Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-104/2023 06.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər- Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxxx 1998-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə; TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxx 2001-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 240.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay müddətə azaldılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 05 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş,Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan, faktiki olaraq Balakən şəhəri H.Əliyev prospekti 63 nömrəli ünvanda yaşayan və barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 2022-ci ilin iyul ayınının əvvəllərində Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisindən keçən “Mazımçay” adlı çayın kənarında kolluq sahədə aşkar etdiyi yabanı halda bitmiş bir ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığaraq əldə etdiyi istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını elə həmin tarixdə Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisindən keçən “Mazımçay” adlı çayın kənarındakı kolluq sahədə torpağa qəsdən, qanunsuz olaraq əkərək həmin toxumlardan bitmiş xeyli miqdar hesab edilən, yəni 07 ədəd uzunluqları 125 sm-dən 168 sm-dək, ümumi çəkiləri 117,78 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 2022-ci ilin noyabr ayının əvvəllərində əkib-yetişdirərək kultivasiya etdiyi həmin 07 ədəd çətənə (kannabis) bitkilərinin üzərindən yararlı hissələrini toplayıb qurutmaqla, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 24,50 qram olan,tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq əvvəlcə aparıb Balakən rayon Gərəkli kəndi ərazisindəki yaşadığı evin həyətində olan mal tövləsində gizlədərək saxlamış, daha sonra xx.xx.2023-cü il tarixdə axşam saatlarında əldə etdiyi həmin narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd salfet kağızı bükümündə təmiz çəkisi 8,79 qram olan hissəsini qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq birlikdə istifadə etmələri üçün əvəzsiz olaraq Balakən rayonu Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində tanışı Təqsirləndirilən şəxs1 vermiş, geriyə qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 15,71 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı isə həmin tarixdən etibarən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əynindəki göy rəngli cins şalvarın sol yan cibində daşıyaraq üzərində saxlamışdır.12 may 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 15,71 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə saat 02:50dən saat 03:15-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş, eləcə də, həmin tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq verdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd salfet kağızı bükümündə təmiz çəkisi 8,79 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana həmin tarixdə 05:35-dən saat 05:57-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12 may 2023-cü il tarixdə saat 06:30-dan 07:15-dək olan müddət ərzində keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, əkib yetişdirməklə kultivasiya etdiyi, xeyli miqdar hesab edilən, yəni 07 ədəd uzunluqları 125 sm-dən 168 sm-dək, ümumi çəkiləri 117,78 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisindən keçən “Mazımçay” adlı çayın kənarındakı kolluq sahədən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 11 may 2023-cü il tarixdə axşam saatlarında Balakən rayonu Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində tanışı Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq birlikdə istifadə etmələri üçün əvəzsiz olaraq gətirdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd salfet kağızı bükümündə təmiz çəkisi 8,79 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əldə edib əynindəki qara rəngli gödəkcənin sağ yan cibində saxlamışdır.12 may 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 rayon polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 05:35-dən saat 05:57-dək olan müddət ərzində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd salfet kağızı bükümündə təmiz çəkisi 8,79 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərini törətmələri məhkəmə iclasında Təqsirləndirilən şəxs2 etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hal-hazırda ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır.Təxminən 2 ildir ki, narkotik vasitələrdən istifadə edir. 2022-ci ilin iyul ayının əvvəllərində yaşadığı Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisindən keçən “Mazımçay” adlı çaya çimmək üçün getmişdir. Həmin vaxt çayın kənarında özüözünə bitən 01 ədəd yabanı halda olan narkotik bitkisini görmüşdür.Narkotik vasitə istifadə etdiyi üçün həmin bitkinin üzərində olan 8 ədəd toxumları yığaraq gələcəkdə istifadə etmək üçün narkotik bitkisini əkməyi düşünmüşdür. Bunun üçün də həmin gün yığdığı 8 ədəd toxumları Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisində həmin yabanı halda bitmiş narkotik bitkisini aşkar etdiyi yerdə kolluq sahədə torpağa əkmişdir. Həmin toxumlardan 07 ədədi cücərib inkişaf edərək bitmişdir. Həmin 07 ədəd bitkilərə vaxtaşırı qulluq etmiş, diblərini yumşaldıb, alaq otlarından təmizləyib və suvarmışdır. Sonradan hazırda xatırladığı qədəri ilə 2022-ci ilin sentyabr ayının əvvəllərində Rusiya Federasiyasına işləmək üçün getmişdir. 2022-ci ilin oktyabr ayının sonlarında isə dəqiq xatırlamadığı gün Rusiya Federasiyasından yaşadığı Balakən rayonuna qayıtmışdır.2022ci ilin noyabr ayının əvvəllərində dəqiq xatırlamadığı gün o, narkotik bitkisini əkdiyi həmin yerə getmişdir. Orada bitən 7 ədəd narkotik bitkisinin üzərindəki yararlı hissələri yığmış və həmin yerdən tapdığı sellofan bükümə doldurub cibinə qoymuşdur. Bundan sonra o, həmin yerdən çıxıb evə gəlmiş və içərisinə narkotik doldurduğu sellofan bükümü yaşadığı evin həyətində olan mal tövləsində gizlətmişdir. Həmin vaxtdan sonra isə mütəmadi olaraq narkotik vasitədən götürüb istifadə etmişdir.xx.xx.2023-cü il tarixdə axşam saatlarında o,dostu Təqsirləndirilən şəxs1 zəng edərək harada olmasını soruşmuş, Məhəmməd də ona Balakən rayon Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində yerləşən “Nənəmin Təndiri” adlı kafedə Emin Hüseyinov adlı şəxslə birlikdə olduğunu demişdir. O, Məhəmmədgilin yanına getmiş, birlikdə pivə içmişlər. Sonra o, Məhəmmədə nəşə çəkmək istəyib-istəməməsini soruşmuş, Məhəmməd nəşə çəkmək istədiyini bildirmişdir. Bundan sonra Məhəmməd yanında olan dostu Emindən nəşə çəkmək istəyib-istəməməsini soruşmuşdur. Emin də nəşə çəkmək istədiyini bildirmişdir. Bundan sonra onlar birlikdə onun yaşadığı evə getmişlər. Evə çatanda Məhəmməd və Emin küçədə gözləmişlər, o isə gedib mal tövləsində gizlətdiyi, sellofan bükümdə olan narkotiki mal tövləsindən götürərək istifadə etməkləri üçün cibinə qoyub Məhəmməd və Eminin yanına qayıtmış, birlikdə yenidən kafeyə getmişlər. Onlar bir qədər orada oturduqdan sonra çay içmək üçün kafedən çıxıb Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində yol kənarında yerləşən digər bir çayxanaya getmişlər. Orada bir müddət oturub çay içdikdən sonra xx.xx.2023-cü il tarixdə saat artıq 02 radələrində o, üzərində götürdüyü narkotik vasitəni çəkmək üçün cibindən təxminən yarısını çıxardıb salfet kağızında stolun üzərinə qoymuşdur ki, Təqsirləndirilən şəxs1 və Şahid6 ilə birlikdə istifadə edərlər. Həmin vaxt çayxanaya tanımadıqları şəxslər daxil olmuşdurlar. Təqsirləndirilən şəxs1 da onun çıxardığı narkotik vasitəni götürərək cibinə qoymuşdur. Bundan sonra çayxanaya gəlmiş mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və üzərlərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduqlarını deyərək onların üzərində şəxsi axtarış aparmadan onları Balakən RPŞ-nə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə razılaşaraq Balakən RPŞnə gəlmişlər.Polis Şöbəsində xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Cəngavər Təhməzli tərəfindən ona Balakən rayon Vəkillər Bürosunun siyahısı təqdim edilmiş, daha sonra onun vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman ona üzərində hər hansı qeyri- qanuni əşya və predmetin olub-olmadığı barədə sual verilmiş, o da əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı 01 ədəd sellofan bükümdə olan narkotiki çıxardıb təqdim etmişdir. Həmin sellofan büküm elektron tərəzidə çəkilərkən çəkisi 17,65 qram təşkil etmişdir. Daha sonra həmin sellofan büküm narkotik vasitə ilə birlikdə kağız zərfdə qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa da üzərində şəxsi axtarış aparılan zaman başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra da şəxsi axtarış zamanı ona, başqa hər hansı bir yerdə narkotik vasitə saxlayıb-saxlamamağı barədə sual verilmiş, o da həmin narkotik vasitəni yaşadığı Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisində əkmiş olduğu 07 ədəd narkotik tərkibli bitkilərdən əldə etdiyini, həmin yeri də göstərə biləcəyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra polis əməkdaşları, vəkil və dəvət edilmiş mütəxəssis aqronomun iştirakı ilə onun qeyd etdiyi torpaq sahəsinə baxış keçirilməsi üçün getmişlər. Baxış zamanı həmin narkotiki əldə etdiyi bitkiləri əkdiyi yeri göstərmiş, həmin yerdən 07 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Aşkar edilmiş 07 ədəd narkotik tərkibli çətənə bitkilərinin hündürlükləri ölçüldükdə 125 smdən 168 sm-dək olmuşdur. Həmçinin baxışda iştirak edən mütəxəssis aqronom aşkar edilmiş 07 ədəd bitki hissələrinə baxaraq narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olmasını bildirmişdir. Baxış zamanı həmin sahədə başqa qanunsuz saxlanılan əşya, predmet və sairə aşkar edilməmişdir. Həmin 07 ədəd bitkilər bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra isə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə bioloji ekspertizasının 12 may 2023-cü il tarixli 17/391 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 15,71 qram, aşkar edilmiş 07 ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kanabis) bitkiləridir. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir.Əməlindən peşimandır. O, Vətən müharibəsi veteranıdır. Müharibədə göstərdiyi sücaətlərə görə “Cəbrayılın azad olunması”, “Zəngilanın azad edilməsi uğrunda”, ”Vətən müharibəsi iştirakçısı” medalları ilə və fəxri fərmanla təltif olunmuşdur. Bir daha belə əməllərə yol verməyəcəkdir.Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 240.2.1ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Həmçinin Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 05 ay 29 gün vaxtından əvvəl şərti azad edilmişdir. O, barəsində hazıkı cinayət işi başlamazdan əvvəl, təxminən 2-3 ay hərdən narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında dostu və tanışı Emin Hüseyinov ilə birlikdə Balakən rayonu Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində yerləşən “Nənəmin Təndiri” adlı kafedə pivə içən zaman digər dostu Təqsirləndirilən şəxs2 ona zəng edərək, ondan harada olmağını soruşmuşdur. O, da Pərvizə olduğu ünvanı, yəni Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində yerləşən “Nənəmin Təndiri” adlı kafedə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 da ora gəlmişdir. Onlar birlikdə pivə içmişlər.Sonra Pərviz ona istifadə etməkləri üçün narkotik vasitə gətirmək istədiyini bildirmiş, o da narkotik vasitə istifadə etdiyi üçün Pərvizlə razılaşmışdır. Həmçinin bu barədə yanında onunla birlikdə olan Emin Hüseyinova da bildirmişdir. Emin Hüseyinov da narkotik vasitə istifadə etdiyi üçün Təqsirləndirilən şəxs2 narkotik vasitə gətirəcəyi halda narkotik vasitə istifadə etmək istədiyini bildirmişdir. Bundan sonra onlar birlikdə Pərvizin yaşadığı evin yanına getmişlər. Ora çatanda o və Emin küçədə gözləmiş, Pərviz isə narkotiki gətirmək üçün həyətlərinə keçmişdir. Bir azdan Pərviz qayıtmış, onlar birlikdə yenidən “Nənəmin Təndiri” adlı kafeyə gəlmişlər.Daha sonra onlar razılaşaraq həmin yerdən çay içmək üçün Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində yolun kənarında yerləşən çayxanaya getmişlər. Həmin çayxanada olduqları zaman Pərviz istifadə etməkləri üçün cibindən sellofana bükülmüş narkotiki çıxardaraq bir hissəsini stolun üzərinə qoymuşdur. Bir az keçmiş o, həmin yerə polis əməkdaşlarının gəldiyini görüb cəld şəkildə stolun üzərindəki bir ədəd salfet bükümdə olan narkotiki həmin salfet bükümlə birlikdə əynindəki gödəkçəsinin sağ yan cibinə qoyaraq saxlamışdır.Lakin həmin narkotik vasitədən onlar istifadə etməmişdirlər. Onlar həmin çayxanada olduqları zaman saat 22 radələrində mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və üzərlərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını deyərək onları Balakən RPŞ-nə dəvət etmişlər. Həmin vaxt polis əməkdaşları onun cibində olan narkotiki götürmüşlər. Onlar polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-nə gəlmişlər. Polis Şöbəsində olarkən Cahid adlı polis əməkdaşı ondan götürülmüş narkotiki deyil, içində daha çox narkotik olan bükülünü ona vermiş, cibinə qoymasını demişdir. O, bu narkotikin çox olduğunu bildirmiş, Cahid ona demişdir ki, yarım kiloya kimi narkotikə görə cəza eynidir. Ona görə də narahat olmasın.Polis şöbəsində xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Cəngavər Təhməzli tərəfindən ona Balakən rayon Vəkillər Bürosunun siyahısı təqdim edilmiş, daha sonra onun vəkillər siyahısından seçdiyi vəkil X11 Balakən RPŞ-nə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmiş, həmin vaxt o, əynindəki gödəkçənin sağ yan cibində saxladığı, içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd salfet kağızını çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd salfet kağızı təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılmış, ona həmin 01 ədəd salfet kağızının içərisindəkinin nə olması barədə sual verilmiş, o da salfet kağızının içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd salfet kağızı içərisindəki narkotik vasitə ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, 01 ədəd salfet kağızının içərisindəki narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə ümumi çəkisi 9,53 qram təşkil etmişdir. Həmin 01 ədəd salfet kağızı içərisindəki narkotik vasitə ilə birlikdə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır.Polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilməmişdir.Onda olan narkotik az miqdarda olmuşdur. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. O, 2 ildir ki, narkotik vasitədən istifadə edir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında dostu və tanışı Təqsirləndirilən şəxs1la birlikdə Balakən rayonu Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində yerləşən “Nənəmin Təndiri” adlı kafedə pivə içən zaman Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 Məhəmmədə zəng edərək, harada olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs1 da Pərvizə olduqları ünvanı, yəni Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində yerləşən “Nənəmin Təndiri” adlı kafedə olduğunu bildirmişdir.Daha sonra Təqsirləndirilən şəxs2 Məhəmmədə istifadə etmək üçün narkotik gətirmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs1 da narkotik vasitə istifadə etdiyi üçün Pərvizlə razılaşmışdır. Həmçinin bu barədə ona bildirdikdə o da narkotik vasitə istifadə etdiyi üçün Təqsirləndirilən şəxs2 narkotik vasitə gətirəcəyi halda narkotik vasitə istifadə etmək istədiyini bildirmişdir. Bundan bir az sonra Təqsirləndirilən şəxs2 həmin yerə gəlmiş, daha sonra onlar razılşaraq həmin yerdən çay içmək üçün Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində yolun kənarında yerləşən çayxanaya getmişlər. Həmin çayxanada olduqları zaman Pərviz istifadə etməkləri üçün cibindən sellofana bükülmüş narkotiki çıxardaraq təxminən yarısını stolun üzərinə qoymuşdur. Bir az keçmiş həmin yerə polis əməkdaşlarının gəldiyini görüb Təqsirləndirilən şəxs1 cəld şəkildə stolun üzərindəki bir ədəd salfet bükümdə olan narkotiki həmin salfet bükümlə birlikdə əynindəki gödəkçənin sağ yan cibinə qoyaraq saxlamışdır. Lakin həmin narkotik vasitədən onlar istifadə etməmişdirlər. Onlar həmin çayxanada olduqları zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və üzərlərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını deyərək onları Balakən RPŞ-nə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə razılaşaraq Balakən RPŞ-nə gəlmişlər. Polis şöbəsində xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Cəngavər Təhməzli tərəfindən ona Balakən rayon Vəkillər Bürosunun siyahısı təqdim edilmiş, daha sonra onun vəkillər siyahısından seçdiyi müdafiəçi X1 RPŞ-nə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmişdir. O da üzərində hər hansı qeyri-qanuni əşya, predmet, narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış davam etdirilsə də onun üzərindən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonra onu buraxmışlar. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. O, həmçinin göstərdi ki, çay içdikləri kafedə polis əməkdaşları tərəfindən Məhmməd Yusifovun və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmamış, Məhəmmədin üzərindən narkotikin götürülməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru rütbəsini daşıyır. 12 may 2023-cü il tarixdə Balakən rayon sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid6 qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və mütəmadi olaraq üzərlərində narkotik vasitə daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra daxil olmuş məlumat tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin məlumatın yoxlanılması, yəni Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid6 cinayət əməlinin ifşa olunması məqsədi ilə Balakən RPŞ-nin əməkdaşları ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı həmin tarixdə saat təxminən 02 radələrində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid6 Balakən rayonu Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində saxlanılmışlar və dəvət olunaraq Balakən RPŞ-nə gətirilmişlər. Balakən RPŞ-nə gəldikdən sonra ilk öncə Təqsirləndirilən şəxs2 Təhqiqat Bölməsinin təhqiqatçısı polis leytenantı Cəngavər Təhməzli tərəfindən təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi1 Balakən RPŞ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Cəngavər Təhməzli tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Cəngavər Təhməzli tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuş və üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmiş, bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim edərək həmin kütlənin narkotik vasitə marixuana olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin həmin kütləni 2022-ci ilin iyul ayında Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisində olan kolluq sahədə əkib-becərdiyi 07 ədəd narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığmaqla əldə etdiyini, həmin 07 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yeri göstərə biləcəyini də bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan büküm təhqiqatçı Cəngavər Təhməzli tərəfindən açılan zaman içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 17,65 qram təşkil etmişdir. Həmin sellofan büküm təhqiqatçı Cəngavər Təhməzli tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Balakən RPŞ-nə gətirilmiş X8 təhqiqatçı Cəngavər Təhməzli tərəfindən təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil X1 RPŞ-nə dəvət olunmuş və bundan sonra Şahid6 şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Cəngavər Təhməzli tərəfindən Emin Hüseyinovun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Cəngavər Təhməzli tərəfindən şübhəli şəxs Emin Hüseyinova hüquq və vəzifələri izah olunmuş və üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmişdir. Bu zaman şübhəli şəxs Emin Hüseyinov üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə olmadığını bildirmişdir. Şəxsi axtarış davam etdirilən zamanı şübhəli şəxs Emin Hüseyinovun üzərindən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Balakən RPŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs1 təhqiqatçı Cəngavər Təhməzli tərəfindən təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil X11 Balakən RPŞ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Cəngavər Təhməzli tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Cəngavər Təhməzli tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuş və üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmişdir. Bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd ağ salfet büküm çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 həmin kütlənin narkotik vasitə marixuana olduğunu, şəxsi istifadəsi üçün dostu Təqsirləndirilən şəxs2 götürdüyünü, Balakən rayonu Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində yerləşən çayxanada istifadə etmək istəyərkən dostu Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni masanın üstünə qoyduğunu, polis əməkdaşları yaxınlaşan zaman ağ salfet bükümdəki həmin bitki kütləsini cibinə qoyduğunu bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi salfet büküm təhqiqatçı Cəngavər Təhməzli tərəfindən açılan zaman içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd salfet büküm təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 9,53 qram təşkil etmişdir. Həmin salfet büküm təhqiqatçı Cəngavər Təhməzli tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 2022-ci ilin iyul ayında Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisində olan kolluq sahədə əkib-becərdiyi 07 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yeri göstərə biləciyini bildirdiyi üçün 12 may 2023-cü il tarixdə saat təxminən 06 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2, onun müdafiəçisinin, baxış keçirilməsində iştirak etmək üçün dəvət edilmiş mütəxəssis aqronom Şahid5 və polis əməkdaşlarının iştirakları ilə qeyd olunan əraziyə baxış keçirilməsi üçün getmişlər. Həmin əraziyə Təqsirləndirilən şəxs2 göstərməsi ilə yaxınlaşmışlar və qeyd olunan əraziyə çatdıqda Təqsirləndirilən şəxs2 qeyd etdiyi “Mazımçay” adlı çayın kənarındakı kolluq sahədə əkib-becərdiyi 07 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri təqdim etmişdir. Həmin bitkiləri 2022-ci ilin iyul ayının əvvəllərində əkdiyini bildirmişdir. Baxışda iştirak edən mütəxəssis aqronom Şahid5 aşkar edilmiş 07 ədəd bitkilərin narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olduğunu və həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Aşkar edilmiş bitkilər kökündən çıxarılıb ölçülmüş, hündürlükləri 125 sm-dən 168 sm-dək olduğu məlum olmuşdur. Həmin 07 ədəd bitkilər 1 ədəd kağız kisədə qablaşdırılaraq DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Şəxsi axtarışlar və baxış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Arif Ağcayev tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. O, həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs1 və digərlərinin olduğu kafedə onların üzərində şəxsi axtarış aparılmamış, Təqsirləndirilən şəxs1 üzərindəki narkotik vasitə götürülməmişdir. Təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış Balakən Rayon Polis Şöbəsində aparılmışdır. Əməliyyat qrupunda bir təhqiqatçı olduğundan şübhəli şəxslərin üzərində şəxsi axtarış növbə ilə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1la oxşar məzmunlu ifadələr verərək onun göstərdiklərini təsdiq etmişlər. Şahid qismində dindirilən Şahid4 məhkəmə iclasında Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. O, əlavə olaraq göstərdi ki, kafedə Təqsirləndirilən şəxs1 və digərlərinin üzərinə baxış keçirilməmiş, şəxsi axtarış aparılmamış, Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitə götürülməmişdir. Həmçinin Balakən Rayon Polis Şöbəsində o, Təqsirləndirilən şəxs1 narkotik verməmiş, ona "yarım kiloqrama kimi narkotikə görə cəza eynidir, narahat olma" deməmişdir. Təqsirləndirilən şəxs1 qeyd edilənlər barədə göstərdikləri yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Balakən rayon Hənifə kənd icra nümayəndəsi vəzifəsində çalışır. 12 may 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları onu Balakən RPŞ-nə dəvət etmişdir. O, Balakən RPŞ-nə gələndən sonra polis əməkdaşları ona Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 yaşadığı Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkdiyini, buna görə də həmin əraziyə baxış keçirəcəklərini, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilib-edilmədiyi barədə rəy verməyini ondan xahiş etmişlər. O da polis əməkdaşlarına razılıq vermişdir. Buna görə də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2, müdafiəçisi və bir qrup polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs2 Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisində yerləşən kolluq sahəyə baxış keçirilməsi üçün getmişlər. Həmin yerə çatdıqda Təqsirləndirilən şəxs2 07 ədəd çətənə bitkilərini onlara təqdim etmişdir. O, həmin bitkilərə baxaraq narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olduğunu, həmçinin ətrafının təmizləndiyini, diblərinin yumşaldığını, buna görə də həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş bitkilər kökündən çıxarılmış, ölçülmüş, hündürlükləri 125 sm-dən 168 sm-dək olmuşdur. Daha sonra aşkar edilmiş 07 ədəd çətənə bitkilərinə oxşar bitkilər 1 ədəd kağız kisədə qablaşdırılmış, kağız kisənin üzəri möhürlənmiş və iştirakçılarla birlikdə üzərini də imzalamışlar. Bundan sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 vəsatəti əsasında şahid qismində dindirilən Şahid7 məhkəmə iclasında göstərdi ki, Balakən rayonu Mahamalar kəndində yaşayır, Təqsirləndirilən şəxs1la mehriban münasibəti vardır.11 may 2023-cü il tarixdə axşam saatlarında Soltanov Əzizlə birlikdə Balakən rayonunun Qasbinə kəndi ərazisində yerləşən, adını xatırlamadığı kafedə oturub çay içmişlər. Təxminən yarım saat sonra saat 20:30-21:30 radələrində Məhəmməd iki nəfərlə kafeyə gəlib onlarla salamlaşmış və kafenin həyətinin digər tərəfinə keçmişlər. Onlar oturan yerlə Məhəmmədgilin getdiyi yerin arasında divar olduğundan onun otaqda yaxud həyətdə oturduğunu görməmişdir.Təxminən 20 dəqiqə sonra 6-7 nəfər polis əməkdaşı gəlib Təqsirləndirilən şəxs1gilin qolundan tutub aparmışlar. Həmin vaxt Məhəmmədgilin hər hansı narazılıq etmələrini eşitməmişdir. İşin 1-ci cild 22-24-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 12 may 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 02:50-dən 03:15-dək olan müddətdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla yaşayan Şabanov X9 rayonu Mahamalar kəndində qeydiyyatda olan, faktiki olaraq Balakən rayonu H.Əliyev prospekti 63 nömrəli ünvanda yaşayan Təqsirləndirilən şəxs1 və Şahid6 üzərlərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğundan Balakən RPŞ-nə gətirilmişlər. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş və vəkillər siyahısından seçdiyi Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs2 AR CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim edərək həmin kütlənin narkotik vasitə marixuana olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin həmin kütləni 2022-ci ilin iyul ayında Balakən rayonu Poştbinə kəndində olan kolluq sahədə əkib-becərdiyi 07 ədəd narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığmaqla əldə etdiyini, Balakən rayonu Qasbinə kəndində yolun üst hissəsində olan kafedə istifadə etmək istəyərkən təxminən yarısını stolun üstünə qoyduğunu, polis əməkdaşları yaxınlaşan zaman dostu Məhəmməd stolun üzərində olan narkotiki ağ salfetə bükərək cibinə qoyduğunu, qeyd etdiyi 07 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yeri göstərə biləciyini bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş, sellofan büküm ilə birlikdə ümumi çəkisi 17,65 qram təşkil etmişdir. Aşkar edilmiş bitki kütləsi 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən digər qanunsuz əşya, predmet aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 Balakən RPŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış “Panasonic” markalı videokamera vasitəsilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə olunmuşdur. Tərtib olunmuş protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 1-ci cild 65-67-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 12 may 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan, faktiki olaraq Balakən şəhəri H.Əliyev prospekti 63 nömrəli ünvanda yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur.Həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 05:35-dən 05:57-dək olan müddətdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş və vəkillər siyahısından seçdiyi Məlahət Emçiyevanın və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 AR CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd ağ salfet bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim edərək həmin kütlənin narkotik vasitə marixuana olduğunu, şəxsi istifadəsi üçün dostu Təqsirləndirilən şəxs2 götürdüyünü, Balakən rayonu Qasbinə kəndində yolun üst hissəsində yerləşən çayxanada istifadə etmək istəyərkən dostu Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni stolun üstünə qoyduğunu, polis əməkdaşları yaxınlaşan zaman ağ salfet bükümdə həmin bitki kütləsini cibinə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd ağ salfet bükümdə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş, salfet büküm ilə birlikdə ümumi çəkisi 9,53 qram təşkil etmişdir. Aşkar edilmiş bitki kütləsi 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən digər qanunsuz əşya, predmet aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 Balakən RPŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir.Şəxsi axtarış “Panasonic” markalı videokamera vasitəsilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə olunmuşdur.Tərtib olunmuş protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 1-ci cild 72-74-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 12 may 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 06:30-dan 07:15-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 Balakən rayonu Poştbinə kəndi ərazisində qarğıdalı sahəsinin yanında olan kolluq ərazidə əkib becərdiyi 07 ədəd narkotik tərkibli çətənə bitkisinin olduğu əraziyə Təqsirləndirilən şəxs2, vəkili Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxışda alim aqronom Şahid5 rəy vermək üçün iştirak etmişdir. Keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 qeyd etdiyi ərazidən 07 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar hissəciklər aşkar edilmişdir. Alim aqronom Şahid5 həmin bitki hissələrinin çətənə bitkisinə oxşadığını, eyni zamanda qurumamışdan əvvəl qulluq olunana oxşadıqlarını və diblərinin alaqdan təmizləndiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin bitki hissəciklərini qeyd edilən ərazidə yabanı halda bitən narkotik tərkibli çətənə bitkisinin üzərindən yığdığı toxumları əkib-becərdiyini bildirmişdir. Qeyd edilən ərazidə aşkar edilmiş 07 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar hissəciklər ölçülmüş və hündürlükləri 125 sm-dən 168-sm-dək olmaları müəyyən edilmiş,həmçinin 1 ədəd ağ kağız kisəyə qoyulub qablaşdırılmış və götürülmüşdür. Baxış “Panasonic” markalı videokamera vasitəsilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə olunmuşdur.Tərtib olunmuş protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 1-ci cild 90-93-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsinin 12 may 2023-cü il tarixli 17/391 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs2 üzərindən çıxmış narkotik vasitə marixuanaya oxşar bitki kütləsi." yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 15,71 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olar çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər bitki kütləsi." yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01(bir) ədəd salfet kağızı bükümündə, təmiz çəkisi- 8,79 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olar çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs2 əkdiyi 7 ədəd çətənə bitkisi kollarına oxşar hissələr.” yazısı, adlar və imzalar olan kağız torbanın içərisində: -uzunluqları 125 sm-dən 168 sm-dək, ümumi çəkiləri -117,78 qram olan 07 (yeddi) ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid5 12 may 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar ilə 01 (bir ədəd çətənə (kannabis) bitkisi tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş digər 06 (altı) ədəd çətənə bitkilərinin üzərlərində yarpaqları olmadığından onların qurudulmuş marixuanalarla müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı. Qeyd:1)Çətənə bitkilərinin ümumi çəkisi -117,78 qr,. cəmi tədqiqata sərf edildi-0,70 qr, (hər bitkidən 0,10 qr) qalıq-117,08 qr. 2)Qurudulmuş marixuananın təmiz çəkisi -15,71 qr,. tədqiqata sərf edildi-0,05 qr, qalıq- 15,66 qr. 3)Qurudulmuş marixuananın təmiz çəkisi -8,79 qr,. tədqiqata sərf edildi-0,05 qr, qalıq- 8,74 qr. İşin 1-ci cild 221-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış 05 iyun 2023-cü il tarixli 976 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2n narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cild 222-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış 05 iyun 2023-cü il tarixli 1063 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cild 75-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinin ərazisində kolluq sahədə aşkar edilmiş 07 ədəd hündürlükləri 1 metr 25 sm-dən 1 metr 68 sm-dək olan bitkilər qurumuş vəziyyətdə olan narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərdir. Aşkar edilmiş 07 ədəd bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibləri alaq otlarından təmizlənmişdir. İşin 1-ci cild 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 12 may 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 12 may 2023-cü il tarixdə saat 02:30-da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 1-ci cild 59-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 12 may 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 12 may 2023-cü-ci ildə saat 05:15-də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 1-ci cild 171-173,176-cı vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən 13 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə aktdan görünür ki,Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o,14 may 2023-cü il tarixdə saat 02.30-da Balakən rayon PŞ-nin MSY-dən azad edilmişdir. İşin 1-ci cild 167-168, 177-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən 13 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə aktdan görünür ki,Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, 14 may 2023-cü il tarixdə saat 05.15də Balakən rayon PŞ-nin MSY-dən azad edilmişdir. İşin 1-ci cild 205-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cild 6-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli 459 nömrəli arayışdan görünür ki, Şabanov X9 rayonu Gərəkli kəndində yaşayır, himayəsində atası və anası vardır. İşin 2-ci cild 7-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan N nömrəli hərbi hissənin komandiri polkovnik Klos Abbasov tərəfindən 11 yanvar 2021-ci il tarixdə verilmiş Fəxri Fərmandan görünür ki, əsgər Şabanov X6 və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş İ-22059 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2714 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs2 “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş İ-6728 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2713 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs2 “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş İ-87604 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikasının Baş Nazirinin 2022-ci il 5 noyabr tarixli 671 s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı “ medalı ilə təltif edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Vətən müharibəsi iştirakçısı kimi Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüd - 80 manat müavinət alır. İşin 1-ci cild 206-207-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Yusifov X7 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4 bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 05 ay 29 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. İşin 2-ci cild 37-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli 1132 nömrəli arayışdan görünür ki, Yusifov X7 rayonu H.Əliyev prospekti 63 nömrəli evdə yaşayır. Himayəsində dayısı, xalası, anası, dayısının yoldaşı, dayısı uşaqları vardır. İşin 2-ci cild 36-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş İ-78690 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikasının Baş Nazirinin 2022-ci il 21 aprel tarixli 250 s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı “ medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi Şəxsinin 6782 nömrəli 18 oktyabr 2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkotiklərdən asılılıq əlamətləri aşkar olunmur.Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə şahidlər- Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 və X5 ifadələrini, 12 may 2023-cü il tarixli 17/391 nömrəli məhkəmə bioloji ekspertizasının rəyini, Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasının 05 iyun 2023-cü il tarixli 976 nömrəli rəyini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasının 05 iyun 2023-cü il tarixli 1063 nömrəli rəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi Şəxsinin 6782 nömrəli 18 oktyabr 2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi arasında ziddiyyət olmasını, Respublika Narkoloji Mərkəzi Publik hüquqi Şəxsinin 6782 nömrəli 18 oktyabr 2023-cü il tarixli rəyinin daha sonra verilməsini, Respublika üzrə ixtisaslaşmış tibb müəssisəsi tərəfindən verilməsini nəzərə alaraq məhkəmə Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasının 05 iyun 2023-cü il tarixli 1063 nömrəli rəyini sübut kimi qəbul etmir,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi Şəxsinin 6782 nömrəli 18 oktyabr 2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Özündə az miqdarda narkotik vasitə olması, onda olan narkotik vasitənin polis əməkdaşları tərəfindən çay içdikləri kafedə götürülməsi, əvəzinə polis əməkdaşları tərəfindən daha artıq miqdarda narkotik vasitənin ona verilməsi, onların 11 may 2023-cü il tarixdə saat 22 radələrində Balakən Rayon Polis Şöbəsinə aparılmaları barədə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə (ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələr, şübhəli şəxs qismində üzərində axtarış aparılarkən qeydə alınmış video görüntü, digər təqsirləndirlən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və s. ilə) təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2-3 aydır ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında dostu və tanışı Şahid6 ilə birlikdə Balakən rayonu Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində yerləşən “Nənəmin Təndiri” adlı kafedə pivə içən zaman digər dostu Təqsirləndirilən şəxs2 ona zəng edərək, ondan harada olmağını soruşmuşdur. O, da Pərvizə olduğu ünvanı, yəni Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində yerləşən “Nənəmin Təndiri” adlı kafedə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 ona istifadə etməkləri üçün narkotik vasitə gətirmək istədiyini bildirdikdə, o da narkotik vasitə istifadə etdiyi üçün Pərvizlə razılaşmışdır. Həmçinin bu barədə yanında onunla birlikdə olan Şahid6 da bildirmişdir. Şahid6 da narkotik vasitə istifadə etdiyi üçün Təqsirləndirilən şəxs2 narkotik vasitə gətirəcəyi halda narkotik vasitə istifadə etmək istədiyini bildirmişdir. Bundan bir az sonra Təqsirləndirilən şəxs2 həmin yerə gəlmiş, daha sonra onlar razılaşaraq həmin yerdən çay içmək üçün Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində yolun kənarında yerləşən çayxanaya getmişlər.Həmin çayxanada olduqları zaman Pərviz istifadə etməkləri üçün cibindən sellofana bükülmüş narkotiki çıxardaraq təxminən yarısını stolun üzərinə qoymuşdur.Bir az keçmiş o, həmin yerə polis əməkdaşlarının gəldiyini görüb cəld şəkildə stolun üzərindəki bir ədəd salfet bükümdə olan narkotiki həmin salfet bükümlə birlikdə əynindəki gödəkçəsinin sağ yan cibinə qoyaraq saxlamışdır. Lakin həmin narkotik vasitədən onlar istifadə etməmişdirlər. Onlar həmin çayxanada olduqları zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və üzərlərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını deyərək onları Balakən RPŞ-nə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə razılaşaraq Balakən RPŞ-nə gəlmişlər. Polis şöbəsində xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Cəngavər Təhməzli tərəfindən ona Balakən rayon Vəkillər Bürosunun siyahısı təqdim edilmiş, daha sonra onun vəkillər siyahısından seçdiyi vəkil X11 Balakən RPŞ-nə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyriqanuni əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmiş, həmin vaxt o, əynindəki gödəkçənin sağ yan cibində saxladığı, içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd salfet kağızını çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd salfet kağızı təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılmış, ona həmin 01 ədəd salfet kağızının içərisindəkinin nə olması barədə sual verilmiş, o da salfet kağızının içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd salfet kağızı içərisindəki narkotik vasitə ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş, 01 ədəd salfet kağızının içərisindəki narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə ümumi çəkisi 9,53 qram təşkil etmişdir. Həmin 01 ədəd salfet kağızı içərisindəki narkotik vasitə ilə birlikdə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə bioloji ekspertizasının 12 may 2023-cü il tarixli 17/391 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilərək götürülmüş, yəni 01 ədəd salfet kağızının içərisindəki narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 8,79 qramdır. Həmçinin Təqsirləndirilən şəxs2 üzərindən 01 ədəd sellofan bükümdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 15,71 qram, Təqsirləndirilən şəxs2 Balakən rayonu Poştbinə kəndi ərazisindəki çöllük sahədə əkib becərdiyi 07 ədəd hündürlüyü 125 santimetrdən 168 santimetrədək ümumi çəkisi 117,78 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Şahidlər- Şahid1, Şahid2, Şahid3, Şahid4 və X14 , habelə digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərmişlər ki, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, həmçinin həmin vaxt onların yanında olmuş X5 üzərində kafedə axtarış aparılmamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində olan narkotik vasitələr orada onlardan götürülməmişdir. Bundan başqa digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərmişdir ki, o, cibində olan narkotikin təxminən yarısını çıxarıb stolun üstünə qoymuşdur.Onun üzərindən isə təmiz çəkisi 15 ,71 qram narkotik aşkar olunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan narkotikin çəkisinin 8,79 qram olması işin faktiki hallarına daha uyğundur. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Emin Hüseyinovla birlikdə kafedən Balakən Rayon Polis Şöbəsinə saat 22-23 radələrində gətirilmələri də şahidlərin və digər təqsirləndirilən şəxsin ifadəsi ilə təkzib olunur. Eyni zamanda işdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün təsviri- əsaslandırıcı hissəsindən görünür ki, həmin işdə də Təqsirləndirilən şəxs1 cinayət əməli tədqiq olunan sübutlarla tam təsdiq edilməsinə baxmayaraq o, elan edilən ittiham üzrə özünü təqsirli bilməmiş, həmin cinayəti törətmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini qəbul etmir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər sübut kimi qəbul edir. Məhkəmə habelə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 vəsatəti əsasında şahid qismində dindirilən Şahid7 ifadəsini də işdə olan digər sübutlarla təkzib olunduğundan sübut kimi qəbul etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə və saxlama cinayət əməlini, təqsirləndirilən şəxs Şabanov pə\rviz Çingiz oğlu qəsdən, qanunsuz olaraq, tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə, həmçinin qəsdən,satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni daşıma cinayət əməlini törətməmişdir. Belə ki, iş materialları ilə mübahisəsiz qaydada təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitəni istifadə etmələri üçün digər Təqsirləndirilən şəxs2 gətirmiş, istifadə etmələri üçün çay içdikləri stolun üstünə qoymuş,polis əməkdaşlarının gəldiyini görən Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni götürüb cibinə qoymuşdur. Bundan sonra polis əməkdaşları onları Balakən Rayon Polis Şöbəsinə aparmışlar. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinin anlayışı "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 8,79 qram narkotik vasitəni daşıması ona verilmiş ittihamdan xaric edilməlidir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 18 sentyabr 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur.Həmin siyahıda bu miqdar marixuana üçün 05 qram müəyyən edilmişdir. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətlərin törədilməsində təqsirlidirlər,Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar yoxdur, onun əməlində cəzanı ağırlaşdıran hal cinayətlərin residividir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Yusifov X7 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4 bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 05 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, o,məhkumluğu ödənilmədən, yəni cəzadan azad edildiyi vaxtdan 2 il keçməmiş hazırkı cinayət əməlini törətmişdir. Ona görə də onun əməli cinayətlərin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 azadlığı 12 may 2023-cü il saat 02:00-da məhdudlaşdırılaraq o Balakən Rayon Polis Şöbəsinə gətirilmiş,14 may 2023-cü il saat 05:15-dək şübhəli şəxs qismində tutulub saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlandığı 12 may 2023-cü il saat 02:00-dan 14 may 2023-cü il saat 05:15-dək olan müddət 03(üç) gün hesabı ilə ona təyin ediləcək cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs1 hazırkı əməli cinayətlərin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar mövcud olmasa məhkəmə hesab edir ki, onun əməlini etiraf etməklə əməlindən səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən könüllü olaraq cibində olan narkotik vasitəni çıxarıb təqdim etmiş, cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını bildirmişdir. Bunlar isə onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir, ciddi cəza növü tətbiq olunmadan da onun islah olunacağı qənaətinə gəlməyə əsas verir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilənlərə əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf etməklə əməlindən səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını, Vətən Müharibəsi iştirakçısı olmaqla göstərdiyi şücaətlərə görə medallarla təltif edilməsini,cəzanı yüngülləşdirən halı,cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 azadlığı 12 may 2023-cü il saat 02:00-da məhdudlaşdırılaraq o Balakən Rayon Polis Şöbəsinə gətirilmiş,14 may 2023-cü il saat 02:30-dək şübhəli şəxs qismində tutulub saxlanmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə və CPM-in 158.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlandığı 12 may 2023-cü il saat 02:00-dan 14 may 2023-cü il saat 02:30-dək olan müddət 3(üç) gün hesabı ilə hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəkməli, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X12 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 34.55 (otuz dörd manat 55 qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Az.MEM;VÖEN**********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd salfet kağızı bükümündə, ekspert rəyindən sonra ümumi qalıq təmiz çəkisi 8,74 qram olan narkotik vasitə qurudulmuş marixuananın, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə, ekspert rəyindən sonra ümumi qalıq təmiz çəkisi 15,66 qram olan narkotik vasitə qurudulmuş marixuananın və Təqsirləndirilən şəxs2 Gərəkli kəndi ərazisindəki torpaq sahəsində əkib-yetişdirməklə kultivasiya etdiyi, 07 ədəd uzunluqları 125 sm-dən 168 sm-dək ekspert rəyindən sonra ümumi çəkiləri 117,08 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 03 ədəd DVD diskləri iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayətləri törətdikləri zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki,Balakən Rayon Vəkil Bürosunun vəkili – Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-in 193.3cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X13 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin.Onun 12 may 2023-cü il saat 02:00-dan 14 may 2023-cü il saat 05:15-dək şübhəli şəxs qismində tutulub saxlandığı 03 (üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 1(bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək,onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2(iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Onun 12 may 2023-cü il saat 02:00-dan 14 may 2023-cü il saat 02:30-dək şübhəli şəxs qismində tutulub saxlandığı 03 (üç) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 11(on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X12 Şəxsinə göndərilsin. 34.55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd salfet kağızı bükümündə, ekspert rəyindən sonra ümumi qalıq təmiz çəkisi 8,74 qram olan narkotik vasitə qurudulmuş marixuananın, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə, ekspert rəyindən sonra ümumi qalıq təmiz çəkisi 15,66 qram olan narkotik vasitə qurudulmuş marixuananın və Təqsirləndirilən şəxs2 Gərəkli kəndi ərazisindəki torpaq sahəsində əkib-yetişdirməklə kultivasiya etdiyi, 07 ədəd uzunluqları 125 sm-dən 168 sm-dək ekspert rəyindən sonra ümumi çəkiləri 117,08 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut olan üç ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X13 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-104/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-104/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver