Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-10/2025 12.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -xx xxxxxx 1998-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN nömrəsi xxxxxxx, subay, natamam orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Balakən rayonu İtitala kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 07 yanvar 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində Balakən rayon İtitala kəndi ərazisində asfalt yolda idarə etdiyi “VAZ 21013” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə 40 km/saat sürətlə hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, yəni sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitəsinə yol verməli olduğu halda bunlara əməl etməyib qarşıdan əks istiqamətdə hərəkətdə olaraq yaxınlaşan sürücü X8 idarə etdiyi VAZ 21061 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən idarə etdiyi avtomobili sola döndərməklə Surac Ramazanovun idarə etdiyi VAZ 21061 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında həmin avtomobillə toqquşmuş, toqquşmanın təsirindən VAZ 21061 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil işıq dirəyinə və daş hasara dəymiş, nəticədə ehtiyatsızlıqdan VAZ 21061 markalı avtomobilin sürücüsü X3 ağ ciyərdə böyük ölçüdə əzilib-cırılma, sol ağ ciyərdə qansızma, baş beyinə qansızma ilə nəticələnən, dərəcələrinə görə onun həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər, döş qəfəsində sağda ön orta körpücük xətlə 5-ci qabırğada orta hissədə, sağ yan orta kürək xətti ilə 5-6- 7-ci qabırğalarda qəlpəli yerdəyişməli, tam bir-birindən aralanmış sınıqlarla nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ağ ağır zərər vurmaya aid xəsarətlər, başının sağ təpə nahiyyəsində, sağ gicgah nahiyyəsində, sağ qulaq arxasında sıyrıqlar, boynunda arxa səthdə, sağ kürək üstündə, gövdənin sağ yan səthində, sağ budunun yuxarı 1/3-də bayır səthdə sıyrıqlar ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, zərərçəkmiş şəxs X9 hadisə zamanı aldığı sağ ağ ciyərdə böyük ölçüdə əzilibcırılma nəticəsində daxilə çoxlu qanitirmə xəsarəti nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi,zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri,bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, hazırda Balakən rayon İtitala kəndində tək yaşayır.Fərdi əməklə məşğuldur.Subaydır. İstifadəsində olan etibarnamə ilə idarə etdiyi VAZ 21013 markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq özünü dolandırır. Həmin avtomobili Bakı şəhər sakini X4 1400 manata almışdır. Lakin vaxtı olmadığı üçün avtomobili öz adına keçirtməmişdir. Onun B, C dərəcəli sürücülük vəsiqəsi vardır. X27, anası Esmira Çiliyeva vəfat etmişlər. Həmçinin qardaşı X16 44 günlük Vətən Müharibəsində yaralanmış, 2023-cü ildə Bakı şəhərində Hospitalda dünyasını dəyişmişdir. 18 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində o, idarə etdiyi avtomobillə Balakən rayon İtitala kəndində asfalt yolla dostu, Balakən rayon İtitala kənd sakini X13 yaşadığı evdən götürmək üçün getmişdir.Asfalt yolla hərəkət edib kənd arası yola dönməli idi.İdarə etdiyi avtomobildə 40 km/saat sürət olmuşdur.Həmin vaxt təxminən 50 metr məsafədə əks yoldan ona doğru gələn Vaz 21061 markalı avtomobili görmüşdür.Həmin avtomobil ondan uzaqda olduğuna görə fikirləşmişdir ki, avtomobil o, dönəcəyi yerə çatana qədər idarə etdiyi avtomobillə kənd arası yola daxil ola bilər. O, idarə etdiyi avtomobillə asfalt yolla hərəkət edib sol tərəfə dönmə əməliyyatına başlayıb 3 metr məsafə qət etmişdir ki, Surac Ramazanovun idarə etdiyi avtomobil hərəkət zolağına çıxmış, qarşıdan gələn həmkəndlisi X9 idarə etdiyi VAZ 21061 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi onun idarə etdiyi avtomobilin sol ön hissəsindən dəymiş, daha sonra idarəetməni itirib yolun kənarında olan daş hasara və elektrik dirəyinə çırpılmışdır. Toqquşma baş verməmişdən əvvəl Surac Ramazanovun idarə etdiyi VAZ 21061 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 65-70 km saat sürətlə hərəkət etmişdir. Daha sonra o, avtomobildən düşüb tez Surac Ramazanovun idarə etdiyi avtomobilə tərəf qaçmışdır.Avtomobilə çatdıqda görmüşdür ki,Surac Ramazanov avtomobildə sükanın arxasında sıxışıb qalmışdır. Bu zaman o, Suracı avtomobildən çölə çıxartmışdır. Lakin Surac hərəkətsiz vəziyyətdə olmuşdur.Sonra oradan kənd camaatının köməyi ilə Suracı otluq ərazidə yerə uzadıb onun üzünə su vurmuşlar.Lakin Surac hərəkətsiz olmuşdur. Surac üzünə su vurduqda da tərpənməmişdir.Daha sonra həmkəndlisi Davidin “Opel- Astra” markalı avtomobili ilə Suracı Balakən rayon mərkəzi xəstəxanasına aparmışlar.Sonra isə ona məlum olmuşdur ki, Surac Ramazanov baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Hadisə zamanı onun heç bir xəstəliyi olmamışdır.Hadisə zamanı onun idarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur.Hadisə zamanı heç bir xəsarət almamışdır.Hadisə zamanı hər hansı spirtli içki və ya psixotrop maddə qəbul etməmişdir. Ümumiyyətlə psixotrop və ya güclü təsir edən maddələr qəbul etmir.Spirtli içkilərdən istifadə etmir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayəti və tələbi yoxdur.İlk dəfə cinayət törətməsini,əməlindən peşiman olmasını, ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, hazırda Balakən rayonu İtitala kəndində ailə üzvləri ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır.X2 onun doğma oğludur.Surac Ramazanov onlarla birlikdə Balakən rayon İtitala kəndində yaşamışdır.Mərhum oğlu Surac Ramazanov kənd təsərrüfatı işlərində ona köməklik etmişdir.18 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində oğlu Surac Ramazanov idarə etdiyi VAZ 21061 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə evdən çıxmış və öz şəxsi işləri ilə məşğul olacağını bildirmişdir. Oğlu evdən çıxdıqdan təxminən bir saat sonra isə yaşadığı evdə olduğu zaman hazırda xatırlamadığı şəxs ailəsinə məlumat verərək oğlu Surac Ramazanovun idarə etdiyi VAZ 21061 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qəzaya düşdüyünü bildirmişdir.Ona əvvəlcə oğlu Suracın ağır xəsarət almadığını bildirmişlər, daha sonra isə ona məlum olmuşdur ki, oğlu Surac Ramazanov idarə etdiyi VAZ 2106 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayon İtitala kəndi ərazisində asfalt yolda hərəkətdə olarkən həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21013 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş,idarəetməni itirərək yolun kənarında olan işıq dirəyinə və daş hasara dəymiş, nəticədə aldığı xəsarətlərdən vəfat etmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini, hətta cəza təyin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, hazırda Balakən rayon İtitala kəndində yaşayır. İstifadəsində olan etibarnamə ilə idarə etdiyi Opel Astra markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır.Balakən rayon İtitala kənd sakini Təqsirləndirilən şəxs və X2nu tanıyır.Onun həmkəndliləridir.18 oktyabr 2024-cü il tarixdə kənddə olduğu zaman ondan təxminən 100-150 metr aralıda asfalt yolda X9 idarə etdiyi VAZ 21061 markalı avtomobillə Təqsirləndirilən şəxs idarə VAZ 21013 markalı avtomobillər toqquşmuşdur.O, həmin yerə yaxınlaşdıqda görmüşdür ki, Surac Ramazanovun idarə etdiyi avtomobil Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə toqquşduqdan sonra dirəyə və daş hasara dəyib dayanmışdır.Ora çatdıqda görmüşdür ki, Suracı avtomobildən çıxarıb yerə uzatmışlar.Bu zaman Suracı xəstəxanaya çatdırmaq üçün idarə etdiyi avtomobilin arxa oturacağına uzadıb Balakən rayon mərkəzi xəstəxanasına aparmışdır. Balakən rayonu Püştətala kəndi ərazisində Balakən rayon mərkəzi xəstəxanasından hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə qarşılaşmış və X18 Tibbi yardım avtomobili onun avtomobilindən götürüb Balakən rayon mərkəzi xəstəxanasına aparmışdır.Xəstəxanada isə Surac Ramazanov ölmüşdür. İşin 4-22-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 18 oktyabr 2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, qeyd edilən yol-nəqliyyat hadisəsi 18 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində Balakən rayonu İtitala kəndi ərazisində gündüz və quru hava şəraitində asfalt yolda baş vermişdir. Hadisə yerində yol iki tərəfli və asfalt-beton örtüklü olmuş, hadisə nəqliyyatın hərəkət zolağında, yolun hərəkət hissəsinin sağ tərəfində, VAZ 21061 markalı **-BR-*** markalı avtomobilin hərəkət zolağında baş vermişdir.Hadisə zamanı hər iki dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və avtomobildə yük və sərnişin olmamışdır. Balakən rayon İtitala kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21013 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil Balakən rayonu İtitala kəndi istiqamətindən üzü Balakən rayonu Kortala kəndi istiqamətində Balakən rayonu İtitala kəndi ərazisində yolun sağ hərəkət zolağı, yəni öz hərəkət yolu ilə 40 km/saat sürətlə hərəkətdə olub sol tərəfdən həmin yola birləşən ikinci dərəcəli yola keçmək üçün qarşı hərəkət zolağına 0.6 metr girməklə dönüb hərəkətini davam etdirərkən əks istiqamətdən öz hərəkət zolağı ilə hərəkətdə olan Balakən rayon İtitala kəndində qeydiyyatda olmaqla yaşamış X9 idarə etdiyi VAZ 21061 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə VAZ 21013 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön tərəfindən vurmuş, toqquşmanın təsirindən VAZ 21013 markalı,**-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcında sola tərəf istiqamətlənərək üzü ikinci dərəcəli yola tərəf dayanmış, VAZ 21061 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil isə toqquşanın təsirindən öz hərəkət zolağında toqquşma yerində 13 metr məsafədə yolun sağ ehtiyat hissəsində yerləşən işıq dirəyi və daş hasara dəyərək dayandırmışdır. Hadisə zamanı VAZ 21061 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı və VAZ 21013 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillər texniki cəhətdən saz vəziyyətdə olmuş, hər iki sürücü avtomobildə tək olmuş və avtomobillərdə yük və sərnişin olmamışdır.Hadisə yerində tormoz izləri aşkar edilməmişdir. Hadisə yerinə baxış zamanı Balakən rayon İtitala kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21013 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyi yolda ikinci dərəcəli yola dönmək üçün qırıq-qırıq nişanlanma xətti olmuşdur.Hadisə yerinə baxış zamanı sürücü Təqsirləndirilən şəxs hadisənin baş vermə yerini əyani şəkildə göstərmişdir.Baxış prosesi zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 61-63-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının 15 noyabr 2024-cü il tarixli 19 nömrəli rəyində göstərilir ki, X1 meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır. 1.Sağ ağ ciyərdə böyük ölçüdə əzilib-cırılma.Sol ağ ciyərdə qansızma.Baş beyinə qansızma.Döş qəfəsində sağda ön orta körpücük xətlə 5-ci qabırğada orta hissəsədə, sağ yan orta kürək xətti ilə 5- 6-7-ci qabırğalarda qəlpəli yerdəyişməli tam bir-birindən aralanmış sınıqlar.Başının sağ təpə nahiyəsində, sağ gicgah nahiyəsində, sağ qulaq arxasında sıyrıqlar, boynunda arxa səthdə, sağ kürək üstündə, gövdənin sağ yan səthində, budunun sağ yuxarı 1/3-də bayır səthdə sıyrıqlar.Daxilə çoxlu qanitirmə. 2.Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif cür bərk-küt əşyanın (əşyaların) dəyməsi təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni,xx.xx.2024- ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmaya aid edilirlər. 3.Mərhum Ramazanovun ölümünün səbəbi Sağ ağ ciyərdə böyük ölçüdə əzilibcırılma nəticəsində daxilə çoxlu qanitirmə olmuşdur. 4.Mərhum Ramazanovun ölümü meyit əlamətlərinə görə, meyitin müayinəsindən 2-3 saat əvvəl baş verməyə uyğun gəlir. 5.X1 ölümü hadisədən dərhal sonra çox az müddətdə baş verməyə uyğun gəlir. 6.Bakı şəhəri MTE və X29 Şöbəsinin xx.xx.2024-cü il tarixli 3648/K saylı Aktında qeyd edilənlərə görə X1 meyitindən götürülmüş qanın kimyəvi müayinəsi zamanı onun qanında metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin. Fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İşin 74-77-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 dekabr 2024-cü il tarixli 3-16-16/2- 8/217 nömrəli rəyində göstərilmişdir: 1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21013 markalı, **- BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. İstintaq tərəfindən göstərilən şəraitdə VAZ-21061 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü S.Ramazanov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 65-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşin 72-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsindən alınmış 06 yanvar 2024-cü il tarixli 3-13-16-6/1-36/2025 saylı məktubdan görünür ki, X19 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Balakən rayonu İtitala kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək olan BD 722723 nömrəli “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi almış inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat qeydə alınmayıb. İşin 73-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsindən alınmış 06 yanvar 2024-cü il tarixli 3-13-16-6/1-37/2025 saylı məktubdan görünür ki, X19 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Balakən rayonu İtitala kəndində qeydiyyatda olan X15 etibarlılıq müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək olan BD 711695 nömrəli “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi almış inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat qeydə alınmayıb. İşin 24-cü vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AE 056970 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə verilmiş B1,Ç,C1,C dərəcəli sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2034-cü ilə kimidir. İşin 45-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Sərxoşluq hallarının bütün növlərinin təyinin məqsədi ilə aparılan tibbi müayinəsi barədə 25 oktyabr 2024-cü il tarixli 1073 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:32 dəqiqədə sərxoşluq müayinəsindən keçirilmiş və onun hadisə zamanı ayıq olduğu müəyyən edilmişdir. İşin 46-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 52-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu İtitala kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmadığı göstərilmişdir. İşin 51-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu İtitala kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 320 nömrəli arayışdan görünür ki, Osmanov X7 rayonu İtitala kənd sakinidir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 işdə olan ərizələrində göstərilmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X6, şahid-Şahid ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq,məhkəmə baxışında ittihamın baxılması nəticələrinə,məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur,təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallardır.Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər məhkum olunmamasını,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əvvəllər yol hərəkəti qaydasını pozmağa görə məsuliyyətə cəlb olunmamasını, o, cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini ,eyni zamanda onun təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə növündə cəzanın müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və ya barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Balakən rayon X22 X25 cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21013 markalı, 99BY-459 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, mərhum X8 idarə etdiyi VAZ-21061 markalı, 09BR-040 dövlət qeydiyyat nişanlı avtomobil isə zərərçəkmiş şəxsin hüquqi varisi X10 qaytarılmalıdır. Hökmün icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3(üç) il 6 (altı)ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********;AZ34CTRE ********************,X5, KOD210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Balakən rayon X22 X25 cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21013 markalı, 99BY-459 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, mərhum X8 idarə etdiyi VAZ-21061 markalı, 09BR-040 dövlət qeydiyyat nişanlı avtomobil isə zərərçəkmiş şəxsin hüquqi varisi X10 qaytarılsın. Hökmün icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-10/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-10/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver