Məhkəmə qərarları › İş №1(019)-103/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-103/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-103/2024 06.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxxxx 1991-ci il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və yaşayan, 22 avqust 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi, istintaqla dəqiq müəyyən edilməyən sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin may ayının sonlarında Balakən rayon Hənifə kəndi ərazisindən keçən Balakən çayının kənarındakı kolluq ərazidə qanunsuz olaraq torpağa əkmiş, həmin toxumlardan bitmiş xeyli miqdarda - 03 (üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini suvarmaqla, diblərini alaq otlarından təmizləyib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 20 avqust 2024-cü il tarixdə saat 11:25-dən 12:10-dək olan müddət ərzində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən kolluq əraziyə keçirilmiş baxış zamanı onun qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi, xeyli miqdar hesab edilən, yəni 03 (üç) ədəd, uzunluqları 197 sm-dən 226 sm-dək, nəm vəziyyətdə, ümumi çəkiləri 575,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayon Hənifə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır. Fərdi əməklə məşğul olur. Narkotik vasitə marixuanadan 3-4 ildir ki istifadə edir. 2023-cü ilin sentyabr ayında Balakən rayonu Hənifə kəndinin ərazisindən keçən Balakən çayının kənarında olduğu zaman orada qurumuş halda yabanı bitmiş çətənə kolunun olduğunu görmüşdür. Özü narkotik vasitədən istifadə etdiyi üçün həmin çətənə kolunun üzərindən toxumlarını yığdıqdan sonra həmin çətənə bitkisini çaya tullamışdır. Yığıb əldə etdiyi çətənə bitkisi toxumlarını təxminən 3 ay bundan əvvəl, yəni 2024-cü ilin may ayının sonlarında Balakən rayonu Hənifə kəndinin ərazisindən keçən Balakən çayının kənarındakı kolluq ərazidə torpağa əkmişdir. Əkdiyi çətənə bitkilərinin toxumlarından 03 ədədi bitmişdir. Həmin bitmiş 03 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq etmiş, həmin bitkilərə su vermiş, diblərini yumşaltmış və xırda alaq otlarından təmizləmişdir ki, yaxşı inkişaf etsinlər. Həmin çətənə bitkilərinə qulluq etməkdə məqsədi gələcəkdə onun yararlı hissələrini qurudub istifadə etmək olmuşdur. 20 avqust 2024-cü il tarixdə Balakən rayonu Hənifə kəndinin ərazisində yerləşən yaşadığı evin yaxınlığında olduğu zaman saat 09:30 radələrində iki nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib Balakən rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu Balakən RPŞ-yə dəvət etmişlər. O da polis əməkdaşlarının dəvəti ilə Balakən RPŞ-yə gəlmişdir. Balakən RPŞ-də ona hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş ona təqdim edilmişdir. Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı ona təqdim edilmişdir. Təqdim edilmiş Balakən rayon vəkil bürosunun vəkillərinin siyahısından Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istəmişdir. Bir qədər sonra Müdafiəçi Balakən RPŞ-yə dəvət edilmiş, müdafiəçi kimi ona təqdim edilmişdir. Bir daha Müdafiəçi tərəfindən hüquqlarının müdafiəsinə etirazının olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs qismində tutulması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ilə tanış olduqdan sonra imzalarla təsdiq etmişlər, eyni zamanda tutulması ilə bağlı ailə üzvlərinə telefon vasitəsilə məlumat vermişdir. Bir daha hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə fasiləsiz video çəkilişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl ona bir daha hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya, narkotik vasitə və ya predmet olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt o, üzərində hər hansı bir qeyri-qanuni əşya, narkotik vasitə və ya predmet olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən hər hansı bir narkotik vasitə, əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı ondan başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığı, yaşadığı ünvanda və ya başqa yerdə narkotik tərkibli bitkilər əkibbecərməsi soruşulduqda o, Balakən rayonu Hənifə kəndinin ərazisindən keçən Balakən çayının kənarındakı kolluq ərazidə 03 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yeri və oradakı əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərini göstərə biləcəyini bildirmişdir. Daha sonra polis əməkdaşları mütəxəssis-aqronom Şahid3 polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o, Müdafiəçi, mütəxəssis-aqronom Şahid3 və polis əməkdaşları ilə birlikdə onun narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi əraziyə getmişlər. Həmin əraziyə video çəkilişlə baxış keçirilmişdir. Orada əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərini göstərib təqdim etmişdir. Əkdiyi 03 ədəd çətənə bitkisi onun, müdafiəçinin, aqronomun və polis əməkdaşlarının iştirakı ilə torpaqdan çıxarılmışdır. Həmin bitkilər ölçülən zaman hündürlüyünün 197 sm-dən 226 sm-dək olması məlum olmuşdur. Bundan sonra əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış prosesi bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Ekspertin rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, əkib-becərdiyi 03 ədəd bitki əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom- mütəxəssis Şahid3 rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. 03 ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Narkotik tərkibli çətənə bitkilərini əkməyindən heç kəsin xəbəri olmamışdır, heç kimə bu barədə heç nə deməmişdir. Heç kəsə narkotik tərkibli çətənə bitkilərinin toxumlarından verməmişdir, heç kəs bunu bilməmişdir. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir.Əməlindən peşimandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində xidmət edir. Bundan əvvəl Balakən RPŞnin İTB-nin sahə rəisi vəzifəsində xidmət etmişdir. 20 avqust 2024-cü il tarixdə Balakən rayonu Hənifə kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daha sonra həmin məlumat əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə onunla birlikdə keçirdikləri tədbir zamanı Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə kəndi ərazisində onlar tərəfindən saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək Balakən rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Azay Məmmədov tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi polis şöbəsinə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Azay Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Azay Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq Balakən rayonu Hənifə kəndindən keçən “Balakən” çayının kənarındakı kolluq ərazidə 3 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini, həmin bitkiləri təqdim edə biləcəyini bildirmişdir. O, həmin bitki toxumlarını təxminən bir il əvvəl 8 ədəd olmaqla Balakən çayının kənarında yabanı halda bitmiş çətənə bitkisindən yığdığını, toxumları yığdığı kolu çaya atdığını, təxminən 3 ay əvvəl toxumları torpağa əkdiyini, onlardan 3 ədədinin bitdiyini , bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Daha sonra protokol tərtib olunaraq doğruluğu imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X3 tərəfindən videokamera vasitəsi ilə lentə alınmışdır. Bundan sonra həmin tarixdə həmin tədbirin davamı olaraq aqronom-mütəxəssisin, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs qeyd etdiyi, Balakən rayonu Hənifə kəndindən keçən “Balakən” çayının kənarındakı kolluq əraziyə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidən torpağa əkilmiş vəziyyətdə 3 ədəd hündürlükləri 197 sm-dən 226 sm-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar kollar aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid3 həmin 3 ədəd bitkiyə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin alaq otlarından təmizləndiyini və suvarıldığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün təxminən 3 ay əvvəl əkdiyini, əkdiyi toxumlardan 3 ədədinin bitdiyini, əkdiyi bitki toxumlarını təxminən bir il əvvəl “Balakən” çayının kənarında yabanı halda bitmiş çətənə bitkisindən yığaraq əldə etdiyini, həmin bitkiləri əkməsi ilə bağlı heç kimin məlumatının olmadığını bildirmişdir. Aşkar olunmuş 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolları 01 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra protokol tərtib olunaraq ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Baxış keçirilməsi Balakən RPŞnin KTQ-nın baş inspektor kriminalisti X3 tərəfindən videokamera vasitəsi ilə lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda Balakən rayon İcra Hakimiyyətinin Balakən rayon Hənifə kəndi üzrə nümayəndəsi vəzifəsində işləyir. 20 avqust 2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs vəkili Müdafiəçi, polis əməkdaşlarının, onun və Təqsirləndirilən şəxs özünün iştirakı ilə Balakən rayonu Hənifə kəndinin ərazisindən keçən “Balakən” çayının kənarındakı kolluq əraziyə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidən torpağa əkilmiş vəziyyətdə 3 ədəd hündürlükləri 197 sm-dən 226 sm-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar kolları aşkar edilmişdir. Baxış zamanı o, həmin 03 ədəd bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin alaq otlarından təmizləndiyini və suvarıldığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün təxminən 3 ay əvvəl əkdiyini, əkdiyi toxumlardan 3 ədədinin bitdiyini, əkdiyi bitki toxumlarını təxminən bir il əvvəl “Balakən” çayının kənarında yabanı halda bitmiş çətənə bitkisindən yığaraq əldə etdiyini, həmin bitkiləri əkməsi ilə bağlı heç kimin məlumatının olmadığını bildirmişdir. Aşkar edilmiş 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarının hündürlükləri ölçülmüş 197 sm-dən 226 sm-dək təşkil etmişdir. Aşkar edilmiş 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları qablaşdırılaraq götürülmüşdür. Baxış prosesi polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Azay Məmmədov tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid- Şahid1 məhkəmə iclasına gəlməmişdir. Balakən Rayon Polis Şöbəsi tərəfindən bildirilmişdir ki, o, KOP-29 tədbirləri ilə bağlı Bakı şəhərinə ezam olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində çalışır. İşin mahiyyəti üzrə bildirir ki, 20 avqust 2024-cü il tarixdə Balakən rayonu Hənifə kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daha sonra həmin məlumat onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə İTB-nin sahə rəisi Şahid2 ilə birlikdə keçirdikləri tədbir zamanı Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə kəndi ərazisində onlar tərəfindən saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək Balakən rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Azay Məmmədov tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi polis şöbəsinə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Azay Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Azay Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq Balakən rayonu Hənifə kəndindən keçən “Balakən” çayının kənarındakı kolluq ərazidə 3 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini, həmin bitkiləri təqdim edə biləcəyini bildirmişdir. O, həmin bitki toxumlarını təxminən bir il əvvəl 8 ədəd olmaqla Balakən çayının kənarında yabanı halda bitmiş çətənə bitkisindən yığdığını, toxumları yığdığı kolu çaya atdığını, təxminən 3 ay əvvəl toxumları torpağa əkdiyini, onlardan 3 ədədinin bitdiyini , bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Daha sonra protokol tərtib olunaraq doğruluğu imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X3 tərəfindən videokamera vasitəsi ilə lentə alınmışdır. Bundan sonra həmin tarixdə həmin tədbirin davamı olaraq aqronom-mütəxəssisin, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs qeyd etdiyi, Balakən rayonu Hənifə kəndindən keçən “Balakən” çayının kənarındakı kolluq əraziyə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidən torpağa əkilmiş vəziyyətdə 3 ədəd hündürlükləri 197 sm-dən 226 sm-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar kollar aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid3 həmin 3 ədəd bitkiyə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin alaq otlarından təmizləndiyini və suvarıldığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün təxminən 3 ay əvvəl əkdiyini, əkdiyi toxumlardan 3 ədədinin bitdiyini, əkdiyi bitki toxumlarını təxminən bir il əvvəl “Balakən” çayının kənarında yabanı halda bitmiş çətənə bitkisindən yığaraq əldə etdiyini, həmin bitkiləri əkməsi ilə bağlı heç kimin məlumatının olmadığını bildirmişdir. Aşkar olunmuş 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolları 01 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Daha sonra protokol tərtib olunaraq ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Baxış keçirilməsi Balakən RPŞnin KTQ-nın baş inspektor kriminalisti X3 tərəfindən videokamera vasitəsi ilə lentə alınmışdır. İşin 22-25-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 20 avqust 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis polkovnikleytenantı X4 tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 09:30-da dəvət edilərək Balakən rayon polis şöbəsinə gətirilmiş Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs onun Balakən rayon Vəkillər Bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi və digər iştirakçıların iştirakı ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilərək şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq Balakən rayonu Hənifə kəndindən keçən “Balakən” çayının kənarındakı kolluq ərazidə 3 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini, həmin bitkiləri təqdim edə biləcəyini bildirmişdir. O, həmin bitki toxumlarını təxminən bir il əvvəl 8 ədəd olmaqla Balakən çayının kənarında yabanı halda bitmiş çətənə bitkisindən yığdığını, toxumları yığdığı kolu çaya atdığını, təxminən 3 ay əvvəl toxumları torpağa əkdiyini, onlardan 3 ədədinin bitdiyini , bitkiləri şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona qarşı Balakən rayon polis şöbəsində hər hansı fiziki və psixi təsir göstərilib-göstərilmədiyi soruşulduqda, o, belə bir halın olmadığını ona qarşı hər hansı fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış prosesi “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk şəxsi axtarış protokoluna əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd diskə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 31-34-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 20 avqust 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis polkovnikleytenantı X4 tərəfindən tərtib olunmuş “Baxış və götürmə keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs qeyd etdiyi Balakən rayonu Hənifə kəndindən keçən “Balakən” çayının kənarındakı kolluq ərazidən torpağa əkilmiş vəziyyətdə 3 ədəd hündürlükləri 197 sm-dən 226 sm-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar kolları aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid3 həmin 3 ədəd bitkiyə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin alaq otlarından təmizləndiyini və suvarıldığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün təxminən 3 ay əvvəl əkdiyini, əkdiyi toxumlardan 3 ədədinin bitdiyini, əkdiyi bitki toxumlarını təxminən bir il əvvəl “Balakən” çayının kənarında yabanı halda bitmiş çətənə bitkisindən yığaraq əldə etdiyini, həmin bitkiləri əkməsi ilə bağlı heç kimin məlumatının olmadığını bildirmişdir. Aşkar olunmuş 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolları 01 ədəd ağ rəngli sintetik kisəyə qablaşdırıldı və möhürlənərək götürüldü. Baxış və götürmə prosesi “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk baxış və götürmə protokoluna əlavə olunmuşdur. Baxış və götürmə zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd diskə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 35-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən aqronom-mütəxəssis Şahid3 verdiyi 20 avqust 2024-cü il tarixli rəydən görünür ki, 20 avqust 2024-cü il tarixdə Balakən rayon Polis Şöbəsinin əməkdaşları və Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs iştirakları ilə Balakən rayonu Hənifə kəndi ərazisindəki Balakən çayının kənarında olan kolluq əraziyə baxış keçirilən zaman aşkar edilmiş hündürlükləri 197 sm-dən 226-sm-dək olan 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş,dibləri alaq otlarından təmizlənmiş və suvarılmışdır. İşin 43-44-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 20 avqust 2024-cü il tarixli 17/721 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə kəndi ərazisindəki çayın kənarında olan kolluq sahədə əkib becərdiyi 3 ədəd narkotik tərkibli çətənə bitkilərinə kollarına oxşar kütlə.” yazısı, adlar və imzalar olan 01(bir) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 197 sm-dən 226 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri- 575,0 qram olan 03(üç) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid3 20 avqust 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir.Təqdim olunmuş 03 (üç) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. İşin 106-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2024-cü il tarixli 1618 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 15-16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 20 avqust 2024-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 20 avqust 2024cü ildə saat 10:05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. Onun azadlığı 09:30-dan məhdudlaşdırılmışdır. İşin 83-84,88-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 22 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan və aktdan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın surəti icra olunması üçün Balakən RPŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs 22 avqust 2024-cü il tarixdə saat 09:30-da Balakən rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşin 94-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 95-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən RİHB-nın Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. İşin 102-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən 29 avqust 2024-cü il tarixdə verilmiş 42 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Hənifə kənd sakinidir. İşin 103-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən 29 avqust 2024-cü il tarixdə verilmiş 42 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs işləməyən atası, anası, qardaşı və qardaşı oğlundan ibarət ailə üzvüləri vardır. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə və ya yetişdirmə) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir) Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 21-ci bəndinə görə CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, cinayət əməlini etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü, onun barəsində həmin cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, eyni zamanda cərimə cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni ,əsaslı və ədalətli hesab edir. Onun 20 avqust 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs əkib-becərdiyi Balakən rayonu Hənifə kəndi ərazisindən keçən Balakən çayının kənarındakı kolluq ərazidə yerləşən torpaq sahəsindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sintetik kisədə ümumi çəkisi 575,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata sərf edilən 0,60 qram miqdarı nəzərə alınmaqla, qalıq çəkisi 574,40 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk iş materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir.Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin.Onun 20 avqust 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Hənifə kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə “Balakən Rayon Mərkəzi Xəstəxanası” X5 göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 34.55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs əkib-becərdiyi Balakən rayonu Hənifə kəndi ərazisindən keçən Balakən çayının kənarındakı kolluq ərazidə yerləşən torpaq sahəsindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sintetik kisədə ümumi çəkisi 575,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata sərf edilən 0,60 qram miqdarı nəzərə alınmaqla, qalıq çəkisi 574,40 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işinin materiallarında saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar