Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-108/2023 18.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, Balakən Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda həbsdə olan- Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1981-ci il tarixdə Şamaxı rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən, məhkum olunmayan, ünvan 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ittiham verilmişdir ona görə ki, o, qəsdən, təkrarən tamah niyyəti ilə qabaqcan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında birləşmiş, Balakən rayon sakini Zərərçəkmiş şəxs2 2022-ci ilin aprel ayının əvvəllərində oğlu X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Zaqatala rayon X8 Hissəsinə işə düzəldəcəyini vəd verib aldadaraq, 13 aprel 2022-ci il tarixdə Balakən rayon Katex kəndi ərazisində Zərərçəkmiş şəxs2 14000 manat məbləğində nağd pulunu qəsdən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 14000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, qəsdən, təkrarən vahid tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında birləşmiş, Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs1 2021-ci ilin dekabr ayının sonlarında oğlu Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Qəbələ rayon X8 Hissəsinə işə düzəldəcəyini vəd verib aldadaraq, 2021-ci ilin dekabr ayının sonlarında Balakən şəhəri ərazisində Zərərçəkmiş şəxs1 5000 manat məbləğində nağd pulunu, daha sonra isə 04 iyun 2022-ci il tarixdə Balakən şəhəri ərazisində Zərərçəkmiş şəxs1 9000 manat məbləğində nağd pulunu qəsdən, vahid tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə qanunsuz olaraq ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 14000 manat məbləğində, yəni xeyli miqdarda maddi zyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ona görə ki, o, qəsdən, təkrarən tamah niyyəti ilə qabaqcan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında birləşmiş, Balakən rayon sakini Zərərçəkmiş şəxs2 2022-ci ilin aprel ayının əvvəllərində oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Zaqatala rayon X8 Hissəsinə işə düzəldəcəyini vəd verib aldadaraq, 13 aprel 2022-ci il tarixdə Balakən rayon Katex kəndi ərazisində Zərərçəkmiş şəxs2 14000 manat məbləğində nağd pulunu qəsdən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz olaraq alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 14000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, qəsdən, təkrarən vahid tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında birləşmiş, Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs1 2021-ci ilin dekabr ayının sonlarında oğlu Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Qəbələ rayon X8 Hissəsinə işə düzəldəcəyini vəd verib aldadaraq 2021-ci ilin dekabr ayının sonlarında Balakən şəhəri ərazisində Zərərçəkmiş şəxs1 5000 manat məbləğində nağd pulunu, daha sonra isə 04 iyun 2022-ci il tarixdə Balakən şəhəri ərazisində Zərərçəkmiş şəxs1 9000 manat məbləğində nağd pulunu qəsdən, vahid tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə qanunsuz olaraq ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 14000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yerləşən köhnə evlərində qeydiyyatda olsa da, həbs olunanadək ünvan 6 ünvanında yerləşən və atası X7 məxsus olan evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. Həmin Vidadi küçəsi ilə Əmir Bağırov küçəsi paralel küçələrdir. O, 2019-cu ildən 2021-ci ilin avqust ayınadək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon X8 Hissəsində yanğınsöndürən vəzifəsində işləmiş, həmin müddət ərzində də Balakən şəhəri ərazisində və Balakən rayon Katex kəndi ərazisində kirayədə yaşamışdır. O, 2021-ci ilin avqust ayında öz ərizəsi ilə işdən azad edildikdən sonra fərdi əməklə məşğul olaraq Balakən rayonu Katex kəndi ərazisində kirayədə yaşamışdır. 2021-ci ilin dekabr ayında Qəbələ şəhər sakini olan və həmin dövrlərdə Balakən şəhərində işləyib yaşayan tanışı Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Qəbələ rayon X8 Hissəsində işə düzəlmək istədiyini ona bildirmiş və işə düzəlməsi üçün köməklik göstərməsini ondan xahiş etmişdir. O da bununla bağlı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətində Vətən Müharibəsi İştirakçıları və şəhid ailələləri ilə iş şöbəsinin müdiri işləyən tanışı Təqsirləndirilən şəxs2 zəng edərək, Şahid3 işə düzəltməyin mümkün olub-olmadığını soruşmuş, Samir telefonda danışan zaman Şahid3 3 ay ərzində həmin işə düzəldə biləcəyini bildirmişdir. O, Eltunu işə düzəltmək üçün Şahid3 atası Zərərçəkmiş şəxs1 2021-ci ilin dekabr ayında Bakı şəhərində 5000 manat pul almış və 2022-ci ilin iyun ayında Şahid3 işə düzəlməsi adı ilə əlavə olaraq Zərərçəkmiş şəxs1 9000 manat da pul almış və həmin pulu Təqsirləndirilən şəxs2 vermişdir. Bundan başqa 2022-ci ilin apel ayının əvvvəllərində Balakən rayon Katex kənd sakini Zərərçəkmiş şəxs2 onun mobil telefonuna zəng edərək, bir məsələ ilə bağlı onunla görüşmək istədiyini bildirmiş, o da etiraz etmədən yaşadığı ünvanı Zərərçəkmiş şəxs2 izah etmiş və nə zaman istəsə, gəlməyini bildirmişdir. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs2 oğlu Mehmanla birlikdə onun Katex kəndində kirayədə yaşadığı evə getmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 oğlu Mehmanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Zaqatala rayon X8 Hissəsinə işə düzəltmək istədiyini bildirmiş və bu məqsədlə köməklik etməsini ondan xahiş etmişdir. Buna görə o, tanışı Təqsirləndirilən şəxs2 zəng edərək, Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Zaqatala rayon X8 Hissəsinə işə düzəltmək barədə söhbət etmiş, telefonda danışan zaman Təqsirləndirilən şəxs2 14000 manat pul qarşılığında Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Zaqatala rayon X8 Hissəsinə işə düzəltməyin mümkün olduğunu bildirmiş, buna görə o, danışığı bitirdikdən sonra Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 14000 manat pul hazırlasın və pul Təqsirləndirilən şəxs2 verildikdən sonra oğlu Mehman 03 ay müddətinə işə çıxacaqdır. Həmçinin sağlamlıq haqqında arayış və şəxsiyyət vəsiqəsinin surətini ona verməsini Mehmana tapşırmışdır. Zərərçəkmiş şəxs2 də razılaşaraq 14000 manat pulu bir neçə günə ona verəcəyini bildirmişdir. Beləliklə, 13 aprel 2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs2 və arvadı Şahid2 onun Katex kəndində kirayədə yaşadığı evə gəlmiş və orada Zərərçəkmiş şəxs2 ona 14000 manat pul vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 zəng edərək, 14000 manat pulun artıq onda olduğunu bildirmiş, Samir də 15 aprel 2022-ci il tarixdə pulu ona çatdırmasını tələb etmişdir. Buna görə o, 15 aprel 2022-ci il tarixdə Şahid1lə birlikdə Bakı şəhərinə yollanmışdır. Həmin vaxt Şahid1 özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini və sağlamlıq haqqında arayışı ona vermişdir. Beləliklə, onlar həmin tarixdə axşam saatlarında Bakı şəhərinə çatıb Suraxanı rayonu ərazisində yerləşən və hazırda adını xatırlamadığı kafedə Təqsirləndirilən şəxs2lə görüşmüş, orada aralarında olan söhbət zamanı Təqsirləndirilən şəxs2 Şahid1 sənədlərinə baxmış, sənədlərin qaydasında olduğunu və pulu verdikdən 4-5 ay sonra Mehmanın əmrinin verilməklə işə çıxacağını bildirmişdir. Buna görə o, üzərində olan, yəni Zərərçəkmiş şəxs2 adığı 14000 manat pulu və Mehmana aid sənədləri Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 pulu və sənədləri ondan alandan sonra Şahid1 iki gündən sonra Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Baş İdarəsinə çağıracaqlarını bildirmişdir. O da Təqsirləndirilən şəxs2 sözlərinə inanmış və oradan sağollaşıb ayrılmışlar. Həmin hadisədən 01 gün sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək, Mehmanı da götürüb Xətai rayonunda yerləşən FHN-nin DYMX-nin Baş İdarəsinə getməsini və orada onları qarşılayacaqlarını bildirmişdir. Buna görə o, həmin gün Mehmanı götürüb Xətai rayonunda yerləşən FHN-nin DYMX-nin Baş İdarəsinə getmiş, orada onları Təqsirləndirilən şəxs2 yönləndirdiyi bir qadın və bir oğlan qarşılamış, həmin oğlan özünü onlara FHN-nin əməkdaşı kimi təqdim etmiş və onları gözləmə otağına aparmışdır. Daha sonra həmin oğlan orada Mehmandan sürücü və ya yanğınsöndürən işləmək istədiyini soruşmuş, cavabında Mehman yanğınsöndürən işləmək istədiyini bildirmişdir. Bundan sonra həmin oğlan orada Mehmandan işə düzəlmək üçün ərizə almış, daha sonra həmin qadın və həmin oğlan 01 həftədən sonra Mehmanı zəng və ya mesaj vasitəsi ilə yenidən çağıracaqlarını bildirmişlər. Lakin həmin gündən sonra Mehmanı heç yerə çağırmamışlar. Buna görə bir müddət sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək, 14000 manat pulu geri qaytarmasını tələb etmiş, o da buna görə Təqsirləndirilən şəxs2 zəng edərək, pulu geri qaytarmaq lazım olduğunu bildirmiş, Samir də hər dəfə onu arxayın edərək Mehmanı işə düzəldəcəyini, FHN-nin işçilərinin səhlənkarlığı nəticəsində işin yubandığını demiş, o da Samirin sözlərinə əsasən hər dəfə Zərərçəkmiş şəxs2 işi düzəldəcəyinə və ya pulu geri qaytaracağına dair söz vermişdir. Lakin Təqsirləndirilən şəxs2 vədinə əməl edib Şahid1 işə düzəltməmişdir. Onun Təqsirləndirilən şəxs2 ilə qabaqcadan bir qrup halında birləşməklə cinayət hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs1 14000 manat və Zərərçəkmiş şəxs2 14000 manat olmaqla cəmi 28000 manat ziyan dəymişdir. İştiraklarının xarakteri və dərəcəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2lə həmin ümumi məbləği bərabər qaydada istifadə edəcəkləri barədə razılığa gəlmişlər. Həmçinin Təqsirləndirilən şəxs2lə aralarında olan razılığa əsasən həmin ümumi ziyanın Zərərçəkmiş şəxs1 vurulan 14000 manat hissə payı onun üzərinə düşmüş, Zərərçəkmiş şəxs2 vurulan 14000 manat ziyan payı isə Təqsirləndirilən şəxs2 üzərinə düşmüşdür. O, ümumi ziyanın onun payına düşən 14000 manatının 5000 manatını Zərərçəkmiş şəxs1 ödəmişdir və qalan 9000 manat ziyanın Zərərçəkmiş şəxs1 ödənilməsini də öz öhdəsinə götürür. Həmin 9000 manat ziyanı yaxın vaxtlarda Zərərçəkmiş şəxs1 ödəyəcəkdir. Təqsirləndirilən şəxs2 isə ümumi ziyanın onun payına düşən 14000 manat hissəsini Zərərçəkmiş şəxs2 könüllü şəkildə tam ödəmiş və Zərərçəkmiş şəxs2lə barışıq əldə etmişdir. Onun himayəsində iki azyaşlı uşaq vardır. Onun payına düşən vurulmuş ziyanı qismən Zərərçəkmiş şəxs1 ödəmişdir. İlk dəfədir ki, cinayət törədir. Cinayət törətməsini etiraf edib bundan səmimi peşmançılıq hissi keçirir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hazırda ünvan 7 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs1 təxminən 12-13 ildir tanıyır. Belə ki, o, 2009-2010-cu illərdə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə zabit kimi xidmət aparan zaman Təqsirləndirilən şəxs1 onun əsgəri olmuş və həmin vaxtlarda Təqsirləndirilən şəxs1lə münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs1 tərxis olunandan sonra da onların əlaqələri olmuş və bəzi vaxtlarda görüşmüşlər. O, 2-ci Qarabağ müharibəsində iştirak edən zaman yaralandığı üçün 2021-ci ilin iyun ayında ordu sıralarından tərxis olunmuş və bundan sonra Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifəyə təyin olunduqdan sonra da Təqsirləndirilən şəxs1lə onun əlaqəsi olmuşdur. Onun bildiyi qədərilə Təqsirləndirilən şəxs1 həmin ərəfələrdə FHN-nin Zaqatala rayon şöbəsində işləmişdir. Hətta aralarında olan söhbət əsnasında Təqsirləndirilən şəxs1 FHN-nə işə düzəlmək istəyən olsa onunla əlaqə saxlamasını və kimi lazım olsa FHN-ə işə düzəldə biləcəyini ona demişdir. O, Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Qəbələ rayon X8 Hissəsinə işə düzəltmək məqsədi ilə Təqsirləndirilən şəxs1 2021-ci ilin dekabr ayında 5000 manat və 2022-ci ilin iyun ayında əlavə 9000 manat pul istəməmiş və almamış, həmçinin, həmin pullardan Təqsirləndirilən şəxs1 2 dəfə 500 manat olmaqla ümumilikdə 1000 manat pul verməmişdir. Bu məsələlərdən onun xəbəri olmamışdır. Bir dəfə yadında qalmayan tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək arvadından boşandığını, buna görə artıq Zaqatala rayonunda işləmək istəmədiyini, iş yerini dəyişib Bakı şəhərində işləmək istədiyini demiş və buna görə ondan məsləhət almışdır. O da Təqsirləndirilən şəxs1 demişdir ki, bununla bağlı işlədiyi qurumun rəhbərliyinə müraciət etsin. Daha sonra o, bir-iki dəfə Orxanla əlaqə saxlayan zaman sonuncudan iş yerini dəyişib-dəyişmədiyini soruşmuş, həmin vaxt Orxan ona bildirmişdir ki, artıq sənədləri Bakı şəhərinə göndərilib və əmrinin verilməsini gözləyir. Sonradan Orxan ona zəng edərək xahiş etmişdir ki, əgər FHN-də tanışı varsa, onun əmrinin nə zaman verilib-verilməyəcəyini öyrənsin. O da buna görə FHN-də işləyən Eldəniz adlı tanışına zəng edərək, Təqsirləndirilən şəxs1 əmrinin nə zaman verilib-verilməyəcəyi ilə maraqlanmış, daha sonra Eldənizin sözlərinə əsasən votsapp proqramı vasitəsi ilə Orxana səs mesajı göndərərək, Zaqatala-Balakən zonasında işləyən əməkdaşların əmrlərinin layihədə olduğunu bildirmişdir. 2022-ci ilin aprel ayında hazırda Kanadada yaşayan əsgəri Adil Əliyev Bakı şəhərinə gəlmiş, buna görə Adil, Orxan və o, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “50 qəpik” adlı kafedə görüşmüşlər. Orada o, evinin ipoteka borcunu bağlayıb satmaq istədiyini deyərək, Adil Əliyevdən 15000 manat borc pul istəmiş, Adil isə Kanadada ev aldığını, özünün kredit ödədiyini, maddi imkanının zəif olduğunu və buna görə ona borc pul verə bilməyəcəyini demişdir. Onlar həmin kafedə yeyib-içdikdən sonra axşam saatlarında Təqsirləndirilən şəxs1lə birlikdə evə gedərkən Adil Əliyevdən 15000 manat borc pul istədiyini, lakin Adilin ona pul verə bilmədiyini Orxana demişdir. Həmin vaxt Orxan 15000 manat pulunun olmadığını, lakin hazırda özündə 10000 manat pul olduğunu və həmin pulu ona borc verə biləcəyini demişdir. O da həmin vaxt Orxana bildirmişdir ki, 10000 manat pulu ona verəcəyi halda, evini ən qısa müddət ərzində satıb pulunu geri qaytaracaqdır. Hətta həmin vaxt Orxan 10000 manat pulun özünə məxsus olmadığını, pulun başqa bir şəxsə məxsus olduğunu, müxtəlif ünvanlarda yaşadığına görə pulu üzərində gəzdirmək istəmədiyini, buna görə də pulu borc qismində ona vermək istədiyini bildirmiş və pulu nə zaman istəsə qaytarmasını xahiş etmişdir. Bundan sonra onlar Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrostansiyasının yanına çatanda Orxan cibindən 10000 manat pulu çıxarıb ona vermiş və orada onunla sağollaşıb onun avtomobilindən düşüb getmişdir. 2022-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs1 ona zəng edərək, pula görə narahat edildiyini bildirmiş və ondan 10000 manat pulu geri qaytarmasını xahiş etmişdir. Buna görə o, səhəri gün Təqsirləndirilən şəxs1lə Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında görüşərək, özünə məxsus avtomobilin işərisində 10000 manat pulu Təqsirləndirilən şəxs1 geri qaytarmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 həmin vaxt ondan borc pul istədiyinə görə o, Təqsirləndirilən şəxs1 əlavə 1000 manat borc pul vermişdir. Həmin 1000 manat pulu Orxan hələ də ona qaytarmamışdır. 2022-ci ilin mart ayında, Novruz Bayramı ərəfəsində Təqsirləndirilən şəxs1 ona zəng edərək, Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən, hazırda adını xatırlamadığı kafedə olduğunu bildirmiş və onunla görüşmək istədiyini deyərək, onu həmin kafeyə dəvət etmişdir. O da etiraz etmədən Orxanın olduğu həmin kafeyə getmişdir. Həmin vaxt Orxanın yanında sonradan adının Mehman olduğunu bildiyi bir cavan oğlan olmuşdur. Söhbət əsnasında Orxan həmin cavan oğlanın adının Mehman olduğunu, qohum olduqlarını, Mehmanın müharibə veteranı olduğunu, Mehmanın FHN-nin DYMX-nə işə düzəlmək istədiyini və bu məqsədlə Mehmana köməklik göstərəcəyini bildirmişdir. Həmin vaxt Orxan müharibə veteranlarının işə düzəlmək üçün hansı addım atmaları barədə ona suallar vermiş və ondan məsləhət almışdır. O da həmin vaxt Mehmanın sənədlərinə və medallarına baxıb sonuncunun həqiqətən müharibə veteranı olduğunu görmüş, buna görə o, müharibə veteranlarına hər yerdə güzəşt olunduğunu, sənədlərini FHN-nə təqdim edəcəyi halda ən azı 3-4 ay ərzində Mehmanın işə qəbul olunacağını Orxana bildirmiş və sənədləri FHN-nə təqdim etməyi sonunculara məsləhət etmişdir. Həmin hadisədən təxminən 15 gün sonra, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq, FHN-nin qarşısında olduqlarını, lakin orada sənəd qəbul edilmədiyini ona demiş və bir yol göstərməsini xahiş etmişdir. Həmin vaxt o, FHN-nə işə düzəlmək üçün sənədlərin Nazirliyin binasında deyil, Xətai rayonunda yerləşən FHN-nin DYMX-nin Baş İdarəsində qəbul olunduğunu Orxana bildirmişdir. O, bundan sonra hadisələrin necə olduğunu, kimin hara getdiyini, Mehmanın işə düzəlmək üçün sənəd verib-vermədiyini bilməmişdir. O, Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Zaqatala rayon X8 Hissəsinə işə düzəltmək barədə 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1lə heç bir söhbət etməmiş, 14000 manat pul qarşılığında Şahid1 işə düzəltməyin mümkün olduğunu bildirməmiş və Təqsirləndirilən şəxs1 13 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 14000 manat pulu aldıqdan sonra ona zəng edərək pulu aldığını bildirməmiş, həmçinin o, 15 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 pulu ona çatdırmasını tələb etməmiş və həmin tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən kafedə Təqsirləndirilən şəxs1lə görüşərək orada sonuncudan Şahid1 məxsus sənədləri və 14000 manat pulu almamışdır. Həmçinin səhəri gün Təqsirləndirilən şəxs1lə Bakı şəhərində görüşərək, sonuncuya həmin puldan zəhmət haqqı olaraq 500 manat pul verməmişdir. Bu hadisələrin heç biri baş verməmişdir. Yuxarıda da qeyd etdiyi kimi o, Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən kafeyə 2022-ci ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs1 dəvəti ilə getmişdir. Orada da Orxanın ona öz qohumu kimi təqdim etdiyi və işə düzəltmək istədiyini bildirdiyi Şahid1 şifahi məsləhət vermişdir. O, 2021-ci ilin iyun ayında ordu sıralarından tərxis olunduqdan sonra Yasamal rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Buna görə bir dəfə yadında qalmayan tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək arvadından boşandığını, buna görə artıq Zaqatala rayonunda işləmək istəmədiyini, iş yerini dəyişib Bakı şəhərində işləmək istədiyini demiş və bu məqsədlə ondan məsləhət almışdır. O da Təqsirləndirilən şəxs1 bununla bağlı işlədiyi qurumun rəhbərliyinə müraciət etməsini bildirmişdir. Daha sonra o, bir-iki dəfə Orxanla əlaqə saxlayan zaman sonuncudan iş yerini dəyişib-dəyişmədiyini soruşmuş, həmin vaxt Orxan ona bildirmişdir ki, artıq sənədləri Bakı şəhərinə göndərilmişdir və əmrinin verilməsini gözləyir. Sonradan Orxan ona zəng edərək xahiş etmişdir ki, əgər FHN-də tanışı varsa, əmrinin nə zaman verilib-verilməyəcəyini öyrənsin. O da buna görə FHN-də işləyən Eldəniz adlı tanışına zəng edərək, Təqsirləndirilən şəxs1 əmrinin nə zaman verilib-verilməyəcəyi ilə maraqlanmış, daha sonra votsapp proqramı vasitəsi ilə Orxana səs mesajı göndərərək,Zaqatala-Balakən zonasında işləyən əməkdaşların əmrlərinin layihədə olduğunu bildirmişdir. Ola bilər ki, Şahid1 istintaqa təqdim etdiyi 01 ədəd diskdə olan səs yazısındakı danışıqlar da bu mövzu ilə bağlı olmuşdur. O, ibtidai istintaqda verdiyi ifadələrində göstərdiyi kimi, 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 10000 manat borc pul almış və 2022-ci ilin avqust ayının sonlarında həmin 10000 manat pulu Təqsirləndirilən şəxs1 geri qaytarmışdır. Sadəcə olaraq o, Yasamal RPİ-nin 28-ci PB-də izahat verən zaman texniki səhv edib Təqsirləndirilən şəxs1 borc aldığı pulun məbləğini 10000 manat əvəzinə 11000 manat yazmışdır. O, bu günə kimi X13 ilə əlbir olub işə düzəltmək adı ilə heç kimdən pul almamışdır. Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, Orxan Zərərçəkmiş şəxs1 aldığı 14000 manat pulu qaytaracaqdır, o isə Zərərçəkmiş şəxs2 alınmış 14000 manat pulu qaytaracaqdır. Orxanla aralarında belə razılaşma olmuşdur. Razılaşmaya əsasən o, Zərərçəkmiş şəxs2 14000 manat ziyanı könüllü şəkildə tamamilə ödəmiş, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs formasında dələduzluqla onun payına düşdüyü qeyd olunan Məhərrəm Voçiyevə vurulmuş 14000 manat məbləğində maddi ziyanın 25 faizini-3504 manatı da Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödəmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə barəsində CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hazırda ünvan 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Onun oğlu Şahid3 2019-cü ildən 2022-ci ilin avqust ayına kimi Balakən şəhərində yerləşən “Balməkan” adlı restoranda ofisiant işləmişdir. Oğlu Eltun 2021-ci ilin dekabr ayının sonlarında ona zəng edərək, Təqsirləndirilən şəxs1 adlı tanışının 5000 manat pul qarşılığında onu Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Qəbələ rayonunda yerləşən İdarəsində yanğınsöndürən kimi işə düzəldə biləcəyini demişdir. Həmin vaxt o, oğlu Eltuna həmin şəxsin kim olduğu barədə sual verdikdə, oğlu Eltun cavabında Təqsirləndirilən şəxs1 onun işlədiyi restorana müştəri kimi gəlib-getdiyini, aralarında münasibət yarandığını, Orxanı etibarlı bir insan kimi tanıdığını və X11 Nazirliyinin X8 Xidmətinin Zaqatala rayonunda yerləşən İdarəsində işlədiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs1 oğlu Eltunla yaxın münasibəti olduğuna, həqiqətən oğlu Eltunu işə düzəldəcəyinə inanmış və 2021-ci ilin dekabr ayının sonlarında yaşadığı evdə topladığı 5000 manat pulu götürüb Balakən şəhərinə gəlmişdir. O, Balakən şəhərinə çatanda ilk olaraq oğlu Eltunla görüşmüş, daha sonra oğlu Eltun Təqsirləndirilən şəxs1lə əlaqə saxlamış və onlar birlikdə Orxanın Balməkan restoranının yaxınlığında kirayədə yaşadığı evinə getmişlər. Təqsirləndirilən şəxs1 həmin evdə tək yaşamışdır. Orada aralarında olan söhbət zamanı o, Təqsirləndirilən şəxs1 oğlu Eltunu həmin işə necə düzəldəcəyini soruşduqda, Təqsirləndirilən şəxs1 yüksək vəzifəli tanışları olduğunu, həmin tanışları vasitəsi ilə onun oğlu Eltunu 5000 manat pul qarşılığında Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Qəbələ rayonunda yerləşən İdarəsində yanğınsöndürən kimi işə düzəldə biləcəyini, lazım olan 5000 manat pulu verəcəyi təqdirdə oğlu Eltunun təxminən 03 ay əzində işə çıxacağını demişdir. O da həmin vaxt Təqsirləndirilən şəxs1 sözlərinə inanmış, sonuncunun dürüst bir insan olduğunu düşünmüş və üzərində olan 5000 manat pulu orada oğlu Eltunun yanında Təqsirləndirilən şəxs1 vermişdir. Bundan sonra o, oğlu Eltunla və Təqsirləndirilən şəxs1lə sağollaşıb yaşadığı Qəbələ şəhərinə qayıtmışdır. Lakin həmin hadisənin üzərindən təxminən 05 ay keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 onun oğlu Eltonu işə düzəltməmişdir. Buna görə o, mütəmadi olaraq Təqsirləndirilən şəxs1lə əlaqə saxlayıb işlə maraqlanmış, Təqsirləndirilən şəxs1 isə hər dəfə müxtəlif bəhanələr edərək vaxtı uzatmağa çalışmışdır. Beləliklə, 2022-ci ilin iyun ayının əvvəllərində oğlu Eltun onunla əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs1lə görüşdüyünü və işin düzəlməsi üçün Təqsirləndirilən şəxs1 əlavə 9000 manat pul istədiyini bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək bu barədə danışmış, danışıq zamanı Təqsirləndirilən şəxs1 5000 manat pulun qarşılığında işin düzəlməsinin mümkün olmadığını, işin düzəlməsi üçün əlavə 9000 manat pul verməli olduğunu, yəni işin həlli üçün ümumilikdə 14000 manat pul lazım olduğunu bildirmişdir. O isə həmin vaxt pulu olmadığını, ancaq bankdan nağd pul krediti götürüb 9000 manat pulu verə biləcəyini Təqsirləndirilən şəxs1 bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 onu inandırmağa nail olmuş və o, oğlunu işə düzəltmək üçün əvvəl verdiyi 5000 manat pulun batmasından ehtiyat edib məcburiyyət qarşısında qalaraq 03 iyun 2022-ci il tarixdə İsmayıllı rayonunda fəaliyyət göstərən AccessBank QSC-nə müraciət edib, həmin bankdan 21500 manat nağd pul krediti götürmüş, həmin pulun bir hissəsi ilə əvvəldən banka olan kredit borcunu tam ödəmiş, qalan 9000 manat pulu isə Təqsirləndirilən şəxs1 vermək üçün saxlamışdır. Daha sonra o, 04 iyun 2022-ci il tarixdə yenidən Balakən şəhərinə gələrək, oğlu Eltun və Təqsirləndirilən şəxs1lə görüşmüş, həmin vaxt oğlu Eltun Balakən şəhəri H.Əliyev prospektində, Balakən Avtovağzalı ilə üzbəüzdə yerləşən binada kirayədə yaşamışdır. Oğlu Eltunun kirayədə yaşadığı evdə Təqsirləndirilən şəxs1lə görüşən zaman o, bir daha əmin olmaq üçün Orxana iş barədə bəzi suallar vermiş, sonuncu da onu arxayın edərək əlavə 9000 manat pulu verəcəyi halda, yəni lazım olan 14000 manat pulun tamamlanacağı halda oğlu Eltunun 2022-ci ilin iyul ayının 15-də işə çıxacağını bildirmişdir. O, yenə də Təqsirləndirilən şəxs1 sözlərinə inanmış və orada, yəni oğlu Eltunun kirayədə yaşadığı evdə oğlunun yanında 9000 manat pulu cibindən çıxarıb Təqsirləndirilən şəxs1 vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 pulu ondan alıb saymış, 14000 manat pulun artıq tamam olduğunu və oğlu Eltunun 45 gün ərzində Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Qəbələ rayonunda yerləşən İdarəsində yanğınsöndürən kimi işə çıxacağını bildirmişdir. Buna görə o, arxayın olub oğlu Eltunla və Təqsirləndirilən şəxs1lə sağollaşıb yaşadığı Qəbələ şəhərinə qayıtmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 onun oğlu Eltundan şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayış, xasiyyətnamə və sair sənədlər istədiyinə görə, oğlu həmin sənədləri toplayıb Təqsirləndirilən şəxs1 vermişdir. O, təxminən 15 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1lə əlaqə saxlayaraq, iş barədə maraqlanmağa başlamış, həmin vaxt Orxan bir neçə gün gözləməsini xahiş etmiş və uzağı 2022-ci ilin iyul ayının sonuna kimi oğlu Eltunun işə çıxacağını bildirmişdir. O, yenə də Orxanın sözlərinə inanıb, 2022-ci ilin iyul ayının sonuna kimi gözləmişdir. Lakin yenə də oğlu Eltun işə çıxmamış və ya işlə bağlı harasa dəvət olunmamışdır. Buna görə o, yenidən Orxanla əlaqə saxlayaraq, işlərin nə yerdə olduğunu soruşmuş və əgər iş alınmırsa, onun 14000 manat pulunu geri qaytarmasını tələb etmişdir. Həmin vaxt Orxan çox qısa bir müddət ərzində işin düzələcəyini, əks halda onun verdiyi 14000 manat pulu tam şəkildə geri qaytaracağını bildirmişdir. Lakin bundan sonra Təqsirləndirilən şəxs1 onu və oğlu Eltunu hər dəfə müxtəlif bəhanələrlə aldadaraq işə düzəltmək üçün heç bir addım atmamış, telefon zənglərinə cavab verməmiş və onlardan gizlənməyə başlamışdır. Buna görə o, məcbur olub 10 fevral 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, həmçinin ərizə ilə Balakən Rayon Polis Şöbəsinə müraciət edərək, Təqsirləndirilən şəxs1 tərəfindən 14000 manat pulunun ələ keçirilməsi barədə məlumat vermişdir. Bundan sonra dəqiq yadında qalmayan tarixdə Təqsirləndirilən şəxs1 ona vurmuş olduğu 14000 manat maddi ziyanın 5000 manatını onun bank kartının hesabına göndərmişdir. Təqsirləndirilən şəxs1 yüksək vəzifəli tanışları vasitəsilə onun oğlu Şahid3 işə düzəldəcəyini demiş, lakin Təqsirləndirilən şəxs1 həmin yüksək vəzifəli tanışlarının kim olması barədə, həmçinin onun oğlunu işə düzəltmək üçün verdiyi pulu kimə verəcəyi barədə əvvəlcədən ona heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs1 şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Katex kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs1 ilə 2022-ci ilin aprel ayının əvvəllərində yaşadığı Balakən rayonu Katex kəndində tanış olmuşdur. Belə ki, o, 2022-ci ilin aprel ayının əvvəllərində yaşadığı Katex kəndində olan zaman kənd sakinlərindən eşitmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon şöbəsində işləyən Orxan adlı şəxs Katex kəndində kirayədə yaşayır və müxtəlif şəxsləri Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək imkanı vardır. O da oğlu Şahid1 işə düzəltmək istədiyinə görə hazırda xatırlamadığı həmkəndlisindən Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsini almış, daha sonra Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək, görüşüb oğlunu işə düzəltmək barədə danışmaq istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 Katex kəndində yaşadığı evin yerini ona izah etmiş, buna görə həmin gün axşam saatlarında oğlu Mehman və o, Təqsirləndirilən şəxs1 Katex kəndində kirayədə yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs1 həmin evdə tək yaşamışdır. Orada aralarında olan söhbət zamanı o, oğlu X12 Nazirliyinin Zaqatala rayon şöbəsinə işə düzəltmək istədiyini Təqsirləndirilən şəxs1 bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 öz mobil telefonu ilə kiməsə zəng edərək, təxminən 03 dəqiqə ərzində onun oğlu X12 Nazirliyinin Zaqatala rayon şöbəsinə işə düzəltmək barədə söhbət etmiş, danışığı bitirdikdən sonra isə 14000 manat pul hazırlamasını və oğlu Mehmanın 03 ay müddətinə işə çıxacağını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 onun oğlu Mehmandan sağlamlıq haqqında arayış və şəxsiyyət vəsiqəsinin surətini istəmiş, qalan sənədləri isə özünün hazırlayacağını bildirmişdir. O da Təqsirləndirilən şəxs1 sözlərinə inanmış və 14000 manat pulu verəcəyini bildirmişdir. Həmin hadisədən təxminən 2-3 gün sonra, yəni 08 aprel 2022-ci il tarixdə arvadı Şahid2, Təqsirləndirilən şəxs1 və o, birlikdə Balakən şəhəri ərazisində yerləşən Azərbaycan Beynəlxalq Bankı ASC-yə getmiş və orada arvadı Şahid2 adına 2200 manat nağd pul krediti götürmüşlər. Daha sonra 12 aprel 2022-ci il tarixdə arvadı Şahid2, Təqsirləndirilən şəxs1 və o, birlikdə Zaqatala şəhəri ərazisində yerləşən Kapital Bank ASC-yə getmiş və orada onun adına 9000 manat nağd pul krediti götürmüşlər. Bundan sonra o, qaynı Vaqif Həsənovdan 1000 manat borc pul almış və evdə özünün topladığı 1800 manat pulu da həmin pulların üstünə qoyub 14000 manat pulu düzəltmişdir. 13 aprel 2022-ci il tarixdə səhər saatlarında arvadı Məryəm və o, birlikdə Təqsirləndirilən şəxs1 Katex kəndində kirayədə yaşadığı evə getmiş, orada o, 14000 manat pulu oğlu X12 Nazirliyinin Zaqatala rayon şöbəsinə işə düzəltmək üçün Təqsirləndirilən şəxs1 vermişdir. O, 14000 manat pulu Orxana verən zaman arvadı Məryəm mobil telefonu ilə videoçəkiliş aparmışdır. Lakin videoçəkiliş zamanı Təqsirləndirilən şəxs1 14000 manat pulu ondan borc aldığını bildirmişdir. Çünki videoçəkilişdən əvvəl Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, əgər videoçəkilişdə həmin pulu ondan işə düzəltmək üçün aldığını bildirdiyi halda iş yerində problem ola bilər. O da videoçəkiliş zamanı Təqsirləndirilən şəxs1 14000 manat pulu ondan borc aldığını bildirməsinə etiraz etməmişdir. 15 aprel 2022-ci il tarixdə oğlu Mehman işə düzəlmək məqsədi ilə Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhərinə getmişdir. Həmin tarixdə oğlu Mehman ona zəng edərək, Bakı şəhərində Təqsirləndirilən şəxs2 adlı şəxslə görüşdüklərini, Təqsirləndirilən şəxs2 onu işə düzəldəcəyini, Orxanın 14000 manat pulu və sənədləri Təqsirləndirilən şəxs2 verdiyini, hər şeyin qaydasında olduğunu və 03 aydan sonra işə çıxacağını bildirmişdir. Bundan sonra xatırladığı qədərilə təxminən 17 aprel 2022-ci il tarixdə oğlu Mehman Təqsirləndirilən şəxs1lə birlikdə Xətai rayonunda yerləşən FHN-nin DYMX-nə gedib işə düzəlmək üçün ərizə yazmış və orada oğlu Mehmanı 01 həftədən sonra yenidən çağıracaqlarını bildirmişlər. Bu hadisələri oğlu Mehman ona mobil telefonla zəng edib danışmışdır. O da Təqsirləndirilən şəxs1 onun oğlu Mehmanı işə düzəltmək üçün çalışdığını görüb inanmışdır. Lakin 01 həftədən sonra onun oğlu Mehmanı heç yerə çağırmamışlar. Hətta tanımadıqları bir nəfər onun oğlu Mehmana zəng edərək, işin alınmadığını bildirmişdir. Buna görə o, Təqsirləndirilən şəxs1 zəng edərək, işin alınmadığını bildirmiş və oğlunu işə düzəltmək üçün verdiyi 14000 manat pulu geri qaytarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 də razılaşaraq 14000 manat pulu geri qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs2 ona vurduğu 14000 manat pulu könüllü şəkildə tamamilə ona ödəmiş və onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayon Katex kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci ilin aprel ayının əvvəllərində atası Zərərçəkmiş şəxs2 yaşadıqları evə gələrək, Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon şöbəsində işləyən və Katex kəndində kirayədə yaşayan Təqsirləndirilən şəxs1 ilə tanış olduğunu, Orxanın vasitəsi ilə onu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini bildirmişdir. Buna görə həmin gün axşam saatlarında atası və o, Orxanın Katex kəndində kirayədə yaşadığı evə getmişlər. Orxan həmin evdə tək yaşamışdır. Orada aralarında olan söhbət zamanı atası onu Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon şöbəsinə işə düzəltmək istədiyini Orxana bildirmiş, həmin vaxt Orxan öz mobil telefonu ilə kiməsə zəng edərək, onu Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon şöbəsinə işə düzəltmək barədə söhbət etmiş, Orxan danışığı bitirdikdən sonra 14000 manat pul hazırlamalarını və onun 03 ay müddətinə işə çıxacağını bildirmişdir. Həmçinin Orxan ondan sağlamlıq haqqında arayış və şəxsiyyət vəsiqəsinin surətini istəmiş, qalan sənədləri isə özünün hazırlayacağını bildirmişdir. Atası və o, Orxanın sözlərinə inanmış və atası 14000 manat pulu verəcəyini Orxana bildirmişdir. Buna görə 08 aprel 2022-ci il tarixdə atası Məhərrəm, anası Şahid2 və Təqsirləndirilən şəxs1 birlikdə Balakən şəhəri ərazisində yerləşən Azərbaycan Beynəlxalq Bankı ASC-yə gedərək, anasının adına 2200 manat nağd pul krediti götürmüşlər. Daha sonra 12 aprel 2022-ci il tarixdə atası, anası və Təqsirləndirilən şəxs1 birlikdə Zaqatala şəhəri ərazisində yerləşən Kapital Bank ASC-yə gedərək, atasının adına 9000 manat nağd pul krediti götürmüşlər. Bundan sonra atası Məhərrəm dayısı Vaqif Həsənovdan 1000 manat borc pul almış və evdə özünün topladığı 1800 manat pulu da həmin pulların üstünə qoyub 14000 manat pulu düzəltmışdir. 13 aprel 2022-ci il tarixdə səhər saatlarında atası və anası birlikdə Təqsirləndirilən şəxs1 Katex kəndində kirayədə yaşadığı evə gedib onu Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon şöbəsinə işə düzəltmək üçün 14000 manat pulu Təqsirləndirilən şəxs1 vermişlər. Bundan iki gün sonra, yəni 15 aprel 2022-ci il tarixdə o, işə düzəlmək məqsədi ilə Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə çatanda Orxan kiməsə zəng etmiş və onlar Suraxanı rayonu ərazisində yerləşən, hazırda adını xatırlamadığı kafedə Təqsirləndirilən şəxs2 adlı bir şəxslə görüşmüşlər. Həmin vaxt ona aid sənədlər və 14000 manat pul Orxanda olmuşdur. Orada ona məlum olmuşdur ki, Orxan onu Təqsirləndirilən şəxs2 adlı şəxsin vasitəsi ilə işə düzəldəcəkdir. Orada onlar iş barəsində söhbət etdikdən sonra Orxan ona məxsus sənədləri və 14000 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Daha sonra Təqsirləndirilən şəxs2 01 həftə ərzində onu işlə bağlı çağıracaqlarını bildirmişdir. Bundan 02 gün sonra o, Orxanla birlikdə Xətai rayonunda yerləşən FHN-nin DYMX-nə getmişdir. Orada onları Təqsirləndirilən şəxs2 yönləndirdiyi bir qadın və bir oğlan qarşılamış, həmin oğlan özünü onlara FHN-nin əməkdaşı kimi təqdim etmiş və o, orada işə düzəlmək üçün ərizə yazmışdır. Bundan sonra həmin qadın və həmin oğlan 01 həftədən sonra onu zəng və ya mesaj vasitəsi ilə yenidən çağıracaqlarını bildirmişlər. Lakin 01 həftədən sonra onu heç yerə çağırmamışlar. Onlar da Təqsirləndirilən şəxs1 sözlərinə inanıb gözləmişlər. Təxminən 03 aydan sonra tanımadığı bir kişi ona zəng edərək, işin alınmadığını bildirmiş, buna görə atası Məhərrəm Təqsirləndirilən şəxs1 zəng edərək, işin alınmadığını bildirmiş və onu işə düzəltmək üçün verdiyi 14000 manat pulu geri qaytarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 də razılaşaraq 14000 manat pulu geri qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən atası Zərərçəkmiş şəxs2 vurulmuş 14000 manat ziyan könüllü şəkildə tamamilə atası Zərərçəkmiş şəxs2 ödənilmiş və atası ilə barışıq əldə edilmişdir. Atası Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Laçınov qızı da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda ünvan 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, 2019-cü ildən 2022-ci ilin avqust ayına kimi Balakən şəhərində yerləşən Balməkan adlı restoranda ofisiant işləmişdir. Təqsirləndirilən şəxs1 ilə də təxminən 2021-ci ilin noyabr ayında tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 mütəmadi olaraq onun işlədiyi restorana müştəri kimi gəlib-getdiyinə görə aralarında normal münasibət yaranmış və X18 Nazirliyinin X8 Xidmətinin Zaqatala rayon şöbəsində işlədiyini ona demişdir. Təxminən 2021-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs1lə aralarında olan söhbət əsnasında onu 5000 manat pul qarşılığında Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Qəbələ rayonunda yerləşən İdarəsində yanğınsöndürən kimi işə düzəldə biləcəyini demiş, o da atası Zərərçəkmiş şəxs1 zəng edərək, bu barədə danışmış, atası da razılaşaraq 2021-ci ilin dekabr ayının sonlarında, dəqiq yadında qalmayan tarixdə Balakən şəhərinə gəlmiş, atası Zərərçəkmiş şəxs1 Balakən şəhərinə gəldikdən sonra o, Təqsirləndirilən şəxs1lə əlaqə saxlamış və onlar birlikdə Orxanın Balməkan restoranının yaxınlığında kirayədə yaşadığı evə getmişlər. Orada atası işlə bağlı Təqsirləndirilən şəxs1 bəzi suallar vermiş, onu işə necə düzəldəcəyini soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 yüksək vəzifəli tanışları olduğunu, həmin tanışları vasitəsi ilə onu 5000 manat pul qarşılığında Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Qəbələ rayonunda yerləşən İdarəsində yanğınsöndürən kimi işə düzəldə biləcəyini, lazım olan 5000 manat pulu verəcəkləri təqdirdə onun təxminən 03 ay əzində işə çıxacağını demişdir. Atası Zərərçəkmiş şəxs1 da həmin vaxt Təqsirləndirilən şəxs1 sözlərinə inanmış və orada cibindən 5000 manat pul çıxarıb onun yanında Təqsirləndirilən şəxs1 vermişdir. Bundan sonra atası onlarla sağollaşıb yaşadığı Qəbələ şəhərinə qayıtmışdır. Lakin həmin hadisənin üzərindən təxminən 05 ay keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 onu işə düzəltməmişdir. Buna görə atası və o, mütəmadi olaraq Təqsirləndirilən şəxs1lə əlaqə saxlayıb işlə maraqlanmış, Təqsirləndirilən şəxs1 isə hər dəfə müxtəlif bəhanələr edərək vaxtı uzatmağa çalışmışdır. 2022-ci ilin iyun ayının əvvəllərində o, Təqsirləndirilən şəxs1lə Balakən şəhəri ərazisində görüşmüş və nə üçün 05 ay keçməsinə baxmayaraq, onu işə düzəltmək üçün heç bir addım atmadığını soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 işə düzəlməsi üçün əlavə 9000 manat pul verməli olduqlarını bildirmişdir. Buna görə o, atası Zərərçəkmiş şəxs1 zəng edərək, bu barədə məlumat vermişdir. Daha sonra atası özü Təqsirləndirilən şəxs1 zəng edərək, bu barədə danışmışdır. Beləliklə, atası Zərərçəkmiş şəxs1 məcbur olub 03 iyun 2022-ci il tarixdə bankdan pul krediti götürmüş və 04 iyun 2022-ci il tarixdə yenidən Balakən şəhərinə gələrək, kirayədə yaşadığı evdə 9000 manat pulu cibindən çıxarıb onun yanında Təqsirləndirilən şəxs1 vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 pulu onun atasından alıb saymış, 14000 manat pulun artıq tamam olduğunu və onun 45 gün ərzində Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Qəbələ rayonunda yerləşən İdarəsində yanğınsöndürən kimi işə çıxacağını bildirmişdir. Onlar yenə də Təqsirləndirilən şəxs1 sözlərinə inanıb gözləmişlər. Hətta Təqsirləndirilən şəxs1 ondan şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayış, xasiyyətnamə və sair sənədlər istəmiş, o da həmin sənədləri toplayıb Təqsirləndirilən şəxs1 vermişdir. Təxminən 15 iyul 2022-ci il tarixdə atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1lə əlaqə saxlayıb, iş barədə maraqlanmış, həmin vaxt Təqsirləndirilən şəxs1 bir neçə gün gözləmələrini xahiş etmiş və uzağı 2022-ci ilin iyul ayının sonuna kimi onun işə çıxacağını bildirmişdir. Onlar yenə də Orxanın sözlərinə inanıb 2022-ci ilin iyul ayının sonuna kimi gözləmişlər. Lakin o, 2022-ci ilin iyul ayının sonuna kimi işə çıxmamış və ya işlə bağlı harasa dəvət olunmamışdır. Buna görə onun atası yenidən Orxanla əlaqə saxlayaraq, işlərin nə yerdə olduğunu soruşmuş və əgər iş alınmırsa 14000 manat pulu geri qaytarmasını tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 yaxın günlərdə işin düzələcəyini, əks halda verdiyi 14000 manat pulu tam şəkildə geri qaytaracağını bildirmişdir. Lakin bundan sonra Təqsirləndirilən şəxs1 onları hər dəfə müxtəlif bəhanələrlə aldadaraq, onu işə düzəltmək üçün heç bir addım atmamış, telefon zənglərinə cavab verməmış və onlardan gizlənməyə başlamışdır. Buna görə atası Zərərçəkmiş şəxs1 məcbur olub Təqsirləndirilən şəxs1 barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onun atasına 5000 manat pul qaytarmışdır.Hazırda ona deyil, atası Zərərçəkmiş şəxs1 9000 manat məbləğində maddi ziyan dəymişdir. Atası Zərərçəkmiş şəxs1 5000 manat pulu və 9000 manat pulu Təqsirləndirilən şəxs1 verən zaman yanlarında başqa heç kim olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Azərbaycan Respublikası CPM-nin 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 227.1-ci maddəsinə əsasən şahidi cinayət təqibi üzrə əhəmiyyəti olan hər bir hal üzrə, o cümlədən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin, digər şahidlərin şəxsiyyəti barədə dindirmək olar. Qanunvericiliyə görə şübhəli, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri onların bilavasitə müşahidəsi nəticəsində sərbəst dərk etdiyi, yəni qavradığı faktların təsvirini ehtiva etməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlataban müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsnin 3-cü bəndinin d) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun əlehinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə verimş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağrılması və dindirilməsi hüququna malikdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəsinin şərh və tətbiqi ilə bağlı bir sıra presedentlərində şahidlərin məhkəmədə dindirilməsinin və onların məhkəmədə verdiyi ifadələrinin ibtidai araşdırmada verdiyi ifadələrindən daha üstün tutulmasının vacibliyini vurğulamışdır. Belə ki, X2rşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, məhkəmələr tərəfindən baxılan işlər zamanı şahidlərin iştirakının təmin edilməsi və dindirilməsi vacibdir. Məhkəmə öz fəaliyyətini təkcə ibtidai araşdırma zamanı tərtib olunmuş protokollarda və ya hər hansı digər yazılı sənədlərdə əks olunmuş ifadələrin öyrənilməsi ilə məhdudlaşdıra bilməz. Belə bir yanaşma şəxsin ədalətli məhkəmə araşdırması hüququnu heçə endirir. Şahidlərin məhkəmə iclasında dindirilməsi və bu zaman onlardan alınmış ifadələrə üstünlük verilməsi sübutların bilavasitə məhkəmədə araşdırmasının qanunvericilikdəki təsbitindən də irəli gəlir ki, bu da Azərbaycan Respublikası CPM-nin 144, 145, 344-347 və sair maddələrində öz əksini tapmışdır. X14rşı işdə Avropa Məhkəməsi göstərmişdir ki, cənab Günəş özünün və müdafiəçisinin iştirakı olmadan ibtidai istintaq tərəfindən bilavasitə və ya məhkəmə tapşırığı nəticəsində alınmış jandarm ifadələri əsasında məhkum edilmişdi. Ərizəçi həmin şəxslərin dindirilməsi hüququndan, həmçinin onların məhkəmə istintaqında dindirilməsi və onlara suallar verilməsi hüququndan məhrum edilmişdi. Cənab Günəşin vəsatətlərinə baxmayaraq həmin şəxslər məhkəməyə cəlb edilməmiş və onların məhkəmədə dindirilməsinə şərait yaradılmamışdı ki, bu da Konvensiyanın 6-cı maddəsinin pozulmasına şərait yaratmışdı. Ramsaxai Niderlanda qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, vacib şahidlərin məhkəmə iclasına çağrılıb dindirilməməsi və işin halları nöqteyi-nəzərindən onlara hərtərəfli, tam və obyektiv hüquqi qiymətin verilməməsi ictimaiyyətdə dövlətin qanunun aliliyi prinsipinə sədaqətliliyini şübhə altına alan bir nəsnəyə çevrilməklə şəxsin ədalətli məhkəmə araşdırmasını məhdudlaşdırır. Şahidlərin məhkəmədə verdiyi ifadələrinin ibtidai araşdırmada verdiyi ifadələrindən daha üstün olması barədə Avropa Məhkəməsinin hüquqi mövqeyi bu xüsusda son presedentlərdən biri olan Erkapiç Xorvatiyaya qarşı iş üzrə qərarda da öz əksini tapmışdır. Erkapiç Xorvatiyaya qarşı işdə Avropa Məhkəməsi xüsusi olaraq vurğulamışdır ki, müəyyən xüsusi əsaslar olmadığı halında ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, şahidlərin məhkəmədə verdiyi ifadələrinə onların ibtidai araşdırmada verdiyi ifadələrindən daha çox önəm verilsin. Belə ki, şahidlərin ibtidai araşdırmada verdiyi ifadələr əks olunmuş protokollar birinci növbədə ittiham tərəfinin öz mövqeyini müdafiə etmək üçün məlumatların toplanması prosesini əks etdirir. Belə ki, həmin işdə şəxsin istinad olunan cinayət əməlində təqsirli bilinməsi üçün üç şəxsin ifadəsi xüsusi əhəmiyyət daşımış və şəxs həmin şəxslərin ibtidai istintaqda verdiyi ifadələri əsasında məhkum olunmuşdu. Məhkəmə iclasında müəyyən edlilmişdi ki, həmin şəxslər narkomandır və onlardan biri isə hadisəni dərk etmək və faktlar barəsində sərbəst mühakimə yürütmək imkanında deyildi. İşin məhkəmə baxışında da bu hallara fikir verilməmişdi. Dikmə Türkiyəyə qarşı iş üzrə qərarın 38-ci bəndində Avropa Məhkəməsi xüsusi vurğulamışdır ki, cinayət hüququnu tətbiq edərkən Türkiyə məhkəmələrinin bərqərar etdikləri prinsiplərdən aydın olur ki, şübhəli şəxsin dindirilməsi onun özünü müdafiə etməsinə imkan vermək vasitəsidir, bu vasitə onun xeyrinə işləməlidir və onun əleyhinə sübutlar əldə etmək məqsədi daşıyan tədbir deyil. Hakim iş üzrə faktları qiymətləndirərkən dindirmə zamanı verilmiş ifadələri nəzərə ala bilər, lakin həmin ifadələr könüllü surətdə verilməlidir və təzyiq və ya zor tətbiqi altında alınan sübut qismində qəbul edilə bilməz. CPM-nin 247-ci maddəsinə görə (həmin maddəyə Kassasiya Məhkəməsi tərəfindən şərh verilib), polis və ya dövlət prokurorluğuna verilmiş istənilən ifadənin qeydə alındığı dindirmə protokolunun cinayət təqibi üçün sübut qismində qəbul edilə bilməsi üçün həmin ifadə hakimin yanında təkrar olunmalıdır. Əgər ifadədəki etiraflar təkrar olunmursa, sözügedən protokolların məhkəmədə ucadan oxunmasına icazə verilmir və müvafiq surətdə, ittihamı müdafiə etmək üçün onlara istinad edilə bilməz. Bununla belə, hətta ifadədəki etiraflar məhkəmədə təkrar olunsa belə, həmin sübut özlüyündə həlledici sübut sayıla bilməz və əlavə sübutlarla təsdiq olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentləri baxımından şahid ifadələri təkcə milli qanunvericilikdə şahid sayılan şəxslərin ifadələrini deyil, eyni zamanda şübhəli və təqsirləndirilən şəxsin, onların nümayəndələrinin, zərərçəkmiş şəxslərin və onların nümayəndələrinin, habelə cinayət prosesində iştirak edən digər şəxslərin (məsələn ekspertin və sair) ifadələrini də nəzərdə tutur. İstər Azərbaycan Respublikasının daxili qanunvericiliyi, istərsə də Avropa Konvensiyasının 6-cı maddəsi və həmin maddə üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin müəyyən etdiyi standartlara görə ifadələr şahidin hadisəni öz nöqteyinəzərincə təsvir etməsini ehtiva edir. Yəni şahid ifadəsində iradəsi ilə özünün dərk etdiyi və qavradığı formada işin hallarını təsvir etməlidir. Məhkəmə iş materiallarına və yuxarıda göstərilən qanun normaları və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə istinadən hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi işin hallarına və işdə olan digər mötəbər sübutlara uyğun olduğu üçün mötəbər sübut sayılmalıdır. Belə ki, bu ifadə çəkişmə və tərəflərin bərabərliyi prinsipinin təmin edilməsi şəraitində açıq məhkəmə iclasında verilməklə təqsirləndirilən şəxsin sərbəst düşüncə və dərketmə nəticəsində öz iradə ifadəsini əks etdirir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 351.3.3-cü maddəsinin tələbləri qaydasında məhkəmə istintaqında tədqiq edilmiş həmin ifadənin işin hallarına və digər mötəbər sübutlara uyğunluğu müəyyən edilmişdir. Məhkəmə həmçinin digər Təqsirləndirilən şəxs2 ona istinad olunan CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrilə özünü təqsirli bilməməsi barədə ifadəsinə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü, Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndi və Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinin tələbləri nöqteyi-nəzərindən yanaşaraq, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi onun əleyhinə istifadə oluna bilməz. Belə ki, yuxarıda istinad olunan qanun normalarına görə təqsirləndirilən şəxs ona verilən ittihamı sübut etmə vəzifəsi daşımır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, Təqsirləndirilən şəxs2 ona verilən ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmədə verdiyi ifadəsində bu mövqeni inkar edən ifadələr işlətmiş, həmçinin özünün təqsirli bilinməsinə dəlalət edilə bilən hərəkətlər etmişdir. Belə ki, o, məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 aldığı 14000 manat pulu qaytaracağını, onun isə Zərərçəkmiş şəxs2 alınmış 14000 manat pulu qaytaracağını, Orxanla aralarında belə razılaşmanın olduğunu, razılaşmaya əsasən onun Zərərçəkmiş şəxs2 14000 manat ziyanı könüllü şəkildə tamamilə ödəməsini, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, həmçinin Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs formasında dələduzluqla onun payına düşdüyü qeyd olunan Zərərçəkmiş şəxs2 vurulmuş 14000 manat məbləğində maddi ziyanın 25 faizini- 3504 manatı da Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödədiyini bildirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 vurulan ümumi ziyanın öz payına düşən 14000 manatını Zərərçəkmiş şəxs2 könüllü şəkildə tamamilə ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmiş, həmçinin öz payına düşən 14000 manat ziyanın 25 faizini-3504 manatı Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödəmişdir. Məhkəmə həmçinin iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ifadələrini, şahidlər Şahid1, Şahid2 Laçınov qızının və Şahid3 ifadələrini işin hallarını bir-biri ilə uyğun şəkildə təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. İşdəki mötəbər sübutlar əsasında işin faktoloji halları olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar olaraq dələduzluq cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 14000 manat və Zərərçəkmiş şəxs2 14000 manat olmaqla ümumi 28000 manat ziyan vurulmuşdur. Onlar iştiraklarının xarakteri və dərəcəsinə uyğun olaraq həmin ümumi məbləği bərabər qaydada istifadə edəcəkləri barədə razılığa gəlmişlər. Həmçinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsindən asılı olmaqla Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında olan razılığa əsasən həmin ümumi ziyanın Zərərçəkmiş şəxs1 vurulan 14000 manat hissə payı Təqsirləndirilən şəxs1 üzərinə düşmüş, Zərərçəkmiş şəxs2 vurulan 14000 manat ziyan payı isə Təqsirləndirilən şəxs2 üzərinə düşmüşdür. Təqsirləndirilən şəxs1 ümumi ziyanın onun payına düşən 14000 manatının 5000 manatını Zərərçəkmiş şəxs1 ödəmiş və qalan 9000 manat ziyanın Zərərçəkmiş şəxs1 ödənilməsini öz öhdəsinə götürmuşdur. Təqsirləndirilən şəxs2 isə ümumi ziyanın onun payına düşən 14000 manat hissəsini Zərərçəkmiş şəxs2 könüllü şəkildə tam ödəmiş və Zərərçəkmiş şəxs2lə barışıq əldə etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 ümumi ziyanın öz payına düşən 14000 manat ziyan hissəsinin 25 faizini-3504 manatı Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 9 yanvar 2023-cü il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Balakən Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 1(019)-108/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrilə cinayət məsuliyyətindən azad edilmiş və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan 16 mart 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 mart 2023-cü il tarixdə saat 17.30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 17 mart 2023-cü il tarixli şübhəli şəxsin Balakən RPŞ-nin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərarından və 17 mart 2023-cü il tarixli şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs1 17 mart 2023-cü il tarixdə saat 16.30-da Balakən RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 25 mart 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs1 cinayət prosesində şübhəli şəxs qismində iştirakına xitam verilmiş, üzərindən şübhəli şəxs statusu götürülmüş və barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan 08 iyul 2023-cü il tarixli saat 21.00-da tərtib olunmuş barəsində axtarış elan olunmuş şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08 iyul 2023-cü il tarixdə Abşeron rayonu Fatmayi qəsəbəsinin ərazisində müəyyən edilərək tutulmuş və Balakən RPŞ-yə gətirilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 08 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxsin tutulmaqdan azad edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 08 iyul 2023-cü il tarixdə tutulmaqdan azad edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 10 iyul 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 20 noyabr 2013-cü il tarixdə verilmiş AZ-İİİ 209915 nömrəli və 14 oktyabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ 854916 nömrəli doğum haqqında şəhadətnamələrdən və ümumən iş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X16 və X10 müvafiq aliment ödənişi həyata keçirməklə və bununla da onların saxlanmasında iştirak etməklə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 12 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərarından görünür ki, istintaq zamanı Şahid1 istintaqa təqdim etdiyi 01 ədəd DVD diski sübut kimi qiymətləndirilərək iş materiallarında saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs1 arvadı X3 boşanması və iki azyaşlı övladlarına aliment ödəməsi, odur ki, təqsirlənedirilən şəxs Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladlarının olmasının nəzərə alınması qərara alınmışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 qəsdən, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində, təkrar törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində, xeyli miqdarda törədilməsinə görə isə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq, həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 31-ci bəndinə görə vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmçinin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibi vardır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması və CM-nin 59.1.14-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnən digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallar kimi göstərilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, iş materiallarına və qanun normalarının tələbinə əsasən himayəsində iki azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, ilk dəfə cinayət törətməsini və cinayət törətməsini etiraf edib bundan səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaq vardır. Qanunvericiliyin imperativ tələbinə əsasən (CM-nin 59.1.4-cü maddəsi) cinayət törətmiş şəxsin himayəsindlə azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində Zərərçəkmiş şəxs1 vurduğu 14000 manat ziyanı qismən-5000 manatını zərərçəkmiş şəxsə ödəmişdir. Qanunvericiliyin imperativ tələbinə əsasən (CM-nin 59.1.14-cü maddəsi) cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Ona görə də məhkəmə himayəsində iki azyaşlı uşağın olmasını və zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması qənaətinə gəlmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət törətməsi Təqsirləndirilən şəxs1 kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə təəssüflənməklə buna tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaq vardır, o, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəmişdir. İlk dəfədir ki, cinayət törədir və cinayət törətməsini etraf edib bundan səmimi peşmançılıq çəkir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 16 mart 2023-cü il tarixdə saat 17.30-da şübhəli şəxs qismində tutulmuş və 17 mart 2023-cü il tarixdə saat 16.30-da Balakən RPŞ-nin MSY-dən azad edilmiş, eyni zamanda 08 iyul 2023-cü il tarixdə Abşeron rayonu Fatmayi qəsəbəsinin ərazisində müəyyən edilərək tutulmuş və Balakən RPŞ-yə gətirilmiş, 08 iyul 2023-cü il tarixdə tutulmaqdan azad edilmiş, həmçinin Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 10 iyul 2023-cü il tarixdən hesablanmışdır və o, hal-hazırda həbsdədir. Məhkəmə qeyd edir ki, milli qanunvericilikdə fərqli yanaşılma olsa da, Avropa Konvensiyasının 5-ci maddəsinin mənası baxımından tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışları eyni məna daşıyır. Bu xüsusda həbs müddətləri ilə bağlı Azərbaycan Respublikası CPM-nin normalarında müxtəlif müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 148.6-cı maddəsində şübhəli şəxsin tutulmasının, həmin Məcəllənin 150-ci maddəsinə əsasən ittihamın elan edilməsi üçün şəxsin tutulmasının 48 saatdan artıq davam etməməsi, Azərbaycan Respublikası CPM-nin 310.6.2-ci maddəsinə əsasən məhkəmə iclasında qaydanı kobud şəkildə pozan şəxsə 3 saatdan 48-saatadək tutmanın tətbiq edilməsi, yəni həbsin müddətinin saatlarla müəyyən olunması nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası CPM-nin 158.1, 159.1. və 159.2-ci maddələrində həbsin müddətinin aylarla müəyyən olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 168.2-ci maddəsinə əsasən isə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerindən cəza müddətinin axırıncı gününün birinci yarısından azad edilirlər. Eynilə Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə əsasən bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda (təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə; məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda) həbsdə saxlanılan şəxsin məhkəmə zalından dərhal həbsdən azad edilməsi təsbit olunmuşdur. Bu qanun normalarından görünür ki, şəxsin həbs müddətinin aylarla və ya günlərlə hesablanmasına baxmayaraq, məhkəmə qərarı (hökmü) günün hansı vaxtında (saatında) çıxarılırsa, onun həbs müddətinin son gününün bitməsindən asılı olmayaraq, o, həmin vaxtda (saatda) həbsdən azad edilməlidir. Yəni qanunun fəlsəfəsinə görə burada şəxsin konkret saatlarla ifadə olunan həbs müddəti, həmin günün bitməsinə baxmayaraq, günə bərabər tutulur. Ona görə də şəxsin bir neçə saat həbsdə qalması onun bir gün həbsdə qalması sayılmaqla, ona təyin edilən cəza müddətinə daxil edilməli, ya da həmin müddətdən çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraat aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərin koteksində məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 16 mart 2023-cü il tarixdən 17 mart 2023-cü il tarixədək tutularaq həbsdə saxlandığı 1 gün, 08 iyul 2023-cü il tarixdə tutularaq həbsdə saxlandığı 1 gün, 10 iyul 2023-cü il tarixdən hazırki hökmün çıxarıldığı 18 oktyabr 2023-cü il tarixədək tutularaq həbsdə saxlandığı 3 ay 08 gün müddət olmaqla onun cəmi həbsdə saxlandığı müddət 3 ay 10 gün təşkil edir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 3 ay 10 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlandığı 3 ay 10 gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 6 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına gətirilib, ona təyin ediləcək bu cəzadan çıxılmalı və bununla da Təqsirləndirilən şəxs1 qəti olaraq azadlığın məzhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-da səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi nəticəsinə gəlindiyi üçün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalı, barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə əsasən bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda həbsdə saxlanılan şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış iş üzrə Şahid1 ibtidai istintaqa təqdim etdiyi 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona vurulmuş və ödənilməmiş qalan maddi ziyan tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs1 qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs1 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlandığı 3 ay 10 gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-da səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun; barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış iş üzrə Şahid1 ibtidai istintaqa təqdim etdiyi 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona vurulmuş və ödənilməmiş qalan maddi ziyan tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs1 qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-108/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-108/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver