Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-105/2023 02.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxxxxx 1967-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə saat 20:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni sürücülük vəsiqəsinin müvafiq kateqoriyası olmadan idarə etdiyi “X16 Edənlər Birliyi”-nin balansında olan “Amkador 702B” markalı “08T-522” dövlət qeydiyyat nişanlı “Yükləyici Ekskavator”-la Balakən şəhəri Daanov küçəsi ilə hərəkətdə olub həmin küçədən Balakən şəhəri Fizuli küçəsi istiqamətinə sola dönmə manevrini yerinə yetirən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin, yəni 2.4 “Yol verin” üstünlük yol nişanının tələblərini pozaraq, kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunu etməyərək Balakən şəhəri Fizuli küçəsi ilə rayonun Hənifə kəndi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Opel Vectra” markalı “**-CZ-***” dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən şəhəri Fizuli küçəsi ilə Daanov küçəsinin kəsişməsində toqquşmuş, nəticədə “Opel Vectra” markalı “**-CZ-***” dövlət qeydiyyat nişanlı avtomaşının ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan sol baldır sümüklərinin orta 1/3-nın açıq yerdəyişən sınığı ilə nəticələnən, sonuncunun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət, eləcə də “Opel Vectra” markalı “**-CZ- ***” dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan döş qəfəsinin sol ön-yan səthinin əziyi, sol sirkə kasasının qapalı sınığı, sağ diz qapağının qəlpəli qapalı sınığı, sağ medial və lateral topuğun yerdəyişən sınığı, sağ ayaq pəncəsinin sümüklərinin qapalı sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, həmçinin Zərərçəkmiş şəxs2 məxsus “Opel Vectra” markalı “**-CZ-***” dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 3130 (üç min bir yüz otuz) manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.O, 2016-cı ildən etibarən Balakən rayon Sudan İstifadə edənlər Birliyinə məxsus olan “Amkador 702B” markalı, “08T-522” dövlət qeydiyyat nişanlı ekskovatoru müqavilə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində idarə etdiyi “Amkador 702B” markalı, “08T-522” dövlət qeydiyyat nişanlı ekskavatorla Balakən şəhəri Daanov küçəsindən yaşadığı Balakən şəhəri M.İbrahimov küçəsində yerləşən evə doğru hərəkət etmişdir. Balakən şəhəri Daanov küçəsi ilə Fizuli küçəsinin kəsişməsinə çatdıqda əsas yola daxil olmazdan əvvəl sağ tərəfdən avtomaşınların gəlib-gəlməməsinə baxmış, həmin istiqamətdən heç bir avtomaşın gəlməmişdir. Bundan sonra sol tərəfə baxaraq oradan avtomaşının gəlib-gəlməməsini yoxlamış, lakin həmin yoldan da hər hansı bir avtomaşının gəlməsini görə bilməmişdir. Daha sonra o, idarə etdiyi ekskavatorla yol kəsişməsindən əsas yola, yəni Balakən şəhəri M.İbrahimov küçəsi istiqamətinə hərəkətə başlayıb təxminən hərəkət hissənin ona aid hissəsinə çatmağa az qalmış anidən sol tərəfdən, yəni Balakən şəhərindən Fizuli küçəsi ilə Balakən rayonu Hənifə kəndi istiqamətində hərəkətdə olan minik avtomobili onun idarə etdiyi ekskavatorun sol orta hissəsinə dəymişdir. Bu zaman zərbənin təsirindən idarə etdiyi ekskavator biraz sürüşərək Balakən şəhəri istiqamətində düzünə dayanmışdır. O, dərhal ekskovatordan aşağı düşərək nə olmasına baxdıqda “Opel” markalı avtomaşının onun idarə etdiyi ekskovatorun sol orta hissəsinə dəydiyini, həmin “Opel” markalı avtomaşının sürücüsünün və sağ ön sərnişin oturacağında əyləşmiş sərnişinin xəsarət almasını bilmişdir. Bu zaman dərhal ekskavatordan düşərək “Opel Vectra” markalı avtomaşının sürücüsünə və qarşıda əyləşən sərnişinə kömək etməyə çalışmışdır. Həmin vaxt ətrafa toplaşan tanımadığı insanların köməyi ilə sürücü və xəsarət almış sərnişin avtomaşından çıxarılaraq təcili tibbi yardım avtomaşını ilə Balakən RMX-na yola salınmışlar. Həmin zaman “Opel Vectra” markalı avtomaşının arxa oturacağında tanımadığı daha bir nəfər şəxsin olduğunu görmüşdür. Lakin o, həmin şəxsin xəsarət almadığını görmüşdür. O, yenə də əmin olmaq üçün həmin şəxsi də xəstəxanaya aparmışdır. Xəstəxanada həmin arxa oturacaqda əyləşmiş sərnişinin bir daha hər hansı bir xəsarətinin olmaması müəyyən olunmuşdur. Daha sonra o, polis əməkdaşlarının göstərişi ilə xəstəxanada sərxoşluq müayinəsindən keçmiş və polis əməkdaşları ilə birlikdə hadisə yerinə gedərək hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir.Hadisə zamanı o, tam sağlam olmuş, onun heç bir xəstəliyi olmamışdır. Hadisə zamanı onun idarə etdiyi “Belarus MTZ82” markalı, 08T522 dövlət qeydiyyat nişanlı ekskovator texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. Həmçinin hadisə zamanı o, heç bir bədən xəsarəti almamışdır. Ona Azərbaycan Respublikası Traktor və digər mexaniki Nəqliyyat vasitələrini idarə etmək üçün T, TK, TT, H kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Lakin o, həmin sürücülük vəsiqəsində idarə etdiyi “Amkador 702B” markalı, “08T-522” dövlət qeydiyyat nişanlı ekskavatoru idarə etməyi ilə bağlı müvafiq kateqoriya icazəsinin olmadığını bilməmişdir. O, sürücülük vəsiqəsinin “Amkador 702B” markalı, “08T-522” dövlət qeydiyyat nişanlı ekskavatoru idarə etmək üçün kateqoriyasının olduğunu düşünmüşdür. Həmçinin onun minik avtomobillərini idarə etmək üçün xx.xx.2013-cü ildən etibarən BC katerqoriyalı sürücülük vəsiqəsi var. Hadisə baş verməzdən əvvəl o, ekskavatoru təxminən 15 km/saat sürətlə idarə etmişdir. Çünki həmin yer yol kəsişməsi olduğu və o, ikinci dərəcəli yoldan əsas yola çıxdığı üçün sürət az olmuşdur. Hadisə baş verən zaman ətrafda kimlərinsə olmasını görməmişdir. O, idarə etdiyi ekskavatorun sürəti az olduğu üçün və əsas yola çıxan zaman “Opel” markalı avtomaşının hərəkətdə olduğu istiqamətə, yəni Balakən şəhəri istiqamətinə baxsa da hər hansı avtomaşının olmasını görməmişdir. Hadisənin qarşısını almaq üçün başqa hərəkətlər edə bilməmişdir. Çünki “Opel” markalı avtomaşın anidən Balakən şəhəri istiqamətindən gəlib idarə etdiyi ekskavatora dəymişdir. Yol nəqliyyat hadisəsi zamanı “Opel Vectra” markalı avtomaşının anidən Balakən şəhəri istiqamətindən gəlib idarə etdiyi ekskavatora dəyməsini təxminən 10-15 metr məsafədən görmüşdür.Ekskavator kifayət qədər həcmli olduğu üçün o, ekskavatorla hər hansı bir hərəkət edə bilməmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. İdarə etdiyi ekskovatorun hərəkəti üçün təhlükə “Opel Vectra” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının Balakən şəhəri Fizuli küçəsi ilə Balakən şəhəri Daanov küçəsinin kəsişməsinə (toqquşma yerinə) çatmağına təxminən 10-15 metr məsafə qalanda yaranmışdır. Həmin andan toqquşma yerinə təxminən 3-5 metr məsafə qət etmişdir. Yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Amkador 702B” markalı,“08T-522” dövlət qeydiyyat nişanlı ekskavatora hadisə zamanı maddi ziyan dəyməmişdir. Belə ki, ekskavatorun sol orta hissəsi ilə Opel Vectra markalı avtomobil toqquşan zaman ekskavatorun dəmir hissələri toqquşmuşdur. Əməlindən çox peşimandır.Bir daha belə hərəkətlərə yol verməyəcəkdir.Zərərçəkmiş şəxslərlə barışmışdır. Onlara dəymiş zərər və ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Qeyd edilənləri nəzərə almaqla barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır.Arif Mirəliyev adına Qazma 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir,16 yaşı vardır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında həmkəndlisi və sinif yoldaşı olan Şahid2 ilə birlikdə Balakən şəhəri ərazisinə gəzməyə gəlmişlər. Həmin gün saat təxminən 20:30 radələrində Balakən şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan “Opel Vectra” markalı avtomaşına əyləşmişlər və yaşadıqları Qazma kəndinə getmək istədiklərini bildirmişlər.O, avtomaşının ön sərnişin oturacağında əyləşmişdir.Maşında onlardan başqa sərnişin olmamışdır. Sonradan adını Əhməd olaraq bildiyi şəxs idarə etdiyi Opel Vectra markalı avtomaşınla onu və Şahid2 yaşadıqları Qazma kəndinə aparmaq üçün Balakən şəhəri Fizuli küçəsi ilə Hənifə kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Əhmədin idarə etdiyi Opel Vectra markalı avtomaşın Balakən şəhəri Daanov küçəsi ilə Fizuli küçəsinin kəsişməsinə çatmağa az qalmış Daanov küçəsindən Fizuli küçəsinə, yəni onların hərəkətdə olduğu istiqamətə doğru anidən çıxan Ziyad adlı şəxsin idarə etdiyi ekskavator onların olduğu “Opel Vectra” markalı avtomaşınla toqquşmuşdur. Yəni onların olduğu avtomobil ekskavatorun sol orta hissəsinə dəymişdir. Bu zaman ekskavator biraz sürüşərək Balakən şəhəri istiqamətində düzünə dayanmışdır. Bundan sonra hazırda xatırlamadığı şəxslər onu avtomaşından aşağı düşürmüşlər. Daha sonra orada olan şəxslər ona ilkin tibbi yardım göstərmiş və “Opel Vectra” markalı avtomaşının sürücüsü ilə birlikdə onu xəstəxanaya aparmışlar. Xəstəxanada onun sol ayağında xəsarət olduğu üçün cərrahiyyə əməliyyatı olunmuşdur. Həmçinin qeyd etmişdir ki, hadisə zamanı o, tam sağlam olmuş, heç bir xəstəliyi olmamışdır. Hadisə zamanı sol ayağından xəsarət almışdır.Bununla bağlı müvafiq ekspertizadan keçmişdir. Onun fikrincə hadisə zamanı onun olduğu “Opel Vectra” markalı avtomaşın təxminən 60-70 km/saat sürətlə hərəkətdə olmuşdur.Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs ona dəymiş zərər və ziyanı tam ödəmişdir,onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, qeyd edilmiş ünvanda ailəsi ilə birlikdə yaşayır. “Opel Vectra” markalı **-CZ-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Avtomaşın anası X5 mülkiyyətindədir. Həmin avtomaşınla taksi fəaliyyəti göstərərək ailəsinin dolanmasını təmin edir. 28 fevral 2023-cü il tarixdə saat təxminən 20 radələrində Balakən şəhəri ərazisindən 2 nəfər sərnişin götürmüş, həmin sərnişinlərdən adını sonradan Məhəmməd olaraq bildiyi şəxs ön sərnişin oturacağında, İbrahim olaraq bildiyi şəxs isə arxa sərnişin oturacağında əyləşmişlər. Həmin şəxslər ona Qazma kəndi istiqamətinə getmək istədiklərini bildirdikləri üçün avtomaşını hərəkətə gətirib Balakən şəhərindən Balakən şəhər Füzuli küçəsi ilə Hənifə kəndi istiqamətində hərəkətə başlamışdır. Balakən şəhəri Füzuli küçəsi ilə Daanov küçəsinin kəsişməsinə çatmağına təxminən 10-15 metr qalmış Balakən şəhəri Daanov küçəsindən hərəkətdə olduğu Füzuli küçəsinə, yəni qarşısına ekskavatorun çıxdığını görmüşdür. Həmin ekskavator demək olar ki, yolun tam ortasında çatmışdır. Bu zaman o, idarə etdiyi avtomaşınla həmin ekskavatorun arxasından və ön hissəsindən ötmək istəsə də ekskavatorun arxa və ön hissəsi tam yolu tutduğu üçün bunu edə bilməmiş və idarə etdiyi avtomobilin əyləcinə basmışdır.Lakin ekskavatorla idarə etdiyi avtomaşının arasında məsafə az olduğundan avtomaşını saxlaya bilməmişdir. İdarə etdiyi “Opel vektra” markalı minik avtomobili ekskavatorun sol orta hissəsi ilə toqquşmuş, zərbənin təsirindən həmin yerdə o, özündən getmişdir. Bundan sonra isə təcili tibbi yardım avtomobili ilə onu mərkəzi xəstəxanaya aparmışlar. O, xəstəxanada olduğu zaman bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər aldığını bilmişdir. Həmçinin idarə etdiyi avtomobilin ön sərnişin oturacağında əyləşmiş Məhəmməd adlı şəxsin də müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, arxa sərnişin oturacağında əyləşmiş İbrahim adlı şəxsin isə hadisə nəticəsində hər hansı bir xəsarət almadığını bilmişdir. nun minik avtomobilini idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi var. Hadisə baş verməzdən əvvəl o, idarə etdiyi avtomobili təxminən 70 km/saat sürətlə idarə etmişdir. Ekskavator anidən onun qarşısına çıxmış, həmin vaxt məsafə az olmuş, təxminən 10-15 metr olmuşdur. Onun hərəkəti üçün təhlükə həmin məsafədən yaranmışdır. O, hadisənin qarşısını almaq üçün ekskavatoru qarşısında gördüyü zaman ilk öncə həmin ekskavatorun önündən və ya arxasından ötüb keçməyi düşünsə də ekskavator tam yolu tutduğu üçün bunu edə bilməyəcəyini başa düşmüş, bunun üçün dərhal əyləcə basmış, lakin məsafə az olduğu üçün idarə etdiyi avtomobili tam dayandıra bilməmişdir. Həmçinin hadisədən əvvəl idarə etdiyi avtomobil tam saz vəziyyətdə olmuşdur. Hava şarları açıldığı üçün o və sərnişin müəyyən qədər zərbədən yayına bilmişlər, lakin buna baxmayaraq hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs ona dəymiş zərər və ziyanı tam ödəmişdir,onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır.Təxminən 10 ildir ki, Balakən suvarma sistemləri idarəsində erroziya üzrə mühəndis vəzifəsində işləyir. Həmçinin 2013-cü ildən etibarən X16 edənlər Birliyinin sədri vəzifəsində işləyir. O, həmin quruma 2013-cü ildə sədr seçilmişdir. Həmin birlik müstəqil seçkili qurum olduğundan o, seçilərək həmin qurumun sədri olmuşdur. Sudan İstifadə edənlər Birliyinə ilk vaxtlarda Dünya Bankı yardım edərək kənd təsərrüfatı və melorasiyanın inkişafı üçün Balakən suvarma sistemləri idarəsinə daha sonra da həmin idarənin vasitəsilə onun rəhbəri olduğu Balakən rayon X15 2013-cü ildə 01 ədəd “Amkador 702B” markalı ekskavator təmənnasız olaraq birliyin inkişafı üçün verilmişdir. Daha sonra həmin ekskovatora 08T522 dövlət qeydiyyat nişanı almışlar və birliyin balansında həmin ekskovatoru ilk olaraq Anar adlı şəxs işlətmiş, 2016-cı ildən etibarən isə X4 müqavilə əsasında işlətməsi üçün vermişlər. Balakən rayon Sudan İstifadə edənlər Birliyi maliyyəşmə olmadığından, özü daxil hər hansı işçiyə maaş verilmədiyindən X4 müqavilə əsasında ekskovatoru işlətməsi üçün vermişlər. Həmin ekskovator lazım olduqda birliyin işləri üçün getmiş, qalan vaxtlarda isə həmin ekskavatorun təmirini və digər xərclərini ödəyərək Təqsirləndirilən şəxs özü istifadə etmişdir. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs də hər hansı bir maaş verilmədiyi üçün ekskavatorun təmir və digər xərclərini ödəmək şərti ilə ekskavatordan istifadə etmişdir. Həmçinin də X6 ilə aralarında bağlanmış müqavilə hazırda qüvvədərdir. O, X4 “Amkador 702B” markalı, “08T-522” dövlət qeydiyyat nişanlı ekskavatoru müqavilə əsasında verdiyi zaman Ziyad da Azərbaycan Respublikası Traktor və digər mexaniki Nəqliyyat vasitələrini idarə etmək üçün verilmiş sürücülük vəsiqəsi olduğunu bildiyi üçün vermişdir. O, X3 “Amkador 702B” markalı, “08T-522” dövlət qeydiyyat nişanlı ekskavatoru idarə etməsi üçün müvafiq kateqoriyasının olmadığını bilməmişdir.O,həmin Azərbaycan Respublikası Traktor və digər mexaniki Nəqliyyat vasitələrini idarə etmək üçün verilmiş sürücülük vəsiqəsi ilə bütün növ traktor və ekskavatorların idarə edilə biləcəyini düşünmüşdür.Onun fikrincə X6 da bunu bilməmişdir.Çünki bunu bilsəydi sürücülük vəsiqəsi olmadan eksakavotru idarə etməzdi.O,bir daha qeyd etmişdir ki, hüquqi şəxs kimi təsis edilmiş X16 edənlər Birliyi müstəqil seçkili orqan olduğundan və həmin birliyin maliyyə təsərrüfatı və ya hər hansı bir dəstəyi olmadığı üçün ekskavatoru müqavilə əsasında təmənnasız olaraq X4 işlətməsi üçün vermişdir. X1 bəzi vaxtlarda lazım olduqda hər hansı bir çaydan suyun qarşının açılması və digər işlər üçün birliyə kömək etmişdir. Qalan vaxtlarda öz maddiyatını və yol nəqliyyat hadisəsinin iştirakçısı olmuş “Amkador 702B” markalı, “08T-522” dövlət qeydiyyat nişanlı ekskavatora hadisə zamanı maddi ziyan dəyməmişdir. Belə ki, ekskavatorun sol orta hissəsi ilə Opel markalı avtomobil toqquşan zaman ekskavatorun dəmir hissəsi toxunmuşdur. Dəmir hissədə biraz əyrilik vardır. Həmin əyrilik də kustar üsulla düzəldilə bilən əyrilikdir. Buna görə də ekskavatorda hər hansı bir ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Qazma kəndində ailəsi ilə birlikdə yaşayır. Arif Mirəliyev adına Qazma 2 saylı tam orta məktəbin 10-cu sinfində oxuyur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında həmkəndlisi və sinif yoldaşı olan Zərərçəkmiş şəxs1 ilə birlikdə Balakən şəhəri ərazisinə gəzməyə gəlmişlər. Həmin gün saat təxminən 20:30 radələrində Balakən şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan “Opel Vectra” markalı avtomaşına əyləşmişlər və sürücüyə yaşadıqları Qazma kəndinə getmək istədiklərini bildirmişlər. Zərərçəkmiş şəxs1 avtomaşının ön sərnişin oturacağında, o isə arxa sərnişin oturacağında əyləşmişdir. Maşında onlardan başqa sərnişin olmamışdır. Sonradan adını Əhməd olaraq bildiyi sürücü idarə etdiyi Opel markalı avtomaşınla onu və Zərərçəkmiş şəxs1 yaşadıqları Qazma kəndinə aparmaq üçün Balakən şəhəri Fizuli küçəsi ilə Hənifə kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Əhmədin idarə etdiyi “Opel Vectra” markalı avtomaşın Balakən şəhəri Daanov küçəsi ilə Fizuli küçəsinin kəsişməsinə çatmağa az qalmış Daanov küçəsindən Fizuli küçəsinə, yəni onların hərəkətdə olduğu istiqamətə doğru anidən çıxan sonradan adını bildiyi Ziyad adlı şəxsin idarə etdiyi ekskavator onların olduğu “Opel Vectra” markalı avtomaşınla toqquşmuşdur.Onların olduğu avtomobil ekskavatorun sol orta hissəsinə dəymişdir. Bundan sonra həmin yerə gəlmiş tanımadığı şəxslər onları avtomaşından aşağı düşürmüşlər. Daha sonra orada olan şəxslər qəzada xəsarət salan Əhməd və Məhəmmədə ilkin yardım göstərmiş və onları xəstəxanaya aparmışlar. O, isə heç bir xəsarət almadığı üçün yaşadığı evə getmişdir. Bir gün sonra isə xəstəxanaya gedib müayinə olunduqda hər hansı bir xəsarətinin olmadığı müəyyən edilmişdir. İşin 50-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 03 mart 2023-cü il tarixli 58 saylı rəyindən görünür ki, Vət. Şahid2 məhkəmə tibbi müayinəsinə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinir. Vət. Şahid2 bədəni üzərində hər-hansı bir xəsarət olmadı. İşin 111-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 04 aprel 2023-cü il tarixli 60 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsinə, tibbi sənədində qeyd edilənlərə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinir. Vət. Əfəndiyevdə müəyyən edilmiş xəsarətlər- sol baldır sümüklərinin orta 1/3-nın açıq yerdəyişən sınığı- küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə gör onun həyatı üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. İşin 113-114-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 04 aprel 2023-cü i ltarixli 59 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsinə, tibbi sənədində qeyd edilənlərə, hadisə haqqında olanların əzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinir. Vət. Balacayevdə müəyyən edilmiş xəsarətlər- döş qəfəsinin sol ön-yan səthinin əziyi, sol sirkə kasasının qapalı sınığı, sağ diz qapağının qəlpəli qapalı sınığı, sağ medial və lateral topuğun yerdəyişən sınığı, sağ ayaq pəncəsinin sümüklərinin qapalı sınıqları- küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə, ümumilikdə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilirlər. İşin 131-135-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 19 may 2023-cü il tarixli 8/1134 saylı rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən; 1.2. “Amkador 702B” markalı, “08T-522” dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Abdullayev traktoru müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.4. Opel Vectra markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Balacayev maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İşin 52-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RMX-dan alınmış xx.xx.2023-cü il tarixli 102 saylı sərxoşluq vəziyyətinin və alkoqol qəbulu faktının təyini üçün tibbi müayinənin protokollunda qeyd olunanlara əsasən hadisə zamanı sürücü Təqsirləndirilən şəxs alkoqol qəbulu aşkar edilməmişdir. İşin 81-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN BDYP-nin Şəki Regional Qİ və TB şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək olan “BC” kateqoriyalı AE 702930 nömrəli sürücülük vəsiqəsi almış və sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısında adı aşkar edilməmişdir. İşin 82-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AR DİN BDYP-nin Şəki Regional Qİ və TB şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki,ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs2 xx.xx.2032-ci il tarixədək olan “B1 B, C1, C” kateqoriyalı BC 603760 nömrəli sürücülük vəsiqəsi almış və sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısında adı aşkar edilməmişdir. İşin 169-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəki X17 mərkəzindən alınmış 07 iyul 2023-cü il tarixli 3-22-3-55/2-119/2023 nömrəli məktubdan görünür ki, X16 edənlər birliyinin balansında olan “Amkador 702B” markalı, “08T-522” dövlət qeydiyyat nişanlı ekskavatorun sürücüsü Təqsirləndirilən şəxs traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə olunması üçün verilmiş, “T”, “TK”, “TT”, “H” kateqoriyalı sürücülük vəsiqəsi ilə markasından asılı olmayaraq hər hansı ekskavatorun idarə olunmasına icazə verilmir. İşin 159-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Avtoservis “777”-dən alınmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Opel Vectra markalı, **-CZ-*** dövlət nömrə nişanlı avtomaşına 3130(üç min bir yüz otuz) manat məbləğində maddi ziyan dəymişdir. İşin 104-cü vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 87-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 528 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır. İşin 88-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 529 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 yaşayır, himayəsində işləməyən yoldaşı, qızları vardır. İşin 89-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB şəhər İƏD üzrə nümayəndəsi tərəfindən 15 mart 2023-cü il tarixdə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilmişdir. İşin 225-226-cı vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş 11 iyul 2023cü il tarixli qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər- Şahid1 və Şahid2 ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu əsasında bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxsə törətdiyi əmələ görə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxslərlə barışması, onlara vurulmuş zərəri və ziyanı tam ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər məhku olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulmasını, onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzadan azad edilməsi, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərinə əməl etdiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan, Balakən rayon Polis Şöbəsinin nəqliyyat vasitələrinin duracağında saxlanılan “Opel Vectra” markalı, “**-CZ-***” dövlət qeydiyyat nişanlı avtomobil sahibi X7 və X16 Birliyinin balansında olan isə “Amkador 702B” markalı, “08T-522” dövlət qeydiyyat nişanlı “Yükləyici Ekskavator” isə X2ytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE********************, X9, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan, Balakən rayon Polis Şöbəsinin nəqliyyat vasitələrinin duracağında saxlanılan “Opel Vectra” markalı, “**-CZ-***” dövlət qeydiyyat nişanlı avtomobil sahibi X7 və X16 Birliyinin balansında olan isə “Amkador 702B” markalı, “08T-522” dövlət qeydiyyat nişanlı “Yükləyici Ekskavator” X2ytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X9, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X13 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №1(019)-105/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-105/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver