Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-100/2024 30.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs-Balakən rayonu Qaysa bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx.xx.1989-cu ildə Balakən rayonu Qaysa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Qaysa kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Çunayev X5 rayonu Qaysa bələdiyyəsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda bunları etməyərək həmin bələdiyyəyə məxsus torpaq sahəsindən qanunsuz olaraq ağac kəsmək qərarına gəlmiş, bu məqsədlə 2024-cü ilin aprel ayının axırında 01 ədəd 32 sm diametrdə 300 (üç yüz) manat dəyərində, 01 ədəd 32 sm diametrdə 300 (üç yüz) manat dəyərində, 01 ədəd 51 sm diametrdə 950 (doqquz yüz əlli) manat dəyərində qovaq cinsindən olan ağacları, 01 ədəd 41 sm diametrdə 450 (dörd yüz əlli) manat dəyərində söyüd cinsindən olan ağacı, ümumilikdə 04 (dörd) ədəd, 2000 (iki min) manat dəyərində köküstə yaş ağacları özününkü kimi təqdim edərək həmin ağacların 80 (səksən) manata satılmasına dair tanımadığı şəxslə razılaşaraq sonuncu tərəfindən qanunsuz kəsilməsinə nail olaraq Qaysa bələdiyyəsinə xeyli miqdarda, yəni ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, işdə olan və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Qaysa kəndində valideynləri ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olur. Əvvəllər məhkum olunmamışdır. X1 tərəfindən Balakən rayonu Qaysa kənd bələdiyyəsinin mülkiyyətinə aid olan 9,5 ha torpaq sahəsi 2004-cü ildə icarəyə götürülmüşdür. Həmin torpaq sahəsindən hal-hazırda ailə üzvləri ilə birlikdə iribuynuzlu malların baxılması və tərəvəz məhsullarının yetişdirilməsi üçün istifadə edirlər. Hər il 9,5 ha torpaq sahəsindən istifadə etdiklərinə görə ailəlikcə bələdiyyəyə vergi ödəyirlər. Təxminən 2024-cü ilin aprel ayının axırında yararsız hesab edilən həmin torpaq sahəsini kol-kosdan təmizləyərkən oradan 03 ədəd qovaq cinsindən olan və 01 ədəd söyüd cinsindən olan ağacları kökündən kəsib aparmaq üçün tanımadığı bir nəfər şəxsə satmışdır. Həmin şəxsə ağacları satmazdan əvvəl həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Ağacları almaq üçün torpaq sahəsinə gəlmiş şəxslə həmin ağacları 80 (səksən) manat pula satmaq üçün razılaşmışlar. Həmin şəxs ağacları onun razılığı ilə motorlu mişarla kökündən kəsib doğrayıb “UAZ” markalı, nömrəsini xatırlamadığı maşına doldurmuşdur və ona 80 (səksən) manat pulu da verib ağacları aparmışdır. Həmin şəxsi birinci dəfə görmüşdür və hazırda onun adını xatırlamır və kim olduğunu bilmir. Ağacları kəsməyi ilə bağlı heç bir dövlət qurumuna və ya bələdiyyəyə müraciət etməmişdir və müvafiq icazə də almamışdır.Əməlindən peşimandır.O, vurulmuş zərərdən 80 manat ödəniş etmiş, qalan məbləği də hissə-hissə ödəyəcəkdir. Bu barədə Qaysa bələdiyyəsi ilə razılaşmışdır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Balakən Rayon Qaysa Bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 2010-cu ildən Balakən rayonu Qaysa bələdiyyəsinin sədri vəzifəsində işləyir. 2023-cü ilin sentyabr ayında Qaysa bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətinə aid olan 9,40 ha torpaq sahəsi müvəqqəti olaraq Qaysa kənd sakini X2 istifadəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsi X2 ailə üzvləri tərəfindən istifadə olunur. Balakən RPŞ-nin İstintaq Bölməsi tərəfindən aparılan araşdırma zamanı Balakən rayonu Qaysa bələdiyyəsinə məxsus sözügedən torpaq sahəsindən bir ədəd 32 sm diametrli, köküstə yaş vəziyyətdə qovaq ağacının, bir ədəd 32 sm diametrli, köküstə yaş vəziyyətdə qovaq ağacının, bir ədəd 51 sm diametrli, köküstə yaş vəziyyətdə qovaq ağacının, bir ədəd 41 sm diametrli, köküstə yaş vəziyyətdə söyüd ağacının, cəmi 04 (dörd) ədəd köküstə yaş ağacların kəsildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən Balakən rayonu Qaysa kənd sakini X2 istifadəsində olan torpaq sahəsindən 04 (dörd) ədəd köküstə yaş ağacların kəsilməsi nəticəsində Qaysa bələdiyyəsinə 2000 (iki min) manat ziyan dəymişdir. Qeyd olunan torpaq sahəsindən ağacların kəsilməsi ilə bağlı Təqsirləndirilən şəxs və ya onun ailə üzvləri tərəfindən və yaxud da hər hansı başqa bir şəxs tərəfindən Qaysa bələdiyyəsinə heç bir şifahi və ya yazılı müraciət daxil olmamışdır.Təqsirləndirilən şəxs vurulmuş ziyandan 80 manat ödəmiş, qalan məbləği də hissə-hissə ödəməyə söz vermişdir.Bələdiyyə təqsirləndirilən şəxsdən şikayətçi deyildir, ona yüngül cəza təyin edilməsini xahiş etdi . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X8 və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. 26 may 2024-cü il tarixdə Balakən rayonun Qaysa kənd sakini Təqsirləndirilən şəxs Balakən rayon Qaysa kəndi ərazisində olan torpaq sahəsindən ağac kəsməsi barədə Balakən RPŞ-yə daxil olmuş məlumat əsasında Balakən RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Mətanət Həşimovanın müvafiq qərarına əsasən Balakən rayonu Qaysa kəndi ərazisində olan ağacların kəsildiyi əraziyə baxış keçirilməsi və baxış zamanı kəsilmiş ağacların növünün, cinsinin, həmçinin təbiətə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə mütəxəssis qismində hadisə yerinə baxış keçirilən zaman orada iştirak etmişdir. Baxış keçirilən ərazi Balakən rayonu Qaysa kəndi ərazisində olan torpaq sahəsi olmuşdur. Baxış zamanı həmin torpaq sahəsindən bir ədəd 32 sm diametrli, köküstə yaş vəziyyətdə qovaq ağacının, bir ədəd 32 sm diametrli, köküstə yaş vəziyyətdə qovaq ağacının, bir ədəd 51 sm diametrli, köküstə yaş vəziyyətdə qovaq ağacının, bir ədəd 41 sm diametrli, köküstə yaş vəziyyətdə söyüd ağacının, cəmi 04 (dörd) ədəd köküstə yaş ağacların kəsildiyi müəyyən edilmişdir. Həmin ağacların kəsilməsi zamanı təbiətə dəymiş ziyan Nazirlər Kabinetinin 421 saylı qərarına əsasən 2000 (iki min) manat təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Balakən rayonu Qaysa kəndində Təqsirləndirilən şəxs tərəfindən 04 ədəd köküstə yaş ağacların kəsildiyi əraziyə baxış keçirilməsində iştirak etmişdir. Baxış keçirilən ərazi Balakən rayonu Qaysa kəndi ərazisində olan torpaq sahəsi olmuşdur. Baxış zamanı həmin torpaq sahəsindən bir ədəd 32 sm diametrli, köküstə yaş vəziyyətdə qovaq ağacının, bir ədəd 32 sm diametrli, köküstə yaş vəziyyətdə qovaq ağacının, bir ədəd 51 sm diametrli, köküstə yaş vəziyyətdə qovaq ağacının, bir ədəd 41 sm diametrli, köküstə yaş vəziyyətdə söyüd ağacının, cəmi 04 (dörd) ədəd köküstə yaş ağacların kəsildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin ağacların özünə məxsus olduğunu deyərək tanımadığı Balakən rayon sakininə 80 (səksən) manata satdığını bildirmişdir. İşin 14-22-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş iş üzrə ilkin araşdırma zamanı hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış 26 may 2024-cü il tarixdə Balakən rayonu Qaysa kəndinin ərazisində keçirilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin Qaysa Bələdiyyəsinə məxsus olan, onun atası tərəfindən 50 (əlli) il müddətinə icarəyə götürülmüş və ailə üzvləri tərəfindən istifadə olunan torpaq sahəsi olduğunu bildirmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid1 da iştirakı ilə baxış keçirilərkən torpaq sahəsindən bir ədəd 32 sm diametrli, köküstə yaş vəziyyətdə qovaq ağacının, bir ədəd 32 sm diametrli, köküstə yaş vəziyyətdə qovaq ağacının, bir ədəd 51 sm diametrli, köküstə yaş vəziyyətdə qovaq ağacının, bir ədəd 41 sm diametrli, köküstə yaş vəziyyətdə söyüd ağacının, cəmi 04 (dörd) ədəd köküstə yaş ağacların kəsilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Qaysa bələdiyyəsinə məxsus, atası tərəfindən icarəyə götürülmüş baxış keçirilən ərazidən kəsdiyi həmin ağacları həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək 80 (səksən) manat pul müqabilində tanımadığı bir nəfər şəxsə satdığını bildirmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İşin 39-41-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsindən Balakən RPŞ-yə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-21-3- 47/2-2850/2024 nömrəli məktubda göstərilmişdir ki,X2 naturada istifadəsində 9,40 ha torpaq sahəsi mövcuddur. Sözügedən 9,40 ha torpaq sahəsinin 5,0 ha hissəsi xx.xx.2023cü il tarixli ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********52 olan çıxarışla Qaysa bələdiyyəsi tərəfindən X2 icarəsinə verilmiş ərazi, 1,81 ha hissəsi JN-4570 Kod 40104018 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə ilə Qaysa bələdiyyəsi tərəfindən X2 icarəsinə verilmiş ərazi və 2,59 ha hissəsi isə JN-4570 Kod 40104018 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə ilə Qaysa bələdiyyəsi tərəfindən X2 istifadəsinə verilmiş ərazidir.Kəsilmiş köküstə yaş ağacların yerləşdiyi torpaq sahəsi JN-4570 Kod 40104018 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə ilə Qaysa bələdiyyəsi tərəfindən X2 icarəsinə verilmiş 2,59 ha torpaq sahəsinin cizgiləri daxilində yerləşir. İşin 43-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən Balakən RPŞ-yə göndərilmiş 24 iyul 2024-cü il tarixli Ç-HM/4624 -116 nömrəli məktubda göstərilmişdir: Tərəfinizdən 7 X8 və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış 17.07. 2024-cü il tarixli 3- 13-66/2-1547/2024 nömrəli müraciətdə qeyd olunan Balakən rayonu Qaysa kənd sakini Təqsirləndirilən şəxs tərəfindən rayonun Qaysa bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən köküstə yaş yaş vəziyyətdə 3 (üç) ədəd 32 sm, 32 sm, 51 sm dm-də qovaq və 1 (bir) ədəd 41 sm.dm-də söyüd cinsindən olan ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulmuş ziyan aşağıdakı qaydada hesablanmışdır: Ağacın cinsi Sayı Diametri 40 sm- 40sm-dən yuxarı hər sm Ziyan dək üçün 50 manat cəmi Qovaq 2 32 300 600 Qovaq 1 51 400 11 sm=550 950 1 Söyüd 1 41 400 1 sm=50 450 1 Cəmi: 2000 (iki min) manat təşkil edir. Qeyd: Qiymətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 №-li Qərarının 1 nömrəli əlavəsinə əsasən hesablanmışdır. İşin 81-82 vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə -əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 sentyabr 2024-cü il tarixli 9/6631 nömrəli ekspert rəyinin “tədqiqi hissəsi”ndə göstərilmişdir: Qanunsuz AR-nın Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli kəsilmiş Qərarına əsasən ağaclar Sıra Ağacların Sayı Diametri Dəymiş ziyanın Ümumi №-si cinsi (ədəd) (sm) məbləği (40 sm-dən dəyəri(manat) yuxarı hər sm üçün 50 manat) 1 Qovaq 2 32 600 2 Qovaq 1 51 11smx50man=550+400 950 3 Söyüd 1 41 1smx50man=50+400 450 CƏMİ: 2000,00 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 sentyabr 2024-cü il tarixli 9/6631 nömrəli ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsində göstərilmişdir: Ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası ETS-nin 7 saylı RETSİ tərəfindən tərtib edilmiş hesabat cədvəlinə əsasən Balakən rayonunun Qaysa kəndi ərazisində Qaysa bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 2 ədəd d=32 sm, 1 ədəd d=51 sm olan qovaq, 1 ədəd d=41 sm olan söyüd ağacı olmaqla ümumilikdə 04 ədəd köküstə yaş halda ağacların qanunsuz kəsilməsi (tikinti və abadlaşdırma istisna olmaqla) nəticəsində təbiətə dəymiş ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı ıl tarixli 421 nömrəli qərarına əsasən nəzəri qaydada 2000,0 manat müəyyən edilir. Həmin ağacların adları, diametrləri və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. İşin 68-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 74-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Balakən kənd İHB-ın Qaysa kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 413 nömrəli arayışdan görünür ki, Çunayev X5 rayonu Qaysa kəndində yaşayır. İşin 76-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İH-ın Qaysa İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 412 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs pensiyaçı anası, qardaşı,qardaşı arvadı və qardaşı uşağından ibarət ailə üzvləri vardır. İşin 75-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Qaysa kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Balakən rayon Qaysa bələdiyyəsinin sədri Nümayəndə ərizəsində göstərilmişdir ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsiyəm. İş üzrə Təqsirləndirilən şəxs dəymiş 2000 manat ziyandan 80 manat ödəmişdir,geri qalan məbləği ödəyəcəyinə söz verdiyinə görə şikayət və tələbi yoxdur.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz olaraq, xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olmasını, eyni zamanda cərimə və islah işləri növündə cəzanın təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Qaysa kəndindəki yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı təhsil və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Qaysa Bələdiyyəsinə izah olunmalıdır ki, vurulmuş ziyanın ödənməmiş qalan 1920 manata aid hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Qaysa kəndindəki yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı təhsil və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 50 ( əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Hökmün icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Qaysa Bələdiyyəsinə izah olunur ki, vurulmuş zərərin ödənməmiş qalan 1920 manata aid hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-100/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-100/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver