Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-10/2024 01.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri- Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X3 iştirakı ilə xx xxxxxx 1982-ci il tarixdə Balakən rayonu Qaysa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Balakən rayonu Qaysa kəndində qeydiyyatda olan və yaşayan, 16 may 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə xx xxxxxx 1983-cü il tarixdə Balakən rayonu Qaysa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Balakən rayonu Qaysa kəndində qeydiyyatda olan və yaşayan, 16 may 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə və xx xxxxxxxx 1972-ci il tarixdə Balakən rayonu Qaysa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Balakən rayonu Qaysa kəndində qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 237.1 və 234.2-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 25 aprel 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Balakən rayonu Qaysa kəndi ərazisində, həmkəndlisi olan tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə digər həmkəndlisi Təqsirləndirilən şəxs3 600 manat pul müqabilində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə alaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 24,74 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əvvəlcə üzərində daşıyaraq yaşadığı evin həyətinə aparıb gizlədərək saxlamış, daha sonra 14 may 2023-cü il tarixdə saat 20 radələrindən etibarən isə həmin 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əynindəki idman şalvarının sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. 14 may 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinin X20 (bundan sonra Balakən RPŞ-nin Qabaqçöl PB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Qabaqçöl PB-nə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 21:10 dəqiqədən saat 21:50 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə digər həmkəndlisi Təqsirləndirilən şəxs3 600 manat pul müqabilində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə alaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 24,74 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs1 əynindəki idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, Balakən rayonu Qaysa kənd sakini olan tanışı Təqsirləndirilən şəxs1 öz istifadəsindən ötrü narkotik vasitə qurudulmuş marixuana əldə etmək üçün ondan etdiyi xahişinə əsasən 25 aprel 2023-cü il tarixdə günorta saatlarında həmin kənd sakini Təqsirləndirilən şəxs3 şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 24,74 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı həmin kənd ərazisində pulunu sonra ödəmək şərti ilə 600 manat müqabilində alaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs1 vermək məqsədi ilə üzərində daşıyaraq saxlamış, daha sonra əldə etdiyi həmin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 24,74 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq üzərində daşıyıb saxlayaraq həmin tarixdə günorta saatlarında Balakən rayonu Qaysa kəndi ərazisində Təqsirləndirilən şəxs1 vermişdir. 14 may 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Qabaqçöl PB-nə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 21:10 dəqiqədən saat 21:50 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs3 25 aprel 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 600 manat müqabilində satmış olduğu şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 24,74 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs1 əynindəki idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qəsdən, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə və qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, 2022-ci ilin sentyabr ayında yaşadığı Balakən rayonu Qaysa kəndi ərazisində çay kənarında aşkar etdiyi 01 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığıb əldə etdiyi istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin mart ayının əvvəllərində yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində qəsdən, qanunsuz olaraq torpağa əkmiş, həmin toxumlardan bitmiş 07 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 20 aprel 2023-cü il tarixdə satıb qazanc əldə etmək məqsədi ilə əkib-yetişdirərək kultivasiya etdiyi həmin narkotik tərkibli çətənə (kannabis) bitkilərinin 04 ədədinin üzərindən yararlı hissələrini yığıb qurudaraq qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə etdiyi 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 47,03 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əvvəlcə üzərində daşıyaraq yaşadığı evin həyətində gizlədib saxlamış, yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində qəsdən, qanunsuz olaraq əkib-becərdiyi 07 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərindən geri qalan 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə isə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etməyə davam etmiş, daha sonra 25 aprel 2023-cü il tarixdə günorta saatlarında həmin narkotik vasitənin 01 ədəd sellofan bükümdə təmiz çəkisi 24,74 qram olan hissəsini qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq Balakən rayonu Qaysa kəndi ərazisində 600 manat müqabilində həmin kənd sakini olan tanışı Təqsirləndirilən şəxs2 satmış, geriyə qalan, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 22,29 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı isə qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əynindəki idman şalvarının sol yan cibində daşıyaraq üzərində saxlamışdır. 14 may 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Qabaqçöl PB-nə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 21:10 dəqiqədən saat 21:50 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs3 25 aprel 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 satmış olduğu şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 24,74 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs1 əynindəki idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq 15 may 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Çunayev X9 PB-nə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 01:40 dəqiqədən saat 02:20 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 22,29 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynindəki idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüş, eləcə də 15 may 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində saat 03:25 dəqiqədən saat 03:55 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs3 Balakən rayonu Qaysa kəndində yaşadığı evin həyətyanı sahəsinə öz iştirakı və razılığı ilə keçirilmiş baxış zamanı onun qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi, xeyli miqdar hesab edilən, yəni 03 ədəd uzunluqları 50 sm-dən 83 sm-dək ümumi təmiz çəkiləri 214,36 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 04 ədəd uzunluqları 55 sm-dən 64 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 108,76 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri onun yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs2 ilə kənddə çayxanada görüşdüklərini, Mübarizdən ona narkotik vasitə tapmasını xahiş etdiyini, bundan bir neçə gün sonra Mübarizlə yenidən görüşdükdə Mübarizin ona narkotik vasitə tapa biləcəyini dediyini, Mübarizə narkotiki gətirdikdən sonra sonradan pulunu verəcəyini, himayəsində 3 azyaşlı uşağın olduğunu, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkdiyini bildirmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Qaysa kəndində anası X4 ilə birlikdə yaşayır. Evlidir, himayəsində 03 azyaşlı övladı var, arvadı və uşaqları hazırda Rusiya Federasiyasının Maxaçqala şəhərində yaşayırlar. O, təxminən 4-5 ildir narkotik vasitə marixuana istifadə edir. Əvvəllər hər hansı fiziki və ya psixi xəstəliklər keçirməmişdir. Balakən rayonu Qaysa kənd sakini Təqsirləndirilən şəxs2 uzun illərdir tanıyır və sonuncu ilə aralarında normal münasibətləri vardır. Təqsirləndirilən şəxs3 isə kənd sakini kimi tanıyır, lakin aralarında hər hansı bir yaxın münasibət yoxdur. Sonuncularla onun arasında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. O, təxminən 2023-cü ilin aprel ayının ortalarında yaşadığı Qaysa kəndi ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs2lə rastlaşıb söhbət edən zaman özü istifadə etmək üçün narkotik vasitə marixuana axtardığını, lakin tapa bilmədiyini demiş və öz istifadəsi üçün ona narkotik vasitə marixuana tapmağa köməklik etməsini xahiş etmişdir. Mübariz də bu barədə maraqlanıb ona bir söz deyəcəyini bildirmiş və onlar oradan sağollaşıb ayrılmışlar. 25 aprel 2023-cü il tarixdə günorta saatlarında Mübariz hazırda xatırlamadığı mobil telefon nömrəsindən onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək görüşmək istədiyini bildirmiş və buna görə günorta saatlarında onlar yaşadıqları Qaysa kəndi ərazisində görüşmüşlər. Həmin vaxt Mübariz cibindən 01 ədəd sellofan büküm çıxarıb ona göstərmiş, həmin sellofan bükümdə təxminən 100 qram narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitə marixuananın 600 manata satıldığını bildirmişdir. O, həmin narkotik vasitə marixuananın hamısını almaq istədiyini, lakin nağd pulu olmadığını və 15 gün ərzində pul toplayıb 600 manat pulu verə biləcəyini Mübarizə demişdir. Mübariz də həmin vaxt onunla razılaşaraq 15 gündən sonra 600 manat pulu verməsini bildirmişdir. O da 600 manat pulu tam şəkildə 15 gündən sonra verəcəyini Mübarizə demiş və oradan sağollaşıb ayrılmışlar. Bundan sonra o, aldığı 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuananı yaşadığı evə aparıb həyətdə şəxsi əşyalarının arasında gizlədib saxlamış və ehtiyacı olduqca narkotik vasitədən götürüb istifadə etmişdir. Beləliklə o, təxminən 20 gün ərzində aldığı narkotik vasitə marixuananın çox hissəsini özü istifadə etmişdir. O, 14 may 2023-cü il tarixdə təxminən saat 20 radələrində gəzmək məqsədi ilə Balakən rayonu Qabaqçöl qəsəbəsinə gedən zaman həyətdə gizlətdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuananı da götürüb əynindəki idman şalvarının sağ yan cibinə qoymuşdur. O, həmin 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuananı fürsət olanda çəkmək üçün üzərində götürmüşdür. O, həmin tarixdə təxminən saat 20 radələrində Qabaqçöl qəsəbəsi ərazisində piyada gəzən zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları olduqlarını bildirmiş, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək, onu Qabaqçöl PB-nə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Qabaqçöl PB-nə getmişdir. Polis Bölməsinə getdikdən sonra Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən ona hüquqlarının müdafiə edilməsi üçün Balakən rayon Vəkillər Bürosunun adlı siyahısı təqdim edilmiş, daha sonra onun həmin siyahıdan seçdiyi Müdafiəçi1 Polis Bölməsinə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən ona hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Vasif Əliyev tərəfindən ona üzərində hər hansı narkotik vasitə, qanunla qadağan edilmiş predmet və ya vasitə olub-olmaması barədə sual verilmiş, həmin vaxt o, əynindəki idman şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuananı çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Vasif Əliyev tərəfindən ona üzərindən aşkar olunmuş narkotik vasitəni haradan əldə etməsi barədə sual verilmiş, o da həmin narkotik vasitəni təxminən 15 gün əvvəl həmkəndlisi Təqsirləndirilən şəxs2 pulunu sonra ödəmək şərti ilə 600 manata aldığını bildirmişdir. Daha sonra onun təqdim etdiyi, içərisində narkotik vasitə marixuana olan 01 ədəd sellofan büküm təhqiqatçı Vasif Əliyev tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 26,37 qram təşkil etmişdir. Bundan sonra içərisində narkotik vasitə marixuana olan həmin sellofan büküm təhqiqatçı Vasif Əliyev tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış prosesi bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Daha sonra ona məlum olmuşdur ki, həmkəndlisi Təqsirləndirilən şəxs2 Polis Bölməsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş, sorğu-sual zamanı Mübariz ona verdiyi narkotik vasitə marixuananı digər həmkəndlisi Təqsirləndirilən şəxs3 götürdüyünü bildirmiş, bunun əsasında Təqsirləndirilən şəxs3 Polis Bölməsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və sonuncunun üzərində şəxsi axtarış aparılan zaman 01 ədəd sellofan bükümdə narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 03 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 15 may 2023-cü il tarixli 17/397 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 24,74 qram, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 22,29 qramdır, həmçinin onların üzərlərindən aşkar edilərək götürülmüş hər iki bükümlərdəki narkotik vasitə qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanadan heç kimə pay verməmiş və ya satmamışdır. O, 01 ədəd sellofan bükümdə aldığı narkotik vasitə qurudulmuş marixuananın çox hissəsini 20 gün ərzində istifadə etmişdir, lakin istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuananın miqdarını bilmir. O, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə saxlamışdır. Onun üzərində və ya yaşadığı evin həyətində narkotik vasitə qurudulmuş marixuana saxlamasından heç kimin məlumatı olmamışdır. O, hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə qurudulmuş marixuana saxlamır. O, Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə qurudulmuş marixuananı kimdən alacağını və ya aldığını bilməmiş, Mübariz bu barədə ona heç bir söz deməmişdir. O, əvvəllər heç vaxt Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs3 narkotik vasitə qurudulmuş marixuana almamışdır. O, narkotik vasitə qurudulmuş marixuana almaq üçün Təqsirləndirilən şəxs2 müraciət edəndə, sonuncu narkotik vasitə almaq üçün 600 manat ödəməli olduğunu əvvəlcədən ona deməmişdir. Sadəcə olaraq o, 2023-cü ilin aprel ayının ortalarında yaşadıqları Qaysa kəndi ərazisində Təqsirləndirilən şəxs2lə rastlaşıb söhbət edən zaman özü istifadə etmək üçün narkotik vasitə marixuana axtardığını, lakin tapa bilmədiyini demiş və öz istifadəsi üçün ona narkotik vasitə marixuana tapmağa köməklik etməsini xahiş etmişdir. Mübariz də bu barədə maraqlanıb ona bir söz deyəcəyini bildirmişdir. 01 ədəd sellofan bükümdə aldığı narkotik vasitə qurudulmuş marixuanaya görə ödəməli olduğu 600 manat pulun kimə çatacağı barədə onun heç bir məlumatı olmamışdır. Həmçinin həmin puldan Təqsirləndirilən şəxs2 hər hansı bir qazancının olduğuna inanmır. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmur. O, heç vaxt Təqsirləndirilən şəxs2 narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə bir söz eşitməmişdir. Həmçinin Mübariz narkotik vasitə marixuana satışı ilə məşğul olsaydı o, Mübarizdən narkotik vasitə marixuana istədiyi zaman dərhal ona müsbət cavab verərdi. Sadəcə olaraq o, Mübarizlə həmyaşıd olduğuna görə, ərk edərək Mübarizdən ona narkotik vasitə marixuana tapmağa köməklik göstərməsini xahiş etmişdir. Balakən RPŞ-nin Qabaqçöl PB-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs1 ilə kənddə çayxanada görüşən zaman Şamilin ondan narkotik vasitə tapmasını xahiş etdiyini, Təqsirləndirilən şəxs3 onların evində qaynaq işlərini gördüyünü, Elmanla söhbət zamanı Elmanın onda narkotik vasitə olduğunu dediyini, Şamillə danışdıqdan sonra narkotik vasitəni Elmandan götürüb Şamilə verdiyini fikirləşdiyini, Şamilin narkotik vasitəyə görə ona verdiyi pulu da apırb Elmana verməli olduğunu düşündüyünü, burada heç bir təmənna güdmədiyini, Təqsirləndirilən şəxs3 narkotik vasitəni götürüb Təqsirləndirilən şəxs1 600 manat müqabilində verdiyini, Təqsirləndirilən şəxs1 də bir neçə günün ərzində həmin 600 manatı ona verəcəyini dediyini, himayəsində 2 azyaşlı uşağının olduğunu, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkdiyini bildirmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Qaysa kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, himayəsində 2 azyaşlı övladı var. Əvvəllər hər hansı fiziki və ya psixi xəstəliklər keçirməmişdir. Balakən rayonu Qaysa kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 uzun illərdir tanıyır və sonuncuların hər ikisi ilə normal münasibəti vardır. Sonuncularla onun arasında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. O, təxminən 2023-cü ilin aprel ayının ortalarında yaşadığı Qaysa kəndi ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs1lə rastlaşıb söhbət edən zaman sonuncu özü istifadə etmək üçün narkotik vasitə marixuana axtardığını, lakin tapa bilmədiyini demiş və öz istifadəsi üçün narkotik vasitə marixuana tapmağa köməklik etməsini ondan xahiş etmişdir. O isə narkotik vasitə satan kimisə tanımadığını Mübarizə demiş, lakin bu barədə maraqlanıb sonuncuya bir söz deyəcəyini bildirmiş və onlar oradan sağollaşıb ayrılmışlar. O, həmin söhbətdən təxminən 10 gün sonra, dəqiq yadında qalmayan tarixdə günorta saatlarında yaşadığı Qaysa kəndi ərazisində təsadüfən həmkəndlisi Təqsirləndirilən şəxs3lə rastlaşmışdır. O, əvvəllər Elmanın narkotik vasitə marixuana istifadə etdiyini eşitdiyinə görə, onlar hal-əhval tutub söhbət edən zaman bir tanışının öz istifadəsi üçün ondan narkotik vasitə marixuana istədiyini Elmana demiş və narkotik vasitə marixuana tapmaq üçün ona köməklik göstərməsini Elmandan xahiş etmişdir. Həmin vaxt Elman özündə təxminən 100 qram narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni ona sata biləcəyini demişdir. Bundan sonra onlar birlikdə Elmanın yaşadığı evin yanına getmiş, o, orada küçədə gözləmiş, Elman isə yaşadığı evə gedib bir neçə dəqiqədən sonra geri qayıtmış və 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana gətirib ona vermişdir. Elman həmin sellofan bükümdə təxminən 100 qram narkotik vasitə qurudulmuş marixuana olduğunu və 600 manata satdığını bildirmişdir. Həmin vaxt o, Elmandan narkotik vasitənin kefiyyətli olub-olmadığını soruşmuş, Elman isə hələ istifadə etmədiyini və narkotik vasitənin kefiyyətli olub-olmadığını bilmədiyini demişdir. Həmin vaxt o, narkotik vasitəni aparıb tanışına verəcəyini və pulunu tanışından aldıqdan sonra gətirib Elmana verəcəyini bildirmişdir. Elman da etiraz etmədən onunla razılaşmış və onlar oradan sağollaşıb ayrılmışlar. Daha sonra o, istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan Şamilin istifadə etdiyi və hazırda nömrəsini xatırlamadığı mobil telefona zəng edərək görüşmək istədiyini bildirmiş, buna görə onlar günorta saatlarında yaşadıqları Qaysa kəndi ərazisində görüşmüş, həmin vaxt o, cibindən 01 ədəd sellofan büküm çıxarıb Şamilə göstərmiş, həmin sellofan bükümdə təxminən 100 qram narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitə marixuananın 600 manata satıldığını bildirmişdir. Şamil də həmin narkotik vasitə marixuananın hamısını almaq istədiyini, lakin nağd pulu olmadığını və 15 gün ərzində pul toplayıb 600 manat pulu verə biləcəyini demişdir. O, Şamili uzun illərdir tanıdığı üçün onu pis vəziyyətdə qoymayacağını, yəni narkotik vasitənin pulunu vəd verdiyi vaxta verəcəyini, eləcə də Elmanı uzun illərdir tanıdığı üçün narkotik vasitənin pulunu sonra ödəmək şərti ilə Şamilə verdiyinə etiraz etməyəcəyini düşünmüş və Şamillə razılaşaraq narkotik vasitəni sonuncuya vermişdir. Daha sonra o, Elmanla görüşüb narkotik vasitəni tanışına verdiyini və 600 manat pulu 15 gündən sonra alıb Elmana verəcəyini bildirmişdir. Elman da heç bir etiraz etməmişdir. O, 14 may 2023-cü il tarixdə təxminən saat 22 radələrində yaşadığı Qaysa kəndi ərazisində piyada yaşadığı evə gedən zaman Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirmiş və onu Balakən RPŞ-nin Qabaqçöl PB-nə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmiş, PB-nə getdikdən sonra Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən ona hüquqlarının müdafiə edilməsi üçün Balakən rayon Vəkillər Bürosunun adlı siyahısı təqdim edilmiş, daha sonra onun həmin siyahıdan seçdiyi Müdafiəçi2 Polis Bölməsinə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən ona hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Lakin şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir qanunsuz əşya, predmet və ya vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Vasif Əliyev tərəfindən ona Təqsirləndirilən şəxs1 narkotik vasitə satıbsatmadığı barədə sual verilmiş, həmin vaxt o, təxminən 15 gün əvvəl həmkəndlisi Təqsirləndirilən şəxs3 600 manat müqabilində 01 ədəd sellofan bükümdə narkotik vasitə marixuana alıb tanışı Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış prosesi bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonradan ona məlum olmuşdur ki, həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Polis Bölməsinə gətirilib şübhəli şəxs qismində tutularaq üzərlərində şəxsi axtarış aparılan zaman onların hərəsinin üzərindən 01 ədəd sellofan bükümdə narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 03 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 15 may 2023-cü il tarixli 17/397 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 24,74 qram, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 22,29 qramdır, həmçinin sonuncuların üzərlərindən aşkar edilərək götürülmüş hər iki bükümlərdəki narkotik vasitə qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmçinin Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 03 ədəd uzunluqları 50 sm-dən 83 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 214,36 qram olan bitkilər əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, 04 ədəd uzunluqları 55 sm-dən 64 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 108,76 qram olan bitki hissələri isə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. 02 ədəd sellofan bükümlərdə olan qurudulmuş marixuanalar, 03 ədəd çətənə (kannabis) bitkiləri və 04 ədəd çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun Təqsirləndirilən şəxs3 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana götürüb Təqsirləndirilən şəxs1 verməkdə heç bir maddi marağı olmamışdır. Sadəcə olaraq Şamil ondan narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etdiyinə görə və o, Şamili illərdir tanıdığına görə Təqsirləndirilən şəxs3 narkotik vasitə marixuananı götürüb Şamilə vermişdir. Onun qətiyyən burada hər hansı bir marağı olmamışdır. O, Təqsirləndirilən şəxs3 narkotik vasitələrin alqı-satqısı ilə məşğul olub-olmadığını bilmir. Yəni o, əvvəllər Elmanın narkotik vasitə marixuana istifadə etdiyini eşitdiyinə görə, yolda Elmanla rastlaşan zaman tanışı üçün narkotik vasitə tapmaqda ona köməklik etməsini xahiş etmişdir. Lakin o, Elmanın özündə narkotik vasitə marixuana olub-olmamasını və ya sonuncunun narkotik vasitə satıb-satmamasını bilməmişdir. Təqsirləndirilən şəxs3 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana götürüb Təqsirləndirilən şəxs1 verməsi qarşılığında Təqsirləndirilən şəxs3 ona hər hansı gəlir, qazanc və ya mənfəət verəcəyinə dair əvvəlcədən aralarında heç bir razılıq olmamışdır. Yuxarıda da qeyd etdiyi kimi o, narkotik vasitələrin satışı ilə məşğul olmur və o, hər hansı bir gəlir, qazanc və ya mənfəət əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs3 narkotik vasitə qurudulmuş marixuana götürüb Təqsirləndirilən şəxs1 verməmişdir. Sadəcə olaraq tanışı Təqsirləndirilən şəxs1 ondan narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etdiyinə görə və o, Şamili illərdir tanıdığına görə Təqsirləndirilən şəxs3 narkotik vasitə marixuananı götürüb Şamilə vermişdir. Təqsirləndirilən şəxs1 onun həmin narkotik vasitə qurudulmuş marixuananı kimdən alacağını və ya aldığını bilməmiş, o, bu barədə Şamilə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs3 onun həmin narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 üçün aldığını bilməmişdir. O, bu barədə Elmana heç bir söz deməmişdir. O, əvvəllər heç vaxt Təqsirləndirilən şəxs3 narkotik vasitə qurudulmuş marixuana almamışdır. İlk dəfə Şamilin xahişinə əsasən Elmandan narkotik vasitə marixuana almışdır. O, Təqsirləndirilən şəxs3lə rastlaşan zaman tanışı üçün narkotik vasitə marixuana tapmaqda ona köməklik etməsini xahiş edəndə Elman özündə təxminən 100 qram narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni ona sata biləcəyini demişdir. Bundan sonra onlar birlikdə Elmanın yaşadığı evin yanına getmiş, o, orada küçədə gözləmiş, Elman isə yaşadığı evə gedib bir neçə dəqiqədən sonra geri qayıdaraq ona 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana vermiş, həmin sellofan bükümdə təxminən 100 qram narkotik vasitə qurudulmuş marixuana olduğunu və 600 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı onun kimdənsə alıb verdiyini bilmiş, lakin o, həmin narkotik vasitəni kimdən aldığını və 600 manat pulun kimə çatacağı barədə Şamilə heç bir söz deməmişdir. X11 verdiyi ifadəsində göstərdiyi xüsusatlar hamısı tam doğru və dəqiqdir. O, şühbəli şəxs qismində tutularkən həddindən artıq dərəcədə həyəcanlı və gərgin olduğuna görə, həmçinin onun üzərində şəxsi axtarış aparılan zaman təhqiqatçı və müdafiəçi tərəfindən ona ard-arda suallar verildiyinə görə o, fikrini cəmləyib verilən suallara doğru-düzgün cavab verə bilməmişdir. Ona görə də, o, şəxsi axtarış zamanı bəzi xüsusatları düzgün bildirməmişdir. Hazırda isə suallar ona aydın və başa düşə biləcəyi şəkildə verildiyinə görə, verilən sualları rahat, düzgün və dəqiqliklə cavablandıra bilir və hadisələrin necə cərəyan etdiyini hazırda ifadəsində tam dolğun şəkildə göstərmişdir. Belə ki, yuxarıda da qeyd etdiyi kimi, təxminən 2023-cü ilin aprel ayının ortalarında yaşadıqları Qaysa kəndi ərazisində tanışı Təqsirləndirilən şəxs1lə rastlaşan zaman sonuncu öz istifadəsi üçün narkotik vasitə marixuana tapmaqda köməklik etməsini ondan xahiş etmiş, o da həmin söhbətdən təxminən 10 gün sonra yaşadıqları Qaysa kəndi ərazisində təsadüfən digər həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs3lə rastlaşan zaman bir tanışının öz istifadəsi üçün ondan narkotik vasitə marixuana istədiyini Elmana demiş və tanışı üçün narkotik vasitə marixuana tapmaqda ona köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Elman özündə təxminən 100 qram narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni ona 600 manata sata biləcəyini demişdir. Bundan sonra Elman yaşadığı evdən gətirib ona 01 ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuana vermiş, o da həmin narkotik vasitə qurudulmuş marixuananı aparıb Şamilə vermişdir. Lakin Şamil həmin vaxt nağd pulu olmadığını və 600 manat pulu 15 gün ərzində ona verəcəyini bildirmişdir. O da Şamili uzun illərdir tanıdığına görə onu pis vəziyyətdə qoymayacağını, yəni narkotik vasitənin pulunu vəd verdiyi vaxtda verəcəyini, eləcə də Elmanı uzun illərdir tanıdığı üçün narkotik vasitənin pulunu sonra ödəmək şərti ilə Şamilə verdiyinə görə ona etiraz etməyəcəyini düşünmüş və Şamillə razılaşaraq narkotik vasitəni sonuncuya vermişdir. Daha sonra o, Elmanla görüşüb narkotik vasitəni tanışına verdiyini və 600 manat pulu 15 gündən sonra alıb sonuncuya verəcəyini bildirmişdir. Elman da ona heç bir etiraz etməmişdir. Elman və Şamillə onun arasında olan söhbətlər və hadisələrin gedişatı belə olmuşdur. Sadəcə olaraq o, ilk dəfə cinayət əməli törətdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə aparıldığına və şühbəli şəxs qismində tutulduğuna görə həddindən artıq həyəcanlı və gərgin olmuş, yəni həbs olunmaqdan, övladlarının başsız qalmasından qorxmuşdur. O qədər həyəcanın, gərginliyin və qorxunun qarşısında da təhqiqatçı və müdafiəçi tərəfindən ona ard-arda suallar verildiyinə görə o, üzərində şəxsi axtarış aparılan zaman fikrini cəmləyib verilən suallara doğru-düzgün cavab verə bilməmişdir. Balakən RPŞ-nin Qabaqçöl PB-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir.Himayəsində 2 azyaşlı uşaq vardır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini, CM-nin 234.2-ci maddəsilə elan olunmuş ittiham üzrə isə özünü təqsirli bilmədiyini göstərərək, ifadəsində özü çəkmək üçün 3 ədəd çətənə bitkisi əkdiyini, satış məqsədilə narkotik vasitə əldə etmədiyini, daşımadığını və saxlamadığını, Təqsirləndirilən şəxs2 narkotik vasitə satmadığını, Mübarizi əvvəldən tanıdığını, onun evində qaynaqçı işlədiyini, Polis Şöbəsinə aparılan zaman və Polis Şöbəsində polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təsirin göstərilmədiyini, lakin Polis Şöbəsində qorxduğu və həyəcanlandığı üçün narkotik vasitəni Mübarizə satdığını qeyd etdiyini bildirmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 237.1 və 234.2-ci maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Qaysa kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, himayəsində iki azyaşlı övladı var. O, təxminən 10 ildir bəzi vaxtlarda narkotik vasitə marixuana istifadə edir. Əvvəllər hər hansı fiziki və ya psixi xəstəliklər keçirməmişdir. Əvvəllər məhkum olunmamışdır. Balakən rayonu Qaysa kənd sakini Təqsirləndirilən şəxs2 uzun illərdir tanıyır və sonuncu ilə aralarında normal münasibətləri var. Təqsirləndirilən şəxs1 isə kənd sakini kimi tanıyır, lakin aralarında hər hansı bir yaxın münasibət yoxdur. Sonuncularla onun arasında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. O, 2022-ci ilin sentyabr ayında yaşadığı Qaysa kəndi ərazisində çay kənarına gəzməyə gedən zaman orada 01 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin olduğunu görmüş, həmin bitkinin üzərindən 07 ədəd toxum yığaraq yaşadığı evə aparmış və toxumları gələcəkdə əkmək üçün gizlədib saxlamışdır. O, 2023cü ilin mart ayının əvvəllərində maddi qazanc əldə etmək məqsədi ilə həmin toxumları yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində tərəvəz toxumları və şitilləri ilə birlikdə torpağa əkmişdir. Bir neçə gündən sonra həmin 07 ədəd toxumlar cücərməyə başlamışlar. Bundan sonra o, mütəmadi olaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərib diblərini alaq otlarından təmizləməyə, tez böyüyüb yaxşı məhsul vermələri üçün diblərinə peyin səpib vaxtaşırı suvarmağa başlamışdır. 20 aprel 2023-cü il tarixdə həmin bitkilərdən 04 ədədinin xeyli böyüdüyünü görmüş və satıb qazanc əldə etmək məqsədi ilə nisbətən böyük olan həmin 04 ədəd bitkinin üzərindən yararlı hissələrini yığmışdır. Daha sonra üzərindən yararlı hissələrini yığdığı həmin 04 ədəd bitki kollarını yandırıb məhv etmişdir. Digər 03 ədəd narkotik tərkibli bitkilər isə dirrik sahəsində qalmışdır. O, həmin 03 ədəd bitkiləri də arqotexniki qaydada qulluq göstərib böyüdərək gələcəkdə əldə etdiyi məhsulu satmağı düşünmüşdür. Beləliklə, o, 04 ədəd bitkilərin üzərindən yığdığı narkotik vasitəni elə dirrik sahəsində günəş şüaları düşən bir yerə sərib təxminən 02 gün ərzində qurutmuş və əldə etdiyi narkotik vasitəni 01 ədəd sellofan torbaya dolduraraq yaşadığı evin həyətində gizlədib saxlamışdır. Daha sonra o, 25 aprel 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Qaysa kəndi ərazisində təsadüfən həmkəndlisi Təqsirləndirilən şəxs2lə rastlaşmış, onlar hal-əhval tutub söhbət edən zaman Mübariz bir tanışının öz istifadəsi üçün narkotik vasitə marixuana istədiyini bildirmiş və narkotik vasitə marixuana tapmaq üçün köməklik göstərməsini ondan xahiş etmişdir. Həmin vaxt o, evdə təxminən 100 qram narkotik vasitə qurudulmuş marixuanası olduğunu və həmin narkotik vasitəni Mübarizə sata biləcəyini demişdir. Bundan sonra onlar birlikdə onun yaşadığı evin yanına getmiş, orada Mübariz küçədə gözləmiş, o isə yaşadığı evə gedərək həyətdə gizlədib saxladığı narkotik vasitə qurudulmuş marixuananın çox hissəsini digər bir sellofan torbaya tökərək aparıb Mübarizə vermiş, torbada təxminən 100 qram narkotik vasitə qurudulmuş marixuana olduğunu və 600 manata satdığını bildirmişdir. Həmin vaxt Mübariz narkotik vasitənin kefiyyətli olub-olmadığını ondan soruşmuş, o isə hələ istifadə etmədiyi üçün narkotik vasitənin kefiyyətli olub-olmadığını bilmədiyini demişdir. Mübariz isə narkotik vasitəni aparıb tanışına verəcəyini, daha sonra pulunu alaraq gətirib ona verəcəyini bildirmişdir. O da Mübarizi illərdir tanıdığı üçün sonuncu ilə razılaşmış və oradan sağollaşıb ayrılmışlar. Həmin gündən sonra o, özündə qalan 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananı istəyən olsa satmaq məqsədi ilə üzərində saxlamışdır. O, 15 may 2023-cü il tarixdə təxminən saat 00:30 dəqiqədə yaşadığı evin qarşısında dayanıb siqaret çəkən zaman Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirmiş və onu Qabaqçöl PB-nə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmişdir. Polis Bölməsinə getdikdən sonra Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən ona hüquqlarının müdafiə edilməsi üçün Balakən rayon Vəkillər Bürosunun adlı siyahısı təqdim edilmiş, daha sonra onun həmin siyahıdan seçdiyi Müdafiəçi3 Polis Bölməsinə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən ona hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Vasif Əliyev tərəfindən ona üzərində hər hansı narkotik vasitə, qanunla qadağan edilmiş predmet və ya vasitə olub-olmaması barədə sual verilmiş, həmin vaxt o, əynindəki idman şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuananı çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Vasif Əliyev tərəfindən ona üzərindən aşkar olunmuş narkotik vasitəni haradan əldə etməsi, həmçinin Təqsirləndirilən şəxs2 narkotik vasitə satıb-satmaması barədə sual verilmiş, o da həmin narkotik vasitəni yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi 07 ədəd narkotik tərkibli bitkinin 04 ədədinin üzərindən yığdığını, bir hissəsini 600 manata Təqsirləndirilən şəxs2 satdığını, bir hissəsini isə üzərində saxladığını, həmçinin yaşadığı evin həyətyanı sahəsində 03 ədəd narkotik tərkibli bitki olduğunu bildirmişdir. Daha sonra onun təqdim etdiyi, içərisində narkotik vasitə marixuana olan 01 ədəd sellofan büküm təhqiqatçı Vasif Əliyev tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 30,84 qram təşkil etmişdir. Bundan sonra içərisində narkotik vasitə marixuana olan həmin 01 ədəd sellofan büküm təhqiqatçı Vasif Əliyev tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış prosesi bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Bundan sonra həmin tədbirin davamı olaraq polis əməkdaşlarının, müdafiəçinin və mütəxəssis aqronomun iştirakı ilə onun razılığı əsasında yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı o, yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi 03 ədəd narkotik tərkibli bitkilərin yerini polis əməkdaşlarına göstərmişdir. Baxış zamanı həmin 03 ədəd narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq ölçülmüş, ən böyük bitkinin uzunluğu 83 sm, ən kiçik bitkinin uzunluğu isə 50 sm olmuşdur. Baxış zamanı mütəxəssis aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, diblərinin alaq otlarından təmizləndiyini bildirmişdir. Bundan sonra həmin 03 ədəd narkotik tərkibli bitkilər təhqiqatçı Vasif Əliyev tərəfindən bir ədəd sintetik kisəyə qoyulub qablaşdırılmış, kisə möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Baxış zamanı yaşadığı evin həyətyanı sahəsindən digər hər hansı narkotik tərkibli bitki və ya predmet aşkar edilməmişdir. Sonda baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış prosesi bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Polis Bölməsində olarkən ona məlum olmuşdur ki, həmkəndlisi Təqsirləndirilən şəxs2 ondan götürdüyü narkotik vasitəni aparıb digər həmkəndlisi Təqsirləndirilən şəxs1 vermiş, Şamil də 14 may 2023-cü il tarixdə Polis Bölməsinə dəvət olunaraq şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılan zaman 01 ədəd sellofan bükümdə narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 15 may 2023-cü il tarixli 17/397 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 24,74 qram, onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 22,29 qramdır və onların üzərlərindən aşkar edilərək götürülmüş hər iki bükümlərdəki narkotik vasitə qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmçinin onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 03 ədəd uzunluqları 50 sm-dən 83 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 214,36 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, 04 ədəd uzunluqları 55 sm-dən 64 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 108,76 qram olan bitki hissələri isə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. 02 ədəd sellofan bükümlərdə olan qurudulmuş marixuanalar, 03 ədəd çətənə (kannabis) bitkiləri və 04 ədəd çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər. O, mütəmadi deyil, bəzi vaxtlarda narkotik vasitə marixuanadan istifadə edir. O, əvvəllər heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Lakin son zamanlarda maddi durumu ağır olduğuna görə narkotik vasitə əkib satmaq qərarına gəlmiş və bu minvalla yaşadığı evin həyətyanı sahəsində əkib-becərdiyi 07 ədəd narkotik tərkibli çətənə bitkisinin 04 ədədinin üzərindən yığaraq qurutduğu narkotik vasitə marixuananı satmışdır. O, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanadan heç kimə pay verməmiş və ya satmamışdır. O, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananı istəyən olsa satmaq məqsədi ilə saxlamışdır. Onun yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə heç kimin məlumatı olmamışdır. Onun ikisi azyaşlı olmaqla üç qız övladı var. O, arvadına və qızlarına ümumiyyətlə təsərrüfat işləri ilə məşğul olmağa icazə vermir və sonunculara dirrik sahəsinə keçməyə qadağa qoymuşdur. Yəni ki, arvadı qızlarının təhsil və tərbiyəsi ilə məşğul olur, o da təsərrüfat işləri ilə məşğul olur. Buna görə də, onun yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsindən ailə üzvlərinin heç bir məlumatı olmamışdır. Onun üzərində və ya yaşadığı evin həyətində narkotik vasitə qurudulmuş marixuana saxlamasından heç kimin məlumatı olmamışdır. O, hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə qurudulmuş marixuana saxlamır. O, satdığı həmin narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 kimə verəcəyini bilməmiş, sonuncu bu barədə ona heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs2 ondan götürdüyü narkotik vasitə marixuananı tanışına verəcəyini bildirmiş, lakin həmin şəxsin kim olması ona maraqlı olmadığına görə o, bu barədə Təqsirləndirilən şəxs2 sual verməmiş, sonuncu da həmin tanışının kim olması barədə ona heç bir söz deməmişdir. O, əvvəllər heç vaxt Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuana satmamışdır. O, narkotik vasitə qurudulmuş marixuana satan zaman Təqsirləndirilən şəxs2 hər hansı bir mənfəət və ya gəlir verəcəyi barədə əvvəlcədən heç bir razılığa gəlməmişdir. O, pula ehtiyacı olduğu üçün narkotik vasitə əkib-becərmişdir. Sadəcə olaraq Təqsirləndirilən şəxs2 narkotik vasitənin pulunu ona verəndə şirinlik kimi sonuncuya 50 manat pul verməyi özlüyündə düşünmüşdür. Lakin Mübariz ondan hər hansı məbləğdə pul istəməmiş, ummamış və bu barədə onunla bir kəlmə belə danışmamışdır. Həmçinin Mübariz söhbət əsnasında həmin narkotik vasitənin tanışına verilməsində heç bir maddi marağının olmadığını, sadəcə olaraq öz tanışının xahişini yerinə yetirdiyini bildirmişdir. Buna görə o, Mübarizin ondan götürdüyü narkotik vasitəni öz tanışına verəcəyi halda heç bir gəlir və mənfəət əldə etməyəcəyini bilmişdir. Bunun üçün də özlüyündə Mübariz pulu ona verəndən sonra sonuncuya şirinlik kimi 50 manat pul verməyi düşünmüşdür. Lakin o, bu barədə Mübarizə əvvəlcədən heç bir söz deməmişdir. O, heç vaxt Təqsirləndirilən şəxs2 narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə hər hansı bir söz eşitməmişdir. O, heç vaxt Təqsirləndirilən şəxs2 narkotik vasitə satmağı təklif etməmişdir. Mübariz bir tanışına narkotik vasitə marixuana tapmaq üçün köməklik etməsini ondan xahiş etmiş, həmin vaxt o, özündə narkotik vasitə marixuana olduğuna görə satmışdır. Təqsirləndirilən şəxs2 onda narkotik vasitə marixuana olduğunu əvvəllcədən bilməmişdir. O, özündə narkotik vasitə marixuana olması barədə əvvəlcədən nə Təqsirləndirilən şəxs2, nə də başqa kiməsə məlumat verməmişdir. O, 01 ədəd sellofan bükümdə satdığı narkotik vasitə qurudulmuş marixuananın dəqiq çəkisini bilməmiş, sadəcə olaraq təxmini çəkisinin 100 qram olduğunu Mübarizə demişdir. Hazırda ifadəsində göstərdikləri tamamilə dorğu və dəqiqdir. O, həqiqətən də narkotik vasitə qurudulmuş marixuana satan zaman Mübariz Çöpsiyevə hər hansı bir mənfəət və ya gəlir verəcəyi barədə əvvəlcədən heç bir razılığa gəlməmişdir. Sadəcə olaraq Mübariz Çöpsiyev narkotik vasitənin pulunu ona verəndə şirinlik kimi sonuncuya 50 manat pul verməyi özlüyündə düşünmüşdür. Təqsirləndirilən şəxs2 ondan hər hansı məbləğdə pul istəməmiş və ya onların aralarında bu barədə hər hansı bir söhbət olmamışdır. Təqsirləndirilən şəxs2 bir tanışına narkotik vasitə marixuana tapmaq üçün köməklik etməsini ondan xahiş etdiyi zaman özündə narkotik vasitə marixuana olduğunu bildirmiş və Təqsirləndirilən şəxs2 narkotik vasitə marixuana satmışdır. Mübariz Çöpsiyev onda narkotik vasitə marixuana olduğunu əvvəlcədən bilməmişdir. O, özündə narkotik vasitə olması barədə əvvəlcədən heç kimə məlumat verməmişdir. Sadəcə olaraq o, ömründə ilk dəfə tutulduğuna görə Polis Bölməsində olarkən çox qorxmuş və həyəcanlı olmuşdur. Buna görə də üzərində şəxsi axtarış aparılan zaman təhqiqatçı tərəfindən ona Mübariz Çöpsiyevə narkotik vasitə satıb-satmadığı barədə suallar veriləndə, o, həyəcandan dorğu-düzgün cavab verə bilməmiş və sorğusualın tez bitməsi üçün bir növ təhqiqatçının suallarını cavab kimi təsdiq etmişdir. Əslində isə hadisələr hazırda ifadəsində göstərdiyi kimi olmuşdur. O, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərini 2023-cü ilin mart ayının əvvəllərində əkmişdir. Sadəcə olaraq baxış keçirilən zaman həmin narkotik tərkibli çətənə bitkilərini nə vaxt əkməsi barədə təhqiqatçı tərəfindən ona sual veriləndə dəqiq tarixi xatırlaya bilməmiş və yanlışlıqla fevral ayının sonlarında əkdiyini bildirmişdir. O, başının təpə nahiyəsində olan xəsarəti təxminən 2 gün əvvəl yaşadığı evin həyətyanı sahəsindəki dirrikdə işləyən zaman almışdır. Öz ehtiyatsızlığından başı dirrik sahəsində bitkilər üçün bağladığı armatura dəymiş və başının üst tərəfində yara əmələ gəlmişdir. O, başının təpə nahiyəsində olan xəsarətlə əlaqədar məhkəmə-tibbi ekspertizasından keçmək istəmir. Balakən RPŞ-nin Qabaqçöl PB-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib, həmin ifadəyə istinadən verdiyi ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin X20 baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 14 may 2023-cü il tarixdə Balakən rayonu Qaysa kənd sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat onun tərəfindən raportla Polis Bölməsinin rəisinə məruzə olunmuş və Təqsirləndirilən şəxs1 cinayət əməlinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə Qabaqçöl PB-nin Cinayət Axtarış Xətti üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Balakən RPŞ-nin Təminat Hissəsinin kiçik inspektoru işləmiş, polis serjantı Şahid3 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı təxminən saat 20 radələrində Balakən rayonu Qabaqçöl qəsəbəsinin ərazisində Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olduğunu bildirib, Təqsirləndirilən şəxs1 Balakən RPŞ-nin Qabaqçöl PB-nə dəvət etmişlər. O da etiraz etmədən onlarla birlikdə Polis Bölməsinə getmişdir. Polis Bölməsinə getdikdən sonra RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs1 Balakən rayon Vəkillər Bürosunun adlı siyahısı təqdim edilmiş, daha sonra Təqsirləndirilən şəxs1 həmin siyahıdan seçdiyi Müdafiəçi1 Polis Bölməsinə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilmiş vasitə, əşya, predmet olub-olmaması barədə sual verilmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı Vasif Əliyev tərəfindən açılan zaman içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsi olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı Vasif Əliyev tərəfindən elektron tərəzidə ölçülərkən çəkisi 26,37 qram təşkil etmişdir. Həmin 01 ədəd sellofan büküm təhqiqatçı Vasif Əliyev tərəfindən 01 ədəd zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən digər hər hansı bir qeyri-qanuni əyşa və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş həmin kütləni haradan əldə etməsi barədə sual verildikdə, Təqsirləndirilən şəxs1 təxminən 15 gün əvvəl həmkəndlisi Mübariz adlı şəxsdən pulunu sonra ödəmək şərti ilə 600 manat dəyərində narkotik vasitə aldığını, həmin narkotik vasitədən istifadə etdiyini, üzərindən aşkar edilmiş kütlənin də həmin aldığı narkotik vasitənin qalığı olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X6 tərəfindən videokamera vasitəsi ilə fəsiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Vasif Əliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra həmin tədbirin davamı olaraq tərəflərindən keçirilmiş əməliyyat müəyyənləşdirilməsi zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya oxşar kütləni pulunu sonra ödəmək şərti ilə Balakən rayonu Qaysa kənd sakini Təqsirləndirilən şəxs2 alması müəyyən edilmişdir. Daha sonra 14 may 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs2 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinin ifşa edilməsi məqsədi ilə Qabaqçöl PB-nin Cinayət Axtarış Xətti üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Balakən RPŞ-nin Təminat Hissəsinin kiçik inspektoru işləmiş, polis serjantı Şahid3 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs2 Balakən rayonu Qaysa kəndi ərazisində saxlanılaraq Balakən RPŞ-nin Qabaqçöl PB-nə aparılmışdır. Polis Bölməsinə getdikdən sonra RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs2 Balakən rayon Vəkillər Bürosunun adlı siyahısı təqdim edilmiş, daha sonra Təqsirləndirilən şəxs2 həmin siyahıdan seçdiyi Müdafiəçi2 Polis Bölməsinə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan edilmiş hər hansı bir vasitə, kütlə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs1 14 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilməsi və Təqsirləndirilən şəxs1 həmin kütləni ondan pulunu sonra ödəmək şərti ilə 600 manata aldığını bildirməsi barədə sual verildikdə, Təqsirləndirilən şəxs2 15 gün əvvəl həmkəndlisi Elman adlı şəxsdən 200 qram narkotik vasitə götürüb 600 manat pulunu sonra ödəmək şərti ilə həmkəndlisi Şamilə verdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X6 tərəfindən videokamera vasitəsi ilə fəsiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Vasif Əliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra həmin tədbirin davamı olaraq tərəflərindən keçirilmiş əməliyyat müəyyənləşdirilməsi zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya oxşar kütləni Təqsirləndirilən şəxs2 pulunu sonra ödəmək şərti ilə Balakən rayonu Qaysa kənd sakini Təqsirləndirilən şəxs3 alması müəyyən edilmişdir. Daha sonra 15 may 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs3 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinin ifşa edilməsi məqsədi ilə Qabaqçöl PB-nin Cinayət Axtarış Xətti üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Balakən RPŞ-nin Təminat Hissəsinin kiçik inspektoru işləmiş, polis serjantı Şahid3 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı təxminən saat 00:30 radələrində Təqsirləndirilən şəxs3 Balakən rayonu Qaysa kəndi ərazisində saxlanılaraq Balakən RPŞ-nin Qabaqçöl PB-nə aparılmışdır. Polis Bölməsinə getdikdən sonra RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs3 Balakən rayon Vəkillər Bürosunun adlı siyahısı təqdim edilmiş, daha sonra Təqsirləndirilən şəxs3 həmin siyahıdan seçdiyi Müdafiəçi3 Polis Bölməsinə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş başqa kütlə, vasitə olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs3 əynindəki şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim etmiş və həmin bükümün içərisindəki kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı Vasif Əliyev tərəfindən açılan zaman içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsi olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı Vasif Əliyev tərəfindən elektron tərəzidə ölçülərkən çəkisi 30,84 qram təşkil etmişdir. Həmin 01 ədəd sellofan büküm təhqiqatçı Vasif Əliyev tərəfindən 01 ədəd zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş pul əskinasları özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 2023-cü ilin mart ayında 07 ədəd narkotik tərkibli bitkilər əkibbecərdiyini, pula ehtiyacı olduğuna görə həmin bitkilərin 04 ədədinin üzərindən yararlı hissələrini yığıb təxminən 200 qram narkotik vasitəni satmaq məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 verdiyini, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitənin də həmin 04 ədəd bitkilərin üzərindən yığdığı narkotik vasitənin qalığı olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əkdiyi 07 ədəd narkotik tərkibli bitkilərin 04 ədədinin üzərindən yararlı hissələrini yığdıqdan sonra həmin 04 ədəd bitkilərin yararsız hissələrini yandırdığını, digər 03 ədəd bitkilərin isə yaşadığı evin həyətində olduğunu və həmin bitkiləri təqdim edəcəyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X6 tərəfindən videokamera vasitəsi ilə fəsiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Vasif Əliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 Balakən rayonu Qaysa kəndində yerləşən fərdi yaşayış evinə, həmin evin həyətyanı torpaq sahəsinə və digər qapalı tikililərə baxış keçirilməsi məqsədi ilə onun rəhbərliyi altında Balakən RPŞ-nin Qabaqçöl PB-nin Cinayət Axtarış Xətti üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Balakən RPŞ-nin Təminat Hissəsinin kiçik inspektoru işləmiş, polis serjantı Şahid3 və Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X12 ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. Daha sonra tədbirdə mütəxəssis qismində iştirak etməsi üçün aqronom Şahid4 təhqiqatçı Vasif Əliyev tərəfindən Polis Bölməsinə dəvət olunmuş və bundan sonra 15 may 2023-cü il tarixdə təxminən saat 03 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı ünvana yollanmışlar. Müdafiəçinin, mütəxəssisin və polis əməkdaşlarının iştirakları ilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs3 evinin həyətyanı sahəsinin dirrik hissəsində əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin yerini göstərərək təqdim etmişdir. Baxış zamanı mütəxəssis Şahid4 həmin 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 pula ehtiyacı olduğuna görə həmin bitkiləri əkib-becərdiyini bildirmişdir. Baxış zamanı həmin 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər köklərindən çıxarılmış, bitkilərin uzunluqları ölçülərkən ən kiçiyinin 50 sm, ən böyüyünün isə 83 sm olması müəyyən edilmişdir. Baxış zamanı aşkar edilmiş həmin 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər və həmin bitkilərdən qopmuş hissələr təhqiqatçı Vasif Əliyev tərəfindən 01 ədəd sintetik kisəyə qoyulub qablaşdırılmış, elektron tərəzi vasitəsi ilə ölçülən zaman ümumi çəkiləri 490 qram təşkil etmiş, daha sonra sintetik kisə möhürlənib üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Baxış prosesi Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X6 tərəfindən videokamera vasitəsi ilə fəsiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Vasif Əliyev tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Qabaqçöl PB-nin CAX üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və ittiham və müdafiə tərəflərinin razılığı ilə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmuş Balakən RPŞ-nin Təminat Hissəsinin kiçik inspektoru işləmiş, polis serjantı Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib, həmin ifadəsinə istinadən verdiyi ifadəsində göstərdi ki, Balakən rayon İcra Hakimiyyəti başçısının Balakən rayonu Hənifə kəndi inzibati dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. O, 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir və ixtisasca alim-aqronomdur. 15 may 2023-cü il tarixdə Balakən rayonu Qaysa kənd sakini Təqsirləndirilən şəxs3 yaşadığı fərdi yaşayış evinə, həmin evin həyətyanı torpaq sahəsinə və digər qapalı tikililərə baxış keçirilən zaman o, mütəxəssis qismində iştirak etmişdir. Belə ki, 15 may 2023-cü il tarixdə təxminən saat 03 radələrində Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Vasif Əliyev onunla əlaqə saxlayaraq əməliyyat tədbiri keçirəcəklərini bildirmiş və tədbirdə iştirak etməsi üçün onu mütəxəssis qismində Balakən RPŞ-nin Qabaqçöl PB-nə dəvət etmişdir. O da etiraz etmədən Qabaqçöl PB-nə getmiş, orada təhqiqatçı Vasif Əliyev tərəfindən mütəxəssis qismində təyin olunması barədə qərar ona elan olunmuş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3, müdafiəçi, polis əməkdaşları və o, birlikdə Balakən rayonu Qaysa kəndinə, yəni Təqsirləndirilən şəxs3 yaşadığı ünvana yollanmışlar. Müdafiəçinin, onun və polis əməkdaşlarının iştirakları ilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs3 evinin həyətyanı sahəsinin dirrik hissəsində əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin yerini polis əməkdaşlarına göstərərək təqdim etmişdir. Baxış zamanı o, aşkar edilmiş həmin 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 pula ehtiyacı olduğuna görə həmin bitkiləri əkib-becərdiyini bildirmişdir. Baxış zamanı həmin 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər köklərindən çıxarılmış, bitkilərin uzunluqları ölçülərkən ən kiçiyinin 50 sm, ən böyüyünün isə 83 sm olması müəyyən edilmişdir. Baxış zamanı aşkar edilmiş həmin 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər və həmin bitkilərdən qopmuş hissələr təhqiqatçı Vasif Əliyev tərəfindən 01 ədəd sintetik kisəyə qoyulub qablaşdırılmış, elektron tərəzi vasitəsi ilə ölçülən zaman ümumi çəkiləri 490 qram təşkil etmişdir. Daha sonra sintetik kisə möhürlənib üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Baxış prosesi bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fəsiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Vasif Əliyev tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Polis Bölməsinə qayıtdıqdan sonra o, aşkar olunmuş 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər barədə rəy yazaraq təhqiqatçı Vasif Əliyevə təqdim etmişdir. İş materiallarında olan 14 may 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 14 may 2023-cü il tarixdə saat 20.50-də CM-nin 234.1-ci maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 14 may 2023-cü il tarixli Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Vasif Əliyev tərəfindən tərtib edilmiş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 21:10 dəqiqədən saat 21:50 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilmiş vasitə, əşya, predmet olubolmaması barədə sual verildikdə, sonuncu əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü təqdim etmiş və həmin bükümün içərisindəki kütlənin narkotik olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisi 26,37 qram təşkil etmişdir. Həmin 01 ədəd sellofan büküm 01 ədəd zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa qanunla qadağan edilmiş vasitə, kütlə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütləni haradan əldə etməsi barədə sual verildikdə, o, təxminən 15 gün əvvəl həmkəndlisi Mübariz adlı şəxsdən 200 qram narkotik vasitəni 600 manata nisyə olaraq aldığını, həmin narkotik vasitədən istifadə etdikdən sonra üzərində olan kütlənin ondan qaldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi təsir göstərilib-göstərilmədiyi barədə sual verildikdə, Təqsirləndirilən şəxs1 belə bir halın olmadığını bildirmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X6 tərəfindən videokamera vasitəsi ilə qeydə alınmış və həmin videogörüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında 14 may 2023-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması barədə videogörüntülər əks olunmuş 01 ədəd DVD diskinə baxış keçirilmiş və həmin videogörüntülərlə 14 may 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda qeyd olunanların təsdiq olunduğu müəyyən olunmuşdur. İş materiallarında olan 14 may 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14 may 2023-cü il tarixdə saat 23.10-da CM-nin 234.1-ci maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 14 may 2023-cü il tarixli Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Vasif Əliyev tərəfindən tərtib edilmiş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 23:30 dəqiqədən 15 may 2023-cü il saat 00:10 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən hər hansı qanunla qadağan edilmiş vasitə, kütlə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 14 may 2023-cü il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs1 tutularaq üzərində şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edildiyi və Təqsirləndirilən şəxs1 həmin kütləni ondan nisyə olaraq 600 manata aldığını bildirdiyi deyildikdə, Təqsirləndirilən şəxs2 15 gün əvvəl həmkəndlisi Elman adlı şəxsin ona satmaq istədiyi narkotik vasitə olduğunu və ondan həmin narkotik vasitəni satmaq üçün adam tapmasını istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmçinin Təqsirləndirilən şəxs1 bu barədə dedikdə sonuncunun ondan narkotik vasitəni istədiyini və 200 qram narkotiki Elmandan götürərək 600 manata nisyə olaraq Şamilə verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitəni Təqsirləndirilən şəxs1 sonuncunun həmin narkotik vasitəni satdıqdan sonra pulu ona verdiyində, həmin pulu Elmana verəcəyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 Polis Bölməsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi təsir göstərilib-göstərilmədiyi barədə sual verildikdə, Təqsirləndirilən şəxs2 belə bir halın olmadığını bildirmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X6 tərəfindən videokamera vasitəsi ilə qeydə alınmış və həmin videogörüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında 14 may 2023-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması barədə videogörüntülər əks olunmuş 01 ədəd DVD diskinə baxış keçirilmiş və həmin videogörüntülərlə 14 may 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda qeyd olunanların təsdiq olunduğu müəyyən olunmuşdur. İş materiallarında olan 15 may 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 15 may 2023-cü il tarixdə saat 01.20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 15 may 2023-cü il tarixli Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Vasif Əliyev tərəfindən tərtib edilmiş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 01:40 dəqiqədən saat 02:20 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilmiş kütlə, vasitə olub-olmaması barədə sual verildikdə, o, əynindəki şalvarın sol yan cibində saxladığı 01 ədəd sellofan bükümü təqdim etmiş və həmin kütlənin narkotik olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş sellofan büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisi 30,84 qram təşkil etmişdir. Həmin sellofan büküm 01 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 2023-cü ilin mart ayında 07 ədəd narkotik ağacını əkdiyini, pula ehtiyacı olduğu üçün həmin ağaclardan 04 ədədinin yararlı hissəsini yığaraq təxminən 200 qram kütləni həmkəndlisi Təqsirləndirilən şəxs2 satmaq üçün verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 onun üzərində aşkar edilən narkotik vasitənin həmin yığdığı narkotik vasitədən olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs3 həmçinin Təqsirləndirilən şəxs2 narkotik vasitəni verdiyində sonuncunun həmin narkotik vasitəni satdığı zaman onunla məsləhət edərək satacağını və sonra pulu gətirib ona verəcəyini, pulu verdiyində isə Mübarizə 50 manat verəcəyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əkdiyi 07 ədəd narkotik ağaclarından 04 ədədinin yararlı hissələrini yığdıqdan sonra yararsız hissələrini yandırdığını, digər 03 ədədinin isə onun həyətində olduğunu və həmin ağacları təqdim edə biləcəyini qeyd etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi təsir göstərilib-göstərilmədiyi barədə sual verildikdə, Təqsirləndirilən şəxs3 belə bir halın olmadığını bildirmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X6 tərəfindən videokamera vasitəsi ilə qeydə alınmış və həmin videogörüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında 15 may 2023-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılması barədə videogörüntülər əks olunmuş 01 ədəd DVD diskinə baxış keçirilmiş və həmin videogörüntülərlə 15 may 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolda qeyd olunanların təsdiq olunduğu müəyyən olunmuşdur. İş materiallarında olan 15 may 2023-cü il tarixli Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Vasif Əliyev tərəfindən tərtib edilmiş “baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 03:25 dəqiqədən saat 03:55 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin, mütəxəssisin və polis əməkdaşlarının iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3 Balakən rayonu Qaysa kəndində yaşadığı evin həyətyanı və dirrik sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs3 15 may 2023cü il tarixdə ərizə ilə müraciət edərək həyətyanı və dirrik sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri təqdim etmişdir. Baxış zamanı mütəxəssis aqronom Şahid4 həmin bitkilərin alaq otlarından təmizləndiyini, onlara qulluq edildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs3 həmin bitkiləri pula ehtiyacı olduğu üçün əkdiyini qeyd etmişdir. Baxış zamanı qeyd edilən 03 ədəd çətənə bitkilərinə oxşar bitkilər köklərindən çıxarılmış, həmin bitkilərin uzunluqları ölçüldükdə 50 sm-dən 83 sm-dək olmaları məlum olmuşdur. Həmçinin baxış zamanı qeyd edilən bitkilərin 04 ədəd qopmuş və qırılmış hissələri aşkar edilmişdir. Baxış zamanı 03 ədəd çətənə bitkilərinə oxşar bitkilər və onların 04 ədəd hissələri 01 ədəd sintetik kisədə qablaşdırıldıqdan sonra elektron tərəzi ilə çəkildikdə ümumi çəkiləri 0,490 kiloqram təşkil etmişdir. Qablaşdırılmış 01 ədəd sintetik kisə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Keçirilmiş baxış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X6 tərəfindən videokamera vasitəsi ilə qeydə alınmış və həmin videogörüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Baxış zamanı tərtib edilmiş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında 15 may 2023-cü il tarixli baxış keçirilməsi barədə videogörüntülər əks olunmuş 01 ədəd DVD diskinə baxış keçirilmiş və həmin videogörüntülərlə 15 may 2023cü il tarixli baxış keçirilməsi barədə protokolda qeyd olunanların təsdiq olunduğu müəyyən olunmuşdur. İş materiallarında olan alim-aqronom Şahid4 tərəfindən tərtib edilmiş 15 may 2023-cü il tarixli rəydən görünür ki, həmin tarixdə Balakən rayonu Qaysa kənd sakini Təqsirləndirilən şəxs3 yaşadığı evin dirrik sahəsindən baxış zamanı aşkar edilmiş hündürlükləri 50 sm-dən 83 sm-dək olan 03 ədəd bitki kolları narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarıdır, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibləri alaq otlarından təmizlənməklə suvarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X26 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 15 may 2023-cü tarixli 17/397 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş kütlə...” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 24,74 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs3 üzərində aşkar edilmiş kütlə.” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 22,29 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sellofan bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər; tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətində aşkar edilmiş çətənə kollarına oxşar bitkilər..” yazısı, adlar və imzalar olan sintetik kisənin içərisindəki:-03 (üç) ədəd, uzunluqları 50 sm-dən 83 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 214,36 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir;-04 (dörd) ədəd, uzunluqları 55 sm-dən 64 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 108,76 qram bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir; aqronom (alim) Şahid4 15 may 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir; tədqiqata təqdim olunmuş 02 (iki) ədəd sellofan bükümlərdə olan qurudulmuş marixuanalar ilə 03 (üç) ədəd çətənə (kannabis) bitkiləri və 04 (dörd) ədəd çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər; tədqiqata təqdim olunmuş 03 (üç) ədəd çətənə (kannabis) bitkiləri və 04 (dörd) ədəd çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər. Qeyd:a) çətənə bitkilərinin ümumi təmiz çəkisi-214,36 qram, cəmi tədqiqata sərf edildi-0,15 qram (hər bitkidən 0,05 qram), qalıq-214,21 qram; b) çətənə bitkisi hissələrinin ümumi təmiz çəkisi-108,76 qram, cəmi tədqiqata sərf edildi-0,20 qram (hər hissədən-0,05 qram), qalıq-108,56 qram; c)marixuananın təmiz çəkisi-24,74 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-24,69 qram;d) marixuananın təmiz çəkisi-22,29 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 22,24 qram. Ekspertiza tədqiqatının dəyəri 35,97 manat təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2023-cü il tarixli 1090 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2023-cü il tarixli 1092 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2023-cü il tarixli 1091 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 16 may 2023-cü il tarixli qərarından və 16 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında Aktdan görünür ki, Təqsirləndirilən şəxs1 16 may 2023-cü il tarixdə saat 20.30-da Balakən RPŞ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 16 may 2023-cü il tarixli qərarından və 16 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında Aktdan görünür ki, Təqsirləndirilən şəxs2 16 may 2023-cü il tarixdə saat 20.40-da Balakən RPŞ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 237.1 və 234.2-ci maddələrilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X7, xx.xx.2009-cu il tarixdə doğulmuş X8 və xx.xx.2014-cü il tarixdə doğulmuş X13 olmaqla Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşaq vardır. İş materiallarından həmçinin görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X14 və xx.xx.2015-ci il tarixdə doğulmuş X15 olmaqla Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşaq vardır. İş materiallarından o da müəyyən olunur ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X23, xx.xx.2014-cü il tarixdə doğulmuş X18 və xx.xx.2007-ci il tarixdə doğulmuş X29 olmaqla Təqsirləndirilən şəxs3 himayəsində 2 azyaşlı uşaq və 1 yetkinlik yaşına çatmayan uşaq vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmamışdır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında 10 iyul 2023-cü il tarixli qərarından və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 24,74 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 24,69 qramı, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 22,29 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 22,24 qramı, Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 03 ədəd uzunluqları 50 sm-dən 83 sm-dək ümumi təmiz çəkiləri 214,36 qram olan və ekspertiza tədqiqatından sonra çəkiləri 214,21 qram təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 04 ədəd uzunluqları 55 sm-dən 64 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 108,76 qram olan və ekspertiza tədqiqatından sonra çəkiləri 108,56 qram təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş və Təqsirləndirilən şəxs3 həyətyanı torpaq sahəsinin dirrik hissəsinə keçirilmiş baxışın videogörüntləri əks olunmuş cəmi 04 ədəd DVD diski və "xxxx" MMC-dən götürülmüş məlumatların əks olunduğu 01 ədəd CD diski iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, təqsirləndirilən şəxslərin 14 may 2023-cü il tarixli və 15 may 2023-cü il tarixli şəxsi axtarış protokollarını, 15 may 2023-cü il tarixli baxış protokolunu, həmin şəxsi axtarışların və baxışın videogörüntüləri əks olunmuş 04 ədəd DVD diskini, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskini, maddi sübutları, məhkəməbioloji ekspertizasının 15 may 2023-cü tarixli 17/397 nömrəli rəyini, ambulator məhkəmənarkoloji ekspertizasının 24 iyun 2023-cü il tarixli 1090 nömrəli rəyini, ambulator məhkəmənarkoloji ekspertizasının 24 iyun 2023-cü il tarixli 1092 nömrəli rəyini, ambulator məhkəmənarkoloji ekspertizasının 24 iyun 2023-cü il tarixli 1091 nömrəli rəyini, təqsirləndirilən şəxslər barəsində tələbnamələr üzrə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 31 may 2023-cü il tarixli 6 saylı arayışları, Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin 10 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında haqqında qərarını, məhkəmənin və ibtidai istintaq orqanının işdə olan digər qərarlarını və hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsilə ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini, Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsilə ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini və Təqsirləndirilən şəxs3 CM-nin 237.1-ci maddəsilə ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı CM-nin 234.1-ci maddəsilə verilmiş ittihamı və Təqsirləndirilən şəxs3 qarşı CMnin 237.1-ci maddəsilə verimiş ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin özünü CM-nin 234.2-ci maddəsilə təqsirli bilməməsi və satış məqsədilə narkotik vasitə əldə etməməsi, daşımaması, saxlamaması və satmaması xüsusunda Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə bu hal üzrə ona verilən ittihamla bağlı özünü təqsirli bilməsi barədə ibtidai istintaqda verdiyi ifadəsi arasında ziddiyyətə işdəki mötəbər sübutlarla müqayisəli şəkildə hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaqda təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi daha mötəbər sayılmalı və qəbul olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində ibtidai istintaqda verdiyi ifadəsində CM-nin 237.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində özünü təqsirli bilmiş və həmin ifadəsində Balakən RPŞ-də polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təzyiqin edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 bu ifadəsini müdafiəçisinin iştirakı ilə vermiş və bu ifadə alınan zaman ona fiziki və ya psixi təsirin edilməsi müəyyən olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində tutulduğu vaxt və Balakən RPŞ-də polis əməkdaşları tərəfindən ona heç bir psixi və fiziki təsirin edilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs3 heç bir əsaslı səbəb göstərmədən bu xüsusda məhkəmə istintaqında tamamilə fərqli ifadə vermiş, bu ifadəsində satış məqsədilə narkotik vasitə əldə etməməsi, daşımaması, saxlamaması və satmamasını göstərmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini nəyə görə dəyişməsini, ibtidai istintaqda CM-nin 234.2-ci maddəsilə etirafedici ifadə verdiyi təqdirdə, məhkəmə iclasında bu xüsusatla bağlı həmin ifadəsini inkar etdiyini tutarlı əsaslar göstərmədən və mötəbər sübutlar təqdim etmədən ağlabatan formada izah edə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 Məhəməd oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində satış məqsədilə narkotik vasitə əldə etməməsi, daşımaması, saxlamaması və satmaması ilə bağlı göstərilənlər iş üzrə mötəbər sübutlarla, o cümlədən onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, digər təqsirləndirilən şəxslərin ifadələri, iş üzrə şahidlərin ifadələri, təqsirləndirilən şəxslərin 14 may 2023-cü il tarixli və 15 may 2023-cü il tarixli şəxsi axtarış protokolları, 15 may 2023-cü il tarixli baxış protokolu, həmin şəxsi axtarışların və baxışın videogörüntüləri əks olunmuş 04 ədəd DVD diski, maddi sübutlar, məhkəmə-bioloji ekspertizasının 15 may 2023-cü tarixli 17/397 nömrəli rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2023-cü il tarixli 1090, 1092 və 1091 saylı rəyləri, Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin 10 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında haqqında qərarı, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokolları və sair sübutlarla tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində satış məqsədilə narkotik vasitə əldə etməməsi, daşımaması, saxlamaması və satmaması və CM-nin 234.2-ci maddəsilə özünü təqsirli bilməməsi barədə göstərdiyi bu xüsusatı özünümüdafiə kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində satış məqsədilə narkotik vasitə əldə etməməsi, daşımaması, saxlamaması və satmaması barədə göstərdiyi bu xüsusat Azərbaycan Respublikası Konstitusiyasının 63 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində CM-nin 234.2ci maddəsilə özünü təqsirli bilməməsi, satış məqsədilə narkotik vasitə əldə etməməsi, daşımaması, saxlamaması və satmaması barədə göstərdiyi bu hal nə həmin cinayət əməlinin (CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş) törədilməsinin sübut olunması, nə də həmin maddə ilə cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmiş, Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmiş və Təqsirləndirilən şəxs3 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) və qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma, saxlama və satma cinayət əməllərini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra-nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Yenə də Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunla təsdiq olunmuş İ Siyahıda bu miqdar qurudulumş marixuana üçün 5 qram müəyyən edilmişdir. Həmin Qərarın 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin qərarın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət erərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 237.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası CM-nin 237.1 və 234.2-ci maddələrin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 237.1 və 234.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə, Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə və Təqsirləndirilən şəxs3 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 237.1 və 234.2-ci maddələrilə düzgün tövsif edilmişdir. Əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməllərinə görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-591.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələbinə istinad edib himayəsində üç azyaşlı uşağın olmasını, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin himayəsində iki azyaşlı uşağın olmasını, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşaq və Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaq vardır. Qanunvericiliyin imperativ tələbinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Ona görə də məhkəmə himayəsində üç azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi və himayəsində iki azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması qənaətinə gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikalarında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlabatan əsas kimi qiymətləndirilməklə onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, onlara istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onları müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz onlara istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda işin faktiki hallarına və qanun normalarının tələbinə əsasən himayəsində iki azyaşlı uşağın və bir yetkinlik yaşına çatmayan uşağın olmasını, ilk dəfə cinayət əməlləri törətməsini və CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşaq və bir yetkinlik yaşına çatmayan uşaq vardır. Qanunvericiliyin imperativ tələbinə əsasən cinayət törətmiş şəxsin himayəsindlə azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda qanun normasının tələbinə əsasən (CM-nin 59.2-ci maddəsi) şəxsin himayəsində yetkilik yaşına çatmayan uşağın olması da humanizm və ədalət nöqteyi-nəzərindən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilər. Ona görə də məhkəmə himayəsində iki azyaşlı uşağın və bir yetkinlik yaşına çatmayan uşağın olmasını Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması qənaətinə gəlmişdir. Məhkəmə həmçinin nəzərə çatdırır ki,Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməlləri törətməsi Təqsirləndirilən şəxs3 kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlabatan əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxs3 CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti etiraf edib bu əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə bir daha nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs3 CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona həmçinin istinad olunan Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı onların xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl və Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməllər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Digər tərəfdən cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını yüngülləşdirən hallar vardır və onların cəzalarını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-nin maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində üç azyaşlı uşağın olması, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 14 may 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində iki azyaşlı uşağın olması, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 14 may 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPMnin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, həmin təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Balakən rayonu Qaysa kəndi ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Balakən rayonu Qaysa kəndi ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə icrası onların yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2023-cü il tarixli 1090 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təiyn edir. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunmalı və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X17 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2023-cü il tarixli 1092 nömrəli rəyinə hüqqui qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmədiyinin, narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığının müəyyən edildiyini və narkoloji kabinetdə qeydə alınmasının müəyyən edilmədiyini nəzərə alaraq həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməməli və o, narkoloji kabinetdə qeydə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində iki azyaşlı uşağın və bir yetkinlik yaşına çatmayan uşağın olması, ilk dəfə cinayət əməli törətməsi və CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası və Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 15 may 2023cü il tarixdən 16 may 2023-cü il tarixədək tutulub həbsdə saxlandığı və 16 may 2023-cü il tarixdən hazırkı günədək ev dustaqlığında saxlandığı müddət təyin olunacaq həmin cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 15 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2.ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3.məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Azərbaycan Respublikası CPMnin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmin təqsirləndirilən şəxsin şəxsiyyətini, həmin təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2023-cü il tarixli 1091 nömrəli rəyinə hüquqi qiymət verib həmin rəylə Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs3 narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X17 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə 35,97 manat ekspertiza xərcinin 11,99 manatı Təqsirləndirilən şəxs1, 11,99 manatı Təqsirləndirilən şəxs2 və 11,99 manatı Təqsirləndirilən şəxs3 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 24,74 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 24,69 qramı, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 22,29 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 22,24 qramı, Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 03 ədəd uzunluqları 50 sm-dən 83 sm-dək ümumi təmiz çəkiləri 214,36 qram olan və ekspertiza tədqiqatından sonra çəkiləri 214,21 qram təşkil edən əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 04 ədəd uzunluqları 55 sm-dən 64 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 108,76 qram olan və ekspertiza tədqiqatından sonra çəkiləri 108,56 qram təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri məhv edilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş və Təqsirləndirilən şəxs3 həyətyanı torpaq sahəsinin dirrik hissəsinə keçirilmiş baxışın videogörüntüləri əks olunmuş cəmi 04 ədəd DVD diski və "xxxx" MMC-dən götürülmüş məlumatların əks olunduğu 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara istinad olunan hazırkı cinayət əməllərini törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 15 saat vaxt, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 15 saat vaxt və Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi3 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçisi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 90 manat, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 90 manat və Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün 90 manat, cəmi 270 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X21 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 14 may 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Balakən rayonu Qaysa kəndi ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X17 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 14 may 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Balakən rayonu Qaysa kəndi ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə hazırki hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 15 may 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək tutulub həbsdə saxlandığı və 16 may 2023-cü il tarixdən hazırkı günədək ev dustaqlığında saxlandığı müddət həmin cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 15 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs3 narkoloji kabinetdə qeydiyyata alınsın; onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X17 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 35,97 manat ekspertiza xərcinin 11,99 manatı Təqsirləndirilən şəxs1, 11,99 manatı Təqsirləndirilən şəxs2 və 11,99 manatı Təqsirləndirilən şəxs3 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 24,74 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 24,69 qramı, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 22,29 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 22,24 qramı, Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətyanı sahəsinin dirrik hissəsinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş 03 ədəd uzunluqları 50 sm-dən 83 sm-dək ümumi təmiz çəkiləri 214,36 qram olan və ekspertiza tədqiqatından sonra çəkiləri 214,21 qram təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 04 ədəd uzunluqları 55 sm-dən 64 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 108,76 qram olan və ekspertiza tədqiqatından sonra çəkiləri 108,56 qram təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri məhv edilsin; Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində aparılan şəxsi axtarışların videogörüntüləri əks olunmuş və Təqsirləndirilən şəxs3 həyətyanı torpaq sahəsinin dirrik hissəsinə keçirilmiş baxışın videogörüntüləri əks olunmuş cəmi 04 ədəd DVD diski və "xxxx" MMC-dən götürülmüş məlumatların əks olunduğu 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 90 manat, təqsirləndirilən şəxs X1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 90 manat və Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün 90 manat, cəmi 270 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X21 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-10/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-10/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver