Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-103/2025 05.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, X4 kаtibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirаklаrı ilə xx.xx.1997-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, məhkum olunmayan, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dаir cinayət işinə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü havalandırma sistemini quraşdıran şəxs kimi təqdim edib etibarını qazandığı Abşeron rayonu Ceyranbatan qəsəbəsinin sakini Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə havalandırma sistemini quraşdıracağını yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 Şahid2 vasitəsi ilə "xxxx" ASC-yə məxsus onun 5235 2222 3617 8717 nömrəli plastik kart hesabına xx.xx.2024-cü il tarixdə köçürtdüyü 1500 (min beş yüz) manat, eyni kart hesabına xx.xx.2024-cü il tarixdə köçürtdüyü 1000 (min) manat, eyni kart hesabına xx.xx.2024-cü il tarixdə köçürtdüyü 1500 (min beş yüz) manat, eyni kart hesabına xx.xx.2024-cü il tarixdə köçürtdüyü 500 (beş yüz) manat pulunu alaraq ümumilikdə Zərərçəkmiş şəxs1 4500 (dörd min beş yüz) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü havalandırma sistemini quraşdıran şəxs kimi təqdim edib etibarını qazandığı Naxçıvan MR, Babək rayonunda qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 sonuncuya məxsus Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən «Gilanar» çay evinə havalandırma sistemini quraşdıracağını yalandan vəd verib aldadaraq həmin havalandırma sisteminə pul ödəmək adı ilə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 «Gilanar» çay evində ona əlbəəl verdiyi 12750 (on iki min yeddi yüz əlli) manat, "xxxx" ASC-yə məxsus onun 5235 2222 3617 8717 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs2 "xxxx" ASC-yə məxsus kart hesabından «Birbank» tətbiqi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisindən köçürtdüyü 1500 (min beş yüz) manat, eyni kart hesabına xx.xx.2024-cü il tarixdə köçürtdüyü 1500 (min beş yüz) manat, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 “Gilanar” çay evində ona əlbəəl verdiyi 1850 (min səkkiz yüz əlli) manat, xx.xx.2024-cü il tarixdə saat 16:25-də Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 25 A Araz Ekspress ünvanında yerləşən dükanda quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsi ilə eyni bank kartı hesabına köçürtdüyü 2000 (iki min) manat pulu, eyni kart hesabına xx.xx.2024-cü il tarixdə köçürtdüyü 515 (beş yüz on beş) manat, eyni kart hesabına xx.xx.2024-cü il tarixdə Qaraçuxur qəsəbəsindən köçürtdüyü 1500 (min beş yüz) manat, eyni kart hesabına xx.xx.2024-cü il tarixdə saat 17:00-da ünvan 5 ünvanında yerləşən “Bravo” dükanında quraşdırılmış “MPAY” elektron ödəmə terminalı vasitəsi ilə köçürtdüyü 1100 (min bir yüz) manat, «Birbank» tətbiqi vasitəsi ilə eyni bank kartı hesabına xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisindən köçürtdüyü 400 (dörd yüz) manat, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 “Gilanar” çay evində ona əlbəəl verdiyi 2800 (iki min səkkiz yüz) manat, «Birbank» tətbiqi vasitəsi ilə eyni bank kartı hesabına xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisindən köçürtdüyü 500 (beş yüz) manat, «Birbank» tətbiqi vasitəsi ilə eyni bank kartı hesabına xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisindən köçürtdüyü 300 (üç yüz) manat pulunu alaraq ümumilikdə Zərərçəkmiş şəxs2 26715 (iyirmi altı min yeddi yüz on beş) manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş həxsə xeyli miqdarda ziyan vurmaqda dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü havalandırma şirkətinin rəhbəri kimi təqdim edib etibarını qazandığı Balakən rayonu Qazma kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 sonuncunun direktoru olduğu Balakən rayonunda yerləşən “Elmas” klinikasına tibbi işıqlandırma sistemini alıb verəcəyini yalandan vəd verib aldadaraq 2025ci ilin fevral ayının 3-dən 5-dək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə həmin tibbi işıqlandırma sisteminə görə pul ödəmək adı ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan "xxxx" ASC-yə məxsus 5239 1517 1961 2991 nömrəli plastik kart hesabından «Birbank» tətbiqi vasitəsilə onun göndərdiyi "xxxx" ASC-yə məxsus 5235 2222 3617 8717 nömrəli plastik kart hesabına xx.xx.2025-ci il tarixdə saat 19:39-da Balakən şəhəri ərazisindən köçürtdüyü 1400 (min dörd yüz) manat pulu, Zərərçəkmiş şəxs3 adına olan "xxxx" ASC- yə məxsus 5239 1517 1961 9747 nömrəli plastik kart hesabından «Birbank» tətbiqi vasitəsilə onun göndərdiyi "xxxx" ASC-yə məxsus 5235 2222 3617 8717 nömrəli plastik kart hesabına xx.xx.2025-ci il tarixdə saat 13:58-də köçürtdüyü 700 (yeddi yüz) manat pulu. xx.xx.2025-ci il tarixdə saat 14:09-da eyni yerdən eyni üsulla eyni bank kartı hesabına köçürtdüyü 400 (dörd yüz) manat pulu, xx.xx.2025-ci il tarixdə saat 18:52-də Balakən şəhəri S.Gözəlov küçəsi-76 ünvanında yerləşən “Bazarstore” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsi eyni bank kartı hesabına köçürtdüyü 250 (iki yüz əlli) manat pulu, xx.xx.2025-ci il tarixdə saat 14:05də Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən “Kamil” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə eyni bank kartı hesabına köçürtdüyü 140 (yüz qırx) manat pulunu alaraq ümumilikdə Zərərçəkmiş şəxs3 2890 (iki min səkkiz yüz doxsan) manat məbləğində pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. İttiham aktında Zərərçəkmiş şəxs1 Şahid2 vasitəsi ilə "xxxx" ASC-yə məxsus onun 5235 2222 3617 8717 nömrəli plastik kart hesabına xx.xx.2024-cü il tarixdə köçürtdüyü 1500 (min beş yüz) manat, eyni kart hesabına xx.xx.2024-cü il tarixdə köçürtdüyü 1000 (min) manat köçürtdüyü qeyd edilmişdir. Lakin iş materiallarında olan ödəniş qəbzləri əsasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 1000 (min) manat, xx.xx.2024-cü il tarixdə 1500 (min beş yüz) manat köçürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “MM Air” şirkətinin rəhbəridir. Həbs olunduqdan sonra şirkətin fəaliyyətini dayandırmışdır. Zərərçəkmiş şəxs3 dəymiş ziyanda özünü təqsirli bilir, aralarında anlaşılmazlıq olmuşdur. Zərərçəkmiş şəxs1 özünü görməmişdir, onun atası ilə əlaqədə olmuşdur, onların malları hazır olmuşdur, müstəntiq də mallara baxış keçirmişdir. Günəşin tanışı Şamil demişdir ki, bunların iş gecikir. Onların işi ona görə qaldı. Zərərçəkmiş şəxs2la aralarında müqavilə bağlanmışdır, bu məsələ mülki qaydada baxılmalı olduğundan həmin epizodda özünü təqsirli bilmir, ondan cəmi 20000 manat pul almış, obyektdə dəliklər açaraq iş görmüş, dəliklər insan keçəcək qədər böyük olmuşdur. Kombi sistemi çəkildiyi üçün ona işi dayandırmağı demişdilər, Fuada boru və motor göndərmişdir. Fuad motorları geri qaytarmış, onun əvəzində 3 daha böyük və bahalı motor göndərmişdir. Bu barədə danışıqları öz telefonunda qalmışdır, Fuad danışıqları öz telefonundan silə bilər. İstintaq zamanı əməli etiraf etməmişdir, Fuadla onun arasında üzləşdirmə keçirilməmişdir, istintaqda nəyə qol çək dedilər, qol çəkmişdir. Himayəsində azyaşlı uşağının olmasını, həyat yoldaşının hamilə olmasını, Zərərçəkmiş şəxs1lə barışmasını, Zərərçəkmiş şəxs3 dəymiş ziyanın qismən ödənilməsini, Zərərçəkmiş şəxs2 ilə müqavilə olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı bir ay müddətində ödəyəcəyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Balakən şəhərində yerləşən “Elmas” klinikasının direktoru vəzifəsində işləyir. 2025-ci ilin fevral ayının əvvəlində sosial şəbəkə üzərindən özünü tibbi cihazların satışı ilə məşğul olan şirkət rəhbəri kimi təqdim edən Elnur adlı şəxslə tanış olmuşdur. Sonradan ona həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs ilə 051 *** ** ** və 050 *** ** ** mobil telefon nömrələri vasitəsilə əlaqə saxlamışdır. Direktoru olduğu “Elmas” klinikasına lazım olan epofiltr havalandırma və havalandırma motorunu həmin şəxsin kart hesabına pul göndərməklə almış və bir neçə gün ərzində avadanlıq onun tərəfindən Bakı şəhərindən klinikaya göndərilmişdir. Təqsirləndirilən şəxs klinikaya lazım olan hər növ tibbi avadanlığı təşkil edə biləcəyini dediyinə görə əməliyyat işıqlandırma sisteminin lazım olduğunu dedikdə həmin avadanlıqla bağlı problemin olmadığını, ucuz qiymətə təşkil edə biləcəyini demişdir. Elnur ona işıqlandırma sisteminin bazada 7000-7500 manata olduğunu, lakin ona 5500 (beş min beş yüz) manata təşkil edəcəyini dediyinə görə onunla razılaşmışdır. Elnura ilkin ödəniş olaraq 5500 manatın 2850 (iki min səkkiz yüz əlli) manatını əvvəldən göndərəcəyini, qalan pulu isə avadanlıq gəlib çatdıqdan sonra ödəyəcəyini bildirmişdir. Elnur onunla razılaşmış və avadanlığı 2850 (iki min səkkiz yüz əlli) manat pul ödənildiyi günün axşamı şirkətdən təhvil alaraq ona göndərəcəyini bildirmişdir. 03 fevral 2025-ci il tarixdə axşam saat 18 radələrində Elnur ona zəng edərək 2850 manat pulu təcili olaraq onun hesabına köçürməyini israr etmiş və tibbi avadanlıqların satışı ilə məşğul olan “İnex” şirkətində bacısının əri Bəhruz adlı şəxsin işlədiyini və özünün dərhal gedib malı götürməli olduğunu bildirmişdir. Elnur ona iş gününün sonu olduğundan şirkətin kassasının bağlanacağını deyərək təcili pulu onun hesabına göndərməsi üçün onu tələsdirmişdir. 2025-ci ilin fevral ayının 3-dən 5-dək olan müddət ərzində ona məxsus olan "xxxx" ASC-yə məxsus **********19747 nömrəli plastik kart hesabından «Birbank» tətbiqi vasitəsilə Elnurun göndərdiyi "xxxx" ASC-yə məxsus 5235 2222 3617 8717 nömrəli plastik kart hesabına xx.xx.2025-ci il tarixdə Balakən şəhəri ərazisindən 1400 (min dörd yüz) manat pulu, xx.xx.2025-ci il tarixdə onun bank kartı hesabına 700 (yeddi yüz) manat pulu, xx.xx.2025-ci il tarixdə saat 400 (dörd yüz) manat pulu, xx.xx.2025-ci il tarixdə Balakən şəhəri S.Gözəlov küçəsi-76 ünvanında yerləşən “Bazarstore” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsi ilə onun hesabına 250 (iki yüz əlli) manat pulu, xx.xx.2025-ci il tarixdə Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən “Kamil” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsi ilə onun bank kartı hesabına 140 (yüz qırx) manat pulu köçürmüşdür. 05 fevral 2025-ci il tarixdə Elnura zəng edib avadanlıqla maraqlandıqda anbardan həmin avadanlığı aldığını, lakin onu qablaşdırmalı olduqlarını demişdir. 06 fevral 2025-ci il tarixdə yenidən zəng etdikdə Elnur ondan Balakən-Bakı marşrutu ilə işləyən taksilərdən birinin telefon nömrəsini özünə verməyini xahiş etmiş və avadanlığı həmin maşınla göndərəcəyini demişdir. O da Balakən-Bakı marşrutu ilə işləyən taksi sürcüsü olan həmkəndlisi Vaqifi tapıb Elnurla calaşdırmışdır. Həmin taksi sürücüsü zəng edib Elnurla əlaqə saxladıqda avadanlığı bir saatdan gətirəcəyini bildirməsinə baxmayaraq gətirib çatdırmamışdır. Bir saatdan sonra taksi sürücüsü yenidən zəng etdikdə sonra yenə bir saatdan gətirəcəyini bildirməsinə baxmayaraq gətirib çıxartmamışdır. Elnur həmin taksiyə uzaqda olduğunu bildirmişdir. Artıq həmin taksi Balakənə qayıtdığından ertəsi günü eyni qaydada başqa bir taksi sürücüsü ilə Elnuru calaşdırmış, yenə eyni qaydada ona da bir saatdan gələcəyini bildirsə də taksi sürücüsü, Elnur avadanlığı çatdırmadığına görə ona zəng etdikdə sürücüyə “mən şirkət rəhbəriyəm, məni narahat etmə, mən özüm gəlib sənə çatdıracağam avadanlığı” demişdir. Belə deməsinə baxmayaraq avadanlığı taksiyə gətirib çatdırmamışdır. Elnurun avadanlığı taksi sürücüsünə çatdırma söhbəti bu qaydada 3-4 gün davam etmişdir. 4 gündən sonra Elnurla əlaqə saxladıqda gah maşının xarab olduğunu, gah tıxacda qaldığını, gah maşının Səxavət adlı dostunda olduğunu, gah da maşının ustada olduğunu deyərək avadanlığı özünün Balakənə gətirəcəyini demişdir. Hər dəfə ustada olanda usta ilə birlikdə maşının kapotunun şəklini çəkib atmışdır. Tıxacda olduğunu bildirdikdə tıxacın şəklini atmışdır. Fevral ayının 10-da artıq Elnurun onu aldadaraq pulunu ələ keçirdiyinə əmin olduqda DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. Şikayətdən sonra da dəfələrlə Elnur adlı şəxslə əlaqə saxlayıb danışanda pulu qaytaracağını bildirməsinə baxmayaraq nə pulunu qaytarmamış, nə də sifariş verdiyi avadanlığı çatdırmamışdır. Baş vermiş dələduzluq hadisəsi nəticəsində ona cəmi 2890 manat zərər vurulmuşdur. Ziyanın tam ödənilməsini tələb edir, ziyan tam ödənilməsə, təqsirləndirilən şəxslə barışmır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Vasiflə dost, qardaş olmuşlar. Abşeron rayonu Ceyranbatan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. ünvan 7 ünvanında fərdi yaşayış evinin tikintisinə nəzarəti tanışı Şahid2 tapşırmışdır. Tikinti işləri yekunlaşdıqdan sonra həmin evi qeyri-yaşayış sahəsinə çevirmək, yəni klinika etmək qərarına gəlmişdir. Klinika üçün havalandırma sistemi tələb olunduğu üçün o, Şamil adlı tanışı vasitəsi ilə həmin işlə məşğul olan Elnur adlı şəxsi obyektə dəvət etmişdir. Elnur obyektə baxış keçirdikdən sonra işi 7500 manat müqabilində görəcəyini bildirmişdir. Şahid2 həmin şəxsin düzgün insan olmaması qənaətinə gələrək bu barədə ona bildirmişdir. Lakin həmin şəxsin, yəni Elnurun Şamil tərəfindən göndərildiyini və Şamilə inandığını bildirmişdir. Bundan sonra Vüqar havalandırma işinə baxan digər şəxsləri də obyektə dəvət etmişdir. Həmin şəxslərdən biri işi 5100 manat müqabilində görə biləcəyini demişdir. Vüqar bu barədə ona bildirsə də o, işi Şamilin göndərdiyi şəxslə görmək istədiyini bildirmişdir. Bundan sonra o, Elnura zəng edərək bu barədə məlumat vermişdir. Elnura iş prosesində lazım olacaq pul vəsaiti ilə bağlı Şahid2la əlaqə saxlamasını bildirmişdir. Vüqara da bu barədə məlumat vermiş və lazım olacaq pul vəsaitləri ilə Elnurun ona müraciət edəcəyini, lazım olan pul miqdarını ona deməsini və həmin pulu göndərəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində Şahid2 Elnura çatdırması üçün ümumilikdə 4500 manat pul göndərmişdir. Bundan sonra işin yubandığını görərək Elnur hər dəfəsində hazırlıq işləri görməsini, yaxın vaxtlarda işə başlayacağını dediyi üçün onlar da Elnuru gözləmişlər. Həmçinin, Elnur hər dəfəsində Şahid2 pul istədikdən sonra sonuncu bu barədə zəng edərək ona məlumat vermişdir. Bundan sonra Elnura dəfələrlə zəng etsələr də, sonuncu onların zənglərinə cavab verməmişdir. Bundan sonra Elnur aldığı 4500 manat puldan 1000 manatı geri qaytarsa da qalan pulu vermədiyi üçün barəsində şikayət etmişlər. Həmin pul məbləği ona məxsusdur. Ziyanın tam ödənilməsini tələb edir, ziyan tam ödənilməsə, təqsirləndirilən şəxslə barışmır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi R.Alicanov küçəsində yerləşən “Tam Store” adlı supermarketin üzərində ikinci mərtəbədə ona məxsus “Gilənar” çay evi fəaliyyət göstərir. Həmin çay evinə havalandırma sistemi quraşdırmaq istəmişdir. Tanıdığı ustalardan bununla əlaqədar maraqlandıqda ona Təqsirləndirilən şəxs məsləhət görmüşlər. 2024-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs ilə əlaqə qurduğu zaman ona supermarketin ikinci mərtəbəsində yerləşən çay evinə havalandırma sistemini çəkə biləcəyini bildirmişdir. Elnurdan yazılı şəkildə müqavilə bağlamağı tələb etdikdə, Elnur dəftərdə qeydiyyat aparmağı təklif etmişdir. Onunla havalandırma sisteminin çəkilməsi ilə bağlı qiyməti müəyyənləşdirmişlər, təxmini 32000 (otuz iki min) manata razılaşmışlar, ilkin olaraq 09 noyabr 2024-cü il tarixdə çay evində nağd şəkildə 12750 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin pulu verən zaman hər ikisi bunu yazılı şəkildə təsdiq etmişlər. Bundan sonra müxtəlif tarixlərdə həm nağd, həm də onlayn üsulla, sonuncu dəfə Qaraçuxur qəsəbəsində 07 yanvar 2025ci il tarixdə “Birbank” mobil tətbiqi vasitəsi ilə 300 manat olmaqla onun adına "xxxx"ya məxsus bank kartına göndərmişdir. Ümumilikdə 26715 manat civarında ondan pul almış. Lakin Təqsirləndirilən şəxs bu günədək nə havalandırma sistemini quraşdırmış, nə də onun pulunu qaytarmışdır. Elnurla əlaqə saxladıqda hər dəfə yaxın günlərdə gəlib işini görəcəyini bildirsə də, heç bir iş görməmişdir. Sadəcə obyetdə 6 ədəd dəlik açmış, o da işinə yaramamış, Elnura görə ziyana düşmüş, işləri gecikmiş, 70000 manata başqa şirkət vasitəsilə havalandırma işini görmüşdür. Elnura heç kim obyektdə kombi işləri bitdikdən sonra gəlib işləməsini deməmişdir. Elnurun göndərdiyi boruları, motorları ona inanmadığı üçün mütəxəssisə yoxlatdırmış, həmin əşyaların onun obyekti üçün olmadığı öyrənmişdir. Boruları dəfələrlə Elnurdan geri götürməsini tələb etsə də, gəlib götürməmişdir. Motorlar isə mətbəx üçün olduğundan geri qaytarmış, Elnur onların əvəzində başqa motorlar göndərəcəyinə vəd versə də, həmin vədinə də əməl etməmişdir. Elnurun dedikləri yalandır, dəfələrlə Elnura işə başlamasını bildirmiş, lakin Elnur müxtəlif bəhanələr gətirərək iş görməkdən yayınmışdır. Ziyanın tam ödənilməsini tələb edir, ziyan tam ödənilməsə, təqsirləndirilən şəxslə barışmır. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, fərdi taksi sürücüsü kimi işləyir. Balakən - Bakı marşrutu üzrə sərnişin daşımaqla məşğul olur. Balakən rayonu Qazma kənd sakini olan, Balakən şəhərində yerləşən “Elmas” klinikasının direktoru Zərərçəkmiş şəxs3 daimi müştərilərindən biridir. 2025-ci ilin fevral ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı günü Zərərçəkmiş şəxs3 ona zəng edərək hazırda xatırlamadığı telefon nömrəsini verərək həmin nömrənin istifadəçisinin klinikaya avadanlıq göndərməli olduğunu deyərək onunla əlaqə saxlayıb Bakı şəhərindən həmin avadanlığı Balakənə gətirməyini xahiş etmişdir. O da Bakıda olduğu zaman Zərərçəkmiş şəxs3 əlaqə saxlamaq üçün verdiyi hazırda xatırlamadığı həmin nömrəyə zəng edərək nömrəni Zərərçəkmiş şəxs3 verdiyini deyərək həmin şəxsə Balakənə “Elmas” klinikasına göndərilməli avadanlığı çatdırmalı olduğunu demiş, o da idarə etdiyi ağ rəngli, “Range Rover” markalı, dövlət qeydiyyat nişanının xatırlamadığım avtomobillə gələrək qutuların içində olan avadanlığı Beynəlxalq Avtovağzala gətirib ona vermişdir. Bir neçə gün sonra yenidən Əfqanın xahişi ilə həmin şəxslə əlaqə saxlayaraq ona yenidən avadanlıq göndərməli olduğunu dedikdə bir saatdan həmin avadanlığı gətirib eyni qaydada Beynəlxalq Avtovağzala taksilərin dayandığı yerə gətirib çatdıracağını bildirmişdir. Bir saatdan sonra həmin şəxs gəlmədikdə ona yenidən zəng vurmuş, lakin zənginə cavab verməmişdir. Bir neçə dəfə Zərərçəkmiş şəxs3 xahişi ilə həmin şəxsə zəng etmiş, lakin zənglərinə cavab verməmişdir. Həmin şəxsi cəmi bir dəfə görmüş, adını və mobil telefon nömrəsini xatırlamır. Məhkəmə iclasında Şahid2 iştirak etmədiyindən onun istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində bildirmişdir ki, tanışı Zərərçəkmiş şəxs1 Abşeron rayonu Ceyranbatan qəsəbəsi N. Nərimanov küçəsi-105 ünvanında fərdi yaşayış evinin tikintisinə nəzarəti ona tapşırmışdır. Onlar tikinti işlərini yekunlaşdırdıqdan sonra Günəş həmin evi qeyri-yaşayış sahəsinə çevirməyi, yəni klinika etmək qərarına gəlmişdir. Klinika üçün havalandırma sistemi tələb olunduğu üçün Günəş, Şamil adlı tanışı vasitəsi ilə həmin işlə məşğul olan Elnur adlı şəxsi obyektə dəvət etmişdir. Elnur obyektə baxış keçirdikdən sonra işi 7500 manat müqabilində görəcəyini bildirmişdir. O, həmin şəxsin düzgün insan olmaması qənaətinə gəlmişdir və bu barədə Günəş xanıma bildirmişdir. Lakin o, həmin şəxsin, yəni Elnurun Şamil tərəfindən göndərilməsini və Şamilə inandığını bildirmişdir. Bundan sonra o, havalandırma işinə baxan digər şəxsləri də obyektə dəvət etmişdir. Həmin şəxslərdən biri işi 5100 manat müqabilində görə biləcəyini demişdir. O, bu barədə Günəş xanıma bildirsə də, Günəş işi Şamilin göndərdiyi şəxsə gördürmək istədiyini bildirmişdir. Bundan sonra Elnur ona zəng edərək bu barədə məlumat vermişdir. Günəş xanım isə işi ona həvalə etdiyini, həmin işi kimə istəsə gördürə biləcəyini demişdir. Lakin o, əvvəllər heç bir yerdə havalandırma işi görmədiyi üçün, həmçinin gələcəkdə görüləcək işdə problem olmasın deyə Günəş xanımın göndərdiyi şəxslə iş görmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə Elnur ona zəng edərək material almaq üçün təcili 1500 manat pul lazım olmasını bildirdiyi üçün bu barədə Günəş xanıma bildirmişdir və Günəş xanım ona nə qədər məbləğ lazım olarsa özünə deməyini, pulları oğlu Elşənin M10 hesabına göndərəcəyini bildirmişdir. Bundan sonra hər dəfə pul lazım olduqca Günəş xanıma bildirmişdir. Belə ki, oğlu Elşən, M10 hesabından Elnurun göndərdiyi 5235 2222 3617 8717 nömrəli kart hesabına 1500 manat pul göndərmişdir. 21,06.2024-cü il tarixdə Elnur yenə də ona zəng edib pul lazım olduğunu bildirdiyi üçün öz kart hesabından Elnurun 5235 2222 3617 8717 nömrəli kart hesabına 1500 manat pul göndərmişdir. Elnur lazım olan materialları alıb işə başlayacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Elnur yenə də ona zəng edərək pul istədiyi üçün oğlu Elşən M10 hesabından Elnurun göndərdiyi 5235 2222 3617 8717 nömrəli kart hesabına 1000 manat, xx.xx.2024-cü il tarixdə isə 500 manat pul göndərmişdir. Elnur hər dəfəsində hazırlıq işləri gördüyünü, yaxın vaxtlarda işə başlayacağını dediyi üçün o da gözləmişdir. Həmçinin, Elnur hər dəfəsində Elnur ondan pul istədikdə bu barədə Günəş xanıma və Şamilə zəng edərək məlumat vermişdir. Bundan sonra Elnura dəfələrlə zəng etsə də zənglərinə cavab verməmişdir. Bu barədə Günəş xanıma bildirdikdən sonra o da öz növbəsində Şamil adlı şəxsə məlumat vermişdir. Bundan sonra Elnur aldığı 4500 manat puldan 1000 manatını geri qaytarsa da qalan pulu vermədiyi üçün barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs verilmiş 4500 manat pul Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs verdiyi izahat elan edilərək tədqiq edilmiş, istintaq zamanı Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ittiham elan edilən ittihamda özünü təqsirli bilərək vermiş olduğu ifadəsində göstərmişdir ki, əvvəllər havalandırma, işıqlandırma sistemlərinin quraşdırılması ilə məşğul olmuşdur. Şahid2 ilə 2024-cü ilin iyun ayında tanış olmuşdur. Vüqar ilə söhbətləşərkən sonuncu ona ünvan 9 ünvanında yerləşən obyektlərində tikinti işlərinin getdiyini, tikinti yekunlaşdıqdan sonra oranın sahibi olan, tanımadığı Günəş adlı qadının həmin evi qeyri-yaşayış sahəsinə çevirmək, yəni klinika etmək istədiyini ona bildirmişdir. Vüqar ilə isə Şamil adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. Obyektə baxış keçirdikdən sonra işi 7500 (yeddi min beş yüz) manat müqabilində görə biləcəyini bildirmişdir. Həmin günü ucuz qiymətə material tapdığı üçün işin qiymətinə endirim etdiyini, işi 5500 (beş min beş yüz) manata görəcəyini bildirmişdir. Bundan sonra bu barədə razılıq əldə olunmuşdur. xx.xx.2024-cü il tarixdə Vüqara zəng edərək material almaq üçün təcili ona 1500 (min beş yüz) manat pul lazım olduğunu bildirmişdir. M10 hesabından onun göndərdiyi 5235-2222- 3617-8717 nömrəli kart hesabına 1500 manat pul göndərmişlər. xx.xx.2024-cü il tarixdə o, yenə də Vüqara zəng edib pul lazım olduğunu bildirmiş və bundan sonra onun 5235-2222- 3617-8717 nömrəli kart hesabına 1500 manat pul göndərmişlər, lazım olan materialları alıb işə başlayacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Vüqara yenə də zəng edib pul istədiyi üçün Vüqar M10 hesabından onun göndərdiyi 5235-2222-3617-8717 nömrəli kart hesabına 1000 manat, xx.xx.2024-cü il tarixdə isə 500 manat pul göndərmişdir. Pullar gəlib çatdıqdan sonra işə başlamaq üçün lazım olan malları alsa da, bəzi dəyişiklikləri etmək istədikləri üçün iş yubanmağa başlamışdır. Sonradan isə onunla işləmək istəmədiklərini deyərək pullarını geri tələb etməyə başlamışlar. O isə artıq pullarını xərclədiyinə görə geri qaytara bilməmişdir. Həmçinin aldığı 4500 manat pulun 1000 manatını geri qaytarsa da qalan 3500 manat pulu qaytara bilməmişdir. Onlar üçün aldığı malları da başqa bir havalandırma sifarişini alaraq orada istifadə etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 tanıyır. Ona məxsus olan «Gilanar» çay evinə havalandırma sistemini çəkəcəyinə dair vəd verib 26000 (iyirmi altı min) manat pulunu əldə etmişdir, lakin nə vədini yerinə yetirə bilməmiş, nə də ondan götürdüyü pulları geri qaytara bilməmişdir. 2024-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlamış, nömrəsini Sabir adlı ustadan götürdüyünü demişdir. Sabir ustanı tanıyır, əvvəllər onunla birlikdə işləmişlər. Zərərçəkmiş şəxs2 onunla əlaqə saxladığı zaman özünə məxsus olan çay evinə havalandırma sisteminin çəkilməli olduğunu demiş, o da bunu edə biləcəyini bildirmişdir. Fuadla görüşmüşlər, sistemin çəkilməsi üçün xərcləri və əmək haqqını müzakirə etmişlər, təxmini 32000 manata razılaşmışlar. 09 noyabr 2024-cü il tarixdə Qaraçuxur qəsəbəsində Fuada məxsus «Gilanar» çay evində görüşmüşlər, həmin yerdə ilkin olaraq Fuad ona 12750 manat pul vermişdir. Bunu dəftərə qeyd edib imzalarla təsdiqləmişlər. Daha sonra müxtəlif tarixlərdə həm nağd həm də onlayn köçürülmə üsulu ilə Fuad ona təxminən 13000 manat pul vermişdir. Fuad pulları onun 5235-2222-3617-8717 nömrəli kart hesabına göndərmişdir. Ümumilikdə Fuaddan təqribi olaraq 26000 (iyirmi altı min) manata yaxın pul almışdır, dəqiq məbləği xatırlamır. Həmin pulu havalandırma sistemi üçün lazım olan materialları almaq məqsədi ilə götürmüşdür. Pulun az bir hissəsinə lazım olan boruları və motorları alıb Fuadın çay evinə aparıb qoymuş, lakin sonradan müəyyən problemləri ilə əlaqədar olaraq havalandırma sistemini quraşdıra bilməmiş və Fuadın geri tələb etməyinə baxmayaraq pulu da qaytara bilməmişdir. Bundan başqa, 2025-ci ilin fevral ayının əvvəllərində (dəqiq tarixini xatırlamır) Balakən rayon sakini olan Zərərçəkmiş şəxs3 adlı şəxs ona məxsus olan 050 *** ** ** nömrəsinə “Vatsapp” mobil tətbiqi ilə zəng edərək klinikasının olduğunu deyərək tibbi havalandırma sisteminin hepofiltirlərinin lazım olduğunu bildirmişdir. Özünü Zərərçəkmiş şəxs3 havalandırma şirkətinin rəhbəri kimi təqdim edərək havalandırma sisteminin hepofiltrlərini onun üçün təşkil edə biləcəyini bildirmişdir. Tarixini xatırlamadığı həmin günü Zərərçəkmiş şəxs3 Bank Respublikaya məxsus olan 5235 2222 36 17 8717 nömrəli bank hesabına təxminən 300 manat pul köçürmüş və ertəsi günü o, həmin havalandırma sistemini Bakı şəhəri X1 rayonuna gedən taksilərdən biri ilə Zərərçəkmiş şəxs3 göndərmişdir. Zərərçəkmiş şəxs3 tez-tez onunla əlaqə saxlayaraq klinikaya lazım olan tibbi avadanlıqları almaq məqsədi ilə soruşmuşdur. Məsələn, ondan cərrahiyyə masasını soruşduqda ona həmin masanı tapa bilmədiyini demişdir. Növbəti dəfə Zərərçəkmiş şəxs3 ona klinika üçün əməliyyat işıqlandırma sisteminin lazım olduğunu bildirdikdə həmin işıqlandırma sistemi ilə maraqlanıb xəbər edəcəyini bildirmişdir. İşıqlandırma sisteminin şəklini ona atmağını Zərərçəkmiş şəxs3 xahiş etmişdir. İşıqlandırma sisteminin 5500 manat olduğunu, həmin sistemə görə ilkin ödəniş olaraq əvvəldən pulun yarısını ödəməli olduğunu Əfqana demişdir. Zərərçəkmiş şəxs3 2025-ci ilin fevral ayının əvvəllərində onun göndərdiyi 5235 2222 36 17 8717 nömrəli bank hesabına hissə-hissə olmaqla təxminən 2850 (iki min səkkiz yüz əlli) manat pul göndərmişdir. Zərərçəkmiş şəxs3 üç gün ərzində işıqlandırma sistemini göndərəciyini vəd etmiş, lakin həmin pulu şəxsi ehtiyaclarına xərclədiyindən ona lazım olan avadanlığı alıb göndərə bilməmişdir. 250100238 nömrəli cinayət işinin İ cild: 6-10-cu vərəqlərində olan ödəmə qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs2 "xxxx" ASC-yə məxsus Təqsirləndirilən şəxs 5235 2222 3617 8717 nömrəli plastik bank kartı hesabına «Birbank» tətbiqi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə 1500 (min beş yüz) manat, xx.xx.2024-cü il tarixdə 1500 manat, eyni bank kartı hesabına xx.xx.2024-cü il tarixdə 2000 (iki min) manat, eyni bank kartı hesabına xx.xx.2024-cü il tarixdə 515 (beş yüz on beş) manat, eyni bank kartı hesabına xx.xx.2024-cü il tarixdə 1500 (min beş yüz) manat, eyni bank kartı hesabına xx.xx.2024-cü il tarixdə 1100 (min bir yüz) manat, «Birbank» tətbiqi vasitəsi ilə eyni bank kartı hesabına xx.xx.2024-cü il tarixdə 400 (dörd yüz) manat, «Birbank» tətbiqi vasitəsi ilə eyni bank kartı hesabına xx.xx.2025-ci il tarixdə 500 (beş yüz) manat, «Birbank» tətbiqi vasitəsi ilə eyni bank kartı hesabına xx.xx.2025-ci il tarixdə 300 (üç yüz) manat pul köçürmüşdür. 11-ci vərəqində olan 09 noyabr 2024-cü il tarixli dəftər vərəqinin surətindən görünür ki, Təqsirləndirilən şəxs havalandırma sistemlərini və kondisioner sistemini işlərini götürdü. X11 Hüseynli ilə razılaşdılar. İşin yekun məbləği budur: 25500 AZN. Ona (Təqsirləndirilən şəxs) verilən: 12750 AZN. 45 gün ərzində təhvil veriləcək. İş başlayan zaman 25% ödəniş olunacaq və digər 25% iş bitəndə. Bu müddət ərzində və sonrasında əlavə ödəniş olunmayacaq. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmışdır. 36-cı vərəqində olan xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin könüllü təslim olması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00-da Suraxanı RPİ-nin 32-ci PB-nə könüllü olaraq təslim olmuşdur. 37-ci vərəqində olan xx.xx.2025-ci il tarixli Suraxanı RPİ-nin 32-ci PB-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılması üçün Suraxanı RPİ-nin MSYnə təhvil verilmişdir. 89-90-cı vərəqlərində olan könüllü təqdim edilmiş əşyalara baxış keçirilməsi haqqında 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş 8-ci fotoşəkildən görünür ki, təqdim edilmiş 1-ci qəbzin fotoşəklindən, xx.xx.2025-ci il tarixdə saat 19:39-da «Birbank» tətbiqi vasitəsi ilə "xxxx" ASC-yə məxsus ******2991 nömrəli kart hesabından "xxxx" ASC-yə məxsus ****8717 nömrəli kart hesabına 1400 (min dörd yüz) manat pul köçürülmüşdür. Təqdim edilmiş 2-ci qəbzin fotoşəklindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat «Birbank» tətbiqi vasitəsi ilə "xxxx" ASC-yə məxsus ******9747 nömrəli kart hesabından "xxxx" ASC-yə məxsus ****8717 nömrəli kart hesabına 700 manat pul köçürülmüşdür. Təqdim edilmiş 3-cü qəbzin fotoşəklindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:09-da «Birbank» tətbiqi vasitəsi ilə "xxxx" ASC-yə məxsus ******9747 nömrəli kart hesabından "xxxx" ASC-yə məxsus ****8717 nömrəli kart hesabına 400 manat pul köçürülmüşdür. Təqdim edilmiş 4-cü qəbzin fotoşəklindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:52:34-də ünvan 10 ünvanında yerləşən «Bazarstore» ə quraşdırılmış 54728 nömrəli ödəmə terminalı vasitəsi ilə «MilliÖn» elektron ödəmə üzərindən "xxxx"ya məxsus, EL**R MU*******V adlı şəxsin 5235*******8717 nömrəli kart hesabına 250 (iki yüz əlli) manat pul köçürülmüşdür. Təqdim edilmiş 5-ci qəbzin fotoşəklindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:05:58-də Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən «Kamil» marketdə quraşdırılmış nömrəli ödəmə terminalı vasitəsi ilə «MilliÖn» elektron ödəmə sistemi üzərindən Respublika»ya məxsus, EL**R MU*******V adlı şəxsin 5235******* 8717 nömrəli kart hesabına 140 (yüz qırx) manat pul köçürülmüşdür. Təqdim edilmiş 6-cı fotoşəkildən görünür ki, həmin fotoşəkil avtomobilin sükanın arxasında əyləşmiş şəxs tərəfindən günün qaranlıq vaxtı çəkilmişdir və küçədəki avtomobillər görünür. Zərərçəkmiş şəxs3 həmin fotoşəklin ona Təqsirləndirilən şəxs tərəfindən küçədə tıxacda qaldığını bildirərək «Vatsapp» tətbiqi vasitəsi ilə göndərildiyini dedi. Təqdim edilmiş 7-ci fotoşəkildən görünür ki, həmin fotoşəkildə qabaq kapotu açılmış ağ «Range Rover» markalı «10 MU» ilə başlayan dövlət qeydiyyat qnişanı tam görünməyən avtomobil əks olunmuşdur. Avtomobilin açılmış qabaq kapotunun içərisinə jə narıncı rəngli fəhlə paltarının şalvarını geyinmiş şəxs əyilmişdir. Zərərçəkmiş şəxs3 həmin fotoşəklin ona Təqsirləndirilən şəxs tərəfindən ona avtomobilinin ustada olduğunu bildirərək «Vatsapp» tətbiqi vasitəsi ilə göndərildiyini dedi. Təqdim edilmiş 8-ci fotoşəkildən görünür ki, həmin fotoşəkildə «MM_air_mmc» şirkətinin instaqram səhifəsi əks olunmuşdur. Zərərçəkmiş şəxs3 həmin fotoşəklin ona Təqsirləndirilən şəxs tərəfindən ona özünü havalandırma şirkətinin rəhbəri kimi təqdim edərək «Vatsapp» tətbiqi vasitəsi ilə göndərildiyini demişdir. Təqdim edilmiş fotoşəkillər protokola əlavə edilmişdir. 135-ci vərəqində olan 30 aprel 2025-ci il tarixli barəsində axtarış elan olunmuş şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:45 radələrində tutulmuş və Balakən RPŞ-nə gətirilmişdir. 154-156-cı vərəqlərində olan 30 aprel 2025-ci il tarixli şübhəli şəxsi dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs dindirilən zaman bildirmişdir ki, fərdi əməklə məşğul olur, 2022-ci ildə "xxxx" MMC təsis etmişdir. "xxxx" MMC havalandırma sistemlərinin satışı və quraşdırılması ilə məşğul olub. 2024-cü ilin təxminən oktyabr və ya noyabr ayında "xxxx" MMC-nin fəaliyyəti dayandırılıb. Həmin vaxtdan sonra şirkət fəaliyyət göstərmir. 186-187-ci vərəqlərində olan 01 may 2025-ci il tarixdə təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Balakən RPŞ MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İİ cild: 18-21-ci vərəqlərində olan 05 iyun 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 üzünə qarşı demişdir ki, “Zərərçəkmiş şəxs2 söylədiklərini eşitdim, söylədiklərini təsdiq edirəm. Belə ki, Havalandırma, işıqlandırma sistemlərinin quraşdırılması ilə məşğulam. Zərərçəkmiş şəxs2 tanıyıram, ona məxsus “Gilanar” çay evinə havalandırma sistemi çəkəcəyimə dair vəd verib 26000 manat pulunu əldə etmişəm, lakin bu günə kimi nə vədimi yerinə yetirmişəm, nə də ondan aldığım pulu qaytarmışam. 2024-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs2 mənimlə əlaqə saxladı, nömrəmi Sabir adlı ustadan əldə etdiyini bildirdi. Sabir ustanı tanıyıram, əvvəllər bir yerdə işləmişik. O mənlə əlaqə saxladığı zaman məxsus çay evinə havalandırma sistemi çəkilməli olduğunu bildirdi, mən bunu edə biləcəyimi bildirdim. Onunla görüşdük, sistemin çəkilməsi üçün xərcləri və əmək haqqını müzakirə etdik, təxmini 32000 manata razılaşdıq. 09 noyabr 2024-cü il tarixdə Qaraçuxur qəsəbəsində Fuada məxsus “Gilanar” çay evində görüşdük, ilkin olaraq mənə 12750 manat pul verdi. Bunu dəftərdə qeyd edərək imzalarla təsdiqlədik. Daha sonra müxtəlif tarixlərdə həm onlayn üsulla, həm də nağd şəkildə mənə təxmini 13000-14000 manat məbləğdə pul verdi. Fuad mənə onlayn üsulla pul göndərəndə mənə məxsus "xxxx"ya aid 5235-2222- 3617-8717 nömrəli kart hesabıma göndərmişdir. Ümumilikdə Fuaddan təqribi olaraq 26000 manat civarında pul almışam. Həmin 26000 manat pulu mən havalandırma sistemi üçün lazımi materialları və avadanlıqları almaq adı ilə əldə etmişəm. Sonradan həmin havalandırma sistemi üçün lazım olan boruları və motorları aldım, apardım “Gilanar” çay evinə qoydum. Sonradan mən problemlərimlə əlaqədar Zərərçəkmiş şəxs2 məxsus “Gilanar” çay evinə havalandırma sistemi üçün lazım olan digər material və avadanlıqları almadım və nəticə də, havalandırma sistemini quraşdıra bilmədim. Fuad sonradan mənə verdiyi pulları tələb etsə də, mən pulu qaytarmadım.” 30-32-ci vərəqlərində olan 05 iyun 2025-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 iyun 2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. 34-cü vərəqində olan xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 qarşı etdiyi dələduzluq nəticəsində əldə etdiyi 26715 (iyirmi altı min yeddi yüz on beş) manat pulun, xx.xx.2025-ci il tarixdə 10000 (on min) manatını, qalan 16715 (on altı min yeddi yüz on beş) manatı xx.xx.2025-ci il tarixədək ödəyəcəyinə söz vermişdir. 39-cu vərəqində olan xx.xx.2025-ci il tarixli barəsində axtarış elan edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, 31 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİ-nin MSY-nə təqdim edilmişdir. 56-62-ci vərəqlərində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(010)-268/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 20 (iyirmi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 78-81 ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs2 "xxxx" ASC-yə məxsus Təqsirləndirilən şəxs 5235 2222 3617 8717 nömrəli plastik bank kartı hesabına xx.xx.2024-cü il tarixdə 1500 (min beş yüz) manat, eyni bank kartı hesabına «Birbank» tətbiqi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə 500 (beş yüz) manat, eyni bank kartı hesabına xx.xx.2024-cü il tarixdə 1500 (min beş yüz) manat, eyni bank kartı hesabına «Birbank» tətbiqi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə 1000 (min) manat pul köçürmüşdür. 132-133-cü vərəqlərində olan 28 mart 2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, 28 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin İstintaq şöbəsində şübhəli şəxs qismində tutulmuşdur. 136-cı vərəqində olan şübhəli şəxsin saxlandığı MSY-dən azad edilməsi haqqında 30 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. 158-159-ci vərəqlərində olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 227-235-ci vərəqlərində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 4(010)-323/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti istintaq müddətinin sonunadək, yəni 30 sentyabr 2025-ci il tarixədək uzadılmışdır. 263-269-cu vərəqlərində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 4(010)-330/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin müddəti 2 ay, yəni 30 noyabr 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı 839266 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci ildə anadan olmuşdur, atası X3, anası X5r. xx.xx.2026-cı il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam ödəyib və heç bir borcu yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, məhkəmənin icraatında olan 1(019)-103/2025 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ümumilikdə 2800 manat məbləğində ona dəymiş zərərin 900 manatını ödəmiş, qalan 1900 manat isə ödənilməmiş olaraq qalmaqdadır. Nəzərə alınmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən ərizədən görünür ki, 25010038 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ona vurduğu 26715 manat ziyandan heç bir ödəniş etməmişdir. onunla barışmamışdır, pulunu tələb edir. Qanuni qərar çıxarılmasını xahiş edir. 10/2025 nömrəli xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs2 ilə "xxxx" MMC arasında bağlanan xidmət müqaviləsindən görünür ki, Müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi” müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə qeyd edilmiş xidmətlərin göstərilməsini sifariş verib “icraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi və xidmət haqqının miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə ilə müəyyən olunur. Müqavilənin 2.6-cı bəndinə əsasən müqavilə üzrə göstəriləcək xidmətlərin ümumi dəyəri 70000 AZN (yetmiş min manat) təşkil edir. İlkin ödəniş olan 25000 manat pul xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 təqdim etdiyi onunla Təqsirləndirilən şəxs arasında “Whatsapp” tətbiqi vasitəsilə aparılmış danışıqların əks olunduğu diskə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 00000103-VİDEO-2024-11-11-17-37-54.mp4 nömrəli xx/xx/2024 tarixli videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus çay evində bir şəxs tərəfindən obyektin divarlarının yuxarı hissəsində 5 ədəd dairələrin açıldığı, 1 ədəd dairənin hazırda açıldığı, əlavə 1 ədəd dairənin də açılacağına dair videogörüntü qeydə alınmışdır. 00000109-AUDİO-2024-11-12-13-14-15.opus nömrəli xx/xx/2024 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “ay Fuad, utanıram da sənə şeyləməyə, yazmağa, mən biraz belə şeylərdə biraz ayıb eləyən adamam sözün açığı, prosta yəni işdi də bu. Abi, sən demək 3 min bizdə əlavə olundu, ordan elə bil ki, 1500 də göndərəcəksən, qardaşım, qadan alaram sənin bugün həll elə, bilirsən nətər Fuad, bizim işimiz necədi, qiymət, yenə deyirəm ha, sən olmasan digər başqa biri olsa yenə də o qiymətə işləyəcəyik, ona görə demirəm, prosta qiymət bizdə aşağıdı deyə, müştərinin öz puluyla işini görürük, bildin necə. Bizdə Bəhram kimi deyil də, alıb 3 aya 5 aya kiməsə pul ödəyərik, elə deyil. Başa düşdün nətər. Bəhram və yaxud da digərləri kimi də, bizdə elə bil ki, hamısı pullu şeylərdi deyə biz özümüz də pul ödəyirik, qalırıq belə girinc. Bir dənə qardaşımsan Fuad, bilirəm e özün başa düşmüsən hər şeyi, prosta da, yenə də özüm ətraflı izah eliyirəm ki, sənə qaranlıq nəsə qalmasın. Daha ayıb olmasın. Bi dənə qardaşımsan, şeyləyərsən. Çünki mənə də yığırlar, mən də ödəniş ödüyürəm də, qalıram belə. İndi özün bilirsən də nə var, nə yox deyə, sənə özüm danışmışam yetəri qədər. O göndərəcəyin 1500 də ki mən özüm öz dəftərimdə qeyd eləyəcəm, çekini də atarsan mənə, özün də qeyd eləyərsən, şəhərə gələndə orda yazıb pozarıq özümüz.” 00000111-AUDİO-2024-11-12-13-20-22.opus nömrəli xx/xx/2024 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “özdə ki, çox güman ki, Fuad, biz gələn həftə sənin işini uje boruları atmağa başlıyacağıq, yəni sizdə əgər problem olmasa.” 00000126-AUDİO-2024-11-13-11-57-12.opus nömrəli xx/xx/2024 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “dünən göndərdiyin o, min beş yüz manat yox idi qaqa, hamısı getdi onun, oğurladılar o pulu, Allaha and olsun. Ürəyim partdıyır e, axşamdan gözümə yuxu girmir ki, mənim bir manatımı belə oğurladılar mənə çox pis təsir eliyir e. Necə yəni 1500 manat ola, yəni konkret belə şey oldume. Nə bilime başımı itirmişəm, inanırsan. Məndə elə şey olan deyildi e, prosta nətər oldusa Allah ağlımı başımdan aldı elə bil.” 00000183-AUDİO-2024-11-18-18-19-46.opus nömrəli xx/xx/2024 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “abi, sözün açığı o 1250 şey olacaqdı, prosta mən sənə 1800 dedim də, dedim malın artsa şeyləyərdin, problem deyil haqq hesabdan çıxarıq da.” 00000213-AUDİO-2024-11-25-18-27-35.opus nömrəli xx/xx/2024 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “sağole yenə də başa düşmüsən. Allaha and olsun mənə heç bir müştəriylə, Fuad, belə yaxın münasibət yaratmıram e. Yəni prosta siz özünüzə hörmət eləyən adamlarsız, mən də bir qardaş kimi, qardaşyana əl-ələ verək işləyək ki, İnşallah Allahın köməkliyi ilə qurtaranı da, necə deyək qardaşın öz jestini eliyər. Amma nəyə görə deyirəm, problem yaratmırsan, ən azından başa düşürsən, bilirsən özün vəziyyəti, belə də hər şeyi gözünüzün qabağında eliyirəm. Amma yenə də Allah köməyin olsun. Bu şeyivə görə də qardaşın sənə hörmətini göstərəcək, mən özümnən özümə aid olan bəzi əlavə şeyləri gətirib qoyacam ora.” 00000291-AUDİO-2024-12-05-16-06-21.opus nömrəli xx/xx/2024 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “Fuad, gör nə deyirəm. Qardaşının sənə bir işi düşüb, bunu mənə eləsən böyük bir yaxşılıq eləmiş olarsan, böyük bir köməklik eləmiş olarsan. Düzdü e ödəmisiz, əlli faiz ödəniş eləmisiz, onsuz da, ayın 5-i ayın 10-u biz sənin obyektində olacağıq. Ayın 10-u özümüz, mallar hələ gəlmiyib, 25 faiz ödəniş olunub. Ayın 10-u o ödənişi ödəmə, eşidirsən qaqa, ayın 10-u 25 faiz ödənişi ödəmə. İndi sabah mənim qardaşım çıxmağa qalmışdı axı, indi sabah çıxır, özüm qalmışam bu dəqiqə pul axtara axtara, Allaha and olsun. Sizin yerinizə də ödənişləri ödəmişəm də hamısını. Özüm qalmışam girinc. Elə bil ki 25 faiz ödəniş eləsən 8800 manat eliyir o, mənə 8800 lazım deyil. 5000 manat ödəniş ödə, mallar ayın 10-u işə başlayanda sən bizə 25 faizdən heç bir qəpik də ödəniş ödəmə. Elə bil ki, 17600 ödəniş ödəmisiz, mənim qardaşım, 17600 də qalıb. 5000 manat qardaşuva bir yaxşılıq, qardaşım çıxır sabah Allaha and olsun, qalmışam girinc, pullarım da ki, çöllərdədi, belə əsəbdən şeydi də, özüm gəlirdim həm də dedim obyektə baxım, işnən həm də sənnən üz üzə danışım, da səni də şeyləyə bilmədim. Bi dənə qardaşımsan, gör nəsə eləyə bilərsən. Prosta ataya demə, düzgün başa düşməz e, bi dənə özün bi şey gör nəsə eliyə bilirsən, mənim qardaşımsan. Onsuz da beş gün sonra ödəyəsən e, prosta mən sabaha görə qalmışam belə girinc, qadan alaram sənin gör neynirsən.” 00000302-AUDİO-2024-12-05-19-00-53.opus nömrəli xx/xx/2024 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “Fuad, bunu qardaşım, sabah saat 4-ə 5-ə də həll eləmək olmaz? Elə bil ki, üç-dörd gün qabaqcadan demişəm də. Qadan alaram sənin, sən öl qalmışam girinc vəziyyətdə, bütün pullarım qoymuşam bu obyektlərə görə. Qurana and olsun, tək sizin, bax Allah şahidim, tək sizin obyektlərə görə 8700 manat pul qoymuşam, başa düşürsən, şeyləyə bilmirəm, əlimdə pul qalmıyıb. O şeyə görə demirəm e, sənə canım qurban, səni çox istəyirəm. Prosta qardaşın pis vəziyyətə düşüb də, sabah qardaşım çıxasıdı qalmışam belə, yəni ən böyük bu dəqiqə köməklik mənə indi lazımdı da, köməklik deyəndə ki, belə borc istəmirəm e, prosta ayın 10-u verəcəksən də, qardaşına belə yaxşılıq elə qardaşın da bunun altında qalmaz. İnşallah sənə öz jestini işləyəndə göstərəcək. “ 00000351-AUDİO-2024-12-06-16-00-30.opus nömrəli xx/xx/2024 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “lap şey olsa, mən sizin malları ayın 8-i göndərərəm, sabah yox birisi gün, göndərərəm də lap belə şeydisə. Sən bi dənə mənə qardaşlıq elə bugünlük, qardaşın da bu xəcalətin altında qalmayacaq da, işdə də öz hörmətini eləyər. Onsuz da belə əlimdən gələni eləmişəm, yenə də eləyərəm problem yoxdu.” 00000355-AUDİO-2024-12-06-16-03-04.opus nömrəli xx/xx/2024 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “Elə bil ki, sabah yox birisi gün malları göndərəndə 8800 manat mənə məcburi ödəniş eləməliydiz, mən də 8800 istəmirəm də, 5000 ödə, qalanı işləri təhvil verəndə verərsən.” 00000380-AUDİO-2024-12-08-16-04-41.opus nömrəli xx/xx/2024 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “qardaşına 1500 də köməklik edə bilsən, sabah mallar gələndə ödəniş ödəməyəcəksən də, karoçi. Yəni, o qədər yükün altına girməyəcəksən də, başa düşdün necə.” 00000411-AUDİO-2024-12-10-12-46-17.opus nömrəli xx/xx/2024 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “ay Fuad, sən mənə o şeyin rəngini nə rəngdə demişdin, qaqa? Mən bir dənə səhv eləmişəm e, mənə elə gəlir.” 00000413-AUDİO-2024-12-10-13-26-34.opus nömrəli xx/xx/2024 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “onun mənə kodunu atardın da ay Fuad qardaşımsan, düzdü e günahın doxsan faizi məndədi, amma on faiz səndə də var da, çünki onun kodunu istəmişdim səndən, atmamısan. Ən böyük günahı mən eləmişəm e, götürüb qırmızıya basmışam onu, elə bildim sən qırmızı istəmisən e onu. Yox e yox sonra ağlıma gəldi ki, ora qırmızı vopşe getməz e. Ona görə soruşdum. Onun bidənə kodunu tez öyrən mənə de də.” 00000432-AUDİO-2024-12-13-14-28-33.opus nömrəli xx/xx/2024 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “Fuad, qardaşım, danışdım deməli bu əclafnan, Sabir sağolsun bizim işləri bilir, yəni bilir də nə var nə yox, gedişat necədi, bu deyir ki, Elnur, bunların işini başlamalısan, mallar da deyir hazırdı, onlar niyə ödəniş ödəmir. Mən də deyirəm ki o günləri 3000 manat ödəniş ödəyiblər. İndi pulları yoxdu, iş qurtaranda demişəm ki, versinlər. O da əslində mən yadında sənə demişdim 5000, indi deyir ki, 8800 manat puldu, 3000 ödəyiblər, 5800 pulunuz qalıb, ki onlar ödəniş ödəsinlər, bizim də ödənişlərimiz var. Heç olmaya ay Fuad, sən Allaha and olsun mən başqa müştəriyə demirəm ha prosta sənnən münasibətimiz yaranıb, ona görə sənnən belə qardaşyana tam səmimi danışıram açıq-açıq. Başqa müştəri olanda deyirəm hə davay mallar hazırdı 25 faizini ödə malları gətirək. Yəni belə. İndi bax 8800 manat ödəniş qalıb, 3000 vermisən, 5800 manatdan 2800 manatını ödə, qardaşım, xahiş eliyirəm, Allah haqqı bax, heç balamın canı mənə heç lazım olmaz. 2800 manatını ödə, mənə deyir ki, saat 4ə kimi pulu göndərsin biz də göndərməliyik, 2800 manat ödə sən mənim qardaşım, yerdə qalan 3000 də yoxladım daha dedim iş qurtaranda verəcək. İş qurtaranda inşallah şeyləyərsiz, yavaş-yavaş verərsən. Belə də hamıya bax quran haqqı qardaşımın əziz canı, yəni hamı da mal hazır oldu malın 25 faizi srazı ödəyirlər. Sabir ən azından özü bilir də danışanda yəqin ki deyir. Bayaq Sabirə də dedim, dedim Allah haqqı başqa müştəriyə rahatçılığnan deyirəm, Fuada üzüm gəlmir də hər dəfə. Deyir işdi də onsuz qaydası budu deməlisən də başqa nağarasan. Özüm qalmışam belə. Yəni Fuad belənçi qardaşım, sizin də işinizə qalanda, işiniz sizin 1 gündən 2 gündən sonra başlayası deyil. İstirsən mən malları gətirim qoyum ora pis günə qalacaq. Yəni sizin işinizə, mən belə deyim də, rahat gələn həftə başlaya biləcəyik. Çünki sizin orda işləriniz var, onlar görülməlidi sonra başlıyacıq. Bir də ki, bizim müdaxilə qapağı təcili gətirib ora qoymalıyıq ki, yuxarıya müdaxilə olunsun.” 00000454-AUDİO-2024-12-18-12-46-10.opus nömrəli xx/xx/2024 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “Elnur noldu, şeyi nə vaxt gətirirsən, nə vaxt başlıyırsan?” 00000469-AUDİO-2024-12-21-09-05-11.opus nömrəli xx/xx/2024 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “Elnur noldu, səndən bir xəbər yoxdu?” 00000475-AUDİO-2024-12-23-16-57-34.opus nömrəli xx/xx/2024 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “Elnur, noldu, bizim mallar gəlib çıxmadı, qardaşımsan onu bi dənə həll eləyək, iş yubanmasın da, məndən tələb eliyirlər. Bəs noldu, ayın 10-u deyirdin, 25-i gəlir.” 00000477-AUDİO-2024-12-23-16-58-32.opus nömrəli xx/xx/2024 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “hicamadayam, özümü yaxşı hiss eləmirəm, çıxım, orada olsan gələcəm” 00000489-AUDİO-2025-01-02-15-42-53.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “bildim, abi, bildim. Vaxtın problemi yoxdu e, mən şeyə görə dedim, keçən dəfə deyirdin zəhərlənmişəm, ona görə soruşurdum. Baş da qarışıq idi. Bir də ki, abi, məndən də soruşurlar ki nə vaxt başlayacaq nə vaxt iş görəcək, mən də indi yola verirəm. Belə pis çıxmasın. Prosta dəqiq deyərdin ki, bu vaxtı başlayacam, mən bi dənə onlara bir kəlmə söz deyərdim ki, bu vaxtı başlacaq, bildin də necə. Belə yəni problemi yoxdu e, mən tələsdirmirəm, onsuz da işim bala bala gedir də mənim.” 00000490-AUDİO-2025-01-02-17-43-50.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “mən çox güclü zəhərlənmişdime, Allah uzaq eləsin, mənim vəziyyətim yaxşı deyildi, yəni çox belə sistem, dava-dərman, daha təsəvvür elə nə gəldi də. Yaman gündə idim sözün əsl mənasında. Şükür indi hər şey qaydasındadı. Qaldı ki iş məsələsinə, mən prosta demirəm özüm öz yerimə keçirdim deyə başım ona qarışıq idi sözün açığı. Belə də bir az başım qarışıq ki, səhər şəhərdə olacam, gəlib əlaqə saxlayarıq qardaşım.” 00000499-PHOTO-2025-01-04-14-48-22.jpg nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 göndərdiyi kalkulatorun ekran görüntüsündə qeyd edilmişdir: “..000+1850+2515+3000+2800+ yekun məbləğ-25915” 00000501-AUDİO-2025-01-04-14-51-31.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, ”vallah ay Elnur, mən bilmirəm heç o ümumi summanı, hardasa otuz neçə min olmalı idi mən bilən, amma inanırsan heç onu mən maraqlanmamışam. Opşi biz birinci danışmışdıq 25000 ondan sonra nəsə arta arta getdi.” 00000505-AUDİO-2025-01-04-14-54-22.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “qaqa bax, opşi summa məndə yazılıb 36200 manat amma başqa bir söz deyəcəkdim sənə, bundan əlavə məndə 25915 manat düz gəlmir. Bir dənə onu dəqiqliyinən yazardın da mənə qardaşımsan. Orda yazmısan e, “2515+3000+2800” onlar nədi, bi dənə qardaşımsan, onu belənçi ard-arda yaza bilərsən mən baxım ona.” 00000511-AUDİO-2025-01-04-14-56-55.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “yox qaqa, düzdü, mən sənə dekabr ayında 3000 manat, 1500 bir, 1500 bir göndərmişəm, sonra gəldin ən son obyektin qabağında 2800 manat ödəniş elədim.” 00000513-AUDİO-2025-01-04-14-57-15.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “aysağol, hə, düz deyirsən, qardaşım.” 00000517-AUDİO-2025-01-04-15-03-53.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “... görürsən, o 2800 yadından çıxmışdı, yazmışam axı, vermisən o ödənişi...” 00000521-AUDİO-2025-01-04-17-39-01.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “Fuad, gör nə deyirəm qardaşım, mən Fikrətlə danışdım, çıxdım bunun yanından, biz bunnan üzülüşdük, da bunnan mənim işim qurtardı da, mənim öz işim var bunun öz işi var, ortada 1500 manat, itmişdi e, kəsir qaldı, ona görə biraz qırdıq bir-birimizi. İndi qardaşım, karoçi mən bunnan qurtardım, sağollaşdım. İndi bizdə qaqa, hardasa on min aramızda pul qalıb, sən Allah, lazımdı sabah hər şeyi hamısını mən göndərim ora, lap istirsən öz yerimdən sənə nə qədər istirsın mal göndərim, bundan sonra problem deyil mənə. Yəni bir kəlmə zəng vur de ki, filan şey lazımdı, verim götür istirsən bir ilə ver onun üçün mənə bir problemi yoxdu, amma ki buna sənlə bizim aramızda 10 min nə qədərsə pul qalıb, xırda xuruş da halal xoşun, buna indi mən üç min pul verəcəm, ondan sonra qurtardı, yəni bu da deyir ki, mənə maraqlı deyil, malları göndər mənə pulu versinlər, nağarsınlar, neynəsinlər. Biraz söz söhbət oldu aramızda, sözün açığı mən də ona dedim ki, narahat olma, indi deyəcəm həll eləyəcəklər. Mən gəl indi mallardısa nə vardısa hamısını göndərim ora, qardaşım, sən də bugün qardaşımsan, qarfdaşlıq elə, üç min ödəniş ödəyəcəksən, bütün hər şeyi də göndərirəm ora, istirsən bir aydan sonra başlayaq, iki aydan sonra başlayaq, sabah başlayaq, birisi gün başlayaq, ona sən qərar verəsən. Mənim üçün fərqi yoxdu. O bir obyektin də böyürdəki yan-yana təmirdə olan obyektin də mallarını istirsən göndərim, istirsən bir ilə verərsən, problem deyil. Qırdıq bir birimizi konkret olaraq, yəni biraz qeyrətsiz adamdı, söyüşlə danışmaq istəmirəm, mən vəziyyəti izah elədim ki, bunun üstündə olub, yəni nəysə də, karoçi fso xitam verildi bizim işimizə. Yəni istirsən qaqanla gəl otur sabahları gəl bir çay iç, dərdləşək, mənim dostlarım da olacaq, sabahları da nədisə nə var nə yox hamısını göndərim ora, Bəhramgilə də deyim tapşırtsın gətirsin qoysun hər şeyi ora, yəni fərqi yoxdu mənim üçün. Yəni qardaşımsan bilirəm nə qədər ödəniş eləmisən, Allah canını sağ eləsin, öz işinə görə ödəmisən, amma yenə də mən demişəm, ödəmisən, Allah köməyin olsun. Prosta konkret bunnan bugünkü gündə o vəziyyətdəyik, fso da sağollaşdıq elədik, vəziyyət bax budu mənim qardaşım. Yenə deyirəm səhər istəsən hamısını, hər şeyi göndərim qoy qalsın orda, qardaşım çünki mənə deyib də, konkret ya onların işini görürsən gör, görmürsən apar malları qoy ora, ödənişimizi ödəsin. Sənlə bir dənə uşağın işi qalmışdı aramızda, həmin uşağın işi həll oldu, qaldı indi bir dənə sən.” 00000597-AUDİO-2025-01-07-16-12-19.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “bildim ay Elnur, Allaha and olsun deyirəm, evdən yox özümdə ola mən hə göndərərəm, prosta məndə bir az vəziyyət şeydi. Bəlkə sən gəlib başlayasan, bəlkə material alıb göndərəsən başlayasan, eybi yoxdu gül-çiçəkdi onlara uyğun biz ribrovka verərik, sən deyirəm bu həftədən başlayasan, and olsun Allaha mənim bu dəqiqə vəziyyətim yaxşı deyil. Belə pis başa düşmə e, yəni özümdə ola özümdən çıxarıb verərəm sənə.” 00000632-AUDİO-2025-01-08-19-50-32.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “sabah saat 11-12 üçün gələ bilərsən obyektə? Elektrik, santexnik hamısı gələcək, Umut da gələcək, dizayner, mən bütün işi verəcəm Umuda, o aparacaq. Yəni sabah gəl, məsləhətləşək, görək neynirik.” 00000747-AUDİO-2025-01-09-18-55-35.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, bildim e, ay Elnur, bax sən də məni pis başa düşmə, qaqam, bax 36000 işdi düzdü, əlli faiz ilkin ödəniş olunmalıdı, 36nın əlli faizi 18000 pul eliyir, qaqa yəni işdən əsər əlamət yoxdu, sən məni pis başa düşmə, sən özünü mənim yerimə qoy, özün də məntiqlə fikirləş də, demirsən 36000 manatlıq işdi, əlli faizi 18000 manat eliyir, mən də 25 000 manat pul ödəmişəm də sənə, 25800 manat pul ödəmişəm, bax mən indi nə ödəniş eliyim abi, ortada bir şey yoxdu, mən sənə deyirəm ki malı gətir, materialı gətir, işçini gətir, mən sənə opşi pulu verim sən çıx get də, burda nə var ki, prosta sən mənə elə şey deyirsən alınmır axı, ortada mən belə pis çıxmasın 25000 manat pul vermişəm e, az pul verməmişəm. Yəni əgər bu ödəniş iş qrafiki 50 faiz ödənişdisə əlli faiz iş başlıyanda ödəmişəm, başlıyandan sonra da 25 faiz ödəniş olunubsa da qaqa mən uje iş başlıyandan 75 faiz ödəniş eləmişəm e.” 00000750-AUDİO-2025-01-09-18-59-37.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “bir də ki, abi sənin atdığın bu səsləri mən çox düzgün başa düşürəm, çox da düzgün deyirsən, deməkdən söhbət gedirsə.” 00000753-AUDİO-2025-01-09-19-03-04.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “müştərilərlə heç vaxt elə şey olmayıb, olmayacaq da bundan sonra. Müştəri narazı qalsın, olmuyub belə birşey, başa düşdün necə. əgər elədisə qardaşım, 75 faiz ödənişi tamamla, belə danışmağın mənə xoş oldu ürəyində olanları dedin, amma yenə deyirəm qaqa, kimsə mənə deməsin, sən mənə de, kimsə mənə deməsin. Heç olmaya 75 faiz ödənişi tamamla sabah da gələk qardaşım mənə fərqi yoxdu, mallar da gəlsin, gələndən sonra da sən bax da gedişata, əgər, 15-20 gün gözləyəcəyiksə qaqa, 1700 saxlayaq orda qalanını ödəyərsən. 00000881-AUDİO-2025-01-11-15-11-08.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “abi belə deyim də bir saatlıq işimiz qalıb, axşam məclis var, ordayıq, pal-paltar alıb eliyirlər ona görə bilmirsən qaqa evdən çıxanda necə olur, fırlanıram da, bi dənə onu həll eliyim, gəlirəm onsuz. Narahat olma, inan özümün də qanı qaralıb e, səhərdən fırlanıram, qalmışam girinc.” 00000882-AUDİO-2025-01-11-15-12-10.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “Elnur, heç olmasa, yeri denən gedim mala baxım. Yəni sən özün gələ bilmirsənsə” 00000885-AUDİO-2025-01-11-15-14-52.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “qoy onda bizim uşaqlara deyim elə get, belə getməyin düz çıxmır, bizimkiləri göndərərəm gedərsən onlarla bir yerdə.” 00000893-AUDİO-2025-01-11-15-23-06.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “qaqa mənə məcbur skrin elətdirib atdırırsan hər şeyi, gözlə, indi bu dəqiqə danışırdım da, gözlə beş dəqiqə səbirli ol, uşaqla get” 00000894-AUDİO-2025-01-11-15-23-38.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “ay Elnur, mən iki gündü qaqa sənə zanitəm e, sən gəlib çıxmırsan, bayaq səhər mənə yığmısan, gəlirəm deyə, üç saatdı, dörd saatdı səni gözlüyürəm burda, üç saatdı dörd saatdı mən burda gözləyirəm ki gedək. Bi dənə o konumu at, kimnən danışırsan, mən adamyeyən deyiləm ki, gedim mala, materiala baxacam da.” 00000897-AUDİO-2025-01-11-15-35-09.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “qaqa başa düşdüm e mən səni, qardaşım, prosta səndə inamsızlıq yarandı deyə, başa düşürsən nə demək istəyirəm, bizim uşaqlar da orda yoxdu, dünəndən vergi gəlib nəbilim nağayrıbsa, mən də sənə bunu belənçi desəydim, başlayacaqsan, bayaq mənə Sabir hər şeyi izah elədi də. Başlayacaqsan fərqli düşünməyə, bildin nətər. Onu düşünməyəsən deyə mən də uşaqlarla əlaqə saxlıyıram ki, getsinlər ora,sən də rahat gedib baxa biləsən. Bildin, məsələ budu. Prosta mən sənə bunu belə normal şəkildə deyirəm, səndə uje beynində başqa şeylər gedir axı, başa düşməyəsən. Onunçün deyirəm səbirli ol, uşaqlarla danışım yoluna qoyum, get. Mən özüm orda deyiləm e, yoxsa özüm aparardım səni, başa düşdün nətər. Gözlüyə bilirsən, gözlə, mənnən get, dünyanın axırı deyile burdayıq, narahat olma.” 00000898-AUDİO-2025-01-11-15-35-32.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “bir də ki qaqa, Sabirə də demişəm mən, nəsə belə inamsızlıq yaransa aramızda qardaşım, belə pis çıxmasın, biz sənçün şeyləməmişik ki, danışaram ödənişi qaytararam, yəni heç bir şeydə mənim üçün narahatçılıq yoxdu, rahat ol.” 00000909-AUDİO-2025-01-11-15-46-16.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “yığma, indi evdəkilərnənəm, gəlirəm indi ora, gözlə.” 00000910-AUDİO-2025-01-11-15-47-12.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “Elnur səni gözləyirəm “Tam store”un qabağında səni gözləyirəm, gəl ora.” 00000911-AUDİO-2025-01-11-15-48-03.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “yaxşı, qaqa, yaxşı, evdəkiləri düşürüb gəlirəm, səbirli ol.” 00000962-AUDİO-2025-01-13-12-53-59.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “ay Elnur, burdayam, obyektdəyəm, gəl biz söhbət eləyək, qaqa, gəl görək neynirik, nə iş görürük, işimiz yarımçıq qaldı, gəl bir işimizi başlıyaq, bir şeydən başlıyaq ki, bir ucunu qoyaq ki, görək nə edirik, nə qoyuruq. Bir şeydən başlamalıyıq da.” 00000987-AUDİO-2025-01-13-12-58-42.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “ay qaqa, sən də vallah elə danışırsan ki, üzrlü say, nə bilim, narahat olma falan. Getmişəm o biri otaqda səs atıram, dayana bilmirəm, belə pis də çıxmasın, danışmadan adamın ürəyi partlıyır. Üzrlü say, qaqa yazmısan, a üzrlü siz sayın, qaqa. Prosta dayanmadan yığırlar deyə qalıram girinc. İndi gələcəm, deyərsən sözünü üzümə, indi telefondan nədi dayanmadan yığırsan.” 00000988-AUDİO-2025-01-13-12-59-23.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “yox e, abi, üzrlü say ona görə deyirəm ki, yəni o zəng eliyir, bu zəng eliyir, ona görə deyirəm mən sənə. Prosta narahat olublar da, sən də demisən ki, bu gün gətirəcəm, ona görə bir az narahat olublar. Başa düşdün.” 00001044-AUDİO-2025-01-13-14-21-47.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “boş gəlmək istəmirəm e qaqa, ona görə deyirəm ləngiyəcəm, bilirəm orda hamının qanı qaradı bu dəqiqə, çox narahatdılar, yəni narahatsız da, ona görə boş söhbət eləmək istəmirəm də yəni orda, başa düşdün nətər. Ona görə dedim biraz ləngiyəcəm.” 00001050-AUDİO-2025-01-13-14-41-43.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “mallara görə gəlmişəm də qaqa, mallara görə gəlmişəm. Səbirli ol, beş on dəqiqə.” 00001062-AUDİO-2025-01-13-15-13-27.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “ay Elnur kimlə görüşürsən. Qaqa məni pis başa düşmə e, 25809 manat pul vermişəm e, qaqa bunun müqabilində bir materiallar hazırlanıb, yəni matorlardı, kondisionerlərdi, borudu, bunlar hamısı qaydasındadı, yerindədi? Yəni bir dənə bunun sübutunu elə, qalan şeylər boş şeyləri, yəni onları götür gəl bura, özün gəl, qaqa, yəni bir şey elə ki, mən də pis vəziyyətdə qalmayım da. Gəl özün də başa sal həll eləyək, səni gözləyirəm burda.” 00001064-AUDİO-2025-01-13-15-27-15.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “Fuad deməli danışdım, qardaşım, yəni mən də bu adamlara ödəniş eləmişəm. Bilirsən necədi qaqa, indi deyəcəksən belə elə, mən sizi başa düşürəm, narahatçılığınızı bilirəm. Mən də sizin yerinizdə olsam o gün atana da dedim, mən də narahat olaram. Yəni narahatçılığınızı başa düşürəm qaqa, aydın məsələdi. Amma ki, mən, qardaşım, nə belə pis çıxmasın kimisə fırladan deyiləm, nə atan deyiləm, nə yalançı deyiləm, nə başqa bir şey deyiləm. Sadəcə bügunki gün belə tələm-tələsik şey oldu, qaldım belə özüm də çıxılmaz vəziyyətdə, Allaha and olsun. Bax indi mənə deyir ki, qaqa bir həftə on gün onlardan vaxt istə, maksimum on gün, yəni işləri hazırdı. Mənə də səndən son xahişim, iki aydı gözləyirsən, on gündən də heç nə olmaz da, qardaşım. Bilirəm e, yəni on gündən sizə də heç nə olmaz. Prosta sizi kimsə qızışdırıb, sizə kimsə nəsə deyib, siz də ki, narahat qalırsız buna görə. Mən elə adam deyiləm, pis adam deyiləm. Nə pislik eləyə bilərəm ki, hansı zəmanədə yaşayırıq. Yəni mənim niyyətimdə nəsə olsa, ürəyimdə nəsə olsa, deyərəm ki, bax budu budu. Yəni mən elə bir adam deyiləm, plus da ki, sizlə iş görmək istəyirəm, daimi də yəni, mən ona görə belə dəridən qabıqdan çıxıram. Qurana and olsun, mən dünəndən belə sizin işinizə görə çox narahat idim. Bi dənə bu iş həll olsun, bunlar mənə heç nə deməsin əsas budu. Allaha and olsun çox narahatam, çox çox narahatam. Sizdən mən dəhşət çox narahatam. Yəni mən səni tanıyıram e. Düzdü atan böyüyümüzdü, ağsaqqaldı, mənim atamla yaşıddı, yəni başqa mənada demirəm, yəni mən səni tanıyıram, nəsə sözüm olanda sənə deyirəm, sənlə mən tanış olmuşuq. Yəni qaqa, bəlkə də səni pis vəziyyətdə qoyuram, bilmirəm, pis vəziyyətdə qoymuram e əslində, yəni siz dirəmisiz deyə məni qaqa, mən də camaatı dirəmişəm, siz məni dirədikcə mən də kimlərisə dirəyirəm, mənim də işim onlardan keçir qaqa, başa düşürsən, onlar da mənə deyir ki, bir həftə on gün vaxt istə narahat olma hazır eliyəciyik, get qurtar camaatın işini təhvil ver. Sənnən bir dənə xahişim odu ki, ay Fuad, qardaşımsan, sən qardaşının canı, atanın ananın canı, on gün yola ver xahiş eliyirəm səndən. Bilirəm bəlkə də bu səsimə qulaq asıb əsəbiləşəcəksən, qaqa, qalmışam özüm də girinc-gicələkdə, bir şeyi bil ki, ürəyim narahatdı da, dünən gecə belə pis çıxmasın statusta da paylaşmışdım da uşağım xəstələnib, mən dünən gecə ancaq bütün günü orda burda olmuşam, yuxu da yatmamışam, telefonum da sönülü olub, nəm nə olubsa, durdum gördüm nə qədər yığmısız məni, başa düşdün nətər, yatmamışam da yəni, prosta başımı qoymuşam belə mürgüləmişəm yarım saat qırx dəqiqə, o momentdə də siz yığmısız. Telefonum sönülü olub. Yəni mən sizin işinizə görə qaqa, narahatam, Allaha and olsun. Nə mənada, dəridən qabıqdan çıxıram ki, sizin işiniz ən yüksək səviyyədə getsin və ən yüksək səviyyədə də gedəcək. Mən sənə söz verirəm qaqa, heç nədən narahat olma, qəti narahat olma. Necə deyim insanın kişiliyindən artıq nə var, nə pul, nə başqa bir şey heç nə, mənliyi, şəxsiyyəti, kişiliyi hər şeydən önəmlidi, mən də sənə o kişiliyimə, mənliyimə, şəxsiyyətimə sığışdırıb öz kişiliyimlə söz verirəm ki, qaqa, maksimum on gün içərisində həll olacaq. Səndən mənim xahişim odu ki, qaqa, bir on gün məni yola ver, başına dönüm sənin, prosta reski oldu e qaqa, reski dirəndiz, qaldım mən pis çıxmasın çıxılmaz vəziyyətdə mən də camaatı dirəyirəm. Onlar da deyir ki, qardaş belədi. Söz tapa bilmirəm. Mən izah eliyə bilmirəm e sizə içimdə olanları, fikrimi sizə çatdıra bilmirəm və sizin də fikriniz mənə aydındı, siz prosta başqa şeylər fikirləşirsiz, beyninizdən əlli şey keçir, bu bizi aldatdı, atdı, nəbilim bəlkə də başqa şeylər keçdi, qaqa, yəni elə bir şey yoxdu da yəni narahat olma. Aldadan adam bur cür olmur da başqa cür olur, özün bilirsən. Mənim nə elə bir niyyətim yoxdu, nə də qeyrətsiz adam deyiləm kiminsə gedim halal pulun başqa şeylər fikirləşim. Ödəniş ödəmisən, qaqa narahat olma işin də gedəcək, vallah gedəcək də qurtaracaq da, yüksək səviyyədə də təhvil verəcəm. Sənin də əlindən gələn, yenə də orda keçid eləyərəm. Prosta mənim səndən xahişim odu ki qaqa, on gün yola ver, bayaq gəldi maşına oturub söhbət elədik, yəni on gün mənə vaxt verdilər də, on gün içərisində narahat olma həll olacaq. Yəni mən sənə söz verirəm ki, əslində bir həftə deyirlər, mən özüm on gün deyirəm, söz verirəm ki. Qaqa yenə deyirəm öz kişiliyimə şəxsiyyətimə, mənliyimə, şərəfimə, qeyrətimə and olsun on gün içərisində narahat olma gəlinəcək də işləniləcək də qurtaracaq da. Narahat olma. Yəni bu şeydən rahat ol qaqa, sənin qadan alım mən. Bir dənə elə bil ki öz qardaşına əmin oğluna, dayın oğluna, xalan oğluna yaxşılıq eliyirsən, Allah da bunun sənə qarşılığını verir. Mənim qaqa, nədənsə qorxacağın çəkinəcəyim yoxdu, prosta mən narahatam ki, sizin kimi adamla mən belə üz göz olmuyum. Sizdən mənə pislik gəlmiyib, ona görə mən istəmirəm sizlə üz-göz olum. Aramda cüzi bir problemin olmağını istəmirəm qaqa. Sənə qurban olum, ay Fuad, qadan alım bi dənə məni başa düş, atana denən özün lazımdı, özüm də səs atıb deyərəm ona, bi dənə qardaşımsan, nolar, bir təhər elə də on gün. Xahiş eliyirəm səndən. Çox çox xahiş eliyirəm. Sən mənə dedin ki, on beş gün, iyirmi gün, otuz gün, nəsə vaxt dedin vaxtımız var, prosta bilirəm reski dirəndiz qaqa, qaldım çıxılmaz vəziyyətdə. Xahiş eliyirəm on gün məni yola ver, on günlə heç nə olası deyil, vse daha başqa heç nə səndən istəyəsi deyiləm. Söz verirəm.” 00001083-AUDİO-2025-01-13-15-32-09.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “sən Allah amma Fuad, bir iki nəfər olmasın ki, çünki o gün də çox oturmuşduq, sözümü çatdıra bilmirəm heç kimə, izah eliyə bilmirəm, qardaşımsan ikimiz görüşüb söhbət eləyək də qaqa, nəyəsə görə yox e, prosta hamı nəsə söz deyir, adam fikrini çatdıra bilmir, bilmirsən kimlə danışasan. Ona görə qalırsan girinc.” 00001088-AUDİO-2025-01-13-15-34-17.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “qaqa, çıxıram mən burdan, stopun yanına ya medikalın yanına , nəm necə istəsən də yəni,fərqi yoxdu, çıxıram mən də harda desən görüşək də, yəni oralarda.” 00001102-AUDİO-2025-01-23-19-27-27.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “Elnur, sabah mənim materialımı gətirirsən, ya da mənim pulumu verirsən. O yan, bu yan yoxdu, on gündən də keçibdi vaxt, fırlatmağının da heç bir mənası yoxdu, pulu basıb yemisən, dədəmə də deyirsən ki, malı materialı almışam, polisin yanında deyirsən ki, basıb pulu yemişəm, indi də deyirsən ki, yox materialın bir hissəsi çatmır. Uşaq oynadırsız burda? Sabah axşam mənim ya pulumu çatdırırsan ya materialı verirsən. Vermirsənsə qardaş özün bilərsən, sonrakında da heç bir məsuliyyət daşımıram, özün bilərsən, yaxşı.” 00001109-AUDİO-2025-01-23-19-31-27.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “yəni Elnur, uje fırlatma da, gör neçə gündü söz vermisən ki, on günə gətirəcəm. Uje fırlatma da, sabah sənin axırıncı günündü. Ya pulu gətirirsən, ya da materialı gətirib mənə verirsən, çıxıb gedirsən. 00001113-AUDİO-2025-01-23-19-42-41.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “ay Elnur, maraqlı deyile mənə, deyirəm, mənim malım materialım hanı. Sən o gün deyirsən mal material hazırdı, sonra da deyirsən ki, yox e mal material hardadı, yoxdu. Gəlib mənə deyirsən ki, əxilər var, əxilərə düzəltdirmişəm, o kişi var idi e, sexə aparmışdın, gah ona düzəltdirdin, sonra dedin ki Burhana düzəltdirirəm, hanı material, yoxdu. Burda utanılası bir şey yoxdu ki, pulu basıb yemisən. Bayaq dədən də deyir ki, üstündən xərcləmisən, deyir təzədən pul versin. Ay Elnur mənə maraqlı deyil, ya mənə materialımı gətirib verirsən, ya da pulumu. Axırıncıdı, bundan o tərəfə söz yoxdu. Sabah axşam mənim ya pulum, ya da materialım orda olacaq.” 00001115-AUDİO-2025-01-23-20-34-22.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “sənə yetərincə vaxt verildi Elnur, artıqlaması ilə verildi. Sən günü günə satdın. Mən sənə vaxtında mal material deyəndə sən fırladırdın, başımı aldadırdın, bu dəfə o keçməyəcək, altıdı bazardı mənə dəxlisi yoxdu. Sabah mənim malımı gətirirsən. İncitməyək deyəndə ki, mən səni incitmirəm, sən məni incidirsən, yetərincə incitmisən məni. Sabah ya mənim malımı gətirirsən ya pulumu gətirirsən.” 00001116-AUDİO-2025-01-23-20-37-08.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “qaqa fırladırdın deyəndə ki, on günə öldüm mən, axırı yenə burdayam da qaqa sənə deyirəm ki, birinci gün səbirli ol birinci gün gətirib qoyacıyıq. Demirəm ki, üçüncü gün beşinci gün. Birinci gün gətirib qoyacıyıq da.” 00001117-AUDİO-2025-01-23-20-39-12.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “Elnur, bax sənə iki gün də möhlət verirəm, amma sən yalan danışırsan, mal material yoxdu ortada, düzdü. Sən o vaxtı deyirdin ki, mal materialı gətirim töküm bura, sənə deyəndə ki, gedim material baxım, fırladırdın. Deyirdin ay ordayam burdayam. Yəni oğlan kimi danışaq da, sən məni fırladırdın düzdü. Mal materialım yoxdu ortada. Sənə iki gün möhlət verirəm, mənim malım materialım orda olmasa, ya pulumu gətirib verəssən ya materialı gətirib verəssən. Olmasa da özün bilərsən.” 00001124-AUDİO-2025-01-27-13-28-52.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “Elnur, noldu bəs bugün pul gətirirdin sən mənə, noldu?” 00001125-AUDİO-2025-01-27-13-29-42.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, bir də ki birdən gələrsən turbaları doldurarsan ora, turba lazım deyil mənə, əsas motorlardı. Motorlarla kondisioneri gətir. Bu gün mən səni gözləyirəm orda. Gətirə bilmirsənsə pulumu gətir.” 00001184-AUDİO-2025-01-27-16-09-33.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “qaqa işim var deyəndə məzələnirsən mənlə, nəysə, canın sağolsun, qaldı ki, qoy bidənə həll eliyim, gələndə görəcəksən, yığıb sənə nə var nə yox deyəcəm, səbrin olsun biraz”. 00001187-AUDİO-2025-01-27-16-10-25.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “valla abi sən yazmısan ki, boru zad gətirmə, bircə dəqiqə səbirli ol qardaşımsan.” 00001223-AUDİO-2025-01-27-16-28-44.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “valla elə danışdın, mən utandım, xəcalət çəkdim e, Elnur. Hər şeyi qoydum qırağa, bu qədər yalan danışmaq, insan bu qədər yalan danışa bilməze, üstünə də özünü haqlı çıxarırsan. Bu qədər yalanın ortasında özünü haqlı çıxarırsan. Bildin nətər. Ailən var uşağın var Allah can sağlığı versin. Ailən var uşağın var niyə belə hərəkət eliyirsən bəs. Gətir mənim bugün malımı çatdır, ya da pulumu çatdır. Mən əslində sənə iş gördürmək istəmirəm, heç istəmirəm ha, gəl mənim malımı materialımı ver, o bütün motorlarımı, kondisionerlərimi, hamısını gətir qoy ora, ya da gətir sənə nə qədər pulu vermişəm qaytar.” 00001322-AUDİO-2025-01-27-21-50-23.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “məni o yandırmır e, məni bilirsən nə yandırır, gəldin obyektə dedin ki, hamının yanında mallar hazırdı, siz mənə niyə demirsiz gəlib işləyim də, bu mallar bu mallar, sonra apardın bi dənə sexə dedin ki burda yığıram malları, sonra dedin əxilərə yığdırıram, sonra bölmədə də dedin Burhana yığdırıram. İndi gəl görəlim ki, yaxşı sən yalan danışmırsan, mən də yalan danışmıram, ortada yalançı kimdi? Sən imam övladısan da yaxşı” 00001353-AUDİO-2025-01-27-21-56-59.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “Elnur mən səndən yaxşı bilirəm e ölkə balacadı. Deyirəm sənə iki həftə vaxt verirlər, camaat xahiş eliyir. İki həftəyə gətirməsən özün bilərsən, camaatın da xahişini yerə vurasan.” 00001377-AUDİO-2025-02-06-11-40-17.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “Elnur, noldu, bu məsələ həll olmadı? Mənim bütün işlərim yarımçıq qalıb e sənə görə. Bütün işlərim sənə görə dayanıb, malyar işim sənə görə dayanıb, elektrik işim, bütün işlərim sənə görə dayanıb. Bunu tezləşdir, ya mənim materialımı tök ora, ya da pulumu qaytar.” 00001387-AUDİO-2025-02-06-11-58-30.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “deyirsən e, gəl gedək qarajımı gör, sən o vaxtı bu söz söhbət vaxtı niyə aparıb ürək açıqlığıyla demədin ki, qaqa qarajın burdadı, içi bütün malın materialın da burdadı. Fırladırdın da qaqa, indi gələcəm, başqa yerdəyəm, söküntüdəyəm. Özünü ağ çıxartmaqdan ötəri hər şeyi elədin. Elnur uşaq deyiləm də, mənim 30 yaşım var, neçə dənə üz görmüşəm. Bilirəm kim yalan danışanda tuturam, yəni yalan danışdığını bilirəm də sən yalan danışmısan, prosta sən onu boynuna almırsan. Boynuna da almaq istəmirsən. Yəni o mümkün deyil. Nəysə Elnur birinci, ya ikinci günə mənim malım materialım burda olsun.” 00001389-AUDİO-2025-02-06-11-59-49.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “mənə zəng vurmusan ki, qaqa, bildim problem yoxdu, beş on günə şeyləyərik, gəl otur danışaq. Gəlib danışırıq, heç anlaşılmayan vəziyyətdə gəlirlər, götürürlər, aparırlar məni. Hələ də mən onu beynimə şeyləyə bilmirəm ki, necə ola bilir belə şey, bir insan məni çağırar, mən gedərəm onnan, məni tutdurmaq istəyər. Bugünə kimi kim hara çağırıb getmişəm, öləcəyimi bilsəm də gedirəm, getmişəm. Prosta qarşı tərəfi bilmək olmur axı, nələr keçir beynindən sənin haqqında.” 00001398-AUDİO-2025-02-12-00-28-02.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “sabah boruları göndərəcəm, uşaqlar başlasınlar işləməyə, boruları açsınlar, indi yavaş yavaş da motorları göndərəcəm. Birinci boru sistemindən başladım özün də bilirsən. Onları da göndərəcəm, hamısını quraşdıracaqlar. Onsuz orda boru sisteminin çəkilməsi nə qədər vaxt aparacaq, özün bilirsən çoxdu orda xətt. Plus onsuz da ordasan da qaqa, pulumuz zadımız da qalıb, hər şeyi indi göndərtdirə bilmirəm. Boruları çəkə-çəkə də qalan nə varsa hamısını göndərəcəyik narahat olma. Göndərəcəyik, başlanılacaq qurtarıb gedəcək səliqəli formada. Narahat olma sən heç nədən. Mən istədim bunu sənə deyim, sabah hamısını başlayıb, yoluna qoyacağıq.” 00001399-AUDİO-2025-02-12-00-29-45.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “Elnur o söhbəti mənlə danışma, boru moru boş söhbətdi, dəyəri yoxdu onun, mənə əsas motorlarla kondisionerlər lazımdı. Yəni gəlib boş boşuna şeyləmə. Sən sabah zəng elə məsləhətləş, qəbul eliyirsə, eləsin, qəbul eləmirsə, göndərməsin. Mənə əsas motorlar lazımdı. Borular boş şeydi.” 00001400-AUDİO-2025-02-12-00-34-01.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “nətər dəyəri yoxdu qaqa, elə çəkilmə bir yerdə on minə yaxın qiyməti var, nətər dəyəri yoxdu. Danışırsan deyirsən motorlar elə kondisionerlər belə, qaqa tam pulu ödəməmisən, deyirsən hamısını gətirib qoy ora. Hər yerdə belədi də işləyə işləyə gətirib axırda hamısını qoyacıq da. Bilmirəm e nə istəyirsiz, Allaha and olsun, başa düşə bilmirəm sizi.” 00001403-AUDİO-2025-02-12-00-46-47.opusnömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “ay Elnur, mən səni başa düşdüm də, düzdü, dedin ki, kondisionerlərin pulu ödənilməlidi ki, kondisionerlər hazır olsun. Motorların pulu ödənməlidi, ödəmişəm, 36000 pul eliyir, düzdü, 26000 pul ödəmişəm, 18000 əlli faizi mən sənə 8000 artıq pul ödəmişəm, sən gətirib ora motorları qoymayıbsan axı. Bəs sən mənə dedin qaqa saat 6-a qədər motorları çatdırmalıyam, düzdü, demişdinmi, sonra dedin ki, kondisionerlərin pulunu çatdırmalıyam, vermişəm. Sən də gətirib turbaları qoyursan ora. Mən də səndən tələb eliyirəm ki, qardaş bəs kondisionerlər, motorlar hardadı, mən səndən nə istəyirəm ki, deyirəm kondisionerlərin motorların pulunu vermişəm gətir qoy da ora, artıq söz demirəm ki.” 00001413-AUDİO-2025-02-12-01-04-55.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “qardaş sənə kim qarant durubsa, həmin insanı deyirəm, mən onu təhvil ala bilmərəm e, mən bütün üstümə düşən öhdəlikləri eləmişəm, əlli faizdən çox ödəniş eləmişəm, mal material hazır olmalıdı. Material ora gələn kimi motorundan tutmuş, kondisionerindən tutmuş, iş qurtarandan sonra yüzdə yüz ödəniş eləməliyəm. Mən onu elə qəbul eləyə bilmərəm. Sənə kim qarant durubsa, həmin adam zəng eləsin dədəmə, ondan sonra qəbul eliyər eləməz o bilər. Mən qarışa bilmərəm.” 00001432-AUDİO-2025-02-12-18-46-50.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “başa düşdüm e orda adam yoxdu, açar da yoxdu məndə, ustalardadı, səhər tezdən ancaq.” 00001447-AUDİO-2025-02-13-12-14-13.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “ay Elnur mən sənə bir söz demirəm ki, mən onu qəbul eləmirəm də, zəng elə de ki, qardaş mən turbaları göndərirəm, motorlar yoxdu, kondisionerlər yoxdu, mən onu nətər qəbul eliyim. Motorun kondisionerin pulunu mən əvvəldən ödəmişəm. Nömrəsi var, zəng elə de ki, qardaş de ki mən belə belə dedim.” 00001457-AUDİO-2025-02-13-12-19-00.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “iki aydı narahat olmursan, indi işə başlıyırıq onda narahat olursan. Hamısı gələcək, hər şey də gələcək.” 00001480-AUDİO-2025-02-13-12-38-29.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “Elnur danışdım atayla, dedi ki, malı kondisionerlərlə motorlarla birlikdə gətirsin, təhvil versin, belə qəbul eləmir. Belə götürmür. Nədisə gətirsin ora, mütəxəssis çağıraq. Mən qəbul eləmədim ata da qəbul eləmədi. Yəni sən motorlarla kondisionerlərlə birlikdə gətir ora.” 00001491-AUDİO-2025-02-13-12-43-52.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “qaqa, deyirsəne, möhlət ver e, başa düşdüm, prosta bu malı hara qoyum, heç olmasa qalsın orda. İki partiya maldı, az mal deyil. Heç olmaya birinci partiya qalsın orda. Qoymağa yer yoxdu, hara qoyum mən bunu.” 00001493-AUDİO-2025-02-13-12-44-57.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “Elnur qoymağa yerin yoxdusa, eybi yoxdu gətir qoy ora, amma mən təhvil almıram, götürmürəm. Sənə 3 gün də möhlət verirəm, mənə motorları kondisionerlərlə bir yerdə gəl ora, mən də gələrəm, Ramil də gələr, ata da gələr kimsə gələr, baxarıq malı təhvil alarıq, ondan sonra işə başlayarıq. Belə qoymağa yerin yoxdusa, gətir qoy ora, amma mən təhvil almıram onu.” 00001523-AUDİO-2025-02-16-10-40-19.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “Elnur bu motorları deyəsən yadından çıxıb gətirmək istəmirsən. Vaxt da, möhlət də tamam oldu, gətirib turbaları yığmısan, mən onları təhvil almıram, götürmürəm. Mənim motorumu, kondisionerimi gətirirsənsə, gətir bugün, gətirmirsənsə burda nə yığdırmısansa maşınla göndərim sənə, qalmasın orda. Mən ataya da deyəcəm ki, kimlə danışıb sənə görə möhlət alıblar nəyə görə alıblar həmən adamla danışsınlar. Mən belə iş təhvil almıram.” 00001559-AUDİO-2025-03-02-12-45-53.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “yox, elə təhvil almıram. Motorlarla kondisionerlər gəlsin, hamılıqla baxaq nədi nə deyil, ondan sonra təhvil alacam.” 00001566-AUDİO-2025-03-02-12-50-41.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “bunlar mənə bunu ancaq deyir ki, özün də maraqlan da, hər yerdə işlər dayanmışdı. Bunlar da kondisionerləri on gün içərisində göndərəcəklər. Deyirəm motorları göndərin. Özüm Bakıda deyiləm, rayondayam. Bundan da əlavə ki, nə problem olacaq ki, gəlmişəm rayondayam, öz işlərimlə bağlı.” 00001580-AUDİO-2025-03-03-08-15-19.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, ”qaqa, dünən cavab vermədin, mən də dedim yəqin, birinci günə saxlamısan, çünkü o gün də bazar günü göndərəndə qoymadın. Nə qədər yazıram cavab vermirsən. Özüm də yasdayam, əmim rəhmətə gedib.” 00001588-AUDİO-2025-03-05-12-42-13.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “sən hara göndərdin, dedim göndər gecəyə qədər. Heç nə göndərməmisən” 00001593-AUDİO-2025-03-05-12-44-09.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “sən mənlə məzələnirsən axı deyəsən. Yazmışam göndər də. Qurtardı e Elnur, qurtardı. Bu söhbət də bağlandı. Malların var e göndərmisən, dəmirlərin var e, göndərirəm təhvil götürərsən. Yaxşı? Daha bundan sonra qurtardı. Heç nə, arada da heç kim yoxdu, saymıram heç kimi.” 00001658-AUDİO-2025-03-05-13-46-41.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “Fuad, indi çıxacaqlar, orda ol, sənə zəng eləyəndə aç da. Nə qədər yığıram, yazır ulaşılamıyor. “ 00001715-AUDİO-2025-03-25-12-51-22.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “ay insan, bu göndərdiyin şeylər yaramır e, gətirdim mütəxəssis baxdı dedi ki, bunlar kuxna üçündü.” 00001751-AUDİO-2025-03-25-13-23-21.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “qaqa, Qurana and olsun, özüm elə bilmirəm, ulitka motorda 600 pas qaldı, təsəvvür elə. Soruş da o mütəxəssisdən, gör bundan yaxşı motor var. Qiyməti maraqlanın da, yəni mən dəliyəm o qədər pul verib onu göndərtdirim, qaqa sənin qadan alım. Allaha and olsun yaxşısını göndərmişəm də. Yəni belə də ən yaxşı bildiyi hansı varsa, desin onu göndərim, problem yoxdu.” 00001778-AUDİO-2025-03-25-13-46-17.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “onda qoy qalsın orda, sən məni Allaha and olsun lap bezdirdin e. Qoy qalsın orda, nə istirsən get elə, başına dönüm sənin. Məni dolamısan e, konkret sən. Heç o motoru da götürmürlər.” 00001790-AUDİO-2025-03-25-13-54-16.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “sən onsuz da göndərən deyilsən e. Göndərən oğlan idin, göndərərdin. Belə yalandan yazıb özünə haqq qazandırma ki. Heç nəyi də göndərməyəsən. Nə eləyirsən elə. İstirsən götür apar, özün bilərsən.” 00001813-AUDİO-2025-03-25-14-10-00.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, ”mən bir söz deyən kimi qaçıb göstərirsən polisə, indi bunların hamısı qalır məndə. Mən də bu yazışmaları təqdim eliyəcəm, görək kimdi günahkar. Atmısan nömrələrimi bloka, borcun var yaxşı, məni niyə bloka atırsan.” 00001816-AUDİO-2025-03-25-14-11-04.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “mən gedib hardasa izahat yazan deyiləm e, deyiləm. Sən özün nəsə eləmə. Prosta, nə qoymursan kimsə bir söz desin, nə qoymursan nəsə bir şeyi həll eləyək. Yazmısan gəl motorları götür. İndi də deyirsən götürmə. Mən hansını eliyim bilmirəm. Sən nə danışırsan heç özün bilmirsən.” 00001817-AUDİO-2025-03-25-14-11-31.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “pulumu gətir, malıvı götür, çıx get” 00001818-AUDİO-2025-03-25-14-12-06.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “dakanca deyirsən e ay qaqa, yəni, o motorları ümumiyyətlə almırlar, başa düşmürsən. Uje bir həftədən çoxdu, Quran haqqı bayaq danışmışam. Onu dəyişib, başqasını qoya bilərəm ora da. Ondan yaxşısını qoya bilərəm ən azından. Amma ki qaytarmırlar da, bir həftəni keçibdi. İstirsən özü də sənə zəng eləmişdi, yığ danış.” 00001840-AUDİO-2025-03-25-14-27-12.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “get işinlə məşğul ol da, sən mənlə görüşə bilməzsən. Bu motorları da vaxtında göndərərdin, mən deyəndən sonra nəyə göndərirsən onu, lazım deyil. Pulumu gətir, orda nə var, götür.” 00001842-AUDİO-2025-03-25-14-29-40.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “bayaq zəng vurdun ki, bu motorları götür, qaytar, bunlar mənim işimə yaramır. Zəng vurdum, yalvar-yaxar kimləsə danışdım, onları başqasıyla dəyişdirə bilirdik. İndi də deyirsən ki, yox, eləmə lazım deyil. Pul göndər sonra götür. Hansı sözün birini tutum mən bilmirəm. Nəysə özün bilərsən.” 00001913-AUDİO-2025-04-01-14-27-44.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “razı salassan deyəndə ki, o günləri motorları göndərdim, dedin ki, bunlar işə yaramır, qaytar, başqalarını göndər. Qaytardım, sənin dediklərin 9 min kub deyirdin neçə deyirdin, vatsapda var, mən də həmin yazışmaları da göndərmişəm motor aldığım yerə, bu kubda motorlar olsun deyə. Özün də maraqlana bilərsən, çətin bir şey yoxdu, böyründə başqa adamdan da maraqlana bilərsən, ondan bu dəqiqə əldə yoxdu. O da mənə sözün açığı bir həftəyə on günə demişdi, gəlsin, götür apar. Çünki bunu qaytarıb onu götürəsən, bildin nətər. Burda nəsə qeyri adi bir şey yoxdu.” 00001917-AUDİO-2025-04-01-14-49-19.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “sənə zəng eliyirəm, yenə zəng getmir, nömrəni atmısan bloka. Biraz işlərim var qaqa, zəng eləyərəm dayıya gələrəm yanına problem deyil, saat neçə olur olsun. Deyirsən hayasız adamsan, yəni belə pis çıxmasın, nə deyirəm mən sənə, nə deyirsən deyirəm baş üstə. Göndərdim şeyləri, qaytardın geri öz istəyinlə, səni məcbur eləmədim ki, öz istəyinlə qaytardın. Dedin 9 min nəbilim neçə min. O da ki məcburiyyət qarşısında qaldım yaxşı dedim, başqa variantım çünki yoxdu, başa düşdün necə. əslində ora 9 minlik nə bilim neçə minlik kub qoyulmur, yəni ora göndərdiyim motorlar onların işinə yarayır. Prosta dedim nəbilim elə olacaq, belə olacaq. Mütəxəssis gəlib, kim gəlib. Başqa variantım qalmayıb.” 00001930-AUDİO-2025-04-01-15-01-47.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “görürsən, onunla görüşmürsən, mənlə üz üzə gəlmirsən. Nətər nə deyim mən, sən söz başa düşmürsən. Deyirəm ki, yoluna qoy, onu da eləmirsən, gör neçə ay keçib. Yanvar hara, aprel hara. Yanvarla aprelin arasında 3 ay var. sən 3 aydı yoxsan ortada, nəsə özün bilərsən.” 00001947-AUDİO-2025-04-01-15-05-14.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “neyniyək, o turbalar mənə lazım deyil, üç yüzlük turbalar göndərmisən mənə, mənə dörd yüzlük lazımdı ki, minimum bunu çəksin. Nəysə e, yəni ki heç bir əhəmiyyəti yoxdu da, sən heç nə eləmirsən. Neçə ay keçib üstündən, nə mənlə gəlib görüşürsən, nə atayla gəlib görüşüb bir kəlmə deyirsən. Özün ortalıqda yoxsan. Soruşanda Salyandayam, Qəbələdəyəm, ordayam, burdayam.” 00001975-AUDİO-2025-04-03-13-41-07.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “çağırdım gəlmədin deyəndə ki, gəlirəm başlayırsan elə sözlər deməyə ki, guya özün bilmirsən. Mən qaçıram o yan bu yana ki, biraz işlərimi görüm, belə pis çıxmasın mən nədənsə qaçmıram. Sizin işinizi həll eliyirəm. Deyirsən ki, yalançısan, lap deyək ki, hə sən deyən kimi yalançıyam, faktdı ki, amma yalançı da olsam doğruçu da olsam, istədiyin o pulun haqqını qaytarmalıyam da, ya istəyir mal formada ya pul formada. İndi mal formada demisən, həmin motorları da göndərəcəm sənə. Yalançı da olsam, doğruçu da olsam, bunun iki variantı var da.” 00001978-AUDİO-2025-04-03-13-41-48.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “verdiyim pulun haqqını qaytarmamısan axı, gözəl insan. Verdiyim pulun haqqı yoxdu axı. Heç nə yoxdu da yəni, turbadı, turbanın dəyəri nədi, onu ordan puldan çıx, pulumu qaytar. Qaytarmırsan axı, basıb yemisən.” 00001981-AUDİO-2025-04-03-13-43-42.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “deyirəm ki, qaqa Allaha and olsun, lap lazımi notariusla, ürəyin necə istəyir, hansı qaydada istəyir. Lap istəsən həftədə sənə min manat göndərim. Hər həftə gəlim görüşüm, verim onu sənə.” 00001986-AUDİO-2025-04-03-13-48-49.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “sənə axırıncı dəfə deyirəm, gəlib mənlə görüşməsən, sənin işini verəcəm. Hazırlayıb verirəm sənədləri, get 7-8 il içərdə yat, yaxşı maşennik? “Pulun deyir burda qalacaq hər şey” Elə bil sən pul qazanıb vermisən mənə, mənim pulumu basıb yeyib, deyir, burda qalacaq” 00001990-AUDİO-2025-04-03-13-55-47.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “bu altı bazar görüşək.” 00002107-AUDİO-2025-04-03-16-48-48.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “bax Elnur, o polis, o da sən, nə deyir elə də. Haqlısansa sənin nə vecinə. O polis, o da sən. 26 minlik pul almısan sən məndən, düzdü. Aldığın noyabr ayından bu yana üç minlik mal gətirmisən. Özün bir qərar ver də qardaş, mən nə deyirəm. Haqlı olan onlardı da hüquq-mühafizə orqanıdı. Nə deyirlərsə onu eləyirik, düzdü. Noyabrdan aldığın pul 26 mindi, gətirdiyin mal 2800.” 00002111-AUDİO-2025-04-03-16-51-25.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “2800 manatdı, maşın pulu zadlı 3000 manat pulum çıxıb mənim, karoçi. 3000 də çıxırsan ordan, qalan nə istirsən problem deyil. Həll eləyəcəm bir təhər.” 00002120-AUDİO-2025-04-03-16-54-09.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “doskonalni mənə qaiməylə göndərəcək ki, bu malı bu qiymətədi, fso. Sən özündən üç min qiymət qoyma e, 3 min zad deyil. Heç orda min manatlıq boru yoxdu. Narahat olma mən onu hesablatdıracam, ondan sonra qərarı verə bilərəm ki, hə burdan bu qədər pul çıxıram. Sən kimsən ki, özün özünə qərar verirsən, hə fso, qaldı 23 min. Yo fso, gəl götür apar, lazım deyil, neynirəm. Heç o mənə lazım deyil. Get sat üç mini ver mənə. Get o boruları sat üç mini ver mənə.” 00002122-AUDİO-2025-04-03-16-55-32.opus nömrəli xx/xx/2025 tarixli Təqsirləndirilən şəxs məxsus səs yazısından görünür ki, “elədisə, mən ora maşın göndərirəm. Mənə min manat deyil, mən ona 2800 manat pul, nağd əlbəəl hələ tək maşınsız pulum çıxıb. 3 minə satım eybi yox, maşın göndərirəm, qoy gəlsin. Mən burda yoxam, üç minə satacam, problem yoxdu. Mən sənə o pulu göndərim.” 00002123-AUDİO-2025-04-03-16-56-07.opus nömrəli xx/xx/2025 tarixli Zərərçəkmiş şəxs2 məxsus səs yazısından görünür ki, “mən də burda yoxam, özün gəlib təhvil alarsan, başqa maşın göndərmə, özün gəl götür. Sən gəlib təhvil alarsan. Özün gəlsən əgər, təhvil verəcəm, sən gəlsən təhvil verəcəm, başqa iti qurdu göndərmə üstümə. Gəl özün gəl təhvil al, yaxşı, götür apar. Mən də burda yoxam, rayondayam, üç-dörd gün sonra gələcəm.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. 14.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 177-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2. Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin Qərarın 27-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 139.0. Cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri;139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. 144-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Təqsirləndirilən şəxsin zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət əməlində özünü qismən təqsirli bilərək aldatmaq niyyətinin olmamasını, Zərərçəkmiş şəxs1 atası ilə əlaqədə olmasını, onların mallarının hazır olmasını, müstəntiqin də mallara baxış keçirdiyini, Günəşin tanışı Şamilin digər işlərin gecikməsini dediyinə görə onun işlərinin də qalmasını bildirmişdir, lakin onun bu cinayət əməli ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadəsi ilə təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı törətdiyi cinayət əməli ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, onlar arasında “Whatsapp” tətbiqi vasitəsilə aparılmış danışıqlarla, ödəniş qəbzləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə arasında müqavilə olmasına, 20000 manat pul almasına və çay evində havalandırma üçün dəliklər açmasına istinad edərək dələduzluq niyyətinin olmamasını göstərmişdir. İbtidai istintaqda verdiyi ifadəsində, həmçinin üzləşdirmə zamanı isə zərərçəkmiş şəxsə məxsus olan «Gilanar» çay evinə havalandırma sistemini çəkəcəyinə dair vəd verib 26000 manat pulunu əldə etdiyini, vədini yerinə yetirə bilmədiyini, götürdüyü pulları geri qaytara bilmədiyini etiraf etmişdir. Bu etirafı ilə təqsirləndirilən şəxs özü də yazılı razılaşmanın və çay evində havalandırma üçün açdırdığı dəliklərin dələduzluq niyyətini həyata keçirmək üçün vasitə olduğunu təsdiq etmişdir. Onun məqsədi dələduzluq niyyətini ört-basdır etmək və zərərçəkmiş şəxsdən yenidən pul istəmək olmuşdur. Həmçinin istintaq zamanı 2024-cü ilin təxminən oktyabr və ya noyabr ayında "xxxx" MMC-nin fəaliyyətinin dayandırıldığını bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə razılaşarkən həmin işin öhdəsindən gəlmək iqtidarında olmadığını bilmişdir. Bununla da onun əvvəlcədən özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilir. İş materialları ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə xx.xx.2024-cü il tarixdə yazılı formada razılaşaraq havalandırma və kondisioner sisteminin çəkilməsi üçün 12750 manat ilkin ödəniş almış, işin 45 gün ərzində, yəni xx.xx.2024-cü il tarixdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. İş başlayan zaman 25%, digər 25% iş bitəndə ödəniş olunacağı, bu müddət ərzində və sonrasında əlavə ödəniş olunmayacağını qeyd etmişdir. Bu sənədi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs yazılı müqavilə tələb etdiyi üçün imzalamış, həmin sənədi tərtib edib imzalaması isə aldatmanın üsulu kimi çıxış etmişdir. Sonrakı müddətdə növbəti gün mal göndərəcəyi adı ilə aldadaraq, həmçinin zərərçəkmiş şəxsə jestlər edəcəyi, avadanlıqlar hədiyyə edəcəyi, endirimlər edəcəyi kimi ifadələr işlədərək zərərçəkmiş şəxsin etibarını qazanmış, bu vasitələrlə Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 1850 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat və 515 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat, xx.xx.2024-cü il tarixdə 1100 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 2800 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 300 manat pulunu almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 əlbəəl aldığı 1850 və 2800 manatı etiraf etməsə də, zərərçəkmiş şəxslə olan “whatsapp” danışıqlarında həmin məbləğləri aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında çay evindəki işinin zərərçəkmiş şəxsin ucbatından baş tutmadığını bildirsə də, “Whatsapp” tətbiqi vasitəsilə aparılmış danışıqlarda zərərçəkmiş şəxsin ona dəfələrlə gəlib işə başlamağı, malları göndərməyi tələb etməsi, işlərinin ona görə gecikməsi, bunlar üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt verməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin göndərdiyi pulun oğurlandığı, yanlış rəngdə mal sifariş etdiyi, xəstə olması kimi müxtəlif bəhanələr gətirərək iş görməkdən və malları göndərməkdən yayınmışdır. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə göndərdiyi səs yazısından müəyyən olunur ki, o artıq polisə şikayət etmişdir. Göründüyü kimi zərərçəkmiş Zərərçəkmiş şəxs2 polisə şikayət etdikdən sonra təqsirləndirilən şəxs artıq tutulacağından qorxaraq ona boru göndərəcəyini, qoymağa yer olmadığını bildirmiş, zərərçəkmiş şəxs aldadıldığından haqqı olaraq ödəniş etdiyi 26715 manat pulun qarşılığında motor, kondisioner kimi avadanlığın tam göndərilməsini tələb etmiş, boruları isə təqsirləndirilən şəxsin onları qoymaq üçün yer tapmadığını dediyinə görə göndərə biləcəyini bildirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 motor, kondisioner kimi avadanlığın tam göndərilməsini tələb etməsinə baxmayaraq Təqsirləndirilən şəxs sadəcə motor göndərmiş, zərərçəkmiş şəxs isə onu dəfələrlə aldatdığı üçün artıq inanmadığından motorları mütəxəssisə yoxlatdırmış, onların işinə uyğun olmadığını müəyyən etmiş, həmin motorları Təqsirləndirilən şəxs qaytarmış, onunla yenidən çay evinə uyğun motor göndərməsinə dair razılaşmış, lakin Təqsirləndirilən şəxs yenə də vədinə əməl etməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə "xxxx" MMC ilə müqavilə bağlayaraq çay evinə havalandırma sistemi çəkdirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 tərəfindən iş üçün əhəmiyyətli olan hər hansı yazışma və səs yazısının silindiyi müəyyən edilməmiş, buna görə Təqsirləndirilən şəxs telefonuna baxış keçirilməsinə zərurət olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsini, istintaq zamanı sənədləri oxumadan imzalamasını bildirməsini özünümüdafiə xarakteri daşıyan və cinayət məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında qismən etirafedici ifadəsini, ibtidai istintaqda verdiyi ifadəsini, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrini, ödəniş qəbzlərini, “whatsapp” tətbiqi ilə aparılmış danışıqları, üzləşdirmə protokolunu və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir və cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibinin olması, onun cinayətlərin törədilməsində aidiyyəti və cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Günəş Mustafayevə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş Zərərçəkmiş şəxs3 qismən ödəniş etməsi və himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən yuxarıda sadalanan halları və ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində daha yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin etməyəcək və yeni cinayətlərin törədilməsinin qarşısını alınmasına səbəb olmayacaq. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 6 (altı) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 31 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında “whatsapp” tətbiqi vasitəsilə aparılmış danışıq, fotoşəkil, videogörüntülərin əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 10 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 110 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 06 (altı) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında “whatsapp” tətbiqi vasitəsilə aparılmış danışıq, fotoşəkil, videogörüntülərin əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanın ödənməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 10 iş saatı üçün 110 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №1(019)-103/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-103/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver