Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-108/2021 15.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs- xx.xx.2000-ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 11.11.2021-ci il tarixdə saat 21 radələrində özünə məxsus, sürücülük vəsiqəsi ilə idarə etdiyi VAZ 21074 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 80-90 km/saat sürətlə Balakən şəhəri H.Əliyev prospektində həmin prospektdən Balakən rayonu Qullar kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək həmin avtomobili Qullar kəndi istiqamətində sağ səkidəki işıq dirəyinə vurduqdan sonra avtomobil yenidən yolun hərəkət hissəsinə düşərək Qullar kəndi istiqmətində perpendikulyar dayanması ilə “X4” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini və “X4” Azərbaycan Respublikası Qanununun 64cü maddəsinin 1-ci hissəsinin ( 3.24 Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərini pozmaqla ehtiyatsızlıqdan avtomobildə qabaq oturacaqda əyləşmiş sərnişin Balakən rayonu Gərəkli kənd sakini Zərərçəkmiş şəxs sağ bayır topuğunun yerdəyişməyən sınığı və sol dabanın şişkinliyi ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan, dərəcəsinə görə Az Ağır xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 11.11.2021-ci il tarixdə saat təxminən 21 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu üçün özünə məxsus olan Vaz-21074 markalı **-BF-*** dövlət nömrə nişanlı avtomaşınla Balakən şəhəri Bayraq meydanı ərazisindən əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olmasını öyrəndiyi şəxsi pul qarşılığında Balakən rayonu Poştbinə kəndinə aparmışdır. Həmin sərnişin idarə etdiyi avtomaşında qarşıda əyləşmişdir. Balakən şəhəri H.Əliyev prospekti ilə Balakən rayonu Qullar kəndi istiqamətində hərəkət etdiyi zaman H.Əliyev prospektində “bazarbaşı” adlanan əraziyə yaxınlıqda avtomaşını yüksək sürətlə hərəkət etdirmişdir. Anidən avtomaşınla idarə etməni itirmiş, əyləci basmağına baxmayaraq avtomaşının sağdakı səkiyə çıxaraq oradakı işıq dirəyinə dəymiş, sonra idarə etdiyi avtomaşın səkidən düşərək yolun ortasında dayanmışdır. Bu zaman ön oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs adlı şəxs ayağından xəsarət aldığını ona bildirmişdir.O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hər hansı bir xəsarət almamışdır.Orada olan şəxslər təcili tibbi yardım avtomaşını çağırmış və Zərərçəkmiş şəxs tibbi yardım alması üçün Balakən RMX-na göndərmişlər. Hadisə baş verən zaman spirtli içki və psixotrop maddənin təsiri altında olmamışdır. İdarə etdiyi avtomaşınında heç bir nasazlıq olmamış, yol nəqliyyat hadisəsi baş verən zaman idarə etdiyi Vaz-2107 markalı **-BF-*** dövlət nömrə nişanlı avtomaşında ön oturacaqda sərnişin Zərərçəkmiş şəxs başqa heç kəs olmamışdır. Yol nəqliyyat hadisəsi baş verməzdən əvvəl idarə etdiyi VAZ-2107 markalı, **-BF-*** nömrə nişanlı avtomaşınla təxminən 80-90 km/saat sürətlə hərəkət etmişdir. Avtomaşını idarə etməyi ilə bağlı "BC” kateqoriyalı sürücülük vəsiqəsi və digər rəsmi sənədləri vardır.Əməlindən peşimandır. Zərərçəkmiş şəxslə barışmış,ona dəyən zərəri tam ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 11.11.2021-ci il tarixdə Balakən şəhəri H.Əliyev prospektində yerləşən Bayraq Meydanında tanımadığı VAZ-2107 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının taksi kimi fəaliyyət göstərdiyinə görə evə getmək üçün həmin taksiyə əyləşmişdir. Avtomaşında qabaqda əyləşmişdir. Balakən şəhəri H.Əliyev prospekti ilə hərəkət edərək “Bazarbaşı” adlanan əraziyə çatdıqları zaman VAZ-2107 markalı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə idarə etdiyi üçün, həmçinin havanın yağışlı olması səbəbindən idarəetməni itirmişdir. Həmin vaxt avtomaşın sağdakı beton maneəyə, sonradan sağ tərəf səkidə olan işıq dirəyinə dəymiş, daha sonra həmin avtomaşın yolun orta hissəsində dayanmışdır. Bu zaman o, sağ ayağından xəsarət almışdır. Sürücü Elşad isə xəsarət almamışdır. Sonra onu təcilli tibbi yardım avtomaşını ilə Balakən rayon mərkəzi xəstəxanasına aparmışlar. Yol nəqliyyat hadisəsi zamanı avtomaşında başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs avtomaşını yol nəqliyyat hadisəsindən əvvəl təxminən 80-90 km/saat sürətlə sürmüşdür.Təqsirləndirilən şəxs onunla barışmış, onun sağlamlığına dəymiş ziyanı tam ödəmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşin 40-41-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 17 noyabr 2021-ci il tarixli 377 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-sağ bayır topuğun yerdəyişməyən sınığı, sol dabanın şişkinliyi-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11.11.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilirlər. İşin 52-59-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 22 noyabr 2021-ci il tarixli 8/2938 saylı rəyində göstərilmişdir ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X4» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 50 km saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «X4» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İşin 15-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RMX-dan alınmış 11.11.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, 11.11.2021-ci il tarixdə saat 22:20 radələrində sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AE seriyalı 736841 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2000-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs 22.01.2020-ci il tarixdə AE seriyalı 736841 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İşin 45-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 48-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.11.2021-ci il tarixli 1088 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Qullar kənd sakinidir . İşin 49-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində nümayəndəliyə yazılı və şifahi müraciət olunmamışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayətini törətmişdir. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “X4” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, onun sağlamlığına dəymiş ziyanı tam ödədiyini, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını göstərərək cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmadığını göstərmiş və cinayət işinə xitam verilməklə cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini, onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etdi. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə işin hallarını, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin işin icraatına xitam verilməsini xahiş etmələrini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə - AZ.MEM. VÖEN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ41NABZ ******************** SFİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə - AZ.MEM. VÖEN **********, X2, KOD 210005 VÖEN 401565771, müxbir hesab AZ41NABZ ******************** SFİFT BİK CTREAZ22 hesaba ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-108/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-108/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver