Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-106/2024 29.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs - X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi X4 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək 18 aprel 2010cu il tarixdə Balakən rayonunda doğulmuş, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmayan, Balakən rayonu Qazbinə kənd tam orta məktəbində təhsil alan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə cəzaları qismən və tamamilə toplamaq yolu ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır həddə cəza təyin edilməsi barədə hökm qəbul edilməsini xahiş etmişdir. X4 xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək onun məzmununa uyğun izahat verərək şikayətin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. X3 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkrarən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 299.9.1-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.9.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən təkrarən imtina etdiyi və ya boyun qaçırdığı halda məhkəmənin hazırlıq iclası təqsirləndirilən şəxsin iştirakı olmadan aparıla bilər. Şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edirəm ki, şikayətin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, X4 xüsusi ittiham qaydasında şikayət verərək 18 aprel 2010-cu il tarixdə Balakən rayonunda doğulmuş, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmayan, Balakən rayonu Qazbinə kənd tam orta məktəbində oxuyan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə cəzaları qismən və tamamilə toplamaq yolu ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır həddə cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayətin məzmunundan göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət olunan X3 18 aprel 2010-cu il tarixdə anadan olmaqla 14 yaşı vardır. Azərbaycan Respublikası CM-nin 20.1-ci maddəsinə əsasən cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Göründüyü kimi 14 yaşı tamam olmuş şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulmamışdır. Qanunvericiliyin qeyd edilən tələbinə görə 18 aprel 2010-cu il tarixdə anadan olmaqla 14 yaşı olan X3 Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 302-ci maddəsinə əsasən: 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, 18 aprel 2010-cu il tarixdə anadan olmaqla 14 yaşı olan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilə bilməməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X2 18 aprel 2010-cu il tarixdə Balakən rayonunda doğulmuş, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmayan, Balakən rayonu Qazbinə kənd tam orta məktəbində təhsil alan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299,300 və 302-ci maddələrini rəhbər tutub məhkəmə qəraraaldı X2 18 aprel 2010-cu il tarixdə Balakən rayonunda doğulmuş, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmayan, Balakən rayonu Qazbinə kənd tam orta məktəbində təhsil alan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-106/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-106/2024
29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver