəllər başqa heç bir şəxsə narkotik vasitə satmamışdır. Əvvəllər narkotik vasitələrin alqı-satqısı və yaxud da saxlanılması ilə məşğul olmamışdır. Hazırda heç bir yerdə narkotik vasitə saxlamır. Üzərindən aşkarlanmış 30,49 qram çəkidə olan narkotik vasitə-qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Himayəsində 2 azyaşlı uşaq vardır. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Balakən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyərkən xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması barədə Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 daxil olmuş məlumat barədə və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Təqsirləndirilən şəxs1 Şahid1 tərəfindən RPŞ-yə dəvət edilməsi barədə RPŞ rəisinə həmin tarixdə məruzə edilmişdir. xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində həmin gün saat 20 radələrində aparılmış şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Zaur Xəlilov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 və Balakən RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Şəxsi axtarış başlayarkən təhqiqatçı tərəfindən şübhəli şəxsə üzərində qanunsuz olaraq saxladığı əşya və ya predmet olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunu, sol ayağındakı corabın içərisindən isə bir ədəd salfet bükümünü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçının verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs1 həmin bir ədəd kibrit qutusunda və bir ədəd salfet bükümündəki kütlənin narkotik olduğunu, «Qabaqçöl vağzalı»nda Ceyhun adlı şəxsdən şəxsi istifadəsi üçün 50 manat pula aldığını bildirmişdir. 1 ədəd kibrit qutusu elektron tərəzidə çəkilərkən çəkisi 10,25 qram, salfet bükümün isə çəkisi 7,04 qram təşkil etmişdir. Həmin kütlələr bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya oxşar bitki kütləsini Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 aldığı müəyyən edildiyindən Təqsirləndirilən şəxs2 Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 tərəfindən Balakən RPŞ-yə gətirilmişdir. xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində həmin gün saat təxminən 22 radələrində aparılmış şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Zaur Xəlilov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən vəkil Müdafiəçi3, Balakən RPŞ-nin CABnin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 və Balakən RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satmış olduğu narkotik vasitə ilə bağlı sual verildikdə o, Fərhadın ona verdiyi 50 manat pul qarşılığında Qullar kənd sakini olan tanışı Yaşar adlı şəxsdən 1 ədəd kibrit qutusunda narkotik vasitə alaraq Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 Yaşar adlı şəxsdən aldığı narkotik vasitədən Təqsirləndirilən şəxs1 ilə birlikdə istifadə etdiyini də demişdir. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Hüsən ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3 üzərində həmin gün təxminən saat 23 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Zaur Xəlilov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs3 hüquqlarını müdafiə edən vəkil Müdafiəçi2, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Şəxsi axtarış başlayarkən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs3 üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet olub-olmaması barədə sual verildikdə o, əynində olan cins gödəkçənin sol içəri yan cibindən içərisində qurudulmuş marixuanaya oxşar kütlə ilə dolu olan sellofan torbanı çıxarıb təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs3 həmin kütlənin narkotik vasitə olduğunu, əvvəlki il yaşadığı evin həyətində əkdiyi bir ədəd narkotik bitkisinin üzərindən yığaraq əldə etdiyini, Təqsirləndirilən şəxs1 adlı şəxsi tanımadığını, Təqsirləndirilən şəxs2 tanıdığını, Ceyhun ondan şəxsi istifadəsi üçün narkotik vasitə istədiyinə görə həmin gün bir ədəd kibrit qutusuna narkotik vasitəni dolduraraq «Qabaqçöl vağzalı» adlı yerdə Ceyhuna 50 manat pula satdığını, həmin vaxtı orada Fərhad adlı şəxsin olmadığını bildirmişdir. Həmin sellofan torba bir ədəd elektron tərəzidə çəkilərkən çəkisi 34,07 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs3 Ceyhun adlı şəxsə 50 manat müqabilində sataraq əldə etdiyi 01 ədəd 50 manatlıq pul əskinasını da çıxarıb təqdim etmişdir. Sellofan torbada olan qurudulmuş marixuanaya oxşar kütlə sellofan torba ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq möhürlənib, qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3 təqdim etdiyi 01 ədəd 50 manatlıq pul əskinası 01 ədəd ağ rəngli ağız zərfə qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən başqa heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da Şahid3 Hüsən oğlunun ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid-hadisə baş verən vaxt Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili işləmiş, hazırda isə Quba RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 məhkəmə iclasına gəlməmiş və gətirilməmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Şahid1 verilən ittihamın həlli üçün yeganə və həlledici şahid deyildir. Həmçinin təqsirləndirilən şəxslər və onların müdafiəçiləri həmin şahidin ibtidai istintaqda verdiyi ifadəsi ilə tanış olmuş və bu ifadəyə hər hansı etiraz bildirməmiş, eyni zamanda həmin ifadənin təkzib edilməsi üçün hər hansı vəsatətlər verməmiş, onun dindirilməsi zamanı eyni şərtlər daxilində öz şahidlərinin çağrılıb dindirilməsini xahiş etməmiş, bu şahidin ifadəsində göstərdiyi halların təkzibi ilə bağlı hər hansı sübutlar təqdim etməmişlər. Həmçinin məhkəmədə ittiham və müdafiə tərəflərinin iştirakı ilə iş üzrə ittihamın həlli üçün ifadələri əsas hesab edilə biləcək şahidlər dindirilmiş, tərəflərə onlara müvafiq sualların verilməsi, ifadələrində göstərdiyi halların tədqiq edilməsi üçün hərtərəfli şərait yaradılmış, həmin ifadələrə işdə olan digər sübutlarla müqayisəli şəkildə hüquqi qiymətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual tədbirlər həyata keçirilmişdir. İş üzrə təqsirləndirilən şəxslər də məhkəmədə verdiyi ifadələrində onlara verilən ittihamlar üzrə özlərini təqsirli bilmiş, bu konteksdə həmin şəxsin ifadəsi və işdə olan digər mötəbər sübutlarla tanış olmuşlar. Bu xüsusda ittiham və müdafiə tərəfləri Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsinin məhkəmədə elan olunmasına və tədqiq olunmasına razılığını bildirmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə,habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, Şahid1 məhkəməyə gəlməsinin təmin edilməsi üçün müvafiq tədbirlərin görüldüyünü, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması barədə ona daxil olmuş məlumat barədə və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Təqsirləndirilən şəxs1 onun tərəfindən RPŞ-yə dəvət edilməsi barədə RPŞ rəisinə həmin tarixdə məruzə etmişdir. xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində həmin gün saat 20 radələrində aparılmış şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Zaur Xəlilov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1, RPŞ-nin NMQnun əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Şəxsi axtarış başlayarkən təhqiqatçı tərəfindən şübhəli şəxsə üzərində qanunsuz olaraq saxladığı əşya və ya predmet olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunu, sol ayağındakı corabın içərisindən isə bir ədəd salfet bükümünü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçının verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs1 həmin bir ədəd kibrit qutusunda və bir ədəd salfet bükümündəki kütlənin narkotik olduğunu, «Qabaqçöl vağzalı»nda Ceyhun adlı şəxsdən şəxsi istifadəsi üçün 50 manat pula aldığını bildirmişdir. 1 ədəd kibrit qutusu elektron tərəzidə çəkilərkən çəkisi 10,25 qram, salfet bükümün isə çəkisi 7,04 qram təşkil etmişdir. Həmin kütlələr bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya oxşar bitki kütləsini Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 aldığı müəyyən edildiyindən Təqsirləndirilən şəxs2 onun tərəfindən Balakən RPŞ-yə gətirilmişdir. xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində həmin gün saat təxminən 22 radələrində aparılmış şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Zaur Xəlilov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən vəkil Müdafiəçi3, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satmış olduğu narkotik vasitə ilə bağlı sual verildikdə o, Fərhadın ona verdiyi 50 manat pul qarşılığında Qullar kənd sakini olan tanışı Yaşar adlı şəxsdən 1 ədəd kibrit qutusunda narkotik vasitə alaraq Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2022-ci il tarixdə saat 19:45-dən 20:20-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 əynində qara rəngli şalvar, qara rəngli gödəkçə, ağ rəngli poluver və qara rəngli ayaqqabılar vardır. Şəxsi axtarış aparılmamışdan öncə Təqsirləndirilən şəxs1 üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmaması barədə sual verildikdə o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunu, sol ayağındakı corabın içərisindən isə bir ədəd salfet büküm çıxararaq təqdim etmişdir. 1 ədəd kibrit qutusu ilə salfet bükümün içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütlələri tanışı Ceyhun adlı şəxsdən 50 (əlli) manat müqabilində aldığını bildirmişdir. 1 ədəd kibrit qutusu elektron tərəzidə çəkilərkən çəkisi 10,25 qram, salfet bükümün isə çəkisi 7,04 qram təşkil etmişdir. Həmin kütlələr bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış prosesi «Panaconic - HD» markalı videokamera vasitəsi ilə görüntülənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2022-ci il tarixdə saat 21:45-dən 21:15-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Balakən şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 əynində qara rəngli şalvar, tünd boz rəngli ayaqqabı, tünd göy rəngli gödəkçə və yaşıl-ağ cızıqlı köynək vardır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satmış olduğu qurudulmuş marixuanaya oxşar kütlə barədə sual verildikdə o, tanışı Yaşar adlı şəxsdən Fərhadın ona verdiyi 50 manat pul qarşılığında 1 ədəd kibrit qutusunda qurudulmuş narkotik vasitə alaraq Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 Yaşar adlı şəxsdən aldığı narkotik vasitədən Təqsirləndirilən şəxs1 ilə birlikdə istifadə etdiyini də demişdir. Şəxsi axtarış «Panaconic -HD» markalı videokamera vasitəsi ilə görüntülənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2022-ci il tarixdə saat 23:00-dan 23:30-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs3 əynində göy rəngli cins gödəkçə, qırmızı rəngli poluver, göy rəngli cins şalvar, qara rəngli ayaqqabı, baş nahiyəsində isə qara rəngli idman üsullu papaq vardır. Şəxsi axtarış aparılmamışdan öncə Təqsirləndirilən şəxs3 üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet olubolmaması barədə sual verildikdə o, əynində olan cins gödəkçənin sol içəri yan cibindən içərisi qurudulmş marixuana ilə dolu olan sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torba bir ədəd elektron tərəzidə çəkilərkən çəkisi 34,07 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs3 həmiin kütləni haradan əldə etməsi barədə sual verildikdə o, həyətyanı sahədə əkdiyi bir ədəd narkotik bitkinin üzərindən həmin kütləni yığaraq üzərində saxladığını, həmçinin həmin kütlədən bir ədəd kibrit qutusu dolu olan kütləni tanışı Ceyhun adlı şəxsə 50 manat müqabilində satdığını bildirərək, əldə etdiyi 01 ədəd 50 manatlıq pul əskinasını da çıxarıb təqdim etmişdir. Sellofan torbada olan qurudulmuş marixuanaya oxşar kütlə sellofan torba ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq möhürlənib, qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3 təqdim etdiyi 01 ədəd 50 manatlıq pul əskinası 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış prosesi «Panaconic - HD» markalı videokamera vasitəsi ilə görüntülənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/344 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd salfet bükümdə və 1 ədəd kibrit qutusunda... maddi sübut.” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd salfet kağızı bükümündə və 01 (bir) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri - 5,32 qram və 7,18 qram, ümumi təmiz çəkiləri - 12,50 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə .. maddi sübut..” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 30,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş 01 (bir) ədəd salfet kağızı bükümündə, 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd şəffaf sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd:Marixuanaların ümumi təmiz çəkisi-42,99 qram, tədqiqata sərf edildi-0,15 qram (hər ob. 0,05 qram), qalıq-42,84 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 18 aprel 2022-ci il tarixli aktdan görünür ki, 17 aprel 2022-ci il tarixli qərara əsasən tədqiqata təqdim edilən 02 ədəd zərfdə bitki mənşəli kütlələr CAS MWP-300 markalı tərəzidə çəkildi. 5,32 7,18 30,49 qram/ml maddə (kütlə) qəbul olundu, tarix xx.xx.2022 saat 11.15; 0,05 0,05 0,05 qram/ml nümunə götürüldü, 5,27 7,13 30,44 qram/ml maddə (kütlə) geri qaytarıldı, tarix xx.xx.2022 saat 11.58. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 553 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2022-ci il tarixli 570 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 25 may 2022-ci il tarixli 718 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmamışdır. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 5 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 17 aprel 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan və Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 17 aprel 2022-ci il tarixdə saat 19.25-də şübhəli şəxs qismində tutulmuş, Balakən Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seilməsindən imtina olunmuş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. İş materiallarında olan 17 aprel 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 17 aprel 2022-ci il tarixdə saat 21.30-da şübhəli şəxs qismində tutulmuş və o, 19 aprel 2022-ci il tarixdə saat 21.30-da Balakən RPŞ-nin MSY-dən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 19 aprel 2022ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs3 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 17 aprel 2022-ci il tarixdən hesablanmış, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində Balakən Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərarı ilə 3 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri hazırki qərarın çıxarıldığı 14 iyun 2022-ci il tarixdən həbs müddətinin başa çatdığı 17 iyul 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, Balakən Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır və o, hazırki günədək ev dustaqlığındadır. İş materiallarından o da müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşaq vardır. İş materiallarından həmçinin görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X8, xx.xx.2011-ci il tarixdə doğulmuş X9 və xx.xx.2012-ci il tarixdə doğulmuş X10 olmaqla Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşaq vardır. İş materiallarından eyni zamanda görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X3 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 olmaqla Təqsirləndirilən şəxs3 himayəsində 2 azyaşlı uşaq vardır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2022-ci il tarixli qərarından və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanaraq götürülmüş 01 ədəd salfet kağız bükümündə və 01 ədəd kibrit qutusunda olan və Təqsirləndirilən şəxs3 üzərindən aşkarlanaraq götürülmüş bir ədəd sellofan torbada olan ümumi təmiz çəkisi 42,99 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanaların ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 42,84 qramı və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 satdığı narkotik vasitənin müqabilində götürdüyü və istintaqa təqdim etdiyi 01 ədəd 50 (əlli) manatlıq pul əskinası maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş 03 ədəd DVD diski iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, təqsirləndirilən şəxslərin 17 aprel 2022-ci il tarixli şəxsi axtarış protokollarını, maddi sübutları, şəxsi axtarışların videogörüntüləri əks olunmuş 03 ədəd DVD diskini, ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 553 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2022-ci il tarixli 570 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 25 may 2022-ci il tarixli 718 nömrəli rəyini, təqsirləndirilən şəxslər barəsində tələbnamələr üzrə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6 saylı arayışı, xx.xx.2022-ci il tarixli 5 saylı arayışı və xx.xx.2022-ci il tarixli 6 saylı arayışı, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 13 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarını, məhkəmənin və ibtidai istintaq orqanının işdə olan digər qərarlarını və hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsilə ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini, Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsilə ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini və Təqsirləndirilən şəxs3 CM-nin 234.1 və 234.2-ci maddələrilə ittiham olunduğu əməllərdə öz təqsirini etiraf etməsini onlara qarşı verilmiş ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün onlara verilən ittihamın əsası kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Avropa Konvensiyasının 6-cı maddəsilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmiş, Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmiş və Təqsirləndirilən şəxs3 qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma, saxlama və qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma, saxlama və satma cinayət əməllərini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra-nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Yenə də Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunla təsdiq olunmuş İ Siyahıda bu miqdar qurudulumş marixuana üçün 5 qram müəyyən edilmişdir. Həmin Qərarın 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin qərarın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət erərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə və Təqsirləndirilən şəxs3 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə düzgün tövsif edilmişdir. Əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməllərinə görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-591.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələbinə istinad edib himayəsində iki azyaşlı uşağın olmasını və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin himayəsində üç azyaşlı uşağın olmasını və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaq və Təqsirləndirilən şəxs2 Rauf oğlunun himayəsində üç azyaşlı uşaq vardır. Qanunvericiliyin imperativ tələbinə əsasən cinayət törətmiş şəxsin himayəsindlə azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Ona görə də məhkəmə himayəsində iki azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi və himayəsində üç azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs2 Rauf oğlunun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması qənaətinə gəlmişdir. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, onlara istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onları müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz onlara istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda himayəsində iki azyaşlı uşağın olmasını, ilk dəfə cinayət əməlləri törətməsini və cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşaq vardır. Qanunvericiliyin imperativ tələbinə əsasən cinayət törətmiş şəxsin himayəsindlə azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Ona görə də məhkəmə himayəsində iki azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması qənaətinə gəlmişdir. Məhkəmə həmçinin nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməlləri törətməsi Təqsirləndirilən şəxs3 kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxs3 cinayəti etiraf edib əməllərinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə bir daha nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs3 cinayət əməlləri törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə təəssüflənməklə bu əməllərə tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı onların xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl və Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməllər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Digər tərəfdən cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını yüngülləşdirən hallar vardır və cəzalarını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-nin maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 17 aprel 2022-ci il tarixdə tutularaq 19 aprel 2022-ci tarixədək həbsdə saxlandığı müddət 2 gündür. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs3 17 aprel 2022-ci il tarixdə şübhəli şəxs kimi tutularaq 14 iyun 2022-ci il tarixədək həbsdə saxlandığı və 14 iyun 2022-ci il tarixdən hazırki günədək ev dustaqlığında saxlandığı müddət də daxil olmaqla Təqsirləndirilən şəxs3 cəmi həbsdə saxlandığı müddət 1 il 24 gün təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində iki azyaşlı uşağın olması və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən hallları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 17 aprel 2022-ci il tarixdən 19 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində üç azyaşlı uşağın olması və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən hallları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 17 aprel 2022-ci il tarixdən 19 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPMnin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, həmin təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Balakən şəhəri Ə.Əfəndiyev küçəsi ev 27 ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Balakən şəhəri T.Musayev küçəsi ev 13 ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə icrası onların yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2022-ci il tarixli 570 nömrəli rəyinə hüqqui qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə hallarının olduğunun, narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının 25 may 2022-ci il tarixli 718 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunmalı və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması və Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti onların yaşayış yeri üzrə Balakən rayon X11 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağın olması, ilk dəfə cinayət əməlləri törətməsi və cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 17 aprel 2022ci il tarixdən 14 iyun 2022-ci il tarixədək tutulub həbsdə saxlandığı və 14 iyun 2022-ci il tarixdən hazırkı günədək ev dustaqlığında saxlandığı cəmi 1 il 24 gün həbs müddəti təyin olunacaq həmin cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 17 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2.ev dustaqlığında saxlanıldığı müddət, 158.2.3.məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Azərbaycan Respublikası CPMnin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 553 nömrəli rəyinə hüquqi qiymət verib həmin rəylə Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs3 narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X11 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə cəmi 34,55 manat ekspertiza xərcinin 11,52 manatı Təqsirləndirilən şəxs1, 11,52 manatı Təqsirləndirilən şəxs2 və 11,52 manatı Təqsirləndirilən şəxs3 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanaraq götürülmüş 01 ədəd salfet kağız bükümündə və 01 ədəd kibrit qutusunda olan və Təqsirləndirilən şəxs3 üzərindən aşkarlanaraq götürülmüş bir ədəd sellofan torbada olan ümumi təmiz çəkisi 42,99 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanaların ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 42,84 qramı məhv edilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş 03 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan hazırkı cinayət əməllərini törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, iş üzrə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 aşkar edilmiş 01 ədəd 50 (əlli) manatlıq pul əskinası olmaqla 50 manat Təqsirləndirilən şəxs2 narkotik vasitə olan qurudulmuş marixuananı alarkən Təqsirləndirilən şəxs3 ödədiyi pul məbləğidir. İşdəki sübutlara əsasən Təqsirləndirilən şəxs3 narkotik vasitənin satışı nəticəsində cinayət yolu ilə 50 manat pul vəsaiti əldə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs3 cinayət yolu ilə əldə etdiyi 50 manat pul xüsusi müsadirə edilməli, yəni məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla)… İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 15 saat vaxt, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi3 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 15 saat vaxt və təqsirləndirilən şəxsin öz seçdiyi müdafiəçi məhkəmə prosesinə daxil olana qədər Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə 15 saat vaxt, sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçisi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 90 manat, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün 90 manat və təqsirləndirilən şəxsin öz seçdiyi müdafiəçi məhkəmə prosesinə daxil olana qədər Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 30 manat, cəmi 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 17 aprel 2022-ci il tarixdən 19 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Balakən şəhəri Ə.Əfəndiyev küçəsi ev 27 ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X11 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 17 aprel 2022-ci il tarixdən 19 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Balakən şəhəri T.Musayev küçəsi ev 13 ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X11 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə hazırki hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 17 aprel 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək tutulub həbsdə saxlandığı və 14 iyun 2022-ci il tarixdən hazırkı günədək ev dustaqlığında saxlandığı cəmi 1 il 24 gün həbs müddəti həmin cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 17 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs3 narkoloji kabinetdə qeydiyyata alınsın; onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X11 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə cəmi 34,55 manat ekspertiza xərcinin 11,52 manatı Təqsirləndirilən şəxs1, 11,52 manatı Təqsirləndirilən şəxs2 və 11,52 manatı Təqsirləndirilən şəxs3 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanaraq götürülmüş 01 ədəd salfet kağız bükümündə və 01 ədəd kibrit qutusunda olan və Təqsirləndirilən şəxs3 üzərindən aşkarlanaraq götürülmüş bir ədəd sellofan torbada olan ümumi təmiz çəkisi 42,99 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanaların ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 42,84 qramı məhv edilsin; Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş 03 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs3 cinayət yolu ilə əldə etdiyi 50 manat pul xüsusi müsadirə edilsin-məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 90 manat, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün 90 manat və təqsirləndirilən şəxsin öz seçdiyi müdafiəçi məhkəmə prosesinə daxil olana qədər Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 30 manat, cəmi 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar