Məhkəmə qərarları › İş №1(019)-105/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-105/2024

16.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-105/2024 16.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxxxx 1986-cı il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, məhkum edilməmiş, fərdi əməklə məşğul olan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan, 26 avqust 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi istintaqla dəqiq müəyyən edilməyən sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin mart ayının sonlarında Balakən rayon Tülü kəndi ərazisindəki çöllük sahədə olan kolluqda qanunsuz olaraq torpağa əkmiş, həmin toxumlardan bitmiş, xeyli miqdarda - 03 (üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini suvarmaqla, diblərini alaq otlarından təmizləyib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 24 avqust 2024-cü il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində onun göstərməsi ilə Tülü kəndi ərazisində yerləşən çöl sahəsində olan kolluğa saat 17:30-dən 18:00-dək olan müddət ərzində keçirilmiş baxış zamanı onun qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi, xeyli miqdar hesab edilən, yəni 03 (üç) ədəd uzunluqları 170 sm-dən 200 sm-dək, nəm vəziyyətdə, ümumi çəkiləri 270,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Tülü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Narkotik vasitə marixuanadan istifadə edir.Lakin mütəmadi istifadə etmir.2023-cü ilin oktyabr ayının əvvəllərində Balakən rayon Tülü kəndi ərazisində çöl sahəsində heyvanlar otardığı zaman kolluqda bir ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisi tapmış, üzərindən 3 ədəd toxumlarını yığmış, daha sonra həmin ağacı qırıb kola atmışdır. Daha sonra 3 ədəd toxumları yaşadığı evdə gizlədib saxlamışdır.2024-cü ilin mart ayının sonlarında gizlədib saxladığı 03 ədəd çətənə bitkisinin toxumlarını həmin çöl ərazisində olan kolluqda əkmişdir. Əkdiyi toxumlardan 03 ədədi də bitmişdir.Daha sonra toxumlardan bitmiş narkotik tərkibli bitkilərə su vermişdir.Diblərini yumşaldıb xırda alaq otlarından təmizləmişdir ki, yaxşı inkişaf etsinlər. Məqsədi narkotik tərkibli çətənə bitkiləri böyüdükdən sonra yararlı yerlərini yığıb narkotik vasitə marixuana əldə edib özü çəkib istifadə etmək olmuşdur.24 avqust 2024-cü il tarixdə saat 15:40 radələrində yaşadığı Balakən rayonu Tülü kəndində yolda olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu Balakən rayon polis şöbəsinə dəvət etmişlər.O, polis əməkdaşlarının dəvəti ilə etiraz etmədən Balakən rayon polis şöbəsinə gəlmişdir.Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuş, hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə Balakən rayon Vəkil Bürosunun vəkillər siyahısı ona təqdim edilmişdir. O, təqdim edilmiş vəkillərin siyahısından Balakən rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqlarının dövlət hesabına müdafiə edilməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra Müdafiəçi polis şöbəsinə dəvət edilmiş və müdafiəçi kimi ona təqdim edilmişdir.Bir daha vəkil Müdafiəçi tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir.Daha sonra şübhəli şəxs qismində tutulmasi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ilə tanış olduqdan sonra imzalarla təsdiq etmiş, eyni zamanda tutulması ilə bağlı ailə üzvlərinə telefon vasitəsilə məlumat vermişdir.Bir daha hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmasına başlanmışdır.Şəxsi axtarış aparılmamışdan əvvəl bir daha hüquq və vəzifələri yəni, müdafiəçi tutmaq, öz əleyhinə ifadə verməmək və başqa hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərində hər hansı narkotik vasitə və ya əşya, predmet olubolması barədə sual verilmişdir.O, üzərində hər hansı qadağan edilmiş əşya, həmçinin narkotik vasitə olmadığını bildirmişdir.Şəxsi axtarış zamanı onun üzərindən hər hansı narkotik vasitə və qadağan edilmiş əşya aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış zamanı Balakən rayon Tülü kəndi ərazisində kolluq sahədə 03 ədəd narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin bitkiləri göstərə biləcəyini demişdir.Daha sonra onun, Müdafiəçi, polis əməkdaşlarının, mütəxəssis-aqronom Şahid3 iştirakları ilə Tülü kəndində yerləşən çöllük ərazidə olan kolluq sahəyə baxış keçirilmişdir. Baxış prosesi zamanı çöllük ərazidə kolluq sahədə əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərini təqdim edərək narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini bir daha etiraf etmiş və həmin bitkiləri təqdim etmişdir. Çətənə bitkilərini torpaqda əkib-becərmişdir.Baxış zamanı bitkilərin sayının 03 ədəd olması müəyyən edilmişdir. Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid3 çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir.Daha sonra onun əkib-becərdiyi narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılmış və uzunluqları ölçülərkən 170 sm-dən 200 sm-dək olması müəyyən edilmişdir.Bundan sonra onun əkib becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Sonra baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Baxış prosesi bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır.Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir.Əməlindən peşimandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 24 avqust 2024cü il tarixdə Balakən rayonu Tülü kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və mütəmadi olaraq gəzdirməsi barədə məlumat daxil olmuş, daha sonra həmin məlumat tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə tərəflərindən keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdə saat 15:40-da Balakən rayon Tülü kəndi ərazisində yolda saxlanılmışdır.Daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq gəzdirməkdə şübhəli olduğunu deyərək Balakən RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə Balakən rayon polis şöbəsinə gəlmişdir.Polis şöbəsində təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş Təqsirləndirilən şəxs elan edilmişdir. Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar Təqsirləndirilən şəxs elan edilmiş və həmin qərarla tanış olmuşdur.Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi Polis şöbəsinə dəvət olunmuş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs bir daha Müdafiəçi tərəfindən onun hüquqlarının müdafiə edilməsinə heç bir etirazının olmadığını bildirmişdir.Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan edilmiş əşya, həmçinin narkotik vasitə olmadığını bildirmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə və qadağan edilmiş əşya aşkar edilməmişdir.Həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı Balakən rayon Tülü kəndi ərazisində kolluq sahədə 03 ədəd narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin bitkiləri göstərə biləcəyini demişdir. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Şəxsi axtarış prosesi Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X4 tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır.Daha sonra Təqsirləndirilən şəxs, Müdafiəçi, polis əməkdaşlarının, mütəxəssisaqronom Şahid3 iştirakları ilə Tülü kəndində yerləşən çöllük ərazidə olan kolluq sahəyə baxış keçirilmişdir.Baxış prosesi zamanı Təqsirləndirilən şəxs çöllük ərazidə kolluq sahədə əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərini təqdim edərək narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini bir daha etiraf etmiş və həmin bitkiləri təqdim etmişdir. Təqsirləndirilən şəxs çətənə bitkilərini torpaqda əkib-becərmişdir. Baxış zamanı bitkilərin sayının 03 ədəd olması müəyyən edilmişdir.Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid3 çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir.Daha sonra Təqsirləndirilən şəxs əkib-becərdiyi narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılmış və uzunluqları ölçülərkən 170 sm-dən 200 sm-dək olması müəyyən edilmişdir.Bundan sonra 03 ədəd narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Baxış prosesi Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X4 tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda Balakən rayon İcra Hakimiyyətinin Balakən rayon Hənifə kəndi üzrə nümayəndəsi vəzifəsində işləyir.24 avqust 2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs vəkili Müdafiəçi, polis əməkdaşlarının, onun və Təqsirləndirilən şəxs özünün iştirakı ilə Təqsirləndirilən şəxsin Balakən rayon Tülü kəndində çöllük ərazidə olan kolluq sahədə narkotik tərkibli bitkilər əkibbecərdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı torpaqda əkilmiş vəziyyətdə 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolları aşkar edilmişdir. Baxış zamanı o, həmin 03 ədəd bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin alaq otlarından təmizləndiyini və suvarıldığını bildirmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmişdir.Aşkar edilmiş 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarının hündürlükləri ölçülmüş və həmin bitkilərin hündürlükləri 170 santimetrdən 200 santimetrədək təşkil etmişdir.Aşkar edilmiş 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları qablaşdırılaraq götürülmüşdür.Baxış prosesi polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır.Sonda təhqiqatçı Vasif əliyev tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid- Şahid2 məhkəmə iclasına gəlməmişdir. Balakən Rayon Polis Şöbəsinin 15 noyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə KOP-29 tədbirləri ilə bağlı Bakı şəhərinə ezam olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində çalışır. 24 avqust 2024-cü il tarixdə Balakən rayonu Tülü kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və mütəmadi olaraq gəzdirməsi barədə məlumat daxil olmuş, daha sonra həmin məlumat əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə tərəflərindən keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdə saat 15:40-da Balakən rayon Tülü kəndi ərazisində yolda saxlanılmışdır.Daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və mütəmadi olaraq gəzdirməkdə şübhəli olduğunu deyərək Balakən RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə Balakən rayon polis şöbəsinə gəlmişdir.Polis şöbəsində təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş Təqsirləndirilən şəxs elan edilmişdir. Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar Təqsirləndirilən şəxs elan edilmiş və həmin qərarla tanış olmuşdur.Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi Polis şöbəsinə dəvət olunmuş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs bir daha Müdafiəçi tərəfindən onun hüquqlarının müdafiə edilməsinə heç bir etirazının olmadığını bildirmişdir.Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan edilmiş əşya, həmçinin narkotik vasitə olmadığını bildirmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə və qadağan edilmiş əşya aşkar edilməmişdir.Həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı Balakən rayon Tülü kəndi ərazisində kolluq sahədə 03 ədəd narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin bitkiləri göstərə biləcəyini demişdir. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Şəxsi axtarış prosesi Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X4 tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır.Daha sonra Təqsirləndirilən şəxs, Müdafiəçi, polis əməkdaşlarının, mütəxəssisaqronom Şahid3 iştirakları ilə Tülü kəndində yerləşən çöllük ərazidə olan kolluq sahəyə baxış keçirilmişdir.Baxış prosesi zamanı Təqsirləndirilən şəxs çöllük ərazidə kolluq sahədə əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərini təqdim edərək narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini bir daha etiraf etmiş və həmin bitkiləri təqdim etmişdir. Təqsirləndirilən şəxs çətənə bitkilərini torpaqda əkib-becərmişdir. Baxış zamanı bitkilərin sayının 03 ədəd olması müəyyən edilmişdir.Baxışda iştirak edən mütəxəssis-aqronom Şahid3 çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir.Daha sonra Təqsirləndirilən şəxs əkib-becərdiyi narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılmış və uzunluqları ölçülərkən 170 sm-dən 200 sm-dək olması müəyyən edilmişdir.Bundan sonra 03 ədəd narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Baxış prosesi Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X4 tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. İşin 22-25-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 24 avqust 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, şəxsi axtarış qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 15:40-da Balakən rayonu Tülü kəndində saxlanılaraq Balakən RPŞ-yə gətirilmiş Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs üzərində aparılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs onun Balakən rayon Vəkillər Bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə onun hüquq və vəzifələri elan edilərək şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya başqa qanunla qadağan olunan kütlə, vasitə aşkar olunmamış, lakin sonuncu 2023cü ilin oktyabr ayında Balakən rayonu Tülü kəndində çöllük sahədə heyvanlar otardığı zaman bir ədəd narkotik ağacını tapdığını, həmin ağacın üzərində olan üç ədəd toxumu yığdıqdan sonra ağacı qıraraq kola atdığını, 2024-cü ilin mart ayının axırlarında həmin toxumları Balakən rayonu Tülü kəndində “Aeroprt” adlanan ərazinin yaxınlığında olan kolluq ərazidə əkdiyini, həmin narkotik ağaclarını istifadə etməsi üçün əkdiyini və ağacları əkdiyi yeri təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 15 manat pul sonuncuya qaytarılmışdır.Şəxsi axtarış zamanı vəkil Müdafiəçi Təqsirləndirilən şəxs ona qarşı Balakən RPŞ-də hər hansı fiziki və ya psixi təsir göstərilib-göstərilmədiyini soruşduqda sonuncu belə bir halın olmadığını bildirmişdir.Şəxsi axtarış prosesi Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X4 tərəfindən “videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk şəxsi axtarış protokoluna əlavə olunmuşdur.Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd diskə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 30-33-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 24 avqust 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən tərtib olunmuş “baxış və götürmə barədə” protokoldan görünür ki, baxış qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuş Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı Balakən rayonu Tülü kəndində “Aeroport” adlanan ərazinin yaxınlığında olan kolluq ərazidə 03 ədəd narkotik tərkibli çətənə bitkisini əkdiyini bildirməsi əsasında qeyd edilən ərazidə aparılmışdır.Baxış zamanı Təqsirləndirilən şəxs əkdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri təqdim etmişdir.Baxışda iştirak edən mütəxəssis aqronom Şahid3 həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, dibləri alaq otlarından təmizləndiyini və suvarıldığını bildirmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri gələcəkdə istifadə etməsi üçün əkdiyini və bunu heç kimin bilmədiyini qeyd etmişdir. Həmin bitkilər köklərindən çıxarılaraq hündürlükləri ölçüldükdə 170 sm-dən 200 sm-dək olmaları məlum olmuşdur. Həmin 03 ədəd bitkilər bir ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmış, kisənin üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Baxış və götürmə prosesi Balakən RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti X4 tərəfindən “videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk baxış və götürmə protokoluna əlavə olunmuşdur.Baxış və götürmə zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd diskə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 34-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən aqronom-mütəxəssis Şahid3 verdiyi 24 avqust 2024-cü il tarixli rəydən görünür ki, 24 avqust 2024-cü il tarixdə Balakən rayon Polis Şöbəsinin əməkdaşları və Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs iştirakları ilə Balakən rayonu Tülü kəndində “Aeroport” adlanan ərazinin yaxınlığında olan kolluq əraziyə baxış keçirilən zaman aşkar edilmiş hündürlükləri 170 sm-dən 200 sm-dək olan 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş,dibləri alaq otlarından təmizlənmiş və suvarılmışdır. İşin 40-44-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 25 avqust 2024-cü il tarixli 17/737 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 170 sm-dən 200 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri -270,0 qram olan 03 (üç) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Aqronom (mütəxəssis) Şahid3 24 avqust 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqdim olunmuş 03 (üç) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. İşin 88-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 26 sentyabr 2024-cü il tarixli 1610 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə kannobinoidlərdən epizadik istifadə etmə halları olub.Narkomaniya xəstəliyindən əzab çəkmir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur.Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 15-16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 24 avqust 2024-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 24 avqust 2024-cü ildə saat 16:15-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. Onun azadlığı 15:40-dan məhdudlaşdırılmışdır. İşin 70-71,72-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 26 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan və aktdan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın surəti icra olunması üçün Balakən RPŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə saat 15:30-da Balakən rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşin 79-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 90-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən RİHB-nın Tülü kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. İşin 91-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Tülü kənd inzibati ərazi dairəsi tərəfindən 17 oktyabr 2024-cü il tarixdə verilmiş 828 nömrəli arayışdan görünür ki, Sabirov X2 rayonu Hənifə kənd sakinidir. İşin 92-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Tülü kənd inzibati ərazi dairəsi tərəfindən 17 oktyabr 2024-cü il tarixdə verilmiş 829 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində işləməyən arvadı, 2008-ci ildə anadan olmuş Sürac və 2009-cu ildə anadan olmuş Fərhundə adında qızı vardır. Məhkəmə iş üzrə şahidlər- Şahid2, Şahid1 oğlunun və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə və ya yetişdirmə) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir) Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 21-ci bəndinə görə CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, cinayət əməlini etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmamış uşaqlarının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü, onun barəsində həmin cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, eyni zamanda cərimə cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni ,əsaslı və ədalətli hesab edir. Onun 24 avqust 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Tülü kəndində yerləşən yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, onun qeydiyyata alınması üçün hökmün surəti Balakən “RMX” X7 göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs əkib-becərdiyi Balakən rayonu Tülü kəndində “Aeroport” adlanan ərazinin yaxınlığında olan kolluq ərazidə yerləşən torpaq sahəsindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sintetik kisədə ümumi çəkisi 270,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata sərf edilən 0,60 qram miqdarı nəzərə alınmaqla, qalıq çəkisi 269,40 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk iş materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir.Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin.Onun 24 avqust 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Tülü kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə “Balakən Rayon Mərkəzi Xəstəxanası” X7 göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 34.55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************,X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs əkib-becərdiyi Balakən rayonu Tülü kəndində “Aeroport” adlanan ərazinin yaxınlığında olan kolluq ərazidə yerləşən torpaq sahəsindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd sintetik kisədə ümumi çəkisi 270,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata sərf edilən 0,60 qram miqdarı nəzərə alınmaqla, qalıq çəkisi 269,40 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işinin materiallarında saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar