Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-105/2025 21.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Səfərli Dünya Azad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 il 06 ay 22 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 21,80 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamış, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə öz razılığı və iştirakı ilə saat 08:50-dən 09:30-dək olan müddət ərzində keçirilmiş baxış zamanı həmin narkotik vasitə qurudulmuş marixuana 01 ədəd sellofan torbada olmaqla yaşadığı evin həyətində yerləşən tövlədəki taxta yeşiyin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, yetkinlik yaşına uşaqlarının olmasını nəzərə alaraq “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.1, 234.4.2, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 il 06 ay 22 gün vaxtından əvvəl şərti azad edildiyini, məhkumluğunun ödənilmədiyini, CM-in 76.6.3-cü maddəsinə əsasən hökmlərin məcmusu ilə məhkum ediləcək şəxs olmasını nəzərə alaraq barəsində amnistiya tətbiq edilməsinə etiraz etmiş, məhkəmə istintaqının davam etdirilməsini xahiş etmişdir. Müdafiəçi Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, azyaşlı uşaqlarının olmasını nəzərə alaraq “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. 250320081 nömrəli cinayət işinin: 53-54-cü vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 05 sentyabr 2025-ci il tarixli 17/676 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə...” yazısı, adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi-21,80 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qalıq qalmışdır – 21.78 qr. Aparılmış tədqiqatın dəyəri – 87.14 manat. 109-110-cu vərəqlərində olan AZ-V seriyalı 100236 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 27 aprel 2025-ci ildə doğulmuşdur. Atası Təqsirləndirilən şəxsdur. AZ-İİİ seriyalı 254522 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 30 yanvar 2012-ci ildə doğulmuşdur. Atası Təqsirləndirilən şəxsdur. AZ-İİİ seriyalı 913700 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 17 may 2014-cü ildə doğulmuşdur. Atası Təqsirləndirilən şəxsdur. 111-112 və 124-142-ci vərəqlərində olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən və Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 06 il 06 ay müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 144-147-ci vərəqlərində olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 il 06 ay 22 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. 147-ci vərəqində olan Gəncə şəhəri Narkoloji Dispanserinin 18 oktyabr 2025-ci il tarixli 1839 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. 153-161-ci vərəqlərində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövlədəki taxta yeşiyin içərisindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 21,80 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,02 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 21,78 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarına əlavə edilən Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərarının tətbiq edilməsini xahiş etmişdir. Balakən rayon İcra və Probasiya şöbəsinin 21 yanvar 2026-cı il tarixli 1192/8 nömrəli məktubundan görünür ki, Balakən rayon İcra və Probasiya şöbəsinin qeydiyyatında olan, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(091)-16/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 7(003)-1158/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən 01 il 06 ay 22 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkum Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməmişdir və gələcəkdə də yuxarıda qeyd olunan amnistiyanın tətbiq ediləcək şəxslər sırasında yoxdur. Məhkum Təqsirləndirilən şəxs Balakən rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından cəza müddətinin sonunda, yəni xx.xx.2026-cı il tarixdə çıxarılacaqdır. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində 3 yetkinlik yaşına çatmayan övladı olduğundan “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndinin təsiri altına düşür. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının: 1.16-cı bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər. 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). 6-cı bəndinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. 7-ci bəndinə əsasən 7. Bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi aşağıdakı şəxslər barəsində tətbiq edilmir: 7.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü və 15.5-ci maddələrində nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin 101, 115.1, 122.2, 124, 125, 127.2, 133.2, 136.3, 137, 138.2–138.4, 139.2, 139-1, 140.2, 140.4, 141.4, 142.4, 142.5, 145.2, 146.2, 151, 152.1–152.3, 153.1–153.3, 159.4, 162.2, 162.3, 167-1.3–167-1.5, 167-2.2, 167-3, 168, 168-1.2, 168-1.3, 169.2, 170.1, 170.2, 171.1, 171-1.1, 171-2, 172, 176-1, 176-2, 177.1, 177.2, 180.1, 180.2, 182.1, 183.1, 185.2, 186.2, 188.3, 189-1.4, 192.2, 192.3, 192-2.1, 192-2.2, 192-2.4, 192-2.5, 193.2, 193.3, 193-1.1, 194.2, 195-1.3, 195-2.2, 199.2, 200.4, 200-1.3, 200-2.3, 200-3.1–200-3.4, 201.2, 204.1, 205, 205-1, 206.1–206.2, 206-1, 207, 208, 209.3, 213.2, 213.3, 213-1.2, 214-2, 220.2, 221.2, 221.3, 222.3, 222-1.3, 222-2.2, 223.2, 224, 224-1, 224-2, 225.2, 226.3, 227.1, 227.2, 227-1, 228.1, 228.2, 229.1, 229.2, 232.1, 233, 233-1.1, 233-4.2, 233-4.3, 234.2, 234.3, 235.1, 235.2, 236.1, 238.1, 240.1–240.2, 243, 244, 244-1.2, 244-1.3, 245, 247, 248.2, 250.3, 251.3, 252.3, 253.2, 254.3, 255.2, 256.3, 258.3, 259.2–259.4, 260.2, 260.3, 262.2, 263.2, 263-1.1, 263-1.2, 264, 265.2, 265-1.2, 266.2, 267.3, 268.2, 270-1.3, 271.3, 272.3, 273.4, 281.1, 281-1.1, 283, 283-1.4, 284.1, 284-1, 284-2.1, 285, 288.1– 288.3, 289, 290, 291, 292.2, 292.2-1, 294.2, 294.3, 295.1, 296.2, 297.2, 299.3, 299.4, 301.2, 302.2, 302.3, 304.2, 306, 307.3, 308, 308-1, 308-2.4, 309.1, 312.1, 312-1, 313, 314.2, 314.3, 314-1.1, 314-2.2, 314-3.2, 314-3.3, 314-4, 315, 316.2, 316-1.3, 317.1, 317.2, 317-1.2, 318, 318-1.2, 319.2, 320, 321.2, 323, 324, 328.2, 328.3, 329.1, 329.2, 330.1–330.3, 332.1-2, 332.2, 335.3, 336, 338.2, 339.2, 340.2, 341.2, 342.1-1, 342.2, 344.1, 346.1, 348.2, 349, 350.2, 351.2, 352.1 və 353.1-ci maddələrində, habelə “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 aprel tarixli 92-İİİQD nömrəli Qanunu ilə sanksiyaları ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012ci il 29 iyun tarixli 405-İVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013cü il 19 aprel tarixli 610-İVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1231-İVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.2-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 184-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 199-cu maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 199.3-cü maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 315.1-ci və 315.2-ci maddələrində və həmin Qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335-ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 335.2-ci maddəsində, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 22 dekabr tarixli 776- VİQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsində və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 212-VİİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 142.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər; 7.2. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin 69-cu maddəsinin ikinci hissəsində, 93-5-ci maddəsinin birinci hissəsində, 93- 6-cı maddəsinin birinci hissəsində, 93-9-cu maddəsinin ikinci hissəsində, 100-cü maddəsinin birinci hissəsində, 113-cü maddəsinin ikinci hissəsində, 114-cü maddəsinin dördüncü hissəsində, 120-ci maddəsinin ikinci hissəsində, 126-cı maddəsində, 171-ci maddəsinin birinci hissəsində, 178-ci maddəsinin ikinci hissəsində, 185-ci maddəsində, 208-ci maddəsinin ikinci və üçüncü hissələrində, 220-ci maddəsinin birinci və üçüncü hissələrində, 229-cu maddəsinin birinci hissəsində, 241-ci maddəsinin “q” bəndində, 255- 1-ci maddəsinin “v” və “q” bəndlərində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər; 7.3. “Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli 463-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddənin üçüncü və dördüncü hissələri, 88-ci və 88-1-ci maddələr, 91-ci maddənin ikinci və üçüncü hissələri, 143-cü maddənin üçüncü və dördüncü hissələri, 145ci maddə, 147-ci maddənin üçüncü hissəsi ilə, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli 90-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60-cı, 65-ci və 191- 1-ci maddələrlə məhkum olunmuş şəxslər; 7.4. bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər; 7.5. təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər; 7.6. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslər; 7.7. cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən, habelə həbs yerlərində saxlanılarkən qəsdən cinayət törətmiş şəxslər. 8-ci bəndinə əsasən, bu Qərar qəbul olunduğu gündən qüvvəyə minir. 10-cu bəndinə əsasən Bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. 15-cu bəndinə əsasən cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. 29-cu bəndinə əsasən məhkəmələr tərəfindən amnistiyanın tətbiqi məsələlərinə baxılarkən məhkəmə iclasında müvafiq prokurorun və müdafiə tərəfinin iştirakı ilə bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara riayət edilməlidir. “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu: 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Belə olan halda məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bildiyini və himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət işinin icraatına xitam verilməlidir. Dövlət ittihamçısının Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməsinə etirazı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 15-ci bəndinin məzmunundan göründüyü kimi həmin normada hökmlərin məcmusu üzrə məhkum edilmiş şəxsin məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmədiyi qeyd edilmişdir. Təqsirləndirilən şəxs isə hazırda hökmlərin məcmusu ilə məhkum edilmiş şəxs deyildir. Belə ki, məhkum məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cinayət əməli törətməkdə təqsirli bilinərək cəzaya məhkum edilmiş şəxsdir, Təqsirləndirilən şəxs hazırda cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsdir, odur ki, hazırki cinayət işi üzrə ittiham hökmü çıxarılmadan o, hökmlərin məcmusu ilə məhkum edilmiş şəxs hesab edilə bilməz. Bundan başqa Təqsirləndirilən şəxs amnistiya tətbiq edilməsi mümkün olduğu halda CM-in 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddət ərzində az ağır cinayət törətdiyinə görə şərti azad etmənin ləğv edilərək ona hökmlərin məcmusu üzrə cəza təyin edilə bilməz. Bu yanaşmanın əksi, yəni şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddət ərzində az ağır cinayət törətdikdə mütləq CM-in 76.6.3-cü maddəsinin tətbiq edilməli olduğu qəbul edilsə, bu zaman belə başa düşülür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün amnistiyadan başqa digər əsasların (məsələn, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi) olduğu halda məsuliyyətdən azad edilməyib, hökmlərin məcmusu ilə məhkum edilməlidir. Bu yanaşma isə cinayət qanununun ədalət, qanunçuluq prinsiplərinə ziddir. Həmçinin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının heç bir müddəasında şəxsin cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtda yenidən cinayət törətdiyinə görə və ya cinayətlərin sadə residivinə görə məhdudiyyət nəzərdə tutulmamışdır. O, Qərarın 6-cı bəndində nəzərdə tutulmuş 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxs deyildir, həmçinin 7ci bəndində nəzərdə tutulmuş CM-in maddələri ilə təqsirləndirilən şəxs deyildir. Odur ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin təsiri altına düşür. Ekspertiza tədqiqatının dəyəri 87.14 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış çəkisi 21.78 qram olan narkotik vasitə - qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığını nəzərə alır. Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 8 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 88 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 344-347, 356 və 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət işi üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri 87.14 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 21.78 qram olan narkotik vasitə - qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra tam məhv edilsin. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 8 iş saatı üçün 88 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №1(019)-105/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-105/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver