Məhkəmə qərarları › İş №1(019)-102/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-102/2025

10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-102/2025 10.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclаs kаtibi X3 kаtibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Xalatala bələdiyyəsinin nümayəndəsi Nümayəndə2, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirаklаrı ilə xx xxxx *985-ci il tarixdə Balakən rayonu Şambul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən rayonu Şambul kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin *88.3 və 259.*-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dаir cinayət işinə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ: Behalov X2 rayonu Şambul kəndi ərazisində yerləşən Balakən rayon Xalatala (keçmiş Şambul) Bələdiyyəsinin mülkiyyətində olan 0.25 ha kənd təsərrüfatlı təyinatlı çoxillik əkmələr ərazisinə aid torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan 20*0-cu ildə torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla yaşayış evi inşa etmək məqsədi ilə beton bönövrə inşa edərək qeyd edilən torpaq sahəsinə mişar daşları yığmış, bundan başqa 2025-ci ilin fevral ayının ortalarında isə həmin 0.25 ha kənd təsərrüfatlı təyinatlı çoxillik əkmələr ərazisinə aid olan torpaq sahəsini şumlayıb becərməklə qarğıdalı bitkisi əkmiş, həmçinin torpaq sahəsinin kənarlarına dəmir tor çəkərək hasarlamaqla özbaşına tutmuşdur. Bundan başqa o, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun *3.*-ci maddəsində yaşıllıqların götürülməsini şərtləndirən hallar olmadan, habelə həmin Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 20*6cı il tarixli, 32* nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydasının” tələblərinə əməl etmədən, yəni yaşıllıqların götürülməsi üçün özünün bələdiyyəyə müraciəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, eləcə də bələdiyyənin qərarı olmadan meşə fonduna daxil olmayan Balakən rayonu Xalatala (keçmiş Şambul) bələdiyyəsinə məxsus 0.25 ha ərazidə yerləşən, Xalatala (keçmiş Şambul) bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatlı təyinatlı çoxillik əkmələr ərazisinə aid olan torpaq sahəsindən 2025-ci ilin fevral ayının ortalarında 0* ədəd 200 manat dəyərində 22 sm diametrində, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində 02 ədəd 25 sm diametrində, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində 02 ədəd 26 sm diametrində, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində 02 ədəd 27 sm diametrində, 0* ədəd 300 manat dəyərində 30 sm diametrində, 0* ədəd 350 manat dəyərində 33 sm diametrində Akasiya növündən, 0* ədəd *50 manat dəyərində *6 sm diametrində, hər biri *80 manat dəyərində olmaqla ümumilikdə 360 manat dəyərində 02 ədəd 20 sm diametrində, hər biri 200 manat dəyərində olmaqla ümumilikdə 800 manat dəyərində 04 ədəd 22 sm diametrində hər biri 200 manat dəyərində olmaqla ümumilikdə 400 manat dəyərində 02 ədəd 23 sm diametrində, 0* ədəd 200 manat dəyərində 24 sm diametrində, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində 02 ədəd 26 sm diametrində, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində 02 ədəd 28 sm diametrində, 0* ədəd 250 manat dəyərində 29 sm diametrində, hər biri 300 manat dəyərində olmaqla ümumilikdə 900 manat dəyərində 03 ədəd 30 sm diametrində, hər biri 300 manat dəyərində olmaqla ümumilikdə 600 manat dəyərində 02 ədəd 3* sm diametrində, hər biri 300 manat dəyərində olmaqla ümumilikdə *200 manat dəyərində 04 ədəd 32 sm diametrində, hər biri 350 manat dəyərində olmaqla ümumilikdə *400 manat dəyərində 04 ədəd 33 sm diametrində, 0* ədəd 350 manat dəyərində 36 sm diametrində, 0* ədəd 400 manat dəyərində 38 sm diametrində, 0* ədəd 500 manat dəyərində 42 sm diametrində Çinar növündən, 0* ədəd *50 manat dəyərində *6 sm diametrində, 0* ədəd 350 manat dəyərində 36 sm diametrində, 0* ədəd 400 manat dəyərində 37 sm diametrində, hər biri 400 manat dəyərində olmaqla ümumilikdə *200 manat dəyərində 03 ədəd 40 sm diametrində Yalanqoz növündən olan ümumilikdə 46 ədəd köküstə yaş ağacları özünə məxsus motorlu mişarla qanunsuz kəsərək təbiətə, bununla da ətraf mühitin qorunması və təbiətdən istifadənin təşkili sahəsində dövlət siyasətini həyata keçirən - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinə xeyli miqdarda, yəni ümumilikdə *2960 (on iki min doqquz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz olaraq ağac kəsmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *88.3 və 259.*-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, mülki iddianı qəbul etməmiş, ifadəsində göstərmişdir ki, Balakən rayonu Şambul kəndində yaşayır, onun yaşadığı evin arxasında torpaq sahəsi vardır. Həmin torpaq sahəsi uzun illərdir ki, onun istifadəsində olmuşdur. Yəni torpaq sahəsi ona babasından qalmışdır. O, həmin torpaq sahəsini özü istifadə etdiyi üçün torpaq sahəsinin içərisinə müxtəlif növ ağaclar əkmişdir. Torpaq sahəsinin kənarlarını isə 2025-ci ilin fevral ayının ortalarında həmin torpaq sahəsindən kəsdiyi ağaclardan basdırıq kimi istifadə edib dəmir torla hasar çəkmişdir. Həmin torpaq sahəsi Balakən rayon Xalatala (keçmiş Şambul) bələdiyyəsinə məxsus torpaq sahəsidir. Torpaq sahəsi Kolxoz dövründən həmişə onun mərhum babası Ramazan Behalovun istifadəsində olmuş, babası vəfat etdikdən sonra isə onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsi Kolxoz dağıldıqdan sonra isə Bələdiyyənin mülkiyyətinə keçmişdir. Lakin torpaq sahəsini istifadə etməsi ilə bağlı Xalatala (Şambul) bələdiyyəsindən rəsmi icazəsi yoxdur. Onun ağacları kəsdiyi ərazi əvvəlcə Balakən rayonu Şambul bələdiyyəsinin mülkiyyətində olmuş, sonradan isə Balakən rayonu Xalatala Bələdiyyəsinin mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsini istifadə etməsi ilə bağlı Xalatala bələdiyyəsi ilə heç bir müqaviləsi yoxdur. Torpaq sahəsinin kənarları açıq qaldıqda içəri kəndin mal qarası daxil olurdu. Torpaq sahəsində 20*0-cu ildə ev tikmək üçün ev bönövrəsi inşa etmişdir və həmin ev bünövrəsinin yanına mişar daşları da yığmışdır. Lakin sənədlərini düzəldə bilmədiyi üçün tikintini davam etdirməmişdir. 2025-ci ilin fevral ayının ortalarında həmin torpaq sahəsinin bir hissəsini şumlayaraq qarğıdalı bitkisi əkmişdir. Həmin torpaq sahəsini təmizləmək, yəni ağacları kəsib, kənarlarına basdırıq kimi istifadə edib yerin kənarını bağlamaq üçün Balakən rayon polis şöbəsinin Qabaqçöl polis bölməsinin polis nəfəri Ramil Cücüyevə müraciət etmişdir. O, Ramil Cücüyevə zəng edərək yaşadığı ünvana gəlməsini, oradan ağac kəsmək istədiyini, gəlib ağaclara baxıb ona ağac kəsmək üçün icazə vermələrini xahiş etmişdir. Həmin gün, yəni 2025-ci ilin fevral ayının ortalarında Ramil Cücüyev onun Balakən rayon Şambul kəndində yaşadığı evə gəlmişdir. Onun yanında isə Balakən rayon polis şöbəsinin Qabaqçöl polis şöbəsinin polis nəfəri Şaban Katexliyevdə olmuşdur. Onlara evinin arxa tərəfində olan Xalatala bələdiyyəsinə məxsus torpaq sahəsində olan ağacları kəsmək istədiyini və həmin ağacları basdırıq kimi istifadə edib torpaq sahəsinin kənarlarını bağlamaq istədiyini bildirmişdir. Həmçinin ağaclardan qonşuların şikayətçi olduğunu və ağacların küləkdə yıxılaraq ətrafa təhlükəli olduğunu bildirmişdir. Bu zaman Ramil Cücüyev bu barədə Balakən rayon polis şöbəsinin Qabaqçöl polis bölməsinin rəisi Vilayət Allahverdiyevə məruzə edəcəyini bildirmişdir. Daha sonra Ramil Cücüyev mobil telefon vasitəsi ilə Vilayət Allahverdiyevə zəng etmişdir. Onunla telefonla danışdıqdan sonra ona ağacları kəsmək üçün əvvəlcə 400 manat verməsi müqabilində ağacları kəsə biləcəyini demişdir. O da 400 manat verəcəyini bildirmişdir. Həmin gün gecə saatlarında Ramil Cücüyev yenidən onun mobil telefonuna zəng edərək ona Qabaqçöl polis bölməsinin rəisi Vilayət Allahverdiyevin 400 manata razılaşmadığını, 500 manat versə ağacları kəsməyə icazə verəcəyini bildirmişdir. O da razılaşdı. Səhəri günü o, Qabaqçöl qəsəbəsinə getmişdir. X5 görüşüb 500 manat məbləğində pulu ona vermişdir. Həmçinin Ramilə bildirmişdir ki, həmin torpaq sahəsi Xalatala bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. O, ağacları kəsdikdə onun üçün hər hansı problem yaranacağı barədə Ramildən soruşmuşdur. Ramil isə artıq Qabaqçöl polis bölməsinin rəisi Vilayət Allahverdiyevin bu məsələdən xəbəri olduğunu və onun üçün heç bir problem olmayacağını, ağacları kəsə biləcəyini, Vilayət Allahverdiyevin razılıq verdiyini bildirmişdir. Ramil ona ağacları rahat kəsməsini, heç kimin ona söz deməyəcəyini bildirmişdir. Daha sonra o, 2025-ci ilin fevral ayının ortalarında torpaq sahəsində özü əkdiyi 46 ədəd ağacları özünə məxsus motorlu mişar vasitəsi ilə dib kökündən kəsmişdir. Motorlu mişarla kəsdiyi 46 ədəd ağacların bir hissəsini basdırıq kimi yerin kənarlarına dəmir torla bağlamaq üçün istifadə etmişdir. Qalan hissəsini isə sobada yandıraraq istifadə etmişdir. Həmin ağacları o, özü torpaq sahəsinə əkmişdir. Lakin ağacları nə vaxt əkməsi yadında qalmayıb. Son sözündə himayəsində uşağının olduğunu, dəymiş ziyanı hissə-hissə ödəyəcəyini, təqsirsiz olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Xalatala bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində bildirmişdir ki, vergi müfəttişi vəzifəsində işləyir, 23 mart 2025-ci il tarixdə Balakən rayon Şambul kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Balakən rayonu Xalatala Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən müxtəlif cinsli ağacların qanunsuz kəsilməsi müəyyən edilmişdir. Bu barədə Balakən rayon polis şöbəsinə məlumat verilmiş, ** aprel 2025-ci il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən Balakən rayon Şambul kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Balakən rayonu Xalatala Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı çoxillik əkmələr ərazisinə aid torpaq sahəsindən müxtəlif cinsli ağacların qanunsuz kəsilməsi müəyyən edilmişdir. Qeyd olunan əraziyə baxış keçirilmiş, həmin ərazidən Təqsirləndirilən şəxs tərəfindən Akasiya, Çinar və Yalanqoz ağaclarının ümumilikdə 46 ədəd ağacların qanunsuz kəsilməsi müəyyən edilmişdir. Behalov X2 rayonu Xalatala kənd Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsindən istifadə üçün Balakən rayon Xalatala kənd Bələdiyyəsindən icazə almamışdır. Həmçinin Xalatala bələdiyyəsi ilə heç bir müqavilə bağlamamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin torpaq sahəsini özbaşına dəmir torla hasara aldığı müəyyən olunmuş, bundan başqa torpaq sahəsinin içərisində ev tikmək üçün ev bünövrəsi inşa etməsi, həmçinin qarğıdalı bitkisi əkməsi müəyyən edilmişdir. Behalov X2 rayonu Xalatala Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı çoxillik əkmələr ərazisinə aid torpaq sahəsindən müxtəlif cinsli ağacları qanunsuz olaraq kəsmiş, bu barədə həm Balakən rayon Xalatala Bələdiyyəsinə, həmçinin də hər hansı bir aidiyyəti quruma məlumat verməmişdir. Cinayət hadisəsi baş verdikdən sonra Təqsirləndirilən şəxs ilə müqavilə bağlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə* ifadəsində bildirmişdir ki, Balakən rayon Şambul kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq Balakən rayon Şambul kəndi ərazisində Balakən rayon Xalatala bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 46 ədəd ağacları kəsməsi barədə Balakən rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılmış və cinayət işi başlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq Akasiya, Çinar və Yalanqoz ağaclarını kəsdiyi torpaq sahəsinə Balakən rayon polis şöbəsinin, 7 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşı Şahid2 iştirakı ilə birlikdə baxış keçirilmişdir. Həmçinin *8 saylı Zaqatala Ərazi idarəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı ağacların kəsildiyi torpaq sahəsi GPS vasitəsi ilə kordinatları dəqiqləşdirildikdən sonra müəyyən edilmişdir ki, Behalov X2 rayon Xalatala bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 46 ədəd ağac kəsməklə təbiətə ümumilikdə *2960 manat maddi zərər vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Balakən rayon Şambul kənd sakini Təqsirləndirilən şəxs Balakən rayon Xalatala bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən müxtəlif cinsi ağacları kəsməsi barədə Balakən rayon polis şöbəsinə daxil olmuş məlumatla bağlı olaraq Təqsirləndirilən şəxs, onun və polis əməkdaşlarının iştirakı ilə qeyd edilən əraziyə ** aprel 2025-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs kəsdiyi ağacları təqdim etmiş və bildirmişdir ki, həmin ağacları o özü kəsib. Baxış zamanı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş və onun təqdim etdiyi ağacların cinsi, diametrləri və sayı tərəfindən müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs torpaq sahəsindən müxtəlif diametlərdə 46 ədəd ağacları kəsmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xalatala bələdiyyəsinin mülkiyyətindən ümumilikdə 46 ədəd köküstə yaş ağacları qanunsuz kəsmişdir. Təqsirləndirilən şəxs həmin ağacları kəsməklə təbiətə *2960 manat maddi zərər vurmuşdur. Baxış zamanı mobil telefon vasitəsi ilə fasiləsiz olaraq videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* ifadəsində bildirmişdir ki, Balakən rayonu Xalatala Bələdiyyəsinin sədridir. 23 mart 2025-ci il tarixdə Balakən rayon Şambul kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Balakən rayonu Xalatala Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən müxtəlif cinsli ağacların qanunsuz kəsilməsi müəyyən edilmişdir. Bu barədə tərəfindən məktubla Balakən rayon polis şöbəsinə məlumat verilmişdir. Qeyd etmişdir ki, Balakən rayon polis şöbəsinə ünvanladığı məktubda həmin ağacları Təqsirləndirilən şəxs atası X* tərəfindən kəsildiyini göstərmişdir. Lakin sonradan məlum olmuşdur ki, həmin ağacları Təqsirləndirilən şəxs kəsmişdir. ** aprel 2025-ci il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin torpaq sahəsinə baxış keçirilərkən Balakən rayon Şambul kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Balakən rayonu Xalatala Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfat təyinatlı çoxillik əkmələr ərazisinə aid torpaq sahəsindən müxtəlif cinsli ağacların qanunsuz kəsilməsi müəyyən edilmişdir. Qeyd olunan əraziyə baxış keçirilmiş, həmin ərazidən Təqsirləndirilən şəxs tərəfindən Akasiya, Çinar və Yalanqoz ağaclarının ümumilikdə 46 ədəd ağacların qanunsuz kəsilməsi müəyyən edilmişdir. Behalov X2 rayonu Xalatala kənd Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsindən istifadə üçün Balakən rayon Xalatala kənd Bələdiyyəsindən icazə almamışdır. Həmçinin Xalatala bələdiyyəsi ilə heç bir müqavilə bağlamamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin torpaq sahəsini özbaşına dəmir torla hasara aldığı müəyyən olunmuş, bundan başqa torpaq sahəsinin içərisində ev tikmək üçün ev bünövrəsi inşa etməsi, həmçinin qarğıdalı bitkisi əkməsi müəyyən edilmişdir. Behalov X2 rayonu Xalatala Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı çoxillik əkmələr ərazisinə aid torpaq sahəsindən müxtəlif cinsli ağacları qanunsuz olaraq kəsmiş, bu barədə həm Balakən rayon Xalatala Bələdiyyəsinə, həmçinin də hər hansı bir aidiyyəti quruma məlumat verməmişdir. Cinayət hadisəsi baş verdikdən sonra Təqsirləndirilən şəxs ilə müqavilə bağlanmışdır. 250320048 nömrəli cinayət işinin: *0-*3-cü vərəqlərində olan ** aprel 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif cinsli ağacları kəsdiyi torpaq sahəsi Balakən rayon Şambul kəndi ərazisində yerləşir. Həmin torpaq sahəsi Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin arxa tərəfində yerləşir. Torpaq sahəsinə Təqsirləndirilən şəxs və mütəxəssis Şahid2 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı sözügüdən torpaq sahəsinin kənd yolu ilə əhatə olunduğu və digər tərəfdən isə Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfindən olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs kəsdiyi ağacları təqdim etmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xalatala bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən 0* ədəd 22 sm, 02 ədəd 25 sm, 02 ədəd 26 sm, 02 ədəd 27 sm, 0* ədəd 30 sm və 0* ədəd 33 sm diametrlərdə Akasiya cinsindən, 0* ədəd *6 sm, 02 ədəd 20 sm, 04 ədəd 22 sm, 02 ədəd 23 sm, 0* ədəd 24 sm 02 ədəd 26 sm, 02 ədəd 28 sm, 0* ədəd 29 sm, 03 ədəd 30 sm, 02 ədəd 3* sm, 04 ədəd 32 sm, 04 ədəd 33 sm, 0* ədəd 36 sm, 0* ədəd 38 sm, 0* ədəd 42 sm diametrlərdə Çinar cinsindən, 0* ədəd *6 sm, 0* ədəd 36 sm, 0* ədəd 37 sm, 03 ədəd 40 sm diametrlərdə Yalanqoz cinsindən olan ağacları, ümumilikdə 46 ədəd köküstə yaş ağacları qanunsuz kəsmişdir. Bundan başqa torpaq sahəsinin kənarlarının Təqsirləndirilən şəxs tərəfindən dəmir tor ilə hasarlandığı müəyyən edilmişdir. Həmçinin torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən tikinti işlərinin apardığı, ev tikmək üçün bünövrə inşa edildiyi, mişar daşlarının yığılması müəyyən edilmişdir. Həmçinin həmin torpaq sahəsinin bir hissəsinin Təqsirləndirilən şəxs tərəfindən şumlanaraq qarğıdalı bitkisi əkilməsi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, həmin torpaq sahəsi onun istifadəsindədir. Təqsirləndirilən şəxs göstərmişdir ki, torpaq sahəsində tikinti işlərini o, özü aparıb, həmçinin torpaq sahəsinin şumlayaraq bir hissəsinə qarğıdalı bitkisi əkib. Həmçinin göstərmişdir ki, 2025-ci ilin fevral ayının ortalarında 46 ədəd ağacları kəsərək basdırıq kimi istifadə etmiş və torpaq sahəsinin kənarlarına dəmir tor çəkmişdir. Baxış prosesi mobil telefon vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 0* ədəd DVD disk baxış protokoluna əlavə olunmuşdur. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. 20-ci vərəqində olan ziyanın hesablanması cədvəlindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dib kökündən kəsilmiş 0* ədəd 200 manat dəyərində 22 sm diametrində, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində 02 ədəd 25 sm diametrində, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində 02 ədəd 26 sm diametrində, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində 02 ədəd 27 sm diametrində, 0* ədəd 300 manat dəyərində 30 sm diametrində, 0* ədəd 350 manat dəyərində 33 sm diametrində Akasiya növündən, 0* ədəd *50 manat dəyərində *6 sm diametrində, hər biri *80 manat dəyərində olmaqla ümumilikdə 360 manat dəyərində 02 ədəd 20 sm diametrində, hər biri 200 manat dəyərində olmaqla ümumilikdə 800 manat dəyərində 04 ədəd 22 sm diametrində, hər biri 200 manat dəyərində olmaqla ümumilikdə 400 manat dəyərində 02 ədəd 23 sm diametrində, 0* ədəd 200 manat dəyərində 24 sm diametrində, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində 02 ədəd 26 sm diametrində, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində 02 ədəd 28 sm diametrində, 0* ədəd 250 manat dəyərində 29 sm diametrində, hər biri 300 manat dəyərində olmaqla ümumilikdə 900 manat dəyərində 03 ədəd 30 sm diametrində, hər biri 300 manat dəyərində olmaqla ümumilikdə 600 manat dəyərində 02 ədəd 3* sm diametrində, hər biri 300 manat dəyərində olmaqla ümumilikdə *200 manat dəyərində 04 ədəd 32 sm diametrində, hər biri 350 manat dəyərində olmaqla ümumilikdə *400 manat dəyərində 04 ədəd 33 sm diametrində, 0* ədəd 350 manat dəyərində 36 sm diametrində, 0* ədəd 400 manat dəyərində 38 sm diametrində, 0* ədəd 500 manat dəyərində 42 sm diametrində Çinar növündən, 0* ədəd *50 manat dəyərində *6 sm diametrində, 0* ədəd 350 manatdəyərində 36 sm diametrində, 0* ədəd 400 manat dəyərində 37 sm diametrində, hər biri 400 manat dəyərində olmaqla ümumilikdə *200 manat dəyərində 03 ədəd 40 sm diametrində Yalanqoz növündən olan ümumilikdə 46 ədəd ağaclara görə təbiətə dəymiş cəmi ziyan *2960 manat təşkil edir. 2*-22-ci vərəqlərində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi *8 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilən 22 may 2025-ci il tarixli 3- 2*-3-47/2-*924/2025 nömrəli mütəxəssisin iştirakı və müvafiq rəyin verilməsi barədə məktubdan görünür ki, Balakən rayonu, Şambul kəndində yerləşən mübahisəli torpaq sahəsinə balakən Rayon Polis Şöbəsinni əməkdaşının iştirakı ilə tərəflərindən yerli baxış keçirilmiş və mübahisə predmeti olan torpaq sahəsinin GPS aləti vasitəsilə sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin olunmuşdur. Çöl-ölçmə işlərinin nəticəsinə və həmin kəndin kompleks yerquruluşu layihəsinə əsasən məlum olmuşdur ki, kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsi Balakən rayon (Şambul) hazırda Xalatala bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisində yerləşir. 24-25-ci vərəqlərində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi *8 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilən 04 iyun 2025-ci il tarixli 3- 2*-3-47/2-2058/2025 nömrəli mütəxəssis rəyinə aydınılq gətirilməsi barədə məktubdan görünür ki, Balakən rayonu, Şambul kəndində yerləşən çəpərlənmiş torpaq sahəsinin naturada ölçüləri 0.25 ha olmaqla həmin kənfdin kompleks yerquruluşu layihəsinə əsasən məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Balakən rayonu hazırda Xalatala bələdiyyəsinin (keçmiş Şambul) mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisinin hüdudları daxilində yerləşir. 27-ci vərəqində olan Balakən rayonu Xalatala Bələdiyyəsi tərəfindən verilən *3 iyun 2025-ci il tarixli, 37 nömrəli məktubundan görünür ki, Balakən rayon Şambul kənd sakini Təqsirləndirilən şəxs və onların ailə üzvləri ilə yaşadığı evin arxa hissəsində yerləşən Xalatala kənd bələdiyyəsinə məxsus torpaq sahəsinin istifadəyə, icarəyə verilməsi və satılmasına dair həmin şəxslərlə razılıq əldə edilməmiş və heç bir sənədləşmə aparılmamışdır. 83-84-cü vərəqlərində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 97-*00-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2025-ci il tarixli *0/4373 nömrəli rəyindən görünür ki, Qərarın birinci sualı üzrə Ekspertizanın təyin edilməsi barədə xx.xx.2025-ci il tarixli qərar ilə birlikdə Mərkəzə təqdim edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin *8 saylı Zaqatala ərazi idarəsinin müvafiq mütəxəssis rəyinə əsasən Balakən rayonu, Şambul kəndində yerləşən çəpərlənmiş torpaq sahəsinin naturada ölçüləri 0.25 ha olmaqla həmin kəndin kompleks yerquruluşu layihəsinə əsasən Balakən rayonu Xalatala bələdiyyəsinin (keçmiş Şambul) mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı çoxillik əkmələr ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Ekspertiza xərci – *00 manat. *3*-ci vərəqində olan Balakən rayon Şambul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Balakən rayon Şambul kənd inzibati ərazi dairəsinə heç bir şikayət daxil olmadığı qeyd edilir. *32-ci vərəqəsində olan Balakən rayon Şambul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 27.*0.2025-ci il tarixdə verilmiş 328 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20*0-cu il təvəllüdlü Eminat adlı uşağı var. *37-*38-ci vərəqlərində olan 30 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Balakən rayon polis şöbəsinin Qabaqçöl polis bölməsinin rəisi Vilayət Allahverdiyev və Balakən rayon polis şöbəsinin Qabaqçöl polis bölməsinin polis nəfəri Ramil Cücüyevin barəsində cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. *39-*48-ci vərəqlərində olan 30 oktyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerinə baxış keçirilərkən qeydə alınmış videoçəkilişin həkk olunduğu 0* ədəd DVD disk sübut kimi iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 22 yanvar 2025-ci il tarixli Balakən rayonu Xalatala Bələdiyyəsi tərəfindən verilən 07 nömrəli arayışdan görünür ki, Balakən rayonu Xalatala bələdiyyəsinin mülkiyyətində olan 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı Təqsirləndirilən şəxs ilə Balakən rayon (keçmiş Şambul) bələdiyyəsi arasında müqavilə və ya vergi ödənişi barədə Xalatala bələdiyyəsinə məlumat daxil olmamışdır. 2*.0*.2026-cı il və *0.02.2026-cı il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına 400 və 300 manat olmaqla cəmi 700 manat ödəniş olunmuşdur. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə *2960 (on iki min doqquz yüz altmış) manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçı Azərbaycan Respublikası ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qeyd edilən hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin *88.3 və 259.*-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun *3.* -ci maddəsində yaşıllıqların götürülməsini şərtləndirən hallar olmadan, habelə həmin qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 20*6-cı il tarixli, 32* nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydasının” tələblərinə əməl etmədən, yəni yaşıllıqların götürülməsi üçün özünün bələdiyyəyə müraciəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, eləcə də bələdiyyənin qərarı olmadan meşə fonduna daxil olmayan Balakən rayonu Xalatala (keçmiş Şambul) bələdiyyəsinə məxsus 0.25 ha ərazidə yerləşən, Xalatala (keçmiş Şambul) bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatlı təyinatlı çoxillik əkmələr ərazisinə aid olan torpaq sahəsindən 2025-ci ilin fevral ayının ortalarında 0* ədəd 200 manat dəyərində 22 sm diametrində, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində 02 ədəd 25 sm diametrində, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 mana dəyərində 02 ədəd 26 sm diametrində, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində 02 ədəd 27 sm diametrində, 0* ədəd 300 manat dəyərində 30 sm diametrində 0* ədəd 350 manat dəyərində 33 sm diametrində Akasiya növündən, 0* ədəd *50 mana dəyərində *6 sm diametrində, hər biri *80 manat dəyərində olmaqla ümumilikdə 360 mana dəyərində 02 ədəd 20 sm diametrində, hər biri 200 manat dəyərində olmaqla ümumilikdə 800 manat dəyərində 04 ədəd 22 sm diametrində, hər biri 200 manat dəyərində olmaqla ümumilikdə 400 manat dəyərində 02 ədəd 23 sm diametrində, 0* ədəd 200 manat dəyərində 24 sn diametrində, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində 02 ədəd 26 sm diametrində, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində 0: ədəd 28 sm diametrində, 0* ədəd 250 manat dəyərində 29 sm diametrində, hər biri 300 manat dəyərində olmaqla ümumilikdə 900 manat dəyərində 03 ədəd 30 sm diametrində, hər biri 300 manat dəyərində olmaqla ümumilikdə 600 manat dəyərində 02 ədəd 3* sm diametrində, hər bi 300 manat dəyərində olmaqla ümumilikdə *200 manat dəyərində 04 ədəd 32 sm diametrində hər biri 350 manat dəyərində olmaqla ümumilikdə *400 manat dəyərində 04 ədəd 33 sm diametrində, 0* ədəd 350 manat dəyərində 36 sm diametrində, 0* ədəd 400 manat dəyərində 38 sm diametrində, 0* ədəd 500 manat dəyərində 42 sm diametrində Çinar növündən, 0* ədəd *50 manat dəyərində *6 sm diametrində, 0* ədəd 350 manat dəyərində 36 sm diametrində, 0* ədəd 400 manat dəyərində 37 sm diametrində, hər biri 400 manat dəyərində olmaql ümumilikdə *200 manat dəyərində 03 ədəd 40 sm diametrində Yalanqoz növündən olan ümumilikdə 46 ədəd köküstə yaş ağacları özünə məxsus motorlu mişarla qanunsuz kəsərək təbiətə, bununla da ətraf mühitin qorunması və təbiətdən istifadənin təşkili sahəsində dövlət siyasətini həyata keçirən - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni ümumilikdə *2960 (on iki min doqquz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz olaraq ağac kəsmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 2.*-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 7.*-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. *4.*-ci maddəsinə əsasən Bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. *88.3-cü maddəsinə əsasən bu Məcəllənin *88.*-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma) və *88.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 259.*-ci maddəsinə əsasən Ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 259.*-ci və 260.*-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, 259.2.4-cü, 260.*-*-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.*-2-ci və 260.4-cü maddələrində isə “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən *(*02)-28/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmənin mahiyyəti qanunda göstərilən müddətin keçməsi ilə əlaqədar şəxsin törətdiyi cinayətə görə cinayət məsuliyyətinin aradan qalxmasıdır. Cinayət məsuliyyətinə cəlbetmə müddəti cinayətin faktiki qurtardığı vaxtdan, uzanan cinayətlərdə təqsirkarın öz təşəbbüsü ilə, yaxud onun iradəsindən asılı olmayan səbəblər üzündən cinayətin dayandırıldığı vaxtdan, davam edən cinayətlərdə isə davam edən cinayətin tərkib hissəsi olan sonuncu hərəkət aktının törədildiyi vaxtdan başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, CM-in 75ci maddəsinin cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərə tətbiqi həmin cinayətlərin anlayışının, bu növ cinayətlərin başlanması və sona çatması anlarının nəzərə alınması ilə mümkündür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 27 dekabr 2006-ci il tarixli qərarı). Müvafiq olaraq, baxılan işdə məhkumun törətdiyi hər iki cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilməklə uzanan cinayət olduğundan, 2022-ci ilin aprel ayınadək davam etdiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı məhz həmin andan başlandıqdan, qeyd edilən andan indiyədək qanunvericiliklə müəyyən edilmiş 7 il müddət keçmədiyindən, törətdiyi cinayətlərə görə onun müddətin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin *25, *44 -*46-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. *24.*-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: *24.*.*. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; *24.*.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. *39.0. Cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: *39.0.*. cinayət hadisəsinin baş vermə faktı və halları; *39.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; *39.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri;*39.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; *39.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; *39.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. *44-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. *45.*-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. *46.*-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsini, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin, şahidlərin ifadələrini və iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib hesab edir ki, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünümüdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Onun özünü müdafiə üçün irəli sürdüyü dəlillər əsassızdır və hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin *88.3 və 259.*-ci maddələrinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli Azərbaycan Respublikası CM-in *88.3 və 259.*-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 8.*-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 4*.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.*-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.*.*4-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının *-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 4*-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi dəymiş ziyanı qismən ödəməsi müəyyən edilmiş, cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 346.*.*2-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Ekspertiza tədqiqatının dəyəri *00 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 2*.*-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 2*.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. *096.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). *096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 202*-ci il tarixli Qərarının: 68-ci bəndinə əsasən cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.*.3-cü maddəsinə əsasən iddia qiyməti *0.000 manatdan *00.000 manatadək olduqda *20 manat + *0.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi tutulur. Məhkəmə mülki iddia ərizəsinin dəlillərini, işin hallarını, təqsirləndirilən şəxsin *2960 manat ziyan vurmasını, vurulmuş ziyandan 700 manat ödəməsini nəzərə alaraq hesab edir ki, iş üzrə mülki iddia qismən təmin edilməli, cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə *2260 (on iki min iki yüz altmış) manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, *26.78 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə hadisə yerinə baxış keçirilərkən qeydə alınmış videoçəkilişin həkk olunduğu 0* ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.*.*9-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-*.*-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin * fevral 200*-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin *93.2, *93.4-cü və *94-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün ** manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı *2 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından *32 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin *44-*46, 344-347, 349, 35*-353, 356 və 384.*-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *88.3 və 259.*ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *88.3-cü maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.*-ci maddəsi ilə 0* (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri Balakən rayonu Şambul kəndindəki ünvanı gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə *2260 (on iki min iki yüz altmış) manat pul tutularaq mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. *26.78 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri *00 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə hadisə yerinə baxış keçirilərkən qeydə alınmış videoçəkilişin əks olunduğu 0* ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından *2 iş saatı üçün *32 manat vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar