Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-102/2023 02.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx.xx.1974-cü ildə Balakən rayonunun Gərəkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş,Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 1il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənməmiş, orta təhsilli, evli, Balakən rayonunun Gərəkli kəndində yaşamış və qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Təqsirləndirilən şəxs əvvəllər Balakən Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına, 18 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən, texniki cəhətdən saz və atəş üçün yararlı olan, kustar üsulla hazırlanmış 5,6 mm kalibrli, yivsiz odlu silah hesab edilən 01 ədəd revolveri, döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kalibrli olmaqla həmin kalibrli “Marqolin” konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı olan 03 ədəd patronları, eləcə də keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibrli, ZK modelli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı sonradan kustar üsulla kəsilməklə öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı olan, yivsiz odlu silah hesab edilən 01 ədəd 12832-B nömrəli ov tüfənginin kəsiyini istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə qanunsuz olaraq qəsdən əldə edib qeyd edilən 01 ədəd odlu silah revolveri və 03 ədəd döyüş sursatı olan patronları öz üzərində, 01 ədəd odlu silah ov tüfənginin kəsiyini isə öz idarə etdiyi “Lada” markalı, O-109-MP-06 qeydiyyat nişanlı avtomobildə saxlayıb daşımaqla gəzdirmiş, Təqsirləndirilən şəxs bu qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 fevral 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 14:02-də Balakən şəhəri, H.Əliyev prospekti, “Miniatür” şadlıq evinin yaxınlığında idarə etdiyi “Lada” markalı, O-109-MP-06 qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq həmin avtomobili ilə birgə Balakən Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada 09 fevral 2023-cü il tarixdə saat 16:11-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən həmin 01 ədəd odlu silah revolver və 03 ədəd döyüş sursatı olan patronlar Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd ağ rəngli torbanın içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra 09 fevral 2023-cü il tarixdə saat 16:51-dən etibarən Balakən Rayon Polis Şöbəsinin inzibati binasının həyətində Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə qeyd edilən “Lada” markalı, O-109-MP- 06 qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin 01 ədəd odlu silah ov tüfənginin kəsiyi Təqsirləndirilən şəxs avtomobilin arxa yük saxlancı yerindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan torbanın içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Gərəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2007-ci ildə rəsmi nikahla X4 ilə evlənmiş , bu nikahdan 6 və 11 yaşlı iki qız övladı var. Özü rəsmi olaraq heç yerdə işləmir, yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olur, mal-qara da saxlayır. Həyat yoldaşı heç yerdə işləmir, evdar qadındır. Atası Nizirov 2013-cü ildə, anası Mədinə isə 1992-ci ildə ölmüşdür. Ailədə özündən başqa İzmir adlı bir qardaşı var, qardaşı İzmir hazırda öz ailəsi ilə Rusiya Federasiyasının Mahaçqala şəhərində yaşayır. Özü yaşadığı Balakən rayonunda orta təhsil almış, orta məktəbi rus bölməsi üzrə oxusa da azərbaycan dilini yaxşı bilir, azərbaycan dilində latın qrafikalı əlifba ilə yazmağı və oxumağı bacarır, danışıqları da başa düşür. Bir neçə ay qabaq, dəqiq tarixi yadında deyil, yaşadığı Balakən rayonu Gərəkli kəndində yerləşən meşəlik sahənin çay kənarı olan ərazisində gəzişərkən həmin ərazidə olan zibil tullantıları olan yerdən təsadüfən təklüləli, lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan 01 ədəd obrez, yəni ov tüfənginin kəsiyini və onun yanında da bir ədəd ağ kiçik torbada 03 üç ədəd patronları ilə birlikdə 01 ədəd “Naqan” tipli revolver tapança tapmışdır. Həmin silahların oraya kim tərəfindən, nə vaxt qoyulduğunu, yaxud tullandığını bilmir. Özü həmin ov tüfənginin kəsiyini və patronları ilə birgə revolver tapançanı sadəcə marağı olduğu üçün götürmüşdür, sonradan həmin tüfəng kəsiyini öz idarə etdiyi “Lada” markalı, O-109-MP-06 rus qeydiyyat nişanlı avtomobilin arxa baqaj yerinə sellofan torbada qoymuşdur. Patronları ilə birgə kiçik revolver tapançanı isə əvvəl götürüb üzərində saxlasa da, sonradan tullamaq fikri olmuşdur. “Lada” markalı, O-109-MP-06 qeydiyyat nişanlı həmin avtomobili özü uzaq qohumu X5 ilə birgə şərikli almış, avtomobili Nizaminin adına rəsmiləşdirsə də əksər hallarda avtomobil özündə olur, yəni özü idarə etmişdir. Bəzən lazım olanda Nizami də sürmüşdür. Lakin son 4-5 aydır ki, həmin avtomobil elə qeyd etdiyi revolver tapançanı və patronları, tüfəng kəsiyini tapdığı vaxtda da özündə olmuşdur, həmin vaxtdan avtomobili özü sürür, yəni özünün həmin avtomobilin baqajına tüfəng kəsiyi qoymasından və ya saxlamasından Nizaminin ümumiyyətlə xəbəri olmamışdır. 09 fevral 2023-cü il tarixdə saat 14 radələrində özü Balakən şəhəri, H.Əliyev prospekti, “Miniatür” şadlıq evinin yaxınlığında idarə etdiyi həmin “Lada” markalı, O-109-MP-06 qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman özünə tərəf mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamışlar. Həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirəndən sonra ona təklif etmişlər ki, özünü təqdim etsin. Özü də anket məlumatlarını bildirəndən sonra həmin polis əməkdaşları ona demişlər ki, qanunsuz odlu silah və döyüş sursatı, soyuq silah saxlamağı və gəzdirməyi barədə özlərində əməliyyat məlumatı vardır, onunla bağlı əməliyyat axtarış tədbiri keçirilir. Polis əməkdaşları özlərində olan bu barədə qərarı ona elan etmişlər, həmçinin onda bu kimi qanunsuz əşyaların olub-olmadığını soruşanda özü artıq yalan danışmağın heç bir mənası olmadığını, polis əməkdaşlarının onda odlu silah olması barədə dəqiq məlumatlı olduqlarını başa düşüb səmimi etiraf edib bildirmişdir ki, üzərində və avtomobilində odlu silah var. Həmin vaxt 03 ədəd patronları ilə birgə həmin revolver tapança kiçik ağ torbanın içində öz üzərində olmuş, fikirləşmişdir ki, onu harasa bir yerə aparıb tullayar, bu məqsədlə üzərinə götürmüşdür. Tüfəng kəsiyi isə elə tapdığı vaxtdan avtomobilin arxa baqaj yerində sellofan torbada qalmışdır. Həmişə dağa-meşəyə gedəndə təsərrüfat məqsədi ilə çölçülük işlərində istifadə etdiyi 01 ədəd bıçağı da həmin vaxt avtomobilin salonunda olmuşdur. Özü bu barədə etiraf edəndən sonra polis əməkdaşları onu özləri ilə Balakən rayon Polis Şöbəsinə dəvət edib həmin avtomobili ilə birlikdə qeyd edilən şöbəyə gətirmişlər, avtomobili həmin şöbənin inzibati binasının həyətində saxlanılmış, özünü isə orada polis əməkdaşları şübhəli şəxs kimi tutmuşlar və özünə hüquqlarının müdafiəsi üçün vəkil və tərcüməçi də dəvət edib təqdim etmişlər, heç bir etiraz etməmişdir. Sonra isə özünə hüquq və vəzifələri izah olunmuş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı, həmçinin avtomobilinə də baxış keçiriləcəyi bildirilmişdir, özü etiraz etməmişdir. Otaqların birində vəkilin və tərcüməçinin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş edilməklə özünün üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşı əvvəlcə ona təklif etmişdir ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, maddə, odlu silah, döyüş sursatı varsa çıxarıb təqdim etsin. Özü əynindəki qara gödəkçəsinin sol yan cibində kiçik ağ rəngli torbada saxladığı həmin 01 ədəd revolver tapançanı və 03 ədəd patronları təqdim etmiş, eləcə də üzərində olan öz Samsung markalı mobil telefonunu və avtomobilin açarını da təqdim etmişdir. Polis əməkdaşı torbanı açıb həmin 01 ədəd revolver tapançanı və 03 ədəd patronları aşkar etmiş, onlara baxış keçirmiş, sonra elə aşkarlanmış şəkildə də torbaya qoyaraq götürmüş və qablaşdırmışdır. Polislər özləri də onun üst başını axtarış etmiş, şalvarının cibindən 8 manat pulu aşkar edilmiş, sonra 8 manat pulu və avtomobilinin açarı özünə qaytarılmış, Samsung markalı mobil telefonu isə iş üzrə əhəmiyyətli olduğu bildirilərək götürülmüşdür. Sorğu sual zamanı özü həmin tapançanı və patronları necə tapdığını hazırki ifadəsində qeyd etdiyi kimi onlara da bildirmiş, həmçinin şöbənin həyətinə gətirilib saxlanılmış “Lada” markalı, O-109-MP-06 qeydiyyat nişanlı avtomobilində tüfəng kəsiyi və bıçaq olduğunu da demiş, avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. Sonra şəxsi axtarış prosesi başa çatmaqla videoçəkiliş dayandırılmış, bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş, özü də imzalamışdır. Daha sonra şöbənin həyətindəki “Lada” markalı, O-109-MP-06 qeydiyyat nişanlı avtomobilə də videoçəkilişlə öz razılığı və iştirakı ilə baxış keçirilmiş, baxış zamanı özü avtomobilin arxa baqaj yerində sellofan torbada saxladığı həmin 01 ədəd tüfəng kəsiyini və salonda öz sürücü oturacağının yan tərəfinə sellofan torbada qoyduğu 01 ədəd təsərrüfat bıçağını polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları həmin tüfəng kəsiyinə və bıçağa baxış keçirərək onları götürüb qablaşdırmışlar. Baxış prosesi də başa çatandan sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, özü də doğruluğunu imzası ilə təsdiq etmişdir. Əməlindən çox peşimandır.Bir daha belə əməllərə yol verməyəcəkdir. Himayəsində iki azyaşlı uşağı vardır. Ailə vəziyyətini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, özü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Balakən şəhəri ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, həmçinin onun üzərində şəxsi axtarış aparılması, idarə etdiyi avtomobilə baxış keçirilməsi proseslərində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, 09 fevral 2023-cü il tarixdə işlədiyi Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları, habelə soyuq silah əldə edib saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Özü həmin məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınaraq əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik özünə həvalə olunmuşdur. Bundan sonra əməliyyat qrupu olaraq Balakən rayonu ərazisinə yola düşmüşlər və 09 fevral 2023-cü il tarixdə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 14:02-də Balakən şəhəri, H.Əliyev prospekti, “Miniatür” şadlıq evinin yaxınlığında idarə etdiyi “Lada” markalı, O-109-MP-06 qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman müəyyən edilib saxlanılmışdır. Belə ki, həmin şəxsi saxlayaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər, sorğu sual zamanı həmin şəxs də öz anket məlumatlarını söyləyib Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etməklə izah etmişlər ki, onun qanunsuz odlu silah və döyüş sursatları, soyuq silah əldə edib saxlaması, gəzdirməsi barədə əməliyyat məlumatları var, əgər üzərində və yaxud idarə etdiyi avtomobilində bu kimi qanunsuz əşya və predmetlər varsa məlumat versin. Təqsirləndirilən şəxs də səmimi etiraf edib bildirmişdir ki, üzərində və idarə etdiyi “Lada” markalı, O-109-MP-06 qeydiyyat nişanlı avtomobilində odlu silah var. Təqsirləndirilən şəxs özləri ilə birgə Balakən rayon Polis Şöbəsinə dəvət edib həmçinin onun həmin avtomobili ilə birlikdə qeyd edilən şöbəyə aparmışlar. “Lada” markalı, O-109-MP-06 qeydiyyat nişanlı avtomobil Balakən RPŞ-nin inzibati binasının həyətinə yerləşdirilmişdir. Balakən RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təhqiqatçısı Murad Azayev tərəfindən əvvəlcə şübhəli şəxs qismində tutulmuş, ona hüquqlarının müdafiəsi üçün vəkil, eləcə də tərcüməçi dəvət edilib təqdim olunmuş, Təqsirləndirilən şəxs heç bir etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı, həmçinin avtomobilinə də baxış keçiriləcəyi bildirilmişdir. Balakən RPŞ-də xidməti otaqların birində vəkilin və tərcüməçinin iştirakı ilə videoçəkiliş edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Murad Azayev tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, maddə, odlu silah, döyüş sursatı varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs də öz əynindəki qara gödəkçəsinin sol yan cibindən kiçik ağ rəngli torbada şübhəli predmetləri çıxarıb təqdim etmişdir. Belə ki, baxış keçirilərkən həmin torbanın içindən 01 ədəd revolver tapançaya və 03 ədəd patronlara bənzər predmetlər aşkar olunmuşdur.Həmçinin Təqsirləndirilən şəxs üzərində olan öz Samsung markalı mobil telefonunu və avtomobilinin açarını da təqdim etmiş, aşkar edilmiş həmin 01 ədəd revolver tapançaya və 03 ədəd patronlara bənzər predmetlərə baxış keçirilməklə onlar elə aşkarlanmış şəkildə də torbaya qoyularaq götürülüb qablaşdırılmışdır. Özləri tərəfindən də Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, onun şalvarının cibindən 8 manat pul vəsaiti aşkar edilmişdir.Sonra iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün həmin pul vəsaiti və avtomobilinin açarı Təqsirləndirilən şəxs özünə qaytarılmış,Samsung markalı mobil telefonu isə iş üzrə əhəmiyyətli olduğundan götürülmüşdür.Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin tapançanı və patronları bir müddət əvvəl Balakən rayonu ərazisində meşəlik sahədən tapdığını, onlardan istifadə etmədiyini, sadəcə marağı olduğundan üzərində saxladığını bildirmişdir. Daha sonra sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi həmin “Lada” markalı, O-109-MP-06 qeydiyyat nişanlı avtomobilində də “obrez” tipli silahı, yəni tüfəng kəsiyi və bıçaq da saxlayır, avtomobilə baxış keçirilməsinə də heç bir etirazı yoxdur. Sonra şəxsi axtarış prosesi başa çatdırılaraq videoçəkiliş dayandırılmış,bu barədə təhqiqatçı Murad Azayev tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Balakən RPŞ-nin həyətindəki “Lada” markalı, O-109-MP-06 qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs öz razılığı və iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa baqaj yerindən 01 ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Baxış zamanı həmin torbanın içərisindən lüləsi və qundaq hissəsi kəsilmiş vəziyyətdə olan 01 ədəd tüfəngə oxşar dəmir predmet aşkar edilmişdir. Həmçinin, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin salonunda sürücü oturacağının yan tərəfindən də sellofan torbada əşya təqdim etmiş, baxış zamanı həmin torbanın içərisində 01 ədəd bıçağa bənzər predmet olduğu müəyyən edilmişdir. Aşkar edilmiş həmin tüfəng kəsiyinə və bıçağa bənzər predmetlər də götürülüb qablaşdırılmışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin tüfəng kəsiyini də revolver tapança ilə birgə bir müddət əvvəl Balakən rayonu ərazisində meşəlik sahədən tapmışdır, marağı olduğu üçün götürüb saxlamışdır, bıçaq isə özünün evdə olan məişət bıçağıdır, təsərrüfat işlərində istifadə etdiyi üçün götürmüşdür. Sonda avtomobilə baxış prosesi də başa çatdırılmış, videoçəkiliş dayandırılmış, baxış prosesində aşkar edilənlərlə bağlı təhqiqatçı Murad Azayev tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, özü də digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Balakən rayon Polis Şöbəsinə dəvət edilib aparılarkən, yaxud orada olarkən şəxsi axtarış və baxış prosesləri zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq, zorakılıq, digər qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid4 Əlibaba oğlu Şahid1 ilə oxşar məzmunlu ifadə verərək ifadələrində onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid3 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid3 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o,Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşin 35-38,41-44-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında, həmçinin baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 09 fevral 2023-cü il tarixli protokollara və onlara əlavə edilmiş müvafiq proseslərin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları, eləcə də soyuq silah əldə edib saxlaması, daşımaqla üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə saat 14:02-də Balakən şəhəri, H.Əliyev prospekti, “Miniatür” şadlıq evinin yaxınlığında idarə etdiyi “Lada” markalı, O-109-MP-06 qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq həmin avtomobili ilə birgə Balakən Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin tarixdə saat 16:11dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd ağ rəngli torbanın içərisindən 01 ədəd odlu silah “Naqan” tipli tapançaya və döyüş sursatı olan 03 ədəd patrona bənzər predmetlər, həmçinin üzərindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd avtomobil açarı və 8 manat pul vəsaiti aşkar edilmiş, qeyd edilən 01 ədəd tapança, 03 ədəd patrona bənzər predmetlər və 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülməklə 01 ədəd avtomobil açarı və 8 manat pul vəsaiti Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra elə həmin tarixdə saat 16:51-dən etibarən Balakən Rayon Polis Şöbəsinin inzibati binasının həyətində Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə qeyd edilən “Lada” markalı, O-109-MP- 06 qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs avtomobilin arxa yük saxlancı yerindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan torbanın içərisindən 01 ədəd odlu silah ov tüfənginin kəsiyinə bənzər predmet,həmçinin onun avtomobilin salonunda ön sol tərəfdə yerləşən sürücü oturacağının yanından təqdim etdiyi 01 ədəd sellofan torbanın içərisindən 01 ədəd bıçağa bənzər dəmir predmet aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Şəxsi axtarış və baxış keçirilməsinə dair videogörüntülərin əks olunduğu DVD disklərə məhkəmə iclasında baxış keçirilmiş və protokolda qeyd edilənlərin doğruluğu müəyyən edilmişdir. İşin 58-65-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 10 fevral 2023-cü il tarixli 23/116 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd 12832-B nömrəli silah keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir, hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd silah kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli, revolver sistemli yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli “Marqolin” konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. Həmin ekspert rəyinə əsasən təqdim edilmiş 03 ədəd patronlardan 02 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. Ekspertiza tədqiqatından sonra 01 ədəd 16 kalibrli 12832-B nömrəli ZK modelli ov tüfənginin kəsiyi, 01 ədəd 5,6 mm kalibrli kustar revolver, 01 ədəd 5,6 mm kalibrli patron ekspert rəyi və fotocədvəllə birlikdə təhqiqat orqanına geri qaytarılmışdır. İşin 233-241-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəxsi axtarış və götürmə aparılması haqqında, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 09 fevral 2023-cü il tarixli protokollara əlavə edilmiş müvafiq proseslərin həyata keçirilməsinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklər, 01 ədəd 5,6 mm kalibrli yivsiz odlu silah hesab edilən revolver, 01 ədəd 5,6 mm kalibrli patron, 01 ədəd 16 kalibrli 12832-B nömrəli ZK modelli ov tüfənginin kəsiyi iş üzrə maddi sübutlar hesab edilmişdir. İşin 38,44, 263-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş maddi sübutlardan yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılır, 01 ədəd 5,6 mm kalibrli yivsiz odlu silah hesab edilən revolver, 01 ədəd 5,6 mm kalibrli patron, 01 ədəd 16 kalibrli 12832-B nömrəli ZK modelli ov tüfənginin kəsiyi saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İşin 26-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 09 fevral 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 09 fevral 2023-cü ildə saat 14:02-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 129-133-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri,Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 09 fevral 2023-cü il tarixdən hesablanmışdır. İşin 171-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli 278 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonunun Gərəkli kəndində yaşayır, himayəsində işləməyən arvadı, xx.xx.2010cu ildə anadn olmuş qızı Mumina və xx.xx.2015-ci ildə anadan olmuş qızı- Ləman vardır. İşin 173-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 06 aprel 2023-cü il tarixdə verilmiş 68 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur,barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmadığı göstərilir. İşin 158-160-cı vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsininin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-ninin 263-1.2-ci maddəsi ilə təqsirli bilinmiş 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş.18 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənməmişdir. İşin 208-214-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsininin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(019)-10/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iş üzrə şahidlər-Şahid1, Şahid2, Şahid3 və Şahid4 Əlibaba oğlunun ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs X6 ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq odlu silahları və döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayət əməlinin törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə cinayət əməlini təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü,mötəbərliyi üzrə qiymətləndirib,Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqların olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını bildirmişdir. Bunlar isə onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilənlərə əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri,bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarının nəzərdə tutulmasını,eyni zamanda Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 5,6 mm kalibrli yivsiz odlu silah hesab edilən revolver, 01 ədəd 5,6 mm kalibrli patron, 01 ədəd 16 kalibrli 12832-B nömrəli ZK modelli ov tüfənginin kəsiyi hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD diskləri cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,01 (bir) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 5,6 mm kalibrli yivsiz odlu silah hesab edilən revolver, 01 ədəd 5,6 mm kalibrli patron, 01 ədəd 16 kalibrli 12832-B nömrəli ZK modelli ov tüfənginin kəsiyi hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №1(019)-102/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-102/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver