Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-106/2025 03.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclаs kаtibi X6 kаtibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, müdafiəçi Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirаklаrı ilə, xx.xx.1986-cı ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olmuş, Balakən rayonu, Qullar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirmiş və qanunsuz olaraq odlu silah əldə etmiş, daşımış, gəzdirmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 sonuncunun bacısını Azərbaycan Respublikası Milli Məclisində deputat köməkçisi vəzifəsinə işə düzəlməsinə köməklik göstərəcəyinə dair yalan verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs2 28 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 12A ünvanın qarşısında 10.000 manat, 30 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 52 ünvanında yerləşən “Kontakt Home” mağazasının qarşısında həmin dövrün Azərbaycan Respublikası manatının Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə 1.700 manat təşkil edən 1000 ABŞ dolları, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 12A ünvanından Zərərçəkmiş şəxs2 tərəfindən “Birbank” mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 552209******9175 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə köçürülən 240 manat, xx.xx.2024-cü il tarixdə köçürülən 500 manat, xx.xx.2024-cü il tarixdə köçürülən 300 manat, xx.xx.2024-cü il tarixdə köçürülən 50 manat, xx.xx.2024-cü il tarixdə köçürülən 100 manat, “İBA Mobile” mobil tətbiqi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə köçürülən 1.500 manat, 2024-cü ilin aprel ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58A ünvanında Təqsirləndirilən şəxs cinayətə aidiyyəti olmayan tanışı Şahid3 vasitəsi ilə 10.000 manat və sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında yerləşən ödəmə post terminalından Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülən 1.000 manat olmaqla ümumilikdə 25.390 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs2 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda 25.390 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 özünü Daxili İşlər Nazirliyinin X12 Mübarizə Baş İdarəsinin rəis müavini kimi təqdim edərək Zərərçəkmiş şəxs3 həmin İdarədə işə düzəlməsinə köməklik göstərəcəyinə dair yalan verib onu aldadaraq sonuncudan 2024-cü ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, “Meşə tipli park”ın yaxınlığında 600 manat, 30 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Meşə tipli park”ın ərazisində olan “Əncir” restoranında 3.000 manat, Zərərçəkmiş şəxs3 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən “Köz, Dönər, Tantuni” restoranından Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 552209******9175 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə köçürülən 1000 manat, xx.xx.2024-cü il tarixdə köçürülən 100 manat, xx.xx.2024-cü il tarixdə köçürülən 600 manat, xx.xx.2024-cü il tarixdə köçürülən 70 manat, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 523915******7518 nömrəli kart hesabına köçürülən 150 manat, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 552209******9175 nömrəli kart hesabına köçürülən 200 manat, xx.xx.2024-cü il tarixdə köçürülən 75 manat, xx.xx.2024-cü il tarixdə köçürülən 30 manat, xx.xx.2024-cü il tarixdə köçürülən 300 manat, xx.xx.2024-cü il tarixdə köçürülən 325 manat, xx.xx.2025-ci il tarixdə köçürülən 55 manat, xx.xx.2025-ci il tarixdə köçürülən 400 manat, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 552209******9618 nömrəli kart hesabına köçürülən 650 manat, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 523915******9131 nömrəli kart hesabına köçürülən 60 manat, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 552209******9618 nömrəli kart hesabına köçürülən 45 manat və 20 manat, sonuncu dəfə isə 2025-ci ilin aprel ayının əvvəlində Bakı şəhəri, Nəsimi rayonu, Bakı Metropoliteninin “Memar Əcəmi” metrostansiyasının yaxınlığında 3.500 manat olmaqla ümumilikdə 11.180 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs3 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda 11.180 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 özünü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini kimi təqdim edərək Zərərçəkmiş şəxs1 borclu olan şəxslərdən borclarının qaytarılmasına köməklik göstərəcəyinə dair yalan verib onu aldadaraq sonuncudan 28 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Meşə tipli park”ın ərazisində olan “Əncir” restoranında 5.000 manat, Zərərçəkmiş şəxs1 tərəfindən ünvan 6 ünvanından Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 552209******9175 nömrəli kart hesabına xx.xx.2025-ci il tarixdə köçürülən 400 manat, Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 552209******9618 nömrəli kart hesabına xx.xx.2025-ci il tarixdə köçürülən 115 manat, xx.xx.2025-ci il tarixdə köçürülən 25 manat, xx.xx.2025-ciil tarixdə köçürülən 170 manat, xx.xx.2025-ci il tarixdə köçürülən 70 manat, xx.xx.2025-ciil tarixdə köçürülən 120 manat, xx.xx.2025-ci il tarixdə köçürülən 150 manat, xx.xx.2025-ci il tarixdə köçürülən 250 manat, xx.xx.2025-ci il tarixdə köçürülən 20 manat və 200 manat, xx.xx.2025-ci il tarixdə köçürülən 40 manat, 40 manat və 20 manat, xx.xx.2025-ci il tarixdə köçürülən 80 manat olmaqla ümumilikdə 6.700 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda 6.700 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan 01 ədəd Г-45127 №-li, ilkin variantda keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda 1965-ci ildə istehsal olunmuş, 16 kalibrli İJ-18 modelli, çaxmaqsız, hamar təklüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, lüləsinin uzunluğu 293 mm, ümumi uzunluğu 495 mm olan və hazırda öz ilkin təyinatını itirmiş odlu yivsiz ov tüfənginin kəsiyini qanunsuz olaraq əldə edib üzərində gəzdirərək saxlamaqla Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Soyqırım” parkının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 23 iyun 2025-ci il tarixdə saat 16:20-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin gün saat 17:57-dən etibarən üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçirilən zaman bel nahiyəsinin sol tərəfindən onun qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə daşıyaraq saxladığı texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan 01 ədəd Г-45127 №-li, ilkin variantda keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda 1965-ci ildə istehsal olunmuş, 16 kalibrli İJ-18 modelli, çaxmaqsız, hamar təklüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, lüləsinin uzunluğu 293 mm, ümumi uzunluğu 495 mm olan və hazırda öz ilkin təyinatını itirmiş odlu yivsiz ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. İttiham aktında Zərərçəkmiş şəxs2 tərəfindən sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, Zərərçəkmiş şəxs1 tərəfindən isə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə ödəniş edilməsi qeyd edilmişdir. Lakin məhkəmə iclasında ödəniş qəbzləri əsasında həmin tarixlərin müvafiq olaraq xx.xx.2024 və xx.xx.2025 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 pul almaqda vasitəçi olmuşdur, ondan 5000 manat pul almışdır, qalan 6180 manat pulu ondan almamışdır. Kasıb insanda o qədər pul hardandı, pay göndərdikləri hindquşunun qiyməti yəqin ki, 6180 manatdır. Zərərçəkmiş şəxs1 isə 1700 manat pul almışdır, həmin 1700 manata görə silahı ona yüklədilər. 4 gündür Balakəndə üstündə silahla gəzirdisə, Balakən polisi niyə görmürdü? Çay içdiyi vaxtda gəlib onu aparıblar. Silah ona aid deyil, onun üzərinə qoyublar. İstintaqda namus, qeyrəti üçün silahı boynuna almışdır. Polis şöbəsində işgəncə edildiyi üçün ifadəsində özünü təqsirli bilmişdir. Telxanımın işindən başqa hamısı qurmadı, Telxanım da 25000 deyirsə, onu da qəbul edir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmək fikri yoxdur. Mülki iddianın rədd edilməsini, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə “Tiktok” vasitəsilə tanış olmuşdur. Özünü ona DİN-in X12 Mübarizə İdarəsində rəis müavini kimi təqdim edib aldadaraq bacısı Nailə Məmmədovanı Milli Məclisin deputatı olan Fazil Mustafayevin köməkçisi olaraq işə düzəlməsinə köməklik göstərməsi üçün 25.390 məbləğində pul vəsaitini ələ keçirmişdir. Təqsirləndirilən şəxs ilk dəfə olaraq bacısının qeyd etdiyi işə düzəlməsi üçün 28 dekabr 2023-cü il tarixdə yaşadığı ünvanın, yəni Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 12A ünvanın qarşısında 10.000 manat pul əlbəəl vermişdir. Bundan sonra 30 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında olan “Kontakt Home” mağazasının qarşısında 1000 ABŞ dolları əlbəəl vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona vermiş olduğu kart hesablarına ayrı-ayrı məbləğlərdə köçürmə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona vermiş olduğu kart hesablarına yaşadığı ünvandan, yəni Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 12A ünvanından xx.xx.2024-cü il tarixdə 240 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 1500 manat pul göndərmişdir. Bundan sonra 2024-cü ilin aprel ayının ortalarında yaşadığı ünvanın qarşısında Təqsirləndirilən şəxs ona sürücüsü kimi təqdim etdiyi Ramin adlı şəxsə Təqsirləndirilən şəxs verilməsindən ötrü 10.000 manat pul vermişdir. Sonuncu dəfə isə ünvan 5 ünvanında yerləşən “Milliön” aparatından Təqsirləndirilən şəxs vermiş olduğu kart hesabına 1000 manat köçürmə etmişdir. Ümumilikdə 25.390 manat pulu Təqsirləndirilən şəxs verdikdən sonra bacısını işə düzəltməsi üçün gözləmişdir. Lakin Təqsirləndirilən şəxs hər dəfəsində bacısının işə düzəlməsi məsələsini müxtəlif bəhanələr gətirərək yubatmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs şübhələnməyə başlamış və ona vermiş olduğu pulları geri qaytarmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirib pulu geri qaytarmaqdan yayınmışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyandan heç bir ödəniş etməmişdir, ona qarşı mülki iddia qaldıracaq, onunla barışmır. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi restoranda görmüşdü, Natiq özünü ona DİN-in X12 Mübarizə İdarəsində rəis müavini kimi təqdim edərək onu həmin idarəyə işə düzəldəcəyi adı ilə aldadıb hissə-hissə olmaqla 2024-2025-ci illər ərzində 11.180 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs onu qeyd etdiyi idarədə işə düzəltməsi üçün 2024-cü ilin sentyabr ayının ortasında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Meşə park” adlanan yerin yaxınlığında olan yer üstü piyada keçidinin yanında əlbəəl 600 manat, 30 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Meşə parkı” adlanan yerdə yerləşən “Əncir” restoranında əlbəəl 3000 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona vermiş olduğu kart hesablarına ayrı-ayrı məbləğlərdə köçürmə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona vermiş olduğu kart hesablarına iş yerindən, yəni Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan yerdə “Köz, Dönər, Tantuni” restoranından xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 70 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, 200 manat olmaqla ümumilikdə 350 manat, xx.xx.2024-cü il tarixdə 75 manat, xx.xx.2024-cü il tarixdə 30 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 325 manat, xx.xx.2025-ci il tarixdə 55 manat, xx.xx.2025-ci il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə 650 manat, xx.xx.2025-ci il tarixdə 60 manat, xx.xx.2025-ci il tarixdə 45 manat və 20 manat olmaqla, ümumilikdə 65 manat pul göndərmişdir. Axırıncı dəfə 2025-ci ilin aprel ayının əvvəlində Təqsirləndirilən şəxsla Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında olan adını xatırlamadığı kafelərinin birində görüşərək ona əlbəəl 3500 manat pul vermişdir. Həmin pulu verdikdən sonra Təqsirləndirilən şəxs ona 08 aprel 2025-ci il tarixdə işə başlayacağını bildirmişdir. Həmin tarix gəlib çatdıqda Təqsirləndirilən şəxsla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs isə ona müxtəlif bəhanələr gətirərək işə bir həftədən sonra başlayacağını bildirmişdir. Həmin müddət gəlib çatdıqda Təqsirləndirilən şəxsla əlaqə saxlamağa çalışmışdır. Lakin Təqsirləndirilən şəxs telefon zənglərinə cavab verməmişdir. Bundan sonra aldanıldığını başa düşmüş və onun barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyandan heç bir ödəniş etməmişdir, onunla barışmır. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, fərdi qaydada qızıl alışı və satışı ilə məşğul olur. Belə ki, tanışlarından və ayrı-ayrı mağazalardan nisyə formada alaraq, yəni sonradan aldığı qızılların pulunu qaytarmaq şərti ilə gəlir əldə etmişdir. Qeyd etdiyi işlə əlaqədar sonradan tanış olduğu Badam, Türkan və Rəfiqə adlı şəxslər ondan nisyə formada qızıl almış və onlarda öz növbəsində ondan almış olduğu qızılları sataraq borclarını geri qaytarmışdır. Badam, Türkan və Rəfiqə adlı şəxslərlə qeyd etdiyi formada iş görmüşlər. İlk vaxtlar Badam, Türkan və Rəfiqə ilə arasında heç bir problem yaranmamışdır. Belə ki, Badam, Türkan və Rəfiqə ondan aldıqları qızılları sataraq borclarını geri qaytarmışlar. Sonradan Badam, Türkan və Rəfiqə adlı şəxslər ondan nisyə formada almış olduğu qızılların pullarını geri qaytara bilməmişdir. O da öz növbəsində onlara satmış olduğu qızılları başqa şəxslərdən aldığına görə borclu olduğu şəxslər onlara olan borcunu verməyini və ya vermiş olduqları qızılları geri qaytarmağını tələb etmişlər. Çətin vəziyyətdə qalmışdır. Buna görə də Badam, Türkan və Rəfiqədən onlara satmış olduğu qızılların pullarını vermələrini və ya həmin qızılları geri qaytarmalarını tələb etmişdir. Lakin onlar müxtəlif bəhanələr gətirərək ona olan borclarını geri ödəməkdən yayınmışdır. Badam, Türkan və Rəfiqə ona olan borclarını geri qaytarmadıqlarına görə onlar barəsində Abşeron RPl-yə şikayət ünvanlamışdır. Qızılları almış olduğu şəxslər ondan öz borclarını tələb edirmilər. Bundan sonra Mehriban adlı tanışı ilə söhbəti əsnasında başına gələnləri ona danışmışdır. Mehriban ona köməklik göstərə biləcək Natiq adlı tanışının olduğunu və həmin şəxsin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini vəzifəsində çalışdığını bildirib istəyəcəyi təqdirdə ona müraciət edə biləcəyini bildirmişdir. Mehribana Natiq adlı şəxsə onun məsələsi barədə məlumat verib köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra Mehriban Natiq adlı şəxslə danışdıqdan sonra qeyd edilən məsələ ilə bağlı Natiq adlı şəxslə görüşmək lazım olduğunu bildirmişdir. Həmçinin Mehriban ona Natiq adlı şəxsin qeyd edilən məsələnin həlli üçün 10.000 manat lazım olduğunu bildirmişdir. Mehribana həmin məbləğə gücü çatmadığını və bu işin həlli üçün 5.000 manat verə biləcəyini bildirmişdir. Bundan sonra 28 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, “Şamaxinka” deyilən yerdə günorta radələrində “Əncir” restoranında o, həyat yoldaşı Şahid4 və Mehriban Natiq adlı şəxslə görüşmüşlər. Görüşləri zamanı Natiq özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini kimi təqdim etmişdir. Həmçinin Natiq qeyd edilən məsələ ilə bağlı köməklik göstərəciyini bildirmişdir. Natiq adlı şəxsin həqiqətən ona köməklik göstərəciyinə inanmışdır. Natiq adlı şəxs həmin görüşü zamanı qeyd edilən məsələnin həlli üçün bir daha 10.000 manat lazım olduğunu bildirmişdir. Bundan sonra ona həmin məbləğə gücü çatmadığını və ona bu işin həlli üçün 5.000 manat verə biləcəyini bildirmişdir. Natiq adlı şəxs bundan sonra onunla razılaşaraq 5.000 manatı ona verməyini bildirmişdir. Bundan sonra qeyd etdiyi restoranda həyat yoldaşı Şahid4 və Mehriban adlı tanışının yanında 5.000 manat pulu Natiq adlı şəxsə vermişdir. Natiq adlı şəxs pulu aldıqdan sonra narahat olmamağını və qısa müddət ərzində qeyd edilən məsələnin həlli üçün köməklik göstərəciyini bildirmişdir. Həmin görüşləri zamanı Natiq adlı şəxslə əlaqə saxlamığı üçün onun mobil nömrəsini götürmüşdür. Bundan sonra Natiq adlı şəxs onunla mütəmadi olaraq əlaqə saxlayıb məsələnin həlli istiqamətində işlər gördüyünü demişdir. Natiq adlı şəxs bundan sonra məsələnin həlli üçün ondan müxtəlif adlarla ümumilikdə hissə-hissə olmaqla 1700 manat pul almışdır. Belə ki, Natiq adlı şəxs ona zəng edərək işinin həlli üçün üç vəkil tutduğunu, həmçinin işinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baxılması üçün onun narkololiji dispanserdən, psixiatriyadan keçməli olduğunu və bunun üçün pul lazım olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə Natiq adlı şəxsin vermiş olduğu kart hesabına 400 manat, xx.xx.2025-ci il tarixdə 115 manat, xx.xx.2025-ci il tarixdə 25 manat, xx.xx.2025-ci il tarixdə 170 manat, xx.xx.2025-ci il tarixdə 70 manat, xx.xx.2025-ci il tarixdə 120 manat, xx.xx.2025-ci il tarixdə 150 manat, xx.xx.2025-ci il tarixdə 250 manat, xx.xx.2025-ci il tarixdə 20 manat və 200 manat, xx.xx.2025-ci il tarixdə 40 manat, 40 manat və 20 manat, xx.xx.2025-ci il tarixdə 80 manat olmaqla ümumilikdə 1700 manat köçürmə etmişdir. Bu dövr ərzində Natiq adlı şəxs səbrli olmağını və Badam, Türkan və Rəfiqənin ona olan borclarını alıb qaytaracağını demişdir. Lakin Natiq adlı şəxs heç bir köməklik göstərməmişdir. Aldadıldığını başa düşmüşdür. Buna görə də Natiq adlı şəxsə zəng edərək ona vermiş olduğu pulları geri qaytarmasını tələb etmişdir. Lakin Natiq müxtəlif bəhanələr gətirərək ona vermiş olduğu pulları geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyandan heç bir ödəniş etməmişdir, onunla barışmır. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 23 iyun 2025-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması, eyni zamanda üstündə daşıyaraq gəzdirməsi bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs Balakən şəhəri ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Balakən şəhərinə getmişlər. 23 iyun 2025-ci il tarixdə saat 16:20-də Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Soyqırım” parkının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması, eyni zamanda daşıyaraq gəzdirməsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bu zaman Təqsirləndirilən şəxs üzərində odlu silah olduğunu bildirmişdir. Bundan sonra onu Balakən Rayon Şöbəsinin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla Balakən Rayon Şöbəsinin inzibati binasına gəlmişdir. Balakən Rayon Şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı Fəan Süleymanov tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 23 iyun 2025-ci il tarixdə saat 17:50 radələrdə Balakən RPŞ-ın inzibati binasında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş və ona üzərində olması ehtimal edilən odlu silah və döyüş sursatlarını, qanunla dövriyyəsi qadağan edilmiş və iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində tüfəng olduğunu bildirib əli ilə bel nahiyəsinin sol tərəfini göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs bel nahiyəsinin sol tərəfində olan odlu silaha oxşar dəmir predmet götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş odlu silah tüfəngə oxşar dəmir predmet yoxlanılaraq həmin predmetə baxış keçirilmişdir. Bundan sonra lüləsi və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan müvafiq qaydada qabalaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanıb görülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar dəmir predmeti 03- 04 gün bundan öncə Balakən çayının körpüsünün altı adlanan ərazidən tapdığını, əvvəllər hərbiçi olduğundan predmetdən xoşu gəldiyi üçün götürdüyünü, həvəskar olduğundan üstündə gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, mobil telefon dükanında işləmiş, Təqsirləndirilən şəxs müştəri kimi tanımışdır. 2024-cü ilin aprel ayının ortalarında iş yerində olan zaman Təqsirləndirilən şəxs ona zəng vuraraq işləri ilə bağlı çatdıra bilmədiyini deyərək ondan xahiş etmişdir ki, onun evinə gedib sənədi götürsün və ona çatdırsın. Lakin Natiq sənədin nə olduğunu ona deməmişdir. Təqsirləndirilən şəxs ona ünvanı göndərmiş və axşam saatlarında özünə məxsus Chevrolet markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvana getmiş və Natiqə ünvana çatdığını xəbər etmişdir. Bir qədər sonra bir nəfər xanım Təqsirləndirilən şəxsla görüntülü danışaraq ona yaxınlaşmış və telefonu üzünə tutaraq Natiqdən soruşmuşdur ki, bu adamdısa sənədi versin, Natiq də bildirmişdir ki, “hə ver narahat olma”. Xanım bir ədəd konverti ona vermiş, içərisində nə olduğunu dəqiq bilməmiş, amma təxminən pula oxşamışdır. Konverti götürdükdən sonra Moskva prospekti 48 A ünvanında, 20 yanvar metrostansiyası yaxınlığında yerləşən iş yerinə qayıtmış və Təqsirləndirilən şəxs oraya gələrək ondan konverti götürmüş və oradan uzaqlaşıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır. Onunla hər hansı bir ədavəti və mübahisəsi olmamışdır. 2025-ci ilin yanvar ayının əvvələrində Zərərçəkmiş şəxs1 ilə aralarında olan söhbət əsnasında Aygün ona tanımadığı şəxslərə nisyə formada qızıl satdığını, həmin şəxslərin Aygünün onlara satmış olduğu qızılların pullarını vermədiklərini, buna görə də çıxılmaz vəziyyətdə qaldığını bildirib ona bu məsələdə kömək edən biləcək şəxs axtardığını bildirmişdir. Bu zaman ağlına “yeraz” ləqəbli Natiq adlı şəxs gəlmişdir. Natiq adlı şəxsin adını tanışlarından eşitmişdir. Həmin şəxsin vəzifəli şəxs olduğunu və Aygünün məsələsinə köməklik göstərə biləcəyini düşünmüşdür. Belə ki, Natiqin eyni məsələ ilə bağlı başqa şəxslərə köməklik göstərdiyini eşitmişdir. Aygünə Natiq adlı şəxsin ona bu məsələ ilə bağlı köməklik göstərə biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxsin “İnstagram” sosial şəbəkəsində olub-olmamasını yoxlamaqdan ötrü axtarış yerinə “Yeraz Natiq” yazmışdır. Bu zaman “Yeraz Natiq” adlı profil istifadəçisi axtarış bölməsində çıxmışdır. “Yeraz Natiq” adlı profil istifadəçisinə yazaraq adının Natiq olub-olmamasını və dövlət işində işləyib-işləməməsini soruşmuşdur. Həmin profil istifadəçisi bundan sonra ona yazaraq adının Natiq olduğunu və Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəisi müavini olduğunu bildirib əlaqə nömrəsini vermişdir. Bundan sonra “Whatsapp” mobil tətbiqində ona zəng edərək tanışı Aygünün başına gələnləri ona danışıb Aygün adlı tanışına köməklik göstərə bilib-bilməyəcəyini ondan soruşmuşdur. Natiq adlı şəxs Aygünə qeyd edilən məsələ ilə bağlı köməklik göstərə biləcəyini bildirib işin həlli üçün 10.000 manat lazım olduğunu bildirmişdir. Bundan sonra Aygünə zəng edərək Natiq adlı şəxsi tapdığını və onun BMCMİ-nin rəis müavini vəzifəsində çalışdığını bildirib köməklik göstərə biləcəyini bildirmişdir. X11 adlı şəxsin qeyd edilən məsələ bağlı 10.000 lazım olduğunu bildirdiyini demişdir. Aygün ona qeyd edilən məbləğə gücünün çatmadığını və 5.000 manat verə biləcəyini bildirib Natiq adlı şəxsə bu barədə məlumat verməyini bildirmişdir. Bundan sonra Natiq adlı şəxsə zəng edərək Aygünün dediklərini ona bildirmişdir. Natiq adlı şəxs ona 5.000 manata qeyd edilən məsələni həll edə biləcəyini bildirib onunla görüşməli olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, “Şamaxinka” deyilən yerdə olan "Əncir” adlı restoranda o, Aygün, Aygünün həyat yoldaşı Natiq adlı şəxslə görüşmüşlər. Natiq adlı şəxslə görüşləri zamanı həmin şəxslə Aygün və həyat yoldaşı söhbət etməyə etmişdir. Söhbət zamanı Natiq adlı şəxs Aygün və yoldaşına BMCMİ-nin rəis müavini olduğunu və qeyd edilən məsələ ilə bağlı onlara köməklik göstərə biləcəyini bildirmişdir. Həmin şəxsin həqiqətdə Natiq adlı BMCMİ-nin rəis müavini olduğunu və qeyd edilən məsələ ilə bağlı onlara köməklik göstərə biləcəyinə inanmışlar. Bir qədər onunla söhbət edildikdən sonra Natiq adlı şəxs 5.000 manat pulun ona verilməsini bildirmişdir. Bundan sonra Aygün 5.000 manat pulu Natiq adlı şəxsə vermişdir. Natiq adlı şəxs pulu aldıqdan sonra qısa müddət ərzində Aygünün məsələsini həll edəcəyini bildirmişdir. Bundan sonra onunla görüşləri yekunlaşmışdır. Bunun üzərindən bir neçə ay keçmişdir ki, Aygün onunla əlaqə saxlayaraq Natiq adlı şəxsə onun məsələsinin həll edilməsi üçün başqa ödənişlər etdiyini, lakin Natiq adlı şəxsin ona heç bir köməklik göstərmədiyini bildirmişdir. Həmçinin Aygün ona Natiq adlı şəxsin onu aldatdığını və ona vermiş olduğu pulları geri ala bilmədiyini bildirib Natiq adlı şəxsə zəng edib pulunu geri qaytarmısını bildirməyini xahiş etmişdir. Bundan sonra Natiq adlı şəxsə zəng edərək Aygünün ona vermiş olduğu pulları geri qaytarmasını bildirmişdir. Natiq adlı şəxs isə pulu geri qaytaracağını bildirmişdir. Lakin Natiq adlı şəxsə bu günə kimi Zərərçəkmiş şəxs1 ona vermiş olduğu pulları müxtəlif bəhanələr gətirərək geri ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs1 və Şahid5 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 iştirakı mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək təxminən 11.000 manat pul vəsaitini ələ keçirmişdir. Belə ki, 2024-cü ilin sentyabr ayının ortalarında oğlu Xaliq ona müraciət edərək Natiq adlı şəxslə tanış olduğunu, həmin şəxsin DİN-in X12 Mübarizə İdarəsində rəis müavini vəzifəsində çalışdığını və polkovnik rütbəsində olduğunu bildirib onu həmin idarədə işə düzəlməsi üçün köməklik göstərəcəyini bildirmişdir. Oğluna həmin şəxsi tanımadığını və onları aldada biləcəyini bildirmişdir. Oğlu isə ona həmin şəxsi bir müddətdir ki, işlədiyi restorana gəlib getdiyini və onun işə düzəlməsi üçün Natiq adlı şəxslə söhbət etdiklərini bildirmişdir. Oğluna həmin şəxslə görüşmək istədiyini bildirmişdir. Oğlu Xaliq ilk vaxt Natiq adlı şəxsə qeyd etdiyi məsələyə görə 600 manat pul vermişdir. Bundan sonra Natiq adlı şəxs oğlundan 3000 manat pul istəmişdir. Oğlu Xaliq pulu verməmişdən əvvəl Natiq adlı şəxslə görüşmək istədiyini bildirmişdir. Bundan sonra 30 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Meşə parkı” adlanan yerdə yerləşən “Əncir” restoranında o və oğlu Natiq adlı şəxslə görüşmüşlər. Natiqlə görüşləri zamanı həmin şəxs özünü ona DİN-in X12 Mübarizə İdarəsində rəis müavini vəzifəsində çalışdığını və polkovnik rütbəsində olduğunu bildirib narahat olmamağını və oğlunu rahatlıqla işə düzəldəcəyini bildirmişdir. Həmin şəxs çox rahat olmuşdur. Onun həqiqətən də dediyi vəzifədə olduğunu və oğlunu işə düzəldə biləcəyinə inanmışdır. Bundan sonra oğlu Xaliq ona əlbəəl 3000 manat pul vermişdir. Pulu verdikdən sonra Natiq səbrli olmaqlarını və qısa müddət ərzində oğlunun işə çıxacağını bildirmişdir. Bundan sonra oğlu hissə-hissə olmaqla 2024-2025-ci illər ərzində Natiqin kart hesablarına 5.000 manata yaxın pul göndərmişdir. Bunun üzərindən bir neçə ay keçmişdir. X7 hələ də işə düzəldə bilməmişdir. Bundan narahat olmağa başlamışdır. Natiqlə bu barədə hər dəfə danışıqları zamanı onlara bəhanələr gətirib işi uzatmağa çalışmışdır. Sonuncu dəfə oğlu Xaliq 2025-ci ilin aprel ayının əvvəlində Təqsirləndirilən şəxsla Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrostansiyasının yaxınlığında görüşüb ona əlbəəl 3500 manat pul vermişdir. Həmin pulu verdikdən sonra Təqsirləndirilən şəxs oğluna 08 aprel 2025-ci il tarixdə işə başlayacağını bildirmişdir. Həmin tarix gəlib çatdıqda Təqsirləndirilən şəxsla əlaqə salxamışlar. Təqsirləndirilən şəxs isə yenə də müxtəlif bəhanələr gətirərək oğlunun işə bir həftədən sonra başlayacağını bildirmişdir. Həmin müddət gəlib çatdıqda onlar Təqsirləndirilən şəxsla əlaqə saxlamağa çalışmışlar. Lakin Təqsirləndirilən şəxs telefon zənglərinə cavab verməmişdir. Bundan sonra aldanıldıqlarını başa düşmüşlər və oğlu Xaliq Natiqin barəsində şikayət etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs elan edilən ittiham üzrə özünü Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə qismən təqsirli, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilərək götürülmüş silahı tutulmamışdan təxminən 3-4 gün bundan əvvəl Balakən çayının körpüsünün altından tapmışdır. Silahlara marağı olduğu üçün onu götürüb üzərində saxlamışdır. Tutulduğu günə kimi həmin silahdan istifadə etməmiş və həmin silahın onda olmasından heç kimin xəbəri olmamışdır. 23 iyun 2025-ci il tarixdə 16:20-də Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən “Soyqırım” parkının yaxınlığında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sonra ondan özünü təqdim etməyini xahiş etmişlər, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ona qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində “tüfəng” vardır. Bundan sonra polis əməkdaşları onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Balakən Rayon Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunla qadağan edilmiş edilmiş hər hansı əşya və predmet və silah varsa təqdim etməyi təklif edimişdir. Bu təklifdən sonra sol əli ilə belinin sol tərəfini göstərib tüfəng olduğunu bildirmişdir. Sonra polis əməkdaşı tüfəngi götürmüşdür. Daha sonra əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefonunu, sağ yan cibindən 01 ədəd qara rəngli pulqabını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üstündən əşya və predmet aşkar edilməmişdir. Belinin sol tərəfindən aşkar edilmiş 01 ədəd tüfəngə baxış zamanı lülə və qundaq hissəsinin kəsildiyi, üzərində yazının olduğu müəyyən edilmişdir. Bundan sonra tüfəng polis əməkdaşı tərəfindən qara rəngli sellofan torbada qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanıb götürülmüşdür. Bundan sonra təqdim etdiyi “Samsung” markalı mobil telefonu, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd bank kartı və 01 ədəd etibarnamə polis əməkdaşı tərəfindən götürülmüşdür. 05 manat pul və pulqabı özünə qaytarılmışdır. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş tüfəngi 03-04 gün bundan öncə Balakən çayının körpüsünün altından tapdığını, əvvəllər hərbiçi olduğundan tüfəngdən xoşu gəldiyi üçün götürdüyünü, həmin tüfəngdən cinayətin törədilməsində istifadə etmədiyini, tapdığı formada təqdim etdiyini, tüfəngi heç kimə satmadığını, pay vermədiyini, belə bir niyyətinin olmadığını, həvəskar olduğunndan üstündə gəzdirdiyini bildirmişdir. Bundan başqa, “Tik Tok” sosial şəbəkəsində Mehriban adlı xanımla tanış olmuşdur. Həmin şəxslə danışıqları zamanı ona Daxili İşlər Nazirliyində əlaqələrin olduğunu və polisdə köməklik lazım olacağı təqdirdə müraciət edə biləcəyini bildirmişdir. Təxminən 2025-ci ilin yanvar ayının əvvəllərində Mehriban “Tik Tok” sosial şəbəkəsində onunla əlaqə saxlayaraq Aygün adlı tanışının olduğunu, həmin tanışına başqa şəxslərin borclu olduğunu, həmin borclarını ala bilmədiyini bildirib Aygün adlı tanışına borclu olan şəxslərin həmin borcu geri qaytarılmasında köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin zaman maddi sıxıntıları olmuşdur. Düşünmüşdür ki, bu yolla gəlir əldə edər. Buna görə də Mehribana bu barədə onlara köməklik göstərə biləcəyini bildirmişdir. Bundan sonra 2025-ci ilin yanvar ayının sonlarında Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə yerləşən “Əncir” restoranında o, Mehriban, Aygün adlı şəxs və Aygünün həyat yoldaşı Orxan adlı şəxslə görüşmüşdür. Bundan sonra Aygün tanımadığı Türkan, Rəfiqə və Badam adlı şəxslərin ona 100.000 manatdan çox borclarının olduğunu və həmin pulu ala bilmədiyini bildirib ona köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Ona yalandan Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu və qeyd edilən məsələni asanlıqla həll edə biləcəyini bildirmişdir. Lakin niyyəti onlara köməklik göstərmək olmamış və maddi sıxıntıları olduğuna görə gəlir əldə etmək olmuşdur. Onlarla söhbət zamanı bu işin həlli üçün 10.000 manat lazım olduğunu bildirmişdir. Lakin Aygün həmin pula gücünün çatmadığını və 5.000 manat verə biləcəyini bildirmişdir. Bundan sonra onunla razılaşaraq həmin restoranda Aygündən əlbəəl 5.000 manat pul almışdır. Pulu aldıqdan sonra onlara narahat olmamaqlarını və qısa müddət ərzində məsələnin həllini tapacağını bildirib onlarla sağollaşmışdır. Bundan sonra həmin pulu, yəni 5.000 manatı heç kimə verməyərək öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra yenə də pul lazım olanda Aygünlə əlaqə saxlayaraq ona yalandan hər şeyin qaydasında olduğunu və məsələnin qısa müddət ərzində həllini tapacağını bildirib pul lazım olduğunu bildirmişdir. Bu adla Aygün vermiş olduğu kart hesablarına hissə-hissə olmaqla 1700 manat pul köçürmüşdür. Həmin pulu da heç kimə verməyərək öz şəxsi ehtiyaclarına xərcləmişdir. Aygün bir müddət sonra ondan şübhələnməyə başlamış və vermiş olduğu pulları geri qaytarmağını tələb etmişdir. O isə müxtəlif bəhanələr gətirərək Aygünün vermiş olduğu pulları geri ödəməkdən yayınmışdır. Beləliklə, Zərərçəkmiş şəxs1 6700 manat pul alaraq həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 polisə işə düzəlməsinə köməklik göstərəcəyi adı ilə onun 5.000 manat pul vəsaitini ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs3 yalandan Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu və həmin tanışları vasitəsi ilə onu polisə işə düzəldə biləcəyini bildirmişdir. Xaliq də onun dediklərinə inanmışdır. Bundan sonra Xaliqə onun polisdə işə düzəlməsi üçün 11.000 manat pul lazım olduğunu bildirmişdir. Xaliq də ona ilkin olaraq 5.000 manat verəcəyini, qalan 6.000 manat pulu isə işə düzəldikdən sonra verəcəyini bildirmişdir. Onun dedikləri ilə razılaşmışdır. Bundan sonra Xaliq ona vermiş olduğu istifadəsində kart hesablarına 5000 manat pul göndərmişdir. Həmin pulu heç yerə verməyərək öz şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin Xaliq onunla hər dəfəsində əlaqə saxlayaraq işinin nə yerdə olduğunu soruşduqda ona yalandan hər şeyin qaydasında olduğunu demişdir. Xaliq də ona inanaraq gözləmişdir. Lakin bir müddət sonra Xaliq onu aldatdığını başa düşmüş və barəsində şikayət etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 17.900 manat pulunu ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 ilə münasibəti yarandıqdan sonra ona əhatə dairəsinin geniş olduğunu və istənilən məsələdə ona köməklik göstərə biləcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 bacısının Daşkəsən rayonunda işlədiyini və onu Bakı şəhərində işə düzəlməsi üçün köməklik göstərə bilib-bilməyəcəyini ondan soruşmuşdur. Həmin zaman maddi sıxıntıları olmuşdur. Düşünmüşdür ki, bu yolla gəlir əldə edər. Buna görə də Zərərçəkmiş şəxs2 yalandan bacısını Milli Məclisdə deputat köməkçisi olaraq işə düzəldə biləcəyini bildirmişdir. Bunun üçün ona ilkin olaraq 4.000 manat lazım olduğunu bildirmişdir. Bundan sonra 2023-cü ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs2 ilə yaşadığı ünvanın, yəni Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşərək əlbəəl 4000 manat pul almışdır. Bundan bir-iki gün sonra 1000 ABŞ dolları lazım olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 2023-cü ilin dekabr ayının sonlarında ona Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında olan “Kontakt Home” mağazasının qarşısında 1000 ABŞ dolları əlbəəl vermişdir. Bundan sonra hər dəfəsində pul lazım olanda Telxanıma müraciət edərək bacısının iş məsələsi üçün pul lazım olduğunu bildirmişdir. Telxanım da ona inanaraq ona vermiş olduğu kart hesablarına 2024ci ilin yanvar-fevral ayları ərzində təxminən 1200 manat göndərmişdir. Bundan sonra yenə də Zərərçəkmiş şəxs2 bacısının işi üçün 10.000 manat lazım olduğunu bildirmişdir. Lakin Telxanım həmin pulun onda olmadığını bildirmişdir. Ona həmin pulun verilməli olduğunu və verməyəcəyi təqdirdə bacısının işinin alınmayacağını bildirmişdir. Telxanım ona inanaraq vaxt verməyini və pulu düzəldəcəyini bildirmişdir. 2024-cü ilin aprel ayının ortasında Telxanım pulu hazırladığını bildirmişdir. Bundan sonra Ramin adlı tanışı onun xahişi ilə Telxanım 10.000 manat pulu götürərək ona vermişdir. Sonuncu dəfə 2024-cü ilin may ayının əvvəlində Zərərçəkmiş şəxs2 bacısının iş düzəlməsi üçün ona vermiş olduğu kart hesabına 1000 köçürmə etmişdir. Qeyd etdiyi pulları Telxanımdan aldıqdan sonra həmin pulları heç kimə verməyərək öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 yalandan narahat olmamağını və bacısının qısa müddət ərzində işə başlayacağını bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs2 ondan şübhələnməyə başlamış və vermiş olduğu pulları tələb etməyə başlamışdır. Ona hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu geri ödəmək yayınmışdır. 251900307 nömrəli cinayət işinin İ cild: 19-cu vərəqində olan 23 iyun 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 23 iyun 2025-ci ildə saat 16:20 dəqiqədən tutulmuş hesab edilir. 27-28-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Balakən Rayon Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 23 iyun 2025-ci il tarixdə saat 17:57-də şəxsi axtarış və götürmə prosesi aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmiş, sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatlarını, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində tüfəng olduğunu bildirib sol əli ilə bel nahiyəsinin sol tərəfini göstərmişdir. Sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs bel nahiyəsinin sol tərəfində olan odlu silaha oxşar dəmir predmet götürülmüşdür. Həmin predmet polis əməkdaşı tərəfindən yoxlanılmışdır. Təqsirləndirilən şəxs bel nahiyəsinin sol tərəfindən aşkar edilmiş 01 ədəd odlu silah tüfəngə oxşar dəmir predmetə baxış zamanı lülə və qundaq hissəsinin kəsildiyi, alt hissəsində olan tutacaq hissəsinin altında “Г-45127” yazısının olduğu müəyyən edilmişdir. Bundan sonra lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar dəmir predmeti 03-04 gün bundan öncə Balakən çayının körpüsünün altı adlanan ərazidən tapdığını, əvvəllər hərbiçi olduğundan predmetdən xoşu gəldiyi üçün götürdüyünü, həmin predmetdən cinayətin törədilməsində istifadə etmədiyini, tapdığı formada təqdim etdiyini, lülə və qundaq hissəsi kəsilmiş odlu silah tüfəngə oxşar dəmir predmeti heç kimə satmadığını, pay vermədiyini, belə bir niyyətinin olmadığını, həvəskar olduğundan üstündə gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış 23 iyun 2025-ci il tarixdə saat 18:08-də başa çatmışdır. Şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. 43-46-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 24 iyun 2025-ci il tarixli 25/1040 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş 01 ədəd, Г- 45127 №-li silah ilkin variantda keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1965-ci ildə istehsal olunmuş 16 kalibrli İJ-18 modelli, çaxmaqsız, hamar təklüləli yivsiz ov tüfəngi olub. Lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 293 mm, ümumi uzunluğu 495 mm olan silah öz ilkin təyinatını itirmiş İJ-18 modelli çaxmaqsız, hamar təklüləli yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. 99-104-cü vərəqlərində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-793/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 114-115-cı vərəqlərində olan 25 iyun 2025-ci il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd Г-45127 №, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli, İJ-18 modelli, çaxmaqsız, hamar təklüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz ilkin təyinatını itirmiş odlu yivsiz ov tüfənginin kəsiyi maddi sübut hesab edilmiş və Гməhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. 125-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-13-12/2-42218/25 nömrəli məktubdan görünür ki, “İJ-18” modelli, 16 kalibrli, Г-45127 və “TOZ-8” modelli, 5.6 kalibrli 1961-ci il tarixdə istehsallı, 3930 nömrəli silahların mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. 134-cü vərəqində olan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 26 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin Birlikdən qeydiyyatdan keçməmişdir. 165-166-cı vərəqlərində olan 08 iyul 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi ödəniş qəbzlərinə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: 09-02-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9175 nömrəli kart hesabına 400 manat köçürmə etmişdir; 05-03-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9618 nömrəli kart hesabına 115 manat köçürmə etmişdir; 03-04-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9618 nömrəli kart hesabına 25 manat köçürmə etmişdir; 17-04-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9618 nömrəli kart hesabına 170 manat köçürmə etmişdir; 21-04-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9618 nömrəli kart hesabına 70 manat köçürmə etmişdir; 23-04-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9618 nömrəli kart hesabına 120 manat köçürmə etmişdir; 29-04-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9618 nömrəli kart hesabına 150 manat köçürmə etmişdir; 04-05-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9618 nömrəli kart hesabına 250 manat köçürmə etmişdir; 10-05-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9618 nömrəli kart hesabına 20 manat köçürmə etmişdir; 10-05-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9618 nömrəli kart hesabına 200 manat köçürmə etmişdir; 14-05-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9618 nömrəli kart hesabına 40 manat köçürmə etmişdir; 14-05-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9618 nömrəli kart hesabına 40 manat köçürmə etmişdir; 14-05-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9618 nömrəli kart hesabına 20 manat köçürmə etmişdir; 16-05-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9618 nömrəli kart hesabına 80 manat köçürmə etmişdir; 167-ci vərəqində olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilən Təqsirləndirilən şəxs ilə danışıqlarını özündə əks etdirən 01 DVD diskə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman aşağıdakı məzmunda səs yazılarının olması müəyyən edilmişdir: • Gözəl insan bəri başdan pul verməsən alınan şey deyil. Bəri başdan maksimum 5- 10 min verməlidiki işi görək. Məhkəməyə versəz ala bilməyəcəksiniz pulu. Ancaq onu “Banditizmə” verib alacaqlar. Belə mümkün deyil. Bəri başdan pul verilməlidi. (Təqsirləndirilən şəxs səs yazı) • Allaha and olsun keçən dəfə Günayın yoldaşı bizim qapımıza gələndə dirəşdiki həmin adamın adın ver. Görürsüz Natiq müəllim mən o dəfə də sizə zəng elədim ki sizin adınızı istiyirlər. Amma mən sizin adınızı vermədim. Mənə deyirlər ki, bəlkə səni aldadıblar, görək orda işləyir, sənin ərizən orda var ki. Məndə onlara dedim ki, mənim orda ərizəm var və o elə adam deyil ki məni aldatsın. (Zərərçəkmiş şəxs1 səs yazı) • Onlara mənə heç nə edə bilməz. (Təqsirləndirilən şəxs səs yazı) • Onlar sizi maraqlanmaq istiyirlər ki siz Banditizmdə rəis müavinisiz yoxsa yox. Məndə dedim ki, mən heç kimin adın verən deyiləm. (Zərərçəkmiş şəxs1 səs yazı) • Sən onlara mənim adımı versən qorxarlar. Mən sizə deyirəm budu, siz mənə deyirsiz hardan tapım rəis. Rəis sənin əvəzindən cibindən verməlidi? İşinizi görmək istiyirsizsə işinizi göründə. Deyirsiz tapanmadığe. Tapa bilmədin mən neyniyim. Heç bir şey edə bilmərəm mən. (Təqsirləndirilən şəxs səs yazı) • Mən bütün pullarımı özüm atmışam kartınıza. (Zərərçəkmiş şəxs1 səs yazı) • Mən də pulunu verəcəm özünə. Borcunu qaytar işini gör. (Təqsirləndirilən şəxs səs yazı) • Ay müəllim 6 min nə qədər puldu onu verəcəksiniz?. (Zərərçəkmiş şəxs1 səs yazı) • Mən heç nə edə bilmirəm. 130 min alacağın var. Qalan 600 manatı verə bilmirsən. (Təqsirləndirilən şəxs səs yazı) • Gülüncdüdə müəllim çünki tapa bilmirik. Çünki siz elə bilirsinki varmızdı. İnanmırsız ki yoxumuzdu. (Zərərçəkmiş şəxs1 səs yazı) • Tapa bilmədin nağaraq. Allahın 200 manatını tapa bilmədiz. (Təqsirləndirilən şəxs səs yazı) • Natiq müəllim zəng vurdum danışdım. Ancaq 6-cı gün verə bilərik 200 manat belə yoxdu tapa bilmirik. (Zərərçəkmiş şəxs1 səs yazı) 193-195-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X8 daxil olmuş 19 iyul 2025-ci il tarixli, 329/MEŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə məhkəmə tibbi müayinədən keçirilmişdir. Onun bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilmədi. İİ cild: 69-cu vərəqdə olan 11 aprel 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin MSY təhvil verilmişdir. 94-96-cı vərəqlərində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 13 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi və saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. 97-98-ci vərəqlərində olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 13 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 149-154-cü vərəqlərində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-1115/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4 və 228.1-ci maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 23 noyabr 2025-ci il tarixə kimi uzadılmıştır. İİİ cild: 65-66-cı vərəqələrində olan 22 oktyabr 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 təqdim etdiyi ödəniş qəbzlərinə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: 17-10-2024-cü il tarixdə Təqsirləndirilən şəxs 552209******9175 nömrəli kart hesabına 1000 manat köçürmə etmişdir; 29-10-2024-cü il tarixdə Təqsirləndirilən şəxs 552209******9175 nömrəli kart hesabına 100 manat köçürmə etmişdir; 02-11-2024-cü il tarixdə Təqsirləndirilən şəxs 552209******9175 nömrəli kart hesabına 600 manat köçürmə etmişdir; 19-11-2024-cü il tarixdə Təqsirləndirilən şəxs 552209******9175 nömrəli kart hesabına 70 manat köçürmə etmişdir; 20-11-2024-cü il tarixdə Təqsirləndirilən şəxs 523915******7518 nömrəli kart hesabına 150 manat köçürmə etmişdir; 20-11-2024-cü il tarixdə Təqsirləndirilən şəxs 552209******9175 nömrəli kart hesabına 200 manat köçürmə etmişdir; 30-11-2024-cü il tarixdə Təqsirləndirilən şəxs 552209******9175 nömrəli kart hesabına 75 manat köçürmə etmişdir; 03-12-2024-cü il tarixdə Təqsirləndirilən şəxs 552209******9175 nömrəli kart hesabına 30 manat köçürmə etmişdir; 04-12-2024-cü il tarixdə Təqsirləndirilən şəxs 552209******9175 nömrəli kart hesabına 300 manat köçürmə etmişdir; 29-12-2024-cü il tarixdə Təqsirləndirilən şəxs 552209******9175 nömrəli kart hesabına 325 manat köçürmə etmişdir; 07-01-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9175 nömrəli kart hesabına 55 manat köçürmə etmişdir; 12-01-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9175 nömrəli kart hesabına 400 manat köçürmə etmişdir; 20-02-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9618 nömrəli kart hesabına 650 manat köçürmə etmişdir; 25-02-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 523915******9131 nömrəli kart hesabına 60 manat köçürmə etmişdir; 15-03-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9618 nömrəli kart hesabına 45 manat köçürmə etmişdir; 15-03-2025-ci il tarixdə Təqsirləndirilən şəxs 552209******9618 nömrəli kart hesabına 20 manat köçürmə etmişdir; 67-cı vərəqində olan 22 oktyabr 2025-ci il tarixli diskə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilən Təqsirləndirilən şəxs ilə danışıqlarını özündə əks etdirən 01 DVD diskə əlavə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman aşağıdakı Təqsirləndirilən şəxs aşağıdakı məzmunda səs yazılarının olması müəyyən edilmişdir: - O birisində mənim kartıma vurarasan. 150 manat birinə, 200 manat birinə atarsan. - Saat 4-5-ə kimi o biri 200-də göndər getsin. - Xaliq o birisinə ata bildin? Cavab verdə. - İndi mənə İdarəyə qalxıram. Görüm nə pul istiyirlər. Təcili çatdırılmalıdı. Yaxşı? Sən çatdırarsan, sən atarsan karta bilmirəm, təcili mənə atmaq lazımdı danışım, səni birinci gün işə çıxartmaq lazımdı. - Xaliq birindən götür at tez bazar bağlıyaq pulu. Tez elə burdayam mən. Həll eləmək lazımdı bunu. - Birindən götür verək Kadrlara qutaraq bunu. - Telefonu açıq qoy, kadrın yanına gedirəm otağına. Biraz tez elə, zəng edən kimi telefona cavab ver Xaliq. - 3 dəfə sənə idarədən zəng vurublar kadrların özü zəng çatmır sənə. - Bilirəm işə görə eliyirsən. Sabah əmələ gəlir. Sabah gəlsin görək narahat olma səni xəbər edəcəm. - Birazdan Nazirliyə gedəcəm işim var orda. - Yazıq müəllimin nağarsın, müəllimdən olsa səni bu dəqiqə götürərəm. Nazirə biz nə deyərik, cənab Nazirə. Gözdüyürük, Allah qoysa yaxşı olacaq, narahat olma. - Sən bilirsən ki, məni səni çox istiyirəm. Mən istiyərəm ki, sən mənim yanımda olasan daima. İndi onu gözdüyürük cavab nə deyir. Sabah üçün olunmalıdır. 68-ci vərəqində olan 23 oktyabr 2025-ci il tarixli diskə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən Təqsirləndirilən şəxs ilə danışıqlarını özündə əks etdirən 01 DVD diskə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman aşağıdakı Təqsirləndirilən şəxs aşağıdakı məzmunda səs yazılarının olması müəyyən edilmişdir: • Ay qız! Ora nə qədər pul vermişdik sayın deyərsən. • Telli mən bu dəyqə onla danışdım. Deyir yarısı hazırdı əmanətin. Yarısı da sabah saat 6-ya kimi vaxt ver səndədi. Olmasa gedib şikayətini edərsən. Sabah saat 6-ya kimi vaxt istiyir səndən. Olmasa dedim sənidə özümlə aparacam. Dedi yaxşı. Deyir 3 yerə verilib nə bilim nə. Sabah saat 6-da dedi gəl götür. • Əgər sabah saat 6-ya kimi verməsə gedib şikayət edərsən. Mənimdə adımı verərsən onunda. Məndə hamsın deyəcəm orda. Sabah son vaxtdı, 6-ya kimi vaxt ver. Səndən heçnə istəmirəm, kəsdiyimiz çörəyin xətrinə sabah saat 6-ya kimi vaxt ver. Çünki yarısın dedi, dedim mənə hamısı lazımdı. Dedim əgər sabah saat 6-ya kimi alınmasa mənlə birlikdə biabır olarsan dedim. Dedi sabah saat 6-ya son vaxt. Bundan artıq səndən vaxt istəsəm nakişiyəm. • Sənlə heç bir oyun oynanmayıb. 16-na kimi səbrli olda nolar. 16-sı hər şey aydın olacaq. • 14.600 sabah səndədi. Sabah saat 6-da ya sənə zəng vuracam, ya da özün hara desən öz ayağımla gedib təslim olacam. Sənə söz verirəm bunu. • Deyirəm ki, veriləcək, narahat olunası bir şey yoxdu, etiraf olunur ki alınıb. Sən pulunu istiyirsən o da deyir ki veriləcək. Danılmır ki, deyilir ki veriləcək. Dansa əgər vermirəm, yemişəm, atıram desə onda başqa məsələ. • Deyirsən ki, mən puluma görə hər kəsi ayağımın altına alacam. Hamını kimi? Alası adam mən, verəsi adam mən.Pulunu vermisən, pulunu istədə. Sən neynəsəndə bunun sroku 3 ildi. Başa düşdün? 3 ildən heç kim qorxmur. 3 ili gedib yatdım, pulun batacaq. Mən ona görə deyirəm pulun deyilibsə veriləcək. Sən neynəsəndə bunun qiyməti 3 ildi. Səndən pul alınıb, dələduzluq olunub 3 ildi. Nə istiyirsən de 3 ildi. Qayıdacaq deyirəm narahat olma. 70-71-ci vərəqlərdə olan 10 noyabr 2025-ci il tarixli bank məlumatları barədə sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, məlumatlar "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd diskdə təqdim olunmuşdur. Təqdim olunmuş 01 ədəd CD diskə baxış keçirilən zaman iş üzrə zərərçəkmiş seynova Aygün Hüseyn qızı tərəfindən Təqsirləndirilən şəxs məxsus qeyd olunan kart hesablarına göndərmiş olduğu pul vəsaitləri ilə bağlı köçürmə əməliyyatları aşkar olunmuşdur. Aşkar edilmiş bank əməliyyatlarının hər birinə ayrı- ayrılıqda baxış keçirilmişdir. Bank əməliyyatları aşağıdakı kimidir: xx/xx/2025 20:33:20 **********25, **********279175 P2P SEND - LEO APP 400 AZN xx/xx/2025 17:51:04 xx/xx/2025 20:31:52 **********22, **********199618 P2P SEND - LEO APP 115 AZN xx/xx/2025 11:43:26 xx/xx/2025 01:50:30 **********44, **********199618 P2P SEND - LEO APP 25 AZN xx/xx/2025 18:41:00 xx/xx/2025 21:58:00 **********16, **********199618 P2P SEND - LEO APP 170 AZN xx/xx/2025 16:04:35 xx/xx/2025 18:19:06 **********57, **********199618 P2P SEND - LEO APP 70 AZN xx/xx/2025 21:25:08 xx/xx/2025 20:35:31 **********48, **********199618 P2P SEND - LEO APP 120 AZN xx/xx/2025 16:19:28 xx/xx/2025 19:30:18 **********92, **********199618 www.birbank.az 150 AZN xx/xx/2025 18:03:15 xx/xx/2025 21:49:25 **********86, **********199618 Leo APP - P2P 250 AZN xx/xx/2025 17:29:45 xx/xx/2025 22:22:34 **********21, **********199618 www.birbank.az 20 AZN xx/xx/2025 13:01:29 xx/xx/2025 22:25:07 **********07,**********199618 P2P SEND - LEO APP 200 AZN xx/xx/2025 14:13:04 xx/xx/2025 18:48:14 **********31,**********199618 P2P SEND - LEO APP 40 AZN xx/xx/2025 13:30:29 xx/xx/2025 18:44:55 **********37, **********199618 www.birbank.az 40 AZN xx/xx/2025 14:01:59 xx/xx/2025 19:02:25 **********99, **********199618 www.birbank.az 20 AZN xx/xx/2025 14:07:28 xx/xx/2025 20:02:58 **********58,**********199618 P2P SEND - LEO APP 80 AZN xx/xx/2025 18:46:57. Bundan başqa, təqdim olunmuş 01 ədəd CD diskə baxış keçirilən zaman iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs məxsus qeyd olunan kart hesablarına göndərmiş olduğu pul vəsaitləri ilə zağlı köçürmə əməliyyatları aşkar olunmuşdur. Aşkar edilmiş bank əməliyyatlarının hər birinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Bank əməliyyatları aşağıdakı kimidir: xx/xx/2024 22:41:05 **********29, **********279175 P2P SEND - LEO APP 1000 AZN xx/xx/2024 17:15:40 xx/xx/2024 21:54:00 **********58, **********279175 P2P SEND - LEO APP 100 AZN xx/xx/2024 16:46:45 xx/xx/2024 00:16:41 **********17, **********279175 P2P SEND - LEO APP : 600 AZN xx/xx/2024 14:21:37 xx/xx/2024 19:44:57 **********13, **********279175 P2P SEND - LEO APP 70 AZN xx/xx/2024 18:29:59 xx/xx/2024 18:12:38 **********70, **********279175 P2P SEND - LEO APP 200 AZN xx/xx/2024 18:08:29 xx/xx/2024 23:43:57 **********17, **********279175 P2P SEND - LEO APP 75 AZN xx/xx/2024 15:55:50 xx/xx/2024 19:23:15 **********33, **********279175 P2P SEND - LEO APP 30 AZN xx/xx/2024 21:10:50 xx/xx/2024 19:38:35 **********37, **********279175 P2P SEND – LEO APP 300 AZN xx/xx/2024 15:50:05 xx/xx/2025 23:25:53 **********25,**********279175 P2PSEND- LEO APP 325 AZN xx/xx/2024 16:37:22 xx/xx/2025 18:24:05 **********72, **********279175 P2P SEND - LEO APP 55 AZN xx/xx/2025 20:16:49 xx/xx/2025 20:08:42 **********63, **********279175 P2P SEND- LEO APP 400 AZN xx/xx/2025 18:21:59 xx/xx/2025 20:29:43 **********12, **********199618 P2P SEND- LEO APP 650 AZN xx/xx/2025 15:59:15 xx/xx/2025 01:00:49 **********40, **********199618 P2P SEND-LEO 45 AZN xx/xx/2025 13:56:00 xx/xx/2025 03:50:57 **********70, **********199618 P2P SEND- LEO APP 20 AZN xx/xx/2025 17:15:26. 109-cu vərəqində olan 22 noyabr 2025-ci il tarixli bank məlumatları barədə sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, məlumatlar "xxxx" ASC-nin xx.xx.2025ci il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd diskdə təqdim olunmuşdur. Təqdim olunmuş 01 ədəd CD diskə baxış keçirilən zaman zərərçəkmiş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs məxsus qeyd olunan kart hesablarına göndərmiş olduğu pul vəsaitləri ilə bağlı köçürmə əməliyyatlarını göstərmişdir. Aşkar edilmiş bank əməliyyatlarının hər birinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Bank əməliyyatları aşağıdakı kimidir: xx/xx/2024 21:46:13 **********06, **********279175 www.birbank.az 240AZN xx.xx.2024 22:20:21 xx/xx/2024 02:51:22 **********15, **********279175 www.birbank.az 500AZN xx.xx.2024 17:00:46 xx/xx/2024 22:14:11 **********59, **********279175 www.birbank.az 300AZN xx.xx.2024 16:46:10 xx/xx/2024 20:30:34 **********17, **********279175 www.birbank.az 50AZN xx.xx.2024 21:45:33 xx/xx/2024 01:36:03 **********67, **********279175 www.birbank.az 100 AZN xx.xx.2024 16:00:26 xx/xx/2024 15:41:45 **********50, **********279175 İBA MOBİLE 1.500 AZN xx.xx.2024 15:41:45. 110-cu vərəqində olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi ödəniş qəbzlərinə baxış zamanı aşağıdakılar müəyyən edildi: • xx-xx-2024-cü il tarixdə Təqsirləndirilən şəxs 552209******9175 nömrəli kart hesabına 1500 manat köçürmə etmişdir; • xx-xx-2024-cü il tarixdə Təqsirləndirilən şəxs kart hesabına 1000 manat köçürmə etmişdir; İş materiallarına əlavə olunan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 178.2.4-cü maddəsi ilə təqsirli bilənərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə Amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 178.1 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilənərək 1200 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixli arayışa əsasən cərimə tam icra edilmişdir. Binəqədi RPİ tərəfindən xx.xx.2024-cü il tarixdə CM-nin 178.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xx.xx.2024-cü il tarixdə CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Zərərçəkmiş şəxs3 xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Xəlilov X1 Xaliq Ədalət oğluna vurduğu 11.180 manatdan heç bir ödəniş etməmişdir. Onunla barışmır, qanuni qərar qəbul edilməsini xahiş edir. xx.xx.2026-cı il tarixli Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ona vurduğu 6700 manat ziyandan heç bir ödəniş etməmişdir. Onunla barışmır, qanuni qərar qəbul edilməsini xahiş edir. xx.xx.2026-cı il tarixli Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs vurduğu 25390 manatdan heç bir ödəniş etməmişdir. Onunla barışmamışdır, pulunu tələb edir. Bakı şəhərində yaşadığı üçün növbəti məhkəmə proseslərinin onun iştirakı olmadan aparılmasını xahiş edir. Zərərçəkmiş şəxs2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ondan aldığı 25390 manat pulunun və eləcə də dövlət rüsumu kimi ödədiyi 166,17 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(019)-106/2025 saylı cinayət işi hal-hazırda məhkəmənin icraatındadır. Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 sonuncunun bacısını Azərbaycan Respublikası Milli Məclisində deputat köməkçisi vəzifəsinə işə düzəlməsinə dair köməklik göstərəcəyinə dair yalan verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs2 28 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 12A ünvanın qarşısında 10.000 manat, 30 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 52 ünvanında yerləşən "Kontak Home" mağazasının qarşısında həmin dövrün Azərbaycan Respublikası manatının Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə 1.700 manat təşkil edən 1000 ABŞ dolları, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 12A ünvanından Zərərçəkmiş şəxs2 tərəfindən "Birbank mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 552209******9175 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə köçürülən 240 manat, xx.xx.2024-cü il tarixdə köçürülən 500 manat, xx.xx.2024-cü il tarixdə köçürülən 300 manat, xx.xx.2024-cü il tarixdə köçürülən 50 manat, xx.xx.2024-cü il tarixdə köçürülən 100 manat, "İBA Mobile" mobil tətbiqi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə köçürülən 1.500 manat, 2024-cü ilin aprel ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58A ünvanında Təqsirləndirilən şəxs cinayətə aidiyyəti olmayan tanışı Şahid3 vasitəsi ilə 10.000 manat və sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə ünvan 5 ünvanında yerləşən ödəmə post terminalından Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus kart hesabına köçürülən 1.000 manat olmaqla ümumilikdə 25.390 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs2 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda 25.390 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin icraatında olan cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs dələduzluq edərək onun pullarını mənimsəyib. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun, şahid ifadələri, üzləşmə protokolu, eləcə də iş üzrə toplanmış digər mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs etdiyi dələduzluq nəticəsində ona ümumilikdə 25390 (iyirmi beş min üç yüz doxsan) manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. 14.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 177-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2. Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən odlu silah — barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır, ov silahı — vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli Qərarının 1-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayətlərə dair işlərə baxılarkən nəzərə alınmalıdır ki, bu cinayətlərin predmetini odlu silah, onun komplekt hissələri, döyüş sursatı (CM-in 228-ci maddəsində nəzərdə tutulmuş əməllərə münasibətdə - yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular, habelə (CM-in 228.5 və 229.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə münasibətdə) qaz silahı, soyuq silah, o cümlədən soyuq atıcı silah təşkil edir. 6-cı bəndində qeyd olunur ki, Yivsiz odlu ov silahından hazırlanmış, yəni artıq əvvəlki təyinatını itirmiş kəsilmiş tüfəngi əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə CM-in 228-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Lakin belə (kəsilmiş) tüfəngdə istifadə etmək məqsədilə törədilsə belə, yivsiz odlu ov silahı üçün nəzərdə tutulmuş döyüş sursatının əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanması, daşınması və ya gəzdirilməsi CM-in 228-ci maddəsi ilə məsuliyyət yaratmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 139.0. Cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri;139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. 144-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi təqsirləndirilən şəxsin məhkəmə iclasında qismən etirafedici ifadəsi, ibtidai istintaq verdiyi ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, təqdim edilmiş qəbzlər, "xxxx" ASC-dən tədqim edilmiş köçürmə əməliyyatlarına dair məlumatlar, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər arasında yazışma və səs yazıları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 17900 manat məbləğində pul almasını bildirsə də, ona 25390 manat ziyan vurması məhkəmə iclasında zərərçəkmiş şəxsin izahatı, Təqsirləndirilən şəxs səs yazıları ilə öz təsdiqini tapmışdır. Səs yazısında Təqsirləndirilən şəxs pulun yarısının, yəni 14.600 manatın zərərçəkmiş şəxsə qaytarılacağını bildirmişdir. 17900 məbləğin yarısı isə 14600 deyil, 8950 manatdır. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 dəymiş ziyanla bağlı 5000 manat məbləği etiraf etsə də, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ödəniş qəbzləri ilə 11.180 manat məbləğində ziyan vurması öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs özü də istinaq zamanı izahatında zərərçəkmiş şəxsi işə düzəlməsi üçün 11000 manat pul lazım olduğunu bildirmişdir. O, 5000 manat məbləği aldığını kart vasitəsilə göndərildiyi üçün etiraf etmişdir, əlbəəl verilmiş 7100 manat məbləği isə aldığını qəbul etməmişdir. Halbuki kart vasitəsilə ona 5000 manat deyil, 4080 manat köçürülmüşdür. Təqsirləndirilən şəxsin 6180 manat almaması ilə bağlı irəli sürdüyü dəlillər, yəni kasıb insanda o qədər pulun olmaması, guya pay verilən hindquşunun qiyməti kimi 6180 manat pulun tələb edilməsi dəlillər əsassızdır. Eyni qaydada Təqsirləndirilən şəxs zərərçəkmiş X2 dəymiş ziyanın kart vasitəsilə göndərildiyi 1700 manat hissəsini etiraf etmiş, əlbəəl verilmiş 5000 manat məbləği qəbul etməmiş, həmin məbləği alması isə zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq verdiyi ifadəsi, şahidin ifadəsi, şəxsi axtarış və götürmə aparılması protokolu, məhkəmə-ballistik ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs istintaq zamanı fiziki təzyiqə məruz qaldığını bildirsə də, onun bu dəlili “Məhkəmə Tibbi Ekspertiza və X5” X8 daxil olmuş 19 iyul 2025-ci il tarixli, 329/MEŞ nömrəli rəyi ilə təkzib edilmişdir. Məhkəmə qeyd edilən sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir və cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsini özünümüdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 178.2.2, 178.2.4 və 228.1-ci maddələrinin tərkibinin olması, onun cinayətlərin törədilməsində aidiyyəti və cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvəllər təyin edilmiş cərimə cəzasının islah təsirinin yetərli olmamasını, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CMin 178.2.2, 178.2.4 və 228.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən şəxsin cəza çəkməsinin əvvəli tutulduğu 23 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının: 68-ci bəndinə əsasən cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmə mülki iddia ərizəsini, işin hallarını, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iş üzrə mülki iddia təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 25390 (iyirmi beş min üç yüz doxsan) manat pul və 166.17 (yüz altmış altı manat on yeddi qəpik) dövlət rüsumu tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd Г-45127 nömrəli, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli, İJ-18 modelli, çaxmaqsız, hamar təklüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz ilkin təyinatını itirmiş odlu yivsiz ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs X3 ilə zərərçəkmiş şəxslərin danışıqlarını özündə əks etdirən 03 ədəd, şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd və "xxxx" ASC-dən, "xxxx" ASC və "xxxx" ASC-dən təqdim edilmiş 03 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanın ödənməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 15 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 165 manat ona ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət ona təyin edilmiş 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2025-ci il tarixdən hesablansın. Mülki iddia təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs 25390 (iyirmi beş min üç yüz doxsan) manat pul və 166.17 (yüz altmış altı manat on yeddi qəpik) dövlət rüsumu tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. Maddi sübut kimi tanınmış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd Г-45127 nömrəli, keçmiş SSRİ dövlətində zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli, İJ-18 modelli, çaxmaqsız, hamar təklüləli, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz ilkin təyinatını itirmiş odlu yivsiz ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs X3 ilə zərərçəkmiş şəxslərin danışıqlarını özündə əks etdirən 03 ədəd, şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd və "xxxx" ASC-dən, "xxxx" ASC və "xxxx" ASC-dən təqdim edilmiş 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanın ödənməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 15 iş saatı üçün 165 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Arifə Cəfərova
Məhkəmə qərarları › İş №1(019)-106/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-106/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver