Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-101/2021 06.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili-Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində 2 (iki) azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və Balakən şəhəri S.Gözəlov küçəsində nömrəsiz evdə kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 05 avqust 2021-ci il tarixdə saat 11 radələrində idarə etdiyi “Mercedes Benz E 220” markalı, “**-BG-***” dövlət nömrə nişanlı avtomobillə Balakən şəhərindən Balakən rayonu Talalar kəndi istiqamətində hərəkətdə olub rayonun Tülü kəndi ərazisində onunla eyni istiqamətdə hərəkətdə olan Balakən rayonu Yeni-Şərif kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi M markalı dövlət qeydiyyat nişanı olmayan motosikleti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunları etməyərək, soldan manevr edib ötüb keçmək istədiyi zaman Zərərçəkmiş şəxs idarə etdiyi M markalı motosikletlə yan-yana toqquşmaları nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol dirsəkdə, sol dizin ön səthində, sol aşıq-baldır oynağının bayır səthində, sağ baldırında, belinin sol aşağı hissəsində, sol sağrıda, xayanın sol hisssəsində sıyrıqlar, sağ dirsək sümüyünün yuxarı 1/3-nin qapalı sınığı, sağ mil sümüyünün başının çıxığı ilə müşayiət edilən ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilməsi və Zərərçəkmiş şəxs məxsus M markalı motosikletə ümumilikdə 495 (död yüz doxsan beş) manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs X1 cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Beləki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Atası Fərhada məxsus Mercedes Benz E 200 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomaşını 2014-cü ildən etibarnamə əsasında idarə edir. Avtomaşını öz şəxsi işləri üçün idarə edir. Hazırda Balakən şəhəri ərazisindəki bazarda yerləşən Şərab evi adlı mağazada satıcı işləyir. 05.08.2021-ci il tarixdə saat təxminən 11 radələrində Balakən şəhəri S.Gözəlov küçəsində kirayədə yaşadığı evdən ailə üzvlərini götürüb, qaynatasının Balakən rayonu Talalar kəndində yerləşən yaşadığı evə getmək məqsədilə idarə etdiyi Mercedes Benz E 200 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomaşınla yola düşmüşdür. Avtomaşının qabaq sağ sərnişin oturacağında arvadı Şahid4, arxa sərnişin oturacağında isə azyaşlı övladları Dəniz və Damla oturmuşlar. O, avtomaşınla Tülü kəndindən Talalar kəndi istiqamətində hərəkətdə olub, rayonun Tülü kəndi ərazisində «Sultan» şadlıq sarayının qarşısında olduğu zaman qarşısında onunla eyni istiqamətdə motosiklet hərəkətdə olmuşdur. Qarşısında hərəktətdə olan motosikletin sürücüsü hərəkət zamanı ayağa qalxıb oturaraq, həmçinin əlini başına çəkərək, nizamsız formada motosikleti idarə etmişdir. Həmin vaxt aralarında təxminən 15-20 metr məsafə olmuşdur. Onlar həmin formada hərəkətlərini davam etmişlər. Motosikletin sürücüsü bir neçə dəfə sağ qoşqusunda olan təkərini qoşquyla birlikdə havaya qaldırdığı üçün o, həmin motosikletin təhlükəli manevr etdiyini fikirləşmiş və ondan uzaqlaşmaq məqsədilə qırıq-qırıq xətlər olan yerdən dönmə işığını yandıraraq, solundan manevr edərək, ötüb keçmək istədiyi zaman, yəni elə motosikletlə yan-yana getdikləri zaman yenə də motosiklet təkərini havaya qaldırmış və bu vaxt motosikletin idarə etdiyi avtmaşının üzərinə doğru gəldiyini görmüşdür. O da toqquşma baş verməməsi məqsədilə avtomobili sol ehtiyat hissəyə çıxarıb, saxlamaq istəmişdir. Bu zaman motosiklet avtomaşınının sağ arxa qanad hissəsindən başlayaraq, sağ ön qanad hissəsinə kimi sürtünərək, hərəkət etmiş və motosiklet idarə etməni itirərək, aşmışdır. Həmin vaxt o da idarə etdiyi avtomaşını yolun sol ehtiyat hissəsinə çıxararaq, saxlamışdır. Avtomaşını saxladıqdan sonra aşağı düşmüş və motosikletin sürücüsünün xəsarət aldığını görmüşdür. Həmin motosikleti sürən şəxsi oraya gəlmiş şəxslərin köməkliyi ilə rayon mərkəzi xəstəxanasına aparmış və ona zəruri olan tibbi yardım göstərilmişdir. Hadisədən sonra oraya gəlmiş polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə keçirilmiş baxış zamanı ona məlum olmuşdur ki, o, idarə etdiyi avtomaşını ümumilikdə hər iki hərəkət istiqaməti üçün eni 6 metr olan və sol ehtiyat hissəsi 1,60 metr olan yolun sol ehtiyat hissəsinə 1,20 metr çıxarmışdır. Yəni yolun solunda yerləşən hasarla avtomaşınını saxladıqdan sonra aralarındakı məsəfə 40 sm qalmışdır. O, idarə etdiyi avtomobili yolun soluna doğru bir az artıq hərəkət etdirsə idi, artıq maşının sol yan hissəsi də yolun solunda yerləşən hasara dəyəcəkdi. Qarşısında hərəkətdə olan motosikleti ötüb keçmək istəməzdən əvvəl ona bir dəfə səs siqnalı vermiş və ona ötüb keçmək istədiyini bildirmişdir. Ötmə əməliyyatını etməzdən əvvəl əks hərəkət zolağında ötmə üçün kifayət qədər boş məsafə olmuşdur. Ümumiyyətlə həmin zolaqda heç bir hərəkət olmamış, və motosikleti ötüb getməyi üçün kifayət qədər boş məsafə olmuşdur. Ötmə əməliyyatını etməzdən əvvəl qarşısında hərəkətdə olan motosikletin ötmə, sola dönmə və ya yerdəyişmə barədə heç bir siqnal verməmişdir. Motosiklet öz hərəkət istiqamətində hərəkətdə olmuşdur. Sadəcə olaraq qoşqusunun təkərini qaldırdığı üçün idarəetməni itirib üzərinə doğru gəlmişdir. Bu zaman da hadisə baş vermişdir. Motosikletin qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan digər nəqliyyat vasitələri olmamışdır. O, motosikletin qarşısında mikroavtobusun hərəkətdə olmasını xatırlamır. Sadəcə olaraq qarşısında motosikletin hərəkətdə olmasını və motosikletçinin nizamsız formada motosikleti idarə etməsini xatırlayır. Hadisə zamanı onun idarə etdiyi avtomaşında olan ailə üzvlərindən heç kim xəsarət almamışdır. Eyni zamanda o da hadisə zamanı xəsarət almamışdır. Hadisədən əvvəl o, avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Həmçinin hadisədən əvvəl qarşısında hərəkətdə olan motosikletin hansı sürətlə hərəkət etməsini o, bilməmişdir. O, qarşısında hərəkətdə olan motosikleti ötmə əməliyyatını etməzdən əvvəl təxminən aralarında 15-20 metr məsafə olmuşdur. Hadisədən əvvəl onun qarşısında hərəkətdə olan motosikleti ötüb keçmək üçün dönmə işığını yandırıb manevr edərək, solundan ötüb keçmək istədiyi zaman, elə motosikletlə yan-yana hərəkətdə olduqları anda motosikletin yenidən bir təkərini havaya qaldırdığını görmüşdür. Hərəkəti üçün təhlükə həmin anda yaranmışdır. Artıq motosikletin yana doğru üzərinə hərəkət etdiyini görüb, idarə etdiyi avtomaşını yolun sol ehtiyat hissəsinə doğru çəkmiş və yolun sol ehitiyat hissəsində maşını sol yanı çıxmış vəziyyətdə saxlamışdır. Onun avtomaşını idarə etmək üçün B kateqoriyalı sürücülük vəsiqəsi var. O, hadisədən əvvəl spirtli içki qəbul etməmiş, müayinə zamanı da onun spirtli içki qəbul etmədiyi aşkar olunmuşdur. Himayəsində iki azyaşlı uşağı vardır. İlk dəfədir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş belə bir əməl törədir və bundan səmimi peşmandır. Barəsində «8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının tətbiq edilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq, ailəsinin dolanmasını təmin edir. Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olsa da, müvəqqəti olaraq ailəsi ilə birlikdə Balakən rayonu Qullar kəndi ərazisində kirayədə yaşayır. Rayonun Yeni Şərif kəndində özünə məxsus fındıq bağı olduğu üçün 05 avqust 2021-ci il tarixdə saat təxminən 11 radələrində atası Bəşirdən ona qalan M markalı qoşqulu motosikleti sürərək, Balakən şəhərindən Qabaqçöl qəsəbəsi istiqamətində saatda təxminən 30-40 km ilə hərəkət etmişdir. O, hərəkətdə olub rayonun Tülü kəndi ərazisində olduğu zaman hazırda dövlət nömrə nişanını xatırlamadığı mikroavtobus da qarşısında hərəkətdə olmuşdur. Həmin mikroavtobus sağa dönmə işığını yandırıb, yolun sağ ehtiyat hissəsinə doğru hərəkət edib, maşını tam saxlamışdır. Bu zaman o, həmin mikroavtobusun solundan manevr edib, ötüb keçmək istəmişdir. Ötmə əməliyyatını etməzdən əvvəl əks istiqamətdə gələn maşının olmadığına əmin olmuşdur. Bundan sonra yan aynadan arxaya baxmış və arxadan onunla eyni istiqamətdə də maşının gəlmədiyini görüb, ötmə əməliyyatına başlamışdır. Ötmə əməliyyatını edib, mikroavtobusun yan hissəsinə çatdığı zaman arxadan avtomaşının qaza basma səsini eşitmişdir. Bu zaman o, yenidən yan güzgüdən arxaya baxmış və Mercedes Benz markalı avtomaşının gəlib, onu ötüb keçmək istədiyini görmüşdür. Bu zaman o, motosikletə qaz verərək, mikroavtobusun qarşısına keçmək istəmiş, lakin buna macal tapa bilməmiş və arxadan gəlib onu da ötüb keçmək istəyən Mercedes Benz markalı avtomaşın sağ yan hissəsi ilə idarə etdiyi motosikletin sol yan hissəsinə dəymişdir. Mersedes markalı avtomaşın onun yanına çatan zaman ziqzaqvari hərəkət etmişdir. Buna görə də motosikletin yan hissəsindən dəyərək, qəza törətmişdir. Hadisədən sonra idarə etdiyi motosiklet aşaraq, bir neçə dəfə fırlanmış və yolun hərəkət hissəsinə düşmüşdür. O isə atılaraq yolun sol hissəsinə düşmüşdür. Həmin vaxt isə onu xatırlamadığı şəxslər rayon mərkəzi xəstəxanasına aparmışlar. Hadisə zamanı idarə etdiyi motosiklet atası Bəşirə məxsus olmuşdur. Motosiklet də ata babasından qaldığı üçün heç bir sənədi olmamışdır. Atası Bəşir də təxminən 2-3 il əvvəl vəfat etmişdir. Onun ümumiyyətlə avtomaşın idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. İdarə etdiyi motosikletlə Balakən şəhərindən Qabaqçöl qəsəbəsi istiqamətində hərəkətdə olub, rayonun Tülü kəndi ərazisinə çatdığı zaman onunla eyni istiqamətdə mikroavtobusun hərəkətdə olduğunu görmüşdür. Mikroavtobusun sağa dönmə işığını yandıraraq, yolun sağına doğru hərəkət edib, dayanacağını bildiyi üçün mikroavtobusu ötüb, keçmək istəmiş və qarşı hərəkət istiqamətinə baxdıqda maşının olmadığına əmin olmuşdur. Arxaya baxdıqda da maşının gəlmədiyini görüb, ötmə əməliyyatını edib, mikroavtobusun yanına çatdığı zaman arxadan Mersedesin qaz verərək gəldiyini his etmiş və arxaya yenidən baxdıqda, Mersedesin gəldiyini görmüşdür. Həmin vaxt onların arasında təxminən 5 metr məsafə olmuşdur. Onun bildiyi qədəri ilə həmin vaxt Mercedes markalı maşın da onu ötüb keçmək istəmişdir. Lakin o da mikroavtobusla yan-yana olduğu üçün ötüb keçmək üçün kifayət qədər məsafə olmadığından və Mercedes yolun soluna doğru getməli olduğundan, onu sıxışdırmaq istəmiş və motosikletin yan hissəsindən vuraraq, aşırmışdır. O, hadisədən əvvəl motosikletin təkərini qaldırıb nizamsız hərəkət etməmişdir. Sonradan Mersedes markaıl avtomaşının Təqsirləndirilən şəxs tərəfindən idarə edildiyini bilmişdir. Hadisə zamanı onun bildiyi qədəri ilə Mercedes markalı avtomaşında sürücüdən başqa heç kim olmamışdır. Sürücü də heç bir xəsarət almamışdır. Çünki Mercedes markalı maşının sadəcə olaraq sağ yan hissəsində cızıqlar olmuşdur. Təqsirləndirilən şəxs onu ötüb keçmək istəməzdən əvvəl təxminən aralarında 15-20 metr məsafə olmuşdur. Mercedes markalı avtomaşın hadisədən əvvəl təxminən saatda 60-70 km saat sürətlə hərəkətdə olmuşdur. O, hadisədən əvvəl spirtli içki qəbul etməmiş, müayinə zamanı da onun spirtli içki qəbul etmədiyi aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05.08.2021-ci il tarixdə saat təxminən 11 radələrində idarə etdiyi VAZ 21014 markalı avtomaşınla dostu Şahid2 ailəsi ilə birlikdə yaşadığı Qabaqçöl qəsəbəsinə aparmaq məqsədilə Balakən şəhərindən rayonun Qabaqçöl qəsəbəsi istiqamətinə hərəkətə başlamışdır. Həmin vaxt Məhəmməd sağ ön sərnişin oturacağında, ailəsi də arxa sərnişin oturacağında oturmuşdur. O, idarə etdiyi avtomaşınla rayonun Tülü kəndi ərazisində «Sultan» şadlıq sarayının qarşısına çatdığı zaman onunla eyni istiqamətdə qarşısında Mersedes Benz E 220 markalı avtomaşın, həmin avtomaşının qarşısında da motosiklet hərəkətdə olmuşdur. Elə bu zaman yanında oturan Məhəmməd həmin Mersedes və motosikleti ötüb keçməsini bildirmişdir. O da həmin nəqliyyat vasitələrini ötüb keçmək istədiyi zaman motosikletin qoşqusunu havaya qaldırdığını və nizamsız formada motosikleti idarə etdiyini görüb, avtomaşınında ailə olduğundan hər hansı bir hadisə olmaması üçün həmin nəqliyyat vasitələrini ötüb keçmək fikrindən daşınmış və arxalarınca hərəkətini davam etdirmişdir. Hərəkətlərini davam etdirib,rayonun Tülü kəndi ərazisinə çatdıqları zaman qarşısında hərəkətdə olan Mersedes markalı avtomaşın sola dönmə işığını yandıraraq, motosikletin solundan ötüb keçmək istəmişdir. Mersedes markalı avtomaşın motosikleti keçmək istədiyi andan, yəni Mersedesin sağ ön qanadı motosikletin sol yan hissəsinə çatdıqda motosiklet Mersedesin üzərinə, yəni sola doğru manevr etmişdir. Bu zaman Mersedes markalı avtomaşın yolun sol ehtiyat hissəsinə doğru hərəkətini istiqamətləndirmişdir. Mersedes markalı avtomaşın motosikleti keçib getmək istədiyi anda Mersedesin sağ ön qanad hissəsi motosikletin sol yan hissəsi ilə toqquşmuş, bu zaman motosikletin sürücüsü idarəetməni itirmiş və sürücü öz otruracağından motosikletin qoşqu hissəsinə yıxılmışdır. Bundan sonra isə motosiklet bir neçə dəfə fırlanaraq, aşmışdır. Həmçinin Mersedes markalı avtomaşın da yolun sol ehiyat hissəsində dayanmışdır. O da tez idarə etdiyi avtomaşını yolun sağ ehtiyat hissəinə çıxararaq, saxlamış və motosikletin sürücüsünə yaxınlaşmışdır. Sürücünün xəsarət aldığını görüb, yolun kənarına doğru aparmışdır. Daha sonra Mersedesin sürücüsü və oraya gəlmiş şəxslərə su gətirmələrini bildirərək, motosikletin sürücüsünə su vermişlər. Bundan sonra isə hər iki sürücü hadisə yerinə polis əməkdaşlarının çağırılmasını istədikləri üçün o, polis əməkdaşlarına məlumat vermiş və idarə etdiyi avtomaşında ailə olduğu üçün onları Qabaqçöl qəsəbəsinə aparmaq məqsədilə oradan uzaqlaşaraq getmişdir. Mersedes markalı avtomaşının sürücüsü hadisədən sonra maşından aşağı düşüb oraya gəldikdə, idarə etdiyi avtomaşında ailəsinin olduğunu və çox qorxduqlarını bildirmişdir. Mersedes markalı avtomaşın ötmə əməliyyatını etməzdən əvvəl əks hərəkət zolağında ötmə üçün kifayət qədər boş məsafə olmuşdur. Ümumiyyətlə həmin zolaqda heç bir hərəkət olmamışdır. Motosikletin qarşısında onlarla eyni istiqamətdə hərəkətdə olan digər nəqliyyat vasitəsinin olduğunu o, görməmişdir. O, motosikletin qarşısında mikroavtobusun hərəkətdə olmasını xatırlamır. Sadəcə onlarla eyni istiqamətdə hərəkətdə olmaqla qarşısında Mersedes markalı avtomaşının onun qarşısında da motosikletin hərəkətdə olmasını və motosikletin nizamsız formada idarə edilməsini xatırlayır. Hadisə baş verib o, avtomaşınını saxladığı anda oraya tanıdığı Muxtar adlı şəxs də gəlmişdir. Onun fikrincə Muxtar da hadisənin baş verdiyini görmüşdür. Həmçinin onun fikrincə hadisədən əvvəl motosiklet təxminən 40 km/saat sürətlə, Mersedes markalı avtomaşın isə 60 km/saat sürətlə hərəkətdə olmuşlar. Onun qarşısında hərəkətdə olan Mersedes markalı avtomaşın motosikleti ötmə əməliyyatını etməzdən əvvəl təxminən aralarında 20 metr məsafə olmuş, sonradan Mersedes markalı avtomaşın ötmə əmliyyatını edən zaman aralarında təxminən 17-18 metr məsafə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadələr verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 05 avqust 2021-ci il tarixdə saat təxminən 11 radələrində Balakən şəhəri S.Gözləlov küçəsində kirayədə yaşadıqları evdən əri Vüsal idarə etdiyi Mercedes Benz E 200 markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomaşınla o və iki azyaşlı övladını götürüb, atası Fazilin rayonun Talalar kəndində yerləşən yaşadığı evə getmək məqsədilə yola düşmüşlər. O, avtomaşının qabaq sağ sərnişin oturacağında, azyaşlı övladları Dəniz və Damla isə arxa sərnişin oturacağında oturmuşlar. Onlar avtomaşınla Tülü kəndindən Talalar kəndi istiqamətində hərəkətdə olub, rayonun Tülü kəndi ərazisində «Sultan» şadlıq sarayının qarşısında olduqları zaman qarşılarında onlarla eyni istiqamətdə motosiklet hərəkətdə olmuşdur. Qarşılarında hərəktətdə olan motosikletin sürücüsü hərəkət zamanı ayağa qalxmış, öz motosikletinin aynasından saçlarını daramış, ayağa qalxıb oturaraq, nizamsız formada motosikleti idarə etmişdir. Əri Vüsal bir xeyli motosikletin arxasınca hərəkətini davam etdirib, bir neçə dəfə səs siqnalı ilə həmin motosikletə xəbərdarlıq edib, ötmək istəsə də, motosikletin sürücüsü dəfələrlə qarşılarına çıxdığı üçün onu ötüb keçə bilməmişlər. Həmin vaxt da arxa sərnişin oturacağında əyləşmiş azyaşlı övladları narahat olduqları üçün səs siqnalı verərək, ötüb keçmək əməliyyatını etmək istəyən zaman motosiklet onların üstünə doğru hərəkət etmişdir. Həmin anda Vüsal avtomobili yolun sol ehtiyat hissəsinə tərəf sürmüş və o, qorxduğu üçün özündən getmişdir. Bundan sonra isə özünə gəldikdə xatırlamadığı şəxsin ona su verərək, ayıltdığını bilmişdir. Həmin vaxt oraya gəlmiş qohumları onları oradan yaşadıqları ünvana aparmışlar. O, həmin yerdə nə olmasını dəqiq bilməmişdir. Sonradan isə əri Vüsalın motosikleti ötüb keçmək istədiyi zaman motosiklet üzərlərinə doğru gəldiyi üçün yan-yana toqquşaraq, yol-nəqliyyat hadisəsinin olduğunu bilmişdir. Hadisə zamanı o, iki azyaşlı övladları Dəniz və Damla, həmçinin əri Vüsal heç bir xəsarət almamışlar. Əri avtomobili heç vaxt 60 km/saat sürətdən artıq sürətlə sürməmişdir, həmin vaxt isə hansı sürətlə sürməsini bilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 avqust 2021-ci il tarixli, 246 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol dirsəkdə, sol dizin ön səthində, sol aşıq-baldır oynağının bayır səthində, sağ baldırında, belinin sol aşağı hissəsində, sol sağrıda, xayanın sol hissəsində sıyrıqlar, sağ dirsək sümüyünün yuxarı 1/3-nin qapalı sınığı, sağ mil sümüyünün başının çıxığı-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən mütdətdə və şəraitdə, yəni 05.08.2021-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 21 sentyabr 2021-ci il tarixli, 8/2064 saylı rəyindən görünür ki, M markalı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; sürücü R.B. Nooyev motosikleti üzərində dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi şəraitdə, onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur; sürücü Zərərçəkmiş şəxs motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; Mercedes Benz E 220 markalı, 08BG220 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Balakən RMX-dan alınmış 05.08.2021-ci il tarixli, 263 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə zamanı sürücü Zərərçəkmiş şəxs alkoqol qəbulu aşkar edilməmişdir. İş materiallarında olan Balakən RMX-dan alınmış 05.08.2021-ci il tarixli, 264 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə zamanı sürücü Təqsirləndirilən şəxs alkoqol qəbulu aşkar edilməmişdir. İş materiallarında olan AR DİN BDYP-nin Şəki Regional Qİ və TB şöbəsindən alınmış 14.08.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Balakən rayonu Talalar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 18.06.2014-cü il tarixdən 18.06.2024-cü il tarixədək olan “B” kateqoriyalı AE 410293 nömrəli sürücülük vəsiqəsi almış və sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısında adı aşkar edilməmişdir; 16.02.1984-cü il təvəllüdlü Balakən rayonu Yeni Şərif kənd sakini Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi almamışdır. İş materiallarında olan Cəlilabad Hərbi Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 1- 1(096)-29/2018 saylı hökmündən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 32.5,321.1 və 341.2.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə 1500 manat məbləğində cərimə cəzasına, Cinayət Məcəlləsinin 32.5,321.1-ci maddəsi üzrə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1500 manat məbləğində cərimə cəzasına, Cinayət Məcəlləsinin 341.2.1-ci maddəsi üzrə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaüycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza 2000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan Cəlilabad Hərbi Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 1-1 (096)-29/2018 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Hərbi Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 1-1(096)-29/2018 saylı hökmü ilə ona təyin olunmuş cəriməni 08 yanvar 2019-cu il tarixdə tam şəkildə dövlət nəfinə keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Balakən rayonu Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 23 iyun 2014-cü il tarixli, AZ-İ 902695 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 23 iyun 2014-cü il tarixdə nikaha girmiş, nikah bağlandıqdan sonra arvada Şahverdiyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Balakən rayonu Talalar kənd inzibati ərazi dairəsindən verilmiş 18 avqust 2014-cü il tarixli, AZ-İİİ 364383 №-li və 31 iyul 2019-cu il tarixli, AZ-İV 324902 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, 03 avqust 2014cü il tarixdə doğulmuş X3 və 09 iyul 2019-cu il tarixdə doğulmuş X4 olmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış yolnəqliyyat hadisələrinin iştirakçısı «Mersedes Benz E220» markalı, «**-BG-***» dövlət qeydiyyat nişanlı avtomobilin və M markalı motosikletin qəbz alınmaqla sahiblərinə qaytarılması nəzərə alınmışdır. Beləliklə məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək, belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Həmçinin Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Lakin bununla belə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05.11.2021-ci il tarixli Qərarının tətibiq edilməsini və hazırki cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər cinayət məsuliyyətindən azad olunur. Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və ya məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcələnin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməl Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət hadisəsi nəticəsində maddi ziyanın vurulması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan (azyaşlı) uşaq vardır. Müdafiə tərəfi-təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən amnistiya aktının tətbiq edilməsi barədə vəsatət verilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci təndlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisələrinin iştirakçısı «Mersedes Benz E220» markalı, «**-BG-***» dövlət qeydiyyat nişanlı avtomobilin və M markalı motosikletin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356, 358, 381, 384 və 385-ci maddələrini və Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisələrinin iştirakçısı «Mersedes Benz E220» markalı, «**-BG-***» dövlət qeydiyyat nişanlı avtomobilin və M markalı motosikletin sahiblərinə qaytarılması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-101/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-101/2021
06.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver